Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə9/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   5   6   7   8   9   10   11   12   ...   100
Siyasetname

BĠR NEÇƏ SÖZ 
Xacə Nizamülmülk Həsən bin Əli Hicri-Qəməri 408 (miladi 1017-1018)-
ci ildə Tus vilayətinin Noğan nahiyəsində anadan olmuĢ, H.Q. 485 (1092) - ci ildə 
Bağdad yolundakı Səhnə qəsəbəsində Həsən Səbbahın fədailərindən birinin bıçaq 
zərbəsi ilə öldürülmüĢdür. 
Nizamülmülk səlcuq sultanlarından Alp Arslanın və onun oğlu MəlikĢahın 
vəziri olmuĢ, bir neçə ölkəni özündə birləĢdirən Səlcuq dövlətinin otuz il 
müddətində, demək olar, bütün ixtiyarını öz əlinə keçirmiĢ, tam istiqlaliyyətlə 
hökm sürmüĢdür. Nizamülmülk ġərqin tanınmıĢ, tədbirli, bacarıqlı vəzirlərindən 
biri idi. O, dövləti və ölkəni yalnız silahlı qüvvələrin gücü ilə deyil, eyni zamanda 
bilikli, təcrübəli dövlət xadimləri və din baĢçıları vasitəsilə idarə edirdi. Bunları 
tərbiyə edib hazırlamaq üçün elm ocaqlarının yaradılmasına çoxlu vəsait ayırırdı. 
Bağdadda və digər Ģəhərlərdə məktəblər təsis etməsi həmin məqsədə 
yönəldilmiĢdi. Bu məktəblər sonra "Nizamiyyə" adı ilə məĢhurlaĢmıĢdır. 
Tarixi
mənbələrin bəzisinin verdiyi məlumata görə, Nizamülmülk bu əsəri 
ömrünün sənlarında, hətta MəlikĢahın arvadı Türkan xatunun intriqası nəticəsində 
vəzirlik məqamından düĢəndən sonra yazmıĢdır. Fəqət XVII əsr müəllifı Hacı 
Xəlifənin verdiyi məlumat bundan bir qədər fərqlidir. Onun qənaətinə görə 
Nizamülmülk bu əsəri 1076-cı ildə 30 fəsildə yazıb MəlikĢaha təqdim etmiĢdir. 
sonradan Əlyəməni adlı bir katib ona 15 fəsil əlavə etmiĢ və nəhayət, əsərə baĢqa 
katiblərin də əlavəsi olmuĢ, kitab 50 və ya 51 fəslə çatmıĢdır. 
"Siyasətnamə"nin fəsilləri arasında olan üslub fərqi, eləcə də 
Nizamülmülkün vəfatından sonra fəaliyyət göstərmiĢ bəzi tarıxi Ģəxsiyyətlərdən, 
baĢ vermiĢ hadisələrdən müəyyən fəsillərdə bəhs edilməsi onun bir neçə fəslinin 
baĢqa müəlliflər tərəfindən yazılıb əlavə edilməsinə heç bir Ģübhə qoymur.
Hər halda, "Siyasətnamə" səlcuqlar dövründən qalmıĢ ən mötəbər ədəbi-
larixi abidədir. Orta əsr feodal dövlətlərinin idarə sistemini, vergi qaydalarını, hərbi 
quruluĢunu və bir sıra baĢqa qayda-qanunlarını öyrənmək üçün "Siyasətnamə" 
zəngin material verir. Onda elə fikirlər, ibrətamiz rəvayətlər, hekayələr və 
nəsihətlər vardır ki, min il bundan əvvəl deyilməsinə baxmayaraq, indi də öz 
dəyərini itirməmiĢdir. 
"Siyasətnamə"də Nizamülmülk dini təriqətlərə qarĢı sən dərəcə həssasdır. 
Xüsusilə Ģiələrə və ismaililərə qarĢı olduqca qəddar mövqe tutur və təəssübkeĢliklə 
onlan təkfir edir, Babəki və xürrəmiləri Ģiddətlə töhmətləndirir, düĢmənlərin onlar 
haqqında yaydıqları böhtanları təkrar edir. Bütün bunlar Ģübhəsiz ki, 
Nizamülmülkün yaĢadığı dövrün xarakteri və tarixi Ģəraitindən doğmuĢdur. O 
dövrdə də hakim təbəqəyə, iĢğalçılara və dövlətə qarĢı çıxıĢlar və etirazlar dini 
pərdə altında özünü göstərmiĢdir. Buna görə də Nizamülmülk vəzir olduğu dövləti 
hər cür iğtiĢaĢ və üsyandan qorumaq üçün təriqətləri damğalayır, dini təəssübü 
dövlətin kəskin silahına çevirir. 


24 
Nizamülmülk Səlcuq dövlətinin vəziri olduğu vaxt Azərbaycan da həmin 
dövlətin tərkibinə daxil edilmiĢdi. Buna görə də "Siyasətnamə" XI əsr Azərbaycan 
tarixini öyrənmək üçün də əhəmiyyətlidir. Eləcə də bu əsərdən bir ədəbi abidə kimi 
də sonrakı əsrlərdə istifadə olunmuĢdur. O cümlədən Məhəmməd Qəzzali 
"Nəsihətülmülk" əsərində "Siyasətnamə"yə nəzər salmıĢdır. "Siyasətnamə"də olan 
bir rəvayət Nizami Gəncəvinin "Həft peykər‖indəki mənzum bir hekayə kimi 
verilmiĢdir. Bu hekayət Bəhramın ova gedib bir çobana rast gəlməsi və onun itinin 
canavarla birləĢib sahibinə xəyanət etməsi üstündə cəzalandırmasıdır ki, həm 
"Siyasətnamə"də həm də "Həft peykər"də təxminən eyni süjetdə nəql olunmuĢdur. 
Fərq yalmz vəzirin adının "Siyasətnamə"də RastrəviĢ, "Həft peykər"də RaströvĢən 
olmasındadır. 
"Siyasətnamə" ilk dəfə fransız ĢərqĢünası ġ.ġefer tərəfindən 1892-ci ildə 
nəĢr edilmiĢdir. Bundan bir il sonra ġ.ġefer onun fransızca tərcüməsini və nəhayət 
1897-ci ildə Nizamülmülkün tərcümeyi-halını nəĢr etdirmiĢdir. "Siyasətnamə" rus 
dilində B.N.Zaxoderin tərcüməsi, geniĢ izahları və əsər haqqında tədqiqatı ilə 
1949-cu ildə Moskva-Leninqradda nəĢr edilmiĢdir. Ġranda "Siyasətnamə" Murtəza 
Moddərresi Çahardəhinin tərtibi və müqəddiməsi, Məhəmməd Qəzvininin haĢiyə 
və izahları ilə 1955-ci ildə çap olunmuĢdur. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin