Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


İnkişaf etməkdə olan iqtisadiyyatlara təsiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə22/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   18   19   20   21   22   23   24   25   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

İnkişaf etməkdə olan iqtisadiyyatlara təsiri
Bütün bunların inkişaf etməkdə olan ölkələr baxımından hansı 
məna daşıdığı haqqında düşünmək əhəmiyyətlidir. Sənaye inqila-


 T
Ə
S
İ
RL
Ə
R
59
bının keçmiş mərhələləri hələ dünya vətəndaşlarının əksəriyyəti 
üçün əlçatan deyildir. Onlar elektrik enerjisini, təmiz suyu, sanitar 
vasitələri və inkişaf etmiş iqtisadiyyatlardakı kapital təchizatının 
bir çox növlərini hələ də əldə edə bilmirlər. Buna baxmayaraq, dör-
düncü sənaye inqilabı mütləq inkişaf etməkdə olan ölkələrə də təsir 
göstərəcəkdir.
Dördüncü sənaye inqilabının konkret təsiri hələ də tam müəy-
yən deyildir. Son illərdə ölkələrin daxilindəki bərabərsizlik səviy-
yəsi artsa da, ölkələr arasındakı bərabərsizlik səviyyəsi əhəmiyyətli 
dərəcədə azalmışdır. Dördüncü sənaye inqilabı, iqtisadiyyatlar ara-
sında gəlir, bacarıqlar, infrastruktur, maliyyə və digər sahələrdə in-
diyə qədər şahid olduğumuz böyük fərqlərin azalmasının qarşısını 
alma riskinə malikdirmi? Yoxsa texnologiyalar və sürətli dəyişiklik-
lər sıçrayışlı inkişafamı xidmət edəcək?
Hətta ən yüksək inkişaf etmiş iqtisadiyyatların öz problemləri 
ilə mübarizə apardığı bir dövrdə də bu çətin suallara layiqli diqqət 
ayırmaq lazımdır. Yer kürəsinin bir çox ərazisinin geridə qalma-
masını təmin edə bilmək yalnız əxlaqi bir öhdəlik kimi qəbul edil-
məməlidir. Bu, eyni zamanda, miqrant axınları kimi geosiyasi və 
təhlükəsizlik təhdidlərinin qlobal qeyri-stabilliyə səbəb olma riski-
ni də azaldacaqdır.
Dördüncü sənaye inqilabının qlobal istehsalın əhəmiyyətli his-
səsinin inkişaf etmiş ölkələrə doğru geri qayıtmasına səbəb olma 
ehtimalı aşağı gəlirli ölkələr üçün təhlükəli ssenaridir. Ucuz iş qüv-
vəsinə çıxışın artıq şirkətlərin rəqabət gücünü artıran amil olmaq-
dan çıxması bu təhlükəli ssenarini reallaşdıra bilər. Xərc üstünlük-
lərinə əsaslanmaqla qlobal iqtisadiyyata xidmət edən güclü istehsal 
sektorları yaratma bacarığı, ölkələrə kapital yığımı, texnologiya 
transferi və gəlirləri artırma imkanları verən sınanmış bir inkişaf 
yoludur. Əgər bu yol bağlanarsa, o zaman bir çox ölkə öz modeli 
və sənayeləşmə strategiyası haqqında yenidən düşünməyə məcbur 
qalacaqdır. İnkişaf etməkdə olan iqtisadiyyatların dördüncü sənaye 
inqilabının imkanlarından necə faydalanacağı dünya üçün böyük 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
60
əhəmiyyət daşıyan bir mövzudur. Bunun üçün lazım olan strategi-
yaları anlamaq, inkişaf etdirmək və uyğunlaşdırmaq məqsədilə təd-
qiqat və müzakirələri davam etdirmək mühüm əhəmiyyət daşıyır.
Dördüncü sənaye inqilabının “qazanan hamısını aparır” kimi 
ifadə edilən dinamikasının həm ölkələr arasında, həm də ölkələrin 
daxilində özünü ciddi şəkildə göstərməsi əsas təhlükədir. Bu, sosial 
gərginlikləri və münaqişələri biraz da artıracaq və daha az əlaqəli 
və dəyişkən bir dünya yaradacaqdır. Bu, hazırda insanların xüsusilə 
də sosial ədalətsizlik və müxtəlif ölkələr arasındakı həyat standartı 
fərqlərinə daha şüurlu və həssas yanaşdıqlarını düşündükdə, daha 
da aydın görünür. Dövlət və özəl sektorun liderləri insanları onların 
həyat standartlarını yaxşılaşdırmaq üçün etibarlı strategiyalar tət-
biq etdiklərinə inandıra bilməsələr, sosial narahatlıq, kütləvi miqra-
siya və şiddətli ekstrimizm artaraq, inkişafın bütün mərhələlərində 
olan ölkələr üçün risklər yarada bilər. İnsanların özlərini və ailələ-
rini keçindirmək üçün ciddi bir işə sahib olduqlarını düşünmələ-
ri əhəmiyyətlidir. Ancaq iş qüvvəsinə tələb yetərsiz olduqda və ya 
mövcud bacarıqlar tələbə uyğun olmadıqda nə baş verəcəkdir?

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin