Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə11/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   7   8   9   10   11   12   13   14   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

2.1.2. Rəqəmsal 
Dördüncü sənaye inqilabının fiziki və rəqəmsal tətbiqlər ara-
sında yaratdığı başlıca körpülərdən biri, bəzən “hər şeyin interneti” 
kimi də adlandırılan əşyaların internetidir (Əİ). Əşyaların interneti 
ən sadə formada obyektlər (məhsullar, xidmətlər, məkanlar və.s) ilə 
insanlar arasında qoşulma texnologiyaları və müxtəlif növ platfor-
maların yaratdığı əlaqə kimi izah oluna bilər.
Sensorlar və fiziki dünyadakı obyektləri virtual şəbəkələrə qoş-
maq üçün istifadə edilən digər saysız-hesabsız vasitələr heyrət do-
ğurucu sürətlə inkişaf edir. Getdikcə daha kiçik, daha ucuz və ağıllı 
sensorlar evlərə, geyim və aksesuarlara, şəhərlərə, nəqliyyat və enerji 
şəbəkələrinə və eyni zamanda emal proseslərinə də nüfuz edirlər. 
Hazırda bütün dünyada ağıllı telefonlar, planşetlər və kompüter-
lər kimi internetə qoşulmuş milyardlarla cihaz var. Bu cihazların 
sayının qarşıdakı bir neçə il ərzində mühüm dərəcədə artacağı və 
milyardlarla deyil, trilyonlarla ölçüləcəyi gözlənilir. Bu, aktivləri və 
fəaliyyətləri detallı şəkildə müşahidə etməyimizə və optimallaşdır-
mağımıza imkan verərək təchizat zəncirlərini idarə etmə tərzimizi 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
32
kökündən dəyişdirəcəkdir. Proses çərçivəsində emaldan infrastruk-
tura və səhiyyəyə qədər bütün sektorlarda transformasiya doğurucu 
təsir ortaya çıxacaqdır.
Əşyaların internetinin ən çox yayılmış tətbiqlərindən biri olan 
uzaqdan müşahidəni (
ing. remote monitoring)
təhlil edək. İndi istə-
nilən bir paket, palet və konteynerə bir sensor, ötürücü və ya radio 
tezlik qəbuledici (RFID) etiket yerləşdirməklə onu müşahidə et-
mək mümkündür. Bu, şirkətə həmin əşyaların təchizat zəncirində 
harada olduğunu, necə hərəkət etdiyini və necə istifadə edildiyini 
müşahidə etmək imkanı yaradır. Eyni qaydada müştərilər də gözlə-
dikləri bir paket və ya sənədin harda olduğunu real vaxt rejimində 
müşahidə edə bilirlər. Uzun və mürəkkəb təchizat zəncirinə sahib 
olan şirkətlər üçün bu, transformasiya xarakterli yeni imkandır. 
Tezliklə buna oxşar nəzarət sistemləri insanların hərəkəti və müşa-
hidə edilməsi üçün də tətbiq ediləcəkdir. 
Rəqəmsal inqilab, fərdlərin və institutların iş və əməkdaşlıq tərz-
lərində kökündən fərqlənən yeni yanaşmalar doğurur. Məsələn, çox 
vaxt “paylanmış kitabça” kimi açıqlanan blokçeyn (
ing. blockchain
), 
hər hansı bir əməliyyatın qeyd və təsdiq olunmazdan əvvəl kom-
püterlər şəbəkəsinin kollektiv şəkildə doğrulamasını nəzərdə tutan 
təhlükəsiz protokoldur. Blokçeynin əsasını təşkil edən texnologiya 
bir-birini tanımayan, başqa sözlə, bir-birinə güvənmək üçün heç bir 
əsası olmayan insanların, hər hansı neytral mərkəzi orqan, məsələn, 
hər hansı nəzarətçi və ya mərkəzi kitabça olmadan, əməliyyatları 
öz aralarında aparmalarına imkan yaradır. Əslində blokçeyn, pay-
laşılan, proqramlaşdırıla bilən, kriptoqrafik cəhətdən təhlükəsiz və 
buna görə də etibarlı, heç bir istifadəçinin nəzarətində olmayan və 
hər kəsin gözdən keçirə bildiyi bir kassa kitabçasıdır. 
Bitkoin (
ing. bitcoin
) hazırda blokçeyn texnologiyasının ən çox 
tanınan tətbiqidir. Lakin bu texnologiya qısa zaman ərzində çoxlu 
sayda digər tətbiqləri də ortaya çıxaracaqdır. Hazırda blokçeyn tex-
nologiyası daha çox bitkoin kimi rəqəmsal pul vahidləri ilə aparılan 
maliyyə əməliyyatlarını qeyd etmək üçün istifadə olunsa da, gələ-


H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
33
cəkdə doğum və ölüm haqqında olan sənədlər, mülkiyyət sənədləri, 
nigah registrləri, təhsil diplomları, sığorta tələbləri, tibbi prosedur-
lar və seçkilərdə istifadə olunan səslər kimi çox müxtəlif obyektlə-
rin, yəni kod ilə ifadə oluna bilən hər növ əməliyyatın qeydiyyatçısı 
xidmətini göstərəcəkdir. Bəzi ölkələr və ya institutlar artıq blok-
çeynin potensialını araşdırmağa başlamışdır. Məsələn, Honduras 
hökuməti bu texnologiyadan ərazi mülkiyyətini qeydə almaq üçün 
istifadə edir, Man Adası isə bundan şirkətlərin qeydiyyatı üçün isti-
fadə etməyə çalışır.
Daha geniş miqyasda texnologiya əsaslı platformalar artıq in-
didən tələb iqtisadiyyatını (bəziləri paylaşma iqtisadiyyatı da ad-
landırır) reallaşdırmağa imkan verir (
ing. on-demand economy və 
ya sharing economy
). Ağıllı telefonlarda asanlıqla istifadə edilən bu 
platformalar insanları, aktivləri və verilənləri bir yerə toplayaraq, 
məhsul və xidmətlərin istehlakının tamamilə yeni yollarını yaradır. 
Onlar şirkətlərin və fərdlərin zənginlik yaratmasının qarşısında da-
yanan maneələri azaldaraq, fərdi və peşəkar mühiti dəyişdirirlər. 
“Uber” modeli, bu texnologiya platformalarının inqilabi gü-
cünü göstərən konkret bir nümunədir. Sürətlə artan bu platforma 
şirkətləri, camaşır yumaqdan alış-verişə, ev işlərindən avtomobil 
parketməyə, qonaqlamadan uzun məsafəli nəqliyyat səfərlərini pay-
laşmaya qədər bir çox yeni xidmətlər təklif edirlər. Onların ortaq 
bir xüsusiyyəti var: tələb və təklifi əlçatan və ucuz şəkildə bir-birinə 
uyğunlaşdırmaqla, istehsalçılara çox müxtəlif məhsullar təqdim et-
məklə və hər iki tərəfə qarşılıqlı əlaqədə və əks-əlaqədə olma im-
kanı verməklə inam yaradırlar. Bunun sayəsində yetərincə istifadə 
edilməyən aktivlərin daha eff ektiv istifadəsi də mümkün olmağa 
başlayır. Əvvəllər özlərini hər hansı bir təchizatçı kimi görməyən 
insanlara aid olan aktivlər (məsələn, avtomobillərindəki bir otura-
caq, evlərindəki bir boş çarpayı, pərakəndə satıcı ilə istehsalçı ara-
sında olan ticarət əlaqəsi və ya çatdırılma, ev təmiri və ya inzibati 
tapşırıqlar kimi bir xidməti təklif etmək üçün zəruri olan zaman və 
bacarıq) istifadəyə açılırlar. 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
34
Tələb iqtisadiyyatı təməl bir sualı gündəliyə gətirir: Hansına sahib 
olmaq daha dəyərlidir, platformaya, yoxsa onun əsasında dayanan ak-
tivə? Medya strategiyası mütəxəssisi Tom Qudvin [Tom Goodwin] 
2015-ci ilin mart ayında “TechCrunch”da nəşr etdirdiyi məqaləsində 
belə yazır: “Dünyanın ən böyük taksi xidməti şirkəti – “Uber” heç 
bir avtomobilə sahib deyil. Dünyanın ən məşhur mediasının sahibi 
olan “Facebook” heç bir məzmun yaratmır. “Alibaba” şirkəti, dünya-
nın ən dəyərli pərakəndə satıcı şirkəti olsa da, heç bir inventarı yox-
dur. Eyni zamanda, dünyanın ən böyük qonaqlama təchizatçısı olan 
“Airbnb” hər hansı bir daşınmaz əmlakın sahibi deyildir.”
9
Rəqəmsal platformalar, fərdlərin və təşkilatların aktivlərdən or-
taq istifadə və ya xidmətin təmini zamanı ortaya çıxan əməliyyat 
və çəkişmə xərclərini dramatik şəkildə azaltmışdır. Hazırda istə-
nilən əməliyyat növü bütün tərəfl ərə iqtisadi fayda təmin etməyə 
imkan verəcək formada müxtəlif hissələrə ayrıla bilər. Əlavə olaraq, 
rəqəmsal platformalardan istifadə edilən zaman istehsal olunmuş 
hər əlavə məhsulun, malın və ya xidmətin marjinal istehsal xərci sı-
fıra yaxınlaşır. Bunun biznes dünyası və cəmiyyət baxımından yara-
dacağı möhtəşəm nəticələri isə Üçüncü Hissədə təqdim edəcəyəm.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin