Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə14/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   10   11   12   13   14   15   16   17   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

2.2. Dönüş nöqtələri
Meqa trendlər ümumi şəkildə müzakirə edildiyi zaman çox mü-
cərrəd görünürlər. Lakin bunlar son dərəcədə praktiki tətbiqlərə və 
təkmilləşmələrə yol açırlar. 
Dünya İqtisadi Forumunun 2015-ci ilin sentyabr ayında nəşr 
edilən bir hesabatı xüsusi texnoloji dəyişiliklərin cəmiyyətdəki əsas 
inkişaf trendleri ilə kəsişən 21 əsas dönüş nöqtəsini müəyyən et-


H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
39
mişdir. Bu dönüş nöqtələri bizim gələcək rəqəmsal və hiper-qoşul-
muş dünyamızı (
ing. hyper-connected world
) formalaşdıracaqlar.
14 
Bunların hamısının yaxın 10 il ərzində gerçəkləşməsi gözlənilir. 
Eyni zamanda, bu dönüş nöqtələrinin dördüncü sənaye inqilabı 
tərəfindən sürətləndirilən dərin dəyişiklikləri canlı şəkildə əldə 
etdiyi düşünülə bilər. Bu qeyd edilən dönüş nöqtələri Dünya İqti-
sadi Forumunun nəzdində fəaliyyət göstərən Proqram təminatı və 
Cəmiyyət üzrə Qlobal Gündəm Şurası tərəfindən həyata keçirilən 
və informasiya və kommunikasiya sektorunda çalışan ən azı 800 
yüksək səviyyəli menecer və mütəxəssisin iştirak etdiyi bir sorğu ilə 
müəyyən edilmişdir. 
Cədvəl 1 hər bir xüsusi dönüş nöqtəsinin 2025-ci ildə reallaşa-
cağını gözləyənlərin faiz nisbətini ifadə edir.
15
Əlavə hissədə hər bir 
dönüş nöqtəsi, onun müsbət və mənfi təsirləri daha detallı şəkildə 
təqdim olunmuşdur. Orjinal tədqiqatın bir hissəsi olmayan 2 dö-
nüş nöqtəsi də – dizayn edilmiş canlılar və neyrotexnologiyalar – 
bura daxil edilmişdir, lakin Cədvəl 1-də qeyd göstərilməmişdir.
Bu dönüş nöqtələri, sistemli xarakterlərindən irəli gələrək təsir-
ləri get-gedə güclənən əsaslı dəyişiklikləri və bunlara ən yaxşı necə 
hazırlanacağını və cavab veriləcəyini ifadə etdikləri üçün olduqca 
əhəmiyyətli bir kontekstə malikdirlər. Növbəti hissədə təqdim 
edəcəyim kimi, bu keçid mərhələsində öz yolunu tapa bilmək, ilk 
növbədə, hazırda yolda olan və üfüqdə görünən dəyişikliklərə və 
onların qlobal cəmiyyətin hər səviyyəsindəki təsirinə dair məlumat-
lanmadan başlayır.


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin