Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə16/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   12   13   14   15   16   17   18   19   ...   100
Siyasetname

Axırıncı fəsil.
46
Vəzirlərin də iĢini də nəzarət altında saxlamaq lazımdır 
ki, vəzifələrini layiqincə yerinə yetirmədikləri aydın olsun. ġahın və ölkənin yaxĢı-
pisliyi onlara bağlıdır: vəzir xeyirxah, düz iĢləyən olsa, ölkə abad, xalq Ģad, asudə, 
yeməkləri bol, Ģahın isə ürəyi sakit olar; pis iĢləyən, bədxasiyyət olsa, ölkədə 
təsəvvür edilməz pozğunluqlar əmələ gələr, Ģah həmiĢə sərgərdan, narahat,
məmləkət isə təĢviĢ içərisində olar. 


37 
Hekayət. Belə deyirlər Bəhram Gurun bir vəziri var imiĢ, onu RastrəviĢ
47
deyə çağırırlarmıĢ. Bəhram Gur bütün məmləkəti onun ixtiyarına vermiĢ, hər Ģeyi 
ona etibar etmiĢdi. Onun haqqında kim nə deyir-desin qulaq asmaz, özü isə gecə-
gündüz əyləncə, Ģikar və Ģərab içməklə məĢğul olarmıĢ. 
Bu RastrəviĢ Bəhram Gurun Ģəxsi valilərindən birinə deyir: "Rəiyyət 
tərbiyəsizləĢib, bizim ədalətimizin çoxluğundan qudurub. Qulaqburması verilməsə, 
qorxuram iĢ xarab ola; Ģahın isə baĢı Ģəraba qızıĢıb, rəiyyətin və camaatın nələr 
etdiyindən xəbəri yoxdur. Qulaqburması isə iki cür olur: pisləri həbs etmək, 
yaxĢılardan mal almaq, kimi tut desəm, tut!". 
O dedi, vali tutdu. RastrəviĢ isə rüĢvət alıb buraxdırdı. Ölkədə kimin 
dövləti, yaxĢı atı, gözəl kənizi, qulamı, mülkü, varidatı var idisə hamısı tutulub 
alındı, rəiyyət yoxsullaĢdı, adlı-sanlı adamlar bütünlüklə didərgin düĢdülər, 
xəzinəyə heç bir Ģey daxil olmadı. 
Bir müddət bu minval ilə keçdikdən sonra Bəhram Gura bir düĢmən baĢ 
qaldırdı. Ġstədi orduya bəxĢiĢ versin, yaraqlanıb düĢmən qarĢısına göndərsin, 
xəzinəyə getdi, heç nə görmədi. ġəhərin baĢçılarından, adlı-sanlı adamlarından 
soruĢdu, dedilər: "Bir neçə ildir ki, ülankəs və filankəs ölkəni tərk edib, filan 
vilayətə gediblər". SoruĢdu :"Nə üçün?". Dedilər: "Bilmirik". 
Heç kəs qorxusundan vəzirin adını çəkə bilmədi. 
Bəhram Gur bütün günü və gecəni fikirləĢdi, lakin bu pozğunluğun 
səbəbini tapa bilmədi. 
Sabahısı səhər tezdən fikirli halda tək ata minib səhraya yollandı. Dərin 
düĢüncələrə dalaraq gedir və heç bir Ģey hiss etmirdi. Bir vaxt ayılıb gördü ki, 
günəĢ qalxmıĢ, yeddi fərsəngdən çox yol getmiĢdir. Ġsti və susuzluq ona təsir etdi, 
su içmək istədi. Səhraya nəzər salıb uzaqdan tüstü gördü, dedi: "Hər halda orada 
adam olar". Sonra üz tutub tüstü gələn tərəfə getdi. YaxınlaĢdıqda gördü ki, 
qoyunlar yatırılıb, çadır qurulub, bir it də dara çəkilibdir. Çox təəccüb etdi. Çadıra 
yaxınlaĢanda bir kiĢi çıxıb salam verdi, onu atdan düĢürdü, qabağına yemək qoydu, 
Bəhram olduğunu bilmədi. 
Bəhram dedi: "Əvvəlcə çörək yeməzdən qabaq o itin əhvalatını danıĢ. 
Mən bu sirri bilməliyəm". 
O cavanmərd dedi: "Bu it qoyunların mənim tərəfimdən inanılmıĢ 
keĢikçisi idi. Mən onun hünərinə bələd idim, on canavarın öhdəsindən gələrdi. 
Onun qorxusundan bir canavar belə qoyunların həndəvərinə dolana bilməzdi. Çox 
vaxt mən iĢ üçün Ģəhərə gedər, sabahısı gün gələrdim. Bir müddət belə keçdi. Br 
gün qoyunları saydım, bir neçəsi çatmadı. Sonra fikir verdim, gündə qoyunların 
azaldığını gördüm. Buralara isə oğru gəlməz. Qoyunların nədən azaldığını heç 
vəchlə baĢa düĢə bilmirdim. Azalmaqdan sürümün vəziyyəti elə bir hala düĢdü ki, 
amil adəti üzrə gəlib məndən sədəqə istədikdə qalan qoyunlarımın hamısını sədəqə 
verməli oldum. Ġndi haman amilə çobanlıq edirəm. 
Demə bu it diĢi bir canavarla dostluq edirmiĢ, mən isə bundan xəbərsiz. 


38 
Bir dəfə odun yığmaq üçün səhraya getmiĢdim, qayıdanda bir təpənin 
baĢında gördüm ki, qoyunlar otlayır, bir canavar isə sürüyə tərəf gedir. Özümü bir 
kolun dalına verib gözlədim və gizləndim baxmağa baĢladım. Ġt canavarı görcək 
irəli gəlib quyruğunu bulamağa baĢladı. Canavar yerində sakitcə durmuĢdu. Sonra 
it canavarın dalına dırmaĢdı, ciftləĢdi, sonra bir tərəfə çəkilib yatdı. Canavar özünü 
sürüyə vurdu, bir qoyun tutub yırtdı, parçalayıb yedi. Ġt heç cınqırını da çıxarmadı. 
Mən iĢi belə gördükdə baĢa düĢdüm ki, mənim bu günə düĢməyimin səbəbi itin o 
yola düĢməsidir. O mənə xəyanət etdiyi üçün mən də tutub onu asdım". 
Bəhram Gur bu əhvalata təəccüb etdi. Qayıdarkən hey bu barədə 
fikirləĢirdi. Nəhayət, gəlib o nəticəyə çıxdı ki, rəiyyət sürü, vəzir isə onların 
keĢikçisi hökmündədir. Mən bu ölkəni pərakəndə, rəiyyəti pəriĢan görürəm. 
Kimdən soruĢuramsa, heç kəs bir söz demir, həqiqəti məndən gizlədirlər. Ġndi 
mənim bircə çarəm qalır ki, rəiyyətin vəziyyətini, vəzirin isə iĢlərini yoxlayam. Öz 
yerinə qayıtdıqdan sonra, həbs olunanların iĢlərini tələb edib onlarla tanıĢ olduqda, 
baĢdan-ayağa rüsvayçılıq olduğunu gördü və baĢa düĢdü ki, RastrəviĢ nəinki 
camaatla yaxĢı dolanmamıĢ, çoxlu zülm və xəyanət etmiĢdir. Dedi: "Bu necə 
RastrəviĢdir, bu baĢdan-ayağa yalan və əyridir". Sonra dedi: "Atalar düz deyiblər: 
Ģöhrətə uyan çörəksiz qalar, çörəyə xəyanət edən köynəksiz". 
Mən bu vəziri çox qudurtmuĢam, camaat onu bu cah-calal, əzəmət və 
Ģöhrət içərisində gördükcə onun qorxusundan doğru danıĢa bilməyəcək, həqiqəti 
açmaqdan qorxacaqlar. Mənim çarəm budur ki, sabah saraya gəldikdə camaat 
qarĢısında hörmətdən salım, tutdurub ayağına kündələr vurdurum, sonra 
məhbusları öz yanıma çağırıb vəziyyətlərini soruĢum. Əmr edim car çəksinlər ki, 
biz RastrəviĢi vəzirlikdən çıxarıb həbsxanaya salmıĢıq və ondan kimin tələbi varsa, 
gəlib öz dili ilə öz Ģikayəlini etsin, hər Ģey bizə aydın olsun. Əgər adamlarla yaxĢı 
rəftar edib, nahaq yerə mal almamıĢsa, ondan razılıq etsələr, onun könlünü alıb öz 
vəzifəsinə qaytararıq, əksinə etmiĢ olsa onu cəzalandırarıq". 
Sabahısı gün Bəhram Gur qəbul düzəltdi. Böyüklər gəldi. Vəzir içəri girib 
öz yerində oturduqda Bəhram Gur üzünü ona çevirib dedi: "Bu nə dağınıqlıqdır ki, 
bizim ölkəmizə salıbsan, qoĢunumuzu yaraqsız, rəiyyətimizi çörəksiz qoymusan! 
Biz sənə tapĢırmıĢdıq ki, xalqın ruzisini vaxtında çatdırasan, ölkənin abadlığı ilə 
məĢğul olasan, xalqdan qanuni vergidən baĢqa heç nə almayasan, xəzinədə həmiĢə 
ehtiyat saxlayasan. Ġndi nə xəzinədə bir Ģey görürəm, nə ordunun təchizatı var, nə 
xalqı yerində tapıram, sən elə güman edirsən ki, mən Ģərab içib, Ģikar etməklə 
məĢğulam, ölkənin vəziyyətindən, rəiyyətin məĢəqqətindən xəbərim yoxdur?!". 
Əmr etdi, onu hörmətsizliklə yerindən qaldırıb dama saldılar, ayağına ağır 
kündə vurdular. Saray qapısında car çəkdilər."ġah RastrəviĢi vəzirlikdən 
çıxarmıĢdır, ona qəzəbi tutmuĢdur, bir daha ona vəzifə verməyəcəkdir. Kimi 
incidibsə, kim ondan zülm görübsə, heç bir Ģeydən qorxmasın, saraya gəlib öz 
dərdini desin və Ģahdan haqqını alsın". 
ġah əmr etdi, zindanın qapısını açıb məhbusları onun yanına gətirdilər, 


39 
bir-bir sorğu-suala baĢladı ki, səni nə təqsirlə tutub saxlayıblar? Biri dedi: "Mənim 
varlı-dövlətli bir qardaĢım var idi. RastrəviĢ onu tutdu, bütün var-yoxunu əlindən 
aldı, özünü isə iĢgəncə altında öldürdü. Dedim: "QardaĢımı niyə öldürdün?" Dedi: 
"ġahın düĢmənləri ilə yazıĢır".Sonra məni zindana göndərdi ki, Ģahın yanına 
Ģikayətə gələ bilməyim və bu iĢ örtülü qalsın". O biri dedi: "Mənim çox gözəl ab-
havalı bir bağım var idi. Atamdan qalmıĢdı. RastrəviĢin malikanəsi onun yanında 
idi. Bir gün RastrəviĢ mənim bağıma gəldi, bağı çox bəyəndi, ürəyinə yatdı. Almaq 
istədi, satmadım. Məni tutub zindana saldı və dedi: "Sən filankəsin qızını sevirsən, 
bu isə sənin üçün cinayət sayılır. Gəl bağdan əl çək, öz razılığınla mənim adıma bir 
qəbalə yaz. Orda yaz ki, bağ səni təngə gətirib, gözündən düĢüb, bağ və mülk 
RastrəviĢin halal malıdır". Mən razılıq vermədim. Bu gün beĢ ildir ki, həbsxanada 
yatıram". 
O biri dedi: "Mən sövdəgər bir adamam. Mənim peĢəm budur ki, suda 
quruda-gəzəm, az maya ilə bir Ģəhərdən nadir Ģeylər alıb, baĢqa Ģəhərdə satam, bir 
az pul qazanam. Əlimə bir mirvari boyunbağı keçmiĢdi, Ģahın vəzirinə xəbər çatdı, 
pulunu vermədən öz xəzinəsinə göndərdi. Bir neçə gün görüĢünə gedib salam 
verdim, özünü o yerə qoydu ku, guya heç bir Ģey almamıĢdır, nə mirvarinin pulunu 
verdi, nə də mirvarini geri qaytardı. Dözməyə halım qalmamıĢdı, yol üstə idim. Bir 
gün yanına gedib dedim: "O boyunbağını bəyənirsinizsə, buyurun, pulunu 
versinlər, bəyənmirsinizsə, özünü qaytarsınlar, yol üstəyəm, gözləyə bilmirəm. 
Cavab vermədi. Hucrəmə qayıtdıqdan sonra isə bir sərhəng
51 
, dörd piyada əsgər 
gəlib dedilər ki, dur səni vəzir çağırır. Sevindim, elə bildim mirvarinin pulunu 
verəcəkdir. Qalxıb o dörd əsgərlə getdim. Onlar məni zindana gətirib, zindanbana 
dedilər: Fərman belədir ki, bu kiĢini zindana salasan, ayağına ağır kündə vurasan. 
Ġndi il yarımdır ki, mən həbsxanadayam". O biri dedi: "Mən filan nahiyənin 
rəisiyəm. Mənim qapım qonaqların, qəriblərin, alimlərin üzlərinə həmiĢə açıq 
olardı. Adamların hayına qalar, ehtiyacı olanlara əl tutardım. Ehtiyacı olanlara 
xeyrat, ehsan verərdim. Biz ata-babadan belə olmuĢuq. Mənə nə qədər mülk-
miknət, var-dövlət miras qalmıĢdısa, hamısını qonaqlara xərc edər, sədəqə 
paylardım. ġahın vəziri məni tutub dedi ki, xəzinə tapıbsan, gərək verəsən. 
Ġncitməyə, iĢgəncə verməyə baĢladı, sonra zindana saldı. Mənim nə qədər 
torpağım, mülküm vardısa, hamısını məcburiyyət üzündən yarıbahasına satıb 
vəzirə verdim. Ġndi mən dörd ildir zindanda həbsdəyəm, bir dirhəmə qüdrətim 
çatmır". 
O biri dedi: "Mən filan zəimin
52
oğluyam. Vəzir atamın mülkünü
müsadirə edib, özünü çubuq altında öldürdü, məni zindana saldı. Ġndi yeddi ildir 
zindan əziyyəti çəkirəm.". 
O biri dedi: "Mən hərbçiyəm. Bir neçə il Ģahın atasına xidmət 
edirəm. Divan qapısında bir parça çörəyim var. Keçən il heç nə 
vermədilər. Bu il vəzirə müraciət edib dedim: "Külfət əyal sahibiyəm, keçən il 
maaĢımı verməyiblər. Bu il ödəyin, bir hissəsini sənə verərəm, bir hissəsini 


40 
ehtiyacıma xərcləyərəm". 
Dedi: "ġahın qabaqda elə bir iĢi yoxdur ki, orduya, sənə və sənin kimilərə 
ehtiyacı olsun, xidmət edib-etməməyinin heç bir fərqi 
yoxdur. Çörək qazanmaq lazımdırsa torpaq iĢinə get". Dedim: 
"Mənim bu dövlət qarĢısında xidmətim o qədərdir ki, mən 
torpaq iĢinə getməyə də bilərəm. Sənə isə ölkəni dolandırmağı öyrətmək 
lazımdır. Mən qılınc vurmaqda canımı Ģaha qurban verər, onun əmrindən 
çıxmaram, sən isə bir parça çörəyi də bizə çox görür, Ģahın fərmanını yerinə
yetirmirsən. Sən baĢa düĢmürsən ki, Ģah qarĢısında mənim nökərçiliyim ilə
sənin nökərçiliyinin hər ikisi eynidir, bu iĢi mənə tapĢırıblar, o iĢi sənə. Mənimlə 
sənin aranda olan fərq ondan ibarətdir ki, mən əmr quluyam, sən yox. PadĢaha mən 
kimisi lazım deyildirsə onda sən kimi də lazım deyil. Mənim adımın divandan 
pozulması haqqında əmr almısansa göstər, yoxsa, Ģahın bizə əta etdiyi nemətləri 
ver". Dedi: "Get, səni və padĢahı mən saxlayıram, mən olmasa idim, sizin 
beyninizi çoxdan quzğunlar dağıtmıĢdı‖. Ġki gündən sonra məni tutub həbs etdirdi, 
indi dörd aydır ki, zindandayam‖. 
Yeddi yüzdən çox məhbus var idi. Ġyirmiyə yaxın qatil, oğru və cani idi, 
qalanın hamısını vəzir mal-dövlət üstə tutub zülmlə zindana saldırmıĢdı. 
Carçı padĢahın fərmanını car çəkdikdən, Ģəhər və nahiyə əhalisi onu 
eĢitdikdən sonra sabahısı gün saray qapısına o qədər Ģikayətçi toplanmıĢdı ki, sayı-
hesabı yox idi. Bəhram Gur camaatın halına bələd olub, vəzirin etdiyi 
ədalətsizlikləri, qanunsuzluq, haqsızlıqları eĢitdikdən sonra dedi: "Bu adamın 
ölkədə yaratdığı fisqü-fəsad mənim bildiklərimdən müqayisə edilməz dərəcədə 
çoxdur, onun allaha, allah bəndələrinə və mənə qarĢı göstərdiyi qudurğanlıq 
təsəvvür edilməzdir. Bu məsələyə dərindən baxmaq lazımdır". 
Əmr etdi, RastrəviĢin malikanəsinə gedib onun kağızlarını, xəritələrini
53
gətirsinlər, bütün qapılarına möhür vursunlar. 
Məmurlar gedib, deyilən kimi də elədilər, kağızlarını gətirdilər, diqqətlə 
oxumağa baĢladılar, arasından bir məktub tapdılar. Bu məktub Bəhram Ģaha qarĢı 
çıxmıĢ padĢahın RastrəviĢə yazdığı dostanə bir məktub idi. Sonra RastrəviĢin öz 
xətti ilə yazılmıĢ cavab məktubunu tapdılar. RastrəviĢ ona yazırdı: "Nə yavaĢ 
tərpənirsən, bilicilər demiĢlər: "Qəflət dövləti əldən verər". Mən sənə tərəfdarlıqda 
və qulluqda nə lazımdırsa, hamısını yerinə yetirmiĢəm. Bir neçə ordu baĢçılarını 
yoldan çıxarıb tabe etmiĢəm, qoĢunun əksəriyyətini təchizatsız qoymuĢam, bütün 
müddət ərzində nə yığmıĢdımsa, hamısını birdəfəlik göndərib, rəiyyəti ac-yalavac, 
laqətsiz, sərgərdan bir hala salmıĢam. Sənin üçün elə bir xəzinə toplamıĢam ki, 
dünyanın heç bir Ģahında belə bir xəzinə yoxdur, elə qiymətli və əzmətli tac, kəmər 
və məclis hazırlamıĢam ki, mislini heç kəs görməmiĢdir, düĢmən-qafil. Nə qədər 
gec deyil, bu adam qəflət yuxusundan ayılmayıb, tələs!". 
Bəhram Gur bu yazıları gördükdə dedi: "Afərin, düĢməni mənim üstümə 
qaldırmıĢdır, indi o qürurla gəlir. Bunun nanəcib, nankor və düĢmən olduğuna artıq 


41 
Ģübhəm qalmamıĢdır." 
Əmr etdi onun xəzinəsində nə vardısa hamısını (müsadirə edib) xəzinəyə 
gətirdilər, qullarını, mal-qaralarını əlindən aldılar. Mülkünü, mal-torpağını satdırıb 
xalqdan zorla, rüĢvətlə aldıqlarını camaata geri qaytardılar. Onun sarayını, ev-
eĢiyini, dudmanını yerlə yeksan etdilər. Sonra əmr etdi, sarayın qabağında uca bir 
dar ağacı qurdular, otuz ağac da onun qarĢısında basdırdılar. Əvvəl RastrəviĢi dara 
çəkdilər, necə ki, o kiĢi iti dara çəkmiĢdi. Sonra onunla əlbir olanları, onun 
tərəfdarlarını haman ağaclardan asdılar. 
Əmr etdi, yeddi gün car çəkdilər: "ġaha xəyanət fikrində olub, onun 
düĢmənləri ilə saziĢə girən, xəyanəti sədaqətə üstün tutan Ģaha və allaha ağ olan 
adamın cəzası bu olacaqdır". 
Belə bir tədbir gördükdən sonra bütün naxələf adamlar Bəhram Ģahdan 
qorxdular. RastrəviĢ kimə iĢ vermiĢdisə, Bəhram hamısını vəzifədən məhrum etdi, 
bütün dəbir
54
və mütəssərifləri
55
dəyiĢdirdi. 
Bu xəbər Bəhram Gurun ölkəsinə qəsd fikrində olan o Ģaha çatdıqda hara 
qədər gəlmiĢdisə, oradan da geri qayıtdı, tutduğu iĢdən peĢiman oldu, çoxlu mal, 
daĢ-qaĢ və zərif Ģeylər göndərdi, üzr istədi, müti qul olduğunu etiraf etdi və dedi: 
"Vəzir olmasaydı, Ģaha qarĢı üsyan mənim ağlıma da gələ bilməzdi. Məni bu iĢə 
vəzir məcbur etmiĢdir. O hey yazır, adam göndərir, məni təhrik edirdi, mənim 
ürəyim mənə deyirdi ki, bu adam günahkardır, özünə sığınacaq axtarır". 
Bəhram Ģah onun üzrünü qəbul etdi, günahını bağıĢladı. Düz etiqadlı, xoĢ 
rəftarlı, allahdan qorxan bir adamı vəzir təyin etdi. Ordunun və rəiyyətin iĢi 
qaydasına düĢdü, iĢ irəliləməyə, ölkə abadlaĢmağa üz qoydu, xalq zülm və 
ədalətsizlikdən xilas oldu. 
Bəhram Ģah iti asan adamın çadırından çıxarkən oxdanından bir ox çəkib 
onun qabağına almıĢ və demiĢdi: "Mən sənin duz-çörəyini yedim, sənə dəyən 
zərərləri və çəkdiyin ağrıları bildim. Sənin mənim boynumda haqqın vardır. Bil ki, 
mən Bəhram Gur sarayında haciblər hacibiyəm
56
. Sarayda olan bütün böyüklər, 
haciblər mənumlə dostdurlar və məni yaxĢı tanıyırlar. Bu oxu götürüb, Bəhram 
Gurun sarayına gələrsən. Hər kəs bu oxla səni görsə, mənim yanıma gətirər, mən 
sənin xəcalətindən çıxaram, bəzi zərərlərinin əvəzini çıxaram, bəzi zərərlərinin 
əvəzi çıxar". Bir neçə gündən sonra arvadı o kiĢiyə dedi: "Dur get Ģəhərə, oxu da 
özünlə apar, o təmtəraqla geyinmiĢ atlı, Ģübhəsiz adlı-sanlı və dövlətli olmalıdır. 
Sənə az yaxĢılıq etsə də, bizim günümüz üçün böyük kömək olar. Tənbəllik etmə, 
belə adamlar boĢ söz verməzlər". 
KiĢi qalxıb Ģəhərə getdi O gecəni yatdı, səhərisi Bəhram Gurun sarayına 
yollandı. Bəhram Gur haciblərə, saray adamlarına tapĢırmıĢdı ki, əlində mənim 
oxum olan bir adam saraya gəlsə dərhal, onu mənim yanıma gətirin. Elə ki, 
haciblər o oxla onu gördülər, onu çağırdılar və dedilər: "Ay səni görək pir olasan
57

Neçə gündür gözümüz yoldadır, burada otur, səni ox sahibinin yanına aparaq". 
Bir azdan sonra Bəhram Gur çıxıb taxta oturdu, qəbula baĢladı. Haciblər o 


42 
kiĢini bargaha apardılar. KiĢinin gözü Ģaha düĢcək dərhal tanıdı və dedi: "Vay, o 
atlı Bəhram Ģah imiĢ, mən ona lazımi hörməti edə bilməmiĢ, onunla çox sərt 
danıĢmıĢam. Olmaya məndən incimiĢdir?!". 
Haciblər onu Ģahın taxtı qarĢısına apardıqda baĢ əyib təzim etdi. Bəhram 
Gur üzünü əyan-əĢrafə çevirib dedi: "Mənim ölkə iĢlərində ayılmağıma səbəb bu 
kiĢi oldu". Ġtin əhvalatını böyüklərə danıĢdı, əlavə edib dedi: "Mən falımı bu 
kiĢinin üzünə açmıĢam". 
Sonra əmr etdi, ona xələt geyindirdilər, sürüdən onun bəyəndiyi yeddi yüz 
qoyun-quzu, mal-qara ayırıb bağıĢladılar. Sonra dedi: "Nə qədər mən sağam, ondan 
vergi alınmasın" 
Ġsgəndərin Daranı məğlub etməsinin səbəbi o idi ki, vəziri gizlində 
Ġsgəndərlə əlbir idi. Dara öldürüldükdən sonra Ġsgəndər demiĢdir: "Əmirin qəfləti, 
vəzirin xəyanəti Ģahlığı məhv edər". 
PadĢah hər vaxt məmurlarının vəziyyətindən xəbərdar olmalı, onların 
nələrlə məĢğul olduqlarını nəzarət altında saxlamalıdır. Əyrilik və xəyanət 
gördükdə dərhal onları baĢqaları ilə əvəz etməli, günahlarına müvafiq cəza 
verməlidir ki, baĢqaları ondan ibrət götürsün, heç kəs cəzanın qorxusundan Ģaha 
qarĢı pis fikirlərə düĢməsin. Birinə böyük bir iĢ tapĢırdıqda bir nəfəri də gizlicə 
onun üstünə nəzarətçi qoymalıdır ki, o xəbərdar olmasın, həmiĢə onun nələr 
etdiyini, özünü necə apardığını Ģaha xəbər versin. 
Əristatalis
58
Ġsgəndər Ģaha belə demiĢdir. Sənin məmləkətində hökmü-
rəvan olmuĢ bir adamı incitsən, ona daha böyük vəzifə tapĢırma. O gizlində 
düĢməninlə əlbir olub səni məhv etməyə çalıĢar". 
ġah vəzirə belə deməlidir: "ġaha o lazımdır ki, dörd qrup adamın günahı 
bağıĢlanmasın: birinci ölkəyə qəsd edənlərin; ikinci Ģahın hərəminə göz dikənlərin; 
üçüncü dilini saxlamayanların; dördüncü, üzdə Ģahla, könüldə Ģahın düĢmənləri ilə 
əlbir olanların". 
Ġnsanın iĢi sirrindən sənə xəbər verər. ġah ayıq olsa, iĢlərdə heç bir Ģey 
onun üçün gizli qala bilməz. Allah-taalanın köməyi olsa. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin