Əlyazması hüququnda VƏLİyeva köNÜl nazim qizi



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix05.03.2017
ölçüsü0,97 Mb.
#10069
1   2   3   4   5   6   7   8   9

1.3.

 

Neft layihələrinin həyata keçirilməsinin  normativ-hüquqi əsasları. 

 

Dünya  təcrübəsi  göstərir  ki,  bazar  şəraitində  dövlət  neft-qaz  sənayesində 

mühüm  funksiya  olan  elmi-texniki  siyasətin  təyinatı,  normativ  hüquqi  baza  ilə 

təminat, fiskal koordinasiya, özəl sektorun energetik sahəyə cəlb edilməsi və digər bu 

kimi əhəmiyyətli məsələləri həll edir. Respublikamızda iqtisadiyyatın aparıcı və çox 

mühüm  hissəsini  neft-qaz  kompleksi  və  onunla  bağlı  sahələr  təşkil  etdiyindən  neft 

strategiyasının  dövlətin  milli  iqtisadi  kursunda  əsas  yer  alması  da  təbiidir.  Neft 

strategiyasının daha uğurlu spektrdə gerçəkləşməsi isə mükəmməl, təkmil normativ-

hüquqi bazanın möhkəmliyi ilə bağlıdır. [5.s 91] 

Azərbaycanın neft strategiyasını təməli və özəyi olan ―Hasilatin Pay Bölgüsü‖ 

sazişidir ki, bu saziş 1994-cü il sentyabr ayının 20-də ölkəmizin ―Gülüstan‖ sarayında 

ilk neft müqaviləsi olaraq imzalandı. Azəri-Çıraq-Günəşli yataqlarından  neft hasilatı 

işlənməsi  üzrə  dünyanın  8  ölkəsinin  (Azərbaycan,  ABŞ,  Böyük  Britaniya,  Rusiya, 

Türkiyə,  Norveç,  Yaponiya  Səyudiyyə  Ərəbistanı)    13  məşhur  neft  şirkəti  (BP, 

Amoko, MakDermott, Yunokal, SOCAR, Lukoyl, Statoyl, Ekson, Türkiyə petrolları, 

Penzoyl,  İtoçu,  Remko,  Delta)  ilə  "Məhsulun  Pay  Bölgüsü"    sazişinə  əsasən  neft 

yataqlarının  birgə  işlənməsi  30  il  müddətinə  nəzərdə  tutulmuşdur.  400-səhifədən 

ibarət  olan  və  4  dildə  tərcümə  olunmuş  ―Məhsulun  Pay  Bölgüsü‖  sazişi    öz 

möhtəşəmliyinə və əhəmiyyətinə görə ―Əsrin Müqaviləsi‖də adlandırılır.  Müqavilə 

1994-cü  ilin  12  dekabrında  Azərbaycan  Respublikasının  Milli  Məclisi  təfəfindən 

radifikasiya  edildikdən  sonra  qüvvəyə  minmiş  oldu.  12  noyabr  1997-ci  il  Xəzər 

dənizinin  Azərbaycan  sektorundakı  "Azəri",  "Çıraq"  yataqlarının  və  "Günəşli" 

yatağının dərin hissəsinin birgə işlənməsi haqqında SOCAR ilə 11 xarici neft şirkəti 

arasında 20 sentyabr 1994-cü ildə Bakıda imzalanmış "Əsrin müqaviləsi" üzrə ilkin 

neft hasilatına başlandı. Bu  münasibətlə "Çıraq-1" platformasında təntənəli mərasim 

keçirildi.  ―Əsrin  müqaviləsi‖  xarici  şirkətlərə  Azərbaycanda  yeni  sazişlərin 

imzalanması  üçün  geniş  yol  açdı.    "Əsrin  müqaviləsi‖  imzalanandan  yəni,  1994-cü 

ildən  bu  vaxta  qədər  SOCAR  və  xarici  neft  şirkətləri  arasında  karbohidrogenlərin 

kəşfiyyatı,  hasilatı  və  məhsulun  pay  bölgüsü  prinsipi  üzrə  19  ölkənin  və  41  neft 

şirkətinin iştirak etdiyi 26 saziş imzalanmasına da şərait yaratdı. Onu  da qeyd edək 

ki, BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabatına görə 1997-ci ildə ilk neft 

hasilatından başlayaraq 2014-cü ilin sonunadək Azəri-Çıraq-Günəşlidən 2,6 milyard 

ton barel neft hasil edilib. 

―Hasilatin Pay Bölgüsü‖ sazişinə əsasən, mənfəət neftinin gəlirləri Azərbaycan 

və şirkətlər arasında bölünür. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 

də bu sazişdə iştirak edir. Xərclərin (əməliyyat və kapital) hesablanması və mənfəət 

neftinin  bölüşdürülməsi  rüblük  əsaslarla  aparılır.  Mənfəət  neftinin  həcmi  müəyyən 

olunduqdan  sonra  əvvəlki  rübün  sonunda  podratçı  üçün  əhəmiyyətli  olan  maliyyə 



 

27 


göstəricisi  -  real  gəlirlilik  dərəcəsi  (Real  Rate  of  Return  (RROR))  hesablanır.  Əgər 

ilkin neft planı reallaşarsa və ümumi nəqliyyat xərcləri neftin 1 bareli üçün 3 $-dan 

artıq  olmazsa,  bu  halda  mənfəət  nefti  real  gəlirlilik  dərəcəsindən  asılı  olaraq 

aşağıdakı cədvəl əsasında bölünür.  2008-ci ilin birinci rübünə kimi mənfəət neftinin 

bölgüsü Cədvəl 1-in birinci sətrinə (30/70), 2008-ci ilin birinci rübündən ilin birinci 

yarısına  qədər  ikinci  sətrinə  (55/45)  uyğun  olaraq  aparılıb.  2008-ci  ilin  birinci 

yarısından  isə  neft  gəlirləri  onun  xərclərini  qarşıladığına  və  ―sıfır  səviyyəsi‖nə 

çatdığına  görə  bölgünün  hesablanması  üçün  bu  cədvəlin  son  sətri  (80/20)  əsas 

götürülüb və hazırda bu nisbətdən istifadə olunur. Lakin bizim apardığımız təhlillərə 

görə,  bu  nisbət  80/20  əvəzinə  75/25  olmalıdır.  Çünki  hesablamalar  göstərir  ki, 

nəqliyyat xərcləri 3 ABŞ dollarından çoxdur, təxminən 6 dollar təşkil edir.[7.s 94 ] 

 

          Cədvəl 1. Mənfəət neftinin real gəlirlik dərəcəsi (RROR) əsasında bölgüsü 

 

Real Gəlirlik Dərəcəsi 

 

Mənfəət neftində 



Mənfəət neftində 

podratçının 

(RROR) 

Azərbaycanın payı  payı (faizlə) 



    Real Rate of Return   

 

RROR<16,75% 



30 

70 


 

 

 



16,75%<=RROR<22,75

55 



45 

 

 



 

22,75%<=RROR 

80 

20 


 

 

 



 

Azərbaycan  neft strategiyasınada    Əsrin  Müqaviləsindən sonra    önəmli  layihələrdən  

biri  də  Azərbaycan  neftinin  dünya  bazarlarına  nəqli  ilə  bağlı  normativ-hüquqi 

əsaslarla həyata keçirilmiş boru kəməri marşrutlarıdır 

  

Bakı  –  Qroznı  –  Novorossiysk  (Şimal  marşrutu) ilə  bağlı  1996-cı  il  yanvarın  



18-də  Moskvada  Azərbaycan  neftinin  RF  ərazisindən  keçməklə  Qara  dənizin 

Novorossiysk  limanına  nəql  olunması  haqqında  müqavilə  imzalanmışdır.  ABƏŞ, 

SOCAR  və  Transneft  arasında  imzalanan  üçtərəfli  sazişdə  neftin  Novorossiysk 

limanına qədər daşınmasını nəzərdə tutan bütün hüquqi və texniki məsələlər öz əksini 

tapmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 29 yanvar 1996-

cı  il  müqavilənin  təsdiq  edilməsi  barədə    ―Azərbaycan  Respublikası  ilə  Rusiya 

Federasiyası  arasında  Azərbaycan  neftinin  Rusiya  Federasiyası  ərazisindən  tranziti 

haqqında‖ sərancam imzalamışdır. Müqavilənin ilkin şərtlərinə uyğun olaraq 1997-ci 

 


 

28 


 il oktyabrın 25-dən Azərbaycanın nefti şimal boru kəməri vasitəsi ilə dünya bazarına 

çıxmış  oldu.  Bakı-Novorossiysk  neft  kəmərinin  ümumi  uzunluğu  1330  km, 

Azərbaycan  ərazisindəki  uzunluğu  isə  231  km,  kəmərin  diametri  Diametri: 

Səngəcaldan  Sumqayıtadək  olan  hissə  (57  kilometr)—21  duyum/530  millimetr. 

Sumqayıtdan  Şirvanovkayadək  olan  hissə  (174  kilometr)-28  duyum/720mm-dir. 

Azərbaycan hissəsinin operatoru - ABƏŞ, Rusiya hissəsinin operatoru isə Rusiyanın 

―Transneft‖  şirkətidir  ki,  o  həm  də  mövcud  obyektlərin  təmir  və  yenidən 

qurulmasına,  eləcə  də  yeni  obyektlərin  tikintisinə  sərf  olunan  xərcləri  öz  üzərinə 

götürür. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir. SOCAR-ın  

məlumatına  əsasən  son üç ildə   2015-ci ildə  Bakı-Novorossiysk  boru  kəməri  ilə 1,2 

mln. ton, 2014-cü ildə 1 mln. ton, 2013 -cü ildə 1,75 mln. ton neft nəql olunub. 2016-

cı ildə isə bu kəmərlə 1,5 mln. ton neft nəqli nəzərdə tutulub. 

 

1996-cı  ildə  martın  8-də  Azərbaycan  Prezidenti  H.Əliyev  və  Gürcüstan 



Prezidenti  E.Şevardnadze  Tiflisdə    Bakı-Supsa  neft  kəmərinin  çəkilməsi  barədə 

razılığa gəldilər. Bakı – Tbilisi – Supsa (Qərb marşrutu)-nun normativ hüquqi əsasları 

kimi  Azərbaycan  Respublikasının  Prezidenti    Heydər  Əliyev  7  mart  1996-cı  il 

tarixində  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  ―Azəri‖,  ―Çıraq‖  yataqlarının  və 

―Günəşli‖  yatağının  dərinlikdə  yerləşən  hissəsindən  çıxarılan  ilkin  neftin  Qərb 

Marşrutu ilə ixracına aid sənədlərin təsdiq olunması və bəyənilməsi haqqında № 288  

sərəncam  və həmçinin  Tbilisi  şəhəri, 1996-cı il  8  mart  tarixində  ―Karbohidrogenləri 

nəqletmənin  bəzi  mövcud  Obyektlərinin  (Vasitələrinin)  təkmilləşdirilməsi  və 

modernləşdirilməsi, yeni nəqletmə Obyektlərinin (Vasitələrinin) işlənib hazırlanması 

və  bu  cür  Obyektlərin  (Vasitələrin)  köməyi  ilə  Karbohidrogenlərin  Gürcüstan 

ərazisindən kənara nəql olunması haqqında‖ Azərbaycan Respublikası ilə Gürcüstan 

arasında  Saziş  imzalamışdır.  Qərb  İxrac  Boru  Kəməri  Xəzərin  Azərbaycan 

sektorunda  hasil  edilən  xam  neft  Gürcüstanın  Supsa  terminalında  tankerlərə 

yüklənərək  Bosfor  boğazından  keçməklə  Avropa  bazarlarına  yola  salınır.  Kəmər 

1997-1998-ci illər ərzində tikilmişdir. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci 

ilin dekabrında başlanmış və 1999-cu ilin martına qədər davam etmişdir. Supsada ilk 

dəfə  neft  1999-cu  il  aprelin  8-də  gəmilərə  yüklənmişdir.  Bu  marşrutun  ən  böyük 

üstünlüyü  Azərbaycan  neftinin  təmiz  halda  ―Azəri  light‖  markasılı  ilə  Gürcüstanın 

Supsa  terminalında  tankerlərə  yüklənərək  Bosfor  boğazından  keçməklə  Avropa 

bazarlarına  çıxarılmasıdır.  Bununla  yanaşı  kəmərin  digər  üstünlüyü  neftin  Supsaya 

Novorossiyskə  nisbətən  daha  ucuz  nəql  olunmasıdır.  Belə  ki,  neftin  Novorossiyskə 

nəqlinin  tonu  15,67  ABŞ    Supsaya  nəqli  isə  13,14  ABŞ  dollarına  başa  gəlir.  Qərb 

istiqamətində uzanan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km, diametri 530 mm-

dir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 000 bareldən 1 milyon barelə qədərdir. 

 

Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəmərinin    normativ-hüquqi  bazasını 



Azərbaycan  Respublikasının  Prezidenti    Heydər  Əliyevin  5  sentyabr  1997-ci    ildə 

 

29 


imzaladığı ―Əsas ixrac neft kəməri marşrutunun seçilməsi ilə əlaqədar işçi qrupunun 

yaradılması haqqında‖ sərəncamı, 29 oktyabr 1998-ci ilində Türkiyədə Azərbaycan, 

Gürcüstan, Qazaxıstan,  Türkiyə,  Özbəkistan Respublikasının prerzidentləri və şahid 

qismində  ABŞ-ın  Energetika  üzrə  Katibi  Bill  Ricardson  tərəfindən    ―Ankara 

Bəyannaməsi‖    və  18  noyabr  1999-cu  ildə  ATƏT-in  İstanbul  Sammitində  ―Bakı-

Tbilisi-Ceyhan‖ əsas ixrac boru kəmərinin müdafiəsi üçün dövlətlərarası razılaşması 

təşkil  edir.    18  noyabr  1999-cu  ildə  İstanbulun  ―Çırağan  sarayı‖nda  ―Xam  neftin 

Azərbaycan  Respublikası,  Gürcüstan  və  Türkiyə  Respublikasının  əraziləri  ilə  Bakı-

Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri  vasitəsilə  nəql  edilməsinə  dair  Azərbaycan 

Respublikası,  Gürcüstan  və  Türkiyə  Respublikası  arasında  sazişin,  Bakı-Tbilisi-

Ceyhan  əsas  ixrac  boru  kəmərinin  layihəsini  dəstəkləmək,  Qazaxıstanın  neft 

həcmlərini  bu  layihəyə  cəlb  etmək  üçün  ABŞ-ın  şahidliyi  ilə  Azərbaycan 

Respublikası, Türkiyə Respublikası, Gürcüstan və Qazaxıstan Respublikası arasında 

―İstanbul bəyannaməsi‖nin, Transxəzər qaz kəməri barədə Azərbaycan Respublikası, 

Türkiyə  Respublikası,  Gürcüstan  və  Türkmənistan  arasında  ―Hökumətlərarası 

bəyannamənin,  Azərbaycan  qaz  layihələrinin  inkişafını  və  Azərbaycan  qazının 

Türkiyə Respublikasına və digər beynəlxalq bazarlara satışını dəstəkləyən sənəd kimi 

Azərbaycan  Respublikası,  Gürcüstan  və  Türkiyə  Respublikası  arasında  ―Qarşılıqlı 

anlaşma  memorandumu‖nun  imzalanması  mərasimi  oldu.  29  dekabr  1999-cu  il 

Azərbaycan  Respublikasının  Prezidenti    Heydər  Əliyev  ―Bakı-Tbilisi-Ceyhan  Əsas 

İxrac Boru Kəmərinin tikilməsi və istismara verilməsi tədbirləri haqqında‖ sərəncam 

imzalamışdır. Kəmərin tikintisinə 2003-cü ilin aprelində, onun neftlə doldurulmasına 

2005-ci  il  mayın  18-də  başlanmışdır.  Neft  kəmərin  Gürcüstan  hissəsinə  2005-ci  il 

avqustun  10-da,  Türkiyə  hissəsinə  2005-ci  il  noyabrın  18-də  daxil  olmuş,  Ceyhan 

terminalına  2006-cı  il  mayın  28-də  çatmışdır.  Bakı-Tbilisi-Ceyhan  (BTC)    boru 

kəməri hazırda əsasən Azəri-Çıraq Günəşlidən hasil edilən nefti və Şahdənizdən hasil 

olunan  kondensatı  və  Qazaxıstan  neftini  nəql  edir.  Kəmər  Bakı  yaxınlığındakı 

Səngəçal  terminalından  başlayıb  Gürcüstandan  və  Türkiyədən  keçərək  Aralıq 

dənizinin  Türkiyə  sahilindəki  Ceyhan  dəniz  terminalınadək  uzanır.  Boru  kəmərinin 

uzunluğu 1768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstandan və 1076 

km-i Türkiyədən keçir. Boru kəmərinin Azərbaycan hissəsində diametri 42 düymdür. 

BTC-nin  gündəlik  ötürmə  gücü  hazırda  1,2  milyon  bareldir.  Kəmərin  istismar 

müddəti 40 il dəyərləndirilir. Xam neft boru kəmərinin bir başından o biri başına 10 

günə  çatır.  2013-cü  ilin  oktyabr  ayından  etibarən    BTC  boru  kəməri  ilə  yenidən 

müəyyən həcmlərdə Qazaxıstandan gələn Tengiz xam neftinin nəqlinə başlanılıb.  11 

avqust  2014-cü  il  tarixinə  olan  məlumatlara  görə    artıq  2  milyard  barel  neft  BTC 

kəməri vasitəsilə yola salınıb. 2015-ci ilin ilk üç rübünədək istismara verildiyi 2006-

cı  ildən  etibarən  BTC  vasitəsilə  təqribən    26,3  milyon  ton  (198  milyon  barel)  xam 

neft ixrac olunub. 


 

30 


Səngəçal  terminalından  Türkiyənin  Aralıq  dənizi  sahilindəki  Ceyhan 

terminalınadək uzanan 1774 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar 

vəsait xərclənmişdir. Layihənin operatoru BP şirkətidir. Kəmərin tikintisi və istismarı 

üçün yaradılmış BTC Ko. şirkətinin səhmdarları bp (30,1%), SOCAR (25 %), Şevron 

(8,9 %), Statoyl (8,71 %), TPAO (6,53 %), ENİ (5 %), Total (5 %), İtoçu (3,4 %), 

İNPEX (2,5 %), KonokoFillips (2,5 %) və Amerada Hess (2,36 %) şirkətləridir. 

Qrafik 3. Bakı-Tbilisi-Ceyhan Layihəsinin iştirakçıları.  

 

Mənbə: 



http://www.oilfund.az/az_AZ/layiheler/baki-tbilisi-ceyhan-esas-ixrac-

boru-kemeri.asp

 

   Heydər  Əliyev  adına  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri  olmaqla 



yanaşı  həm  də  regionda  sülhün,  əminamanlığın  və  təhlükəsizliyin    qarantıdır. 

Azərbaycanın  siyasi  və  iqtisadi  mənafeyinin  təmin  edilməsi  və  genişmiqyası 

beynəlxalq əməkdaşlığın həyata keçiliməsinin təminatçısıdır. Enerji ixracı marşurtları 

Azərbaycanın geoiqtisadi potensialının artmasına səbəb olmuşdur. 

Neft layihələri 1999-cü ilin may ayında ―Şahdəniz‖ qaz yatağını kəşfi ilə daha 

da  genişlənmişdir.  15  may  2001-ci  il  tarixində  Azərbaycan  Respublikasının 

Prezidenti  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  yerləşən  ―Azəri-Çıraq-Günəşli‖ 

və  Şahdəniz  yataqlarının  işlənməsi,  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri  və 

―Şahdəniz‖ yatağından təbii qazın ixrac boru kəmərinin layihələrinin həyata 


 

31 


 keçirilməsi  ilə  əlaqədar  təxirəsalınmaz  tədbirlər  haqqında  sərəncam 

imzalamışdır.

 

Dünyanın  ən  zəngin  qaz-kondensat  yataqlarından  sayılan  "Şahdəniz" 



yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. Təqiqatçılar müəyyən etdilər 

ki, geniş potensial imkanlara malik olan bu yataq daxili tələbatı ödəməklə yanaşı həm 

də  ixrac  imkanları  da  yaradır.  Qeyd  edək  ki,  Şahdəniz  qaz  yatağı  Xəzər  dənizinin 

şelfində    kəşf  edilmişdir.  Kollektorda  40  trilyon  kub  fut  -1  trilyon  kub  metr  qaz 

ehtiyatı  ilə  bu  yataq  dünyanın  ən  böyük  qaz-kondensat  yataqlarından  biridir. 

Beləliklə,  XXI  əsrdə  Azərbaycanın  neftlə  yanaşı  qaz  ixrac  edən  ölkəyə  çevrilməsi 

məqsədi ilə 2001-ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə 

rəsmi  səfəri  etmişdi  və  səfər  zamanı  "Azərbaycanın  təbii  qazının  Türkiyə 

Respublikasına  tədarük  edilməsinə  dair  Azərbaycan  və  Türkiyə  Respublikaları 

arasında  təbii  qazın  satışı  və  alışı  haqqında  müqavilə"  imzalanmışdır.  2001-ci  il 

sentyabrın  29-da  Gürcüstan  Respublikasının  Prezidenti  Eduard  Şevardnadzenin 

Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası  ərazisindən tranziti, nəql 

edilməsi  və  satışına  dair  Azərbaycan  və  Gürcüstan  Respublikaları  arasında  saziş" 

imzalanmışdır.  2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» 

qaz-kondensat  yatağından  hasil  edilən  təbii  qaz  Bakı-Tbilisi-Ərzurum  qaz  boru 

kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu. Beləliklə Azərbaycan Qərb 

üçün  qlobal  enerji  təklükəsizliyinin  təminatçısına  çevrildi.  Əraf  mühitə  və  sosial 

sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində 

əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə nail olmaq məqsədilə bu kəmər BTC 

neft  ixracı  kəməri  ilə  birlikdə  və  eyni  tikinti  dəhlizində  inşa  olunmuşdur.  Boru 

kəmərinin  uzunluğu  691  km-dir,  bunun  443  kilometri  Azərbaycanda,  248  kilometri 

Gürcüstandadır. Diametri isə 42 düymdür. Onu da qeyd edək ki, 2015-ci ilin birinci 

üç  rübü  ərzində  CQBK-nin  gündəlik  orta  ötürücülüyü  17,8  milyon  kubmetr  qaz 

olmuşdur. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin texniki-iqtisadi 

əhəmiyyəti  ilə  yanaşı,  siyasi  rolu  da  böyükdür.  Bakı-Tbilisi-Ceyhan  neft  və  Bakı-

Tbilisi-Ərzurum qaz kəmərləri Azərbaycan, Gürcüstan və Türkiyəni, xalqlarımızı bir-

birinə  daha  da  yaxınlaşdırmış,  bölgəyə  sülh,  sabitlik  gətirmişdir  və  ölkələrimizin 

dünyada mövqeyini möhkəndirməsinə təkan vermişdir. 

Şahdəniz qaz yatağının istisamarı iki mərhələni əhatə edir: Şahdəniz Mərhələ-1 

və  Şahdəniz  Mərhələ-2  .  Şahdəniz  Mərhələ-1  üzrə  əməliyyatlara  2006-cı  ildə 

başlanılıb və Azərbaycan ancaq Türkiyəyə və Gürcüstana qaz ixrac edirdi. Mərhələ 1 

üzrə maksimum hasilat ildə təxminən 10 milyard kub metr qaz (mlrd.km/il) və gündə 

50000 barel kondensat təşkil edir. 

Şahdəniz Mərhələ-2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi daha 

nəhəng  bir  layihədir.  2015-ci  il  yanvar-sentyabr  ayları  ərzində  Şahdəniz  Mərhələ  2 

irəliləyişə  davam  edərək  bir  sıra  hədəflərə  nəzərdə  tutulmuş  qrafikdən  əvvəl  nail 



 

32 


oldu.  Hazırda  layihə  üzrə  işlər  -  mühəndis  işləri,  təchizat  və  tikinti  işləri  də  daxil 

olmaqla ümumilikdə 50% tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi nəzərdə 

tutulub.   

Şahdəniz  qaz  yatağı  Cənub  Qaz  Dəhlizinin  həyata  keçirilməsinə  şərit  yaradır. 

Aşağıda qeyd etdiyimiz  4  layihələr birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır: 

1.

 



Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBK) 

2.

 



Şahdəniz -2  layihəsi 

3.

 



Trans  Anadolu  Boru  Kəməri  (TANAP)  Şahdəniz  qazını  Türkiyə  ərazisi 

boyunca nəql edərək  

4.

 

Trans  Adriatik  Boru  Kəməri  (TAP)  qazı  Yunanıstan  və  Albaniya  ərazisindən 



keçməklə İtaliyaya nəql edəcək 

2011-ci  ildə  Azərbaycan  ilə  Avropa  İttifaqı  arasında  strateji  enerji 

əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu memorandum TANAP və TAP 

layihələrinin  reallaşdırılmasına  təkan  verdi.  2012-ci  il  iyunun  26-da  ―Azərbaycan 

Respublikası  Hökuməti və  Türkiyə  Respublikası  Hökuməti  arasında  Trans-Anadolu 

təbii  qaz  boru  kəməri  sisteminə  dair‖  Saziş  imzalanmış  və  hər  iki  dövlətin 

qanunverici  orqanları  həmin  Sazişi  ratifikasiya  etmişlər.  30  iyun  2013-cü  ildə  isə 

TAP 


layihəsi  üzrə 

beynəlxalq  saziş  imzalanmışdı.  TAP 

və  Şahdəniz 

konsorsiumlarının  imzaladığı  sazişlə  ilk  dəfə  olaraq  Azərbaycan  qazı  Avropa 

bazarına birbaşa çıxış əldə etdi. Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan 

TAP  boru  kəməri  Türkiyə  ilə  Yunanıstan  sərhədində  yerləşən  Kipoi  məntəqəsində 

Trans-Anadolu  qaz  boru  kəmərinə  (TANAP)  birləşəcək.  Trans-Anadolu  Qaz 

Kəməri(TANAP)  təkcə  ―Şahdəniz‖  layihəsi  çərçivəsində  hasil  olunan  qazı  deyil, 

Azərbaycanın  digər  yataqlarından(Abşeron,  Ümid,  Şəfəq-Asiman  və.s)  hasil  edilən 

təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və 

iqtisadi əhəmiyyət daşıyır. 29 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikası 

Prezidentini―Azərbaycan təbii qazının dünya  bazarına  Cənub  Qaz  Dəhlizi vasitəsilə 

nəqli ilə əlaqədar tədbirlər haqqında‖ Sərəncam imzalamışdır.  

Sərəncamda Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz 

Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə ―Şahdəniz‖ qaz-kondensat yatağının 

tammiqyaslı  işlənilməsi,  Cənubi  Qafqaz  Boru  Kəmərinin  (SCP)  genişləndirilməsi, 

Trans-Anadolu  Boru  Kəməri  (TANAP)  və  Trans-Adriatik  Boru  Kəməri  (TAP) 

layihələrinin həyata keçirilməsi üzrə icra olunmalı tədbirlər öz əksini tapmışdır. Dörd 

mərhələdə  həyata  keçiriləcək  layihənin  ilk  mərhələsi  2018-ci  ildə  başa  çatacaq.  İlk 

dövrdə TANAP kəməri ilə nəql olunacaq 16  mlrd. kubmetr Azərbaycan qazının 10 

mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. 

 


 

33 


Şəkil 1. TANAP və TAP layihəsi 

 

2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd, 2023-cü ildə 23 mlrd, 



2026-cı  ildə  isə  31  mlrd.  kubmetrə  çatdırılacaq.  TANAP  və  TAP  layihəsi 

çərçivəsində    Avropa  üçün  nəzərdə  tutulan  qaz  Türkiyə-Bolqarıstan  və  ya  Türkiyə-

Yunanıstan  sərhəddində  təhvil  veriləcək.

  İstehsalçı  ölkələrin  TANAP  layihəsinin 

ümumi büdcəsi 7 mlrd olacaq. Layihənin 80%-i 

SOCAR


, 15%-  i  BOTAŞ,  5%-i  isə 

TPOA  konsorsimumuna  məxsusdur.  TAP-ın  səhmdarları  bp  (20  faiz),  SOCAR  (20 

faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz) pay 

sahibidirlər.

 TANAP və TAP layihəsi üzrə ölkələr nəzədə tutuluş öhdəlikləri vaxtında 

yerinə  yetirsələrsə,  və    Azərbaycan  qazı  2018-ci  ildə  Türkiyəyə,  2020-ci  ildə  isə 

Avropaya  çatdırılması  reallaşacaqdır. Layihəyə  təxminən 45  milyard  dollar  maliyyə 

vəsaiti  qoyulacağı  nəzərdə  tutulub.

  Cənub  Qaz  Dəhlizi  boru  kəməri  sistemi  elə 

layihələndirilib  ki,  gələcəkdə  mümkün  əlavə  qaz  həcmlərinin  təchiz  edilə  bilməsi 

üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. 

Onu  da  qeyd  edək  ki,  ―Şahdəniz‖  qaz-kondensat  yatağının  istismarının  ikinci 

mərhələsi və ―Cənubi Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi 

tədbirlər  haqqında‖  Azərbaycan  Respublikası  Prezidentinin  25  fevral  2014-cü  il 

tarixli  287  saylı  Sərəncamının  (Sərəncam)  icrasına  uyğun  olaraq  ―Şahdəniz‖  qaz-

kondensat  yatağının  istismarının  ikinci  mərhələsi,  Cənubi  Qafqaz  Boru  Kəmərinin 

genişləndirilməsi,  Trans-Anadolu  Boru  Kəməri  və  Trans-Adriatik  Boru  Kəməri 

layihələrinin  idarə  edilməsini  təmin  etmək  məqsədilə  Azərbaycan  Respublikası 

Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları 

məbləğində  olan  və səhmlərinin  51  faizi dövlət  mülkiyyətində, 49  faizi  Dövlət  Neft 

Şirkətinə  məxsus   olan  ―Cənub  Qaz  Dəhlizi‖  qapalı səhmdar  cəmiyyəti  (Cəmiyyət) 

təsis edilmişdir.  

 


 

34 


Heydər  Əliyevin  29  dekabr  1999-cu  il  tarixli  240  nömrəli  Fərmanı  ilə 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondu  təsis  edilmişdir.  Neft  Fondunun 

Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 

nömrəli  Fərmanı  ilə  təsdiq  edilmişdir.  Fondun  yaradılmasında  məqsəd  neft 

strategiyası  sayəsində  neftdən  gələn  gəlirlərin  toplanaraq  səmərəli  idarə  edilməsi, 

həmin  vəsaitlərin  öncül  sahələrin  inkişafına  və  sosial-iqtisadi  baxımdan  mühüm 

əhəmiyyət  kəsb  edən  layihələrin  həyata  keçirilməsinə  yönəldilməsi  təşkil  etmək, 

xalqın sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsilərin rifahına xidmət etməsini 

təmin etməkdir. 

 Fond  büdcədənkənar  dövlət  təsisatıdır,  hüquqi  şəxsdir,  bank  təşkilatlarında 

hesablaşma  və  digər  hesablara,  üzərində  Azərbaycan  Republikası  Dövlət  Gerbinin 

əksi və öz adı olan möhür, müvafiq ştamp və blanklara malikdir. Neft Fondunun gəlir 

və  xərclərinin  dövlət  büdcəsi  ilə  əlaqəsi  yalnız  dövlət  idarəetmə  sektorunun 

ümumiləşdirilmiş  gəlir  və  xərcləri  çərçivəsində  qurulub  və  ölkədə  vahid 

makroiqtisadi  siyasətin  yürüdülməsi  məqsədini  güdür.  Fondun  vəsaitləri  dövlət 

hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət təşkilatlarına borc verilməsinə, eləcə 

də  hər  hansı  bir  subyektin  öhdəliklərinin  təmin  edilməsinə  istifadə  oluna  bilməz. 

Bununla  yanaşı  ―Normativ  hüquqi  aktlar  haqqında‖  Azərbaycan  Respublikasının 

Konstitusiya Qanununa əsasən Neft Fondunun normayaratma hüququ yoxdur. [8.s91] 

Fondun fəaliyyəti aşağıdakı məsələlərin həllinə yönəlmişdir: 

1.

 

 Respublikamızın  sosial-iqtisadi  yüksəlişi,  tərəqqisi  naminə  mühüm 



layihələrin maliyyələşdirilməsi; 

2.

 



Neft və qaz məhsullarından əldə olunan gəlirlərin gələcək nəsillər arasında 

bərabər bölgüsünə və ehtiyat vəsitlərin toplanmasına nail olmaq; 

3.

 

Ölkəmizin makroiqtisadi sabitliyinin qorunması, maliyyə-vergi intizamının 



təmin  edilməsi,  neft  gəlirlərindən  asılığın  azaldılması  və  qeyri-neft 

sektorunun inkişafına nail olmaq. 

Neft  Fondunun  valyuta  vəsaitlərinin  idarə  olunması  ilə  bağlı  fəaliyyəti  ölkə 

Prezidentinin  19  iyun  2001-ci  il  tarixli  511  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş 

«Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, 

yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalara» uyğun olaraq həyata keçirilir. 

Azərbaycan  Dövlət  Neft  Fondu    2001-ci  ildə  Dünya  Bankı  ilə  iqtisadi    yönümdə 

əməkdaşlıq  edir.  2006-cı  ilin  dekabr  ayının  6-da  Dünya  Bankı  ilə  Neft  Fondu 

arasında  ―Vəsaitlərin  idarə  olunması  və  konsaltinq  razılaşması‖  müqaviləsi 

imzalandıqdan  sonra  Fond  100  milyon  ABŞ  dolları  məbləğində  vəsaiti  xarici 

menecer  kimi  Dünya  Bankına  idarə  etməyə  vermişdir.  Azərbaycan  Respublikası 

Prezidentinin 2005-ci il 28 dekabr tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2006-cı 

il  büdcəsindən  90  milyon  manat  Azərbaycan  Respublikası  Prezidentinin  30  mart 

2006-cı  il  tarixli  Sərəncamı  ilə  yaradılmış  Azərbaycan  İnvestisiya  Şirkətinin 



 

35 


nizamnamə  kapitalının  formalaşdırılmasına  yönəldilmişdir.    Şirkətin  investisiya 

fəaliyyətinin  məqsədinə  əsasən  ölkə  iqtisadiyyatının  qeyri-neft  sahələrində  fəaliyyət 

göstərən  səhmdar  cəmiyyətlərin  və  digər  kommersiya  təşkilatlarının  nizamnamə 

kapitalındakı  iştirak  payını,  o  cümlədən  səhmlərini  almaqla  müddətli  investisiya 

qoyuluşunun həyata keçirilməsi təşkil edir.  

 Azərbaycan  Respublikası  Prezidentinin  27  sentyabr  2004-cü  il  tarixli  128  nömrəli 

Fərmanı  ilə    ―Neft  və  qaz  gəlirlərinin  idarə  olunması  üzrə  uzunmüddətli  strategiya‖ 

təsdiq edilmişdir. 

Neft Fondunun gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır: 

-Hasilatın  pay  bölgüsü  sazişlərinə  uyğun  olaraq  Azərbaycan  Respublikasının 

payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər; 

-

 



Bonuslar;  

-Karbohidrogen  ehtiyatlarının  işlənməsi  ilə  əlaqədar  sərmayəçilər  tərəfindən  

ödənişlər;  

-

 



Dividendlər;  

-

 



Neftin və qazın Azərbaycan Respublikasının  ərazisi ilə ötürülməsindən əldə edilən 

gəlirlər;  

-

 

Sərmayəçilər tərəfindən təhvil verilən aktivlərdən əldə edilən gəlirlər;  



-

 

Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər;  



-

 

Qrantlar və digər təmənnasız yardımlar;  



-

 

Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.  



Fondun  vəsaitinin  istifadə  edilməsinin  əsas  istiqamətlərinə  (proqramına)  dair 

təkliflər  hazırlayır  və  onu  təsdiq  olunmaq  üçün  Azərbaycan  Respublikasının 

Prezidentinə təqdim edir. Beləliklə, gəlirlərin xərclənməsinə dair son qərar Prezident 

tərəfindən verilir.  Dövlət Neft Fond büdcədənkənar təşkilatdır, bank institutlarında 

(bütün dünyada) hesablaşma hesabına və digər hesablara malik olan hüquqi şəxsdir. 

Belə  ki,  vəsaitlər  hər  hansı  bir  şərt  olmadan  birbaşa  Fondun  öz  hesablarında 

saxlanılır. [9.s 91] 

  

Qeyd  ki,  Azərbaycan  Respublikası  Prezidentinin  18  mart  2016-cı  il  tarixli 



Fərmanı ilə Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə dəyişikliklər edildi. Edilmiş 

dəyişikliklərin səbəbi kimi dünya neft bazarında neftin qiymətinin kəskin düşməsi ilə 

əlaqədər  gəlirlərin  azalmasıdır.  Fərmana  uyğun  olaraq  2016-cı  il  üçün  büdcə 

gəlirlərini  və  xərclərini  dəqiqləşdirmək  məqsədilə  Neft  Fondunun  2016-cı  il 

büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından 

əldə edilən xalis gəlirlər 6 094 053,0 min manatdan 3 875 682,4 min manata qədər 

azaldıldı.  Fondun 2016-cı il üzrə  büdcə gəlirlərinin ümumi  həcmi  6  711  564,1  min 

manatdan  4  578  474,6  min  manata  qədər  azaldılmışdır.  Neft  Fondunun  2016-cı  il 

üçün büdcə xərclərinin ümumi həcmi 8 181 399,7 min manatdan 10 668 933,7 min 

manata  qədər  artırılmışdır.  Fərmana  əsasən  Azərbaycan  Respublikasının  2016-cı  il 



 

36 


dövlət  büdcəsinə  transfertlərin  həcmi  6  000  000,0  min  manatdan  7  615  000,0  min 

manata, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının 

maliyyələşdirilməsi  ilə  bağlı  xərc  maddəsi  1  822  800, 0  min  manatdan  2  355  318,0 

min manata, Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı 

xərc  maddəsi  24  420,0  min  manatdan  32  660,0  min  manata  qədər  artırılmış  və 

Fondun  2016-cı  il  büdcəsinə  Türkiyə  Respublikasında  ―STAR‖  neft  emalı 

kompleksinin  tikintisi  layihəsində  Azərbaycan    Respublikasının  iştirak  payının 

maliyyələşdirilməsi  ilə  bağlı  331  776,0  min  manat  məbləğində    xərc  maddəsi  əlavə  

edilmişdir.  Fərmana  əsasən  ARDNF-nin  2016-cı  il  üçün  Fondun  idarə  edilməsi  ilə 

bağlı xərclər smetasına da müvafiq dəyişikliklər edilmişdir.  

2018-2020-ci  illərdə  istifadəyə  veriləcəyi  nəzərdə  tutulan  Neft-Qaz  və 

Neftkimya Kompleksinin tikintisi layihəsinin reallaşdırılması məqsədi ilə Azərbaycan 

Respublikası  Prezidenti  23  sentyabr  2009-cu  il  tarixli  492  nömrəli  Sərəncamına 

əsasən  ölkədə  yeni  Neft,  Qaz  emalı  və  Neft-Kimya  Kompleksinin  inşası  ilə  bağlı 

aidiyyəti  dövlət  qurumlarının  nümayəndələrindən  ibarət  Komissiya  yaradılmışdır. 

Kompleksin maliyyələşdirilməsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun 

da iştirakı planlaşdırılır. Layihənin maliyyələşdirilməsinin 30%-nin səhm kapitalı və 

70%-nin borc kapitalı hesabına aparılması nəzərdə tutulur. Səhm kapitalının 90%-nin 

Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. 

Neft  layihələrindən  biri  olan  Xəzər  dənizində  yeni  müasir  üzən  qazma 

qurğusunun  tikintisi  layihəsində  Azərbaycan  Respublikasının  (AR)  iştirak  payının 

ARDNF  tərəfindən  maliyyələşdirilməsi  Azərbaycan  Respublikası  Dövlət  Neft 

Fondunun  2013-cü  il  büdcəsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  30 

dekabr 2012-ci il tarixli 803 saylı Fərmanına (Fərman) uyğun olaraq həyata keçirilir. 

Üzən  qazma  qurğusunun  tikintisi  məqsədilə  səhmlərinin  10  faizi  Dövlət  Neft 

Şirkətinə,  90  faizi  ―Caspian  Drilling  Company  LLC‖yə  (―Xəzər  Qazma  Şirkəti 

MMC")  məxsus  ―Socar  Rig  Assets‖  MMC  yaradılmışdır.  Dövlət  Neft  Fondu  ilə 

―Caspian Drilling Company LLC" arasında  5 iyul 2013-cü il tarixində imzalanmış 

nizamnamə paylarının alqı-satqısı müqaviləsinə əsasən ―Socar Rig Assets‖ MMC-nin 

90  faizlik  payı  üzərində  sahiblik  hüququ  ARDNF-ə  keçmişdir.  Qazma  qurğusunun 

tikintisinin  41  aya  başa  çatdırılması  nəzərdə  tutulur.  2015-ci  ilin  dördüncü  rübü 

ərzində  sözügedən  layihəyə  86,5  milyon  ABŞ  dolları  məbləğində  vəsait 

ayrılmışdır.[10.s 91] 

 

 



 

37 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin