Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə17/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   13   14   15   16   17   18   19   20   ...   100
Siyasetname

Beşinci fəsil 
 
MÜQTĠLƏR VƏ ONLARIN RƏĠYYƏTLƏ RƏFTARI HAQQINDA 
 
Ġqtası olan iqtidarlar bilməlidir ki, onların rəiyyət üzərindəki haqqları 
yalnız ondan ibarətdir ki, onlara həvalə edilmiĢ vergiləri rəiyyətdən xoĢluqla 
alsınlar. Aldılarmı, onların canları, malları, arvad-uĢaqları əmin-amanlıqda 
olmalıdır. Ev-eĢiklərinə dəyilməməlidir. Rəiyyət Ģah dərgahına gedib, öz 
vəziyyətini danıĢmaq istəsə, ona əngəl törətməməlidiıiər. Hansı iqtidar bunun 
əksini etsə, onun əlini gödəltmək, iqtanı ondan almaq, onu tənqid etmək lazımdır 
ki, baĢqalarına da ibrət olsun. Onların hamısı bilməlidir ki, dövlət və rəiyyət yalnız 


43 
Ģahındır. iqtidarlar isə valilər, darğalar kimi rəiyyət üzərində baĢçı təyin 
edilmiĢdirlər, Ģah baĢqaları ilə necə rəftar edirsə, onlar da rəiyyətlə elə rəftar 
etməlidirlər. Rəiyyət onlardan razı qalmalıdır ki, onlar da axirətin əzab-
əziyyətindən azad olsun. 
Adil Ģah haqqında hekayət. Belə nəql edirlər ki, Qubad Ģah öldükdən 
Sonra onun on səkkiz yaĢlı oğlu ƏnuĢirəvan atasının yerinə keçib, padĢahlıq 
etməyə baĢladı. Ədalət lap uĢaqlıqdan onun qəlbinə yol tapmıĢ, sanki onun xəmiri 
ədalətlə yoğrulmuĢdu, pisi pis, yaxĢını yaxĢı tanıyırdı və həmiĢə deyərdi: "Atam 
zəif iradəli və sadəlövhdür, tez aldanır, vilayəti valilərə tapĢırıbdır, onlar da 
istədiklərini edirlər. Vilayət dağılır, xəzinə boĢalır, (gümüĢü) oğurlayırlar, 
bədnamlıq, zalimlik isə onun boynunda qalır. Bir dəfə Məzdəkin felinə aldandı, 
baĢqa bir dəfə filan vali və amilin dilinə. Onlar isə vilayəti dağıdıb viran etmiĢ, 
rəiyyəti dilənçi hala salmıĢdılar. Pulpərəstlikdən ona gəlirilən gümüĢ bədrələrini
60
gördükdə sevinmiĢ, lakin məsələni aydınlaĢdırmamıĢdı, onlardan soruĢmamıĢdı ki, 
axı, siz ölkənin valisi və əmirisiniz, mən bu vilayətlər üçün sizə o qədər maaĢ 
verirəm ki, bu sizin özünüzün və ordunuzun yeməyinə, köməyinə çatar. Bilirəm ki, 
mənə gətirdiyiniz bu artıq Ģeyləri onlardan alıbsınız, atanızdan miras qalmayıb, 
hamısını zorla, haqsız olaraq rəiyyətdən toplayıbsınız. Amilə də belə deməli idi:
―Vilayətin gəliri bu qədərdir, filan qədərini filan Ģeyə xərcləmiĢ, filan qədərini isə 
xəzinəyə veribsən. Bəs bu artıqları haradan gətiribsən? Bunlar nahaq alınanlar 
deyilmi?!,,. O belə etməli idi ki, baĢqaları da düzlüyə öyrənsinlər. Üç dörd il yenə 
də valilər, iqtidarlar əliuzunluq etdilər. Onları çağırdılar, ƏnuĢiravan taxta oturub. 
Əvvəl allaha dua etdi, sonra onlara dedi: "Birincisi, bu Ģahlığı mənə o izzətli və 
calallı allah
əta etmiĢdir, ikincisi, atamdan miras qalmıĢ, üçüncüsü, mənə qarĢı 
üsyan etmiĢ əmimi məğlub edib əldə saxlamıĢam, -daha sonra qılınc vurub ölkə 
tutmuĢam. Allah-taala bu ölkəni mənə əta etdiyi kimi, mən də sizə əta etmiĢ, 
hərənizə bir vilayət vermiĢəm. Kimin bu dövlətdə mənim boynumda haqqı varsa, 
onu əvəzsiz qoymamıĢam. Atamdan mənsəb, vilayət alıb, orada böyüklük edənləri 
də öz yerlərində və mənsəblərində saxlayıb, bir parça çörəklərini azaltmamıĢam. 
Sizə təkidlə deyirəm, rəiyyətlə yaxĢı rəftar ediniz, qanuni vergidən baĢqa heç nə 
almayın, mən sizin hörmətinizi saxlayıram, siz saxlamırsınız, sizin qulağınıza söz 
batmır, xaliqdən qorxmursunuz, xalqdan utanmırsınız. Mən allahın qəzəbindən 
qorxuram, nəbada sizin nikbət və zülmünüzün sədəməsi mənim dövlətimə çatsın. 
Dünya düĢməndən təmizlənmiĢ, siz isə lazımi qədər təmin olunmuĢsunuz. Ġndi 
yaxĢı olar ki, allahın sizə, mənə əta etdiyi bu nemətlə kifayətlənib, dövlətə zərər, 
nemətə ziyan gətirən zülm və nankorluqla məĢğul olmayasınız, bundan sonra allah 
bəndələri ilə xoĢ rəftar edəsiniz, yaxĢılarla həmsöhbət olub, pislərdən uzaq 
gəzəsiniz, iĢə can yandıranları incitməyəsiniz. Allaha və məlakələrə and içirəm ki, 
kim dediklərimi yerinə yetirməsə, dərhal onu qovacağam". Hamısı dedi: "Belə 
edərik, buyuruq quluyuq".
Br neçə gün keçdikdən sonra öz iĢ yerlərinə qayıtdılar, əvvəlki kimi zülm 


44 
və əliuzunluq etməyə baĢladılar. ƏnuĢirəvan Ģaha uĢaq kimi baxdılar. Hər dikbaĢ 
elə xəyal eldi ki, ƏnuĢirəvanı Ģahlıq taxtına o oturtmuĢdur. Ġstəsə onu padĢahlıqda 
saxlar, istəməsə yox. 
ƏnuĢirəvan hələlik susur və müdəra ilə dolanırdı. BeĢ il də bu minval ilə 
keçdi. Nəhayət belə bir hadisə baĢ verdi: ən dövlətli, qüdrətli bir sərkərdə
10
var idi. 
ƏnuĢirəvan adil tərəfindən Azərbaycana vali təyin olunmuĢdu. Bütün ölkədə ondan 
daha böyük vali yox idi. Heç kəs cah-cəlalda, ordu, dövlət və malda ona çata 
bilməzdi. O, oturduğu Ģəhərin kənarında malikanə tikdirib bağ saldırmaq fikrinə 
düĢdü. O yerin yanında bir qarının bir parça torpağı var idi, o qədər idi ki, onun 
illik gəlirindən padĢahın səhmini verər, əkinçi öz payını götürər, qalanı ildə hər gün 
qarıya dörd çörəyə çatardı: birinə yavanlıq, birinə çıraq üçün yağ alardı, birini 
səhər, birini axĢam yeyərdi. Paltarı ona yazığı gələnlər verərdi. Heç vaxt evdən 
bayıra çıxmaz, gizlində yoxsulluq və ehtiyac içərisində yaĢardı. 
Haman sərkərdə bu bir parça torpağı almalı idi ki, öz bağına və imarətinə 
qatsın. Bir nəfəri qarının yanına göndərib dedi: "Bu bir parça torpağını sat, mənə 
yaman lazımdır". Qarı dedi: "Satmaram, özümə səndən də çox lazımdır, bütün 
dünyada ondan artıq torpağım yoxdur, ruzim ondan çıxır, heç kəs ruzisini satmaz". 
Dedi: "Mən pulla alaram, ya əvəzinə elə torpaq verərəm ki, gəliri bir neçə 
dəfə bundan çox olsun,,. 
Qarı dedi: "O toıpaq mənim halal malımdır, ata-anamdan miras qalıbdır, 
suyum yaxında, qonĢunlarım yaxĢıdır, hörmətimi saxlayırlar. Sənin mənə verdiyin 
torpaqda isə bunların heç biri yoxdur, bu torpaqdan əlini çək". 
Bu sərkərdə qarının sözünə qulaq asmadı, zülm və zorla torpağını alıb 
bağının içərisinə saldı, divar çəkdirdi. Qarı çarəsiz qalaraq ya pulunu, ya əvəzinə 
torpaq almağa razı oldu. Onun yanına gedib dedi: "Ya pulunu ver, ya əvəzini". 
Vali özünü o yerə qoymadı, heç onun üzünə də baxmadı. Qarı naümid 
xaricə çıxmağa məcbur oldu, onu bir daha sərkərdənin sarayına buraxmadılar. Bu 
sərkərdə hər dəfə ata minib gəzməyə və ya ova getdikdə qarı onun yolunun 
üzərində oturar, ora çatdıqda, qıĢqırıb torpağın pulunu istəyərdi. O isə cavab 
verməz, uzaqdan saymazyana keçib gedərdi. 
Yaxın adamlarına, nədim və haciblərinə Ģikayətlənərdi onlar qarıya söz 
verər, lakin sərkərdəyə heç nə deməzdilər. Bu hadisədən iki il keçdi. Qarı daha ağır 
günə düĢdü. Heç kəsdə insaf görmədi, təngə gəlib əlini ondan üzdü və dedi: "Nə 
vaxta qədər mən soyuq dəmiri döyəcəyəm. Allah-taala hər əlin üstə bir yaradıbdır. 
Nə qədər güclü olsa, yenə də ƏnuĢirəvan adilin nökəridir. Mənim çarəm budur ki, 
nə olur-olsun, canımı diĢimə tutub, Mədainə
60
getməli, özümü ƏnuĢirəvanın yanına 
salmalı, vəziyyətimi ona danıĢmalıyam, bəlkə onda insaf gördüm". 
Bu barədə heç kəsə bir söz demədi, gizlicə qalxıb, çox əziyyət və 
çətinliklə Azərbaycandan gedib Mədainə çıxdı. ƏnuĢirəvan sarayının dəbdəbəsini
gördükdə öz-özünə dedi: "Məni kimi qoyar ki, buraya girəm, o, Azərbaycanın 
valisi və bu padĢahın nökəridir, məni onun sarayına qoymadılar, bu ki,


45 
dünyanın Ģahıdır, heç qoyarlarmı ki, saraya gedib, onu görəm?! Ġndi mənim bir 
çarəm qalıb ki, sarayın yaxınlığında özümə bir yer tapam, öyrənəm nə vaxt
gəzməyə gedəcək. Bəlkə səhrada özümü onun ayağına atıb baĢıma gələn 
macəranı ona danıĢa biləm". 
Qəzadan qarının torpağını zəbt etmiĢ haman sərkərdə saraya gəldi. 
ƏnuĢirəvan da Ģikar niyyətində oldu. Qarı onların hansı gün hansı ovlağa 
gedəcəklərini öyrəndi, yerindən qalxdı, çox əziyyətdən sonra soruĢa-soruĢa gedib
haman ovlağa çıxdı. Özünü bir kolun dalına verib, gecəni orda yatdı. Sabahısı 
ƏnuĢirəvan gəlib ora çatdı, əyan-əĢraf dağılıb ova baĢladılar. ƏnuĢirəvan öz
silahdaĢıyanı ilə tək qalıb, ovlaqda at ilə gəzirdi. Qarı Ģahı belə tək 
gördükdə kolun dalından çıxıb, Ģahın qabağını kəsdi və dedi: "Ey Ģah, dünyanın 
hökmdarı sənsənsə, mən yazıq qarının imdadına çat, macərasına qulaq as, gör 
baĢıma nələr gəlmiĢdir". NuĢirəvan qarını görüb, onun Ģikayətini eĢitdikdə bildi 
ki, zərurət olmasa idi, Ģikargaha gəlməzdi. Atı ona tərəf çapdı, macərasını dinlədi, 
nələr nəql etdiyini eĢitdikdə gözləri yaĢardı. NuĢirəvan qarıya dedi: "Heç ürəyini 
sıxma, indiyə qədər o sənin iĢin idi, odur ki, ürəyini sıxırdı, indi ki, bizə dedin, 
oldu bizim iĢimiz. Mən sənin arzunu yerinə yetirərəm. Ġndi isə səni göndərirəm 
Ģəhərə, bir neçə gün burda qalıb dincəl, uzaq yoldan gəlibsən". 
Sonra dala baxdı, öz fərraĢlarından birinin qatır üstə gəldiyim gördü. 
Dedi: "AĢağı düĢ, bu qarını mindir qatıra. Aparıb bir kəndin kovxasına tapĢır, özün 
geri dön. Ovdan qayıtdıqda, onu o kənddən Ģəhərə, öz evinə apar, orada saxla, Hər 
gün iki batman
63 
çörək, bir batman ət, hər ay beĢ dinar bizim xəzinədən ona ver. 
Mən onu səndən tələb edənə qədər ona belə qulluq et". 
FərraĢ elə də etdi. 
NuĢirəvan Ģah ovdan qayıtdıqdan sonra hər gün nə tədbir görmək 
haqqında düĢünürdü, bilmirdi bu iĢin qarı deyən kimi olub-olmadığını necə 
yoxlasın ki, böyüklərdən heç kəs xəbər tuta bilməsin. Bir gün nahardan sonra hamı 
yatdığı və istirahət etdiyi, sarayın xəlvət olduğu vaxt xadimə filan otağa gedib, 
filan qulamı gətirdi. ġah dedi: "Ey qulam, mənim çoxlu layiqli qulamlarımın 
olduğunu yaxĢı bilirsən, onların hamısının içərisindən tək səni seçmiĢəm. Sənə bir 
iĢ tapĢıracağam. Gərək xəzinədən xərclik götürüb Azərbaycana gedəsən, filan 
Ģəhərdə, filan məhəllədə düĢüb iyirmi gün orada qalasan, camaata özünü elə 
göstərəsən ki, guya qaçmıĢ bir qul axtarmağa gəlibsən. Sonra hər cürə adamla 
oturub-durarsan, dostluq edərsən, qaynayıb-qarıĢarsan. Ayıq və məst vaxtlarda 
sözarası soruĢarsan: "Burada sizin küçədə filan adlı qoca bir qadın var idi, indi o 
haradadır, heç gözümə dəyməyir, o bir parça torpağını neylədi? Bax kim sənə nə 
desə, yadında yaxĢı saxla və mənə düz xəbər gətir, səni yalnız bu iĢ üçün 
göndərirəm. Lakin sabah sarayda, böyüklərin qabağında səni çağırtdırıb, hamının 
eĢidə biləcəyi dərəcədə bərkdən deyəcəyəm: "Get xəzinədən xərclik götür, buradan 
Azərbaycana get. Hansı Ģəhər və nahiyəyə çatsan soruĢ bu il taxıl, meyvə və baĢqa 
məhsulatın vəziyyəti necədir, göydən bəla nazil olub, yoxsa yox. Eləcə də 


46 
otlaqların və ovlaqların vəziyyəti ilə tanıĢ ol. Elə ki, öyrəndin, dərhal qayıdıb mənə 
xəbər ver. Qoy heç kəs bilməsin ki, mən səni nə üçün göndərmiĢəm". Qulam dedi: 
"Fərmana hazıram". 
Sabahısı gün NuĢirəvan dediyi kimi etdi. Qulam gedib, iyirmi gün haman 
Ģəhərdə qaldı. Kimlə oturdusa, qarını soruĢdu, hamı qarının dediyini deyirdi: "Qarı 
həyalı, nəcabətli bir qadın idi. Biz onun ərini, uĢaqlarını da görmüĢük. Əri və 
övladları öldülər, varidatı dağıldı, bir özü, bir də bir parça torpağı qaldı.Torpağı bir 
əkinçiyə verdi, əkinçi əkir, torpağın məhsulu o qədər olurdu ki, Ģahın vergisini 
əkinçinin payına çıxdıqdan sonra gələn ilin məhsuluna qədər hər gün qarıya dörd 
çörək çatırdı. Birini yavanlığa verirdi, birinə çıraq yağı alırdı, birini səhər yeyirdi, 
birini axĢam". 
Vali bağ saldırmaq, malikanə tikdirmək, hasar çəkdirmək eĢqinə düĢdü. 
Onun torpağını zorla alıb özününkünə qatdı. Nə pulunu verdi, nə əvəzini. Qarı bir 
il onun sarayına getdi, hay-küy saldı, qiymətini istədi, sözünə qulaq asan olmadı. 
Ġndi bir müddət var ki, heç kəs onu Ģəhərdə görmür. Bilmirik hara gedib, ölüdür ya 
diri". 
Qulam qayıdıb saraya gəldi, ƏnuĢirəvan adilin qəbul günü idi. Qulam irəli 
gəlib təzim etdi. ƏnuĢirəvan dedi: "Hə de görüm, nə gördün?!". 
Dedi: "ġahın dövlətindən bu il hər yerdə taxıl boldur, heç bir bəla nazil 
olmamıĢdır, otlaqlar Ģad, ovlaqlar abaddır". 
Dedi:"Allaha Ģükür, xoĢ xəbər gətiribsən". 
Camaat dağıldıqdan, saray yad adamlardan boĢaldıqdan sonra qarı 
haqqında nə eĢitmiĢdisə, hamısını olduğu kimi nağıl etdi. 
NuĢirəvan o gecəni qəzəb və fikirdən yata bilmədi. Sabahısı gün sübhdən 
baĢ hacibi yanına çağırıb buyurdu. Əyan, əĢraf gəlməyə baĢladıqda filankəsi içəri 
buraxmayıb dəhlizdə oturt, sonra deyərəm nə etmək lazımdır". 
Bütün böyüklər və möbidlər saraya gəlməyə baĢladıqda hacib NuĢirəvanın 
buyurduğu kimi etdi. 
NuĢirəvan xaricə çıxıb qəbula baĢladı. Bir azdan üzünü möbidlərə və 
böyüklərə çevirib dedi: "Sizdən bir Ģey soruĢacağam, düĢünüz, hesablayınız, 
düzünü deyiniz". Dedilər: "Fərmana tabeyik". Dedi: "Azərbaycanın əmiri olan 
filankəsin nağd qızıl ilə nə qədər mayası ola bilər?". Dedilər: "Ġki dəfə min dinar
65

Onun isə buna ehtiyacı yoxdur". SoruĢdu: "Avadanlığı, qab-qacağı?". Dedilər: 
"Min beĢ yüz dinar qızıl və gümüĢ". SoruĢdu: "DaĢ-qaĢı?" Dedilər: "Altı yüz min 
dinar". SoruĢdu: "Mülkü, torpağı, tarlası, kənd-kəsəyi?" Dedilər: "Xorasanda, 
Ġraq, Fars və Azərbaycanda elə Ģəhər elə qəsəbə yoxdur ki, onun orada sarayı, 
gəliri, karvansarası və tarlası olmasın". SoruĢdu: "Atı, qatırı?". Dedilər: "Otuz 
min". SoruĢdu: "Qoyunu?". Dedilər: "Ġki yüz min". SoruĢdu: "Dəvəsi?". Dedilər: 
"Otuz min". SoruĢdu: "Qul və kənizləri?". Dedilər: "Min yeddi yüz türk, rum, 
həbəĢ qulamı və dörd yüz kənizi vardır". 
Dedi: "Bu qədər dövləti olan, gündə iyirmi cür xörək, quzu, halva, yağlı-


47 
Ģirin təam yeyən belə bir adam, allahından qorxan, yazıq, adamsız bütün dünyada 
ümidi iki parça qum çörəyə gələn bir qadını incidib onun əlindən bu çörəyi alsa, 
onun cəzası nə olar?". 
Hamı dedi: "Belə bir adama nə cəza verilsə, yenə azdır, ona nə qədər çox 
pislik edilsə, yenə yeri var". 
NuĢirəvan dedi: "Ġndicə istəyirəm ki, onun dərisini soyasınız, ətini itlərə 
atasınız, dərisinə saman doldurub, saray qapısından asasınız və yeddi gün car 
çəkdirəsiniz ki, bundan sonra kim zülm edib bir torba saman, bir dənə cücə, bir 
dəstə göyərti alsa, ya birisi ondan Ģikayətə gəlsə, onunla da belə rəftar ediləcəkdir". 
Belə də etdilər. 
FərraĢa
66
qarını gətirməsini əmr etdi. Qarı gətirildikdə böyüklərə dedi: 
"Zülm edilən budur, zülm edən də budur ki, cəzasına çatdı, bu da qulamdır kı, 
Azərbaycana göndərmiĢdim". 
Qulam dedi: "Mən ona görə getmiĢdim ki, bu qarının Ģikayətini, o valinin 
zülmünü yoxlayam, düzünü Ģaha deyəm". 
NuĢirəvan böyüklərə dedi: "Gördünüz ki, mən ona nahaq cəza 
verməmiĢəm. Bundan sonra da zalım adamlarla söhbətim ancaq qılıncla olacaqdır. 
Qoyun-quzunu canavardan qoruyacaq, uzun illəri qısaldacaq, fisq-fəsad 
qaldıranları yer üzündən təmizləyəcək, dünyanı ədalət, insaf və mürüvvət əsasında 
abad edəcəyəm, ona görə ki, mən bu iĢ üçün xəlq olunmuĢam. Əgər hər kəsə kefi 
istədiyini etməyə ixtiyar verilsəydi, böyük allah Ģahları yaradıb onları hakim təyin 
etməzdi. Ġndi çalıĢın elə etməyin ki, sizin baĢınıza da bu iĢ gəlsin". 
Orada olanların hamısı NuĢirəvanın zəhmindən elə qorxuya düĢdülər ki, 
az qaldı bağırları çatlasın. 
Qarıya dedi: "Sənə zülm edənin cəzasını verdim. Ġçərisində sənin torpağın 
olan o malikanə və bağı sənə bağıĢlayıram. DemiĢəm sənə xərclik və at versinlər, 
mənim fərmanımla sağ-salamat öz Ģəhərinə, vətəninə qayıt və bizi xeyir-dua ilə 
yad et". Sonra dedi: ―Nə üçün sarayın qapıları zalımlara açıq, məzlumlara qapalı 
olmalıdır? Halbuki qoĢun və rəiyyətin hər ikisi bizim rəiyyətimiz və iĢçilərimizdir, 
rəiyyət verən, qoĢun isə alandır. Qanunsuzluqların, ədalətsizliklərin, doğru 
olmayan təlimatların biri odur ki, Ģikayətçi qapıma gələndə onu mənim yanıma 
buraxmırlar ki, dərdini özümə desin. Qarı bura gələ bilsəydi, ovlağa getməyə 
ehtiyac hiss etməzdi,,. 
Sonra əmr etdi, yeddi yaĢlı uĢağın əli çatacaq yüksəklikdə zəncir bağlayıb 
zənglər asdılar ki, Ģah qapısına Ģikayətçi gəldikdə hacibə ehtiyac olmasın. Zənciri 
tərpətdikdə zınqırovlar səslənsin. NuĢirəvan eĢidib ərizəsinə qulaq assın. Belə də 
etdilər. Elə ki valilər NuĢirəvanın yanından qayıdıb öz saraylarına gəldilər, dərhal 
öz vəkillərini və əlaltılarını çağırıb dedilər: "Baxın görün bu sən iki ildə kimdən 
nahaq yerə bir Ģey almıĢ, ya qanına bulamıĢ, ayıq və ya məst halda incitmiĢsiniz. 
Nə qədər saraya gedib Ģikayət etməyiblər, bizli-sizli bülün narazıların könlünü ələ 
alıb onları yola gətirməliyik,,. 


48 
Hamısı dərhal durub, incidilmiĢləri hömrətlə saraya dəvət etdilər, ya özləri 
evlərinə getdilər, bəzilərindən üzr istədilər, bəzilərini mal verməklə ələ gətirdilər. 
Bütün bunlara baxmayaraq əlavə onların hərəsindən yazılı bir iltizamnamə də 
aldılar ki, filankəsdən razıdır və heç bir Ģikayəti yoxdur. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin