Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə3/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   2   3   4   5   6   7   8   9   ...   100
Siyasetname

Osman Turan, səh.137 



sultanlarının və xanlarının müharibə etmək təcrübələri vardısa da, böyük bir sahəni 
tutan ölkəni idarə etmək, iqtisadi və ictimai Ģəraiti təhlil, əhalinin güzəranını təmin 
etmək, külli yazıĢma və hesablama tələb edən maliyyə və vergi sistemini nizama 
salmaq, çox incə, lakin mürəkkəb dini və Ģəri məsələləri aydınlaĢdırmaq, təriqət 
çarpıĢmalarını aradan qaldırmaq və mərkəzləĢmiĢ qüdrətli imperiya yaratmaq üçün 
heç bir ənənə və təcrübəyə malik deyildilər. Bütün bu qəbildən olan iĢçiləri 
hazırlamaq üçün ağıllı düĢünülmüĢ məktəb və təhsil sistemi yox idi. Bundan əlavə 
bütün mülki iĢlərin fars, dini-Ģəri iĢlərin ərəb, xarici siyasi əlaqələrin fars-ərəb 
dillərində aparılması bu dillərə çox da dərindən vaqif olmayan türk tayfalarının bu 
və buna oxĢar sahələrdə fəaliyyət göstərməsini xeyli məhdudlaĢdırırdı. 
Demək olar ki, ölkənin bütün divan iĢləri, yazı-pozu idarələri həmin 
dillərə bələd olan fars zadəganlarının əlində idi. BaĢqa tərəfdən ərəb xəlifələrilə də 
sıx dini Ģəri əlaqə yaratmaq ehtiyacı hiss olunurdu. 
Nizamülmülk, sən dərəcə ağıllı, müdrik, siyasətçi, fars, ərəb, türk, ehtimal 
ki, xarici dillərə də yaxĢı bələd olan, təbii-ictimai, dini-fəlsəfi elmlərlə, yunan 
təhsil sistemini də öyrənmiĢdi. Bu uzaqgörən vəzir dövrünün tələb etdiyi 
mütəxəssislər və savadlılar ordusunu yaratmaq üçün sonralar "Nizamiyyə" 
mədrəsələri adı altında Ģöhrət tapmıĢ və Nizamülmülk adını hələ öz dövründə 
"Siyasətnamə" əsəri yazılmamıĢdan çox-çox əvvəl əbədiləĢdirmiĢ və ona dünya 
Ģöhrəti qazandırmıĢ təhsil sistemini icad etdi və onu ilk dəfə olaraq 1067-ci ildə, 
Alp Arslan dövründə ərəb xilafətinin və islam dininin mərkəzi olan Bağdad 
Ģəhərində açdırdı. 
Bu mədrəsənin Bağdadda açılmasının sən dərəcə böyük əhəmiyyəti var 
idi. Nizamülmülk bununla Ərəb xilafəti ilə çox sıx əlaqə saxlamaq imkanı əldə 
etməklə bərabər haman tipli mədrəsələrin baĢqa Ģəhərlərdə açılması üçün də 
hüquqi-Ģəri icazə ixtiyarı qazanmıĢdı. Bundan sonra artıq bütün təhsil-ürfan 
mərkəzlərini əlində saxlayan xəlifələr, məktəb və mədrəsələrdə nələr tədris 
edildiyini nəzarət altında saxlayan Ģeyx və müftilər, Nizamülmülkün əl-ayağına 
dolaĢa bilməzdi. Biz tezliklə həmin mədrəsələrin NiĢabur, Bəlx, Herat (xilafət 
mərkəzlərindən uzaq) Bəsrə, Mosul və baĢqa mədəniyyət ocaqlarında 
yarandıqlarını da görürük. Bu mədrəsələrdə dini-Ģəriət qayda-qanunlarını 
öyrənməklə yanaĢı, iqtisadiyyat, fəlsəfə, riyaziyyat, nücum, bəlağət, fəsahət, 
katiblik, nədimlik, ümumiyyətlə Nizamülmülkün fikrinə gorə, dövrü üçün nə 
lazımdısa, bütün fənnlər tədris olunurdu. Bu mədrəsələrin məzunları, əlbəttə ki, 
özlərini ilk növbədə Nizamülmülkə borclu bilirdilər. Təbii məsələdir ki, onlar 
harada iĢləmələrindən asılı olmayaraq, Nizamülmülkün iradəsini yerinə yetirir və 
onun nüfuzunun möhkəmlənməsinə səbəb olurdular. Onu da qeyd etmək lazımdır 
ki, burada təhsil görmüĢ din və dövlət xadimləri arasında Nizamülmülkə qarĢı 
çıxanlar da az olmamıĢdır. Bu, özünü xüsusilə dini münaqiĢələrdə göstərirdi ki, 
bunların bəzilərində Nizamülmülkün Ģəxsən bilavasitə iĢtirak etdiyi ehtimal olunur. 
Nizamiyyə mədrəsələri haqqında külli miqdarda ədəbiyyat və tədqiqat əsərləri 



yazılmıĢdır 
6

Nizamülmülk Alp Arslanın ölümündən, MəlikĢah hakimiyyət baĢına 
keçdikdən sonra daha sərbəst hərəkət etməyə baĢlayır. Buna onun tam əsası vardı. 
l072-ci ilin payızında Alp Arslan Mavərənnəhrdə yürüĢə baĢlayır. Lakin bu hücum 
uğursuz olur, yürüĢ, Alp Arslanın məğlub edilmiĢ bir qalanın ölümə məhkum 
edilmiĢ komendantı tərəfindən öldürülməsilə dayandırılır
5

V.V.Bartold Alp Arslanı öldürən adamın adını çəkmir, lakin baĢqa 
məxəzlərdə onun adının Yusif olduğu deyilir. 
Alp Arslan öldürüldükdən sonra kimin onun yerinə keçməsi, kimin sultan 
olacağı bu sülalənin ən qüdrətli vəziri Nizamülmülk üçün birinci dərəcəli 
əhəmiyyətə malik olan məsələ idi. 
Alp Arslan dövründə Səlcuq dövlətinin sərhəddi xeyli geniĢlənmiĢdi. 
Əgər Alp Arslanın əmisi Toğrul bəy dövründə Səlcuq dövləti Amu-Dəryadan Fərat 
çayına qədər uzanırdısa, Alp Arslan dövründə o daha geniĢlənmiĢ, Ermənistan, 
Azərbaycan, Suriya, Fələstinə qədər gəlib çıxmıĢdı
6
. Bu qədər böyük bir sahəni 
əldə saxlamaq bəlkə daha da geniĢləndirmək, 
Alp Arslanın ölümündən sonra dövlətin baĢqaları tərəfindən zəbt 
edilməsinə imkan verməmək və özü vəzirlikdə qalmaq üçün məhz MəlikĢahı 
hakimiyyət baĢında saxlamağı Nizamülmülk ən vacib məsələ hesab edirdi. Ona 
görə də, Nizamülmülk bir tərəfdən MəlikĢaha qarĢı çıxan üsyankarları susdurur, 
digər tərəfdən, MəlikĢaha daha böyük qayğı göstərirdi. Nəzərə almaq lazımdır ki, 
MəlikĢah hakimiyyət baĢına çıxanda 17-18 yaĢında bir cavan idi (1055-1092). O, 
1072-ci ildə atası Alp Arslanın yerinə keçmiĢdi. MəlikĢahın hökmranlığının lap ilk 
ilində ona qarĢı üsyan etmiĢ Elbasanın arvadı Gövhər xatının Nizamülmülk 
tərəfindən öldürülməsi, ya baĢqa üsyankar Fəzlullahın əsir alınması Nizamülmülkü 
MəlikĢahın gözündə daha böyütmüĢ və onun vəzirlikdə qalmasını təmin etmiĢdi. 
Bundan əlavə, MəlikĢah ona "çox üstün səlahiyyət və ixtiyarat" vermiĢdi
7

Bundan sonra Nizamülmülk daha geniĢ fəaliyyətə baĢlamıĢ, Səlcuq 
dövlətində çoxdan qəbul edilmiĢ bir sıra qayda-qanunların aradan çıxması, xüsusilə 
səlcuq qadınlarının dövlət iĢlərinə dəxalət etməsinin məhdudlaĢdırılması, səlcuq 
dövlət sisteminə Ġran-Fars dövlət sisteminin, Nizamülmülkün idealizə etdiyi 
qəznəvilər, Samanilər və daha əvvəllər Sasanilərin mərkəzləĢmiĢ dövlət sisteminin 
geniĢ tətbiq edilmə təĢəbbüsləri səlcuq xanədanının böyük etirazına səbəb olurdu. 
Buna görə də Nizamülmülk öz məqsədinə çatmaq üçün ən həssas vəzifələrə öz 
övladlarını, qohum qardaĢlarını, sədaqətli adamlarını təyin edir, yerli fars 
zadəganlarına, eləcə də, onu mühafizə edən səlcuq hərbi-feodallarına arxalanırdı. 
5
В.В.Бартольд.Сочинение, том1 , М., 1983, səh.377 
6
Н.В.Пигулевская. 
7

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin