Əlyazması hüququnda VƏLİyeva köNÜl nazim qizi


II Fəsil. Neft məhsullarından istifadənin müasir vəziyyəti və onun



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix05.03.2017
ölçüsü0,97 Mb.
#10069
1   2   3   4   5   6   7   8   9

II Fəsil. Neft məhsullarından istifadənin müasir vəziyyəti və onun 

xarici ticarət əlaqələrinə təsirinin qiymətləndirilməsi. 

2.1. Neft məhsullarının xarici ticarət əlaqələrinə təsirinin müasir 

vəziyyətinin müqaisəli təhlili və onun qiymətləndirilməsi. 

Neft  məhsullarının  xarici  ticarət  əlaqələrinə  təsirinin  müasir  vəziyyətindən 

danışarkən  qeyd  etməliyi  ki,  Azərbaycanın  neft  strategiyası  çərçivəsində    1994-cü 

ildən  bəri  həyata  keçirdiyi    layihələr  neft  gəlirlərinin  axını  ilə  əlaqədar  olaraq,  milli 

iqtisadiyyatın  infrastrukturunun  yenilənməsi,  ayrı-ayrı  sahələrin  modernizasiyası 

prosesləri  intensivləşdirilmiş,  neft  sektorunun  inkişafı  onu  ölkə  iqtisadiyyatının 

lokomotivinə  çevirmiş  və  bu  imkandan  bəhrələnməklə,  Azərbaycanda  iqtisadi 

siyasətin  daha  iri  miqyaslı  hədəfləri  özündə  birləşdirən  modeli  işlənib  hazırlanmış, 

ölkənin xarici ticarət siyasəti əhəmiyyətli səviyyədə güclənmişdir. Neft məhsullarının 

ixracdan  əldə  edilən  gəlirlər  qeyri-neft  sektorunun  inkişafına  yönəldilərək,  bu 

sektorunun  potensialının  gücləndirilməsi  və  ixrac  strukturunun  genişləndirilməsi 

sayəsində  Azərbaycanın xarici ticarət əlaqələri daha da şaxələndirilir. Müqayisə üçün 

qeyd  edək  ki,  əgər  1991-1994-cü  illərdə  respublikamızın  xarici  ticarət  əlaqələrində 

MDB  ölkələri  üstünlük  təşkil  edirdisə,  ―Əsrin  Müqaviləsi‖  imzalandıqdan  sonra 

əsasən  də  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri  layihəsinin  həyata 

keçirilməsindən başlayaraq ölkəmizin xarici ticarət əlaqələrində  Avropa ölkələrinin 

payı  artmışdır.    Hazırda  reallaşdırılmaqda  olan  Cənub  Qaz  Dəhlizi  çərcivəsində 

həyata  keçirilməsi  nəzərdə  tutulan  TANAP  və  TAP  layihələri  Azərbaycanın  xarici 

ticarət  əlaqələrinin  Cənubi  Avropa,  Şərqi  Avropa  və  Mərkəzi  Avropaya  doğru 

genişlənməsinə  səbəb  olacaqdır.  Azərbaycanın  geniş  neft-qaz  potensiallına  malik 

olaması  ölkəmizin  nəqliyyat  infrastrukturunun  moderinləşməsinə,  genişlənməsinə, 

inkişafına  səbəb  olmuşdur    və  bu  istiqamətdə  həyata  keçirilən  Bakı-Tbilisi-Qars 

dəmir  yolu  layihəsi  TRASEKA,  Şimal-Cənub  nəqliyyat  dəhlizləri  çərçivəsində 

ölkələrin  xarici  ticarət  əlaqələrinin  daha  da  qloballaşmasına,  qarşılıqlı  inteqrasiya 

münasibətlərinin genişlənməsinə səbəb olacaqdır.  

Neft  məhsullarının  xarici  ticarət  əlaqələrinə  təsirinin  müasir  vəziyyətinin  

təhlilini  və    qiymətləndirilməsini    həyata  keçirmək  məqsədi  ilə  aşağıdakı  cədvəlləri 

nəzərdən keçirək. Xarici ticarət əlaqələrinin müasir vəziyyətinə gəlincə qeyd edək ki, 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumata əsasən, 2015-ci ildə 

Azərbaycan  Respublikasının  xarici  ticarət  dövriyyəsinin  həcmi  20  646  milyon  ABŞ 

dolları,  o  cümlədən  idxalın  həcmi  9  221  milyon  ABŞ  dolları,  ixracın  həcmi  isə  11 

425  milyon  ABŞ  dolları  təşkil  etmişdir.  Bu  dövr  ərzində  Azərbaycan  Respublikası 

165  ölkə  ilə  ticarət  sahəsində  qarşılıqlı  əməkdaşlıq  etmiş  və  xarici  ticarət  saldosu 


 

38 


müsbət  2 204 milyon ABŞ dolları olmuşdur. Son 4 ildə neft məhsullarının ixracda 

payı Cədvəl 2. kimi olmuşdur. 

 

        Cədvəl 2. Neft və neft məhsullarını ixracının  ümümi ixracdakı payı (faizlə) 



Məhsulların adları  

2012-ci il 

2013-cü il 

2014-cü il 

2015-ci il 

 

Xam neft 



84,63 

84,44 


84,32 

77,6 


 

Neft məhsulları  

5,53 

5,04 


6,25 

6,58 


Təbii qaz  

2,71 


2,93 

1,40 


1,76 

 

Cəmi neft  məhsullarının 



 ixracdakı payı %-lə 

92,87 


92,41 

91,97 


85,94 

Ümumi ixracda  

qeyri- neft məhsullarının  

faizlə  payı 

7,13 

7,59 


8,03 

14,05 


 

Mənbə: 


http://customs.gov.az/az/2015_idxalda_esas.html

 

saytının  məlumatları 



əsasında müəllif tərəfindən tərtib edilib. 

Cədvəldən  gördüyümüz  kimi,  neft  və  neft  məhsulları  Azərbaycanın  ixrac 

potensialının  əsasını  təşkil  edir.  2012-ci  ildə  neft  məhsullarının  ölkəmizin  ümumi  

ixracda  92,87%  təşkil  etdiyini  cədvəldə  müşahidə  edirik,  ancaq  gördüyümüz  kimi 

qeyri-neft  sektorunun  inkişafı  nəticəsində    2015-ci  ildə  bu  göstərici  85,94%  təşkil 

edib.  Cədvəli  təhlil  edərkən  görürük  ki,  2012-ci  ildə  qeyri-neft  məhsulları  ixracı 

7,13% təşkil etmişdi, ancaq 2014-cü ildə bu göstərici artaraq 8,03%, 2015-ci ildə isə 

ümumi ixracda qeyri- neft məhsullarının faizlə  payı artaraq 14,05% təşkil etmişdir. 

Xam  neft  ixracı  2015-ci  ildə  Azərbaycanın  ümumi  ixracının  77,6%-ni,  neft 

məhsulları 6, 58%-ni, təbii qaz ixracı isə 1,76% təşkil etmişdir.  

 


 

39 


        Cədvəl 3. Neft və neft məhsulları ixracı haqqında məlumat. 

Malın adı 

2013-cü il  

2014-cü il 

2015-ci il 

Xam neft ton  



(o cümlədən) 

34 245 147.5 

33040963.4 

32520401.97 



Bakı-Tbilisi –Ceyhan 

27 474 270.7 

26871531.5 

26 678 361.0 



Bakı-Tbilisi-Supsa 

  4 028 821.5 

4 232 675.7 

4 222 614.70 



Şimal boru kəməri ilə 

  1 750 063.0 

1 018 248.0 

1 186 918.00 



 Dəmir yolu ilə 

     991 992.3 

   918 508.2 

   432 508.27 

Qaz kondensatı  

BTC boru kəməri ilə 

  2 215 508.2 

 2 195 068.5 

 2 157 414.02 

Təbii qaz, min m

3

 

  7 294 698.9 



 8 565 438.7 

 8 405 244.65 

 

Mənbə: http://customs.gov.az saytının  məlumatları əsasında müəllif tərəfindən tərtib 



edilib. 

Cədvəl 3-də  Azərbaycanın neft və neft məhsullarının boru kəmərləri və dəmir  yolu 

ilə  ixracı  göstərilmişdir.  Cədvəldən  gördüyümüz  kimi  əsas  ixrac  boru  kəməri  olan 

BTC  boru  kəməri  ixrac  etdiyi  neftin  miqdarına  görə  əhəmiyyətli  dərəcədə  fərqlənir.  

Cədvəldən  onu  da  müşahidə  edirik  ki,  2013-cü  ildə  ölkəmizdən  xam  neft  ixracı 

34245147.5  ton,  2014-cü  ildə  33040963.4  ton  və  2015-ci  ildə  isə  32520401.97  ton 

olmuşdur.  2015-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə  26 678 361.0 ton 

xam  neft,  Bakı-Tbilisi-Supsa  ilə  4  222  614.70  ton,  Şimal  boru  kəməri  ilə  1  186 

918.00    ton,  dəmir  yolu  ilə  432  508.27  ton  xam  neft,  BTC  boru  kəməri  ilə  2  157 

414.02 ton qaz kondensatı dünya bazarına ixrac edilmişdir. 2013-cü illə müqayisədə 

2015-ci  ildə  xam  neft  ixracında  azalma  müşahidə  olunur.  Təbii  qaz  ixracında  isə 

2013-cü  ilə nisbətən 2014  və  2015-ci ildə  artım  müşahidə olunur   belə  ki,  2013-cü 

ildə      7  294  698.9  min  m

3

  təşkil  edirsə,   müvafiq olaraq   2014;    2015-ci ildə 8  565 



438.7  min  m

və  8  405  244.65  min  m



olmuşdur.  Şahdəniz  yatağının  istismarının 

ikinci  mərhələsi  çərçivəsində  qaz  ixracının  əhəmiyyətli  dərəcədə  artımı 

proqnozlaşdırılır.  Cədvəldən də müşahidə etdiyimiz kimi, Azərbaycanın neft və qaz 

ixracı  əsasən  qərbə  doğru    yönəlmişdir  və  bu  proses  ölkəmizin  xarici  ticarət 

əlaqələrində Avropa ölkələrinin üstünlüyünə şərait yaratmışdır.  



 

40 


            Cədvəl 4. Neft və neft məhsulları ixracı haqqında məlumat. 

Malın adı 

2014-cü il  

2015-ci il 

Miqdarı 

Dəyəri  


(min ABŞ  

dolları) 

 

Miqdarı 


Dəyəri  

(min  ABŞ 

dolları) 

 

Xam neft,  



ton 

 

23 611888.95 



 

 

18 404 936.62 



 

 

21960322.54 



8 866 158.60 

Neft  


məhsulları, ton 

2 105 061.51 

 

 

 



  1 365 020.84 

 

 



 

 2197 678.24 

                      

751 921.59 

Təbii qaz,  

min m


 

1 825 686.76 



 

 

    304 684.00 



      

 

1 275 917.25 



                   

200 739.68 

Mənbə: 

http://customs.gov.az/az/2015_idxalda_esas.html



 

saytının  məlumatları 

əsasında müəllif tərəfindən tərtib edilib. 

Cədvəl  4-də  müşahidə  edirik  ki,  2014-cü  illə  müqayisədə  2015-ci  ildə  xam  neft 

ixracının miqdarı 1651566,41 ton azalmışdır. 2014-cü ildə xam neft ixracından əldə 

edilən gəlir 18 404 936.62 min ABŞ dolları, 2015-ci ildə isə 8866 158.60 min ABŞ 

dolları  olmuşdur.  Neft  məhsulları  ixracında  isə  SOCAR-in  neft  emalı  sənayesinin 

inkişafı  nəticəsində  artım  müşahidə  olunmaqdadır.  2014-cü  ildə  neft  məhsulları 

ixracının miqdarı 2 105 061.51 ton, 2015-ci ildə isə 2197 678.24 ton olmuşdur. 2014-

cü və 2015-ci  ildə neft məhsulları ixracının dəyər göstəriciləri müvafiq olaraq, 1 365 

020.84 min və 751 921.59 min ABŞ dolları, təbii qaz ixracı isə müqayisə olunan illər 

ərzində 304 684.00 min və  200 739.68 min ABŞ dolları təşkil etmişdir. Cədvəldən 

gördüyümüz kimi, 2014-cü və 2015-ci ildə  neft və neft məhsullarının ixracının dəyər 

göstəricilərini  müqayisə edərkən kəskin azalma  müşahidə  edirik. Bu azalma dünya 

neft bazarında neftin qiymətinin 2014-cü ildə başlayaraq, kəskin şəkildə azalması ilə 

əlaqdəqardır. Bildiyimiz kimi xarici ticarət dövriyyəsində əmtəə və xidmətlərin dəyər 

göstəricisi  ABŞ  doları  ilə  ifadə  olunur  və  neftin  qiymətinin  kəskin  şəkildə  aşağı 


 

41 


düşməsi  milli  valyutamızın  dollara  qarşı  devalivasiya  etməsinə,  yəni  dəyərdən 

düşməsinə  səbəb  olmuşdur.  Xüsusi  ilə  onu  da  qeyd  edək  ki,  2015-ci  ildə  manatın 

dollara  nəzərən  məzənnəsi    ilin  müxtəlif  dövrlərində  bir  neçə  dəfə  kəskin  tərəddüd 

etməsi  ilə  əlaqədar  olaraq  statistik  məlumatların  göstəricilərində  Mərkəzi  Bankın 

göstərişlərinə əsasən (2015-ci il üçün)  milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta 

məzənnəsi  1,0261  manata  bərabər  götürülmüşdür.    Dünya  neft  bazarında  neftin 

qiymətinin  azalması  ixracının  77.6%-ni  xam  neft  təşkil  edən  ölkəmizin  gəlirlərinin 

kəskin azalmasına gətirib çıxarmışdır.  Qeyd edək ki, bu proses Azərbaycanın xarici 

ticarət dövriyyəsinin də ötən illərlə müqayisədə kəskin azlmasına gətirib çıxarmışdır.  

       Cədvəl 5. Azərbaycanın xarici ticarəti.  

İllər 

Göstəricilər   



2011-ci il 

2012-ci il 

2013-cü il 

2014-cü il 

2015-cü il 

Dövriyyə 

(min ABŞ  

dolları) 

36326867.0 

 

33560854.3 



 

34687919.3  31016306.5 

 

20645880.1 



İdxal 

(min ABŞ  

dolları) 

9755968.7 

 

9652870.6 



 

10712502.5  9187697.6 

 

9221402.8 



İxrac 

(min ABŞ  

dolları) 

26570898.3 

23907983.7 

 

23975416.



 

21828608.9 



 

11424477.3 

       Mənbə: 

http://www.azstat.org/customtables/frame.jsp

  

Cədvəl  5.-dən  belə    məlum  olur  ki,  Respublikamızın  xarici  ticarət  dövriyyəsi 



son  5 ilin göstəricilərinə əsasən ən yüksək həddi 2011-ci ildə 36326867.0 min ABŞ 

dolları və  ən aşağı həddi  isə  dünya neft qiymətlərinin düşməsi böhranı ilə əlaqədar 

olaraq  2015-ci ildə 20645880.1 min ABŞ dolları  müşahidə olunubdur. 2011-ci illə 

müqayisədə 2015 ci ildə ixracdan əldə edilən gəlir təxminən iki dəfəyədək azlmışdır. 

2015-ci  ildə  ixracdan  əldə  edilən  vəsait  11424477.3  min  ABŞ  dolları  olmuşdur. 

Təhlil etdiyimiz 5 il ərzində ən yüksək idxal göstəricisi 2013-cü ildə 10712502.5 min 

ABŞ  dolları olmuşdur,  ancaq  müsbət  haldır  ki,  2014 və 2015-ci  ildə  idxalda  azlma 

müşahidə olmuşdur. Hesab edirəm ki, Azərbaycanın 2014-cü ildə ―Sənaye ili‖, 2015-

ci  ilin  isə  ―Kənd  təsərrüfatı  ili‖  elan  edilməsi  ilə  əlaqədar  görülmüş  işlər  idxalın 


 

42 


həcminin  azalmasına  təsir  edə  bilmişdir.    İdxal  2014-ci  ildə  9187697.6  min  ABŞ 

dolları və 2015-ci ildə isə 9221402.8 min ABŞ dolları təşkil etmişdir. 

 

 Cədvəl 6. MDB və Avropa ölkələri üzrə ixrac və idxal göstəriciləri min ABŞ dolları 



ilə. 

         Illər 

 

Adlar 


2014 

2015 


İxrac 

İdxal 


İxrac  

İdxal 


 

MDB  


Ölkələri 

   838 056.17 

2083200.48 

    525389.88  1961060.74 

Avropa 

Ölkələri 



11567574.51 

3104148.60 

  6751671.75  2943312.60 

Digər  


Ölkələr 

  9422964.52 

4000758.83 

  4147415.70  4317029.53 

    

 Mənbə: 


http://customs.gov.az/files/aarayish201501122208cap.pdf

    məlumatları 

əsasında müəllif tərəfindən tərtib edilmişdir. 

Cədvəl  6-də  gördüyümüz  kimi,  Azərbaycanın  xarici  ticarət  əlaqələrində 

Avropa  ölkələri  ilə  qarşılıqlı  ixrac-idxal  əməliyyatları  üstünlük  təşkil  edir.  Avropa 

ölkələrinin  əsasən  ixrac  əməliyyatlarında  üstünlüyü  Azərbaycanın  həmin  ölkələrə 

neft  məhsulları  ixarcı  ilə  əlaqədardır.  2015-ci  ildə  MDB  ölkələrinə  ixrac  525389.88 

min ABŞ dolları, idxal isə 1961060.74 min ABŞ dolları, Avropa ölkələri ilə isə ixrac 

6751671.75 min ABŞ dolları, idxal isə 2943312.60 min ABŞ dolları, digər ölkələrlə 

ixrac   4147415.70 min ABŞ dolları, 4317029.53 min ABŞ dolları təşkil etmişdir.  

 Azərbaycanın  xarici  ticarət  əlaqələrində  iştirak  edən  əsas  ölkələr  cədvəl  7-də 

verilmişdir. 



 

43 


 

 

                     Cədvəl 7. 2015-ci ildə Ticarət dövriyyəsində əsas  10 ölkə. 



 

 

№ 



Ölkələrin adı 

 

Min ABŞ dolları  Ümumi 



dövriyyəyə 

nisbətən   

%-lə 

 

 



Cəmi 

20 645 880.20 

100.00 

1. 


İtaliya 

  2 842 098.01 

  13.77 

2. 


Almaniya 

  1 914 044.42 

    9.27 

3. 


Rusiya 

  1 854 672.03 

    8.98 

4. 


Türkiyə 

  1 475 683.83 

    7.15 

5. 


ABŞ 

  1 185 093.77 

    5.74 

6. 


Fransa 

  1 076 406.38 

    5.21 

7. 


İsrail 

     826 405.14 

    4.00 

8. 


Çexiya 

     607 892.84 

    2.94 

9. 


Çin 

     565 099.40 

    2.74 

10.  Böyük Britaniya 

     563 991.57 

    2.73 

 

Digər ölkələr 



  7 734 492.82 

  37.47 


 

 

                Mənbə: 



http://customs.gov.az/files/aarayish201501122208cap.pdf

 

 



Cədvəl 7-də Azərbaycanın 2015-ci ildə xarici ticarət dövriyyəsində ilk onluğa 

daxil  olan ölkələrin siyahısı verilmişdir.    Ölkəmizin  XTD-də  İtaliya  13,77%    təşkil 

edərək liderdir.  XTD-də 9.27% təşkil edərək ikinci, Rusiya isə  8.98%  təşkil edərək 

üçüncüdür.  



 

44 


          Cədvəl 8.  2015-ci ildə İxrac və idxalda əsas 10 ölkə. 

 

Ölkələrin adı 



Min ABŞ 

dolları 


Ümumi 

ixraca 


nisbətə

%-lə 



Ölkələrin 

adı 


Min ABŞ 

dolları 


Ümumi 

idxala 


nisbətə

%-lə 



Cəmi 

11 424477.34 

100.00 

Cəmi 


9 221 402.86  100.00 

1. İtaliya 

2 254 330.50 

19.73 


Rusiya 

1 437 901.25 

15.59 

2.Almaniya 



1 223 962.02 

10.71 


Türkiyə 

1 171 385.43 

12.70 

3.Fransa 



864 155.79 

7.56 


ABŞ 

847 389.38 

9.19 

4.İsrail 



801 533.44 

7.02 


Almaniya 

690 082.40 

7.48 

5.Çexiya 



549 516.25 

4.81 


İtaliya 

587 767.51 

6.37 

6.İndoneziya 



477 818.85 

4.18 


Yaponiya 

558 097.74 

6.05 

7.Rusiya 



416 770.78 

3.65 


İngiltərə 

553 325.50 

6.00 

8.Avstriya 



407 348.42 

3.57 


Çin 

511 904.64 

5.55 

9.Portuqaliya 



368 874.42 

3.23 


Ukrayna 

309 651.94 

3.36 

10.Gürcüstan 



365 954.58 

3.20 


Fransa 

212 250.59 

2.30 

Digər 


ölkələr 

3 694 212.29 

32.34 

Digər 


ölkələr 

2 341 646.50 

25.41 

 

 



Mənbə: 

http://customs.gov.az/files/aarayish201501122208cap.pdf

 

Cədvəl  8-ə  baxdıqda  məlum  olur  ki,  ixracda  ilk  onluğa  məhz  Azərbaycanın 



neft-qaz  məhsullarını  istehlak  edən  ölkələr  daxildir.  Neft  məhsullarının  ixracı 

nəticəsində  həmin  ölkələrlə  qarşılıqlı  əməkdaşlıq  yaranmışdır  və  nəticədə  həmin 

ölkələr  Azərbaycanın  aktiv  xarici  ticarət  münasibətləri  yaranmışdır.  2015-ci  ildə  

İtaliya  ölkəmizin  ixracında  liderdir  və  onun  ümumi  ixracda  payı  19.73%  təşkil 

etmişdir.  İtaliyanın  idxalda  isə  ilk  beşliyə  daxildir  və  onun  ümimi  idxalda  payı     

6.37% olmuşdur. Respublikamızın idxalında Rusiya 15.59%-lə liderdir, ikinci yerdə 

ümumi idxalın 12.70%-ni  Türkiyə, üçüncü yerdə isə ümumi idxalın 9.19%-ni təşkil 

edən ABŞ-dır. Cədvəldən gördüyümuz kimi, Rusiya ümumi ixracın   3.65%-ni təşkil 

edərək  ixracda  10  ölkə  içərisində    7-ci  yerdə  qərar  tutmuşdur.      İxracda  ümumi 

ixracın 10.71%-ni təşkil edən Almaniya ikinci və üçünü yerdə ümumi ixracın 7.56%-

ni təşkil edən Fransa qərarlaşmışdır.  

Xarici  ticarətin  10.5%-i  MDB  üzvü  olan  dövlətlərin,  89.5%-i  isə  digər  xarici 

dövlətlərin  payına  düşür.  Dövlətimizin  Türkiyə,  İtaliya,  Rusiya,  Birləşmiş  Krallıq, 

Almaniya,  ABŞ,  Fransa,  Yaponiya,  İsrail  və  Çin  ilə  daha  intensiv  ticarət  əlaqələri 

olmuşdur belə  ki,  ümumi  ticarətdə bu ölkələrin payı  67.1%  təşkil  etmişdir.  2015-ci 

ildə  Azərbaycanın əmtəə ixracı 15.6 mlrd.$ təşkil etmişdir. Xarici dövlətlərə 12.8  



 

45 


mlrd.$ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft məhsullarının 975.7 

mln.$-ı neft emalı məhsullarının, 11.8 mlrd. $-ı isə xam neftin ixracının payına düşür. 

2015-ci ilin yanvar-dekabr aylarında ölkənin qeyri neft-qaz ixracı 1498.2 mln.$ təşkil 

etmişdir. 2015-ci ildə  əmtəə idxalı 9.8 mlrd. $ təşkil etmişdir.[11.s 91] 

2015-ci  ilin  yanvar-dekabr  aylarında  xarici  iqtisadi  əməliyyatlar  neft-qaz 

sektoru  üzrə  müsbət  saldoya,  qeyri-neft  sektoru  üzrə  isə  mənfi  saldoya  malik 

olmuşdur.  Neft-qaz  sektoru  üzrə  ümumi  daxilolmalar  əsasən  neftin  və  təbii  qazın 

ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə 

ödənişlər  isə  mənfəətin  və  investisiyaların  repatriasiyasını,  avadanlıqların  və 

xidmətlərin  idxalını  əks  etdirir.  2015-ci  ilin  yanvar-dekabr  aylarında  tədiyə 

balansında  neft-qaz  sektoru  üzrə  yaranmış  ümumi  müsbət  saldo  10.1  mlrd.  $ 

olmuşdur.[12.s 91] 

 

Neft  məhsullarının  xarici  ticarət  əlaqələrinə  təsiri  müasir  vəziyyətindən 



danışarkən  qloballaşmış  dünyamız  üçün  hazırda  ən  önəmli  məqam  2014-cü  ilindən 

başlayaraq  və  hazırda  da  davam  etməkdə  olan  neftin  qiymətinin  dünya  bazarınada 

kəskin düşməsi problemidir. Neft məhsulları müasir zamanda dünya düzənində zəruri 

istehsal,  iqtisadi-maliyyə  resursu,  sənaye  potensialının  əsas  energetik  komponenti 

olmaqla  yanaşı,  həm  də  dünyanın  enerji  təhlükəsizliyinin  qarantı  olaraq    dünya 

ölkələrinin  xarici  ticarət  əlaqələrinin  başlıca  strateji  qüvvəsinə    çevrilmişdir.

 

Bütün 


ölkələr    istənilən  halda    bu  və  ya  digər  məqsədlərlə  neft  və  neft  məhsulları 

istifadəçiləridirlər.    Hazırda  neft  hasil  edən  ölkələr  ―qrupuna‖  100-ə  yaxın  ölkə 

daxildir.  İqtisadiyyatı neftdən gələn gəlirlərlə formalaşan ölkələr üçün neftin dünya 

bazarında qiyməti xüsusi ilə əhəmiyyətlidir.  

Dünya neft hasilatının 65%-ni 10 lider ölkə - Səudiyyə Ərəbistanı - 12%, ABŞ 

və Rusiya hərəyə - 10%, İran, Venesuella, Meksika, Çin, Norveç, Böyük Britaniya və 

İraq hərəyə - 4-5% olmaqla təmin edirlər. Dünya neft ixracının isə 17%-ni Səudiyyə 

Ərəbistanı, hərəyə 7%-dən ibarət Rusiya və Norveç, qalan hissənin isə hər birinə 4-

6% olmaqla İran, İraq, Venesuella, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya və Meksika 

gerçəkləşdirir.  Neft  ixracından  ən  çox  gəlir  götürən  ölkələr  isə  OPEK  ölkələridir 

onlarda ixracdan  əldə olunan mənfəət  60% -dan çox olur. [13.s 91]

 

Balanslaşdırılmamış  enerjidaşıyıcıları  bazarı    dünya  iqtisadiyyatı  üçün  böyük 



təhlükə mənbəyidir.  Dünya neft bazarında neftin qiymətində  stabillik və dayanıqlılıq 

olmadığına    görə    o  iqtisadi  inkişaf  planlarına    mənfi  təsir  göstərmiş  olur.  Belə  ki, 

neftin  qiymətinin  hədsiz  aşağı  düşməsi  nə  istehsalçı,    nə  də  istehlakçı  üçün  sərfəli 

deyildir.  Çünki    neftin  qiyməti  iqtisadi  və  siyasi  proseslərə,  neft  şirkətlərinin 

səhmlərinin qiymətinə, iqtisadi  artım  sürətinə, neft  ixrac  edən ölkələrdə  inflasiyanın 

səviyyəsinə,  istehsalın  mərkəzləşməsi  və  cəmləşməsində  intensivliyə  nail  olmağa 



 

46 


təsir göstərmiş olur. Dünya neft bazarı hər bir ölkənin büdcə xərclərinə, makroiqtisadi 

göstəricilərinə    təsir  edir.  Neftin  qiymətinin  artması  ticarət  balansına,  xarici  ticarət 

əlaqələrinə  və  valyuta məzənnəsinə təsir edir.  

Tədqiqatçı C.Musayeva bu sahədə apardığı araşdırmalarında qeyd edir ki, neft 

gəlirlərinin 1 faiz artımı qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun 0,5 %, dövlət 

büdcəsinə vergi daxilolmalarının 0,61 % infilyasiyanın 0,03 %, məşğulların 0,03 %, 

ev  təsərrüfatlarında  ayda  adam  başına  düşən  gəlirlərin  0,35%  artımını  təmin  etmiş, 

yoxsulluğun  0,47  %  azalmasına  səbəb  olmuşdur.  Neft  fondunun  xərclərinin  1% 

artımı  qeyri-neft  sektoru  üzrə  yaradılmış  əlavə  dəyərin  0,29  %  artımını  təmin 

etmişdir. Dünya bazarında bir barel neftin satış qiymətinin bir dollar qalxması ÜDM-

in 598 manat artımını təmin etmişdir.[14.s 91] 

Son  30  ildə  dünya  neftin  bazarında  ən  yüksək  artım  tempi  2002-2007-ci  ildə 

müşahidə  olunmuşdur.

 

Dünya  bazarında  neftin  qiymətinin  azalması  son  30  ildə 



aşağıdakı dövrlərdə müşahidə olunmuşdur: 

 1. 1986: Səudiyyə Ərəbistanı Revanşı 

2. 1997-1998: Asiya  maliyyə  böhranı  

3. 2008-2009: Qlobal maliyyə böhranı  

4. 2014: qlobal iqtisadiyyat və qeyri-ənənəvi neft – məhsulun izafi böhranı   

2014-cü  ildən  bəri 

 

dünya  neft  bazarında  neftin  qiymətinin  kəskin  düşməsi 



iqtisadiyyatı  neft  ixracından  əsaslı  şəkildə  asılı  olan  ölkələrdə  iqtisadiyyata  ciddi 

zərbə  kimi  qiymətləndirilir.  Dünya  neft  bazarında  neftin  qiymətinin  düşməsi  ilə 

əlaqədar aşağıdakı tendensiyalar mövcuddur: 

 



Maliyyə  faktoru-

 

neftin  qiymətinə  təsir  edən  əsas  maliyyə 



faktorlarınadan  biri  ABŞ  dollarının  digər  valyutalara  nisbətən 

güclənməsi olmuşdur; 

 

ABŞ-ın  neft  istehsalında  artım-



 

son  dörd  il  ərzində  ABŞ-da  yüksək 

keyfiyyətli  neft  hasilatı  5  dəfə  artmış  və  2014-ci  ildə  gündəlik  neft 

hasilatı 4 milyon barel keçmişdi. (Diaqram 1.) 

 

OPEK-in rolu 



 

Digər siyasi və iqtisadi faktorlar 



 

 

 



 

 

47 


         Diaqram 1. ABŞ da neft hasilatının dinamikası 

 

10



  

Milyon 


barel/sutka

 

 



  

 

  



 

  

 



  

 

  



 

          

 

  

 



  

 

  



 

  

50%



 

 

9



           

 

  



 

  

 



  

 

  



 

  

 



  

 

          



 

  

 



  

 

  



 

  

45%



 

 

8



           

 

  



 

  

 



  

 

  



 

  

 



  

 

          



 

  

 



  

 

  



 

  

40%



 

 

7



           

 

  



 

  

 



  

 

  



 

  

 



  

 

          



 

  

 



  

 

  



 

  

35%



 

 

6



           

 

  



 

  

 



  

 

  



 

  

 



  

 

          



 

  

 



  

 

  



 

  

30%



 

 

5



           

 

  



 

  

 



  

 

  



 

  

 



  

 

          



 

  

 



  

 

  



 

  

25%



 

 

4



           

 

  



 

  

 



  

 

  



 

  

 



  

 

          



 

  

 



  

 

  



 

  

20%



 

 

3



           

 

  



 

  

 



  

 

  



 

  

 



  

 

          



 

  

 



  

 

  



 

  

15%



 

 

2



           

 

  



 

  

 



  

 

  



 

  

 



  

 

          



 

  

 



  

 

  



 

  

10%



 

 

1



           

 

  



 

  

 



  

 

  



 

  

 



  

 

          



 

  

 



  

 

  



 

  

5%



 

 

0



           

 

  



 

  

 



  

 

  



 

  

 



  

 

          



 

  

 



  

 

  



 

  

 



  

0%

 



 

2000


 

2001


 

2002


 

2003


 

2004


 

2005


 

2006


 

2007


 

2008


 

2009


 

2010


 

2011


 

2012


 

2013


 

2014


  

 

 



        

Dig


ə

r neft hasilat

 

 

  



 

  

 



      

Yüksə


k keyfiyy

ətli neft hasilatı

 

 

 



  

 

 



 

 

  



 

  

 



  

 

 



 

 

  



 

 

 



 

  

 



  

 

  



 

 

 



 

Yüksə


k keyfiyy

ətli neft növünün payı

 

 

 



           M

ə

nb



ə

:  Annual Energy Outlook 2014, VYGON                  

 

2014-cü  ilin  yayınadan  etibarən  ABŞ neft  hasilatının və  ixracının  həcmindəki 



əhəmiyyətli  yüksəlişlər,  Livan  neft  infastrukturunun    bərpası  və    İran  neftinə  qarşı 

sanksiyaların  yumşalması  daha  sonra  isə  2016-ci  ilin  yanvarınadn  etibarən  ABŞ-ın 

İran  neftinə  qoyulan  enbarqonu  ləğv  etməsi  dünya  neft  bazarınada  tarazlığı 

pozmuşdur  ki,  nəticədə    dünya  neft  bazarında  neftin  qiyməti  günü-gündən 

düşməkdədir.    Tədqiqatçılar  hesab  edir  ki,  dünya  neft  bazarındakı  tarazlığı  təmin 

etmək  üçün  OPEK  ölkələri  neft  hasilatlarını  azaldarsa,  tarazlıq  təmin  oluna  bilər.  

Ancaq OPEK ölkələrındə neft hasilatı ucuz başa gəldiyindən və həmin ölkələr dünya 

bazarındakı mövqelərini itirməmək üçün hasilatı azaltmırlar. 

OPEK ölkələrinin payı dünya  neft ehtiyatlarının təxminən 80% -ni təşkil edir 

amma,  maye  karbohidrogenlərin  hasilatının  isə  40%    paya  malikdir.  Son  dövrlərə 

qədər    dünya  neft  bazarında  OPEK  balanslaşdırıcı  təchizatçı  rolunu  oynayırdı. 

OPEK-in  nizamnaməsinə  uyğun  olaraq    təşkilatın  missiyası  üzv  dövlətlərin  və 

dünya  neft  bazarının  effektivliyini  təmin  etmək,  iqtisadi  cəhətdən  səmərəli, 

müntəzəm  təchizatı,  istehsalçıların    ədalətli  və  sabit  gəlir  təmin  etmək,  neft 

sənayesinin  investisiyalaşması,  neft  sənayesində  kapitalın  rentabelliyini  təmin 

etmək  və  s  məsələləri  əhatə  edir.  Təşkilat  eyni  zamanda  dünya  neft  bazarında 

qiymətlərin stabilliyini təmin etmək üçün  və zərərli qiymət tərəddüdlərinin 


 

48 


 qarşısını almaq üçün yollar araşdırıb, bazarı tənzimləməlidir.[15.s 91]

  

 



Diaqram 2 . ABŞ neft hasilat dinamikasında yüksək tərkibli neft növü həmcinin  

OPEK və qeyri-OPEK ölkələrindəki neft təchizatı axsamaları  (hesabatlar 2011-ci 

ilin aylıq istehsal dəyişikliklərinə nəzərən təşkil edilib) 

 

4  mln barel./sutka.



 

 

 



 

3

 



 

 

 



2

 

 



 

 

1



 

 

 



 

0

 



 

2012


 

2013


 

2014


 

 

 



 

Qeyri-


OPEK ölkə

l

ə



rinin t

əchizatı


 

 

OPE



К

  

ölkə



l

ə

rinin t



əchizatı

 

 



 

 

 



 

 

 



 

 

 



 

ABŞ


-

ın şist neft hasilat artımı

 

 

 



 

 

 



 

 

 



  

M

ə



nb

ə

: EIA Short-Term Energy Outlook, 2015



 

 

 



OPEK-in  dünya  bazarına  müdaxilə  etməyə  imkan  verən  vacib  faktorlarından 

biri  də  onun  kifayət  qədər  yüksək  ehtiyat  potensialına    malik  olmasıdır.  Həmin 

ehtiyat  potensialı  dünya  neft  bazarı  üçün  ―təhlükəsizlik  yastığı‖rolu  oynayır  beləki, 

onun hesabına təklif çatışmamazlığını istənilən an təmin edə bilərlər. OPEK ölkələri 

içərisində  Səudiyyə  Ərəbistanı  Krallığı  maye  karbohidrogen  ehtiyyatlarını 

istehsalının  təxminən  üçdə  birinə,  ehtiyat  potensialın  isə  80%-inə  malikdir.  Dünya 

neft  bazarında    Səudiyyə  Ərəbistanı  balanslaşdırıcı  təchizatçı  rolunu  oynayır. 

Səudiyyə  Ərəbistanı  OPEK  ölkələri  içərisində  əhəmiyyətli  potensiala  malik 

olduğundan  təşkilatın    siyasəti  və  fəaliyyəti  bu  ölkə  tərəfindən  idarə  olunur.  80-ci 

illərdə  bəri  OPEK  ölkələri  dünya  neft  bazarında  stabilliyin  və  səmərəliliyin  əldə 

edilməsi  naminə  lazım  olan  hallarda  ya  ixrac  kvotaların  azaldır,  ya  da  kvotaları 

artırmaqla neftin qiymətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayırdılar. 2014-

ci il qiymətlərin düşməsi zamanı Səudiyyə Ərəbistanı Krallığı istisna olmaqla  OPEK 

ölkələrini dünya neft bazarının stabilliyini təmin etmək məqsədi ilə ixrac kvotalarını 

aşağı  salmağı  təklif  etdilər,  ancaq  Səudiyyə  Ərəbistanı  bu  təklifi  dəstəkləmədi.

 

Maraqlı məqam ordadır ki,  neftin aşağı qiymətləri OPEK ölkələri üçün nə dərəcədə 



sərfəlidir? Təxminlərə görə OPEK ölkələrində istehsal xərcləri 10 dollar/bareldən də 

 

49 


aşağıdır.  Amma  qiymətlərin  sərfəli  olub-olmaması  hasilata  çəkilən  xərclərlə  deyil, 

ölkələrin  dövlət  xərclərini  qarşılaya  bilib-bilməməsi  ilə  ölçülür.  Hesab  olunur  ki, 

hazırki  qiymətlər  səviyyəsində  bu  ölkələrin  dövlət  xərclərini  qarşılamaq  üçün  ya 

valyuta  rezervlərini  xəcləmək  məcburiyyətində  qalacaqlar  ki,  bu  proses  də  3  ildən 

çox çəkə bilməz, ya da dövlət xərclərini azaltmalı olacaqlar. 2015-ci ilin yanvarında  

Davos Forumunda OPEC-in baş katibi  Abdalla Salem El-Badri, bunları söyləmişdi: 

―İxrac  kvotalarını  azaltmamaqda  məqsədimiz  bazar  paylarımızı  itirməməkdir  və 

hesab edirik ki, aşağı qiymətlər səviyyəsində digər neft hasilatçıları bizimlə rəqabət 

apara  bilməz,  odur  ki,  belə  şəraitdə  dünya  neft  bazarına  müdaxilə  etmirik,  bazarın 

situasiyanı özünün tənzimləməsinə buraxmışıq. Bu addım hər hansı bir ölkəyə qarşı 

yönəlmiş  siyasi  bir  addım  kimi  qiymətləndirilməməlidir  bu  bizim  Energetika 

Nazirliyinin iqtisadi qərarıdır və biz onu dəstəkləyirik.‖ Bundan başqa baş katib onu 

da  bəyan  etmişdir  ki,  ―bizə  mövcüd  situasiyanı  müşahidə  emək  üçün  vaxt  lazımdır. 

Əgər ehtiyac olsa, hasilatı azalda bilərik‖. [16.s 91]  

 

 

Tədqiqatçılar  hesab  edir  ki,  neftin  qiymətinin  aşağı  səviyyədə  qalması 



uzunmüddətli  xarakter  daşımayacaq.  Belə  ki,  aşağıda  sadaladığımız  faktorlar  neftin 

qiymətinin artmasına gətirib çıxaracaq: 

1. 

Dünya əhalisinin sayının artması, urbanizasiya 



2. 

Avtomobilizasiya-  dünya  miqyasında  avtomobil  istehsalının    sürətli  artımı, 

dünya  nəqliyyat  sisteminin  sürətli  inkişafı  neftə  olan  tələbatı  artıracaq.  Neftə  olan 

tələbat artaraq gündəlik 1,2% -ə qədər və beləliklə bu göstərici 2025-ci ildə 105 mln 

barel/sutka çatacaq. 

3. 


Geolojikəşfiyyat  və hasilat xərclərinin artması 

4. 


OPEK-in siyasəti uzunmüdətli və ortamüddətli perespektivdə neftin qiymətinin 

100  dollar/barel-dən  aşağı  olması  OPEK  ölkələrində  gəlirlərin  azalmasına,  dövlət 

xərclərini ödəyə bilməməsi ilə, büdcə kəsrlərilə nəticələnə bilər ki, o da həmin ölkələr 

üçün yolverilməzdir.  

5. 

Dolların mövqeyinin  zəifləməsi- doların zəifləməsi neftin qiymətinin artması 



ilə şərtlənə bilər.[17.s 91] 

2015-ci  ildə  dünya  bazarlarında  neftin  qiymətinin  kəskin  aşağı  düşməsi 

nəticəsində  neft  ixrac  edən  ölkələr  bəzi  çətinliklərlə  üzləşmişlər.  Neftin  qiymətinin 

düşməsini  2016-ci ildə də müşahidə edirik.

 

Son bir il ərzində neftin qiyməti 4 dəfə 



düşməsi  prosesi  manatın  dollara  nəzərən  devalivasiyasına    gətirib  çıxardı.  Digər 

tərəfdən  dünya  enerji  bazarındakı  qeyri-sabitlik,  əsas  ticarət  tərəfdaşlarının  milli 

valyutalarının devalvasiyası Azərbaycan iqtisadiyyatı üçün əlavə risklər yaratmış və 


 

50 


ölkəmizin  xarici  ticarət  əlaqələrinə  də  təsir  etmişdir.

 

Məlumdur  ki,  Azərbaycanın 



gəlirlərinin  böyük  hissəsi  neftlə  bağlıdır,  ancaq    ölkəmizdə  neftdən  asılığı  azaltmaq 

məqsədi ilə uzun illərdir  çalışılır. Bu istiqamətdə müəyyən sahələrdə naliyyətlər əldə 

edilmişdir  və  bundan  sonra  da  neft  faktorundan  asıllılığının    tam  aradan 

qaldırılmasına çalışılır. 

 

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin