Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə6/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   2   3   4   5   6   7   8   9   ...   100
Siyasetname

A.Bakıxanov. Gülüstani-Ġrəm, Bakı,1951, səh.71 


14 
yolmuĢlduar. Sultan günlərlə heç bir Ģey yemir, uĢağını basdırmağa qoymurdu.
Xəlifə bu xəbəri eĢitdikdə Bağdadda üç günlük matəm elan etmiĢdi. Xəlifənin 
vəziri bu vəziyyətdə nə edəcəyini bilməyib Nizamülmülklə məsləhətləĢir. 
Nizamülmülk MəlikĢahın yanına deyil, baĢ hərəm sayılan Türkan xatunun yanına 
getməyi lazım bilir. Hər ikisi birlikdə onun yanına gəlib məsələni açırlar. Türkan 
xatun müəyyən Ģərtlərlə, xüsusilə də toy mərasiminin səlcuq qaydasında 
keçiriləcəyi təqdirdə bu iĢin düzəlməsinə söz verir. Özü də qeyd edir ki
Türküstan xanlarından, Qəznə sultanlarından qızın istəyənləri çoxdur, Ģəxsən 
bunu xəlifənin xatirinə edir ki, yeri gəldikcə bu xidmət qarĢısında xəlifənin də ona 
əl uzadacağına əmin olsun. Vəzir xəlifə tərəfindən tam vəkalətli olduğunu və onun 
bütün Ģərtlərini qəbul etdiyini deyir. Türkan xatunun bu sən Ģərti Nizamülmülkün 
xoĢuna gəlməsə də, o, heç bir söz demir. Vəzir bir aya qədər Ġsfahanda qaldıqdan 
sonra MəlikĢahın razılığını alır, özündən razı halda Bağdada, xəlifənin yanına 
qayıdır. Ġki yaĢlı Davudun ölümü, Ģahın tacgüzarlığını, vəliəhdin təyinini, 
Xəlifənin toyunu xeyli təxirə salır. Lakin bu məsələlər ölkənin ümumi, ictimai-
iqtisadi, siyasi vəziyyətindən asılı olmayaraq heç vaxt unudulmur, Ģahı, Türkan 
xatunu, xəlifəni və Nizamülmülkü həmiĢə düĢündürürdü. Hərəsinin öz planı, öz 
mövqeyi, öz məqsədi vardı. l087-ci illərə doğru, hələ Həsən Səbbah fədailərinin 
Ģahların, vəzirlərin, xəlifələrin canına qorxu salmazdan bir neçə il əvvəl, ölkədə 
nisbətən "sakitlik" hiss edən MəlikĢah və xəlifə tacgüzarlıq və toy mərasiminin 
vaxtının çatdığını hiss edirdilər. 
MəlikĢah-xəlifə qohumluğu özünün ideyasına görə qılınc-Quran, səltənət-
Ģəriət qohumluğu idi. Hər iki tərəf buna azı 5-6 il hazırlıq görmüĢdü. Bu toyu təsvir 
edənlər tarixdə hələ belə təntənə, cah-cəlal, dəbdəbə görünmədiyini qeyd edirdilər. 
Bizim bu müqəddimədə məqsədimiz tarix yazmaq deyil, Nizamülmülkün necə 
vəzir və Ģəxsiyyət olduğunu göstərməkdən, onun heç olmazsa, ümumi Ģəkildə 
obrazını təsvir etməkdən və "Siyasətnamə" müəllifinin daxili mənəviyyatını açıb 
göstərməkdən ibarətdir. Əks təqdirdə, "Siyasətnamə"nin özünün mahiyyətini 
aĢkara çıxartmaq mümkün ola bilməz. Buna görə də biz bilavasitə Nizamülmülklə 
bağlı olmayan məsələlərə burada mövzu ilə az əlaqəsi olan dərəcədə toxunuruq. 
Nizamülmülk bütün baĢqa iĢlərdə olduğu kimi, Ģübhəsiz, toy məclisində 
də çox mühüm rol oynayır və mərkəzi Ģəxsiyyətlərdən biri, bəlkə də birincisi idi. 
Əslinə qalsa, xəlifəyə qızın "hə" cavabını da o vermiĢdi. Ona görə də, 
Nizamülmülkün Bağdada yaxınlaĢma xəbəri xəlifəyə çatdıqda o, dərhal bir adam 
göndərib Nizamülmülkün atda, yerdə qalan adamların piyada gəlməsini əmr edir. 
Nizamülmülk "Məcməul-vəsaya" ("Vəsiyyətlər toplusu") adlı əsərində onların 
xəlifə tərəfindən necə qarĢılandığını belə təsvir edir: 
"Kəbin kəsiləcək gün Sultan əmr etdi ki, dünyanın hər tərəfindən dəvət 
edilmiĢ bütün əyan və əĢrəf xəlifənin xoĢuna gəlmək üçün hüzuruna, darül-xilafəyə 
piyada getsinlər. Xəlifə bundan xəbər tutacaq dərhal bir adam göndərib böyük əyan 
və əĢrafların toplandığı yerə xəbər çatdırdı: Əmirəlmö'minin (xəlifə) əmri budur 


15 
ki, darülxilafəyə Nizamülmülk atlı, qalanlar isə piyada gəlməlidirlər. Bunu 
eĢitdikdə dərhal murad atını mindim, dünyanın bütün əyanları isə mənim yanımda 
piyada yola düĢdük. Xilafətin ziyafət məclisinə çatdıqda sən dərəcə böyük və uca 
bir taxt qoyub məni oturtdular. BaĢqaları mənim sağımda və solumda qərar 
tutdular. Alim və böyüklərin sayı qədər hamıya xələt gətirdilər. Mənim xələtim çox 
naxıĢlı və bəzəkli idi. Üzərində isə yazılmıĢdı: "Dünyanın alim, adil vəziri Rəziyy 
(xoĢbəxt kiĢi - R.S.) Əmirəlmö'minin Nizamülmülkə". Ġslamın zühurundan indiyə 
qədər vəzirlərdən heç kəsə "Əmirəlmö'minin" adı nəsib olmamıĢdı"
14

Xəlifə Müqtədinin Nizamülmülkə göstərdiyi bu lütf bir tərəfdən
MəlikĢahın qüdrət və əzəmətinə göstərilən hörmət əlaməti idisə, digər tərəfdən 
onu xilafət baĢına gətirməkdə böyük xidməti olan əvəzsiz vəzir Nizamülmülkün 
özünə Ģəxsi minnətdarlığının əlaməti idi. Nizamülmülk özünə verilən bu 
"Əmirəlmöminin" adından həddən artıq qürrələndiyini, daxilində xudpəsəndlik,
lovğalıq, təkəbbür hisslərinin baĢ qaldırdığını hiss edir, batinində Ģeytani 
hisslərin coĢduğunu, insani hisslərin söndüyünü, belə cah-cəlala baxmayaraq, 
özünün miskin, zavallı olduğunu duyur, onun üçün bundan yüksək mənsəb və 
məqamın ola bilməyəcəyini yazır. Dünyanın faniliyi onun gözü qarĢısında
canlanır, bundan sonra inhitat, eniĢ dövrünün baĢlayacağı qorxusu onu 
bürüyür. Nizamülmülk o uca taxt üstündə oturarkən təqribən belə bir vəziyyətdə 
olduğunu təsvir edir. Sonra zorla özünü ələ ala bilir. Oğluna vəsiyyətnamə Ģəklində
yazdığı "Məcməul-vəsaya" yəni "Vəsiyyətlər toplusu"nda xəlifə ziyarətindən
qayıtdıqdan sonra nə kimi dəhĢətli, vahiməli yuxular gördüyünü yazır. Bunlar 
xacənin öz dilindən olduğu, onun necə deyərlər, bu dünyadan gedəcəyini hiss edən 
bir adamın etirafı olduğu üçün, Nizamülmülkü yaxĢı tanımaq üçün çox 
səciyyəvidir. 
Nizamülmülk bu yuxular haqqında çox geniĢ danıĢdığı üçün biz onun 
farsca mətnini və tərcüməsini verməkdənsə qısa məzmununu danıĢmağı 
məqsədəuyğun hesab edirik. Maraqlananlar məxəzlərə müraciət edə bilərlər 
15

Qısa məzmun belədir: "Xəlifənin hüzurundan qayıtdıqdan sonra gecə 
yatdım.Yuxuda gördüm ki, haman taxt daha uca bir yerdə qoyulmuĢ, haman xələt 
əynimdə onun üzərində oturmuĢam. Lakin tək-tənhayam. Təklikdən dəhĢət məni 
bürümüĢdü. Birdən sən dərəcə eybəcər və çirkin bir adam mənim yanımda, taxtın 
üzərində oturdu. Üfunətdən baĢım çatlayırdı. Bir az keçməmiĢ ondan da eybəcər və 
üfunətli bir adam peyda olub yanımda oturdu. Sonra bir-birindən daha üfunətli, 
daha kifir, daha qorxulu əcayib-qərayib həyulalar mənim ətrafıma toplaĢdılar. 
Hamısı da taxt üzərində məni sıxıĢdırıb yerə salırdılar. Az qalırdı yerin darlığından 
o uca taxtdan yıxılım, üfunətin tündlüyündən boğulurdum. Birdən yuxudan 
ayıldım. Allaha Ģükür etdim. Sabahı sədəqə payladım, yuxumu heç kəsə 
danıĢmadım. Ġkinci gecə eynən yuxunu gördüm. Bədənimə lərzə düĢdü. 
14
Tərcümeyi-hali-vəzir, səh.29 
15
Tərcümeyi-hali-vəzir, səh.29-30 


16 
Ayılmasaydım yəqin canım çıxmıĢdı. Üçüncü gecəni qorxumdan yatmağa cəsarət 
etmədim. Lakin səhərə yaxın yuxu məni yenə apardı. Yenə həmən eybəcərlər 
baĢıma toplandı. Az qalırdı ürəyim partlasın. Birdən üzlərindən nur tökülən 
adamlar haradansa nazil oldular. Eybəcərlər yoxa çıxdılar. Ətrafımı rayihələr 
bürüdü, kefım kökəldi, könlüm açıldı, o qədər sevindim ki, qələm onu fəsvir 
etməkdən acızdır. Nəhayət, bunlardan birinə xitab edib dedim: "Siz kimsiniz və 
onlar kim idilər?". Onlar dedilər: "Biz sənin dünyada gördüyün xoĢ əməllərin, 
onlar isə bəd əməllərin idi. Bizim və onların həddi-hüdudu, sayı-hesabı yoxdur. 
Ġndi isə özün bil, onlar xoĢuna gəlirsə, bizdən əl çək, yox biz xoĢuna gəliriksə, 
onları tərk et"
16

MəlikĢah, Türkan xatun, Xəlifə, Nizamülmülk münasibətlərinin iki 
problemi toy, tacgüzarlıq məsələsi qurtarmıĢ, yalnız bir vəliəhdi təyin etmək 
qarĢıda günün ən vacib və yeganə məsələsi kimi dururdu. Burada hər birinin öz 
xüsusi mövqeyi vardı. Ən maraqlı Türkan xatun ilə Nizamülmülk arasındakı 
münasibət idi. Ona görə də, ilk ciddi toqquĢma vəliəhd təyin etməkdən baĢladı. 
Ümumiyyətlə, bütün səlcuq sultanları, xanlarl kimi MəlikĢahın arvadı Türkan 
xatun da hökmlü, yalnız əri üzərində deyil, dövlət adamları, saray xadimləri 
üzərində böyük nüfuzu, özünün xüsusi divanı, on iki ınindən yuxarı seçmə 
ordusu,Tacülmülk Ğənaimi kimi hiyləgər, tədbirli, mahir, riyakar vəziri, öz tayfa 
və qəbiləsi içərisində çoxlu miqdarda adam və tərəfdarları olan, zahirən gözəl və 
cazibədar, batinən kinli və qəddar qadın idi.Türkan xatun məxəzlərin verdiyi 
məlumata görə, baĢladığı iĢi yarımçıq qoymayan, qarĢıda qoyduğu məqsədə 
çatmaq üçün heç bir Ģeyi müzayiqə etməyən, bütün tədbirlərə, onun yaxĢı və 
pisliyindən asılı olmayaraq əl atan mətin, iradəli, qorxmaz bir qadın idi. MəlikĢah 
özünə vəliəhd seçmək istəyərkən bu qadın öz dörd yaĢlı oğlu Mahmudun 
seçilməsini tələb edirdi. MəlikĢahın o biri arvadı Zübeydə xatundan Börküyarıq 
adlı böyük oğlu var idi. Nizamülmülk onun vəliəhdliyini məsləhət görürdü. 
Nizamülmülk bunu deyərkən Börküyarığın anasının əsil-nəcabətli olmasını, 
böyüklüyünü, ölkəni idarə etməyə daha tez hazır olmağını irəli sürürdü. Ənənəyə 
görə də vəliəhdlik ona düĢürdü
17
. Lakin onun özünün heç kəsə demədiyi məqsəd və 
mülahizəsi vardı. Burada böyüklük məsələsini irəli sürən Nizamülmülk Alp Arslan 
ölərkən onu nəzərə almamıĢ, yaĢca daha kiçik olan MəlikĢahın taxta çıxmasını 
təmin etmiĢdi. Əlbəttə, məsələ indi tamamilə baĢqa cür idi. Əslində özünün və ya 
övladının vəzirliyinin müqəddəratı məsələsi idi. Türkan xatunun vəziri Tacülmülk 
idi, xatunun oğlu vəliəhd olarsa, onun da vəzirinin Tacülmülk olacağı heç bir 
Ģübhəyə yol vermirdi. v)gər Börküyarıq hakimiyyət baĢına keçsəydi, heç vaxt 
Nizamülmülk Ģəxsən ona göstərdiyi yaxĢılığı unutmayacaq, sağ qalarsa, özünü 
vəzirlikdə saxlayacaq, olmazsa oğlunu vəzir təyin edəcək idi. Buna da heç bir 
Ģübhə ola bilməzdi. Sultan hələ də açıq-açığına Nizamülmülkə qarĢı çıxmağın, 
16
Tərcümeyi-hali-vəzir, səh.29-30 
17
Tərcümeyi-hali-vəzir, səh.29-30 


17 
xüsusilə böyük oğlu ilə birləĢməsinin məsləhət olmadığını nəzərə alaraq, 
Börküyarığa üstünlük vermiĢ, beləliklə, Türkan xatunla Nizamülmülk arasında 
düĢmənçiliyin artmasına, həm də sevimli baĢ hərəminin böyük narazılığına səbəb 
olmuĢdu. Türkan xatun Nizamülmülkdən qisas almaq üçün tədbirlər düĢünməyə 
baĢlayır. Belə qərara gəlir ki, Nizamülmülkü məhv etmək üçün ən düzgün yol 
Məlik Ģahla onun arasını vurmaq, vəzirlikdən uzaqlaĢdırmaq, adamlarını 
vəzifələrdən qovmaq və beləliklə, Nizamülmülk hökmranlığına sən qoymaqdır. 
BaĢqa sözlə, Nizamülmülk özündən əvvəlki, Alp Arslanın vəziri Əmdülmülkü 
hansı yolla aradan qaldırmıĢdısa, o üsul ilə də, onun özünü məhv etmək qərarına 
gəlir. BaĢ hərəm fitnə-fəsada baĢlayır. Sözsüz ki, bu iĢdə ona köməkçilər də lazım 
idi. Birinci növbədə, onun məsləhətçisi, Ģübhəsiz Tacülmülk olmalı idi. Ġlk 
fəaliyyət MəlikĢahın sultanlıq hissinə toxunmaq, ölkəni onun deyil, 
Nizamülmülkün idarə etməsindən özünün ov, əyləncə, dövlətə dəxli olmayan 
baĢqa iĢlərə baĢı qarıĢdığından, Nizamülmülkün və onun adamlarının zülm və 
ədalətsiz iĢlərindən, hətta səlcuqlar xanədanına mənsub olan adamları belə, 
döydürüb həbsə saldırdığından və sairədən danıĢmağa, hər gün, hər gecə onun 
qulağını doldurmağa baĢlayır. Türkan xatunun dediklərində həqiqət də var idi, 
sultan özü də bunu gözəl bilirdi. Türkan xatunun casusları belə hadisələri Ģahın 
qulağına çatdırmaqda az səy göstərmirdilər. Bəd söz də qaratikan toxumu kimi bir 
Ģeydir, hansı qulağa düĢsə baĢ verib cücərəcək, ürəyə keçsə, dəlib deĢəcək. 
MəlikĢaha deyilən sözlər isə tam onun ürəyini niĢan alırdı. MəlikĢah oturub indiyə 
qədər Nizamülmülkün onun xilafına nələr gördüyünü xatırlayır, get-gedə Ģübhə 
etimadsızlıq kabusu onu öz cənginə alır, fitnə və qisas cadusu onu intiqam 
məcrasına yönəldirdi. Hələlik gizli halda, yavaĢ-yavaĢ közərən, Türkan xatun 
tərəfindən alovlandırılan bu cəza közünün Ģölələnməsi üçün Nizamülmülk, ya onun 
adamları tərəfindən bircə yanlıĢ hərəkət, xoĢagəlməz bir hadisə kifayət idi. Belə bir 
hadisə Ġsfahandan uzaqda Mərv Ģəhərində baĢ verdi. Məxəzlərdə oxuyuruq: 
"Xacənin oğlu Osman Mərvin hakimi idi. Onunla Mərvin Ģəhnəsi
arasında ixtilaf əmələ gəldi. ġəhnə sultanın yaxın adamlarından idi. Osman
əmr etdi. ġəhnəni tutdular. Buraxıldıqdan sonra Ģəhnə sultanın hüzuruna 
gəlib əhvalatı sultana danıĢdı. Bu rəftar sultanın qəzəbini daha da artırdı, o həddən 
artıq hiddətləndi və dövlət baĢçılarını çağırıb belə bir sifariĢlə Xacənin yanına 
göndərdi və dedi: "Xacəyə çatdırın ki, əgər o ölkəyə mənimlə Ģərikdirsə, bu baĢqa 
məsələ, əgər o mənə tabedirsə, nə üçün özünü saxlamır, oğlanları və tabeliyində 
olanları tərbiyələndirmir. Onlar bütün dünyanı öz əllərinə alıblar, hətta o 
dərəcəyə çatdırıblar ki, bizim adamlarımıza da hörmət qoymurlar. Yoxsa, 
istəyirsən əmr edəm sənin qələm-dəvatını əlindən alsınlar." 
Onlar Xacənin yanına gəlib sifariĢi çatdırdılar. Xacə inciyib hirsləndi və 
dedi: "Sultana deyin, məgər bilmir ki, ölkədə mən onun Ģərikiyəm. O, bu 
mərtəbəyə mənim tədbirim sayəsində çatıbdır. Yadında deyilmi, Sultan Alp Arslan 
öldürüldükdə necə mən, əmirləri və qoĢunları toplayıb Ceyhun çayını keçdim. 


18 
Onun üçün Ģəhərlər almıĢ, ġərq və Qərb ölkələrini fəth etmiĢəm. Deyiniz ki, o tac 
bu qələm-dəvata bağlıdır. Bu qələm-dəvatı alsan, o tacı da ondan alarlar". 
Həqiqətən, xacənin cavabı çox sərt idi. Sözünü deyib qurtardıqdan, hirsi 
yatdıqdan sonra onlara dedi: "Mən bu sözləri əsəbiləĢdiyim üçün belə dedim. Siz 
istəyirsiniz, bu sözləri eynən olduğu kimi çatdırınız, istəyirsiniz, necə məsləhət 
bilirsinizsə, hamınız birlikdə o curə də deyiniz."
18
Onlar çıxıb Ģahın yanına gəldilər və birlikdə dedilər: "Xacə ərz etdi ki, o 
sizin kiçik qulunuzdur, oğlanları da sizin nökəriniz. Sultanın əmri onların canları, 
mal-dövlətləri üçün məcburidir. 
Necə əmr edilərsə, elə də yerinə yetiriləcəkdir. Oz övladlarına elə bir 
qulaqburması verəcəkdir ki, qalanlara da ibrət dərsi olsun". 
Sonra elə ki, məclis xali oldu, o adamlardan biri (Tacülmülk-R.S.) sultana 
dedi: "Xacənin Ģaha qul olduğu haqqında sizə deyilən sözlər xacənin cavabı 
deyildir. Xacə elə dedi, belə dedi". Sultan bir az fikrə getdi, bu sözün üstündən 
keçdi. Xacə isə, vəzirlikdə öz yerində qalmaqda davam etdi. 
Nizamülmülk haqqında danıĢılan təqribən bütün məxəzlərdə bu əhvalat 
çox cüzi dəyiĢikliklə eyni Ģəkildə verilir. Lakin sonrakı söhbətlərdə zidiyyət və 
ixtilaflar meydana çıxır. Bəziləri öldürülən günə qədər Nizamülmülkün vəzirlikdə 
qaldığını, bəziləri hələ bir il əvvəl Türkan xatun tərəfindən düzəldilmiĢ tədbir 
əsasında vəzirlikdən qovulduğunu yazırlar. A.Bakıxanov özünün "Gülüstani-Ġrəm" 
əsərində yazır: "Axırda MəlikĢahın baĢ hərəmi Türkan xatun cürbəcür böhtanlarla 
Nizamülmülkü padĢahın gözündən saldı. Nizamülmülk iĢdən kənar edildi və bir il 
sonra Nəhavənd Ģəhərində Həsən Səbbahın fədailəri tərəfindən ölıdürüldü"
19

Türkan xatun oğlunu vəliəhd keçirmək üçün bütün tədbirlərə əl atır, əri 
MəlikĢahla açıq üz-üzə gəlməsə də arxada xəlifə ilə saziĢə girə bilmiĢdi. Bu isə 
MəlikĢahı qəzəbləndirmiĢ, onun Bağdada gedərək xəlifənin Bağdadı tərk etməsini 
tələb etməyinə səbəb olmuĢdu. Tarixi məxəzlərin verdiyi məlumata görə, 1090-cı 
illərdə Qəzvin yaxınlığında Ələmut qalasının Həsən Səbbah və onun tərəfdarları 
tərəfindən alınaraq bir tərəfdən Səlcuq dövlətinə, digər tərəfdən ərəb xilafətinə 
meydan oxuması da vəziyyəti xeyli gərginləĢdirmiĢdi. Həsən Səbbahın qul kimi 
müti olub, onun əmrlərini kor-korana həyata keçirən və «fədai» adlanan 
tərəfdarları artıq terrorçuluğa baĢlamıĢ, ayrı-ayrı adamları aradan qaldırmaq üçün 
öz fəaliyyətlərini geniĢləndirmiĢdilər. 
Nizamülmülk MəlikĢahı təhrik edir, Həsən Səbbahın fitnəsınə sən qoymaq 
üçün qəti tədbir görülməsini tələb edirdi. Fədailərin 1090-cı ildə qurbanı Savə 
müəzzinin öldürülməsinə etiraz olaraq MəlikĢah Ələmut qalasında oturan Həsən 
Səbbaha yazırdı: "Sən özündən yeni din icad edibsən, avam dağlıları yoldan 
çıxarıb Əbbasi xəlifələrini ələ salır, adamları öldürtdürür, ölkədə qarıĢıqlıq salırsan. 
Təriqətdən əl çək, əsil islam yoluna qayıt. Əks təqdirdə qalanı yerlə yeksan edib, 
18
Tərcümeyi-hali-vəzir, səh.17-18 
19

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin