Əbu Əli Həsən ibn Əli Xacə


Vladimir İliç Lenin kapitalizm və ondan əvəlki dövrləri xarakterizə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə2/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   2   3   4   5   6   7   8   9   ...   100
Siyasetname

Vladimir İliç Lenin kapitalizm və ondan əvəlki dövrləri xarakterizə 
edərək yazırdı: "Köhnə cəmiyyət belə bir prinsip üzərində qurulmuşdur ki, ya 
sən başqasını soyursan, ya, başqası səni soyur, ya sən başqası üçün işləyirsən, ya 
başqası sənin üçün işləyir, ya sən qul sahibisən, ya özün qulsan. Aydındır ki, 
belə bir cəmiyyətdə tərbiyə olunan adamlar ya qul sahibi olmaq, ya qul, ya xırda 
mülkiyyətçi, xırda qulluqçu, xırda çinovnik, ziyalı - bir sözlə, yalnız özünün malı 
olması qayğısına qalan, başqası ilə isə işi olmayan bir adam olmaq 
psixologiyasına, adət və anlayışlarına, demək olar, anadan doğulan gündən 
alışmağa başlayırlar". 



Nizamülmülk məhz belə bir dövrün övladı idi və o, tarixin göstərdiyi 
kimi, doğulan gündən öldürülən günədək yalnız bu psixologiyaya sadiq qalmıĢ, 
bütün iĢlərini, o cümlədən dövlət, Ģəriət, siyasət Ģəxsi həyat və yaĢayıĢ normalarını 
dövrünün bu tələbinə tabe etmiĢ, öz məqsədinə çatmaq üçün heç bir tədbirdən əl 
çəkməmiĢ, hətta yeri gəldikcə, gördüyü bütün mütərəqqi iĢlərinə baxmayaraq, 
edam, xəyanət və cinayətdən çəkinməmiĢdi. Nəticədə özü də belə bir cinayətin 
qurbanı olmuĢdur. Bu baxımdan, Ģübhəsiz ki, Nizamülmülk bir vəzir kimi bəzi 
tarixçilər tərəfindən idealizə edilmiĢdir. 
Həqiqətən də az müddət içərisində Nizamülmülk Davud bin Mikayılın 
dəftərxana iĢlərini nizama sala bilmiĢ, vergi toplanmasını, torpaqların suvarılması, 
din və Ģəriət qayda-qanunlanna riayət edilməsi və sairədə böyük məharət göstərmiĢ 
özünün yaxĢı siyasətçi, dini və Ģəri məsələlərdən baĢı çıxan, təsərrüfatı idarə 
etməyi bacaran bir dövlət xadimi kimi tanıtmıĢ, divanda böyük hörmət və nüfuz 
qazanmıĢdı. Davud bin Mikayıl hər Ģeydə Nizamülmülklə məsləhətləĢir, onun 
təkliflərinə əməl edir, istedad və qabiliyyətinə heyrətini belə gizlətmirdi. Ona görə 
özü ölərkən oğlu Alp Arslana vəsiyyət edir ki, Nizamülmülkdən istifadə etsin, ona 
dövlət vəzifələri tapĢırmağı müzayiqə etməsin. Alp Arslan hakimiyyətə keçdikdən 
Sonra Nizamülmülk öz fəaliyyətini daha da geniĢləndirir, Alp Arslana yeri 
gəldikcə böyük xidmətlər göstərir, rəqiblərini bir-bir aradan qaldıraraq vəzirlik 
məqamına qədər yüksəlir. Bu cəhətdən Nizamülmülkdən əvvəl səlcuq sultanlarına 
vəzirlik etmiĢ, sonra dini əqidələr bəhanə edilərək həbsxanaya salınmıĢ 
Əmidülmülkün edam edilməzdən bir az əvvəl Alp Arslana göndərdiyi məktub çox 
səciyyəvidir. 
O yazırdı: 
"Sənə sədaqətlə xidmət etdim. Atan bu dünyanı mənə vermiĢ, mən də 
hökm sürmüĢdüm. 
Bu gün də sən məni Ģəhid etməklə axirəti mənə bəxĢ edirsən. Bundan 
yüksək səadət ola bilməz. Nizamülmülkə də vəziri öldürməklə dünyaya murdar bir 
bidət, çirkin bir adət gətirdin. Bunun nə ilə nəticələnə biləcəyini düĢünürsənmi?
Sənin və övladlarının aqibətinin belə olacağından qorxuram"
3

Tarix Əmidülmülkün necə uzaqgörən olduğunu sübut etdi. Nizamülmülk 
özü və oğlu dini və saray çarpıĢmaları üstündə, əlbəttə, çox sonralar məhv edildi. 
Hələlik Nizamülmülkün ulduzu parıldayır. O, Alp Arslan sarayında əl-ayağına 
dolaĢanları, dini əqidəsinə zidd olanları, tədbir və siyasətinə qarĢı duranları, əmr və 
tapĢırıqlarını yerinə yetirməyə maneçilik törədənləri, haqqında Ģayiə yayanları, bir 
sözlə siyasi, ictimai, dini, hərbi rəqiblərini, hər hansı bir iradəsinə müqavimət 
göstərənləri Ģirnikdirib öz tərəfinə çəkmək, qorxudub susdurmaq, öldürüb aradan 
qaldırmaq yolu ilə Səlcuqlar dövlətinin cilovunu daha möhkəm əlinə yığır, bütün 
həssas vəzifələrə öz adamlarını təyin edirdi. Lakin bununla birlikdə öz hamisi Alp 
3
Osman Turan. SəlcuqIar tarixi və türk-islam mədəniyyəti. Ankara,1965, səh.99. Bundan sonra: Osman 
Turan, səh... 



Arslana, sonra isə Məlik Ģaha böyük xidmətlər göstərir, ölkənin nizama 
salınmasını, dövlətin möhkəmləndirilməsini, xəzinənin doldurulmasını da 
unutmurdu. Bu xidmətlərin bir qismi hakimiyyət baĢında olan səlcuq sultanının
Ģəxsən özünə və ən yaxın adamlarına edilir, Nizamülmülk onları, necə deyərlər, 
Ģəxsən özünə borclu vəziyyətə salırdı. Bu baxımdan Nizamülmülkün Alp Arslan 
Ģikarda olarkən Rum qoĢunları tərəfindən tutulması, Nizamülmülkün tədbirləri 
əsasında bundan saray adamlarının xəbərdar olmaması, on iki yaĢlı MəlikĢahın 
Məryəm NeĢin Qalası alınarkən boğulmaqdan xilas edilməsi haqqında rəvayətlər 
Alp Arslan öldükdən sonra MəlikĢahın taxta çıxarılması və s. çox səciyyəvidir. 
Məxəzlərin göstərdiyinə görə, bir dəfə Alp Arslan Ģikarda olarkən Rum əsgərləri
tərəfindən əsir tutulur. Bir nəfər qaçıb sultanın tutulduğunu Nizamülmülkə xəbər 
verir. Nizamülmülk dərhal öz yaxın adamlarından birinə əmr edir ki, müəyyən bir 
dəstə ilə axĢamüstü, qaĢ qaralanda ovlaq tərəfindən ordugaha daxil olsun, elə etsin 
ki, guya sultan Ģikardan qayıdır. Haman adam bu tapĢırığı sən dərəcə məharətlə 
yerinə yetirir. O öz adamları ilə böyük hay-küylə axĢam ovlaq tərəfindən ordugaha 
daxil olur, guya Alp Arslan Ģikardan qayıdır, sonra isə Nizamülmülk sultanın 
özünü də əsirlikdən azad etdirməyə müvəffəq olur. Nizamülmülk bir tərəfdən 
səlcuq sultanlarının Ģəxsən özlərinə etdiyi xidmətlər, hərbi qüvvələrə, fars 
aristokrat təbəqələrinə göstərdi himayəçilik, digər tərəfdən öz yaxın adamlarının 
böyük vəzifələrl təyin edilməsi, ölkədə apardığı bir sıra islahatlar, iqtisadi tərəqqi 
hərbi qələbələr, daxili və xarici siyasətdə əldə etdiyi nailiyyətlər onun qüdrət və 
nüfuzunu xeyli artırmıĢdı. Əlbəttə Nizamülmülkün belə böyük bir siyasətlə 
hakimiyyəti ələ alması onun əleyhdarlarını narahat etməyə bilməzdi. 
Hələ Alp Arslan dövründə Nizamülmülkün rəqibləri onun əleyhinə iĢləyir, 
müxtəlif Ģayiələr yayırdılar, onlar hətta namaz vaxtı belə Nizmülmülkün əleyhinə 
ərizə və Ģikayətlərini sultana çatdırmaqdan çəkinmirdilər. Bir dəfə namaz qılarkən 
Alp Arslanın önünə imzasız bir Ģikayət ərizəsi qoyulur. Alp Arslan Nizamülmülk 
əleyhinə olan bu ərizəni oxuduqdan sonra guya Nizamülmülkə demiĢdir: 
"Əgər doğru söyləyirlərsə, əxlaqını düzəlt, iftira deyirlərsə onları bağıĢla 
və bu kimi Ģeylərlə uğraĢmağa vaxt tapmamaları üçün onları mühüm iĢlərlə məĢğul 
et"
4

Nizamülmülk bütün bu xəbərdarlığa baxmayaraq, öz bildiyini edirdi. O 
saray intriqalarını, xalqın vəziyyətinin ağırlığını, ölkənin daxili və xarici 
siyasətindəki ziddiyyətləri, dini təriqətlər arasındakı ixtilaf və toqquĢmaları 
hamıdan yaxĢı bildiyindən və gördüyündən belə Ģikayətlərin olacağını ehtimal 
etməyə bilməzdi. Nizamülmüik öz dövründə möveud olan ictimai, iqtisadi, siyasi, 
hərbi, dini və s. qüvvələrin nə vəziyyətdə olduğunu hamıdan gözəl anlayırdı. Ona 
görə, ölkənin bütün sahələrdə qüdrətini artırmaq, öz mövqeyini daha da 
möhkəmlətmək üçün təsirli tədbirlər görmək zərurəti qarĢısında qalmıĢdı. Səlcuq 
4

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin