Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   5   6   7   8   9   10   11   12   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Avtonom nəqliyyat vasitələri
Xəbərlərdə daha çox sürücüsüz avtomobillərə yer verilsə də, ha-
zırda bunlarla yanaşı, avtonom yük maşınları, dronlar, təyyarələr, 
qayıqlar və digər nəqliyyat vasitələri də mövcuddur. Sensorlar və 
süni intellekt kimi texnologiyalar inkişaf etdikcə bütün bu avto-
nom nəqliyyat vasitələrinin bacarıqları da sürətlə təkmilləşəcəkdir. 
Müxtəlif praktiki məqsədlərlə istifadə ediləcək nisbətən ucuz, satın 
alına bilən dronların və sualtı nəqliyyat vasitələrinin bazara təqdim 
olunması üçün sadəcə bir neçə ilə ehtiyac var. 
Dronlar, ətraf mühiti hiss etmə və ona reaksiya vermə (toqquş-
madan qaçmaq üçün uçuş marşrutunu dəyişdirə bilmə bacarığı 
kimi) bacarıqları qazandıqca enerji xəttlərinə nəzarət etmə və ya 
müharibə bölgələrinə tibbi təchizat çatdırma kimi vəzifələri də 
yerinə yetirə biləcəklər. Kənd təsərrüfatında dronların tətbiqi - ve-
rilənlərin təhlili ilə birləşməklə - gübrələrdən və sudan daha dəqiq 
və daha səmərəli istifadəyə imkan verəcəkdir.


H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
29
Üçölçülü çapetmə 
Additiv istehsal kimi də adlandırılan üçölçülü çapetmə, üçölçü-
lü rəqəmsal bir qrafika və ya modeldən lay üzərinə lay çap edərək fi-
ziki bir obyekti formalaşdırmaqan ibarətdir. Bu, arzu olunan forma 
əldə edilənə qədər materialın müəyyən təbəqələrinin çıxarılmasına 
əsaslananvə hazırki dövrə qədər istifadə edilən subtraktiv istehsa-
lın tam tərsidir. Bunun əksinə olaraq, üçölçülü çapetmə, materialı 
rəqəmsal bir şablondan istifadə edərək nəzərdə tutulan üçölçülü 
obyekt halına salır. 
Bu texnologiya böyükdən (külək turbinləri) kiçiyə (tibbi imp-
lantlar) qədər çox geniş tətbiq dairəsinə malik olsa da, hazırda 
daha çox avtomobil, aviasiya və tibbi sektorlarla məhdudlaşmışdır. 
Kütləvi istehsal məhsullarından fərqli olaraq, üçölçülü çap məh-
sullarını müştəri tələbələrinə daha asan şəkildə uyğunlaşıdırmaq 
mümkündür. Mövcud ölçü, xərc və sürət məhdudiyyətləri aradan 
qaldırıldıqca, üçölçülü çapetmə sxem löhvələri kimi mürəkkəb 
elektron komponentləri, hətta insan hüceyrə və orqanlarını da 
əhatə edəcək qədər geniş sahələrə nüfuz edəcəkdir. Tədqiqatçılar, 
elə indidən özü-özünü dəyişdirən məhsulların ətraf mühütdəki is-
tilik və rütubət kimi dəyişikliklərə reaksiya verə bilən yeni nəslinin 
yaradılmasını nəzərdə tutan dördölçülü texnologiya üzərində işlə-
yirlər. Bu texnologiya, geyim və ya ayaqqabı kimi məhsullarda, eyni 
zamanda da insan vücuduna uyğunlaşa biləcək tərzdə hazırlanmış 
implantlar kimi tibbi məhsullarda da tətbiq oluna biləcəkdir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin