Əbu Əli Həsən ibn Əli Xacə


"Siyasətnamə" Azərbaycan dilində ilk dəfə nəĢr olunur



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə10/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   6   7   8   9   10   11   12   13   ...   100
Siyasetname

"Siyasətnamə" Azərbaycan dilində ilk dəfə nəĢr olunur. Prof.Rəhim 
Sultanov bu misilsiz ədəbi abidəni tərcümə etməklə Azərbaycan oxucuları, eləcə 
də ədəbiyyatımıza dəyərli hədiyyə təqdim etmiĢdir. Biz bundan əvvəl də farsdilli 
klassik ədəbiyyatdan bir neçə əsəri, o cümlədən ―Qabusnaməni", "KəliIə və 
Dimnə"ni dilimizə çevirməklə mütərcimin bu sahədəki bacarığı, qələminin qüdrəti 
və dinin rəvanlığı ilə tanıĢ idik. "Siyasətnamə"də isə R.Sultanov uzun illərdən bəri 
topladığı tərcüməçilik təcrübəsini, klassik ədəbiyyat abidəsinin müasir dilimizə 
çevirmək qabiliyyətini daha parlaq Ģəkildə nümayiĢ etdirmiĢdir. Mütərcimin əsər 
haqqında yazdığı geniĢ tədqiqat, ona əlavə etdiyi izahlar, Ģübhəsiz ki, əsərin 
düzgün qavranılması, onun yazıldığı tarixi Ģərait haqqında oxucuda tam təsəvvür 
oyatmaq iĢinə qiymətli yardım göstərəcəkdir. Əsərin çapa hazırlanmasında 
Azərbaycan SSR EA Yaxın ġərq xalqları Ġnstitutunun Ġran filologiyası Ģöbəsinin 
əməkdaĢı N.B.Ġsmayılova iĢtirak etmiĢ, adlar cədvəlini hazırlamıĢdır. 
Həmid Məmmədzadə 
 
 
 
 
 
 
 
 


25 
KĠTABIN YARADILMASI SƏBƏBĠ 
"Kitablar xəzinəsinin nasixi
1
bu kitabın yaradılması səbəbi haqqında belə 
deyir ki, möminlərin inanılmıĢ əmiri xoĢbəxt sultan Əbülfəth MəlikĢah bin 
Məhəmməd
2
- allah onun yolunu iĢıqlandırsın - dörd yüz həĢlad dördüncü
3
ildə bir 
neçə dünyagörmüĢ, müdrik və alim Ģəxsə buyurdu: hər biriniz bizim məmləkət 
haqqında düĢünün görün bizim zəmanədə nə kimi pisliklər var, nə səbəbə bizim 
sarayda, dövlət və divan idarələrində, məclislərimizdə belə nalayiq iĢlərə yol 
verilir, görün nələr bizim üçün gizlində qalmıĢdır, bizdən əvvəlki Ģahların hansı 
vəzifələrini biz yerinə yetirmirik. Bundan əlavə, səlcuqilər sülaləsinə aid olan 
keçmiĢ Ģahların gördükləri bütün iĢləri, ayin və ənənələrin hamısını yazıb 
(dərgaha) təqdim ediniz. Biz onları nəzərdən keçirib bir az fikirləĢdikdən sonra (elə 
edərik ki,) bundan sonra dünya və axirətin bütün iĢləri öz qaydasında getsin, hər 
vəzifə layiqincə yerinə yetirilsin, bəd əməllərdən qaçılsın, böyük yaradan bu 
dünyanı bizə bəxĢ etmiĢ nə qədər nemət varsa, hamısını bizə vermiĢ, 
düĢmənlərimizi isə məğlubiyyətə uğratmıĢdır. Bundan sonra bizim ölkəmizdə heç 
bir tədbir nöqsanlı olmamalı, heç bir Ģey bizim gözümüzdən qaçmamalıdır". 
O, Nizamülmülk
4
, ġərəflilmülk
5
, Tacülmülk
6
, Məedəlmülk

və bu 
qəbildən olan adamlara belə əmr etmiĢdi. sonra hər kəsin ağlına nə gəldisə, onu da 
yazıb Ģahın dərgahına təqdim etdi. Nizamülmülkdən baĢqa heç kimin əsəri 
bəyənilmədi. ġah dedi: "Bu fəsillərin hamısı mənim ürəyim istəyən kimi 
yazılmıĢdır, buna heç bir Ģey artırmaq olmaz. Mən bu kitabı özüm üçün rəhbər 
tutub orada deyilənlər kimi edəcəyəm". 
Mən bu kitabın üzünü köçürüb xəzinəyə təqdim etdim, ümid edirəm ki
bəyəniləcəkdir. Heç bir padĢah və hökmdar bu kitabı oxumadan keçinə bilməz, 
xüsusilə indiki dövrdə; nə qədər çox oxusalar, din və dövlət iĢində o qədər çox 
sayıq olarlar, doğru tədbir yolları onlar üçün daha geniĢ açılar; saray, dərbar, divan, 
məclis, meydan, ordu baĢçıları və rəiyyətin vəziyyəti onlar üçün daha aydın olar; 
ölkə daxilində uzaqdan-yaxına, böyükdən-kiçiyə qədər heç bir Ģey onların 
gözündən qaçmaz... Bu kitab aĢağıdakı tərtib üzrə əlli
8
fəsildən ibarətdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin