Əlyazması hüququnda VƏLİyeva köNÜl nazim qizi


Azərbaycanın xarici ticarət əlaqələrində neft və neft məhsullarının rolunun



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix05.03.2017
ölçüsü0,97 Mb.
#10069
1   2   3   4   5   6   7   8   9

2.2. Azərbaycanın xarici ticarət əlaqələrində neft və neft məhsullarının rolunun 

artması 

 

Müstəqilliyimizin  ilk  illərində    məlum  səbəblərdən  respublikamızın    bütün 



sahələri və eləcədə xarici ticarət əlaqələri böhran, durğunluq içərisində  idi. Ölkəmiz 

siyasi, iqtisadi, sosial baxımından iflic vəziyyətində idi. Beləki ölkəmiz müstəqil bir 

dövət  olaraq  yeni  xarici  əlqələr  qurmalı  idi.  Planlı  iqtisadi  sistemə  uyğunlaşmış 

əhalinin qısa bir zamanda bazar iqtisadiyyatına keçməsi  də ölkə iqtisadiyyatına bir 

sıra  çətinliklər  yaratdı.  Bu  istiqamətdə  təkcə  Azərbaycan  yox,  bütün  keçmiş  sovet 

ölkələri  çətinliklərlə  üzləşməli  oldu.  Çünki  iqtisadiyyatının  birdən-birə  bir  iqtisadi 

sistemdən digərinə keçməsi heç də asan proses deyil. Bu proseslərin reallaşması üçün 

zamana, vaxta ehtiyac var idi. Buna nail olmaq üçün iqtisadiyyatda bir sıra islahatlar 

aparılmalı  və  onun  strukturu  müasirləşdirilməli,  ölkəmiz  Beynəlxalq  Əmək 

Bölgüsündə  mövqeyini  müəyyənləşdirməli  idi.  1994-cü  ildə    uzaqgörən,  dünya 

şöhrətli    liderimiz  Heydər  Əliyevinin  sayəsində  ölkədə  stabillik  yardılmasına  nail 

olundu.  Azərbaycanın  Beynəlxalq  Əmək  Bölgüsündə  ixtisaslaşacağı  məhsul  kimi 

respublikamızın  zəngin  neft-qaz  potensialı  dəyərləndirdildi.  Azərbaycanın  xarici 

ticarət əlaqələrində neft və neft məhsullarının rolunun artması və neft sektorunda əldə 

etdiklərimiz  naliyyətlər  Ulu  Öndərimiz  Heydər  Əliyev  tərəfindən  məqsədyönlü, 

düşünülmüş şəkildə həyata keçirilmiş olan ―Əsrin müqaviləsi‖ imzalandıqdan sonra 

geniş vüsət almışdır.  «Əsrin müqaviləsi» xarici neft şirkətlərinin Azərbaycanın neft 

sektoruna  iri  həcmli  investisiyaların  qoyuluşu  şərtəndirdi  və  ölkəmizin  neft 

strategiyası  fonunda həyata keçirdiyi neft layihələri, imzalanmış beynəlxalq sazişlər, 

müqavilələr Azərbaycanın dünya  miqyasında tanınmasına və respublikamızın xarici 

ticarət  əlaqələrinin  şaxələndirilməsinə  şərait  yaratdı.  Müstəqillik  illərimizdə  ilk 

Azərbaycan  nefti  xarici  bazara  1997-ci  il  oktyabrın  25-də  Bakı-Novorosiysk    boru 

kəməri  ilə  ixrac  olunmuşdur  və  məhz  1997-ci  ildən  başlayaraq,  indiki  dövrədək 

Azərbaycanın  xarici  ticarət  əlaqələrində  neft  və  neft  məhsullarının  rolunun  artması 

yeni-yeni  layihələrlə  davam  etməkdə  şaxələnməkdədir.  Azərbaycanın  neft 

strategiyası xarici  ticarətin  strukturu  dəyişikliyə  uğradığı  kimi,  onun  ticarət 

partnyorlarının  da  tərkibi  dəyilməsinə  səbəb  oldu.  Müqayisə  apararkən  görürük  ki, 


 

51 


əgər ölkəmizin ticarət partnyorlarının sayı 1997-ci ildə 84, 1999-cu ildə isə 121 ölkə 

olmuşdursa, hal-hazırda onların sayı 165-ə yaxın olmuşdur. Xarici neft şirkətlərinin 

Azərbaycanın neft sektoruna iri həcmli investisiyalarından sonra ölkənin xarici ticarət 

dövriyyəsində Avropa Birliyi ölkələrinin rolu artmağa başlayıb. Bu tendensiya Bakı-

Tbilisi-Ceyhan  boru  kəmərinin  işə  düşməsindən  sonra  xüsusilə  nəzərə  çarpır. 

Azərbaycan Avropa Birliyi, ABŞ, Norveç, Kanada, Türkiyə, İsveçrə və Yaponiyanın 

Ümumiləşdirilmiş  Preferensiyalar  Sisteminə  qoşulmuşdur  ki,  bu   da  Azərbaycan 

mənşəli malların bu bazarlara rüsumsuz və ya aşağı rüsumlarla daxil olmasına imkan 

verir. 

 

İxracda    neft    məhsullarının  rolunun  artması  nəticəsində  bir-birinin  ardınca 



1997-ci  ildə  Bakı-Novorosiysk,  1999-cu  ildə  Bakı-Tbilisi-Supsa,  2006-ci  ildə  Bakı-

Tbilisi-Ceyhan  boru  kəməri  ilə  xam  neft  ixracına  və  2007-ci  ildə  ―Şahdəniz‖  qaz-

kondensat  yatağından  hasil  edilən  təbii  qaz  Bakı-Tbilisi-Ərzurum  marşrutu  üzrə 

dünya bazarına nəqlinə  başlanmışdır. Hazırda Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə 

uzaq  Adriatik  dənizi  sahillərini  əlaqələndirəcək  ―Cənub  qaz  dəhlizi‖  ―Bakı-  Tbilisi-

Ərzurum‖ boru kəmərinin genişləndirilməsi TANAP(Trans Anadolu Təbii Qaz Boru 

Kəməri)  və  TAP(Trans-Adriatik)  layihələrinin  inşası  üzrə  işlər  davam  etdirilir. 

Yuxarıda  adlarını  çəkdilərimiz  layihələr  çərcivəsində  imzalanmış  sazişlər, 

müqavilələr,  görülmüş  işlər  Azərbaycanın  geoiqtisadi  və  geosiyasi  mövqeyinin 

möhkəmlənməsinə,  neftdən  gələn  gəlirlər  hesabına  ölkəmizin  bütün  sahələrinin  

inkişafına,  diversifikasiyasına,  modernizasiyasına,  xarici  ticarət  əlaqələrinin 

şaxələndirilməsinə, ölkəmizin sürətli inkişafına, Azərbaycanın  beynəlxalq nüfuzunun 

artmasına səbəb olmuşdur. 

1994-2015-ci illər ərzində Azərbaycanın xarici ticarət əlaqələrində neft və neft 

məhsullarının  rolunun  artması  ilə  əlaqədar  Hasilatın  Pay  Bölgüsü  sazişləri  üzrə 

Azərbaycanın  neft-qaz  sektoruna  ümumilikdə  təqribən  62  milyard  dollardan  artıq 

sərmayə  qoyulmuşdur.  ―Əsrin  müqaviləsi‖  çərçivəsində  20-dən  artıq  beynəlxalq 

enerji  şirkəti  neft-qaz  əməliyyatlarına  cəlb  olunmuşdur.  Xarici  neft  şirkətləri  ilə 

birlikdə  axtarış-kəşfiyyat,  qazma,  tikinti  və  hasilat  üzrə  böyük  işlər  görülmüş  və 

uğurlu nəticələr alınmışdır. Nəhəng ―Şahdəniz‖ qaz-kondensat yatağı, orta səviyyəli 

―Əşrəfi‖ və ―Qarabağ‖ yataqları, son illərdə ―Abşeron‖ və ―Ümid‖ ―Babək‖ yataqları 

aşkar edilmişdir. 

2004-2006-ci  illərdə  ÜDM  iki  dəfə  artandan  sonra  iqtisadi  inkişaf  tempi 

sabitləşməyə  başladı.

 

Azərbaycan  bu  dövrdə  özünün  iqtisadi  inkişaf  modelini 



formalaşdıra  bilmiş,  iri  regional  layihələrin  təşəbbüskarı  və  həlledici  tərəfdaşı  kimi 

çıxış  etməyə  başlamışdır.  Ölkəyə  neft  gəlirlərinin  axını  ilə  əlaqədar  olaraq,  milli 

iqtisadiyyatın  infrastrukturunun  yenilənməsi,  ayrı-ayrı  sahələrin  modernizasiyası 


 

52 


prosesləri  intensivləşdirilmiş,  neft  sektorunun  inkişafı  onu  ölkə  iqtisadiyyatının 

lokomotivinə  çevirmiş  və  bu  imkandan  bəhrələnməklə,  Azərbaycanda  iqtisadi 

siyasətin  daha  iri  miqyaslı  hədəfləri  özündə  birləşdirən  modeli  işlənib  hazırlanmış, 

ölkənin  xarici  ticarət  siyasəti  əhəmiyyətli  səviyyədə  güclənmişdir.  2007-ci  ildən 

başlayaraq,  isə  Azərbaycan  iqtisadiyyatınada  sürətli  inkişaf,  regionların  davamlı 

inkişafı, sənayenin diversifikasiya olunaraq inkişafı, ölkəmizin dünya iqtisadiyyatına 

inteqrasiyasının  sürətlənməsi,  ölkəmizin  əsas  infrastrukdurunda  dinamik  inkişaf  və 

modernizasiyasının  genişlənməsi,  xarici  ticarət  əlaqələrinin  şaxələnməsi  və.s  

dinamik  artım  müşahidə  edilmişdir.  Əlbbətdə  ki,  sözügedən  inkişafa  Azərbaycanın 

neft strategiyasına və ölkə rəhbərimizin həyata keçirdiyi

 

uğurlu siyasi, iqtisadi, sosial 



addımlar sayəsində nail olmuşuq. 

 

Müstəqilliyinin  ilk  dövründə  xarici  sərmayələrdən  və  kreditlərdən  asılı 



vəziyyətdə  olan  ölkəmizin  ildən-ilə  xarici  ticarət  əlaqələrində  neft  və  neft 

məhsullarının  artması  nəticəsində  iqtisadi  durumumuzda  əsaslı  keyfiyyət 

dəyişiklikləri baş vermişdir. Neft gəlirlərilə güclənmiş

 

Azərbaycanın xalis beynəlxalq 



investisiya mövqeyi yaxşılaşmış və Azərbaycan mənşəli səmayələr Avropa, Afrika və 

Cənub-Şərqi  Asiya  ölkələrinə  yatırılmış,  xüsusilə  də  Türkiyə,  Gürcüstanda  aparıcı 

mövqeyə malik olmuşdur.  

 

Respublikanın  neft  sərvətlərindən  istifadəni  vahid  dövlət  siyasəti  əsasında 



həyata  keçirmək,  neft  sənayesinin  idarəetmə  strukturunu  təkmilləşdirmək,  yanacaq-

enerji  kompleksinin  inkişafını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikası 

Prezidentinin  200  saylı  13.  09.  1992-ci  il  Fərmanı  ilə  ―Azərineft'‖  Dövlət 

Konserninin  və  ―Azərnefkimya‖  İstehsalat  Birliyininin  bazasında  yaradılmış  olan  

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  də  1994-cü  ildən  bəri  ―Neft 

strategiyası‖  çərcivəsində  təkmilləşərək,  iri  milli  şirkətə  çevrilmişdir.  Azərbaycanın 

xarici ticarət əlaqələrində neft və neft məhsullarının rolunun artmasınada SOCAR-ın 

əvəzsiz xidmətləri vardır. Hazırda SOCAR və onun törəmə şirkətləri 15 ölkədən 27 

şirkətlə  imzalanmış  Hasilatın  Pay  Bölgüsü  sazişlərinin  iştirakçısıdır.  SOCAR-ın  36 

birgə  müəssisəsi,  5  alyansı,  xarici  ölkələrdə  çoxsaylı  törəmə  şirkətləri  və  13 

nümayəndəliyi  müasir  neft  və  qaz  sənayesinin,  demək  olar,  bütün  sahələrini  əhatə 

edir.


 

Qeyd  edək  ki,  SOCAR-ın  missiyası  –  Azərbaycan  Respublikasının  yanacaq-

enerji  təhlükəsizliyini  və  neft-qaz,  neft-kimya  sənayesinin  inkişafı  üzrə  strateji 

maraqları  təmin  etmək,  qabaqcıl  və  ekoloji  təmiz  texnologiyalardan  istifadə  edərək 

Azərbaycanın  elmi-texniki,  iqtisadi,  intellektual  potensialının  artırılmasına  dəstək 

olmaq,  regional  və  beynəlxalq  enerji  layihələrində  həlledici  mövqe  tutmaq, 

karbohidrogen  ehtiyatlarının  və  emal  məhsullarının  daxili  və  xarici  bazarlarda 

satışından maksimal mənfəət əldə etməkdir. 



 

53 


 

Cədvəl 9. Azərbaycanın xam neft və təbii qaz istehsalı dinamikası. 

İllər 

2011 


2012 

2013 


2014 

2015 


Azərbaycanın 

xam neft 

hasilatı 

(min ton)  

45625.400  43389.800  43483.900  42022.700 

 

41586.000 



 

SOCAR -in  

xam neft 

hasilatı 

(min ton) 

8400.900 

8289.800 

8314.900 

8320.400 

8160.500 

 

 

Təbii qaz 



hasilatı 

(milyon m

3



25752.900  26908.800  29456.000  29617.000  28977.000 



 

 

SOCAR-ın  



təbbi  

qaz hasilatı 

(milyon m

3



7084.200 

6924.6000  7140.100 

7222.800 

6871.400 

 

 

 



 

Mənbə: 


http://www.socar.az

    saytının  hesabatlarına  əsasən  müəllif  tərəfindən 

tərtib edilmişdir. 

Cədvəl 9-a əsasən, gördüyümüz kimi, Azərbaycanın xam neft hasilatında  son 5 ildə 

ən  yüksək    göstərici      2011-ci  ildə  45625.400  min  ton  olaraq  müşahidə  edilmişdir. 

SOCAR-ın xam neft hasılatında da  2011-ci il (8400.900 min ton)  son 5 il içərisində 

ən  yüksək    göstərici  olmuşdur.  2015-ci  ildə    Azərbaycanın  xam  neft  hasilatı  

41586.000 min ton,  təbii qaz hasilatı   28977.000 milyon m

3

 təşkil etmişdir.  2015-ci 



ildə  SOCAR-ın  xam  neft  hasilatı  isə    8160.500  min  ton,  təbii  qaz  hasilatı  isə 

6871.400  milyon  m

3

    təşkil  etmişdir.    2011  ci  ildə  neft  hasilatı  göstəricisi  yüksək 



olmuşdur, daha sonra  2011-2013-cü illər stabillik müşahidə olunur, ancaq 2014-2015 

ci illər isə hasilatın həcmi azalmışdır. Təbii qaz hasilatı 2015-ci ildə 2013-2014-cü ilə 

nisbətdə azalma müşahidə olunsa,  ümümilikdə qaz hasilantında 2006-cı ildən(9044.8  

mln m


3

) bəri 2-3 dəfə artım izlənilir.  Şahdəniz1;2 yatağındakı yüksək  potensial bu 

sahənin  gələcəyinə  şübhə  yaratmır.  Cədvəl  9-da  müşahidə  etmək  olar  ki,  xam  neft 


 

54 


istehsalında azalmağa doğru dinamika izlənilir, ancaq təbii qaz istehsalında isə artma 

dinamikası  müşahidə  edilməkdədir.  Təbii  qaz    strategiyası  hazırda  neftdən  daha 

perspektivli hesab olunur və son dövrlər bu sahə xüsusi diqqət ayrılmışdır.  

Son  zamanlar  Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkətinin  hasilat  və 

emal  potensialının  yeni  texnika,  texnologiaya  əsaslanaraq  sürətli  inkişafı 

Azərbaycanın xarici ticarət əlaqələrində neft və neft məhsullarının  rolunun artmasına 

və  yüksək  keyfiyyətli  neft  məhsulları  istehsalına,  ixracına  gətirib  çıxarmışdır.  Qeyd 

edək ki, hazırda beynəlxalq ticarətdə ildən ilə xam məhsul ixracı azalaraq,  öz yerini 

hazır  məhsullar,  yarımfabrikatlara  verir  çünki,  bu  proses  daha  səmərəli  və  daha  da 

gəlirlidir.  Amma  qeyd  edək  ki,  hazır  məhsul  istehsalı  üçün  müasir  tələblərə  cavab 

verən  beynəlxalq  ticarətdə  rəqabətədavamlı  istehsal  müəssisələri  yaradılmalıdır. 

Bildiyimiz  kimi,  hazırda    SOCAR  şirkətinə  aid  olan    ―Azərneftyag‖  NEZ,  Heydər 

Əliyev adına BNEZ, Qaz Emalı Zavodu, ―Azərikimya‖ İB,  Karbamid zavodu xam 

neft emalı prosesini həyata keçirərək neftdən müxtəlif adda məhsullar istehsal edirlər. 

Emal  kompleksində  həyata  keçirilən  işlər  həm  ölkənin  neft  məhsullarına  olan 

tələbatının  ödənilməsinə,  həm  də    ixarcyönümlü  məhsul  istehsalına  yönəldilmişdir. 

Hazırda Azərbaycanda hasil edilən  neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına 

Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft 

məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, 

neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını 

tam ödəyir. Bundan əlavə, istehsal olunan  neft məhsullarının 45%-i  xarici ölkələrə 

ixrac edilir. [18.s 91] 

 SOCAR-ın    xarici  ölkədə  fəaliyyəti  Azərbaycanın  xarici  ticarət  əlaqələrində 

neft və neft məhsullarının rolunun daha da artmasına gətirib çıxarmışdır.

 

SOCAR-ın 



Gürcüstan, ABŞ, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, 

İran,  Almaniya,  Ukrayna  və  Belçikada  nümayəndəlikləri,  İsveçrə,  Sinqapur, 

Vyetnam,  Nigeriya  və  s.  ölkələrdə  treydinq  şirkətləri  təsis  olunmuşdur.    Qeyd  edək 

ki,  ARDNŞ  Gürcüstanda  neft  məsullarının  və  qazın  satışını,  Ukraynada  neft 

məhsullarının satışını, BƏƏ neft satışı və treydinq, Türkiyədə emal, neft məsullarının 

və  qazın  satışını,  İsveçrədə  neft  məhsullarının  satışı  və  treydinq,  Rusiya  neft 

məhsullarının satışı, Rumıniyada neft məhsullarını satışını həyata keçirir.

  

Cədvəl  10-dan  müşahidə  etdiyimiz  kimi,  Azərikimya‖  İstehsalat  Birliyi  üzrə 



2014-cü  ildə  373,36  min  ton  hidrotəmizlənmiş  benzin,  propan-propilen  fraksiyası, 

butan-butilen  fraksiyası,  təmizlənmiş  quru  qaz  və  texniki  butan  emal  olunmuşdur. 

2014-cü  ildə  SOCAR  üzrə  657,029  ton  soba  mazutu  Gürcüstana,  25789,9  ton 

Butilen-butadien  fraksiyası  Rusiya  Federasiyasına,  9881,6  ton  ağır  piroliz  qətranı 

İtaliyaya, 100150,665 ton depressor AKİ Türkiyə Respublikasına ixrac edilmişdir. 


 

55 


Cədvəl 10. 2014-cü ildə SOCAR üzrə ixrac olunan neft məhsulları, ton 

İxrac 


olunan 

məhsullar 

Miqdarı 

İxrac edilən ölkələr 

Avtomobil benzini 

A-92: 


9 432,539  Əfqanıstan, Gürcüstan 

Reaktiv 


mühərriklər üçün 

TS-1 markalı 

yanacaq 

196 729,093  Əfqanıstan,  Gürcüstan,  Yunanıstan, 

Tacikistan, Özbəkistan 

Dizel yanacağı L-

62 

965 329,673  Əfqanıstan, 



Gürcüstan,  Türkiyə, 

Cəbəllu-tariq, 

Misir, 

Rumuniya, 



Malta, Ukrayna, Livan, Liviya, 

Özbəkistan, İtaliya 

Vakuum  qazoylu 

504 577,735  İtaliya, Sinqapur, Malta, İspaniya,  

Rumınya, Baham adaları 

Soba  mazutu 

657,029  Gürcüstan 

Butilen-butadien 

fraksiyası 

25 789,9  Rusiya 

Piroliz E-6 

9 881.6  Çin, İtaliya, Sinqapur 

Diizopropil efiri 

572,357  Belarus, Ukrayna 

Propilen 

45 585,07  Polşa, Türkiyə, Niderland, Belarus 

Ağır  piroliz 

qətranı 


9 881,6  İtaliya 

Maye  piroliz 

qətranı 

73 249,393  Niderland, Türkiyə 

Saflaşdırılmış 

izopropil  spirti 

10 356,619  Rusiya, Türkiyə, İsrail, Ukrayna 

Yüksək təzyiqli 

polietilen 

87 269,9  Ukrayna, Türkiyə, Gürcüstan,  

Çin, 

Özbəkistan, 



Türkmənistan, 

Qazaxıstan 

Depressor AKI 

100 150,665  Türkiyə 

Mənbə: SOCAR davamlı inkişaf haqqında hesabat-2014 

Diizopropil  efirinin  50,  90  min  ton  Belarusa,  521,46  min  ton  Ukraynaya  ixrac  edir. 

Cədvəldən  gördüyümüz  kimi,  Azərbaycanın  xam  neft  ixarcı  əsasən    Qərbə  

yönəlmişdirsə,  ölkəmiz  neft  məhsulları  ixracı  üzrə  xarici  ticarət  partnyorları  Orta 

Asiya,  Şimali  Avropa,  Şərqi  Avropa  və  Cənub  Şərqi  Asiyaya  doğru  şaxələnmiş 

şəkildədir. 



 

56 


Neft hasilatı ilə bağlı imzalanmış müqaviləyə əsasən müəyyənləşdirilmişdir ki, 

SOCAR  şirkəti  digər  xarici  şirkətlərlə  birgə  hasil  etdiyi  xam  neft  dünya  bazarına 

ixrac edilməlidir  və şirkət yalnız  özü müstəqil hasil etdiyi xam nefti emal edə bilər. 

Cədvəl 11.SOCAR- ın 2012-2014-cü illərdə sənaye nəticələri 

Sənaye nəticələri 

2012 


2013 

2014 


Təsdiq edilmiş neft 

ehtiyyatları, min ton 

71661 

78502 


72053 

Təsdiq edilmiş qaz 

ehtiyyatları, mln m

23817 



61150 

54956 


Neft hasilatı, min ton 

8289,8 


8314,9 

8300,0 


Qaz hasilatı, mln.m3 

6924,6 


7140,1 

7010,0 


Neft emalı, mln.ton 

6172,5 


6533,0 

6740,5 


Qaz emalı, mln.m3 

3991,4 


3768,8 

3655,3 


     Mənbə: 

http://www.socar.az/socar/assets/documents/az/socar-annual-       

reports/davamli-inkisaf2014.pdf

  

Cədvəl 11-də SOCAR sənaye nəticələri təhlil edilmişdir. Şirkərin Təsdiq edilmiş neft 



ehtiyatları 2014-cü ildə 72053 min ton, təsdiq edilmiş qaz ehtiyyatları 54956 min ton, 

neft emalı 6740,5 milyon ton, qaz emalı isə 3655,3 milyon m

3

 təşkil etmişdir. 



2015-ci ildə ABƏŞ və  SOCAR-ın operativ məlumatları nəzərə alınmaqla  

ixrac olunan xam neftin miqdarı  35109,9 min ton, təbii qazın  miqdarı isə 8145,2 

milyon kub metr təşkil etmişdir.[19.s 91] 

 

SOCAR-ın  Emal  kompleksinin  neft  emalı  zavodlarında  2014-cü  ildə  6740,5 



min  ton  xam  neft  emal olunmuşdur. 2014-cü ildə  emal  olunmuş  xammaldan  1238,3 

min ton avtomobil benzini, 709,0 min ton reaktiv mühərrik yanacağı, 2264,9 min ton 

dizel yanacağı, 184,2 min ton maye qazlar, 262,9 min ton bitum, 260,1 min ton koks 

və  sair  məhsullar  istehsal  edilmişdir.  2014-cü  ildə  həyata  keçirilmiş  tədbirlərin 

nəticəsində neft emalının dərinliyi 93,2% təşkil etmişdir. İl ərzində istehsal olunmuş 

neft  məhsullarının  65%-i  daxili  bazara,  qalan  35%-i  isə  ixrac  olunmuşdur.  İxrac 

olunmuş  məhsulların  60%-ni  dizel  və  neft  koksu  təşkil  edib.  Heydər  Əliyev  adına 

Bakı  Neft  Emalı  Zavodunda  və  ―Azərikimya‖  İstehsalat  Birliyində  texnoloji 

qurğuların  modernləşdirilməsi,  istehsal  gücünün  artırılması  və  ekoloji  mühitin 

yaxşılaşdırılması  məqsədilə  yeni  layihələrə  start  verilmişdir.    Mövcud  imkanlardan 

səmərəli  istifadə  etməklə  yanaşı  yeni  Neft-Qaz  Emalı  və  Neft-Kimya  Kompleksinin 

inşasına    başlanmışdır.  Təməli  möhtərəm  Prezidentimiz  İlham  Əliyev  cənabları 

tərəfindən  qoyulmuş  əsas  xammal  kimi  təbii  qazdan  istifadə  olunacaq  Karbamid 

Zavodunun da inşası da həyata keçirilir.   Zavod sutkada 1200 ton ammonyak və  



 

57 


2000  ton  karbamid  istehsal  edilməsi  nəzərdə  tutulur.―SamsungEngineeringCo.  Ltd.‖ 

şirkəti ilə imzalanmış müqavilə çərçivəsində zavodun tikintisi 2016-cı ilin sonlarında 

başa çatdırılmalıdır. Bu layihənin həyata keçirilməsi ilə SOCAR ölkə iqtisadiyyatının 

əsas sektorlarından olan kənd təsərrüfatını  azot gübrəsi ilə təmin edərək bu sahənin  

inkişafına  ciddi  dəstək  verəcəkdir.[20.s  91]  Sözügedən  Kompleksin  istismara 

verilməsi  ilə  Bakı  və  Sumqayıt  şəhərlərində  yerləşən  qaz  emalı,  neft  emalı  və  neft-

kimya sahələri üzrə köhnə istehsal güclərinin istismardan çıxarılması və yenilənməsi 

həyata keçiriləcək. Yeni Neft-Qaz emalı və Neft-kimya Kompleksi layihəsinin həyata 

keçirilməsi  nəticəsində  Azərbaycan  mülki,  sosial,  infrastruktur  və  mədəniyyət 

təyinatlı  tikinti  sahəsində  nəhəng  naliyyətlərlə  yanaşı,  neft  emalı  və  neft-kimya 

sahəsində  də  dərin  texniki  və  texnoloji  irəliləyiş  edəcək,  çoxlu  sayda  ən  yeni 

texnologiyalar əldə edəcək, və bir çox növ məhsul və məmulatların idxalından yaxa 

qurtarmağa imkan verən geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal etməyə 

başlayacaqdır. 

XXI-ci  əsrin  ikinci  onilliyinin  ortalarından  başlayaraq  Azərbaycanın  enerji 

gəlirlərinin strukturunda iki istiqamətdə dəyişiklik baş verəcək: 

1)Tədricən  təbii  qaz  satışından  gəlirlər  artacağı  halda  neft  gəlirləri  azalacaqdır;  2) 

SOCAR-ın  dowstream  və  upstream  (xüsusilə,  Türkiyədə)  istiqamətində  olan  biznes 

layihələri üzrə gəlirlər artacaq. Beləliklə, XXI-ci əsrin üçüncü onilliyində Azərbaycan 

azalması proqnozlaşdırılan neft gəlirlərini artan təbii qaz və neft-kimya məhsularının 

satışı  ilə  kompensasiya  etməyi  strateji  bir  hədəf  olaraq  seçmişdir.[21.s  91]

 

Azərbaycan  xəzəryanı  ölkələrdə  hasil  olunan  enerji  daşıyıcılarının  nəql 



edilməsi baxımından da sabit tranzit dəhlizi kimi tanınır. ―Bakı-Tbilisi-Ceyhan‖ boru 

kəməri  Azərbaycan  neftinin  əsas  hissəsi  ilə  yanaşı  sutkada  40-50  min  barrel 

həcmində Türkmənistan neftini dünya bazarına nəql edir. Qeyd edək ki, Bakı-Tbilisi-

Ceyhan  əsas  ixrac  boru  kəməri  ilə  Türkmənistan  neftinin  nəqlinə  2010-cu  ilin  iyun 

ayından başlanılıb. Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - 

BTC istismara verilən gündən 2016-cı il yanvarın 1-nə kimi Ceyhan limanından 291 

milyon 18 min 739 ton Azərbaycan nefti dünya bazarına çıxarılıb. 

 

Xəzərin şelfində 1999-cu ildə Şahdəniz, 2010-cu ildə ―Ümid‖, 2011-ci ildə isə 



―Abşeron‖  qaz-kondensat  yataqlarının  aşkaralması  ölkəmizin  neft  strategiyasının 

daha  da  genişlənməsinə  səbəb  oldu.  Qaz  ehtiyatları  1,2  trilyon  m

3

,  kondensat 



ehtiyatları isə 240 milyon tondan artıq  qiymətləndirilən Şahdəniz yatağı Azərbaycanı  

xarici  ticarət  əlaqələrində  qaz  hasilatçısı  kimi  tanıtdı  və  ölkəmizin  ticarət 

əməkdaşlığının  şaxələndirilməsinə  səbəb  oldu.  Azərbaycanın  təsdiq  edilmiş  qaz 

ehtiyatları  2,5  trilyon  kubmetr,  proqnozlaşdırılan  ehtiyatlarımız  isə  təqribən  4-5 

trilyon  kubmetr  səviyyəsində  qiymətləndirilir.  ―Şahdəniz  mərhələ-I‖-də  Cənub  Qaz 


 

58 


Dəhlizi layihəsinin birinci hissəsi çərçivəsində Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz 

kəməri  ilə  2007-ci  ildən  etibarən  Türkiyə  və  Gürcüstana  təbii  qaz  ixracına 

başlamışdır.    İstismar  dövrünün başlanğıcından 2015-ci  il  sentyabrın 1-dək  yerli  və 

xarici bazarlara 63,5 milyard kubmetr

 

qaz, 16,3 milyon ton kondensat nəql edilmişdir.



 

İstismarda olan ―Şahdəniz-1‖ mərhələsinin hasilat gücü ildə 9 milyard kubmetr təbii 

qaz  təşkil  edir.  İşlənmənin  2-ci  mərhələsi,  ―Faza-2‖  çərçivəsində  isə  yataqda  illik 

hasilatı  minimum  16  milyard  kubmetrə  çatdırmaq  üçün  müvafiq  tədbirlər 

görüləcəkdir. 

           Cədvəl 12. Şahdəniz qaz və kondensat hasilatı 

Məhsulun  

adı 


Hasilatın  

başlanma 

tarixi 

Hasilat 


başlanandan  

2014-cü ilin  

sonunadək 

2013 


2014 

Təbii  qaz

 

milyard 


kubmetr 

Noyabr 


2006 

57,8 


9,8 

9,9 


Kondensat 

milyon ton 

Noyabr 

2006 


14,8 

2,5 


2,3 

            Mənbə: BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat-2014 

 Cədvəl  12.-də    BP-ni  məlumatına  görə,  2006-cı  ilin  ilk  qaz  hasilatından 

başlayaraq  2014-cü  ilin  sonunadək  Şahdəniz  yatağından  57,8  milyard  kubmetr  qaz 

hasil  olunub.  2013-cü  ildə  Şahdəniz  yatağının  təbi  qaz  hasilatı  9,8  milyar  kubmetr, 

2014-cü  ildə isə  9,9

 

milyar  kubmetr  təşkil  etmişdir. Hasilat başlanadan 2014-cü  ilin 



sonunadək qaz-kondensatı hasiları 14,8 milyon ton olmuşdur. 2013-cü ildə kondensat 

hasilatı  2,5  milyon  ton,  2014-cü  ildə  isə  2,3  milyon  ton  təşkil  etmişdir.  Dövlət 

Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2015-ci ildə Azərbaycan 8 mlrd. 405 

mln. 244,65 min kubmetr qaz ixrac edib ki, bu da 2014-cü ilin göstəricisindən 1,9% 

azdır.  2015-ci  ildə  gömrük  bəyannamələri  üzrə  rəsmiləşdirilmiş  qaz  ixracı  200  mln 

dollar təşkil edib. Bu məbləğ 2014-ci ildəki göstəricidən 34% azdır.  Azərbaycan qazı 

hazırda İran (svop) və Gürcüstana, Türkiyəyə ixrac edilir.  

 

Hazırda  Şahdəniz  məhələ-II  ilə  əlaqədar  ―Cənub  Qaz  Dəhliz‖  çərcivəsində 



TANAP  və  Tap  layihələrinin  tikilməsi  ilə  bağlı  işlər  gedir

Cənubi  Qafqaz  Boru 



Kəmərinin (CQBK) genişləndirilməsi layihəsinin ümumi dəyəri təxminən 28 milyard 

dollar  olacaq.  Şahdəniz-2  layihəsinin  tikintisinə  körpü  ilə  birləşdirilən  iki  yeni 

platformanın  qurulması,  26  sualtı  quyunun  qazılması,  Xəzərin  550  metrədək 

dərinliyində    500  km  uzunluğunda  sualtı  boru  kəmərlərinin  inşası  və  Səngəçal 

terminalının  genişləndirilməsi  işləri  daxildir.  Şahdəniz  Mərhələ-2    Azərbaycandan 


 

59 


Avropaya  və  Türkiyəyə  qaz  çatdıracaq  nəhəng  bir  layihədir.  Bu  layihə  yeni  Cənub 

Qaz  Dəhlizi  açmaqla  Avropa  bazarlarının  qaz  təchizatını  və  enerji  təhlükəsizliyini 

gücləndirəcək.  Bu,  dünyanın  ən  böyük  qaz  işlənməsi  layihələrindən  biridir.  Cənub 

Qaz  Dəhlizi  Şahdəniz  yatağından  hasil  ediləcək  illik  16  milyard  kubmetr  qazı 

təxminən  3  500  km  uzunluğunda  boru  kəməri  vasitəsilə  Gürcüstan,  Türkiyə, 

Yunanıstan,  Bolqarıstan,  və  İtaliyaya  nəql  edilməsinə  imkan  verəcəkdir.    İlk  qazın 

nəqli  2018-ci  ilin  sonlarına    planlaşdırılır  və  onun  Gürcüstan  və  Türkiyəyə  satışı 

nəzərdə  tutulub.  Avropaya  ilk  təchizat  isə  2020-ci  ilə  gözlənilir.  Cənub  Qaz 

Dəhlizinin  genişlənməsi  Azərbaycanın  neft  strategiyasında  XXI  –ci  əsrin  layihəsi 

kimi dəyərləndirilir və  onun ölkəmizin gələcək inkişafında mühüm rolu olacaqdır. 

 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

60 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin