Əlyazması hüququnda VƏLİyeva köNÜl nazim qizi


Neft və neft məhsulları ixracının tənzimlənməsinin təkmilləşdirilməsinin



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix05.03.2017
ölçüsü0,97 Mb.
#10069
1   2   3   4   5   6   7   8   9

3.3. Neft və neft məhsulları ixracının tənzimlənməsinin təkmilləşdirilməsinin 

əsas istiqamətləri və proqnozlaşdırılması. 

Tarixdə  ilk  dəfə  olaraq  Azərbaycanın  neft-qaz  sərvətlərinin  xalqa  tam 

məxsusluğu  reallaşmışdır.  Dövlət  müstəqilliyi  bərpa  edildikdən  sonra  ölkədə  ―Əsrin 

müqaviləsi‖  ilə  başlanan,  uğurlu  neft  strategiyası  həyata  keçirilmişdir.  Ötən  illər 

ərzində  neft  strategiyasının  reallaşması  istiqamətində  olduqca  möhtəşəm  və  dəyərli 

işlər görülmüş, konkret olaraq dünyanın iqtisadi inkişaf etmiş ölkələrinin, transmilli 

neft  korporasiyalarının  milli  neft  sektoruna  çoxmilyardlı  investisiyalar  cəlbedilmiş, 

neft-qaz  kompleksinin  infrastrukturu  yenidən  qurulmuş  və  bu  sahəyə  yeni  həyat 

verilmişdir,  Xəzər  neftinin  ilkin  partiyalarda  xarici  bazarlara  çıxışı  həyata 

keçirilmişdir, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilmişdir, Bakı-

Tbilisi-Ərzurum  qaz  kəməri  layihəsi  fəaliyyətə  başlamışdır.  Hazırda  Cənub  Qaz 

Dəhlizinin  genişləndirilməsi  istiqamətində  işlər  görülür.  Bununla  belə,  struktur 

islahatları  çərcivəsində  energetik  kompleksi  kordinasiya  edən  Yanacaq  Energetika 

Nazirliyi  yaradılmış,  SOCAR-ın  strukturu  yeni  mobil  düzümdə  formalaşdırılmış, 

investisiya  təminatlı  müvafiq  «Neft  fondu»  təsdiq  olunmuşdur.  Qarşıda  isə  sanbalı 

daha da artacaq işlərin görülməsi perspektivi  dayanır.  

Azərbaycan Respublikası da perspektivlik baxımından karbohidrogen təyinatlı 

enerji resurslarının bol olduğu ərazilərdəndir. 2014-cü ilin məlumatlarına görə 



 

81 


 Azərbaycan  karbohidrogen  ehtiyyatlarına  görə  dünyada  22-ci  ölkədir.  Ancaq 

yaddan çıxarmamaq lazımdır ki, neft və qaz  tükənən  təbii resurslardandır  odur ki, 

gələcəkdə əsas enerji təchizatında  onların  payı yavaş-yavaş azalacaqdır.  Qeyd edək 

ki, məhz bu səbəbdən və ekoloji səbəblərdən  Elmi Texniki Tərəqqi əsrində yaşayan 

müasir  insanlar    daha  qənaətcil  nəqliyyat  vasitələrindən    alternativ  bioenerji 

mənbələrdən  istifadə  etmək  barədə  düşünürlər.  British  Petroleum  şirkəti 

proqnozlarına görə,  alnernativ  yanacaq  növlərindən dünya  miqyasında  2010-cu  ildə 

5%  istifadə  olunurdusa,  bu  göstərici  2030-cu  ildə  15%-ə  çatacaqdır.  Ancaq  onu  da 

xüsusi ilə qeyd edək ki, hasil olunan neftin əsas hissəsi daxili yanma mühərriklərində 

istifadə olunur və  avtomobil sənayesi isə ilbəil daha da genişlənir bu da gündən-günə 

neftə  olan  tələbatın  daha    da  arması  deməkdir.    Bu  da  onu  göstərir  ki,  neft-qaz 

resursları hələ uzun müddət əsas enerji təlabarını ödəyən resurlar olaraq qalacaqdır. 

İldən ilə dünyada yeni neft-qaz yataqlarının kəşfinin şahidi oluruq ki, bu da  müasir 

texnika  və  texnologiyanın  naliyyətlərindəndir.  Hazırda  ―Kürsəngi-Qarabağlı‖, 

―Balaxanı‖,‖Suraxanı‖,  ―Pirsəhət‖,  ―Padar‖,  ―Zığ-Hövsan‖,  ―Şahdəniz‖,  ―Azəri-

Çıraq-Günəşli‖,  ―Bahar‖,  ―Qum  Dəniz‖,  ―Abşeron‖,  ―Şəfəq-Asiman‖,  ―Ümid‖, 

―Araz‖, ―Alov‖, ―Şərq‖ və digər yataqlarada hasilat işləri aparılır. 

Neft  və  neft  məhsulları  ixracının  tənzimlənməsinin  Neft  və  neft  məhsulları 

ixracının  tənzimlənməsinin  təkmilləşdirilməsinin  həyata  keçirilməsi  üçün  sahəyə 

xüsusi  diqqət  yönəldilir.  Neft  və  neft  məhsulları  ixracının  təkmilləşdirilməsinin 

təşkili və yeni istiqamətlərin müəyyən edilməsi məqsədi ilə bu sektora yerli və xarici 

investisiyalar cəlb edilir, texniki məsələlərin müasirləşməsi və yeniləşməsinə çalışılır 

ki,  bu  da  enerji  resurslarının    səmərəli,  israfsız,  ehtiyyatlı  hasilatına  nail  olmağa, 

yataqların ehtimal, olunamış potensialının aşkarlanmasına  yeni şərait yaradır.  2015-

ci  il  ərzində  iqtisadiyyatın  və  sosial  sahələrin  inkişafına  bütün  maliyyə  mənbələri  

hesabına  16.0  mlrd.  manat  əsas  kapitala  investisiya  yönəldilmişdir.  Əsas  kapitala 

yönəldilmiş  ümumi  sərmayələrin  44.9%-i  neft  sektorunun,  55.1%-i  isə  qeyri-neft 

sektorunun inkişafında istifadə edilmişdir. Bu vəsaitin 56.0%-ni daxili investisiyalar, 

44.0%-ni  isə  xarici  investisiyalar  təşkil  etmişdir.  Ümumi  vəsaitin  52,6%  sənaye 

sahələrinin  inkişafına  yönəlmiş,  bu  da  8.4  milyard  manat  təşkil  etmişdir.Sənayedə 

əsas  kapitala  yönəldilmiş  vəsaitlərin  85,8%  mədənçıxarma  sənayesi,  4,8%  emal 

sənayesi,  2,3%  elektrik  enerjisi,  qaz  və  buxar  istehsalı,  bölüşdürülməsi  və  təchizatı 

sənayesinə,  7,0%  isə  su  təchizatı,  tullantıların  təmizlənməsi  və  emalı  sənayesinə 

yönəldilmişdir.2015-ci ildə Sənayedə neft sektoruna yönəldilmiş əsas kapitalın həcmi 

7,2  milyard  manat,  qeyri-neft  sektoruna  yönəldilmiş  əsas  kapitalın  həcmi  isə  1,2 

milyard  manat  təşkil  etmişdir.  2015-ci  ildə  neft  sənayesi  18.5  milyard  manat  təşkil 

etmişdir ki, istehsal ötən ilin eyni səviyəsində qalmışdır və  emal sənayesində məhsul 

istehsalının strukturunda neft məhsullarının istehsalı 31,0% təşkil etmişdir. 



 

82 


Neft  məhsulları  ixracının  tənzimlənməsinin  təkmilləşdirilməsinin  əsas 

istiqamətləri  kimi  yataqların  istisar  şəraitinin  yaxşılaşdırılması  ,  neftvermənin 

artırılması  məqsədilə  yeni  mütərəqqi  üsulların  tətbiqi  və  genişləndirilməsi 

istiqamətində atılan adımlardır. SOCAR-ın 01.01.2015-ci il tarixinə verdiyi məlumata 

görə,  Azərbaycan  Respublikası  ərazisində  81  neft-qaz  yatağı  aşkar  edilmişdir. 

Hazırda 61 yataqdan karbohidrogen hasil edilir, 20 yataq isə bu və ya digər səbəbdən 

işlənməyə  cəlb  olunmamış  və  yaxud  işlənməsi  dayandırılmışdır.  İşlənmədə  olan  41 

yataq  Azərbaycanın  quru,  20  yataq  isə  dəniz    ərazisindədir.

 

SOCAR-ın  istismar 



zonası 39 quruda və 18 Xəzər dənizində olmaqla 57 yataqdan

 

ibarətdir. Bu yataqlarda 



3-5  milyard  ton  neft,  3-4  trilyon  m

3

  həcmində  qaz  ehtiyatı



 

mövcudluğu  geoloji 

baxımından  təsdiqlənmişdir.  Kəşf  olunmuş  neftin  24%-i,  təbii  qazın  isə  15%-i 

qurunun payına duşur. Dənizdə karboһidrogen yataqlarının güman edilən saһəsi 21,4 

min km

2

, quru ərazilərində isə 43-45 min km



2

-dir. Bununla belə, qeyd olunmalıdır ki, 

ölkənin potensial neft eһtiyatlarının yarıdan, təbii qaz eһtiyatlarının isə 3/4-dən çoxu 

һələ  kəşf  edilməmiş  qalır.  01.01.2015-ci  il  tarixinə    olan  məlumatlara  görə 

Respublika üzrə istismarda olmuş yataqlardan işlənmənin əvvəlindən 1883 mln. ton 

neft-kondensat və 711,1 mlrd.m

3

 qaz hasil olunmuşdur, o cümlədən, quruda yerləşən 



yataqlardan 970 mln. ton neft-kondensat, 138 mlrd. m

3

 qaz, dəniz yataqlarından 913 



mln. ton neftkondensat, 573,1 mlrd. m3 qaz hasil edilmişdir.

 

2014-cü ildə işlənmədə 



olan  yataqlarda  lay  təzyiqinin  saxlanması  və  işlənmə  obyektlərin  neftveriminin 

artırılması  məqsədilə  laylara  su  ilə  təsir  prosesi  yaxşılaşdırılması,  neftvermənin 

artırılması  məqsədilə  yeni  mütərəqqi  üsulların  tətbiqi  və  genişləndirilməsi 

istiqamətində  bir  sıra  işlər  həyata  keçirilmişdir.

 

Son  illər  aparılan  qazma  işlərinin 



nəticələrinin  təhlili  göstərir  ki,  yeni  quyuların  qazılıb  istismara  verilməsi  yataqlar 

üzrə hasilatın  sabitləşməsi  və qismən  artırılması  istiqamətində  həyata  keçirilən  əsas 

tədbirlərdən  biridir.  İstismar  qazması  hesabına  işlənmədə  olan  obyektlərdə  quyu 

şəbəkəsi qismən bərpa edilir, texniki səbəbdən sıradan çıxmış köhnə quyular yeniləri 

ilə əvəz olunur və yatağın lazımı texnoloji rejimdə istismarı üçün şərait yaranır.

 

Xəzər 



dənizinin  dərin  sahələrində  kəşfiyyat  və  qazma  işləri  aparılması  məqsədi  ilə  yeni, 

dünya standartlarına tam cavab verən DSS 38E yarımdalma üzən qazma qurğusunun 

qəbul  olunmuş  layihəsi  üzrə  tikinti  işləri  davam  etdirilmişdir.  Bundan  başqa  əsaslı 

təmir  olunmuş  Xəzər-6  özüqalxan  üzən  qazma  qurğusu  vasitəsi  ilə  Ağburun 

sahəsində  axtarış  –  kəşfiyyat  işləri  aparılmışdır.  SOCAR  tərəfindən  dəniz  və  quru 

sahələrində dərin neft və qaz quyularının qazılmasında uzun müddət istifadə olunmuş 

qazma qurğularının dünya standartlarına cavab verən müasir qazma qurğuları ilə əvəz 

olunması  prosesi  davam  etdirilmişdir.  2014-cü  ildə  bu  məqsədlə  qazma  işləri  üçün 

Çin şirkətinin istehsalı olan 2  ədəd ZJ-50 DZM və 2 ədəd ZJ-40 CZ müasir qazma 

qurğusu, 3 dəst Qazma nasosu PZ-11 (PZL-11), 2dəst Top Drayver PTD 500 ton və 2 

dəst  Top  Drayver  PTD  350  tonluq  alınmışdır.  Belə  yeni  qurğuların  alınmasının 


 

83 


davamlı  həyata  keçirilməsi  planlaşdırılır.  Dəniz  sahələrində  də  qazma  işlərinin 

davamı üçün 2 ədəd ZJ-50 qurğusunun Günəşli sahəsində tikilməsi nəzərdə tutulan 7 

və  17  saylı  özüllərin  modulunda  quraşdırılması  işi  aparılır.  Eləcə  də  Bulla-dəniz 

sahəsindəki  karbohidrogen  ehtiyatlarının  tam  istismarının  təmin  olunması  üçün  6 

saylı özüldən qazılacaq quyuların qazılmasının ZJ-70 tipli qazma qurğusu ilə həyata 

keçirilməsi  üçün  quraşdırma  işləri  aparılır.  SOCAR  tərəfindən  2013-cü  ildən 

başlayaraq köhnəlmiş qazma qurğuları parkının dəyişdirilməsinə başlanmış və 2013-

2014-cü  illərdə  ümumilikdə  8  ədəd  (4  ədəd  ZJ-50,  2  ədəd  ZJ-70  və  2  ədəd  ZJ-40  ) 

müasir  qazma  qurğusu  alınmışdır.

 

2014-cü  il  ərzində  «Azneft»  İB  üzrə  730  geoloji 



tədbir  həyata  keçirilmiş  və  bu  tədbirlər  hesabına  330,6  min  ton  əlavə  neft  hasil 

edilmişdir.[27.s 92] 

 

 

2014-cü ildə ölkədə 42,0 mln ton neft və 29,6 mlrd kub metr qaz 



hasil olunmuşdur ki, bu hasil edilmiş neftin 95,9%-i keçici fond quyularının, 3,4%-i 

yeni  quyuların,  0,7%-i  isə  fəaliyyətsiz  fonddan  alınan  quyuların  hesabına  əldə 

edilmişdir. Hazırda yataqların işlənmə layihələrinin optimallaşdırılması və qalıq neft-

qaz  ehtiyatları  baxımından  perspektivli  sahələrin  intensiv  işlənməyə  cəlb  edilməsi 

məqsədilə əlavə tədqiqatlar təşkil edilir, neftqaz ehtiyatları yenidən hesablanmış, yeni 

hidrotexniki qurğuların tikintisi hesabına infrastruktur müasirləşdirilir.

 

Qeyd  edə  ki,  ―8  Mart‖  yatağının  karbohidrogen  ehtiyatları  yenidən 



hesablanmış,  ―Neft  Daşları‖  yatağının  ehtiyatlarının  son  hesabatı  əsasında  işlənmə 

layihəsi  tərtib  olunmuş,  ―Bibiheybət‖,  ―Lökbatan-PutaQuşxana‖,  ―Günəşli‖,  ―Neft 

Daşları‖,  ―Darvin  küpəsi‖,  ―Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə  adası‖,  ―Ələt-

dəniz‖,  ―Bulla-dəniz‖  yataqlarının  karbohidrogen  ehtiyatlarının  qiymətləndirilməsi 

yekunlaşdırılmış,  ―Pirallahı‖  yatağının  ehtiyatlarının  hesablanması  və  dəniz 

akvatoriyasında  yerləşən  perspektiv  strukturların  ehtiyatlarının  hesablanması  işləri 

davam  etdirilir.  Neftqazçıxarma  proseslərini  texnoloji  və  iqtisadi  cəhətdən 

optimallaşdırmaq məqsədilə elmi-tədqiqat, layihə-konstruktor işləri genişləndirilmiş, 

müasir texnika və texnologiyalar sınaqdan keçirilərək istehsalatda tətbiq olunmuşdur, 

o  cümlədən,  müxtəlif  konstruksiyalı  dərinlik  nasosların,  kimyəvi  kompozisiyaların, 

nanotexnologiyaların,  yeni  təmir  və  istismar  avadanlıqlarının  tətbiqindən  müsbət 

nəticələr  alınmışdır.[28.s  92]  Neft  məhsulları  ixracının  tənzimlənməsinin 

təkmilləşdirilməsinin  əsas  istiqamətləri  kimi  enerji  resurslarının  şaxələndirilməsi 

hazırda  beynəlxalq  təşkilatların  əsas  arenasında  müzakirə  olunan  məsələdir. 

Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz 

yalnız  marşrutların  deyil,  həm  mənbələrin,    həm  də  təbii  qaz,  neft  sənayesi 

məhsullarının  şaxələndirilməsini nəzərdə tuturuq. Ölkəmiz dünya bazarına  xam neft, 

təbii  qaz,  müxtəlif  adda  neft  emalı  və  neft-kimya  məhsulları  ixrac  edir.  Hazırda 

respublikamızın qarşıya qoyduğu əsas məsələlərdən biri həm neft, həm də qeyri-neft 

sektorunda  dünya  bazarına    ixarc  olunan  hazır  məhsul  tədarükünü  şaxələndirmək, 



 

84 


genişləndirməkdir.  Bu  məqsədlə,  neft-qaz  emalı  müəssisələrinin  modernizasiyası, 

yeni,  müasir  avadanlıqlarla  təchizi  təmin  edilir,  istehsal  gücü  artırılır,  yeni 

müəssisələr  tikilir.  Qeyd  edək  ki,  SOCAR-ın  Emal  kompleksinin  neft  emalı 

zavodlarında  2014-cü  ildə  6740,5  min  ton  xam  neft  emalı  həyata  keçirilmişdir.  Bu 

emal olunmuş xammaldan 1238,3 min ton avtomobil benzini, 709,0 min ton reaktiv 

mühərrik yanacağı, 2264,9 min ton dizel yanacağı, 184,2 min ton maye qazlar, 262,9 

min ton bitum, 260,1 min ton koks və sair məhsullar olmuşdur. 2014-cü ildə həyata 

keçirilmiş  tədbirlərin  nəticəsində  neft  emalının  dərinliyi  93,2%  olmuşdur.

 

2014-cü 


ildə  istehsal olunmuş neft məhsullarının 65%-i daxili bazarin təminatına, qalan 35%-

i  isə  ixraca  yönəlmişdir.  2014-cü  ildə  istehsal  olunmuş  neft-kimya  məhsullarının 

9,6%  respublika  daxilinə,  90,4%  isə  ixrac  edilmişdir.  Qeyd  edək  ki,  Heydər  Əliyev 

adına Bakı neft emalı zavodunda bir sıra yenidənqurma tədbirləri həyata keçirilərək 

mövcud  texnoloji  qurğuların  modernləşdirilməsi,  istehsal  gücünün  artırılması  və 

ekoloji  mühitin  yaxşılaşdırılması  məqsədilə  nəzərdə  tutulmuş  layihələrin  icrası 

sürətləndirilərək  bir  neçə  layihənin  icrası  həyata  keçirilmişdir.  Belə  ki,  21  nömrəli  

ED-AVQ-6  qurğusunun  məhsuldarlığının  ildə  7,5  milyon  tona  çatdırılması, 

emissiyaların  maksimum  azaldılması  və  qurğunun  daxili  istilik  potensialından  daha 

səmərəli  istifadə  edilməsi  məqsədilə  İtaliyanın  Foster  Wheeler  şirkəti  tərəfindən 

hazırlanmış layihənin növbəti mərhələsinə start verilmişdir. Bundan başqa, ABŞ-nin 

UOP  şirkəti  tərəfindən  zavodun  55  nömrəli  katalitik  krekinq  qurğusunun 

məhsuldarlığının  ildə  3  milyon  tona  çatdırılması  üçün  layihələndirmə  işlərinə 

başlanılmış,  həmçinin  ekoloji  mühitin  yaxşılaşdırılmasında  mühüm  rol  oynayan, 

mayeləşdirilmiş  qazın  və  yüngül  benzin  faraksiyasının  kükürdlü  birləşmələrdən 

təmizlənməsi  üçün  ―Meroks‖  qurğularının  tikintisi  nəzərdə  tutulur.  2014-cü  ilin 

noyabryının  26-da  54  №-li  Amin  məhlulunun  regenerasiyası  qurğusu  tikilibmişdir. 

2018-2020-ci  illərdə  istifadəyə  veriləcək  Neft-Qaz  və  Neftkimya  Kompleksinin 

istifadəsi, 2011-ci ilin dekabrında Sumqayıtda Azərbaycan Prezidenti İlham Əliyevin 

iştirakı  ilə  təməli  qoyulan  Karbamid  istehsalı  zavodunun  fəaliyyəti    nəticəsində, 

Heydər  Əliyev  adına  Neft  Emalı  Zavodunun    beynəlxalq  standartlara  cavab  verən 

modernizasiyası  nəticəsində  neft  məhsulları  ixarcının  2020-ci  ildən  etibarən 

əhəmiyyətli  dərəcədə  artacağı  proqnozlaşdirilir.  Qeyd  edək  ki,  Azərbaycan 

Respublikası  Prezidenti  cənab  İlham  Əliyevin  2011-ci  il  21  dekabr  tarixli  548 

nömrəli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Sumqayıt Kimya 

Sənaye  Parkı  ərazisində  ―SOCAR  Polymer‖  zavodunun  inşasına  başlanılıb.  Burada 

istehsal edilən məhsullar (polietilen və polipropilen) yerli kimya sənayesinin xammal 

təminatını həyata keçirəcək. Hazırda tikilməkdə olan Sumqayıt Sənaye Parkında əsas 

xammal kimi  karbohidrogenlərdən də istifadə olunacaqdır.  


 

85 


Neft-qaz ixracının tənzimlənməsinin təkmilləşdirilməsini istiqamətində görülən 

işlərdən  biri  də    2013-cü  ildən  tikilməyə  başlanılmış  Xəzər  dənizində  yeni,  müasir, 

üzən  qazma  qurğusunun  tikinti  layihəsidir.

 

Son  vaxtlar  Xəzər  dənizində  işləyən 



şirkətlər  kəşfiyyat  və  hasilat  quyularının  qazılması  üçün  üzən  qurğuların 

çatışmazlığından şikayətlənirlər.  Nəzərdə tutulan bütün işlərin yerinə yetirilməsi və 

yeni  kəşfiyyat  quyularının  qazılması  üçün  mövcud  qurğuların  kifayət  etməməsi 

səbəbindən  işlərdə  geriləmələr  izlənilir.  Bu  layihə  ən  yeni  və  müasir  qazma 

qurğularına    olan  tələbatı  ödəyəcəkdir.  Azərbaycan  Respublikası  Prezidentinin  30 

dekabr 2012-ci il tarixli 803 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət 

Neft Fondu

 

Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikintisi layihəsini 



maliyyələşdirir.  Layihə  büdcəsinin  maksimum  həddi  1  116,7  milyon  ABŞ  dolları 

müəyyənləşdirilib  və  qazma  qurğusunun  tikintisinin  41  aya  yekunlaşdırılacağı 

nəzərdə  planlaşdırılır.    Layinənin  başlanmasından  2016-cı  ilin  üçüncü  rübünədək 

ümumilikdə layihəyə 718,6 milyon ABŞ dolları sərf edilmişdir. 

Neft  və  neft  məhsulları  ixracının  tənzimlənməsinin  təkmilləşdirilməsinin  əsas 

istiqamətlərindən  biri  də  iqtisadiyyatın  digər  sahələrində  olduğu  kimi,  neft  və  qaz 

sektorunda özəlləşdirmə və milli sahibkarlığın inkişafı mərkəzi yerlərdən birini tutur.  

Baxmayaraq  ki,    2000-ci  ilədək  hasiledici  sənaye  sahələri  özəlləşdirmə  prosesindən 

kənarda qalmışdır. Lakin, Azərbaycan Respublikasının prezidenti tərəfindən 2001-ci 

ildən  başlayaraq  neft  sənayesində  özəlləşdirilmə  prosesinin  həyata  keçirilməsi 

prinsipləri müəyyənləşdirilmiş və təsdiq edilmişdir. 

Məlumat  üçün  qeyd  edək  ki, dünya  iqtisadi  sistemində  neft  sənayesi  müxtəlif 

ölkələrdə, müxtəlif mülkiyyət formalarında mövcud olmuşdur. Azərbaycanda bu, ilk 

dövrlərdə  sahibkarların  sərəncamında,  sovet  hakimiyyəti  qurulduqdan  sonra  isə 

milliləşdirilərək  dövlət  mülkiyyətinə  çevrilmiş,  2001-ci  ildən  isə  yenidən 

özəlləşdirilərək  ayrı-ayrı  sahibkarlara  verilməsi  nəzərdə  tutulur.  Azərbaycanda  neft 

sənayesində sahibkarlıq və biznesi inkişaf etdirmək  üçün dövlət öz sahibkarlarına və 

biznesimenlərinə  əlverişli  şərait  yaratmalıdır.  Neft  sənayesində  özəlləşdirmə 

prosesinin  səmərəli  və  tez  bir  zamanda  həyata  keçirmək  üçün  ilk  öncə, fəaliyyətsiz, 

aşağı  hasilatlı  quyuları  sahibkarlara  verilməlidir.  Bunun  üçün  müvafiq  normativ, 

huquqi  aktlar  işlənib  hazırlanmaqdadır.  Bu  sənədlərdə  Azərbaycan  vətəndaşlarının, 

onun sahibkarlarının mənafeləri nəzərə alınır və hec şübhəsiz ki, belə prinsipin tətbiqi 

neftqazcıxarma  sənayesində  sahibkarlıq  fəaliyyətinin  inkişafında  mühüm  rol 

oynayacaqdır.[29.s  92]  Neft  və  neft  məhsulları  ixracının  tənzimlənməsinin 

təkmilləşdirilməsinin  əsası  olan  milli  sahibkarlığın  inkişafı  ilə  əlaqədar  Energetika 

Nazirliyi  tərəfindən  neft,  qaz  məhsullarının  satışına  xüsusi  razılıq  (lisenziya),  ixrac 

nəzarətinə  düşən  və  Energetika  Nazirliyinin  səlahiyyətinə  aid  olan  malların  (işlər, 

xidmətlər,  əqli  fəaliyyətin  nəticələri)  ixracı,  idxalı,  təkrar  ixracı,  təkrar  idxalı  və 



 

86 


tranziti  üçün  xüsusi  icazənin  verilməsi,  qiymətli  daşların  hasilatı,  qızılın  və  digər 

qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və 

neft  məhsulları  tullantılarının  emalı  vasitələrinin  dövriyyəsinə  dair  xüsusi  icazənin, 

eləcə  də  ixrac  məqsədli  neft-qaz  fəaliyyəti  üçün  podratçılara  və  subpodratçılara 

xüsusi iqtisadi rejimin tətbiqi haqqında Şəhadətnamə verilməsi işlərini təşkil etmişdir.  

2015-ci  ildə  Energetika  Nazirliyi  tərəfindən  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 2005-ci il 15 dekabr tarixli, 230 nömrəli qərarı ilə təsdiq edilmiş ―İxrac 

nəzarətinə  düşən  mallar  üzrə  xüsusi  icazənin  verilməsi  Qaydaları‖na  uyğun  olaraq 

480  hüquqi  şəxsə  ixrac  nəzarətinə  düşən  malların  idxalına,  63  hüquqi  şəxsə  ixrac 

nəzarətinə düşən malların ixracına və 5 hüquqi şəxsə ixrac nəzarətinə düşən malların 

tranzitinə  xüsusi  icazə  verilmişdir.     Dövlət-sahibkar  münasibətlərinin  inkişaf 

etdirilməsi,  biznes  mühitinə  dair  qanunvericiliyin  və  inzibati  prosedurların 

təkmilləşdirilməsi, 

regionlarda 

sahibkarlığın 

inkişafına 

dövlət 

dəstəyi 


mexanizmlərinin  səmərəliliyinin  artırılması,  sahibkarların  maarifləndirilməsi  və 

onların  işgüzar  əlaqələrinin  inkişafı  istiqamətində  davam  etdirilən  məqsədyönlü 

tədbirlər nəticəsində ölkədə 2015-ci ildə özəl sektorun payı Ümumi Daxili Məhsulun 

həcmində 81,2 faiz təşkil etmiş,  özəl sektorda məşğulluqda isə 75 faizə çatmışdır.

 

Qeyd edək ki, Dünya Bankının 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi 



―Doing Business 2016‖ hesabatında Azərbaycan 63-cü pillədə qiymətləndirilmişdir. 

Sözügedən  hesabatda  ―Biznesə  başlama‖,  ―Tikinti  üçün  icazələrin  alınması‖  və 

―Kiçik  investorların  maraqlarının  qorunması‖  göstəriciləri  üzrə  biznes  mühitinin 

yaxşılaşdırılması  sahəsində  ölkəmizdə  aparılan  islahatlar  xüsusi  vurğulanmış  və 

beləliklə    Azərbaycan  ―Doing  Business  2016‖  hesabatında  dünyada  3  və  daha  çox 

islahat  aparan  24  ölkədən  biri  kimi  dəyərləndirilmişdir.  Bu  da  ölkəmizdə  özəl 

sektorun inkişafı üçün münbit şəritin olmasınadan xəbər verir. ―Standard and Poors" 

Beynəlxalq  Reytinq  Agentliyi  2015-ci  ildə    Azərbaycanın  mövcud  uzunmüddətli 

müstəqil kredit reytinqini "BBB" səviyyəsində təsdiqləmiş, reytinq üzrə proqnozunu 

isə "sabit" saxlamışdır. ―Standard and Poors"  tərəfindən Azərbaycana əvvəllər daha 

münbit  iqtisadi  şəraitdə  verilmiş  investisiya  səviyyəli  ―BBB‖də  saxlaması  qlobal 

iqtisadi artımın azalması, Azərbaycanın da daxil olduğu regionda mürəkkəb iqtisadi 

vəziyyət, xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin 

kəskin  şəkildə  aşağı  düşməsi  fonunda  ölkə  iqtisadiyyatının  öz  dayanıqlığını 

qoruyaraq sabit inkişaf  kursunu davam etdirdiyinin sübutu kimi dəyərləndirmək olar. 

Buradan  da  müşahidə  edirik  ki,  reytinq  qiymətləndirmələrində  Azərbaycan 

investisiya  mühiti  normal  olan  və  həmçinin  maliyyə  dayanıqlığı  yüksək 

qiymətləndirilən  ölkə  olaraq  səciyyələndirilir  və  bu  hətta    xarici  investorları  ölkəyə 

çağırışı kimi də qiymətləndirilə bilər.   


 

87 


 Neft və neft məhsulları ixracının tənzimlənməsinin təkmilləşdirilməsinin əsas 

istiqamətləri 

və 

proqnozlaşdırılmasında 



respublikamızın 

mövqelərini 

möhkəmləndirmək  məqsədi  ilə,  Azərbaycan  Respublikasının  Energetika  Nazirliyi 

tam  gücü  ilə  fəaliyyət  göstərir.

 

Azərbaycan  Respublikanın  yanacaq-energetika 



kompleksinin  inkişaf  etdirilməsi  və  xarici  dövlətlərlə  ikitərəfli  əməkdaşlığın 

genişləndirilməsi  məqsədilə    2015-ci  ildə  nazirliyin  rəhbərliyi  tərəfindən  dünyanın 

müxtəlif  dövlətlərinin  nümayəndə  heyətləri,  o  cümlədən  müxtəlif  xarici  şirkətlərin 

rəsmi  şəxsləri  ilə  yüksək  səviyyəli  görüşlər  keçirilmiş  və  müzakirələr  aparılmışdır. 

Belə ki, 2015-ci il ərzində nazirlik Yunanıstan, Çexiya, İtaliya, Argentina, Əlcəzair, 

Polşa,  İndoneziya,  Fransa,  ABŞ,  Pakistan,  Kosta-Rika,  Yaponiya,  Latviyadan  olan 

nümayəndə  heyətlərini  qəbul  etmiş,  ―Statoil  ASA‖,  ―ExonMobil‖,  ―QMS  Qruppa‖ 

şirkətlərinin  nümayəndə  heyətləri,  xarici  ölkələrin  ölkəmizdəki  səfirləri  ilə  görüşlər 

keçirlimiş və müzakirələr aparılmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyi 

tərəfindən  ―Azərbaycan  2020:  Gələcəyə  Baxış‖  İnkişaf  Konsepsiyasında  nəzərdə 

tutulan  hədəflərə  nail  olmaq  məqsədilə  Energetika  Nazirliyinin  ―2015-2020-ci  illər 

üzrə Strateji Planı‖ və müvafiq hədəflər və fəaliyyət istiqamətləri üzrə 2015-ci il üçün 

qəbul edilmiş Tədbirlər Planının icrası təmin edilmişdir.[30.s 92]

 

Neft  və  neft  məhsulları  ixracının  tənzimlənməsinin  təkmilləşdirilməsinin  əsas 



istiqamətləri və proqnozlaşdırılmasında Avropa İttifaqının (Aİ) Qara Dəniz və Xəzər 

Dənizi  hövzəsi  ölkələri  və  onların  qonşuları  arasında  beynəlxalq  enerji  əməkdaşlığı 

proqramı olan INOGATE proqramının da əvəzsiz xidmətləri olmuşdur. Azərbaycan 

1996-ci  ildən  bəri  Avropa  İttifaqı  tərəfindən  maliyyələşdirilən  və  uzun  müddətdən 

bəri  davam  edən  enerji  sahəsində  texniki  yardım  proqramlarından  biri  kimi 

İNOGATE-in  tərəfdaş  ölkəsidir  və  bu  proqram  üzrə  həyata  keçirilmiş  69  layihənin 

33-dən yaralanmışdır. Proqram çərçivəsində Azərbaycanın enerji sektorunun müxtəlif 

sahələrində  həyata  keçirdiyi  tədbirlərə  dəstəklənir.  Proqram  üzrə  Aİ  prinsipləri 

əsasında  enerji  təhlükəsizliyi  möhkəmləndirilir,  enerji  layihələrinə  investisiyalar 

yönəldilir.  İNOGATE  proqramının  səlahiyyətlərinin  genişləndirilməsində  2004-cü 

ildə  Azərbaycanda  keçirilən  Nazirlər  Konfransında  qəbul  edilmiş  ―Bakı  təşəbbüsü‖ 

mühüm  əhəmiyyət  kəsb  etmişdir.  İştirakçı  dövlətlər  bu  görüşdə  regional  enerji 

bazarının inkişafına dəstək, enerji daşıyıcılarının dayanıqlı və təhlükəsiz nəqli, yeni 

enerji  infrastrukturlarının  yaradılmasına  investisiyaların  cəlb  olunması,  enerji 

səmərəliliyi  siyasəti  və  proqramının  yerinə  yetirilməsi,  həmçinin  onların  enerji 

bazarlarının  Aİ  bazarına  inteqrasiyası  məsələlərində  tədricən  müvəffəqiyyət  əldə 

edilməsində ümumi maraqların olduğu müəyyən edilmişdir. İNOGATE Proqramının 

inkişafında  digər  mühüm  addım  2006-cı  ilin  noyabr  ayında  keçirilmiş  Nazirlər 

Konfransı  hesab  olunur.  Konfransın  yekun  sənədi  kimi  Astana  Bəyannaməsi 

imzalanmış, Proqramın bundan sonrakı istiqamətləri müvafiq Yol Xəritəsi üzrə təsdiq 



 

88 


edilmişdir.  Sənəddə  aidiyyəti  ölkələr  arasında  enerji  əməkdaşlığının  inkişafı,  enerji 

bazarının  liberallaşdırılması  məqsədilə  qanunvericilik  bazasının,  tənzimləyici  və 

institusional  sistemin  uyğunlaşdırılması,  enerji  nəqli  şəbəkələrinin  təhlükəsizliyinin 

və  etibarlılığının  möhkəmləndirilməsi  məsələləri  dəstəklənilir.  Enerji  səmərəliliyi, 

enerjiyə  qənaət  və  bərpa  olunan  enerji  mənbələrinə,  enerji  daşıyıcılarının  hasilatı, 

nəqli və istifadəsinin ekoloji aspektlərinə diqqət verilir. Bu məsələlərin həlli yolu ilə 

dayanıqlı  inkişaf  siyasətinin  həyata  keçirilməsi,  ümumi  maraq  kəsb  edən  enerji 

layihələrinin  investisiya  təminatına  dəstək  verilməsi  planlaşdırılır.  Azərbaycanın  da 

iştirakçısı  olduğu  İNOGATE  proqramı  çərçivəsində  2011-2015-ci  illərdə  müxtəlif 

layihələr  icra  edilmişdir.  Hazırda  bu  Proqram  üzrə  əməkdaşlıq  çərçivəsində 

Azərbaycanda  energetika  sektorunun  uzunmüddətli  (strateji)  və  effektiv  inkişafının 

prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və müvafiq proqramların hazırlanması 

ilə bağlı işlər görülməsi proqnozlaşdırılır. 

Azərbaycan bu gün həm etibarlı neft təchizatçısı, həm də zəngin alternativ təbii 

qaz  mənbəyi  kimi  dünyada  əhəmiyyətli  mövqeyə  malikdir.  Ölkəmizdə  enerji 

resurslarının  axtarışı,  hasilatı,  emalı  və  dünya  bazarına  çıxarılması,  təchizat 

marşrutlarının diversifikasiyası, regionda  təhlükəsizliyin təminatı məqsədi ilə həyata 

keçirilən  irimiqyaslı  layihələr  qlobal  enerji  prosesinin  başlıca  yenilikləri  sırasında 

əhəmiyyətli  mövqeyə  malikdir.  İqtisadiyyatın  modernizasiyası,  onun  məqsəd  və 

vəzifələrinin səmərəli həyata keçirilməsi məqsədilə ölkədə dövlət başçısının 2012-ci 

il  29  dekabr  tarixli  fərmanı  ilə  ―Azərbaycan  2020:  gələcəyə  baxış‖  İnkişaf 

Konsepsiyası  müəyyənləşdirilmişdir  və  bu  Konsepsiyada      ölkəmiz  üçün 

ixracyönümlü  iqtisadi  model  əsas  götürülmüş,  iqtisadiyyatın  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi  və  strukturunun  təkmilləşdirilməsi,  qeyri-neft  ixracının  artımı  və  s. 

qarşıya  məqsəd  qoyulmuşdur.   Son  illər  dünya  bazarında  neftin  qiymətinin  kəskin 

şəkildə,  3-4  dəfə  aşağı  düşməsi  milli  iqtisadiyyatında  neft  həlledici  rol  oynayan 

Azərbaycan kimi ölkələrin sosial-iqtisadi həyatına təsirsiz ötüşməmiş, lakin dayanıqlı 

inkişaf  modeli  mürəkkəb  qlobal  situasiyada  da  ölkəmizin  müxtəlif  sahələr  üzrə 

inkişafını,  enerji  dövləti  kimi  öz  həlledici  mövqeyini  qoruyub  saxlamasını  təmin 

etmiş, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun  sürətli 

inkişafına,  ölkəmizdə  biznes  mühitinin  daha  da  yaxşılaşmasına  xidmət  edən 

genişmiqyaslı  islahatlar həyata keçirilməsinə təkan vermişdir. 

 

 

 



 

 

89 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin