Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə18/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   14   15   16   17   18   19   20   21   ...   100
Siyasetname

Hekayət. Yeddi il yarımdan sonra bir gün saray xəlvət olarkən, camaatın 
hamısının getdiyi, növbətçilərin yatdığı bir vaxtda zınqırovlar səslənməyə baĢladı. 
NuĢirəvan eĢitdi. Dərhal iki xidmətçi göndərib dedi: ―Görün Ģikayətə gələn 
kimdir". 
Xidmətçilər saray qapısına gəldikdə qoca, arıq, qotur bir eĢĢək gördülər. 
Bu eĢĢək özünü zəncirə sürtür, zınqırovlar səslənirdi. 
Hər iki xidmətçi qayıdıb deyir ki, heç kəs Ģikayətə gəlməyib, bir eĢĢəkdir, 
özünü zəncirlərə sürtür. 
NuĢirəvan dedi: "Siz düĢündüyünüz kimi deyildir, diqqətlə baxsanız 
görərsiniz ki, bu eĢĢək də Ģikayətə gəlmiĢdir. Ġstəyirəm ki, hər ikiniz bu eĢĢəyi 
götürüb bazara aparasınız, soruĢub vəziyyəti öyrənəsiniz‖. 
Xidmətçilər eĢĢəyi Ģəhərin ortasına gətirdilər və adamlardan soruĢduIar: 
"Sizdən elə bir adam varmı ki, bu eĢĢəyi tanıyıb onun əhvalatını danıĢa?!,, Dedilər: 
"Rəhmətlik uĢağı bu Ģəhərdə elə adam var ki bu eĢĢəyi tanımaya!" Dedilər: "Elə 
tanıyırıq ki, bu filan paltaryuyanın eĢĢəyidir, iyirmi ilə yaxındır ki, biz bunu onunla 
görürük. O camaatın paltarını bu eĢĢəyin dalına yüklər, camaĢırxanaya aparar, 
axĢam geri qaytarardı. Nə qədər ki, cavan idi iĢ görə bilirdi, yemini verirdi. Elə ki 
qocalıb kardan düĢdü, o da evdən qovub özbaĢına buraxdı. Ġndi il yarımdır ki, belə 
sərgərdan gəzir. Kimin rəhmi gəlirdisə yemini verirdi. Ġki gecə gündüzdür ki, yem 
tapmır. 
Xidmətçilər gəlib eĢitdiklərini Ģaha bildirdilər. ġah dedi: "Sizə 
demədimmi bu eĢĢək də Ģikayətə gəlmiĢdir?! Bu gecə də bu eĢĢəyə yaxĢı baxın, 
sabah palıtaryuyan kiĢini haman məhəllənin dörd ağsaqqalı ilə yanıma gətirin, nə 
lazımsa onu da edərəm. Sabahısı elə də etdilər. NuĢirəvan camaĢırçıya dedi: "Nə 
qədər ki, bu eĢĢək sağdır onun yemini verəcəksən!" Əmr etdi yemini verməsə 
cəzasını versinlər. Bilməlisən ki, Ģahların yazıqlara əl tutmaları, valilərinə göz 
qoymaları bu dünyada yaxĢı ad, o dünyada savab qazanmaları üçündür. 
Hər iki-üç ildən bir amilləri və iqtidarları dəyiĢmək lazımdır ki, yerlərini 
bərkidib mövqelərini möhkəmləndirməsinlər, qürrələnib özlərindən müĢtəbeh 
olmasınlar, xalqla yaxĢı dolansınlar ki, ölkə viran qalmasın. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin