Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Cədvəl 2. Avtomatlaşmaya ən çox və ən az uyğun olan peşələrə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə19/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   15   16   17   18   19   20   21   22   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

52
Cədvəl 2. Avtomatlaşmaya ən çox və ən az uyğun olan peşələrə 
nümunələr
Avtomatlaşmaya ən çox uyğun olanlar
Ehtimal
Peşələr
0.99
Tele marketoloqlar
0.99
Vergi məsləhətçiləri
0.98
Sığorta ekspertləri, Avtomobil zədələri
0.98
Hakimlər və digər idman işçiləri
0.98
Məhkəmə katibləri
0.97
Restoran və kafelərdə çalışan ofi siantlar
0.97
Əmlak brokerləri
0.97
Kənd təsərrüfatı podratçıları
0.96
Hüquqi, tibbi və icraçı olanlardan başqa katiblər və inzibati asistentlər
0.94
Kuryerlər və qasidlər
Avtomatlaşmağa ən az uyğun olanlar
Ehtimal
Peşələr
0.0031
Psixi sağlamlıq və zərərli maddələrdən asılıq üzrə sosial işçilər
0.0040
Xoreoqrafl ar
0.0042
Həkim və cərrahlar
0.0043
Psixoloqlar
0.0055
İnsan resursları menecerləri
0.0065
Kompüter sistemləri təhlilçiləri
0.0077
Antropoloqlar və arxeoloqlar
0.0100
Dəniz mühəndisləri və donanma memarları
0.0130
Satış menecerləri
0.0150
Baş menecerlər
Qeyd etmək maraqlıdır ki, bu əvəzetmənin hərəkətverici qüv-
vəsi yalnız alqoritmlərin, robotların və qeyri-insani varlıqların di-
gər müxtəlif formalarının inkişaf edən bacarıqları deyildir. Mişel 
Osborn qeyd edir ki, avtomatlaşmanı müəyyən edən əsas faktor 
şirkətlərin son illərdə öz işlərini daha yaxşı müəyyən etmək və sa-
dələşdirmək məqsədilə kənar mənbədən (
ing. outsource
), ofşordan 
“rəqəmsal iş” kimi istifadə etməsidir (“Amazon”dakı “Mexaniki 


 T
Ə
S
İ
RL
Ə
R
53
Turk” və ya “MTurk”, xidmət, kroudsorsinq internet bazarı kimi). 
Bu işin sadələşdirilməsi, alqoritmlərin insanları daha yaxşı əvəz edə 
bilməsi, vəzifələrin daha dəqiq müəyyən edilməsinin daha yaxşı 
monitorinqə və daha yüksək keyfiyyətli məlumatların əldə olunma-
sına imkan verməsi və işlərin yerinə yetirilməsi üçün alqoritmlərin 
dizayn edildiyi daha yaxşı bazanın formalaşması deməkdir. 
Avtomatlaşma və əvəzetmə fenomeni haqqında düşünərkən biz 
texnologiyanın məşğulluq üzərindəki təsiri və iş yerlərinin gələcə-
yi mövzularında qütbləşən düşüncələrə yönəlmək meylinə qarşı 
dirənməliyik. Frey və Osbornun ortaq çalışması göstərir ki, dör-
düncü sənaye inqilabı bütün dünyada əmək bazarları və iş yerləri 
üzərində ciddi təsirə malik olacaqdır. Lakin bu, insan-maşın di-
lemması ilə üzləşəcəyimiz demək deyildir. Əslində bir çox hallarda 
rəqəmsal, fiziki və bioloji texnologiyaların birləşməsi ilə sürətlənən 
mövcud dəyişikliklər insan əməyi və idrakının inkişafına xidmət 
edəcəkdir. Bu da liderlərin təşkilatlarında daha bacarıqlı, əlaqəli və 
ağıllı maşınlarla birlikdə işləmək üçün iş qüvvəsi hazırlığı və təhsil 
modellərinin inkişafına ehtiyacının yaranması deməkdir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin