Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   2   3   4   5   6   7   8   9   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Genişlik və dərinlik: 
Bu inqilab rəqəmsal inqilabın üzərində 
inkişaf edir və iqtisadiyyatda, biznesdə, cəmiyyətdə və fərdiyyət-
çilikdə misli görünməmiş bir paradiqma dəyişikliyinə aparan çox 
müxtəlif texnologiyaları bir araya gətirir. Bu, sadəcə edilənlərlə 
bağlı “nə?” və “necə?” suallarını deyil, eyni zamanda “biz kimik?” 
sualını da dəyişdirir. 
Sistem təsiri: 
Bu inqilab, ölkələr, şirkətlər, sektorlar arasında (və 
daxilində) və bütövlükdə cəmiyyətdə sistemlərin tam şəkildə trans-
formasiyasını özündə birləşdirir.
Bu kitabı yazmaqda əsas məqsədim dördüncü sənaye inqilabının 
nə olduğu, hansı yenilikləri gətirəcəyi, bizə necə təsir göstərəcəyi və 
onu ümumi faydamıza çevirmək üçün nələr edilə biləcəyi haqqında 
ilk əsəri ortaya qoymaqdır. Kitab gələcəyə maraq göstərənlər, dün-
yanı daha yaxşı bir vəziyyətə gətirmək naminə özlərini bu inqila-
bi dəyişikliyin yaratdığı fürsətlərdən istifadəyə həsr etmiş insanlar 
üçündür.


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
14
Mənim üç əsas məqsədim var:
- Texnoloji inqilabın və onun çoxtərəfl i təsirlərinin əhatəliliyi və 
sürəti ilə bağlı maarifl əndirməni artırmaq;
- Texnoloji inqilab haqqında düşünmək üçün əsas məsələlərə və 
mümkün reaksiyalara aydınlıq gətirən bir çərçivə müəyyənləş-
dirmək;
- Texnologiya ilə bağlı məsələlər haqqında dövlət-özəl sektor 
əməkdaşlığını və tərəfdaşlığını canlandıracaq bir platforma 
təqdim etmək.
Bütün qeyd edilənlərlə yanaşı, bu kitab texnologiya ilə cəmiy-
yətin birgə mövcudluq yolunu vurğulamaq məqsədi daşıyır. Tex-
nologiya, üzərində hər hansı bir nəzarətimizin olmadığı bir xarici 
qüvvə deyildir. “Qəbul et və birlikdə yaşa” ilə “rədd et və onsuz yaşa” 
arasında ikili bir seçimlə qarşı-qarşıya deyilik. Bunun əvəzinə, dra-
matik texnoloji dəyişikliyi bizim kim olduğumuz və dünyanı necə 
təsəvvür etdiyimiz haqqında dərindən düşünmək üçün bir dəvət 
kimi qəbul etməliyik. Texnoloji inqilabdan necə faydalanacağı-
mızla bağlı nə qədər çox düşünsək, özümüzü və bu texnologiyala-
rın təcəssüm etdirdiyi və mümkün hala gətirdiyi təməldə dayanan 
sosial modelləri o qədər daha yaxşı təhlil edə bilər və bu inqilabı, 
dünyanın mövcud vəziyyətini yaxşılaşdıracaq tərzdə formalaşdırma 
fürsətinə bir o qədər çox sahib ola bilərik. 
Dördüncü sənaye inqilabını, bölücü və bəşəriyyətə ziyan verici 
olmaqdan çox insanı gücləndirəcək və mərkəzində insanın olma-
sını təmin edəcək şəkildə formalaşdırmaq yalnız bir sosial maraqlı 
tərəfin və ya sektorun və ya hər hansı bir region, sənaye və ya mədə-
niyyətin vəzifəsi deyildir. Bu inqilabın əsas və qlobal təbiəti, onun 
bütün ölkələr, iqtisadiyyatlar, sektorlar və insanlara təsir edəcəyi və 
onların təsirinə məruz qalacağı ilə bağlıdır. Bu baxımdan, akade-
mik, sosial, siyasi, milli və sahəvi sərhədləri aşaraq, daha çox maraq-
lı tərəfin əməkdaşlığına diqqət yetirmək və buna enerji sərf etmək 
həlledici əhəmiyyət daşıyır. Bu qarşılıqlı təsirlər və əməkdaşlıqlar, 


G
İ
R
İŞ
15
müsbət, ortaq və ümid vəd edən hekayələr yaratma və dünyanın hər 
yerindən olan fərdlərə və insan qruplarına baş verən transformasi-
yalara qoşulma və bunlardan faydalanma fürsəti vermə baxımından 
zəruridir.
Kitabdakı məlumatların və mənim təhlilimin əsas hissəsi Dün-
ya İqtisadi Forumu tərəfindən inkişaf etdirilən və Forumun yaxın 
keçmişdə gerçəkləşdirilən görüşlərində müzakirə edilən layihə və 
təşəbbüsslərə əsaslanır. Bu səbəbdən, kitab Dünya İqtisadi Foru-
munun gələcəkdəki fəaliyyətlərini formalaşdıracaq bir çərçivəni də 
təqdim edir. Digər tərəfdən, bu kitabda biznes, hökumət və vətən-
daş cəmiyyəti liderləri ilə olduğu qədər, texnologiya pionerləri və 
gənc insanlarla da birlikdə apardığım çoxlu sayda söhbətlərə əsas-
lanıram. Bu mənada kitab Forum iştirakçılarının kollektiv ziyalı 
düşüncəsinin məhsuludur.
Kitab üç hissədən ibarətdir. Birinci hissə, dördüncü sənaye inqi-
labına ümumi baxışdır. İkinci hissə, başlıca transformasiya doğuru-
cu texnologiyaları təqdim edir. Üçüncü hissə, bu inqilabın təsirini 
və gündəmə gətirdiyi bəzi siyasi çağırışları dərindən araşdırır. Bu 
böyük transformasiyanın potensialına ən yaxşı necə uyğunlaşmaq, 
onu formalaşdırmaq və ondan istifadə etmək haqqında bəzi praktik 
ideyalar və həll yolları təklif etməklə kitabı yekunlaşdırıram.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin