1.2
. Neft layihələrinin həyata keçirilməsinin sosial-iqtisadi inkişafa təsiri.
Azərbaycan iqtisadiyyatında neft layihələrinin fəaliyyətinə start verilməsinin
ilk və başlanğıc addımı ―Əsrin müqaviləsi‖ kimi tanınan ―Hasilatın pay bölgüsü
sazişi‖ olmuşdur. Heydər Əliyevin neft strategiyasının təməli olan ―Əsrin
müqaviləsi‖ imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatınada əsaslı dönüş və
inkişaf başlandı. ―Əsrin müqaviləsi‖nin bağlanması Azərbaycanın bir dövlət kimi
tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə
mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. ―Əsrin müqaviləsi‖dən sonra
xarici şirkətlərdə və investorlarda da respublikamıza qarşı etibar, inam artmışdır.
Neft sənayesinin yenidən qurulması və inkişafı daha sonralar isə neftdən gələn
mənfəət yeni konseptual məsələlərin həllini labüd etdi. Beləliklə bu proseslər mövcud
infrastrukturların müasirləşməsinə, yeni tikinti-quruculuq obyektlərinin inşasını tələb
edirdi ki, bunların sayəsində də yeni iş yerlərinin açılmasına və qeyri-neft sektorunun
inkişafına təkan verilmiş oldu. Bu müqavilədən irəli gələn naliyyətlərdən biri də
ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı xarici iqtisadi münasibətləri genişlənməsi və
daha da dərinləşməsidir. XX əsrin ilk illərində ölkəmizdə aparılan genişmiqyaslı
islahatların daha da dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi
inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin
yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara
uyğun yenidən qurulmuşdur.
18
Müdrik və uzaqgörən Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu
neft strategiyasına əsasən hazırda Azərbaycan nefti olan ―Azərlayt‖ markası dünya
bazarına bir-birinə alternativ olan 3 marşrutla Bakı-Novorosiysk, Bakı-Supsa və
Bakı-Tbilisi-Ceyhan neft kəmərləri vasitəsi ilə nəql edilir. Heydər Əliyevin neft
strategiyasının uğurlarından biri də neftin dünya bazarının nəqlindəki çoxvariantlığa
nail olunmasındadır bu müxtəlif istiqamətlilik Azərbaycanı neft borusu keçən
ölkələrdən asılığını azaltmış oldu, həm də eksterimal situasialardan qorunaraq neftin
Avropa bazarına çatdırılmasını təmin etmiş oldu. Bu layihələrin reallaşması
nəticəsində ölkəmizdə yeni infrastrukturlaşma getmiş, kəmərlərin keçdiyi ərazilərdə
yeni iş yerləri açılmışdır. Neft strategiyası 1999-cu ildə ―Şahdəniz‖ qaz-kondensat
yatağının aşkar edilməsi ilə əlaqədar olaraq da da genişlənmişdir. Təsdiq olunmuşdur
ki, hazırda respublikamız 2,5 trilyon kubmetrdən artıq təbii qaz ehtiyatlarımız vardır.
2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı ―Şahdəniz‖
yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə nəql
olunmağa başlanıb. Hazırda Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət
kəsb edə 4-cü böyük qaz dəhlizinə çevriləcəkdir. Tikilməkdə olan TANAP kəməri
qazın Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhəddə gətirəcək.
TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək.
TANAP və TAP layihəsi keçdiyi marşrut boyu regionun sosial-iqtisadi inkişafına
təkan verəcək, keçdiyi ölkələrdə təxminən 30 mindən çox yeni iş yerlərinin
yaranmasına şərait yaradacaqdır.
Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması, məqsədyönlü
şəkildə istifadəsini təmin etmək və neftdən gələn gəlirlərin gələcək nəsillər arasında
ədalətli bölgüsü, onların səmərəli və məqsədəmüvüfiq şəkildə yararlanılması
məqsədi ilə 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu
yaradıldı. Qeyd edək ki, Azərbaycan Norveç təcrübəsindən bəhrələnərək sosial-
iqtisadi inkişafa yönəlmiş neft siyasəti həyata keçirir. Dövlət Neft Fondunun
ölkəmizin sosial-iqtisadi inkişafında əvəzsiz xidmətləri vardır.
Fondun vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun
tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, 2001-ci il 21 dekabr tarixli 607
nömrəli, 2005-ci il 1 mart tarixli 202 nömrəli, 2010-cu il 10 fevral tarixli 216 nömrəli
və 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanlarına əsasən edilmiş əlavə və
dəyişikliklər nəzərə alınmaqla ―Azərbaycan Respublikası Dövlət Neft Fondunun
valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında
Qaydalar‖a və Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə illik əsasda
təsdiq olunan ―Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya
siyasəti‖nə əsasən idarə olunur. Neft Fondunun valyuta vəsaitlərinin bu qaydalara
uyğun olaraq idarə edilməsi Fondun valyuta vəsaitlərinin təhlükəsiz saxlanılması və
19
səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması
məqsədlərini daşıyır. [3.s 91] Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli 719 nömrəli Fərmanına əsasən
Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2016-cı ildə istifadə
edilməsinin istiqamətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə
bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
2. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert;
3.
Samur-Abşeron
suvarma
sisteminin
yenidən
qurulması
layihəsinin
maliyyələşdirilməsi;
4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
5. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramının maliyyələşdirilməsi;
6. Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının
maliyyələşdirilməsi;
7. STAR Layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyləşdirilməsi;
2016-cı ilin 1-ci rübünün yekununa olan məlumata görə fondun aktivləri: 34
246,0 mln. ABŞ dolları təşkil etmişdir. Ayrılmış vəsaitlər isə aşağıdakı kimi müəyyən
edilib.
1. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində
Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi – 297,9 mln. manat
2. Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması
və məskunlaşdırılması problemlərinin həlli – 1 934,3 mln. manat
3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi -779,6 mln. manat
4. Samur-Abşeron kanalının rekonstruksiya edilməsi –1 246,0 mln. manat
5. Dövlət büdcəsinə transfertlər – 65 562,0 mln. manat
6. Dövlət İnvestisiya şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi (2006-cı
ildə başa çatıb) – 90,0 mln. manat
7. ―Bakı-Tbilisi-Qars yeni dəmir yolu‖ layihəsi – 488,1 mln. manat
20
8. ―2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramının‖ maliyyələşdirilməsinə SOCAR-ın maliyyələşdirilməsi 87,6 mln. Manat
10. ―STAR‖ neft emalı kompleksinin tikintisi – 596,1 mln. manat
11. ―Cənub Qaz Dəhlizi‖ QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının
maliyyələşdirilməsi – 974,7 mln. manat
Qeyd edək ki, 2015-ci il ərzində Fondun büdcə gəlirləri Azərbaycan
Respublikası Dövlət Neft Fondu 7 721,1 milyon manat, büdcə xərcləri isə 9
187,7 milyon manat təşkil edib. 2015-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz
sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 385,5 milyon manat, o cümlədən
mənfəət neftinin və qazın satışından 7 369,6 milyon manat, akrhesabı ödənişlər 2,2
milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 11,6 milyon
manat təşkil edib.Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 335,6
milyon manata bərabər olub.Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə
bağlı Fondun büdcədənkənar gəliri 23 217,8 milyon manat təşkil edib. [4.s 91]
2016-
cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya siyasətinin
məqsədi Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum
gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirməkdir.
Fondan verilən məlumatlara görə 2016-cı ilin aprel ayında
Dövlət Neft Fondu
tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən
2,9 milyon ABŞ dolları məbləğində vəsait 8 banka satılmışdır və il ərzində ARDNF
tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəyi planlaşdırılıb.
Azərbayca Dövlət Neft Fondu neftdən gələn mənfəətin toplanaraq səmərəli
şəkildə yəni ölkəmizin perspektivli sahələrinin inkişafına və sosial-iqtisadi baxımdan
mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təmin etmək məqsədi
ilə yaradılmışdır. Dövlət Neft Fondu ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bir
sıra layihələri maliyyələşdirərək xalqımızın sosial-iqtisadi rifahının yaxşılaşmasında
əvəzsiz rolu olmuşdur. Fond respublikamızın infrastrukturun qurulmasına, təhsil,
səhiyyə, nəqliyyat, qeyri-neft sektorunun, regionların inkişafına və digər işlərə sərf
olunaraq xalqımızın rifahına xidmət edir. Fondun maliyyələşdirdiyi sosial-iqtisadi
layihələrə misal olaraq, qaçqınların və məcburi köçkünlərin sosial-məişət
vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirləri, beynəlxalq əhəmiyyətli strateji
infrastruktur layihələri də həyata keçirilməsi, Heydər Əliyev adına Bakı-Tbilisi-
Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) layihəsində Azərbaycanın iştirak payının
maliyyələşdirilməsinə, regionlarda təhsil və səhiyyə müəssələrinin təmir edilməsi,
tikilməsi və modernləşdirilməsi, Fonddan ayrılmış 521,5 milyon manat hesabına
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su кəməri çəkilməsini, Samur-Abşeron
suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsini, Azərbaycan
21
Respublikası Prezidentinin 21 fevral 2007-ci il 1974 saylı Fərmanına uyğun olaraq,
―Bakı-Tbilisi-Qars yeni dəmir yolu‖ layihəsinin maliyyələşdirilməsini, ―2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı‖nın
reallaşması nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının
yaradılmasına, gənc nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə
çatdırılmasına şərait yaradılmasını və.s göstərmək olar. ―2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı‖nın reallaşması
nəticələrini neft gəlirlərini insan kapitalına çevirən uğurlu strategiya kimi
qiymətləndirmək olar. 01.01.2016-cı il tarixinə olan məlumatlara görə ―2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı‖ (Dövlət
proqramı) çərçivəsində 3283 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası
Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilmişdir. Bu tələbələrin sayı ümumilikdə
134 nəfər olmaqla, 128 nəfəri 2-ci dərəcəli, 6 nəfəri isə 3-cü dərəcəli təhsil almışdır.
Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (28,9%),
Türkiyə (22,2%), Almaniya (12,5%), Kanada (7,2%), Niderland (5,3%) və Rusiya
(3,8%) universitetlərində təhsil alırlar. 31 dekabr 2015-ci il tarixinə Dövlət Proqramı
çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş və məzun statusunu almış tələbələrin
sayı 1027 nəfər təşkil edir. Bu tələbələrin 25 nəfəri 2-ci dərəcəli məzunlardır.
Məzunların əksər hissəsi - 397 nəfəri Böyük Britaniya, 114 nəfəri Türkiyə, 113 nəfəri
Almaniya, 70 nəfəri Rusiya, 67 nəfəri Fransada – təhsillərini uğurla bitirmişlər.
Fondun önəmli vəzifələrindən biri isə neft gəlirlərinin bir hissəsini gələcək
nəsillərə saxlamaqdır. ―Neft və qaz gəlirlərinin uzun müddətli istifadəsi strategiyası‖
adlı sənəddə neft gəlirlərinin ən pik səviyyəyə çatdığı illərdə 25 faizinin gələcək
nəsillərə saxlanılması göstərilir. Onu da qeyd edək ki, Fondun 2015-ci il büdcəsinin
icrası çərçivəsində 8 130,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət
vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150,0 milyon
manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90,0 milyon manat,
―Bakı-Tbilisi-Qars yeni dəmir yolu‖ layihəsinin maliyyələşdirilməsinə Neft
Fondundan 61,5 milyon manat vəsait ayrılıb. 35,5 milyon manat vəsait ―2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı‖nın
maliyyələşdirilməsinə yönəldilib. ―Cənub Qaz Dəhlizi‖ layihəsi üzrə isə 692,8
milyon manat vəsait ayrılıb. 2015-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı
xərcləri 27,9 milyon manat təşkil edib.
2016-cı il yanvarın 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon
ABŞ dolları) nisbətən 9,5% azalaraq 33 574,1 milyon ABŞ dollarına bərabər olub. Bu
da dünya bazarında neftin qiymətinin kəskin azalması ilə əlaqədar olaraq, gəlirlərin
azalması ilə səciyyələnmişdir. Son dövrlər müşahidə etdiyimiz (2014-cü ilin sonu
22
2015 əvvələrindən) dünya neft bazarında neftin qiymətinin kəskin düşməsi
iqtisadiyyatı neft ixracından əsaslı şəkildə asılı olan ölkələrdə iqtisadiyyata ciddi
zərbə kimi qiymətləndirilir. Bu proses 2014-ci ildə dünya neft bazarının
tənzimləmədən geri qalması əsasında baş verib. Eyni zamanda dünya neft bazarında
disbalansın olmasının əsas səbəbi kimi son 4 ildə ABŞ-ın neft hasilatının 5 dəfəyədək
artması və ixracda da yüksək keyfiyyətli xam neft təklifidir. Dünya bazarında təklif
tarazlığını pozmuşdur. Digər bir tərəfdən ABŞ İran neftinə qoyulan embarqonu
2015-ci ilin sonlarında aradan götürmüşdür. Bu da dünya neft bazarında neft təklifini
artırmışdır. Bu böhranın səbəbi kimi geopolotik məsələlər də aktualdır.
Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafında yanacaq-enerji
kompleksinin müstəsna rolu vardır. Regionun lider ölkəsi kimi, Azərbaycan artıq
təkcə özünun deyil, bütövlükdə bölgənin və Avropanın enerji təhlükəsizliyi
sisteminin qarantı, əsası olamağa çalışır. Vaxtilə Rusiya və İrandan qaz idxal edən
Azərbaycan Respublikası qaz ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ―Neft bizim üçün məqsəd deyil, vasitədir‖
deyərək bütün addımlarında və fəaliyyətində qeyri-neft sektorunun inkişafına, xalqın
sosial-qtisadi
durumunun daha da yaxşılaşdırılmasına, ölkəmizin dünya
iqtisadiyyatına səmərəli inteqasiyasına, xarici qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq
məsələlərinin düzgün istiqamətlənməsinə, regionların bütövlükdə bir tam olaraq
inkişaf etdirilməsinə əsaslanan səmərəli iqtisadi yüksəlişə çatmaq üçün məqsədyönlü
iqtisadi siyasət yürüdür. İlham Əliyevin uzaqgörən fəaliyyətinin onun davamlı olaraq
reallaşdırdığı müddəli dövlət proqramlarında, layihə və konsepsiyalarda müşahidə
edirik. Neft layihələrinin həyata keçirilməsi prosesləri sosail-iqtisadi inkişafa təsirləri
sənayenin bütün sahə strukturlarında müşahidə olmaqdadır. Neft layihələrinin həyata
keçirilməsi sayəsində beynəlxalq səviyyədə də regional əməkdaşlıq, tərəfdaşlıq,
inteqrasiya, sülh, təhlükəsizlik, beynəlxalq ticarət və digər önəmli münasibətlər daha
da inkişaf etmişdir.
2004-cü ildən bəri Respublika rəhbərliyimiz tərəfindən iqtisadiyyatımızın
dirçəlməsi və inkişafı məqsədi ilə düşünülmüş məqsədyönlü ardıcılıqla layihələr,
dövlət proqramları reallaşdırılmaqda davam etdirilir. ―Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının‖ (2004-2008-ci illər), ―Bakı
şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair Tədbirlər Proqramı‖, ―Regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının‖ (2009-2013-cü illər), ―2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı‖,
―Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı‖, ―Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin
inkişafı üzrə (2005-2015) Dövlət Proqramı‖, ―Azərbaycan Respublikasında
23
sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı‖, ―Azərbaycan
2020: gələcəyə baxış‖ İnkişaf Konsepsiyası və digər layihə, proqramlar iqtisadi
siyasətimizin məqsədyönlü həyata keçirilməsinə, diversifikasiyasına sosial-iqtisadi
inkişafa xidmət edir.
Prezidentinin 22 dekabr 2005-ci il tarixli Fərmanı ilə 2006-cı ilin fevral ayında
SOCAR-ın tərkibində Sosial İnkişaf İdarəsi yaradılmışdır. Həmin idarə dövlətimizin
müəyyənləşdirdiyi sosial-iqtisadi proqramlar çərçivəsində regionlarda, Bakı şəhəri və
ətraf qəsəbələrdə tikinti-quruculuq və abadlıq işlərini, neftçilərin sosial ehtiyaclarının
günün tələbləri səviyyəsində daha dolğun ödənilməsini, SOCAR-ın müəssisə və
təşkilatlarının sərəncamında olan maddi-texniki bazanın möhkəmləndirilməsini,
mövcud maddi resurslardan daha səmərəli istifadə olunmasını və bu sahədə vahid
siyasətin aparılmasını, mədəni-kütləvi tədbirlərin və sərgilərin keçirilməsini,
neftçilərin və onların ailə üzvlərinin istirahətinin təşkilini, işçilərin könüllü tibbi
sığortasını və onlara tibbi xidmət göstərilməsini, SOCAR üzrə gigiyenik və
epidemioloji tədbirlərin aparılmasını, inzibati binalarının məişət təsərrüfat xidməti
ilə təmin edilməsini, neftçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idman
xidmətləri göstərilməsinə xidmət edir. İdarə ―Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı‖, ―Bakı şəhəri və onun rayon, kənd,
qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı‖na
daxil edilən obyektlərin tikintisini həyata keçirir, istehsalat və qeyri-istehsal təyinatlı,
o cümlədən yaşayış, kommunal, təhsil və səhiyyə obyektlərində tikinti-quraşdırma
işlərini yerinə yetirir. 2014-cü ildə SOCAR-ın vəsaiti hesabına regionların sosial-
iqtisadi inkişafı məqsədi ilə qəbul edilmiş Dövlət Proqramları çərçivəsində
Respublikamızın müxtəlif regionlarında və şəhərlərində əsaslı tikinti və təmir işləri
aparılmışdır. Bakı Olimpiya stadionunun tikintisi işlərini maliyyələşdirmişdir.
Sabunçu rayonu, Səhər şossesi 5-ci döngədə yerləşən 8 saylı 2 mərtəbəli yaşayış
binasının yararsız vəziyyətə düşməsi ilə əlaqədar sökülərək 21 mənzilli 3 mərtəbəli
yaşayış evinin tikintisi işlərini həyata keçirmişdir. Bakı şəhərində, Bakı istedadlar
məktəbinin, 2 saylı 220 şagird yerlik xüsusi internat məktəbinin, Xətai rayonu Nobel
prospektində Fransız liseyinin tikintisini həyata keçirmişdir. Qaradağ rayonu
Lökbatan qəsəbəsi Ə.Əmirov adına NQÇİ-nin 3-cü mədən ərazisində
―Bibiheybətneft‖ NQÇİ-nin yeraltı təmir işlərini yerinə yetirmişdir.
SOCAR
neftçilərin bütün sosial problemlərinin həllində onlara təsdək olubdur. SOCAR üzrə
01 yanvar 2015-ci il tarixinə 4383 nəfər işçi mənzil uçotundadır ki, onların da 442
nəfəri Respublikanın müxtəlif rayonlarında (Siyəzən, Şabran, İmişli, Kürdəmir,
Salyan, Neftçala və Şirvan şəhəri), 3941 nəfəri isə Bakı şəhərindədir. 2014-cü ildə
SOCAR tərəfindən 37 neftçi ailəsi mənzillə təmin olunmuşdur. Bibiheybət
ərazisində 600-dən çox ailənin mənzillə təmin olunması üçün yeni yaşayış
24
kompleksinin tikintisi məqsədilə hazırlıq işləri görülür.
Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı‖ və ―2014-
2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı‖nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar lay sularının
idarə olunması, neftlə çirklənmiş torpaqların təmizlənməsi, dəniz suyunun
duzsuzlaşdırılması qurğularının quraşdırılması, səmt qazının yığılması və idarə
olunması, Tullantı Mərkəzinin yenidən qurulması, yaşıllaşdırma işlərinin aparılması,
neft dağılmalarına qarşı cavab tədbirlərinin görülməsi, gigiyena və epidemiologiya
sahəsində mühüm işləri reallaşdırmağı və gələcəkdə dünya iqtisadiyyatında qabaqcıl
ölkələrin istifadə etdiyi ―Yaşıl iqtisadiyyata‖ keçidi proqnozlaşdırır.
Aparılmış təhlillər göstərir ki, 2004-ci ildən 2014 cü ilədək Regionların sosial–
iqtisadi inkişafına dair dövlət proqramının həyata heçirildiyi 10 il ərzində ümumi
daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd
təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq
əməkhaqqı 5,5 dəfə artmışdır. 10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər
nəticəsində ölkədə 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış,
işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir.
Qrafik 2. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı.
2015-ci ildə ÜDM-in real artım tempi 1.1% təşkil etmiş və cari qiymətlərlə 54.4
milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 5703.7 manat (5558.7
ABŞ dolları) təşkil etmişdir. 2015-ci ildə qeyri-neft sahələrinin inkişaf dinamikası
ümumilikdə bu sahənin real ifadədə 1.1% artması ilə nəticələnmişdir. Belə ki, 2014-
cü ilə nisbətən 2015-ci ildə rabitə sahəsi 6.8%, turistlərin yerləşdirilməsi və ictimai
iaşə sahəsi 14.0%, ticarət sahəsi 10.9%, kənd təsərrüfatı isə 6.6% artmışdır. 2015-ci
ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri
hesabına 15957.0 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala
qoyulmuş vəsaitin 56.0%-ni daxili investisiyalar, 44.0%-ni isə xarici investisiyalar
təşkil etmişdir. 2015-ci ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 8796.3
25
milyon manatı (55.1%-i) qeyri-neft bölməsinin, 7160.7 milyon manatı (44.9%-i) isə
neft bölməsinin inkişafında istifadə edilmişdir.[5.s 91]
Azərbaycan 2020 – Gələcəyə Baxış‖ sənədi 2013-cü ilin əvvəlində təsdiq edilmişdir
və Azərbaycanın inkişafı üçün ümumi istiqamət təşkil edir. Onun əsas məqsədi biliyə
əsaslanan iqtisadiyyat, ölkənin rəqabətliliyinin artırılması və dayanıqlı iqtisadi artıma
nail olmaq üçün iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektoruna əsaslan
ixracyönümlü iqtisadiyyatın inkişafı və 2020-ci ilə qədər adam başına düşən ÜDM-in
13000 ABŞ dollarına çatdırılmasıdır. Nəqliyyat, enerji, və maliyyə daxil olmaqla
infrastruktur və texnologiyada yüksək naliyyətlərə çatmaq. Yoxsulluğun azaldılması
beləliklə də orta sinif genişləndirilməli və regional qeyri-bərabərlik azaldılmalıdır.
Sosial-iqtisadi sahədə əldə olunmuş uğurlar beynəlxalq reytinq agentlərinin
apardıqları qiymətləndirmələrdə də müşahidə olunur. Dünya İqtisadi Forumu dünya
ölkələrinin rəqabət qabiliyyətliliyi səviyyəsini xarakterizə edən ―Qlobal Rəqabət
Qabiliyyəti İndeksi 2014-2015‖ hesabatının məlumatlarına görə Azərbaycan
iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı 144 ölkə
arasında 38-ci yerdə qərarlaşıb. Beləliklə də son bir il ərzində Azərbaycan
rəqabətqabiliyyətlilik indeksini daha da yaxşılaşdıraraq, dünya sıralamasında ötən illə
müqaisədə 1 pillə irəliləyib. Onu da qeyd edək ki, ―Qlobal Rəqabət Qabiliyyəti
İndeksi 2015-2016‖ hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyəti
səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşmışdır və 7 ildir ki, MDB
məkanında lider mövqeyini qoruyub saxlayır. Dünya Bankının hesabatında son
onillikdə yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində
Azərbaycanın böyük irəliləyişə nail olduğu xüsusi qeyd edilir. Həmin hesabatda
Azərbaycan qlobal böhrana ən az məruz qalan ölkə kimi göstərilir. Azərbaycan
hesabatda bütün göstəricilər üzrə yaxşı nəticələr əldə edib. Dünya İqtisadi Forumu
rəqabətqabiliyyətliliyin müəyyən olunması üçün 12 göstəricidən istifadə edir. Bunlar
keyfiyyət, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ilkin təhsil, ali təhsil və
peşəkar hazırlıq, əmtəə və xidmətlər bazarının səmərəliliyi, əmək bazarının
səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi,
şirkətlərin rəqabət qabiliyyəti və innovasiya potensialı üzrə meyarlardır.
BMT İnkişaf Proqramının əsasən Azərbaycan ―orta insan inkişafı‖ qrupundan
―yüksək insan inkişafı‖ qrupuna yüksəlmişdir. Qazanılmış naliyyətlər
iqtisadiyyatımızın və xalqımızın davamlı məqsədləri, sosial-iqtisadi rifahı üçün daha
geniş imkanlara, yüksək hədəflərə nail olmağa səbəb olacaqdır.
|