T (act) Layih



Yüklə 470,64 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix17.04.2017
ölçüsü470,64 Kb.
#14205
  1   2   3   4   5   6

 

1

 



 

 

 

Az



ə

rbaycanda R

ə

qab


ə

tlilik 


v

ə

 Ticar



ə

t (ACT) Layih

ə

si

  



 

İdxal prosedurları zamanı xə

rcin 



ə



yy

ə

n edilm



ə

si,  bu sah

ə

d

ə



 

işin 


t

ə

kmill



əşdirilmə

si v


ə

 

yeni potensialın 



yaradılması. (Balıq və

 

quş yeminin idxalı 



misalında)

 

Hazırladı: İqtisadi Tədqiqatlar Mərkəzi 



İ

yul 2011-ci il

 

 

 



 

 

 



 

 

 

 

 

 

Bu sənəd ABŞ Beynəlxalq İnkişaf Agentliyində baxılmaq üçün İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən hazırlanıb.

 

 


 

2

 



 

 

 

 

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyi üçün hazırlanıb, USAID Contract Number AID

-EEM-I-00-07-

00003-00, Task Order # AID-112-TO-10-00002 

 

Sibley International  



şirkə

tind


ə

 

ə



laq

ə

l



ə

ndirici:  

 

David Snelbecker 



 

 

 



 

 

CEO  



 

 

 



 

 

Sibley International LLC 



 

 

 



 

 

1250 Connecticut Ave., NW, Suite 200 



Washington, DC20036 

 

 



 

 

 



Tel:  1.202.833.9588 

 

 



 

 

 



Email : dsnelbecker@sibleyinternational.com 

 

Az



ə

rbaycanda: 

 

 

Melani Schultz 



 

 

 



 

 

Layih



ə

 R

ə



hb

ə

ri 



 

 

 



 

 

ACT Layih



ə

si 


 

 

 



 

 

B



əşir Sə

f

əroğlu küç. 133 



 

SATPlaza, 15

ci

 m

ə



rt

ə

b



ə

,  


Bakı AZ1009 Azə

rbaycan 


Tel:  +994 12 596 2435 

melani.schultz@actproject.net 

 

 

 



 

 

 

3

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QEYD 

Bu sənəddə qeyd edilən müəllif fikirləri ABŞ Beynəlxalq İnkişaf Agentliyi və ya ABŞ Hökumətinin fikirlərini 

əks etdirməyə bilər. 

 


 

4

 



Azərbaycan Rəqabətlilik və Ticarət 

(ACT) Layihəsi 

 

1.

 



Şirkətin adı: İqtisadi Araşdırmalar Mərkəzi 

2.

 



Elektron adres: office@erc-az.org 

3.

 



İnternet səhifəsi: 

www.erc-az.org

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 



 

 

Müəlliflər: 

Fuat Rəsulov, i.e.d, professor  

  

 

 



 

Qalib Bayramov 



 

 

 

 

 

 

5

 



Mündəricat: 

Xülasə 



1. Giriş. Problemin təsviri. Tədqiqatın məqsədi, mövcud problemlər 



2. Metodologiya. Toplanmış informasiya bazasının emalı üsulları 



3. İdxal prosesinin mərhələlər üzrə araşdırılması  



4. Qanunvericilik sahəsində mövcud vəziyyət 

13 

4.1 Yem və yem əlavələrinin idxalını tənzimləyən qanunvericilik aktları  

13 

4.2 Baytarlıq icazəsinin və nəzarətinin qanunvericilik əsasları 

14 

4.3 İdxal karantin icazəsinin verilməsinin və fitosanitar nəzarətin qanunvericilik 

əsasları 

20 

3.4 Gömrük prosedurlarını tənzimləyən qanunvericilik aktları 

22 

5. İdxal prosedurlarına birbaşa və dolayısı ilə təsir edən amillər 

25 

5.1 Peşəkar sahəvi birliklərin fəaliyyətsizliyi 

 

25 

5.2

 

Sahibkarların qanunvericiliyin tələb və öhdəliklərindən xəbərsiz olması 

25 

5.3

 

İdxal üçün müraciət edənlərin informasiya əldə etmək sahəsində çətinlikləri 

25 

5.4 Milli səviyyədə statistik bazanın yoxluğu 

26 

6. Mövcud idxal prosesinin daxili bazara təsiri 

27 

7. Toplanmış informasiya bazası əsasında xərclərin hesablanması və 

qiymətləndirmə 

30 

8. Tapıntılar 

36 

9. Təkliflər və onların təsirlərinin qiymətləndirilməsi 

37 

10. Əlavələr 

45 

 

 



 

 

 

 

 

6

 



Xülasə 

 

Bu  tədqiqatın    mövzusu  İqtisadi  Tədqiqatlar  Mərkəzi  tərəfindən  2011-ci  ildə  keçirdiyi    “İdxal 

prosedurları  zamanı  xərcin  müəyyən  edilməsi”  layihəsi  çərçivəsində  müəyyənləşdirilmiş  və 

tədqiqat qrupuna tapşırılmışdır. 

Bu  tədqiqatın  məqsədi  quş  və  balıq  yemi  idxalı  timsalında  idxal  prosedurlarında    inzibati 

baryerləri yaradan mərhələləri müəyyən etmək və onun təsirlərini qiymətləndirməkdir.  

Tədqiqatın  qarşısında  duran  əsas  vəzifə  -  idxal  prosesinin  tədqiqi  nəticəsində  tapıntıları 

qiymətləndirmək və beynəlxalq təcrübəyə əsaslanaraq təkliflər paketi hazırlamaqdır. 



Metodologiya.  Tədqiqatın  metodoloji  əsaslarına  yem  idxalı  ilə  məşğul  olan  sahibkarlarla, 

aidiyyəti  dövlət  qurumlarla  sorğular  keçirilib,  məlumat  bazasını  yaratmaq.  İnzibati  xərcləri 

müəyyən etmək məqsədilə aşağıdaki düsturdan istifadə edib, xərcləri müəyyən etmək: 

İnzibati xərclər = C x P 

C = (H x S) + (A + E) 

H – Şirkət təfindən sərf olunan vaxt (saatla) 

S – Orta əmək haqqı (1 saata düşən) 

A – Rəsmi ödənişlər və vergilər 

E – Qeyri-rəsmi ödənişlər 

 

Qanunvericilik sahəsində mövcud vəziyyət. Quş və balıq yeminin idxalı prosesinin qanunvericlik 

bazası 4 qanundan, 2 məcəllədən və 12 qayda, təlimat və qərardan ibarətdir. Qanunlarda ümimi 

prinsiplər təsbit olunub ki, bunların da əsasında hər bir dövlət strukturu öz konkret qaydalarını 

formalaşdırıb.  

Qanunvericlik  aktlarının  ekspertizası  nəticəsində  müəyyən  olunub  ki,  yem  idxalı  prosesini 

tənzimləyən qanun və qaydalarda bir-birinə zidd maddələr, eyni zamanda qeyri-müəyyənlik var. 

Heç  bir  qanunvericilik  aktında  yem  idxalının  aydın  prosedurunu  izah  edən  konkret  maddələr 

yoxdur, maddə və fəsillər ümumi şəkildə məlumat verilməsinə xidmət edir.  

“Yemlər” və “Yem əlavələri” anlayışlarına ikili yanaşma, onların bəzən baytarlıq preparatlarına 

aid edilməsi ziddiyyətlərin meydana gəlməsinə səbəb olur. 

Sorğu  zamanı  əldə  olunan  informasiya  bazası  əsasında  xərc  hesablamaları  aparıldı  və    sonra 

qanunvericilik  tərəfindən  nəzərdə  tutulan  xərclərlə  muqayisə  olundu.    Aşkar  olundu  ki, 

şirkətlərin  idxal  prosedurlarına  sərf  etdiyi  vaxt  qanunvericiliyə  uyğun  82  saat,  faktiki  isə  59 

saatdır. Qanunvericliklə nəzərdə tutlan  ödənişlər 7683 manatdır, faktiki isə 13373 manatdır (o 

cümlədən 7220 qeyri-rəsmi). 


 

7

 



Müəyyən olundu ki, idxal prosessində əksər hallarda rəsmi xərclər faktiki xərclərdən çoxdur.  Bu 

mənada  “idxal  zəncirinin”  hansı  mərhələlərində  artıq  xərclərin  yarandığı  və  onların  səbəbləri  

araşdırıldı.  Sahibkar  üçün  çox  əhəmiyyətli  göstərici  vaxtdır.  Göründiyi  kimi  idxal  prosessinin  

mövcud ganunvericiliklə müəyyən olunmuş prosedurlarda yüksək dərəcədə vaxt itkiləri nəzərdə 

tutulub. 

İkinci vacib göstərici isə xərcdir. Xərclərə gələrkən,  müəyyən olunub ki qanunla nəzərdə tutulan 

rəsmi ödənişlər və rüsumlar faktiki xərcləri üstələyir. 


 

8

 



1.

 

Giriş. Problemin təsviri. Tədqiqatın məqsəd və vəzifələri 

Azərbaycanda  quşçuluq  və  balıqçılıq  sənayesinin  inkişafı  üçün  son  illər  dövlət  tərəfindən 

məqsədli  və  təyinatlı  şəkildə  işlərin  görülməsi,  vəsaitlərin  ayrılması  barədə  mütəmadi  rəsmi 

məlumatlar  yayılsa  da,  rəsmi  statistik  göstəricilər  bu  sahədəki  mövcud  vəziyyətin  vəd  edilən 

iqtisadi inkişaf tempi ilə uyğunlaşmadığı mənzərəsini yaradır. 

 Xüsusilə,  Dövlət  Proqramlarında  respublikada  quşçuluğun,  balıqçılığın  inkişaf  etdirilməsi  ilə 

bağlı  Kənd  Təsərrüfatı  Nazirliyinə  həlli  vacib  olan  işlər  tapşırılıb.  “Azərbaycan  Respublikasının 

Ərzaq  Təhlükəsizliyi  Proqramı”  (2001-2010),  2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında 

əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı»,  "Azərbaycan 

Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı",  «2008-

2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf    Dövlət 

Proqramı»  kimi  respublika  əhəmiyyətli  sənədlərdə  kənd  təsərrüfatı  sahəsində  qarşıya  konkret 

məqsədlər qoyulub.  

Quşçuluq  və  balıqçılıq  təsərrüfatlarının  məhsuldarlığının  və  rəqabət  qabiliyyətinin  aşağı 

olmasının  səbəbləri  sırasında  özəl  təsərrüfat  sahiblərinin  qarşılaşdıqları  inzibati  maneələri, 

iqtisadi  müstəqilliklərinin  məhdudluğunu,  texniki  imkanlarının  zəifliyini  və  biliklərinin  azlığını 

göstərmək olar. 

Həm  quşçuluq,  həm  də  balıqçılıq  təsərrüfatları  özlərini  müstəqil  şəkildə  yemlə  təchiz  edə 

bilmədiyindən xammmal təchizatı sahəsində asılı vəziyyətə düşür ki, bu da quşçuluq və balıqçılıq 

məhsullarının  maya  dəyərinin  bəzi  hallarda  yüksəlməsinə,  təsərrüfat  və  ölkə  səviyyəsində 

strateji  planların  düzgün  tərtib  olunmamasına,  tələb-təklif  tarazlığının  pozulması,  balıq 

məhsullarının idxalını artması nəticəsində qiymətlərin yüksəlməsinə şərait yaradır.  

Azərbaycan  son  3  ildə  (2008-2010)  balıq  və  quş  məhsulları  idxalını  ildən-ilə  artırıb.  Rəsmi 

statistik məlumatlara görə, “Balıqlar və xərçəngkimilər, digər su onurğasızları” mal qrupu üzrə 

idxal 2008-ci ildə 3927.8 min dollar, 2009-cu ildə 4415.6 min dollar, 2010-cu ildə isə 4722.6 min 

dollar olub.  

Xüsusilə,  balıqçılıq  təsərrüfatlarının  problemi  böyükdur,  çünki  balıq  yemi  xüsusi  reseptura 

əsasında  və  yüksək  texnoloji  şəraitdə,  müxtəlif    heyvan  mənşəli  əlavələrin  qatılması  yolu  ilə 

istehsal  olunduğundan,  kustar  yolla  yem  hazırlayıb  tələb  olunan  proteini  əldə  etmək  qeyri-

mümkündür.  

Hər  iki  təsərrüfat  subyektləri  yüksək  məhsuldarlıq  əldə  etmək  üçün  yalnız  xaricdə  istehsal 

olunmuş  yemdən  istifadə  etməlidirlər.  Ancaq  balıq  və  quş  yemi  idxalı  sahəsində  olan 

problemlər,  sahibkarlara  yaradılan  süni  əngəllər  və  inzibati  maneələr  idxal  prosesinin 

mürəkkəbliyi ilə şərtlənir.  



Bu  tədqiqatın  məqsədi  quş  və  balıq  yemi  idxalı  timsalında  idxal  prosedurlarında  inzibati 

baryerləri yaradan mərhələləri müəyyən etmək və onun təsirlərini qiymətləndirməkdir.  



 

9

 



Tədqiqatın  qarşısında  duran  əsas  vəzifə  idxal  prosesinin  tədqiqi  nəticəsində  tapıntıları 

qiymətləndirmək və beynəlxalq təcrübəyə əsaslanaraq təkliflər paketi hazırlamaqdır. 



2.

 

Metodologiya. Toplanmış informasiya bazasının emalı üsulları 

Tədqiqatın metodologiyası inzibati maneələri aşkara çıxarmaq, istehsalın həcminə, daxili bazara, 

rəqabətqabiliyyətliliyə  təsirləri  qiymətləndirmək  üçün  toplanmış  məlumat  bazasının  vahid 

sistemə gətirilərək, sərf olunmuş vaxtı manata çevirməklə işlənilməsini nəzərdə tutur.  

 Metodologiya ilkin mərhələdə konkret olaraq quş və balıq yeminin  idxalına aid qanunvericilik 

bazasının  toplanılması,  ekspertizası,  potensial  idxalçıların  qanunvericlik  öhdəliklərinin  və 

tələblərinin müəyyənləşdirilməsini əhatə edir.  

Tədqiqatın metodoloji əsaslarına quş və balıq yemi idxalı ilə məşğul olan sahibkarlarla, müfaviq 

peşəkar  sahəvi  birliklərin  (biznes  assosiasiyaları)  rəhbərləri  ilə  fokus-qrup  müzakirələrinin 

aparılması  və  ilkin  informasiya  bazasının  formalaşdırılması  daxildir.  Müzakirələr  nəticəsində 

yığılmış  informasiya  bazasının  aidiyyəti  dövlət  qurumlarının  (Azərbaycan  Respublikası  Kənd 

Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət  Baytarlıq  Xidməti,  Dövlət  Fitosanitar    Xidməti,  Dövlət 

Baytarlıq  Preparatlarına  Elmi  Nəzarət  İnstitutu)    səlahiyyətli  şəxsləri  ilə    dəqiqləşdirilməsi, 

korrektələrin  edilməsi,  faktiki  və  qanunvericilik  idxal  icazəsi  prosedurlarının  sxem  şəkilində 

formalaşdırılması və işlənilməsi daxildir. 

Eyni  ilə,  müstəqil  inkişaf  yoluna  Azərbaycanla  oxşar  şərtlər  daxilində  qədəm  qoymuş,  lakin 

hazırda beynəlxalq ticarət reytinqi ölkəmizdən xeyli yüksək olan ölkələrin (Latviya, Makedoniya 

və  sair)  idxal  prosedurlarını əhatə  edən  təcrübələrinin  öyrənilməsi tədqiqatın  metodlogiyasına 

daxildir.   

Metodolgiyanın  daha  bir  istiqaməti  -  görüşlərdə  yığılmış  məlumat  bazasının  və  fokus-qrup 

müzakirələrində  toplanmış  informasiyaların  əsasında,  aşağıdakı  nümunəvi  sorğu  anketi 

formasının  hazırlanmasıdır.    Sorğular  vaxt  və  digər  xərclərin  işlənməsinin  vahid  prinsiplərini 

müəyyənləşdirmək  və  təsirlərini  qiymətləndirmək  üçün  hər  bir  addım  üzrə  manat  ifadəsində 

xərcləri müəyyən etmək üçün bir əsas olub. Və beləliklə quşçuluq və balıqçılıq təsərrüfatlarında, 

yem idxalı ilə məşğul olan sahibkarlıq subyektlərində sorğular keçirilib.  

 

 



 

 

 



 

 


 

10

 



İdxal 

prose

duru 

üzrə 

addı

mlar 

İşçi 

qüvvəsi 

üçün 

sərf 

olunan 

vaxt 

(saat) 

Əlavə 

xərclər  

(saat)  

 

25% 

Ümumi 

vaxt 

(Saatlar) 

Saat 

hesabı 

ilə orta 

əmək 

haqqı 

(160 

manat) 

Şirkətin 

xərcləri 

(manat

)  

Rəsmi 

ödənişlə



Qeyri-

rəsmi 

ödənişlə



 

Cəmi 

xərclər 



 

 



 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Keçirilən  sorğuların  nəticəsində  əldə  olunmuş  məlumat  bazasının  işlənməsi  üçün  düsturlar 

tərtib olunub. İnzibati xərcləri müəyyən etmək məqsədilə aşağıdaki düsturdan istifadə olunub: 

İnzibati xərclər = C x P 

C = (H x S) + (A + E) 

H – Şirkət təfindən sərf olunan vaxt (saatla) 

S – Orta əmək haqqı (1 saata düşən) 

A – Rəsmi ödənişlər və vergilər 

E – Qeyri-rəsmi ödənişlər 

Müəssisə  səviyyəsində  alınan  nəticələri  milli  səviyyədə  tətbiq  etmə  üçün  aşağıdakı  düsturdan 

istifadə olunub. 

 

 


 

11

 



Milli səviyyədə: 

P = N x F 

N – şirkətlərin sayı 

F – İl ərzində idxalın həcmi 

Qeyd  edək  ki,  müəssisə  səviyyəsində  faktiki  xərclər  10  ton  balıq  yeminin  idxalı  timsalında 

hesablanılıb. 

Aşkar olunmuş tapıntılar əsasında təkliflər paketi hazırlanıb. 

Hesablamaların nəticələri tədqiqatın hesabat hissəsində və “Əlavələr” bölməsində verilib. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

12

 



 

3.

 

İdxal prosesinin mərhələlər üzrə araşdırılması  

Tədqiqatın  metodologiyasına  uyğun  olaraq  qanunvericlik  aktları  ekspertiza  edildikdən,  yem 

idxalçıları,  balıq  və  quşçuluq  sənayesində  çalışan  sahibkarlarla  fokus-qrup  müzakirələrindən, 

intervülərdən, bu sahədə fəaliyyət göstərən biznes assosiasiyalarının rəhbərləri və idxal icazəsini 

verməli olan müvafiq dövlət orqanlarının rəhbərləri ilə görüşdən sonra tərtib olunmuş müvafiq 

sorğu anketi üzrə 6 təsərrüfat rəhbəri və yem idxalçısı ilə sorğular keçirildi. Nəzərə alsaq ki, sırf 

quş  və  balıq  yemi  idxalı  ilə  məşğul  olan  sahibkarların  sayı  azdır  və  sorğunun  coğrafiyası 

Azərbaycanı  bütünlüklə  əhatə  edir,  üstəlik  sorğuların  nəticələri  üst-üstə  düşür,  onda  sorğu 

keçirilən obyektlərin sayının kifayət etdiyi aydın olar.  

Sorğu  keçirildikdən  sonra  əvvəlcə  bütövlükdə  idxal  prosesi  zənciri  quruldu  (Sxem  №1).  İdxal 

prosesi zəncirində ixracçı ilə daşınma və ödəniş şərtlərinin razılaşdırılmasından başlayaraq idxala 

icazə  verməli  olan  orqanlardan  tutmuş  malın  yüklənib  gondərilməsi,  bank  ödənişləri  də  daxil 

olmaqla  malın  gömrüyə  daxil  olması  və  gömrük  zonasından  son  təyinat  məntəqəsinə 

göndərilməsinə qədər bütün addımlar əks etdirilib.  

Sxemdə  yalnız  idxalçının  atmalı olduğu  addımlar  təsvir  edilidiyindən  bu idxal haqqında ümumi 

təsəvvür  yaradırdı,  tələb  olunan  sənədlər  və  xərclər  (vaxt  və  manat  ifadəsində)  barədə 

təfərrüatı ilə informasiya verilmirdi.  

 


 

13

 



 

Sxem №1. İdxal prosesi zənciri (addımbaaddım) 

Ona  görə də  xərclər  haqda  ilkin təsəvvür  yaratmaq,  addımları hər  bir dövlət orqanı üzrə daha 

detallı  izləmək  üçün  Dövlət  Baytarlıq  Xidməti  (Dövlət  Dərman  Preparatlarına  Elmi  Nəzarət 

İnstitutu  ilə  birlikdə),  Dövlət  Fitosanitar  Nəzarəti  Xidməti,  müvafiq  gömrük  orqanı  və  bank 

ödənişləri üzrə ayrı-ayrılıqda analoji sxemlər quruldu. 

İdxal  üçün  baytarlıq  icazəsinin  alınması  proseduru  sxemində  (Sxem  №2)  idxalçının  baytarlıq 

icazəsini  almaq  üçün  həyata  keçirməli  olduğu  fəaliyyətlər,  təqdim  etməli  olduğu  sənədlər, 

maldan  nümunə  göndərilməsi  və  son  nəticədə  idxal  üçün  baytarlıq  icazəsinin  alınması  əks 

etdirilib. Bu sxem (eləcə də bundan sonra məlumat veriləcək digər sxemlər) əsasında idxalçının 

çəkdiyi xərcləri hesablamaq mümkündür. 



 

14

 



 

Sxem №2. Baytarlıq icazəsinin alınması 

Yem  idxalçısının  idxal  karantin  icazəsi  üçün  müraciət  etdiyi  orqan  Dövlət  Fitosanitar  Nəzarəti 

Xidmətidir. Xidmət ancaq bitki mənşəli məhsulların gətirilməsi üçün idxal karantin icazəsi verir. 

Əgər  söhbət  quş  və  ya  balıq  yemindən  gedirsə,  bunun  üçün  mütləq  Dövlət  Baytarlıq 

Xidmətindən  icazə  alınmalıdır.  Biz  reallığı  nəzərə  alaraq  bu  sxemi  tərtib  etdik.  Məsələ 

burasındadır  ki,  hazır  quş  yemi  (balıq  yeminin  komponentlər  üzrə  idxalı  mümkün  deyil)  idxalı 

prisesi mürəkkəb və uzun vaxt tələb edən proses olduğundan əksər idxalçılar hazır yemdənsə, 

onun  komponentlərini  (buğda,  arpa,  soya,  qarğıdalı  və  sair)  gətirməyə  üstünlük  verirlər. 

Sonradan  həmin  komponentlərə  xüsusi  dəyirmanlarda  yem  əlavələri  qarışdırıldıqdan  sonra 

(proporsiyalar gözlənilmək şərtilə) hazır quş yemi alınır. 

Məhz  adıçəkilən  həmin  komponentlərin  idxalına  Fitosanitar  Nəzarəti  Xidməti  idxal  karantin 

icazəsi verir. Qeyd edək ki, baytarlıq icazəsindən fərqli olaraq idxal karantin  icazəsinin alınması 

proseduru  çox  sadədir  (Sxem  №3.).  Aşağıdakı  sxemdən  də  göründüyü  kimi  idxal  karantin 

icazəsini almaq üçün əsasən məlumat xarakterli sənədlər tələb olunur. 

 


 

15

 



 

Sxem №3. İdxal karantin icazəsi 

Gömrük  prosedurları  da  (Sxem  №4)  digər  sxemlərdə  olduğu  kimi  addımbaaddım  göstərilib. 

Qeyd edək ki, əvvəlki dövrlərə nisbətən gömrük prosedurları xeyli sadələşdirilib. Bu da idxalçının 

gömrükdə  çox  ləngiməməsinə,  vaxt  itkisinin  yaranmamasına  səbəb  olur.  Ancaq  sorgunun 

nəticələri göstərdi ki, gömrükdə qeyri-rəsmi ödənişlər hələ də qalmaqdadır.  

 

Sxem №4. Yemin gömrükdən buraxılması 

Yem  və  yem  əlavələrinin  idxalı  prosesinin  araşdırılması  göstərdi  ki,  idxal  zəncirinin  ən  rahat 

mərhələsi bank ödənişləridir. Sahibkar bu prosedurları yerinə yetirən zaman heç bir vaxt və pul 

itkisinə  yol  vermir,  ödənişlər  vaxtında  həyata  keçirilir,  çoxlu  sənəd  tələb  olunmur.  Bank 

ödənişlərinin addımları ilə Sxem 5.-də tanış olmaq mümkündür. 



 

16

 



 

Sxem №5. Bank prosedurları 


Yüklə 470,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin