Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   2   3   4   5   6   7   8   9   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

El
şə
n Ba
ğ
ı
rzad
ə
iqtisad üzr
ə
f
ə
ls
ə
f
ə
doktoru, dosent
T
ə
hmasib 
Ə
lizad
ə
iqtisad üzr
ə
dissertant



Münd
ə
ricat
Ön söz 

Giriş 11
1. Dördüncü Sənaye İnqilabı 
17
1.1. Tarixi kontekst 
17
1.2. Dərin və sistemli dəyişiklik 
20
2. Hərəkətverici qüvvələr 
27
2.1. Meqatrendlər 
27
2.1.1. Fiziki 
28
2.1.2. Rəqəmsal
31
2.1.3. Bioloji 
34
2.2. Dönüş nöqtələri 
38
3. Təsirlər 
41
3.1. İqtisadiyyat 
41
3.1.1. Artım 
42
3.1.2. Məşğulluq 
48
3.1.3. İşin təbiəti 
60


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
3.2. Şirkətlər 
63
3.2.1. Müştəri gözləntiləri
66
3.2.2. Verilənlərlə təkmilləşən məhsullar 
68
3.2.3. Əməkdaşlıq innovasiyası
70
3.2.4. Yeni əməliyyat modelləri
71
3.3. Milli və qlobal 
80
3.3.1. Hökumətlər 
81
3.3.2. Ölkələr, bölgələr və şəhərlər 
88
3.3.3. Beynəlxalq təhlükəsizlik
94
3.4. Cəmiyyət 
106
3.4.1. Bərabərsizlik və orta sinif
107
3.4.2. İcma
109
3.5. Fərd 
112
3.5.1. Kimlik, əxlaq və etika 
113
3.5.2. Bəşəri əlaqə 
116
3.5.3. İctimai və şəxsi məlumatın idarə edilməsi 
118
Qarşıdakı yol 
121
Təşəkkür 131


MÜND
Ə
R
İ
CAT
Əlavə: Dərin dəyişikliklər
1. İmplantasiya oluna bilən texnologiyalar
2. Rəqəmsal 
varlığımız
3. Yeni interfeys kimi baxış
4. Geyinilə bilən internet
5. Hər yerdə kompüterdən istifadə 
6. Cibinizdəki super kompüter 
7. Hər kəs üçün saxlanc
8. Əşyaların interneti və əşyalar üçün internet
9. Qoşulmuş 
ev
10. Ağıllı şəhərlər
11. Qərarlar üçün böyük verilənlər
12. Sürücüsüz avtomobillər
13. Süni intellekt və qərarvermə
14. Süni intellekt və ağ yaxa tələb edən iş yerləri
15. Robotlar və xidmətlər
16. Bitkoin və blokçeyn 
17. Paylaşma iqtisadiyyatı
18. Hökumətlər və blokçeyn 
19. Üçölçülü çapetmə və istehsal
20. Üçölçülü çapetmə və insan sağlamlığı
21. Üçölçülü çapetmə və istehlak məhsulları
22. Dizayn edilmiş canlılar
23. Neyrotexnologiyalar
Qeydlər



9
Ön söz
Hazırda bəşəriyyət irimiqyaslı, mürəkkəb və heyrətamiz texno-
loji innovasiyaların sürətlə inkişaf etdiyi, süni intellektin həyatımı-
zın müxtəlif sferalarına daxil olduğu böyük bir dəyişikliklər döv-
ründə yaşayır. Biz, artıq özündə buxar mühərriki, elektrik enerjisi, 
kompüter və internetin ixtirasını ehtiva edən üç sənaye inqilabını 
geridə qoyaraq, XX əsrin sonlarından etibarən süni intellekt, ro-
botlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, 
nanotexnologiya, biotexnologiya və kvant hesablamaları kimi yeni 
texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabı dövrün-
dəyik. Bu inqilabın insanlara, şirkətlərə, ölkələrə və bütövlükdə 
dünyaya nələr vəd etməsi, onun yaratdığı imkanlardan necə istifadə 
olunması barədə suallar hazırda geniş intellektual müzakirələrin 
mövzusudur.
Qeyri-neft sektorunu gücləndirməklə uzunmüddətli dövr üçün 
dayanıqlı iqtisadi inkişafı təmin etməyi hədəfl əyən Azərbaycanın 
dördüncü sənaye inqilabı ilə bağlı müzakirələrə qoşulmasının, bu-
nunla bağlı Bakıda regional mərkəzin yaradılması istiqamətində iş-
lərin görülməsinin daha düzgün seçimlər etməyə imkan verəcəyinə 
inanıram. Bu baxımdan, hesab edirəm ki, Dünya İqtisadi Forumu-
nun təsisçisi və prezidenti Klaus Şvabın qələmə aldığı “Dördüncü 
sənaye inqilabı” adlı bu kitabın Azərbaycan dilində oxuculara təq-
dim edilməsi ölkəmizdə müasir iqtisadi təfəkkürün formalaşması 
prosesinə verilən mühüm töhfədir.


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
10
Texnologiyaların siyasi, iqtisadi, sosial və mədəni kontekstlə-
ri yenidən necə formalaşdıracağı ilə bağlı əhatəli və qlobal baxışa 
olan ehtiyacı təmin etmək məqsədilə yazılmış kitab, öz elmi məz-
munu və intellektual çalarları ilə bəşəriyyəti yeniliklərə hazırlayan, 
bu sahədə hökumətlər tərəfindən zəruri tənzimləmə və idarəetmə 
mexanizmlərinin yaradılmasının vacibliyini önə çəkən əvəzsiz bilik 
mənbəyidir. Müəllif, bu əsərində həm öz təcrübəsini, həm də dün-
yanın aparıcı ekspertlərinin, böyük korporasiyaların liderlərinin iq-
tisadiyyat və texnologiyaların inkişafı barədə fikirlərini ümumiləş-
dirməklə bizi dördüncü sənaye inqilabını təcəssüm etdirən əsas 
innovasiyalarla tanış edir və bu prosesin hökumətlərə, müəssisələrə, 
sahibkarlara və vətəndaşlara potensial təsirlərini göstərir.
Kitabda cənab Şvabın dördüncü sənaye inqilabı ilə bağlı əsas na-
rahatlığı bu prosesin cəmiyyət tərəfindən nəzarət altına alınıb-alın-
mayacağı ilə bağlıdır. Müəllif göstərir ki, dördüncü sənaye inqilabı 
dünyanı köklü şəkildə transformasiya etmək potensialına malik 
olsa da, əldə olunacaq uğur, bilavasitə vətəndaşların, şirkətlərin və 
dövlətlərin birgə fəaliyyətindən asılıdır.
Şirkətlər yeni sənaye normalarına adaptasiya ola bilmədiyi, hö-
kumətlər yeni texnologiyalardan yetərincə yararlanmadığı və bu 
texnologiyalara nəzarəti təmin edə bilmədiyi halda, sivilizasiyanın 
inkişafi tamamilə fərqli istiqamətlərə yönələ bilər. Buna görə də, 
müəllif hər kəsi insanlara fokuslanmağa səsləyir, yeni texnologiyala-
rın insanlar tərəfindən məhz onların özləri üçün yaradılmış alətlər 
olduğunu unutmamağa çağırır. 
Sonda belə bir dəyərli əsərin Azərbaycan oxucularına ana dili-
mizdə təqdim edilməsində əməyi olan UNEC alimlərinə təşəkkür 
edir və gələcək elmi fəaliyyətlərində uğurlar diləyirəm.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin