T (act) Layih



Yüklə 470,64 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix17.04.2017
ölçüsü470,64 Kb.
#14205
1   2   3   4   5   6

4.3

 

İDXAL  KARANTİN  İCAZƏSİNİN  VERİLMƏSİNİN  VƏ  FİTOSANİTAR 

NƏZARƏTİN QANUNVERİCİLİK ƏSASLARI 

 

Tərkibində  heyvan  mənşəli  məhsullar,  biloloji  fəal  maddələr  (vitaminlər,  minerallar, 

mikroelementlər), fermentlər, qoruyucular (antioksiddantlar, sorbentlər, antimikrobelemenlər) 

və sair olduğuna görə quş və balıq yeminə idxal icazəsini  Dövlət Baytarlıq Xidməti verir. Ancaq 

ekspert  qrupunun  araşdırması  nəticəsində  məlium  olub  ki,  yem  idxalı  prosesinin  qanunverici 

əsasları  sahibkarlara  inzibati  baryerlər  yaratdığından  onlar  quş  yeminin  ayrı-ayrı 

komponentlərini (buğda, arpa, qarğıdalı, soya və sair) idxal etməyə üstünlük verirlər.  

Balıq yemini isə komponentlər şəklində idxal etmək mümkün deyil. Balıq yemi əsasən balıqların 

növünə  və  yaşına  uyğun  olaraq  müxtəlif  kalibrlərdə  bişirilmiş  hazır  məhsul  kimi  idxal  olunur. 

Quş yeminin bitki mənşəli komponentlərinin idxalına icazəni Dövlət Fitosanitar Nəzarəti Xidməti 



 

23

 



verir.  Qeyd  edək  ki,  baytarlıq  icazəsindən  fərqli  olaraq,  bitkiçilik  və  bitki  mənşəli  məhsulların 

idxalı prosesi müvafiq qanunvericilikdə aydın və sadə şəkildə əks etdirilib (Bax: Əlavə 10.8. Yem 

idxalını  əhatə  edən  qanunvericlik  aktlarından  tədqiqat  zamanı  istifadə  olunmuş  çıxarışlar,  № 

5,6, 17,18).   İdxal karantin icazəsinin alınması proseduru sadədir. Bütövlükdə Dovlət Fitosanitar 

Nəzarəti  Xidmətinin  bu  sahədəki  fəaliyyəti  “Fitosanitar  nəzarəti  haqqında”  Azərbaycan 

Respublikasının Qanunu,  Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə 

təsdiq edilmiş “Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının 

ərazisindən  tranzit  daşınmasına  və  dövriyyəsinə  idxal  karantin  icazəsinin  və  fitosanitar 

sertifikatlarının verilməsi” Qaydaları, Tarif (Qiymət) Surasının “Azərbaycan Respublikasının Kənd 

Təsərrufatı  Nazirliyi  yanında  Dovlət  Fitosanitar  Nəzarəti  Xidməti  tərəfindən  gostərilən 

xidmətlərin  tariflərinin  tənzimlənməsi  barədə”  25  iyul    2007-ci  il  tarixli,  18  saylı  qərarı  və 

“Dövlət  rüsumu  haqqında”  Azərbaycan  Respublikasının  qanunu  ilə  tənzimlənir.  “Fitosanitar 

nəzarəti  haqqında”  qanunun  2-ci  fəslinin  (Fitosanitar  nəzarətin  təşkili)  10-cu  maddəsində 

(Dövlət Fitosanitar Nəzarəti Xidmətinin huquqları) və 3-cü fəslinin (Fitosanitar tədbirlər), 13-cü 

maddəsində  (İdxal  olunmuş  məhsullara  tətbiq  edilən  fitosanitar  tədbirlər)  çərçivə  prinsiplər 

müəyyən  olunub:  “10.0.3.  qanunvericiliklə  muəyyən  edilmiş  qaydalara  uyğun  olaraq  bitki  və 



bitkicilik  məhsullarının  idxalı  və  ixracına,  Azərbaycan  Respublikasının  ərazisində  tranzit 

daşınmasına və dovriyyəsinə idxal karantin icazəsi və fitosanitar sertifikatları vermək; 

13.2.  Zərərli  orqanizmlərin  olkə  ərazisinə  daxil  olmasının  və  yayılmasının  qarşısının 

alınması  məqsədilə  bitki  və  bitkicilik  məhsullarının  idxalı  ilə  bağlı  dovlət  fitosanitar  nəzarəti 

xidməti tərəfindən aşağıdakı fitosanitar tədbirləri həyata kecirilir: 

13.2.1. analiz (test), muayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədilə bitki və 

bitkicilik  məhsullarını,  digər  karantin  nəzarətində  olan  materialları  və  yukləri  fitosanitar 

nəzarəti  məntəqələrində  saxlamaq,  geri  qaytarmaq  və  onların  idxalına  məhdudiyyətlər 

qoymaq.” 

“Bitki  və  bitkiçilik  məhsullarının  idxalına  və  ixracına,  Azərbaycan  Respublikasının  ərazisindən 

tranzit  daşınmasına  və  dövriyyəsinə  idxal  karantin  icazəsinin  və  fitosanitar  sertifikatlarının 

verilməsi”  Qaydalarında    göstərilib  ki,  yükü  idxal  etməzdən  əvvəl  müəyyən  olunmuş  siyahıya 

uyğun  olaraq  karantin  nəzarətində  olan  zərərli  orqanizmləri  yaya  bilən  bitki  və  bitkiçilik 

məhsullarına  idxal  karantin  icazəsinin  alınması  üçün  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı 

Nazirliyinin  yanında  Dövlət  Fitosanitar  Nəzarəti  Xidmətinə  rəsmi  müraciət  edilməlidir.  Hüquqi 

şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, 

şəxsiyyəti  təsdiq  edən  vəsiqə  haqqında  məlumatlar  (seriya,  nömrə,  nə  vaxt  və  kim  tərəfindən 

verilmişdir,  ünvanı)  əks  olunmalıdır.  Ərizə  ilə  birlikdə  hüquqi  şəxslərin  dövlət  qeydiyyatı 

haqqında  şəhadətnamənin  surəti,  fiziki  şəxslərin  isə  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olması  və 

vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti, idxal olunan bitki və 

bitkiçilik  məhsulları  barədə  məlumat  təqdim  edilməlidir.  Təqdim  olunan  ərizə  və  sənədlər 

Dövlət Xidməti tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və qeydə alındığı gündən 

başlayaraq  15  gün  müddətindən  gec  olmamaq  şərtilə  baxılır,  çatışmazlıqlar  və  ya  imtina  üçün 

əsas  olmadıqda,  ərizəçiyə  Xidmət  tərəfindən  qaydaların  1  nömrəli  əlavəsindəki  nümunəvi 

formaya uyğun idxal karantin icazəsi verilir. 


 

24

 



Qeyd  edək  ki,  “Dövlət  rüsumu  haqqında”  qanuna  uygun  olaraq  idxal  karantin  icazəsinin 

verilməsi  rüsumu  3  manatdır.  Yük  ölkəyə  daxil  olanda  vizual  baxışdan  sonra  ehtiyac  olarsa, 

ondan  nümunə  götürülüb  laboratoriyada  yoxlanıla  bilər.  Bu  proses  də  müvafiq  qanunvericilik 

aktı ilə tənzimlənir. Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq 

edilmiş “Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin 

nəzarətində  olan  materiallara,  o  cümlədən  baqajlarda,  poçt  bağlamalarında  və  sərnişinlərin  əl 

yüklərində  gətirilən  bitki  və  bitkiçilik  məhsullarına  fitosanitar  karantin  baxışının  keçirilməsi  və 

laboratoriya  ekspertizasının  aparılması”  Qaydalarında  göstərilir  ki,  ölkəyə  gətirilən  karantin 

nəzarətində olan materiallar müvafiq sənədlərlə müşayiət olunduğu və plomblanmış nəqliyyat 

vasitələrində  daxil  olduğu  halda  gömrük  tələblərinə  riayət  edilməklə,  fitosanitar  nəzarəti 

məntəqələrində yük açılmadan üzərində vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola 

salınmalıdır. Qaydalarda o da yazılıb ki, vizual fitosanitar karantin baxışı zamanı yükün üzərində 

və  ya  daşındığı  nəqliyyat  vasitələrində  karantin  tətbiq  edilən  zərərli  orqanizmlər  aşkar 

olunduqda,  yük  saxlanılaraq  gömrük  orqanlarının  iştirakı  ilə  götürülür  və  sahibinin  razılığı  ilə 

qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  zərərsizləşdirilir.  Yük  sahibinin  razılığı  olmadığı 

halda  dövlət  fitosanitar  müfəttişləri  tərəfindən  müəyyən  olunmuş  qaydada  akt  tərtib  edilir  və 

yük geri qaytarılır. Bu barədə dərhal ixracatçıya (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) rəsmi 

məlumat  verilir.  Bu  zaman  Tarif  (Qiymət)  Surasının  “Azərbaycan  Respublikasının  Kənd 

Təsərrufatı  Nazirliyi  yanında  Dovlət  Fitosanitar  Nəzarəti  Xidməti  tərəfindən  gostərilən 

xidmətlərin tariflərinin tənzimlənməsi barədə” qərarında göstərilən şəkildə xidmət haqqı alınır. 

Qərarda  “Karantin  nəzarətində  olan  bitki  və  bitki  mənsəli  məhsullardan  göturulmus 

nümunələrin  karantin  ekspertiza  laboratoriyasında  muayinəsi”  adlanan bölməsində  bütün növ 

yemlər, dənli və paxlalı bitkilərin 1 tonu üçün 1.20 manat (yüksək siyarətlənmə dərəcəsi), 0.60 

manat, (orta siyarətlənmə dərəcəsi) və 0.10 manat (aşağı siyarətlənmə dərəcəsi) xidmət haqqı 

alınması müəyyənləşdirilib.  

4.4

 

GÖMRÜK PROSEDURLARINI TƏNZİMLƏYƏN QANUNVERİCİLİK AKTLARI 

İdxal  prosesini  tənzimləyən  gömrük  qanunvericliyi 

Azərbaycan  Respublikasının  Gömrük 

Məcəlləsindən, 

“Gomruk tarifi haqqında” Azərbaycan Respublikası Qanunundan, NK-nın 12 aprel 

2001-ci  ildə  təsdiq  etdiyi  “Azərbaycan  Respublikasında  ixrac-idxal  əməliyyatları  üzrə  gömrük 

rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında”, 

80 №-li Qərardan, “Yük gömrük bəyannamələrinin doldurulması” Qaydalarından (17 iyun 1998-

ci  il),  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi  sədrinin  5  yanvar  2001-ci  il  tarixli  001 

saylı  əmri  ilə  təsdiq  edilmiş  “Xarici  dövlətlərin  avtonəqliyyat  vasitələrinin  Azərbaycan 

Respublikası  ərazisinə  daxil  olması  və  bu  ərazidən  sərnişin  və  yük  daşınması  üçün  istifadə 

etməsinə  görə  yol  vergilərinin  hesablanıb  tutulması  haqqında”  Təlimatdan  və  Azərbaycan 

RespublikasınınVergi Məcəlləsindən ibarətdir. Məcəllədə və “ Gomruk tarifi haqqında” qanunda 

gömrük  ödənişləri

  (

gömrük  rüsumu,  əlavə  dəyər  vergisi,  gömrük  rəsmiləşdirilməsinə  görə  gömrük 



yığımları,  saxlanca  görə  gömrük  yığımlari,  əlavə  dəyər  vergisi  və  sair),  gömrük  ödənişlərinin  ödənilmə 

müddətləri, onlarin ödənilmə qaydasi, ödəniş valyutası, gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan 

prob  və  nümunələrin  götürülməsi,    gömrük  sərhədindən  keçmə  barədə  və  ya  mallar  və  nəqliyyat 

vasitələrinin  gömrük  ərazisindən  kənara  aparılması  niyyəti  barədə  gömrük  orqanlarına  məlumat 

verilməsi,  malların,  nəqliyyat  vasitələrinin  və  onlara  aid  sənədlərin  gömrük  orqanının  müəyyən  etdiyi 


 

25

 



yerlərə  çatdırılması

malların  və  nəqliyyat  vasitələrinin  çatdırıldığı  yerdə  gömrük  nəzarətinə  təqdim 



edilməsi,  malları,  nəqliyyat  vasitələrini  bəyanetmə  və  onun  formaları,  bəyanetmə  yeri,  gömrük 

bəyannaməsinin qəbulu, deklarantın vəzifə və hüquqları, gömrük məqsədləri üçün lazim olan sənədlər, 

əlavə məlumatlar və sair haqda ilkin çərçivə prinsiplər müəyyən olunub 

(Bax: Əlavə 10.8. Yem idxalını 

əhatə  edən  qanunvericlik  aktlarından  tədqiqat  zamanı  istifadə  olunmuş  çıxarışlar, 

 № 6,7,8,9,10,11,12, 13, 14, 20)

.  

İdxal rüsumları 



Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli, 80 saylı qərarına əlavə olan 2003-cü 

il  22  dekabr  tarixli  161  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  “

Azərbaycan  Respublikasının  ərazisinə 

gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri” ilə tənzimlənir. Sənəddə konkret olaraq yem 

və yem əlavələr ayrıca mal mövqeyi kimi nəzərdə tutulmayıb.

 Yem və yem əlavələrini 

I bölmənin (Diri 

heyvanlar;  heyvan  mənşəli  məhsullar)    0

5-ci  qrupunun  (Başqa  yerdə  adı  çəkilməyən  və  təsnif 

olunmayan heyvan mənşəli məhsullar) 0511 99 809 0 saylı (digərləri) mal mövqeyinə aid etmək 

olar.  Ümumiyyətlə,  bu  bölmədə  idxal  rüsumları  0-15  arası  dəyişir.  0511  99  809  0  saylı  mal 

mövqeyinin isə idxal rüsumu 15%-dir.  

“Yük  gömrük  bəyannamələrinin  doldurulması”  Qaydalarında  malla  bağlı  məlumatların  necə 

doldurulması  qaydaları  əks  olunub  ki,  bura  malı  göndərənin  kimliyindən  tutmuş  malın 

boşaldılma  yerinə  qədər  bütün  informasiyalar  əks  etdirilir.  Nazirlər  Kabinetinin  2001-ci  il  12 

aprel  tarixli,80  nomrəli  qərarına  əlavə  kimi  2007-ci  il  27  noyabr  tarixli,  189  nomrəli  qərarı  ilə 

təsdiq  edilmis  mətndə  “Gömruk  rəsmiləşdirilməsinə  görə  alınan  gömruk  yığımlarının 

miqdarı”nda  göstərilir  ki,  mal  qismində  Azərbaycan  Respublikasının  gömruk  sərhədindən 

nəqliyyat  vasitələri  də  daxil  olmaqla  kecirilən  (o  cumlədən  musayiət  olunmayan  baqajda  və 

beynəlxalq  poct  gondərislərində)  malların  gömruk  rəsmiləsdirilməsi  ucun  hər  bir  yuk  gömruk 

bəyannaməsinə  və  ya  gömruk  mədaxil  orderinə  görə  malın  gömruk  dəyərindən  asılı  olaraq 

asağıdakı qaydada gömruk yığımları alınır: 

 

Gömruk dəyəri 1000 manata qədər olduqda 10,0 manat; 



 

Gömruk dəyəri 1001 manatdan 10000 manata qədər olduqda 50 manat; 



 

Gömruk dəyəri 10001 manatdan 100000 manata qədər olduqda 100 manat; 



 

Gömruk dəyəri 100001 manatdan yuxarı olduqda isə 275 manat. 



Bundan  əlavə,  gömruk  yuk  bəyannaməsinin  hər  bir  əlavə  vərəqi  ucun  sovdələsmə  xarakterindən  asılı 

olmayaraq, 10 manat gömruk yığımı alınır.  

Gömrük  dəyərinə  rüsum  və  gömrük  yığımları  əlavə  edildikdən  sonra  onun  üzərinə  əlavə  dəyər  vergisi  

(ƏDV)  də  hesablanılır  ki,  bu  barədə  Vergi  Məcəlləsinin  “Əlavə  dəyər  vergisi”  adlandırılan  XI  fəslində 

məlumat  verilir.  Məcəllədə  qeyd  olunur  ki,  Azərbaycan  Respublikasına  ƏDV  tutulan  malları  idxal  edən 

şəxslər  bu  cür  idxal  malları  üzrə  ƏDV-nin  ödəyiciləri  sayılırlar.  Vergi  tutulan  idxalın  dəyəri  malların 

Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən 

və  mallar  Azərbaycan  Respublikasına  gətirilərkən  ödənilməli  olan  rüsumlardan  və  vergilərdən  (ƏDV 

nəzərə alınmadan) ibarətdir. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın 

dəyərinin  18  faizidir.  Bizim  hesablamalarımıza  görə,  malın  gömrük  dəyəri,  rüsumlar,  yığımlar,  ƏDV 

bütövlükdə idxal edilən malın dəyərinin 36 faizini təşkil edir. 


 

26

 



5.

 

İdxal prosedurlarına birbaşa və dolayısı ilə təsir edən amillər  

Yem və yem əlavələrinin idxalı prosesinin mərhələlər üzrə qiymətləndirilməsi aşkara çıxardı ki, bu sahədə 

bir çox digər problemlər var. Bu tip amilləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür. 

5.1.

 

Peşəkar sahəvi birliklərin fəaliyyətsizliyi 

Quş  və  balıq  yeminin  idxalı  ilə  əsasən  iri  quşçuluq  və  balıqçılıq  təsərrüfatları  olan  sahibkarlar  məşğul 

olurlar. Çox təəssüf ki, bu sahələri təmsil edən sahibkarların peşəkar birlikləri (biznes asossiasiyaları) ya 

yoxdur,  ya  da  zəifdir.  Quşçuluq  sahəsində  belə  bir  birlik  (Azərbaycan  Quşçular  Cəmiyyəti)  olsa  da, 

balıqçılıq  sahəsində  Respublika  Ovçuluq  və  Balıqçılıq  Birliyi  deyilən  bir  qurum  var  ki,  o  da  daha  çox 

ovçuluqla məşğul olur.   

Bu birliklər üzvlərinin hüquqlarını dövlət orqanları qarşısında qorumaqdan, qanunverici orqanda onların 

lobbiçiliyini  aparmaqdan  daha  çox,  görüntü  xatirinə  yaradılıblar.  Yem  və  yem  əlavələrinin  idxalı 

prosedurunu  tənzimləyən  qanunvericlik  aktlarında  dəyişiklik  və  əlavələrin  edilməsindən,  idxal 

prosedurunun mürəkkəbləşməsindən ya onların doğrudan da xəbərləri olmayıb, ya da buna bilərəkdən 

göz yumublar.  

Beynəlxalq təcrübə göstərir ki, qanunvericlikdə aparılan dəyişikliklər biznesin inkişafına xidmət etməlidir. 

Belə  mürəkkəb  məsələlərlə  təsərrüfatlar  ayrı-ayrılıqda  peşəkar  səviyyədə  məşğul  ola  bilməzlər.  Bunun 

üçün  həmin  təsərrüfatların  üzvlük  haqları  hesabına  fəaliyyət  göstərən  müstəqil  sahəvi  birliklərinin 

yaradılması və onların aktivləşdirilməsi vacibdir.  

5.2.

 

Sahibkarların  qanunvericiliyin  tələb  və  öhdəliklərindən  xəbərsiz 

olması 

Tədqiqat zamanı müxtəlif səviyyələrdə təsərrüfat rəhbərləri ilə təmasdan sonra məlum oldu ki, onların 

əksəriyyəti bu sahəni tənzimləyn qanunvericlik aktlarının tələb və öhdəliklərindən məlumatsızdırlar. Ona 

görə də müvafiq dövlət orqanlarında şifahi şəkildə  səsləndirilən tələbləri qanunvericiliyin tələbləri kimi 

qəbul  edir,  onları  araşdırmağın  faydasız  olduğuna  inanırlar.  Onlarda  belə  bir  inam  formalaşıb  ki,  əgər 

qanuni yola baş vursalar, həm xərcləri daha yüksək olacaq, həm də  daha çox vaxt itirəcəklər. 



5.3.

 

İdxal  üçün müraciət edənlərin informasiya əldə etmək sahəsində 

çətinlikləri 

Yem  və  yem  əlavələrinin  idxalı  ilə  məşğul  olan  və  yaxud    buna  cəhd  edən  sahibkarlar  idxal  icazəsi 

prosedurunu öyrənmək üçün müraciət  etdikləri müvafiq dövlət orqanlarında  informasiya əldə etməklə 

bağlı  çətinliklərlə  qarşılaşırlar.  Bu  halda  onlar  ya  rəsmi  sayta  yönləndirilir,  ya  da  şifahi  şəkildə 

məlumatlandırılırlar.  Rəsmi  saytların  tədqiqat  qrupu  tərəfindən  araşdırılması  göstərdi  ki,  onlar  həddən 

artıq  qarışıqdır,  oradan  konkret  quş  və  ya  balıq  yeminin  idxalı  ilə  bağlı  yararlı  informasiya  tapmaq  və 

onları qruplaşdırmaq üçün xeyli vaxt və ustalıq tələb olunur. Yalnız Dövlət Gömrük Komitəsinin saytında 

(www.customs.gov.az)  sual  vermək  imkanı  yaradılır  ki,  burada  da  suallara  ümumi  şəkilədə  cavab 

verildiyindən  müraciətçinin  informasiya  ehtiyacını  ödəmir.  Baytarlıq  Xidmətinin  saytı  yeni  yaradılıb, 

təkmilləşdirmə  mərhələsindədir.  İdxal  icazəsi  zamanı  tələb  olunan  sənədlərin  siyahısını  saytdan  əldə 

etmək  mümkün  deyil.  Dövlət  Baytarlıq  Preparatlarına  Elmi  Nəzarət  İnstitutunun    saytı  yoxdur.  İdxal 

baytarlıq icazəsini verən əsas orqan olan institutdan məlumat öyrənmək üçün mütləq yerləşdiyi Hökməli 

kəndinə getmək lazımdır. 

Eynilə,  bəzi  hallarda  rəsmi  dövlət  orqanlarının  saytlarında  yerləşdirilən    qanunvericlik  aktlarında 

rüsumlarla  bağlı  fərqlər  müşahidə  olunur.  Məsələn,  Tarif

  (Qiymət)  Şurasının  saytında 



 

27

 



(http://www.tariff.gov.az/?/az/resolution/view/47/)  yerləşdirilən  “Azərbaycan  Respublikasının 

Tarif (qiymət) Surası Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyi yanında Dovlət Baytarlıq Xidməti 

tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mulkiyyətcilərinin vəsaiti hesabına maliyyələsdirilən 

xidmətlərin  tariflərinin  tənzimlənməsi  barədə”  26  iyul  2007-ci  il    tarixli,  17  saylı  qərarda  baytarlıq 

preparatlarının  ekspertizasının  xidmət  haqqı  kimi  950  manat  göstərilib.  Kənd  Təsərrüfatı  Nazirliyinin 

saytında 

isə 

eyni 


qərar 

yerləşdirilib, 

ancaq

 

(http://www.vet.gov.az/view.php?lang=az&menu=78&id=162) 



baytarlıq 

preparatlarının 

ekspertizası və qeydiyyatının xidmər haqqı kimi isə 1000 manat yazılıb.  

Eyni  qərarın  2  saytda  fərqli  şəkildə  yerləşdirilməsi  bir  tərəfə,  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli qərarı ilə  təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində 

olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac 

edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya)  vəziyyətinin 

yoxlanılması  və  müvafiq  baytarlıq  sənədinin  verilməsi,  dövlət  baytarlıq    nəzarətində  olan  yüklərin 

Azərbaycan  Respublikasına  gətirilməsi  və  ölkə  daxilində  daşınması”  Qaydalarında  yazılır  ki,  baytarlıq 

preparatlarının qeydiyyata alınması Dövlət Baytarlıq Xidməti tərəfindən aparılmalıdır. Və məntiqə uyğun 

olaraq da 50 manat qeydiyyat haqqqı Xidmətə köçürülməlidir.  

Bu  cür  uyğunsuzluqlar,  qanun  və  qərarlardakı  dolaşıqlıqlar  müfaviq  dövlət  orqanlarının  saytlarından 

informasiya almaq istəyən müraciətçiləri çaş-baş salır. 

5.4.

 

Milli səviyyədə statistik bazanın yoxluğu 

Yem  və  yem  əlavələrinin    Nazirlər  Kabinetinin  2003-cü  il  22  dekabr  tarixli,  161  saylı  qərarı  ilə  təsdiq 

edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük rüsumlarının dərəcələri”ndə 

ayrıca mal mövqeyi kimi əks etdirilməməsi bir tərəfdən idxalçılarda qeyri-müəyyənlik yaratmaqla yanaşı, 

digər  tərəfdən  statistika  sarıdan  problemə  yol  açır.  Məhz  bu  səbəbdən  Dövlət  Statistika  Komitəsinin 

xarici  ticarətlə  bağlı  yayımladığı  statistik  məcmuələrdə  yem  və  ya  yem  əlavələrinin  idxalı  ilə  bağlı 

göstərici  tapmaq  mümkün  deyil.  Bu  da  tədqiqatın  nəticəsi  kimi  təklif  olunan  dəyişikliklərdən  sonra 

təsirləri ekonometrik üsullarla ölçməyə imkan vermir. 



6.

 

Mövcud idxal prosesinin daxili bazara təsiri 

İdxal prosedurunun və prosesinin hazırki vəziyyətini “orta əlverişli” kimi xarakterizə etmək olar. Bu cür 

yarıməlverişli vəziyyətin səbəbi idxalın müəyyən mərhələlərində  proqressiv dəyişikliklər, paralel olaraq 

ticarət  əməliyyatlarına  maneə  yaradan,  onu  ləngidən  amilllərdir.  Məsələn,  son  illər  gömrük 

prosedurlarında  sadələşdirmə  və  əməliyatların  yüngüllləşdirilməsi  tendensiyası  müşahidə  olunur. 

Gömrük  sənədləşdirilməsi  ilə  bağlı  tətbiq  olunan  vahid  pəncərə  prinsipi  doldurulan  sənədlərin  sayının 

minimuma  endirilməsinə  şərait  yaradıb.  Gömrük  rüsum  və  yığımlarının  ödəniş  formalarının  geniş 

diapozonda tətbiqi idxalçılara maliyyə əməliyyatlarının operativ həll etmək imkanı verir. Bununla yanaşı, 

idxalın  digər  bir  mərhələsində  son  zamanlar  qəbul  olunan  qərarlar  sayəsində  idxal  icazəsinin  alınması 

vaxtının  uzadılması  potensial  idxalçıların  sayının  azalmasına  səbəb  olub.  Müəssisə  və  müvafiq  dövlət 

orqanları tərəfindən idxal baytarlıq icazəsinin qanunvericliyə uyğun olaraq alınmasına sərf olunan vaxt 3 

aydan çox çəkir. Bu zaman tələb olunan sənədlərin həcmi 200 səhifədən 300 səhifəyədək çatır. Təbii ki, 

bu  cür  sərt  tələblər  keyfiyyətli  hazır  balıq  yeminin  potensial  idxalçılarını  idxaldan  çəkindirir,  quş  yemi 

idxalçıları  isə  vəziyyətdən  çıxış  yolu  kimi  daha  sadə  prosedur  qaydaları  tələb  edən  yemin 

komponentlərinin idxalına üstünlük verirlər. Aparılan elmi tədqiqatlar sübut edir ki, xüsusi inqridientlərlə 

zəngin hazır balıq yemindən istifadə balıqçılıq təsərrüfatlarında məhsuldarlığı təxminən 2 dəfə artırmağa 



 

28

 



imkan verir. İdxal prosedurlarında olan süni inzibati maneələrin daxili bazara necə təsir etdiyinə diqqət 

yetirək: 



Birinci,  rəsmi  statistikaya  inansaq,    təkcə  Neftçala-Salyan  bölgəsində  200-ə  yaxın  balıqçılıq  təsərrüfatı 

var,  ancaq  onların  arasında  daxili  bazarın  vəziyyətinə  təsir  etmək  gücündə  olmayan  çoxlu  xırda 

təsərrüfatlar var.  Daxili bazar üçün az-çox əhəmiyyəti olan təsərrüfatların sayı təxminən 180-ə yaxındır. 

Balıq yemini isə xaricdən 5-6 təsərrüfat, özü də mütəmadi deyil, epizodik şəkildə gətirə bilir. 



İkinci,  6-7  təsərrüfatı  çıxmaq  şərtilə,  digərləri  primitiv  üsullarla  balıq  yetişdirməklə  məşğuldur  ki,  belə 

təsərrüfatlarda  balıqlar  əsasən  bitki  mənşəli  yemlərlə  qidalandırılır.  Hərdən  isə  balıqları  kəsilmiş 

heyvanların daxili orqanları ilə yemləyirlər. Ancaq bu tip yemlərin tərkibində balığın normal inkişafı üçün 

tələb  olunan  protein  və  vitaminlər  çatışmır.  Nəticədə  belə  təsrrüfatlar  üçün  zəif  artım,  kiçik  istehsal 

həcmi və aşağı keyfiyyətli məhsul xarakterik olur. 


Yüklə 470,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin