Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   2   3   4   5   6   7   8   9   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Mikayıl Cabbarov
Azərbaycan Respublikasının İqtisadiyyat Naziri


11
Giri
ş
Hazırda, müxtəlif heyrətamiz çağırışlarla qarşı-qarşıyayıq. Bu 
çağırışlar arasında ən gərgin və əhəmiyyətli olanı bəşəriyyətin trans-
formasiyasını da özündə birləşdirən yeni texnoloji inqilabı necə 
anlamağımız və formalaşdırmağımız məsələsidir. Hazırda bizim 
yaşama, çalışma və bir-birimizlə əlaqə qurma tərzimizi kökündən 
dəyişdirən bir inqilabın başlanğıcındayıq. Mənim dördüncü sənaye 
inqilabı hesab etdiyim bu inqilab, miqyası, əhatə dairəsi və mürək-
kəbliyi baxımından bəşəriyyətin daha öncə yaşadıqlarının heç bi-
rinə bənzəmir.
Biz, hələ bu yeni inqilabın sürətini və genişliyini tam anlaya 
bilmirik. Milyardlarla insanın mobil cihazlara bağlanmasının, gö-
rünməmiş səviyyədə əməliyyat gücünün, saxlanc imkanlarının və 
məlumatlara çıxışın yaradacağı sonsuz üstünlükləri düşünün. Ya da 
ki, süni intellekt (Sİ), robot, əşyaların interneti (Əİ), avtonom nəq-
liyyat vasitələri, üçölçülü çapetmə, nanotexnologiya, biotexnologi-
ya, materiallar elmi, enerji saxlancı və kvant hesablamaları kimi çox 
müxtəlif sahələri əhatə edən yeni texnoloji nailiyyətlərin heyrət-
ləndirici inteqrasiyasını təsəvvür edin. Hazırda bu innovasiyaların 
çoxu başlanğıc mərhələsindədir. Lakin fiziki, rəqəmsal və bioloji 
dünyalarda texnologiyalar birləşərək bir-birini gücləndirib inkişaf 
etdikcə, yeni bir sıçrayış nöqtəsinə yaxınlaşırlar. 
Bütün sektorlara təsir göstərən dərin dəyişikliklərə şahidlik 
edirik. Yeni biznes modelləri ortaya çıxır, mövcud strukturlar po-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
12
zulmağa başlayır, istehsal, istehlak, nəqliyyat və çatdırılma sistem-
ləri yenidən formalaşır. Sosial sferada, çalışma və ünsiyyət qurma 
tərzlərimizdə, eyni zamanda özümüzü ifadə etmə, məlumatlanma 
və əylənmə tərzlərimizdə bir paradiqma dəyişikliyi gündəlikdədir. 
Bununla yanaşı, hökumətlər və institutlar, eyni zamanda təhsil, 
səhiyyə və nəqliyyat kimi bir çox sistemlər də yenidən formalaşır. 
Texnologiyadan istifadənin yeni yolları, davranışları, istehsal və is-
tehlak sistemlərimizi dəyişdirir. Bu, həm də, indiyə qədər olduğu 
kimi kənar təsirlər formasında gizli xərclər yaratmaq əvəzinə təbii 
mühitin yenidən canlandırılmasını və qorunmasını dəstəkləmək 
imkanını təklif edir. 
Ölçüsü, sürəti və əhatə dairəsi baxımından bu dəyişikliklər tarixi 
əhəmiyyətə malikdir.
Yeni texnologiyaların inkişafını və mənimsənilməsini əhatə 
edən ciddi qeyri-müəyyənliklərin mövcudluğu, bu yeni sənaye 
inqilabının doğurduğu dəyişikliklərin necə inkişaf edəcəyini hələ 
də tam bilmədiyimizi göstərir. Bunların mürəkkəbliyi və sektor-
lar arasındakı qarşılıqlı bağlılığı, qlobal cəmiyyətin bütün maraqlı 
tərəfl ərinin – hökumətlərin, şirkətlərin, akademik qurumların və 
vətəndaş cəmiyyətinin– ortaya çıxan yeni trendləri daha yaxşı anla-
maq məqsədilə birgə işləmək məsuliyyətini doğurur.
Əgər ortaq məqsədləri və dəyərləri özündə ifadə edən birgə gələ-
cəyimizi yaratmaq istəyiriksə, o zaman ümumi bir anlayış ortaya 
qoymaq bu mənada çox əhəmiyyətlidir. Texnologiyanın bizim və 
gələcək nəsillərin həyatını necə dəyişdirəcəyi və bununla birlikdə 
yaşadığımız iqtisadi, sosial, mədəni və humanitar şərtləri yenidən 
necə formalaşdıracağı haqqında əhatəli və qlobal bir baxışa sahib 
olmalıyıq.
Bəşəriyyətin tarixi perspektivindən çıxış etsək, bu qədər böyük 
vədləri və potensial təhlükələri özündə birləşdirən başqa bir dövr 
olmadığını söyləyə bilərik. Lakin, qərarvericilərin çox vaxt özlərini 
ənənəvi, xətti (və inqilabi olmayan) düşüncədən azad edə bilməmə-
si və gələcəyimizi formalaşdıran inqilabi dəyişmələr

(“disruption” 


G
İ
R
İŞ
13
sözünün dilimizdə qarşılığı kimi “inqilabi dəyişmə”, “köklü dəyişmə” 
ifadələrinə üstünlük verilmişdir – tərc.
) və innovasiyalar haqqında 
strateji düşünməyə imkan verməyəcək qədər gündəlik məsələlərin 
içində boğulmaları məni narahatlığa sövq edir.
Bəzi elm adamaları və peşəkarların burada təhlil etməyə çalışdı-
ğım hadisələri yalnız üçüncü sənaye inqilabının bir hissəsi kimi qəbul 
etdiklərinin fərqindəyəm. Lakin mənim fərqli, dördüncü bir inqila-
bın baş verməkdə olduğuna dair qənaətim üç səbəbə əsaslanır:
Sürət: 
Bundan öncəki sənaye inqilablarından tamamilə fərqli 
olaraq bu inqilab xətti deyil, eksponent sürətlə inkişaf edir. Bu, ha-
zırda yaşadığımız çoxtərəfl i, dərin qarşılıqlı əlaqəli bir dünyanın və 
yeni texnologiyanın davamlı şəkildə daha yeni, daha bacarıqlı tex-
nologiyalara yol açmasının nəticəsidir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin