T (act) Layih



Yüklə 470,64 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix17.04.2017
ölçüsü470,64 Kb.
#14205
1   2   3   4   5   6

4.

 

Qanunvericilik sahəsində mövcud vəziyyət 

4.1

 

YEM 

VƏ 

YEM 

ƏLAVƏLƏRİNİN 

İDXALINI 

TƏNZİMLƏYƏN 

QANUNVERİCİLİK AKTLARI 

Quş  və  balıq  yeminin  idxalı  prosesinin  qanunvericlik  bazası  4  qanundan,  2  məcəllədən  və  14 

qayda, təlimat və qərardan ibarətdir. Qanunlarda ümimi prinsiplər təsbit olunub ki, bunların da 

əsasında  hər  bir  dövlət  strukturu  öz  konkret  qaydalarını  formalaşdırıb    (Bax:  Əlavə  10.8.  Yem 

idxalını əhatə edən qanunvericlik aktlarından tədqiqat zamanı istifadə olunmuş çıxarışlar). 

Qaydalar Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunub. Təlimat və qərarlar isə Dövlət 

Gömrük  Komitəsi,  Mərkəzi  Bank  və  Azərbaycan  Respublikası  Tarif  (Qiymət)  Şurası  tərəfindən 

təsdiq edilərək hüquqi qüvvəyə minib. 

İdxal  prosesini  tənzimləyən  əsas  qanunlar  “Baytarlıq  haqqında”,  «Fitosanitar  nəzarəti 

haqqında»,  “Gömruk  tarifi  haqqında”,  “Dovlət  rusumu  haqqında”    Azərbaycan  Respublikası 

qanunlarıdır. Gömrük və Vergi məcəllələri idxal prosedurunun və ƏDV ödənişinin aparılması və 

əvəzləşdirilməsi qaydaları haqda ümumi prinsipləri təyin edir.  

Yem  idxalının  digər  tənzimləyici  qanunvericilik  aktları  olan  qaydalar  aşağıdakılardır:  “Dövlət  

baytarlıq nəzarətində olan məhsullara, o cümlədən, idxal və ixrac edilən yüklərə dövlət baytarlıq 

nəzarətinin  təşkili,  idxal-izrac  edilən  heyvanların,  heyvan  mənşəli  məhsulların  və  xammalın 


 

17

 



baytarlıq  (baytarlıq-sanitariya)  vəziyyətinin  yoxlanılması  və  müvafiq  baytarlıq  sənədinin 

verilməsi,  dövlət  baytarlıq  nəzarətində  olan  yüklərin  Azərbaycan  Respublikasına  gətirilməsi  və 

ölkə  daxilində  daşınması”  Qaydaları,  “Azərbaycan  Respublikasında  baytarlıq  preparatlarının 

aprobasiyası,  ekspertizası,  sınaqdan  keçirilməsi,  dövlət  qeydiyyatına  alınması  və  dövlət 

reyestrinin  aparılması,  istehsalı,  idxalı,  saxlanması,  daşınması,  satışı  və  istifadəsi,  habelə  yeni 

baytarlıq  preparatlarının,  avadanlıqlarının  və  yem  əlavələrinin  istehsalına  və  tətbiqinə  dair 

normativ  texniki  sənədlərin  təsdiq  edilməsi,  onların  keyfiyyətinə  nəzarət  edilməsi  və 

aprobasiyasına  dair  rəy  verilməsi”  Qaydaları,  “Dövlət  baytarlıq  nəzarətində  olan  yüklərin 

baytarlıq  normalarının  tələblərinə  uyğunluğunun  yoxlanılması  və  onlara  baxış  keçirilməsi” 

Qaydaları,  “Bitki  və  bitkiçilik  məhsullarının  idxalına  və  ixracına,  Azərbaycan  Respublikasının 

ərazisindən  tranzit  daşınmasına  və  dövriyyəsinə  idxal  karantin  icazəsinin  və  fitosanitar 

sertifikatlarının  verilməsi”  Qaydaları,  “Azərbaycan  Respublikasında  dövlət  baytarlıq  nəzarəti 

vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin 

maliyyələşdirilməsinin qaydası və şərtləri”, “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə 

alınmış  malların  (iş  və  xidmətlərin)  dəyəri  ödənilərkən    ƏDV-nin  ödənilməsi,  ƏDV-nin  depozit 

hesabında  uçotun  aparılması,  ƏDV-nin hərəkəti, bu  hesab üzrə aparılan əməliyyatlardan  ƏDV-

nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları, Yük gömrük bəyannamələrinin 

doldurulması Qaydaları. 

Qanun, məcəllə və qaydalardan əlavə, yem idxalı prosesi Nazirlər Kabinetinin (NK), Azərbaycan 

Respublikası  Tarif  (Qiymət)  Şurasının,  Dövlət  Gömrük  Komitəsinin  (DGK)  və  Mərkəzi  Bankın 

(MB) aşağıda adları sadalanan qərar və təlimatları ilə tənzimlənir: “Azərbaycan Respublikasında 

ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə 

alınan  yığımların  miqdarı  haqqında”  NK-nın  80  №-li  Qərarı,  “Azərbaycan  Respublikasının 

ərazisinə gətirilən mallar uzrə gomruk idxal rusumlarının dərəcələri” haqda Nazirlər Kabinetinin 

161  nomrəli  qərarı,  “Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət 

Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti 

hesabına  maliyyələşdirilən  xidmətlərin  tariflərinin  tənzimlənməsi  barədə”  Azərbaycan 

Respublikası  Tarif  (qiymət)  Şurasının  17  №-li  qərarı,  “Azərbaycan  Respublikasının  Kənd 

Təsərrufatı  Nazirliyi  yanında  Dovlət  Fitosanitar  Nəzarəti  Xidməti  tərəfindən  gostərilən 

xidmətlərin  tariflərinin  tənzimlənməsi  barədə”  (Azərbaycan  Respublikasının  Tarif  (qiymət) 

Surasının  18  saylı  qərarı,  MB-nin  “Azərbaycan  Respublikasinda  nağdsiz  hesablaşmalar  və  pul 

köçürmələri  haqqında  təlimat”ı  ,    DGK-nin  “Xarici  dövlətlərin  avtonəqliyyat  vasitələrinin 

Azərbaycan  Respublikası  ərazisinə  daxil  olması  və  bu  ərazidən  sərnişin  və  yük  daşınması  üçün 

istifadə etməsinə görə yol vergilərinin hesablanıb tutulması haqqında” Təlimatı. 



4.2

 

İDXAL  BAYTARLIQ  İCAZƏSİNİN  VƏ  NƏZARƏTİNİN  QANUNVERİCİLİK 

ƏSASLARI 

Yuxarıda sadalanan qanunvericlik aktlarının İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspert qrupu 

tərəfindən ekspertizası nəticəsində müəyyən olunub ki, yem idxalı prosesini tənzimləyən qanun 

və  qaydalarda  bir-birinə  zidd  maddələr,  eyni  zamanda  qeyri-müəyyənlik  var.  Heç  bir 

qanunvericilik  aktında  yem  idxalının  aydın  prosedurunu  izah  edən  konkret  maddələr  yoxdur, 

fəsillər və maddələr ümumi şəkildə məlumat verilməsinə xidmət edir. Yem və yem əlavələrinin 



 

18

 



idxalı  üçün  icazəni  verən  dövlət  orqanları  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət  Baytarlıq 

Xidməti,  Dövlət  Baytarlıq  Preparatlarına  Elmi  Nəzarət  İnstitutudur.  (Bax:  Əlavə  10.8.  Yem 

idxalını  əhatə  edən  qanunvericlik  aktlarından  tədqiqat  zamanı  istifadə  olunmuş  çıxarışlar.  № 

1,2,3,4, 15, 16,17)  

Əvvəlcə  “Yemlər”  və  “Yem  əlavələri”  anlayışlarının  qanunvericilikdə  verilmiş  açılışlarına  nəzər 

salaq.  Çünki  müvafiq  qanunvericilik  aktlarında  bu  anlayışlara  ikili  yanaşma,  onların  bəzən 

baytarlıq  preparatlarına  aid  edilməsi  ziddiyyətlərin  meydana  gəlməsinə,  yem  və  yem 

əlavələrinin  idxalı  ilə  bağlı  qanunvericilik  aktlarında  dolaşıqlığın  yaranmasına  səbəb  olur. 

“Baytarlıq haqqında” 1 aprel 2008-ci il tarixli Azərbaycan Respublikası Qanununda “Yemlər” və 

“Yem  əlavələri”nin  ayrıca  izahı  verilməsə  də,  həm  qanunun  “Əsas  anlayışlar”  bölməsində 

“Baytarlıq  preparatları”anlayışına  verilən  izahdan  (1.0.5.  baytarlıq  preparatları-yalnız  heyvan 

xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması 

üçün istifadə olunan baytarlıq təyinatlı immunobioloci, bioloji, bitki, kimyəvi və kimya-əczaçılıq 

mənşəli maddələr.), həm də qanunun 1.0.11-ci maddəsindən (dövlət baytarlıq nəzarətində olan 

yüklər  –  heyvanlar,  heyvan  mənşəli  məhsullar  və  xammal,  baytarlıq  preparatları,  yem  və  yem 

əlavələri) başa düşülür ki, “Baytarlıq preparatları” ilə “Yem” və “Yem əlavələri” fərqli, müstəqil 

anlayışlardır.  

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2009-cu  il  21  aprel  tarixli  66  nömrəli  qərarı  ilə  

təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən 

yüklərə  dövlət  baytarlıq  nəzarətinin  təşkili,  idxal-ixrac  edilən  heyvanların,  heyvan  mənşəli 

məhsulların  və  xammalın  baytarlıq  (baytarlıq-sanitariya)    vəziyyətinin  yoxlanılması  və  müvafiq 

baytarlıq  sənədinin  verilməsi,  dövlət  baytarlıq    nəzarətində  olan  yüklərin  Azərbaycan 

Respublikasına  gətirilməsi  və  ölkə  daxilində  daşınması”  Qaydalarında  “Yemlər”  və  “Yem 

əlavələri”  müstəqil  anlayışlar  kimi  verilib.  Qaydaların  12.3  və  1.2.4-cü  maddələrində  birmənalı 

şəkildə yazılıb:  

“1.2.3.  Yemlər  –  heyvan  orqanizminin  qida  maddələrinə  və  bioloji  fəal  maddələrə  olan 

tələbatını  ödəyə  bilən  və  heyvanların  yemlənməsi  üçün  istifadə  olunan  hər  cür  təbii  bitki  və 

heyvan  mənşəli  məhsullar və  onlardan  heyvanların  yemlənməsi  üçün  xüsusi  hazırlanmış  yem 

əlavələri 

və 

bioloji 

fəal 

maddələrlə 

zənginləşdirilmiş 

qarışıq 

yemlər.  

1.2.4.  Yem  əlavələri  –  yemlərin  qidalılığını  və  onlardakı  bioloji  fəal  maddələrin  miqdarını 

heyvan  orqanizminin  tələbatına  uyğun  olaraq  artırılması  və  yemlərin  keyfiyyətinin  qorunub 

saxlanması  və  mənimsənilməsinin  yaxşılaşdırılması  məqsədi  ilə  yemlərə  əlavə  edilən  qidalı 

maddələr  (ət-sümük  unu,  sümük  unu,  qan  unu,  balıq  unu,  toyuq  unu,  drojlar,  (mayalar), 

jmıxlar,  şrotlar,  yağlar,  aminli  turşular  və  s.),  bioloji  fəal  maddələr  (vitaminlər,  minerallar, 

mikroelementlər  və  s.),  qoruyucular  (stabilizatorlar,  antioksidantlar,  sorbentlər,  antimikrob 

agentlər və s.), fermentlər və s.”. 

Yalnız  bir sənəddə - Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun fəaliyyəti ilə bağlı 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2007-ci  il  16  aprel  tarixli  66  nömrəli  qərarı  ilə 

təsdiq edilmiş “Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, 

sınaqdan  keçirilməsi,  dövlət  qeydiyyatına  alınması  və  dövlət  reyestrinin  aparılması,  istehsalı, 


 

19

 



idxalı,  saxlanması,  daşınması,  satışı  və  istifadəsi,  habelə  yeni  baytarlıq  preparatlarının, 

avadanlıqlarının  və  yem  əlavələrinin  istehsalına  və  tətbiqinə  dair  normativ  texniki  sənədlərin 

təsdiq  edilməsi,  onların  keyfiyyətinə  nəzarət  edilməsi  və  aprobasiyasına  dair  rəy  verilməsi” 

Qaydalarında “Yemlər” və “Yem əlavələri” müstəqil anlayış kimi deyil, baytarlıq preparatlarının 

bir növü kimi verilib. Həmin qaydaların “Əsas anlayışlar” bölməsinin 2.1 maddəsində yazılır:  

“2.1.  baytarlıq  preparatları  -  yem  və  yem  əlavələri,  heyvan  xəstəliklərinin  müalicəsi, 

profilaktikası,  diaqnostikası,  heyvanların  süni  mayalanması,  onların  məhsuldarlığının 

artırılması  məqsədilə  və  heyvan  embrionlarının  transplantasiyası  zamanı  işlədilən  bütün 

preparatlar,  maddələr,  materiallar  və  s.  vasitələr,  heyvan  və  insanlar  üçün  ümumi  olan 

baytarlıq  təyinatlı  (müşayiətedici  və  ya  istifadə  təlimatlarında  baytarlıqda  tətbiq  ediləcəyinə 

dair  məlumatlar  olan)  preparatlar,  antiseptiklər,  dezinfeksiya,  dezinseksiya  və  deratizasiya 

vasitələri, kimya, əczaçılıq mənşəli maddələr, vitaminlər, bioloji stimulyatorlar, yem məqsədilə 

işlədilən  kənd  təsərrüfatı  və  sənaye  tullantıları,  heyvan  orqanizminə  və  onun  saxlandığı 

mikromühitə təsir edə bilən hər cür maddələr və s.”  

Bu da qanunvericlik aktlarında uyğunsuzluğun təzahürü olub qanun və qaydaları istənilən kimi 

yozmağa  əl  yeri  qoyur.  Yem  və  yem  əlavələrinə  idxal  icazəsinin  verilməsi  haqqında  adları 

sadlanan  qanun  və  qaydalarda  yalnız  ümumi  xarakterli  məlumatlar  verilir,  konkret  icazə 

mexanizminin necə olması barədə danışılmır. Qanun və qaydalardakı bu boşluqlar son nəticədə 

yem  və  yem  əlavələrinin  dərman  preparatı  kimi  ciddi  ekspertiza  və  sınaqdan  keçirilib  qeydə 

alınmasına, farmoklojoi preparatlara şamil olunan tələblərə cavab verməsi yoxlanıldıqdan sonra  

idxalına icazə verilməsinə gətirib çıxarır.  

“Baytarlıq  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  “Baytarlıq  preparatlarının,  yem  və 

yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarəti” adlı 18-ci maddəsində yazılır:  



“18.2.  Hüquqi  və  fiziki  şəxslər  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  Azərbaycan 

Respublikasında  qeydiyyatdan  keçmiş,  baytarlıq  preparatları,  yem  və  yem  əlavələri  idxal  və 

ixrac  edə  bilərlər.  Qeydiyyatdan  keçməmiş  baytarlıq  preparatları,  yem  və  yem  əlavələri 

Azərbaycan  Respublikasına  sərgilərdə,  yarmarkalarda,  konfranslarda  nümayiş  etdirmək,  elmi 

və digər məqsədlər üçün satış hüququ olmadan gətirilə bilər.  

18.3. 

Baytarlıq  preparatlarının,  yem  və  yem  əlavələrinin  idxalı  və  ixracı  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” 

Dövlət Baytarlıq Xidmətinin bu sahədəki fəaliyyətinin nizamlanması üçün qəbul edilmiş  “Dövlət 

baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq 

nəzarətinin  təşkili,  idxal-ixrac  edilən  heyvanların,  heyvan  mənşəli  məhsulların  və  xammalın 

baytarlıq  (baytarlıq-sanitariya)    vəziyyətinin  yoxlanılması  və  müvafiq  baytarlıq  sənədinin 

verilməsi, dövlət baytarlıq  nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və 

ölkə  daxilində  daşınması”  Qaydalarının  yalnız  “İdxal  edilən  heyvanlara,  heyvan  mənşəli 

məhsullara  və  xammala verilmiş  baytarlıq  sənədlərinə  baxış  keçirilməsi” adlı  4-cü  maddəsində 

yem idxalına dolayısı ilə və yalnız ümumi şəkildə toxunulur:  


 

20

 



“4.3.  Heyvanlar,  heyvan  mənşəli  məhsullar  və  xammal  ölkə  ərazisinə  daxil  olduqda  və 

qüvvədə  olan  baytarlıq  (baytarlıq-sanitariya)  qanunvericiliyinin  tələbləri  pozulmadıqda  belə 

yüklərə verilmiş beynəlxalq baytarlıq sertifikatı əsasında yükün buraxılması baytarlıq haqqında 

Azərbaycan Respublikası qanununda müəyyən olunmuş qaydada həyata keçirilir.” 

Yem  və  yem  əlavələrini  qeydə  almaq  üçün  təqdimat  verməli  orqan  olan  Dövlət  Baytarlıq 

Preparatlarına Elmi Nəzarət İnstitutun fəaliyyətini tənzimləyən yeganə qanunvericilik aktında  -  

“Azərbaycan  Respublikasında  baytarlıq  preparatlarının  aprobasiyası,  ekspertizası,  sınaqdan 

keçirilməsi,  dövlət  qeydiyyatına  alınması  və  dövlət  reyestrinin  aparılması,  istehsalı,  idxalı, 

saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının 

və  yem  əlavələrinin  istehsalına  və  tətbiqinə  dair  normativ  texniki  sənədlərin  təsdiq  edilməsi, 

onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi” Qaydalarında yem və 

yem  əlavələrinə  baytarlıq  preparatı  kimi  açılış  verildiyindən  onu  qeydiyyata  alınması  üçün 

farmokoloji preparatlara tətbiq edilən sərt tələblər şamil olunur.  

Xatırladaq  ki,  qaydaların  əvvəlki  redaksiyası  yem  və  yem  əlavələrinin  qeydiyyata  alınmadan 

idxalına icazə verirdi. Qaydaların əvvəlki redaksiyasında olan 5.6.-cı bəndində yazılırdı: “Ölkədə 



və  xaricdə  istehsal  edilən  və  dövlət  baytarlıq  nəzarətində  olan  yem  və  yam  əlavələri  yem 

məqsədilə  işlədilən  kənd  təsərrüfatı  və  sənaye  tullantıları,  heyvanlara  qulluq  əşyaları  dövlət 

qeydiyyatına alınmadan istehsal və idxal edilə bilər”. 

Ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2008-ci il tarixli 125 nömrəli qərarı 

ilə Qaydaların 5.6-cı bəndindən “yem və yem əlavələri,” sözləri çıxarılmışdır. Qaydaların köhnə 

redaksiyası  nəzərdə  tuturdu  ki,  xaricdən  idxal  edilən  yem  və  yem  əlavələrinə  Dövlət  Baytarlıq 

Xidməti tərəfindən icazə verilir, institut bu məsələyə qarışmır. O zaman qaydalarda göstərilirdi 

ki,  yem  və  ya  yem  əlavələri  idxal  olunub  respublikaya  çatdırıldıqdan  sonra  götürülən  nümunə 

Xidmətin  idxala  icazə  məktubu,  keyfiyyət  sertifikatı  və  digər  malı  müşayiət  edən  sənədlərlə 

birlikdə  instituta  təqdim  edilməlidir.  İnstitut  nümunəni  yoxlayıb  müsbət  rəy  verdikdən  sonra 

yem  və  ya  yem  əlavələrinin  satışına,  istifadəsinə  icazə  verilirdi.  O  zaman  qaydalara  edilən 

yarımçıq  dəyişikliyin  izlərini  hələ  də  sənəddə  tapmaq  mümkündür  ki,  bu  da  qanunvericilik 

aktında dolaşıqlığın yaranmasına səbəb olur.  

Məsələn,  qaydaların  4.1.  –ci  maddəsində  yazılır  ki,  baytarlıq  preparatlarının  keyfiyyətinin 

yoxlanılması  və  onların  qeydiyyata  (yenidən  qeydiyyata)  alınması  məqsədilə  həmin 

preparatların nümunələri əvvəlcədən İnstituta təqdim edilməlidir. 

Eyni  zamanda,  qaydalarda  göstərilir  ki,  müraciət  məktubu  (əgər  preparat  qeydə  alınmışsa, 

preparatın  qeydiyyat  şəhadətnaməsinin  nömrəsi  göstərilməklə),  nümunəgötürmə  aktı, 

keyfiyyət sertifikatı, Dövlət Baytarlıq Xidmətinin idxala icazə məktubu və ya qeydəalma barədə 

ərizəçinin  məktubu,  malı  müşayiət  edən  yol  sənədləri  ilə  (invoys  və  müxtəlif  sertifikatlar) 

müşayiət edilməlidir. 

Burda  Dövlət  Baytarlıq  Xidmətinin  idxala  icazə  məktubunun  nə  olması  başa  düşülmür.  Əgər 

institut  yem  gətirilməmişdən  nümunəni  sınaqdan,  sənədləri  ekspertizadan  keçirəcəksə,  yalnız 

bundan  sonra  Baytarlıq  xidməti  idxal  icazəsi  verəcəksə,  onda  əvvəlcədən  hansı  icazə 



 

21

 



məktubunun  təqdim  edilməsindən  söhbət  gedə  bilər.  Görünür  ki,  əvvəlki  qaydalara  dəyişiklik 

edilən  zaman  həmin  icazə  məktubunu,  eyni  zamanda  “malı  müşayiət  edən  yol  sənədləri” 

sözlərini sənədlərin siyahısından çıxarmağı unudublar. Əgər mal hələ gəlməyibsə, onu müşayiət 

edən yol sənədləri necə əvvəlcədən gələ və təqdim edilə bilər? 

Məhz  dəyişikliklərdən  sonra  Qaydaların  5-ci  bölməsində  (Xaricdə  istehsal  olunmuş  baytarliq 

preparatlari sənədlərinin və nümunələrinin qeydə alinmasi üçün ekspertiza) qeydiyyat üçün sərt 

tələblər qoyulub: 

“5.1. Xaricdə istehsal edilmiş preparatın qeydə alınması üçün baytarlıq preparatını işləyən 

(layihələşdirən), onu hazırlayan firma və ya onların vəkaləti ilə başqa hüquqi və fiziki şəxslər bu 

barədə  İnstituta  bu  Qaydaların  1  nömrəli  əlavəsinə  uyğun  olaraq  rəsmən  müraciət 

etməlidirlər. 

5.2. Müraciət məktubuna qeydə alınacaq preparata aid bu Qaydaların əlavələrinə uyğun 

sənədlər komplekti daxil edilməlidir (2, 3, 4, 5 və 6 nömrəli əlavələr). 

5.3.  Ərizəçi  ilə  İnstitut  arasında  preparatın  ekspertizası,  sınaqdan  keçirilməsi  və  qeydə 

alınması üçün müqavilə bağlanılır. 

5.4. İnstitutun rəhbərliyi preparatın qeydə alınmasına aid daxil olmuş sənəd və materiallar 

toplusunun  surətini  preparatın  nümunələri  ilə  birlikdə  İnstitutun  müvafiq  laboratoriyasına 

göndərir. Laboratoriya preparata aid sənədləri araşdırır, tələb olunan bütün sənədlərin təqdim 

edilməsini,  həmin  sənədlərdə  lazım  olan  informasiyaların  tamlığını  müəyyən  edir  və 

çatışmayan sənədlərin və məlumatların əlavə olaraq verilməsini tələb edir.” 

Həm  sənədlərin  çoxluğu  (söhbət  100-dən  artıq  sənəddən  gedir),  həm  də  onu  əldə  etməyin 

çətinlikləri (keyfiyyət, mənşə, baytarlıq sertifikatlarının əvvəlcədən alınması əlavə xərc, vaxt və 

enerji  tələb  edir  )  praktiki  olaraq  yem  və  yem  əlavələrinin  qanuni  yolla  qeydiyyatdan  keçirilib 

idxal olunmasını mümkünsüz edir. 

Hazırki  qaydaların  8-ci  maddəsində  (Baytarliq  preparatlarinin  qeydiyyata  (yenidən  qeydiyyata) 

alinması)  göstərilir  ki,  baytarlıq  preparatının  qeydiyyata  alınma  sənədlərinin  və  nümunələrinin 

ekspertizadan  və  sınaqdan  keçirilməsinin  nəticələri  əsasında  (Bu  işlərin  həyata  keçirilmə 

müddəti qaydalarda göstərilməyib. Sorğu, fokus qrup müzakirələri və intervülərin nəticəsi kimi 

demək  olar  ki,  prosess  ən  azi  30  gün  davam  edir)  İnstitut  Dövlət  Baytarlıq  Xidmətinə  15  gün 

müddətində  preparatın qeydiyyata  (yenidən qeydiyyata)  alınması  barədə  təqdimat  verməlidir. 

Bundan  sonra  İnstitutun  preparat barədə  rəyinə  Dövlət  Baytarlıq  Xidmətində  və  ya onun  Elmi 

Texniki Şurasında baxıldıqdan sonra institutun rəyinə və ya Elmi Texniki Şuranın qərarına əsasən 

təqdimat  verilmiş  gündən  bir  ay  müddətində  Dövlət  Baytarlıq  Xidməti  preparatı  qeydiyyata 

alaraq  ərizəçiyə  qeydiyyat  şəhadətnaməsi  verir  və  ya  qeydiyyata  alınmasından  imtina  barədə 

əsaslandırılmış qərar çıxarır. Qeyd edək ki, Qaydaların tələbinə görə, qeydiyyat şəhadətnaməsi 5 

il müddətinə verilir. 

Əvvəlki qaydalarda malı gətirməmişdən 1 ay əvvəl müraciət olunması nəzərdə tutulurdu. Ancaq 

göründüyü kimi, bu müddət qaydaların hazırki redaksiyasında yoxdur 


 

22

 



Yem  idxalçılarının  gətirəcəkləri  yemin  nümunəsinin  sınaqdan,  sənədlərin  ekspertizadan 

keçirilməsinin,  yemin  qeydiyyata  alınmasının  qayda  və  şərtləri,  ödəniləcək  rüsumun  məbləği 

Nazirlər  Kabinetinin  2006-cı  il  7  mart  tarixli  65  nömrəli  qərarı  ilə  təsdiq  edilən  “Azərbaycan 

Respublikasında  dövlət  baytarlıq  nəzarəti  vacib  olan  obyektlərin  mülkiyyətçilərinin  vəsaiti 

hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin qaydası və şərtləri”, Tarif 

(Qiymət) Surasının “Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyi yanında Dovlət Baytarlıq 

Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mulkiyyətcilərinin  vəsaiti hesabına 

maliyyələsdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə 17 saylı, 26 iyul 2007-ci il tarixli 

qərarı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. 

Qayda və şərtlərin 2-ci “Mülkiyyətçilərin vəsaiti hesabına maliyyələşdirilən baytarlıq tədbirləri” 

bölməsində  bu  tip  baytarlıq  tədbirlərinin  siyahısı  verilib.  Həmin  siyahıda  yem  və  yem 

əlavələrinin  istifadə  üçün  təqdim  edilən  seriyalarının  (partiyalarının)  aprobasiyası,  sınağı, 

ekspertizası, qeydə alınması və nəzarət xərcləri də var. Qaydaların 3-cü bölməsində isə göstərilir 

ki,  baytarlıq  xidmətlərinin  göstərilməsinə  görə  alınan  məbləğin  miqdarı  Azərbaycan 

Respublikasının  Tarif    Şurası  tərəfindən  müəyyən  edilir.  Bu  bölmədə,  eyni  zamanda,  konkret 

şəkildə qeyd olunub ki, xidmətlərin göstərilməsi ödəniş həyata keçirildikdən sonra aparılır.  Tarif 

(Qiymət) Şurasının yuxarıda adıçəkilən qərarında bu xidmət üçün konkret məbləğ qeyd olunub. 

Qərarın  “Azərbaycan  Dövlət  Baytarlıq  Preparatlarına  Elmi  Nəzarət  İnstitutu  tərəfindən  həyata 

keçirilən xidmətlər” adlı 5-ci bölməsində baytarlıq preparatlarının ekspertizası üçün 950 manat, 

təkrar  ekspertiza    üçün  isə  450  manat  xidmət  tarifi  nəzərdə  tutulub.  50  manat  isə  qeydiyyat 

şəhadətnaməsinin  və  idxal  icasənin  verilməsi  üçün  Dövlət  Baytarlıq  Xidmətinə  köçürülməlidir. 

Bu isə Tarif (Qiymət) Şurasının qərarı ilə deyil, “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir. 

Qanunun 

18.66.3-cü 

maddəsində 

yazılıb: 

“Baytarlıq 

preparatlarının 

qeydiyyat 

şəhadətnaməsinin verilməsi (bir preparat) – 50 manat”. 

Göründüyü kimi yem idxalçısı nəticədən asılı olmayaraq əvvəlcədən yemin sınaqdan keçirilməsi 

üçün 950 manat xidmət tarifi ödəməlidir. Əgər ödəniş üçün müqavilə bağlanılmasa və vəsaitin 

instituta  aid  olan  hissəsi  (950  manat)  bütünlüklə  ödənilməsə,  institut  yemin  sınaqdan 

keçirilməsi işlərinə başlamır. 



Yüklə 470,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin