Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə15/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   11   12   13   14   15   16   17   18   ...   100
Siyasetname

Hekayət. Həmin Ġsmail ibn Əhmədin adəti bu imiĢ ki, gün çox soyuq 
olduqda, həddən artıq qar yağdıqda tək ata minib meydana gələr və günorta 
namazına qədər orada durardı. Deyərdi : "Bəlkə bir Ģikayətçi gəldi, ehtiyacı oldu, 
yeməyə çörəyi, qalmağa yeri olmadı, qar və yağıĢdan bizim yanımıza gəlmək onun 
üçün çətin oldu. Lakin bilsə ki, biz burada durmuĢuq, gəlib öz sözünü deyər və 
salamat qayıdıb gedər". 
Belə Ģeylərdən çox demiĢlər. Hamısını o dünyanın qorxusundan 
edərmiĢlər. 
 
Dördüncü fəsil 
 
AMĠLLƏR, VƏZĠR, QULAM VƏ BAġQALARININ ĠġLƏRĠNƏ 
NƏZARƏT HAQQINDA 
Amilə iĢ tapĢırdıqda onlara nəsihət edib öyüd vermək lazımdır ki, allah 
bəndələri ilə xoĢ rəftar edib, qanuni vergidən baĢqa bir Ģey istəməsinlər, vergini isə 
müdara və xoĢ dillə almaq lazımdır. Əlləri məhsula çatmayınca onlardan heç bir 
Ģey tələb etmək lazım deyildir, çünki vaxtından əvvəl istədikdə rəiyyətə zülm olar, 
xərmən vaxtı gəldikdə isə zərurət üzündən yarım dirhəm satmağa məcbur olar
iflasa uğrayıb didərgin düĢərlər. 
Rəiyyətdən biri yoxsullaĢıb, öküzə, toxuma ehtiyacı olsa, ona ol tutub 
borc vermək, yükünü yüngülləĢdirmək lazımdır ki, yerində qalsın, evini tərk edib 
qürbətə getməsin. 
Həmin mənada bir hekayət. Belə eĢitmiĢəm ki, Qubad Ģahın
44
dövründə 
yeddi il dünyanı qəhətlik bürüdü, bərəkət göydən kəsilmiĢdi. Amillərə əmr etdi ki, 
yığdıqları taxılları satsınlar, bəzilərini sədəqə versinlər, beytülmal
45
və xəzinədən 
yoxsullara kömək etsinlər. Elə etdilər ki, o yeddi il içərisində bir nəfər də acından 
ölmədi. Bu ona görə belə oldu ki, o valiləri cəzalandırır, amillərin iĢlərini isə 
nəzarət altında saxlayırdı. 
Əgər indicə dediyim kimi iĢləsələr, onları vəzifədə saxlamaq olar, belə 
olmazsa, onlan daha layiqliləri ilə əvəz etmək lazımdır. Belə iĢ tutan amilin öz malı 
müsadirə edilməlidir ki, baĢqalarına ibrət olsun və əliuzunluq etməsinlər. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin