Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə14/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   10   11   12   13   14   15   16   17   ...   100
Siyasetname

Üçüncü fəsil 
ġAHLARIN ġĠKAYƏTƏ BAXMALARI,
ƏDALƏT, MƏRHƏMƏT, VƏ XEYĠRXAHLIQLARI HAQQINDA 
 
Çarə yoxdur, padĢah ən azı həftədə iki gün Ģikayətə baxıb zalimlərə cəza 
verməli, bilavasitə öz qulağı ilə rəiyyətin sözünü eĢitməlidir. Onlar mühüm olan 
məsələləri deməli, hər məsələ haqqında isə Ģah fərman verməlidir. 
Elə ki Ģahın həftədə iki dəfə məzlumları, Ģikayətçiləri qəbul edib onlara 
qulaq asma xəbəri ölkəyə yayıldı, bütün zalimlər vahiməyə düĢüb yerlərində rahat 
oturar və cəzanın qorxusundan heç kəsə əziyyət verməyə cəsarət etməzlər. 
Hekayət. Qədim kitablarda oxumuĢam ki, Əcəm Ģahlarının çoxu yüksək 
bir qurğu tikdirər və at üzərində onun üstündə durar, beləliklə, orada səhraya 


31 
yığılmıĢ Ģikayətçilərin hamısını görər və hərəsinin Ģikayətinə baxarmıĢ. Bunun 
səbəbi o idi ki, padĢah böyük qapılı, yüksək divarlı, uzun dəhlizli, qalın pərdəli 
saray kimi bir yerdə oturduqda zülm etmiĢ qərəzli adamlar Ģikayətçiyə mane olub 
onu Ģahın yanına buraxmazlar. 
Hekayət. EĢitmiĢəm, bir padĢah qulaqdan ağır imiĢ. Elə düĢünür ki, 
tərcümanlar Ģikayətçilərin sözlərini düz demirlər, vəziyyəti düzgün bilmədiyindən 
verdiyi əmrlər də o iĢə müvafıq olmur. Əmr edir: "ġikayətçilər gərək qırmızı paltar 
geysinlər və baĢqa heç kəs geyməsin ki, mən Ģikayətçiləri tanıyım


O Ģah bir filə minib səhrada durar, qırmızı paltarda kimi görsəydi 
hamısının yanına gətirilməsini əmr edərdi. Sonra xəlvət bir yerdə əyləĢib onları bir-
bir çağırar, dərdlərini bərkdən söyləməyi əmr edər, sonra hərəsi haqqında ədalətlə 
hökm verərdi. 
Bunların hamısını o dünyanın qorxusundan edərdi, çalıĢırdı ki, heç bir Ģey 
onun gözündən qaçmasın. 
Hekayət. Salmanilərdən
31
ədalətli bir əmir var idi, adına Ġsmail ibn 
Əhməd
deyərdilər. O çox ədalətli imiĢ, gözəl xasiyyətləri var imiĢ, böyük yaradana 
xüsusi etiqad bəslərmiĢ, yoxsullara ənam bəxĢ edərmiĢ, bunların hamısı onun 
haqqında yazılan kitablarda deyilmiĢdir. Bu Ġsmail o əmir idi ki, Buxarada 
əyləĢərdi, Xorasan, Əraq, Mavərunnəhr
33
onun atasının idi. 
Yəqub Leys
34
Sistandan
35
xüruc edib bütün Sistanı zəbt etdi. Təriqətçilər 
onu aldadıb yoldan çıxartdılar, o, Ġsmaili təriqətini
36
qəbul etdi. Bağdad xəlifəsinə 
qarĢı ürəyində pis Ģeylər fikirləĢməyə baĢladı. Bağdada gedərək xəlifəni öldürmək, 
əbbasilər
37
xanədanını devirmək qərarına gəldi. 
Xəlifə Yəqubun Bağdada gəlmək niyyətində olduğu xəbərini eĢitdi, bir 
elçi göndərib ona çatdırdı: "Sənin Bağdadda heç bir iĢin yoxdur, yaxĢısı budur ki, 
Kuhistan, Əraq və Xorasanı saxlayıb orada əmin-amanlıq yaradasan, geri qayıt! ". 
Xəlifə nə qədər elçi göndərirdisə, aldığı cavab bu oldu. Yəqub əmrə tabe 
olmadı və dedi: "Mənim arzum budur ki, mütləq sənin xidmətinə gəlib vəzifəmi 
yerinə yetirəm, əhdimi təzələyəm, bunu etmiyincə geri dönən deyiləm". 
Xəlifə nə qədər elçi göndərirdisə, aldığı cavab bu oldu. Yəqub ordu 
toplayıb Bağdada üz qoydu. 
Xəlifə Ģübhəyə düĢdü, böyükləri xidmətinə çağırıb dedi: "Belə görürəm 
ki, Yəqub Leys itaət boyunduruğunu atıb xəyanət məqsədilə bura gəlir, çünki biz 
onu çağırmamıĢıq, mən əmr edirəm geri dönmür. Hər halda, qəlbində xəyanət 
xəyalı var, güman edirəm ki, batinilərə
38
beyət gətirmiĢdir, bura çatmayınca bunu 
etiraf etməyəcəkdir. Biz ona qarĢı ehtiyatı əldən verməməliyik. Bu barədə nə tədbir 
görmək lazımdır?". 
Belə qərara gəldilər: "Xəlifə Ģəhərdə qalmasın, səhraya gedib orada 
ordugah düzəltsin, onun yaxın adamları və Bağdadın bütün böyükləri də onunla 
olsunlar. Yəqub gəlib xəlifəni ordu ilə birlikdə səhrada görsə, səhv etdiyini anlar, 
onun üsyan fikrində olmadığı isə xəlifəyə məlum olar. Ordugaha isə adamlar bir-


32 
biri ilə görüĢüb danıĢar, üsyan fikrində olsa belə, Ġraq, Xorasan əmirlərinin hamısı 
onunla həmfikir ola bilməz, ürəkdən ona tərəfdar çıxmazlar. Üsyanı aĢkara çıxarsa, 
biz tədbirlə onun qoĢununu əleyhinə çevirərik, bu baĢ tutmazsa, heç olmasa yol 
bizim üzümüzə açıq olar və əsirlər kimi dörd divar içərisində qalmayıb özümüzü 
bir yana çıxararıq". 
Bu tədbir əmirəlmöminin xoĢuna gəldi, elə də etdilər. Bu zaman xəlifə 
Əlmötəmid Ələllah Əhməd idi. 
Yəqub Leys gəlib xəlifənin ordugahı qarĢısında qərar tutdu. Ġki ordu bir-
birinə qarıĢdı. Yəqub Leys üsyanını büruzə verdi, bir adamla xəlifəyə xəbər 
göndərdi: "Bağdadı tərk et, hara istəyirsən get!". Xəlifə iki ay vaxt istədi. Vaxt 
vermədi. 
Gecə olcaq gizlin bir adam göndərib onun ordu baĢçılarına bildirdi: 
"Yəqub üsyan etdiyini, mülhidlərlə (allah onlara lənət etsin) həmrəy olduğunu 
büruzə verdi, o bizim xanədanı devirib düĢmənləri bizim yerimizdə oturtmaq 
istəyir. Sizdəmi onunla əlbirsiniz, yoxsa yox?!" 
Bəziləri dedilər: "Biz onun sayəsində bir parça çörək tapmıĢıq, onun 
xidmətindən bu nemətə çatmıĢıq, o nə edibsə, biz də onu etmiĢik". Əksəriyyəti belə 
dedi: "Bizim bu iĢdən xəbərimiz yoxdur, elə güman edirik ki, o heç vaxt 
əmirəlmöminin əleyhinə qalxmaz, əgər qalxsa, biz razılıq vermərik görüĢ günü 
səninlə birik, vuruĢ vaxtı sənin tərəfinə keçər və sənə qələbə qazandırarıq". Bunlar 
Xorasan əmirləri idi. 
Xəlifə Yəqubun ordu baĢçılarının bu fikirdə olduğunu gördükdə sevindi, 
sabahısı gün ürəklənərək Yəquba belə bir peyğam göndərdi: 
- Ġndi ki sən nankorluq etdin, mənimlə sənin aranda qılınedan baĢqa bir 
Ģey ola bilməz. Doğrudur, mənim ordum az, səninki çoxdur, lakin bunun 
əhəmiyyəti yoxdur. 
Əmr etdi, ordu silahlandı, vuruĢ təbili döyüldü, düĢmənçilik Ģeypuru 
çalındı, səhrada səf çəkildi. 
Yəqub Leys bunu gördükdə dedi: "Arzuma çatdım". O da əmr etdi təbil 
vurdular, ordu atlanıb, hərbi cərgə ilə səhraya getdilər və xəlifənin ordusu 
qarĢısında səf çəkdilər. O tərəfdən xəlifə gəlib ordunun mərkəzində durdu, bu 
tərəfdən Yəqub Leys də elə etdi. Sonra xəlifə bir kiĢiyə əmr etdi ki, gedib iki 
ordunun mərkəzində dursun və uca səslə belə desin: "Ey müsəlman camaatı, bilin 
ki, Yəqub yağı olub əbbasilər xanədanını devirmək, onun yerinə Mehdiyədəki 
düĢməni gətirib oturtmaq, sünniliyi
40
aradan qaldırıb, onun yerinə bidət bərpa 
etməkdən ötrü bura gəlmiĢdir. 
Kim allahın elçisi xəlifənin əleyhinə qalxsa, bu, allah taalanın əmrinin 
əleyhinə qalxmaq, müsəlmanlıq cızığından çıxmaq kimi olar, necə ki, allah-taala 
öz kitabında dönə-dönə demiĢdir: "Allaha, onun rəsuluna, sizə hökmdar olana itaət 
ediniz." Ġndi sizlərdən kim cənnəti cəhənnəmə əvəz etmək istəmirsə, haqqa kömək 
etməlidir. Üzünüzü batil olandan çevirib bizim tərəfə keçin, bizim əleyhimizə 


33 
çıxmayın". 
Yəqubun qoĢunu bu sözü eĢitdikdə Xorasan əmirləri dərhal toplaĢıb 
xəlifənin tərəfinə keçdilər və dedilər : "Biz elə bilirdik ki, o, xəlifənin əmrinə görə, 
itaət üçün gəlir. Ġndi ki, yağı olub üsyan etdiyini büruzə verdi, biz səninləyik nə 
qədər canımız var, sənin üçün qılınc vuracayıq". 
Xəlifə qüvvətlənən kimi əmr etdi, ordu hücuma keçsin. Yəqub Leys ilk 
həmlədə məğlub oldu, üz çevirib Xuzistana qaçdı. Onun bütün xəzinəsini talan 
etdilər, bunun nəticəsində ordu xeyli qüvvətləndi. 
Yəqub Xuzistana çatcaq dərhal hər tərəfə adam göndərib ordu topladı, 
valiləri çağırıb, Ġraq və Xorasan xəzinələrindən dinar və dirhəm gətirtdi. Xəlifə 
onun Xuzistanda yurd saldığını eĢitcək dərhal məktub yazıb qasidlə göndərdi: 
"Bizə məlum oldu ki, sən sadəlövh adam imiĢsən və düĢmənlərin sözünə uyub belə 
bir iĢ tutmusan. ĠĢin aqibətini görməlisən və gördün ki, allah-taala öz qüdrətini sənə 
necə göstərdi, öz ordun vasitəsilə səni məğlub etdi. Bu bir səhv idi, sənin əlindən 
çıxmıĢdı. Ġndi, bilirəm, ağlın baĢına gəlib, peĢiman olmusan. Ġraq və Ġsfahan əmiri 
olmaq üçün səndən daha layiqlisi yoxdur, sənin nemət haqqın bizim yanımızda 
çoxdur. Biz sənin bu səhvini o xidmətlərinin qarĢısında məqbul hesab edirik, elə 
təsəvvür edirik ki, heç belə iĢ olmamıĢdır. Biz bu dəhĢəti unutduğumuz kimi, sən 
də o dəhĢəti unutmalısan. Tezliklə Ġraq və Xorasana gəlib ölkənin iĢlərilə məĢğul 
olmağa baĢla!". 
Yəqub xəlifənin məktubunu oxuyub qurtardıqdan sonra nə ürəyi 
yumĢaldı, nə də tutduğu iĢdən peĢiman oldu. Əmr etdi, bir taxta tabağa tərə, balıq 
və bir neçə soğan qoyub gətirdilər. Sonra əmr etdi xəlifənin qasidinə tutub dedi: 
"Get xəlifəyə de ki, mən misgər oğluyam və misgərlik öyrənmiĢəm. Mənim 
yeməyim arpa çörəyi, soğan və balıq olmuĢdur. Bu Ģahlıq, silah, xəzinə və dövləti 
isə əyyarlıq və mərdliklə ələ keçirmiĢəm. Nə atamdan miras qalıb, nə də səndən 
mənə çatıb.Ya dediyimi edəcəyəm, ya arpa çörəyi, balıq və göyərti yeməyə 
dönəcəyəm. Budur, xəzinənin qapılarını açıb qoĢun toplamağa baĢlamıĢam, 
məqsədim də budur ki, deyirəm". 
Sonra xəlifənin qasidini yola saldı. Xəlifə nə qədər qasid göndərib məktub 
yazdısa, fayda vermədi, nə qədər ənam bəxĢ edib hörmət göstərdi isə təsir etmədi. 
Yəqub geri dönmədi, ordu toplayıb Bağdada hücum əzmində oldu. 
Yəqubun qulunc
41
xəstəliyi var idi. Birdən quluncu tutdu, halı elə 
xarablaĢdı ki, bundan canını qurtara bilməyəcəyini baĢa düĢdü. QardaĢı Əmr ibn 
Leysi özünə vəliəhd etdi, xəzinəni onun adına köçürdü və öldü. 
Əmr ibn Leys qayıdıb Kuhistana gəldi. Bir az orada qaldıqdan sonra 
Xorasana getdi. Orada hökmranlıq sürüb itaət edirdi, ordu və rəiyyət Əmri 
Yəqubdan daha çox sevirdilər. Bu əmir çox yüksək hümmət sahibi, əliaçıq, sayıq 
və siyasətcil adam idi. Onun əliaçıqlığı, hümməti o dərəcəyə çatmıĢdı ki, mətbəxini 
daĢımaq üçün dörd yüz dəvə lazım olurdu, baĢqa Ģeyləri də bununla ölçmək 
lazımdır. 


34 
Lakin xəlifə həmiĢə Ģübhə içərisində idi, qorxurdu o da qardaĢının yolu ilə 
gedə, sabahısı günü o da qardaĢı kimi edə. 
Əmr bu fikirdə olmasa da xəlifə həmiĢə bu barədə düĢünür, ara vermədən 
Buxaraya, Ġsmail ibn Əhmədin yanına gizlicə adam göndərirdi ki: "Əmr ibn Leysə 
qarĢı xüruc et, qoĢun çək və dövləti onun əlindən al, Xorasan və Əraqın əmiri 
olmağa sən daha çox haqlısan, çünki bu yerlər sənin alanın olubdur və onlar isə 
zəbt elmiĢlər. Deməli, birinci budur ki, haqq sənin tərəfindədir; ikinci sənin 
üstünlüklərin ondan çoxdur; üçüncü. mənim duam sənin üstündən əskik 
olmayacaqdır. Bu hər üç mənada Ģübhə etmirəm ki, allah-taala səni onun üzərində 
qələbə çalmağa kömək edəcək. Sən ona baxma ki, ordu və sayın onunkundan azdır, 
ona bax ki, alah-taala buyurmuĢdur: "Allahın icazəsi ilə çox az qoĢunlar çox-çox 
qoĢunlara qalib gəlmiĢlər. Allah səbr edənlərlədir ". 
Xəlifənin dedikləri yavaĢ-yavaĢ Ġsmail ibn Əhmədin ürəyinə təsir etdi, o, 
qəti qərara gəldi ki, Əmr ibn Leyslə müharibə etsin. Nə qoĢun vardısa, hamısını 
toplayıb Ceyhunu bu tərəfə keçdi, qamçı baĢı ilə saymağa baĢladı, iki min atlı oldu, 
belə ki, ikisindən birinin qalxanı, iyirmisindən birinin zirehli paltarı, əllisindən 
birinin nizəsi var idi, bir adam var idi ki, atı olmadığından zirehli paltarı örkənlə 
sərimiĢdi. 
O Amudan
42
Mərvə gəldi. Əmr Leysə xəbər apardılar ki, Ġsmail ibn Əhçəd 
Ceyhundan keçib, Mərvə gəlmiĢdir. Mərvin darğası qaçmıĢdır, o, ölkəni tələb edir. 
Əmr Leys güldü. NiĢaburda idi. YetmiĢ min süvari topladı, hamısı zirehli, 
dəbilqəli, silahlı-yaraqlı. 
O tam hazırlıqlı bir Ģəkildə Bəlxə üz qoydu. Bir-birinə çatdıqda vuruĢ 
baĢladı. ĠĢ elə gətirdi ki, Əmr ibn Leys Bəlxin qapısında məğlub oldu, onun yetmiĢ 
min atlısı geri qaçmağa baĢladı, nə bir nəfər yaralandı, nə bir nəfər əsir düĢdü. 
Onların arasından yalnız Əmr ibn Leys özü ələ keçdi. 
Onu Ġsmailin yanına gətirdilər, əmr etdi ki, onu pələng saxlayanlara 
tapĢırsınlar. Bu, dünyanın qəribəliklərindən biridir. 
Bir namaz da qıldıqdan sonra Əmr Leysin fərraĢlarından biri ordugahın 
həyətində gəziĢirdi, gözü Əmr Leysə düĢdü, ürəyi yandı. Dedi bu gecə mənim 
yanımda qal, lap tək qalmıĢam. Dedi nə qədər sağam, yeməksiz keçinə bilmərəm, 
yemək üçün mənə bir Ģey tap, FərraĢ bir batman ət lapdı, əsgərlərdən bir dəmir 
qazan girov aldı. Sonra o yan-bu yana qaçıb bir az quru peyin yığdı, iki-üç kəsəyi 
bir-birinin üstünə düzüb ocaq qaladı, əti qazana saldı, duz tapmaq üçün ocaqdan 
aralanmalı oldu. 
AxĢama yaxın, bir it gəldi, baĢını qazana uzatdı, bir sümük götürdü, ağzı 
yandı, baĢını geri çəkəndə qazanın halqası boynuna keçdi qazanı götürüb qaçdı. 
Əmr ibn Leys bunu gördükdə üzünü əsgərlərə və keĢikçilərə çevirib dedi: 
"Ġbrət götürün, mən haman o adamam ki, səhər mənim mətbəximi dörd yüz dəvə 
çəkirdi, axĢam isə bir it onu götürüb apardı." Bir də dedi: "Səhər əmir idim, axĢam 
əsir oldum". 


35 
Bu da həyatın qəribəliklərindən biridir. 
Bu hər iki qəribə hadisədən daha təəcüblüsü odur ki, Əmr Leys tutulduqda 
Əmir Ġsmail üzünü böyüklərə tutub demiĢdi: "Bu qələbəni o böyük allahdan baĢqa 
heç kəs mənə verməmiĢdir və bu iĢdə allahdan baĢqa heç kəsin mənim boynumda 
haqqı yoxdur". Sonra dedi: "Biliniz ki, Əmr Leys alicənab, səxavətli, çox silah və 
ordusu olan siyasətçi, tədbirli, sayıq, iĢbilən, haqq tanıyan, qədir bilən, süfrəsi açıq 
bır adam idi. Mənim fikrim budur cəhd edəm ki, ona heç bir zərər toxunmasın, 
qalan ömrünü rahatlıqla keçirsin". 
Əmr Leys bunu eĢitdikdə dedi: "Bilirəm, mən özümü bu əsirlikdən qurtara 
bilməyəcəm. Sən ki, Ġsmailsən, mənim yanıma bir inanılmıĢ adam göndər, deyəsi 
sözüm var, məndən eĢidib sənə çatdırsın". 
Bu xəbəri Ġsmailə çatdırdılar. Ġsmail dərhal inanılmıĢ bir adam göndərdi. 
Əmr Leys ona dedi: "Ġsmailə de ki, məni sən məğlub etmədin, bəlkə sənin dəyanət, 
inam, xoĢəxlaqın və əmrəlmöminin narazılığı məğlub etdi. Ġzzət və cəlal sahibi 
olan o allah bu ölkəni məndən alıb sənə vermiĢdir. Bu yaxĢılıq, əliaçıqlıqla sən bu 
dövlətə daha çox layiqsən, mən o izzətli və cəlallı allahın iradəsinə tabe olur, sənə 
xoĢbəxtlikdən baĢqa heç bir Ģey arzu etmirəm. Sən indi yeni ölkə zəbt edibsən, 
lakin var dövlətin yoxdur. Mənim və qardaĢımın isə çoxlu xəzinə, dəfinə və 
cəvahiratımız vardır ki, onların siyahısını sənə bağıĢlayıram. Qoy sənin də var-
dövlətin olsun, silah qayıtdır, qoĢun topla, qüvvətli ol və xəzinə düzəlt". 
Sonra cəvahiratın siyahısını çıxarıb, haman adam vasitəsilə Əmir Ġsmailə 
göndərdi. 
ĠnanılmıĢ adam gəlib eĢitdiklərini dedi və sənədləri Ġsmailin qarĢısına 
qoydu. Ġsmail üzünü böyüklərə tutub dedi: "Bu Əmr ibn Leys çox zirək adamdır, 
istəyir zirəklərin əlindən yaxa qurtarıb, zirəkləri tora salsın və əbədi bəlaya düçar 
etsin". 
Sonra siyahı və qəbzi götürüb haman inanılmıĢ adamın qabağına tulladı və 
dedi: "Bu sənədləri ona qaytar və de ki, sən o qədər hiyləgərsən ki, istəyirsən hər 
Ģeydən özünü kənara çəkəsən. Sənə və qardaĢına dövlət haradan gəlmiĢdir? Sizin 
atanız bir misgər kiĢi idi, sizə də misgərlik öyrətmiĢdir. Göylərin təsadüf 
gərdiĢindən siz ölkəni zəbt etdiniz, qoçaqlıqla hakimiyyəti ələ keçirdiniz. Bu qızıl 
və gümüĢlər, dinar və dirhəmlər xalqdan zorla alınmıĢdır. Qoca qadın və kiĢilərin 
sursatından, qərib və müsafirlərin ehtiyacından, yoxsul və yetimlərin malından 
toplanmıĢ, xəzinə yaradılmıĢdır. Bunların cavabını sabah izzət və cəlallı allah 
qarĢısında sən verməlisən. Ġndi isə cəld tərpənib bu zülmü mənim boynuma atmaq 
istəyirsən ki, sabah qiyamət günü düĢmənlər sizin yaxanızdan tutub deyəndə ki, 
bizdən nahaq aldığınız malları geri verin, siz deyəsiniz ki, nə almıĢıqsa hamısını 
Ġsmailə tapĢırmıĢıq, ondan tələb edin. Siz hər Ģeyi mənim boynuma yıxmaq 
istəyirsiniz, mənim isə düĢmənlərə, izzət və cəlallı allahın qəzəbinə cavab verməyə 
halım yoxdur." 
Allahın qorxusundan və etiqadın gücündən xəzinənin qəbzini qəbul 


36 
etmədi, onu geri göndərdi, dünya malına inanmadı. O, bu zəmanə əmirlərindən 
deyildi ki, bir haram dinar xatirinə on haramı halala çevirməkdən, haqqı batil 
etməkdən qorxmayaydı və aqibətini fikirləĢməyəydi. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin