T (act) Layih



Yüklə 470,64 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix17.04.2017
ölçüsü470,64 Kb.
#14205
1   2   3   4   5   6

Üçüncü, yerli təsərrüfatların daxili bazara çıxardığı məhsulun həcmi böyük olmadığından  balıq və  balıq 

məhsullarının  idxalı  yerli  istehsalı  üstələyir.    Xarici  okean,  dəniz    məhsullarının  yerli  məhsulu  daxili 

bazardan sıxışdırması tendensiyası davam edir. 

Dördüncü, quşçuluq təsərrüfatlarında vəziyyət xeyli yaxşıdır. Yerli quşçuluq təsərrüfatlarının məhsulları 

daxili bazardan xarici məhsulları demək olar ki, çıxarıb. Ancaq burada da  çox baha olması səbəbindən 

laboratoriya  avadanlıqlarının  yoxluğu  ilə  yanaşı,  keyfiyyətli  yem  idxalı  problemi  var.  Bu  da  belə 

müəssisələrə istehsal gücünü artırmağa və xarici bazarlara məhsul ixrac etməyə imkan vermir.  

Daxili bazarda yerli balıq məhsullarının satış qiyməti 6 manat (karp, sazan) və 11 manatdır (çay foreli). Bu 

halda satış xərclərini də nəzər almaqla məhsulun maya dəyəri 4-4.5 (karp) manat və  8-8.5 manat (forel) 

təşkil edir. Bütün vacib inqridientləri, lazımi proteini özündə  cəmləşdirən hazır yemin 1 kiloqramı karp 

üçün  0.40  manat,  qızıl  balıq  üçün  isə  1.20-1.40  manatdır.  Sorgular  göstərdi  ki,  hazır  yem  idxalı  üçün 

icazənin  alınması  sahəsindəki  mövcud  inzibati  baryerlər  balıq  təsərrüfatlarını  ayrı-ayrı  bitki  mənşəli 

komponentlərdən  istifadəyə  məcbur  edir.  Bu  cür  yemin  1  kq-nın  qiyməti  təxminən  0.25  manatdır. 

Təcrübə göstərir ki, 3-3.5 kq hazır yem karp balığının çəkisinin 1 kq artmasına imkan verir, bitki mənşəli 

komponentlərlə  qidalandırılan  balığın  çəkisinin  1  kq-a  çatdırılmasına  isə  6  kq  yem  lazımdır.  Forel 

balığının çəkisini 1 kq-a çatdırmaq üçün 1-1.5 kq hazır yem tələb olunur. 

Beləliklə,  bitki  mənşəli  yemin  qiyməti  aşağı  olsa  da,  çox  istifadə  olunduğundan  böyük  xərc  tələb  edir. 

Bitki  mənşəli  yemin  hazır  yemdən  fərqli  olaraq,  əlavə  -  üyütmə,  yüklənmə-boşaldılma  xərcləri  də 

mövcuddur.  



Hazır yem əvəzinə balıqların bitki mənşəli yemlərlə qidalandırılmasının riskləri: 

1.

 



Dünya  bazarında  dənli  bitkilərin  qiyməti  dəyişir.  Son  vaxtlar  iqlim  dəyişiklikləri  nəticəsində 

qiymətlərin artım tendensiyası müşahidə olunur; 

2.

 

Bəzən  balıqçılıq  təsərrüfatlarının  sahibləri  öz  torpaqlarında  balığı  yemləmək  üçün  dənli  bitkilər 



əkirlər.  Belə  əkinlərin  məhsuldarlığı  aşağı  olur.  Beləliklə,  əkin  torpaqlarından  qeyri-səmərəli 

istifadə olunur; 

3.

 

Balıqların bu şəkildə yemlənməsi onların xəstələnməsi və kütləvi qırılması riskini artırır; 



4.

 

Balıq ətinin keyfiyyəti aşağıdır. Onun tərkibində insan orqanizmi üçün faydalı olan elementlərin 



payı  azdır.  Bu  da  balıqların  qidalandırıldığı  yemlərin  tərkibində  vitaminlərin,  proteinlərin  aşağı 

 

29

 



səviyyədə  olması  ilə  bağlıdır.  Bütün  bunlar  balığın  maya  dəyərinin  yüksək,  keyfiyyətinin  aşağı 

olmasını  şərtləndirir  ki,  bu  da  xarici  məhsullarla  müqayisədə  rəqabət  qabiliyyətinin  aşağı 

olmasına şərait yaradır. 

1  kq-lıq  forel  balığının  yetişdirilməsinə  yem  və  yem  idxalı  ilə  bağlı  çəkilən  xərclər  aşağıdakı  düstur 

vasitəsilə müəyyən olunur:  

M = (C + İ + T) x K 

 

C – Hazır yemin qiyməti 



İ – idxal prosesinə çəkilən xərc (o cümlədən, qeyri-rəsmi ödənişlər) 

T – daşınma və yükləmə-boşaltma xərcləri 

K – düzəliş əmsalı 1.5-ə bərabərdir 

M = (1.4 + 1.34* +0.40) x 1.5 = 4.71 manat 

* Qeyd: 7-ci bölmədəki hesablamalardan görünür ki, 10 ton yemin idxalına faktiki 13 403 manat (qeyri-

rəsmi ödənişlərlə birgə) xərclənir. Bu halda 1 kq yemin idxalı  1.34 manat başa gəlir. 

Nəzərə  alsaq ki, forel balığının ümumi maya dəyəri orta hesabla 8.25 manatdırsa, onda yem və  yemin 

idxalı ilə əlaqədar xərclər maya dəyərinin 57%-ni təşkil edir.  

1 kq-lıq forel balığının yetişdirilməsinə yem və yem idxalı ilə bağlı çəkilən xərclərdə yemin qyməti 44.6%, 

idxal prosesisinə çəkilən xərc 42.7%,  daşınma xərcləri 12.7% təşkil edir.  

 

Diaqram 1. 1 kq forel balığın maya   



 

Diaqram 2. Yemlə əlaqədar xərclərin 

dəyərində yemlə əlaqədar xəırclərin payı 

 

strukturu 

 

                                                                       

 

                            



 

 

 



 

 

 



 

 

30

 



7.

 

Toplanmış informasiya bazası əsasında xərclərin hesablanması 

və qiymətləndirmə 

Hesablamaların nəticələrinin emalı 

Sorğular  nəticəsində  toplanmış  informasiya  və  statistika  bazasında  metodogiyaya  uyğun  olaraq  (C 



(İnzibati xərclər) = (H x S) + (A + E)) hər bir mərhələ üzrə xərc hesablamaları aparılıb. Nəticələrlə Əlavə 

10.1, 10.2, 10. 3, 10.4, 10. 5, 10.6 və 10.7-də tanış olmaq mümkündür. 

Nəticələrin emalından sonra faktiki idxal prosedurları üzrə xərclər müəyyənləşdirildi və müqayisə imkanı 

yaratmaq üçün vaxt itkiləri pul formasına salındı. Qeyd edək ki, rəsmi statistikanın məlumatlarına görə, 

kənd  təsərrüfatı, meşəçilik  və  balıqçılıq  sənayesində  2010-cu  ilin  orta  aylıq  əmək  haqqı  göstəricisi  160 

manat  olub.  Ancaq  sorğular  zamanı  müəyyən  olundu  ki,  quşçuluq  və  balıqçılıq  sənayesində  orta  aylıq 

əmək haqqı orta hesabla 260 manatdır.  Məhz bu faktiki göstərici əsasında bir saata düşən əməkhaqqı 

tapılaraq vaxt itkisi manatla ifadədə pul itkisinə çevrilib.  

Müəssisə səviyyəsində faktiki idxal xərclərinin nəticələri aşağıdaki cədvəldə əks olunub: 

Cədvəl 1. İdxal xərcləri (faktiki) 

  

Xərclərin 

növləri 

İdxal  

karantin 

icazəsi 

Bank 

xidməti 

Baytarlıq 

icazəsi 

Gömrük 

əməliyyat- 

ları 

Cəmi 

 

1. 

İşçi qüvvəsi, 

saat 

8.5 

6.5 

12 

20 

47 

2. 

Əlavə vaxt, saat 

ilə (25 %) 

2.1 

1.6 

3.3 



12 

3. 

Orta əmək 

haqqı 

(260 manat), 

saat hesabı ilə, 

manat 

1.51 

1.51 

1.51 

1.51 

 

4. 

Vaxt sərfinin 

manatla ifadəsi 

16 

12.23 

23.1 

37.75 

89 

5. 

Rəsmi 

ödənişlər, 

manat 



320 

70 

5760 

6153 

6. 

Qeyri-rəsmi 

ödənişlər, 

manat 

50 

 

200 

7000 

7250 

7. 


Bütün prosedurlar üzrə cəmi xərclər (rəsmi və qeyri-rəsmi), 

13 492 

 

31

 



manat 

 

Beləliklə, idxal prosesinin bütün mərhələlər üzrə faktiki xərcləri aşağıdakı düsturla hesablanır: 



       TC (real) = (a+b) + c + (d+e) + (f+g) 

a – idxal karantin icazəsi ödənişləri (rəsmi); 

b - idxal karantin icazəsi ödənişləri (qeyri-rəsmi); 

c – bank xərcləri (rəsmi); 

d – baytarlıq icazəsi (rəsmi); 

e - baytarlıq icazəsi (qeyri-rəsmi); 

f- gömrük xərcləri (rəsmi); 

g – gömrük xərcləri (qeyri-rəsmi). 



TC (real) = (3+50) + 320 + (70+200) + (5760+7000)  = 13492 manat 

Beləliklə, 10 ton balıq yeminin idxal prosesi faktiki 13492 manata başa gəlir. Burada, malın dəyəri və 

daşınma xərcləri nəzərə alınmayıb. 

Qanunvericiliyə  uyğun müəyyənləşdirilən xərclər (vaxt, pul) Cədvəl 2-də verilib. Məqsəd faktiki və rəsmi 

(qanunvericlikdə nəzərdə tutulan) xərcləri hesablamaqla kənarlaşmaları aşkara çıxarmaqdır. 

                                                                   

   Cədvəl 2. İdxal xərcləri (qanunvericilik əsasında) 

  

Xərclərin 

növləri 

İdxal 

karantin 

icazəsi 

Bank 

xidməti 

Baytarlıq 

icazəsi 

Gömrük 

əməliyyat- 

ları 

Cəmi 

(manat 

və saat) 

Manat və 

saat 

1. 

İşçi qüvvəsi, 

saatla 

8.5 

6.5 

30.5 

20 

65.5 

65,5 

2. 

Əlavə vaxt, 

saatla (25 %) 

2.1 

1.6 

7.8 



16.6 

16,6 

3. 

Orta əmək 

haqqı (260 

manat), saat 

hesabı ilə, 

manat 

1,51 

1,51 

1,51 

1,51 

 

 

4. 

Xərclər, manat 

16 

12.2 

57.8 

37.8 

123.8 

74,22 


 

32

 



5. 

Rəsmi rüsum 

və xərclər, 

manat 



320 

1600 

5760 

7683 

7683 

7. 

Rəsmi vaxt, 

saat 

120 

 

720 

 

 

 

 

İdxal prosesinə qanunvericiliyə uyğun olaraq çəkilən xərclərin hesablanması isə aşağıdakı düsturla həyata 



keçirilir: 

TC (law) = (a+b) + c + (d+e) + (f+g) 

a – idxal karantin icazəsinin alınmasına şirkətin xərcləri

b - idxal karantin icazəsinin rüsumu; 

c – bank xidməti xərcləri; 

d – baytarlıq icazəsinin alınmasına şirkətin xərcləri; 

e - baytarlıq icazəsi rüsumu və xidmət haqqı; 

f- gömrük əməliyyatlarına şirkətin xərcləri; 

g – gömrük vergi, rüsum, yığımları. 

TC (law) = (16+3) + 320 + (657.8+1000) + (37.8+5760) =7775.6 manat 

Beləliklə, 10 ton balıq yeminin idxal prosesi qanunvericlik çərçivəsində  7775.6 manata başa gəlməlidir. 

Burada, malın dəyəri və daşınma xərcləri nəzərə alınmayıb. 

Cədvəl 3-də isə müqayisə etmək məqsədilə hər iki hesablamanın əsas göstəriciləri qruplaşdırılıb. 



Cədvəl 3. İdxal xərcləri (faktiki və rəsmi) 

 

Göstəricilər 

Faktiki 

Qanunvericiliyə 

uyğun 



Şirkətin idxal prosedurlarına 

sərf etdiyi vaxt, saat 

59 

82 



Vaxt sərfinin manatla ifadəsi  

89 

123.8 



Rəsmi ödənişlər, manat 

6153 

7683 



Şirkətin və dövlət 

qurumlarının idxal 

prosedurlarına birgə sərf 

etdiyi vaxt, saat 

     59 + 13 = 72   

82+720 +120 = 922 

 

33

 





Qeyri-rəsmi ödənişlər, manat 

 

           7250 

 

 

Cədvəldən  də  göründüyü  kimi  idxal  prosessinin  əksər  mərhələlərində  qanunvericlikdə  nəzərdə  tutulan 



xərclər  faktiki  xərcləri  üstələyir.  Tədqiqat  qrupu  idxal  prosedurları  nöqteyi-nəzərindən  idxal  zəncirinin 

hansı mərhələlərində artıq xərclər yarandığını müəyyənləşdirib və onların səbəblərini araşdırıb.  



Sahibkar  üçün  birinci  çox  əhəmiyyətli  göstərici  idxal  proseduruna  sərf  edilən  vaxtdır.  Əldə  olunan 

hesablamalar  əsasında  idxal  prosesinə  faktiki  sərf  olunan  və  qanunvericlikdə  nəzərdə  tutulan  vaxtlar 

əsasında diaqram qurulub. 

 

 

Diaqram 3. İdxal prosesinə sərf olunan vaxt, saatla (faktiki və qanunvericilikdə nəzərdə tutulan), 

yaşıl qanunvericilikdə nəzərdə tutulan, qırmızı isə faktiki vaxt sərfidir.  

İdxal  prosesinə  qanunvericlikdə  nəzərdə  tutulan  şəkildə  sərf  olunan  vaxt  itkisi  faktiki  vaxt  itkisindən 

çoxdur.  Əgər  şirkətlərin  cəmi  faktiki  vaxt  sərfi  82  saatdırsa  (10.25  gün),  dövlət  qurumlarının  

qanunvericiliyə  uyğun  vaxt  sərfi  840  saatdır  (105  gün).  Beləliklə,  qanun  çərçivəsində  bütün  idxal 

prosesinə sərf olunan vaxt 922 saat (115 gün) təşkil edir. Ümumi sərf olunan vaxtın 9%-i sirkətlərin, 91%-

i isə dövlət qurumlarının payına düşür.  

Diaqramdan  göründüyü  kimi  buna  səbəb  baytarlıq  icazəsinin  alınması mərhələsində  daha  çox  vaxt (90 

gün) sərf edilməsidir.  



 

34

 



Sahibkar üçün ikinci ən vacib göstərici xərcdir. Xərclərə gələrkən isə müəyyən olunub ki rəsmi ödəmələr 

və  rüsumlar,  hətta  şirkətlərin  digər  prosedurlarla  əlaqəli  qanunla  nəzərdə  tutulan  və  faktiki  xərcləri 

fərqlənir. Xərclər diaqramı bu fərqləri müşahidə etməyə şərait yaradır. 

 

 



Diaqram 4. İdxal prosesinə sərf olunan xərclər, manatla (faktiki xərclər qırmızı,  

qanunvericlikdə nəzrdə tutulan xərclər yaşılla işarələnib) 

Diaqramdan  görünür  ki,  bank  prosedurları  istisna  olmaqla  digər  idxal  mərhələlərində  faktiki  xərclər 

qanunvericlikdə  nəzərdə  tutulan  rəsmi  xərclərdən  çoxdur.  Bu,  baytarlıq  və  idxal  karantin  icazəsi 

mərhələlərində o qədər də nəzərəçarpan olmasa da, sorğu iştirakçılarının fikrincə, gömrük prosedurları 

mərhələsində qeyri-rəsmi ödənişlər sayəsində xeyli fərqlənir.  

Qanun  çərçivəsində  şirkətlərin  idxal  prosesinə  sərf  etdiyi  vaxt  pul  ifadəsində  74.22  qəpik  təşkil  edir. 

Rəsmi ödənişlər (rüsumlar, vergilər, xidmət haqqi və sair) 7683 manatdır. Beləliklə, qanun çərçivəsində 

cəmi  xərclər  7757.22  manat  təşkil  edir.  Vaxtın  pulla  ifadəsi  ümumi  xərclərdə  1%,  rəsmi  ödənişlər  isə 

99%-dir.  Eyni  zamanda,  qeyd  etmək  lazımdır  ki,  şirkətlərin  faktiki  xərcləri  qanun  çərçivəsindəkindən 

fərlənir, 13462 manat təkil edir. O cümlədən, bunun 7220 manatı (53%) qeyri-rəsmi ödənişlərdir.   



8. Tapıntılar 

Tədqiqat  nəticəsində  aşkara  çıxarılıb  ki,  yem  və  yem  əlavələrinin  idxalı  prosesində  vaxt  itkiləri,  eynilə 

rəsmi  ödənişlər  baxımından  ən  mürəkkəb  mərhələ  idxal  üçün  baytarlıq  icazəsinin  alınmasıdır.  İdxal 

baytarlıq  icazəsinin  verilməsini  tənzimləyən  qaydalarda  idxalçılara  münasibətdə  tələblərin  sərtliyi, 

təqdim  olunası  sənədlərin  çoxluğu,  icazə  üçün  müddətin  həddən  artıq  uzunluğu,  rüsumun  məbləğinin 


 

35

 



yüksəkliyi  yem  və  yem  əlavələrinin  idxalı  prosesinə  böyük  inzibati  maneə  yaradır.  Beləliklə,  tədqiqat 

nəticəsində aşkar olunub ki: 

 

Baytarlıq icazəsinin verilmə prosedurları qanunvericilikdə aydın şəkildə təsbit olunmayıb; 



 

İdxal icazə  proseduru nəzərdə  tutulan Qaydaların “Ümumi anlayışlar” bölməsində  yem və  yem 



əlavələri “Baytarlıq preparatı” anlayişına daxil edilib

 



İdxalçılar idxal icazəsi almaq üçün yüksək xidmət haqqı ödəməyə məcburdurlar; 

 



İdxal  icazəsinin  vaxtı  qanunvericlikdə  uzun,  tələbləri  qeyri-real  olduğundan  potensial  idxalçılar 

hazır yem idxalından imtina edirlər; 

 

İdxal prosedurları və ödənişlər barəsində informasiyanı elektron şəkildə əldə etmək çətindir, bəzi 



hallarda isə mümkün deyil;  

 



İdxal  icazəsi  vaxtının  süni  şəkildə  uzadılması,  tələb  olunan  sənədlərin  qanunvericlikdə  konkret 

əks  etdirilməməsi  kimi  inzibati  baryerlər  idxalçıları  bəzən  qeyri-rəsmi  ödənişlər  etmək 

məcburiyyətində qoyur. 

 



Sahibkarlar qanunvericilikdəki informasiya öhdəlikləri barəsində az məlumatlıdırlar.  

 



Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun texniki bazası və mütəxəssis potensialı 

sınaq və testləri günün tələblərinə uyğun aparmağa imkan vermir

 

Gömrük prosedurları son zamanlar sadələşdirilib, sənədlərin sayı azaldılıb və təkmilləşdirilib. Bu 



prosedurlara sərf olunan vaxt beynəlxalq təcrübəyə yaxındır; 

 



Bank  əməliyyatları  qısa  müddətdə,  inzibati  baryersiz  həyata  keçirilir.  Eyni  zamanda,  daşınma 

şərtləri ilə pul köçürmə formaları arasında uyğunsuzluq müşahidə olunur. Banklar hesab edirlər 

ki, bu məsələyə nəzarət etməyə məsul deyillər.  

 

9.



 

Təkliflər və onların təsirlərinin qiymətləndirilməsi 

 

№-si 



Təkliflər 

Məzmun 

Təsirlər 

 

36

 



1. 

NK-nın 16 aprel 2007-ci il tarixli, 

66 saylı qərarında “Əsas 

anlayışlar” adlı 2-ci bölməsinin 

2.1-ci maddəsindən “yem və yem 

əlavələri “ sözləri çıxarılsın. 

 

Aşkar olunmuş tapıntıları əsas 



götürərək tədqiqat qrupu idxal 

baytarlıq icazəsinin verilməsini 

beynəlxalq təcrübəyə uyğun 

olaraq sadələşdirilməsini təklif 

edir. Bunun üçün qanunvericlik 

sənədlərinə bir şox əlavə  və 

dəyişikliklərin aparılması 

zəruridir. Nəzərə alsaq ki, 

“Baytarlıq haqqında” 

Azərbaycan Respublikası 

Qanununa əlavə və 

dəyişikliklərin edilməsi 

proseduru daha mürəkkəbdir 

və bu sənəd bütün digər 

qanunlar kimi çərçivə xarakteri 

daşıyır, onda bu qanuna 

dəyişikliklər edilməsinə zərurət 

yoxdur.  



a.Bu,  avtomatik olaraq,  yemlərin 

dərman preparatı kimi qeydiyyata 

alınması və test üçün nümunənin 

gətirilməsi prosedurlarının 

qüvvədən düşməsi deməkdir 

b.İdxal icazəsi həm sadələşir, həm 

də bir orqanın (Baytarıq 

Xidmətinin) əlində cəmləşir.  

 

2. 



Yem və yem əlavələrinin mövcud 

mürəkkəb qeydiyyatı sistemi 

əvəzinə beynəlxalq təcrübəyə 

uyğun olaraq sadə formaya -  

sertifikatlaşmış yem 

istehsalçılarının siyahısının tərtib 

və təsdiqi formasına keçilməsi.   

 

Beynəlxalq təcrübə göstərir ki, 



ölkəyə idxalına icazə verilən 

yem və yem əlavələrinin 

siyahısının (qeydiyyatının) 

aparılnması məsuliyyəti 

idxalçının üzərində olmalı deyil. 

Bu, müvafiq dövlət qurumunun 

- baytarlıq orqanının işidir. Bu 

məsələdə İnstitut Xidmətə 

lazımi yardım göstərə bilər.  

(Bax: Beynəlxalq təcrübə 1) 

Həmin siyahıya Beynəlxalq 

Epizootik  Büronun 

məlumatlarına uyğun olaraq 

ildə bir neçə dəfə baxıla, 

ölkədəki epizootik vəziyyət 

nəzərə alınmaqla hansısa yem 

istehsalçısı qeydiyyatdan 

çıxarıla, və yaxud əlavə edilə 

bilər. (Bax: Beynəlxalq təcrübə 



2) 

a.İdxalçını idxaldan çəkindirən 

böyük vaxt itkisi minimuma enir. 

İdxal icazəsinin alınmasına sərf 

olunan vaxt 90 gündən 2-3 günə 

düşür, ümumi idxal prosesinə sərf 

edilən vaxt isə 118 gündən 12 günə 

enir. Nəticədə bütün idxal 

prosesinə sərf olunan vaxt 89.9%  

azalır. 

b.Qeydiyyat üçün tələb olunan 

əlavə sənədlərin (200-300 səhifə) 

əldə edilməsinə ehtiyac qalmır; 

c.Sənədlərin xarici dildən 

azərbaycan dilinə tərcüməsinə və 

notarial təsdiqinə xərclənən 

təxminən 600 manatlıq vəsaitə 

qənaət edilir. Bu da 

qanunvericilikdə nəzərdə tutulan 

xərclərin 7% azalması deməkdir. 

d.Dövlət Baytarlıq Preparatlarına 

Elmi Nəzarət İnstitutu yem və yem 

əlavələrinin idxalı prosesində 

Baytarlıq Xidmətinə yardımçı 

təşkilat kimi (yem və yem 

əlavələrini istehsal edən ölkə və 

müəssisələrin siyahısının 

tərtibində, beynəlxalq 

sertifikatlaşmış laboratoriyalarla 


 

37

 



əməkdaşlığın edilməsində və s.) 

fəaliyyət göstərir. 

 

3. 

Dövlət Baytarlıq Xidməti 

tərəfindən tərtib olunmuş 

müəssisələrin siyahısı Xidmətin 

saytında yerləşdirilsin. Eyni 

zamanda, həmin siyahı Dövlət 

Gömrük Komitəsinə göndərilsin. 

Siyahıdakı dəyişiklik barəsində 

Komitə mütəmadi 

məlumatlandırılsın. 

İdxalçı saytda qeydiyyatda olan 

hansısa yemi gətirmək üçün 

zavodla müqavilə bağlaya bilər, 

yem Azərbaycanın gömrük 

zonasına daxil olanda məlum 

olar ki, Dövlət Baytarlıq Xidməti 

Beynəlxalq Epizootik Büronun 

məlumatına əsasən həmin 

ölkədən yemin gətirilməsini 

qadağan edib. Bu cür hallardan 

qaçmaq üçün yaxşı olardı ki, 

idxalçı siyahıda  olan 

müəssisədən yemin gətirilməsi 

üçün ərizə ilə Baytarlıq 

Xidmətinə müraciət edərək 

icazə alsın və icazə 1 ay 

müddətində qüvvədə olsun.   



Yüklə 470,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin