Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   2   3   4   5   6   7   8   9   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

17
Birinci hiss
ə
Dördüncü S
ə
naye 
İ
nqilab
ı
1.1. Tarixi kontekst
“İnqilab” sözü ani və radikal dəyişikliyi ifadə edir. Tarix boyu 
hər dəfə yeni texnologiyalar və dünyanı dərk etmənin yeni yolları 
iqtisadi sistemlərdə və sosial strukturlarda dərin bir dəyişikliyi orta-
ya çıxardığı zaman inqilablar reallaşmışdır. Tarixin bir istinad çər-
çivəsi kimi istifadə edildiyini qəbul etsək, bu dəyişikliklərin birdən 
ortaya çıxması üçün uzun illərə ehtiyac duyula bilər. 
Həyat tərzimizdəki ilk böyük dəyişiklik olan ovçuluq və yığıcı-
lıqdan kənd təsərrüfatına keçid təxminən 10 min il əvvəl baş vermiş-
dir. Bu hadisə həmin dövrdə heyvanların əhilləşdirilməsi hesabına 
mümkün olmuşdu. Aqrar inqilab, istehsal, nəqliyyat və kommuni-
kasiya məqsədilə heyvan gücünü insan əməyi ilə birləşdirdi. Ərzaq 
istehsalı tədricən inkişaf edərək əhali artımına imkan yaratdı və 
daha böyük yaşayış məntəqələrinin ortaya çıxmasını təmin etdi. Bu 
isə nəticədə urbanizasiyaya və şəhərlərin inkişafına yol açdı. 
Aqrar inqilabdan sonra XVIII əsrin ikinci yarısından etibarən 
bir neçə sənaye inqilabı baş verdi. Bu hadisələr isə öz növbəsində 
əzələ gücündən mexaniki gücə keçidi təmin etdi və nəticədə, hazır-
da dördüncü sənaye inqilabının da başlaması ilə zehni gücün isteh-
sal səviyyəsini artırdığı bir dövrə qədər gəlib çatdı.


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
18
Birinci sənaye inqilabı 1760-cı ildən 1840-cı ilə qədər davam 
etdi. İnqilab dəmir yollarının inşa edilməsi və buxarlı maşının ix-
tira edilməsi ilə mexaniki istehsala start verdi. XIX əsrin sonu və 
XX əsrin əvvəllərində ortaya çıxan ikinci sənaye inqilabı elektrik 
enerjisinin və montaj xəttinin köməyi ilə kütləvi istehsalı mümkün 
etdi. Üçüncü sənaye inqilabı isə 1960-cı illərdə başladı. Bu inqilab, 
yarımkeçiricilərin inkişafı, meynfreym kompüterlərin (1960-cı il-
lər), fərdi kompüterlərin (1970-ci və 1980-ci illər) və internetin 
(1990-cı illər) katalizatorluğu ilə baş verdiyi üçün adətən kompüter 
inqilabı və ya rəqəmsal inqilab da adlandırılır.
İlk üç sənaye inqilabını təsvir etmək məqsədilə istifadə edilən 
tərifl əri və akademik arqumentləri nəzərə alaraq, inanıram ki, bu-
gün biz dördüncü sənaye inqilabının başlanğıcındayıq. Bu inqilab, 
hazırki əsrlə birlikdə başladı və indi rəqəmsal inqilabın üzərində 
inkişaf edir. Onu, hər yerdə əlçatan olan daha mobil internet, ucuz-
laşan daha kiçik, lakin daha güclü sensorlar, süni intellekt və maşın 
öyrənməsi ilə xarakterizə etmək mümkündür. 
Əsasını kompüter aparat təminatı, proqram təminatı və şə-
bəkələrin təşkil etdiyi rəqəmsal texnologiyalar, yeni sayılmasalar da, 
üçüncü sənaye inqilabından ayrılaraq, daha mürəkkəb və birləşmiş 
xarakter alır və nəticədə cəmiyyətləri və qlobal iqtisadiyyatı trans-
formasiyaya məruz qoyurlar. Elə bu səbəbdəndir ki, Massaçusets 
Texnologiya İnstitutunun (MIT) professorları Erik Brincolfson 
[Erik Brynjolfsson] və Andreu Makeyf [Andrew McAfee], 2014-
cü ildə nəşr olunan kitablarının adında da olduğu kimi bu dövrü 
“İkinci maşın dövrü”
2
adlandırırlar. Onlar bu kitabda dünyanın bir 
dönüş nöqtəsində olduğunu və rəqəmsal texnologiyaların təsirinin 
avtomatlaşma sayəsində “bütün gücü” ilə özünü ortaya qoyacağını 
və “görünməmiş hadisələrə” yol açacağını iddia edirlər. 
Almaniyada “Sənaye 4.0” müzakirə edilir. İlk dəfə 2011-ci ildə 
Hannover Sərgisində gündəliyə gələn bu termin, hazırda bu inqi-
labın qlobal dəyər zəncirlərinin təşkilatlanmasını kökündən necə 
dəyişdirəcəyini təsvir etmək üçün istifadə edilir. Dördüncü sənaye 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI 
19
inqilabı, “ağıllı fabrikləri” reallığa çevirərək, virtual və fiziki emal 
sistemlərinin qlobal səviyyədə bir-birilə çevik əməkdaşlıq etdiyi bir 
dünya yaradır. Bununla, məhsullar tamamilə müştərilər üçün fər-
diləşdirilə bilir və yeni əməliyyat modellərinin yaranması mümkün 
olur.
Dördüncü sənaye inqilabı yalnız ağıllı və bir-birinə bağlanmış 
maşın və sistemlər ilə əlaqəli deyildir. Onun əhatə dairəsi çox ge-
nişdir. Genlərin düzülüşündən nanotexnologiyalara, bərpa olunan 
enerjilərdən kvant hesablamasına qədər bir çox sahədə eyni vaxt-
da irəliləyiş dalğaları baş verir. Dördüncü sənaye inqilabını digər 
inqilablardan köklü şəkildə fərqləndirən də elə bu texnologiyaların 
bir-birilə sıx birləşməsi, fiziki, rəqəmsal və bioloji sahələrdə qarşı-
lıqlı təsirdə olmasıdır. 
Bu inqilabda ortaya çıxan yeni texnologiyalar və geniş əsaslı in-
novasiyalar, dünyanın bəzi yerlərində inkişaf etməkdə olan əvvəlki 
inqilablarla müqayisədə daha sürətlə və daha geniş şəkildə yayılır. 
Təxminən 1,3 milyard insanın hələ də elektrik enerjisinə çıxışı ol-
madığı dünyada ikinci sənaye inqilabı bütün dünya əhalisinin yal-
nız 17%-i əhatə edir. Eyni vəziyyət üçüncü sənaye inqilabına da aid-
dir. Hazırda dünya əhalisinin yarısından çoxu, əksər hissəsi inkişaf 
etməkdə olan ölkələrdə yaşayan 4 milyard insan internet xidmətlə-
rinə çıxışdan məhrumdur. Birinci sənaye inqilabının simvolu olan 
iplik dəzgahının Avropanın xaricində yayılması təxminən120 ilə 
mümkün olmuşdur. Ancaq bunun əksinə olaraq, internet on ildən 
də az müddətdə bütün dünyaya yayılmışdır.
Birinci sənaye inqilabından çıxarılan dərs, müasir dövrdə də 
aktualdır: tərəqqinin əsas müəyyənedici amili cəmiyyətin texnolo-
ji innovasiyanı qəbul etmə dərəcəsidir. Bu baxımdan hökumət və 
ictimai institutlar qədər özəl sektorun da öz rolunu tam yerinə ye-
tirməsi zəruridir. Həmçinin, vətəndaşların uzunmüddətli faydları 
görməsi də eyni dərəcədə əhəmiyyətlidir.
Mən dördüncü sənaye inqilabının da ən az özündən öncəkilər 
qədər güclü, təsirli və tarixi baxımdan önəmli olacağına əminəm. 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
20
Ancaq dördüncü sənaye inqilabının potensialının təsirli və tutarlı 
bir şəkildə gerçəkləşdirilməsini məhdudlaşdıracaq amillərlə bağlı 
iki əsas narahatlığım var. 
İlk öncə, dördüncü sənaye inqilabına cavab vermək üçün iqti-
sadi, sosial və siyasi sistemlərimizi yenidən düşünmək ehtiyacı ilə 
qarşı-qarşıya qaldıqda, bütün sektorlarda davam etməkdə olan də-
yişikliklərin zəruri liderlik və anlayış səviyyələrinin aşağı olduğunu 
hiss edirəm. Nəticədə, innovasiyanın yayılmasını idarə etmək və 
mürəkkəbliyi azaltmaq üçün lazım olan institusional çərçivə, istər 
milli, istərsə də qlobal səviyyədə ən yaxşı halda əlverişsizdir, ən pis 
halda isə heç yoxdur. 
İkincisi, dünya, dördüncü sənaye inqilabının fürsət və təhdidlə-
rini ortaya qoyan tutarlı, müsbət və ümumi bir açıqlamadan məh-
rumdur. Çox müxtəlif fərdləri və cəmiyyətləri gücləndirmək və baş 
verməkdə olan köklü dəyişikliklər əleyhinə populyar əks reaksiya-
lardan yayınmaq istəyiriksə, belə bir açıqlamanın olması zəruridir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin