Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Cədvəl 1. 2025-ci ilə qədər reallaşması gözlənilən dönüş nöqtələri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə15/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   11   12   13   14   15   16   17   18   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

40
Cədvəl 1. 2025-ci ilə qədər reallaşması gözlənilən dönüş nöqtələri
Dönü
ş
nöqt
ə
l
ə
ri
%
İ
nsanlar
ı
n 10%-nin internet
ə
qo
ş
ula bil
ə
n paltarlar geyinm
ə
si
91,2
İ
nsanlar
ı
n 90%-nin limitsiz v
ə
pulsuz (reklam d
ə
st
ə
kli) saxlanca sahib 
olmas
ı
91,0
1 trilyon sensorun internet
ə
qo
ş
ulmas
ı
89,2
AB
Ş
-dak
ı
ilk robot 
ə
czaç
ı
86,5
Oxumaq üçün istifad
ə
edil
ə
n eyn
ə
kl
ə
rin 10%-in internet
ə
qo
ş
ulmas
ı
85,5
İ
nsanlar
ı
n 80%-nin r
ə
q
ə
msal varl
ı
ğ
a sahib olmas
ı
84,4
Üçölçülü çapetm
ə
il
ə
ilk avtomobilin istehsal edilm
ə
si
84,1
Ə
hali say
ı
n
ı
n hesablanmas
ı
n
ı
böyük veril
ə
nl
ə
r hesab
ı
na realla
ş
d
ı
ran ilk 
dövl
ə
t
82,9
İ
mplantasiya edil
ə
bil
ə
n ilk mobil telefonun bazarda mövcud olmas
ı
81,7
İ
stehlak m
ə
hsullar
ı
n
ı
n 5%-nin üçölçülü çapetm
ə
yolu il
ə
istehsal olunmas
ı
81,1
Ə
halinin 90%-nin a
ğ
ı
ll
ı
telefonlardan istifad
ə
etm
ə
si
80,7
Ə
halinin 90%-nin internet
ə
münt
ə
z
ə
m ç
ı
x
ı
ş
imkan
ı
n
ı
n olmas
ı
78,8
AB
Ş
yollar
ı
ndak
ı
bütün avtomobill
ə
rin 10%-nin sürücüsüz olmas
ı
78,2
Üçölçülü çapetm
ə
istehsal
ı
olan ilk qaraciy
ə
rin n
ə
ql edilm
ə
si 76,4
Ş
irk
ə
t yoxlamalar
ı
n
ı
n 30%-nin Süni 
İ
ntellekt (S
İ
) vasit
ə
sil
ə
h
ə
yata 
keçirilm
ə
si
75,4
Bir dövl
ə
t t
ə
r
ə
fi
nd
ə
n blokçeyn vasit
ə
sil
ə
ilk d
ə
f
ə
vergi y
ı
ğ
ı
m
ı
n
ı
n h
ə
yata 
keçirilm
ə
si
73,1
Evl
ə
r
ə
ged
ə
n internet tra
fi
kinin 50%-d
ə
n çoxunun al
ə
t v
ə
cihazlar üçün 
istifad
ə
edilm
ə
si
69,9
Qlobal miqyasda avtomobil payla
ş
ı
m
ı
il
ə
edil
ə
n s
ə
yah
ə
tl
ə
rin 
şə
xsi 
avtomobill
ə
rl
ə
edil
ə
nl
ə
r
ə
n
ə
z
ə
r
ə
n daha çox olmas
ı
67,2
Yollar
ı
nda tra
fi
k i
ş
ı
q dir
ə
kl
ə
rinin olmad
ı
ğ
ı
50 000-d
ə
n çox 
ə
halisi olan ilk 
şə
h
ə
r
63,7
Qlobal ÜDM-in 10%-nin blokçeyn texnologiyas
ı
nda saxlan
ı
lmas
ı
57,9
Bir 
ş
irk
ə
tin idar
ə
hey
ə
tind
ə
ilk S
İ
ma
ş
ı
n
ı
n
ı
n yer almas
ı
45,2
Mənbə:
Deep Shift – Technology Tipping Points and Societal Impact, Global Agenda 
Council on the Future of Soft ware and Society, World Economic Forum, September 2015


41
Üçüncü hiss
ə
 T
ə
sirl
ə
r
İnkişaf etməkdə olan texnoloji inqilabın miqyası və genişliyi 
proqnozlaşdırılması demək olar ki, qeyri-mümkün olan yüksək 
səviyyədə iqtisadi, sosial və mədəni dəyişikliklərdə özünü göstərə-
cəkdir. Yenə də, bu hissə dördüncü sənaye inqilabının iqtisadiyyat, 
biznes, hökumətlər və ölkələr, cəmiyyət və fərdlər üzərindəki müm-
kün təsirlərini təsvir və təhlil edir. 
Bütün bu sahələrdə ən böyük təsirlərdən biri böyük ehtimal-
la tək qüvvənin nəticəsi olacaqdır: gücləndirmə - hökumətlərin 
vətəndaşları ilə, şirkətlərin işçiləri, səhmdarları və müştəriləri ilə, 
super güclərin daha kiçik ölkələrlə olan münasibətlərində ortaya 
çıxacaq gücləndirmələr. Dördüncü sənaye inqilabının mövcud si-
yasi, iqtisadi və sosial modellər üzərindəki mümkün inqilabi təsiri 
güclənən oyunçuların özlərinin daha uğurlu ola bilmək üçün yeni 
əməkdaşlıq formalarını tələb edən dağınıq bir güc sisteminin his-
sələrinə çevrildiklərinin fərqində olmalarını şərtləndirir.
3.1. İqtisadiyyat
Dördüncü sənaye inqilabının qlobal iqtisadiyyat üzərində ciddi, 
müəyyən birini digərindən ayırmanın son dərəcə çətin olacağı qədər 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
42
geniş və çoxtərəfl i bir təsiri olacaqdır. Əslində, ağıla gələn bütün makro 
səviyyəli parametrlər – ÜDM, investisiya, istehlak, məşğulluq, ticarət, 
infl yasiya və s. – təsirə məruz qalacaqdır. Mən burada məsələnin yalnız 
ən kritik iki aspekti üzərində dayanacağam: artım (daha çox uzun dövr-
də əsas determinantı olan məhsuldarlıq perspektivindən) və məşğulluq. 
3.1.1. Artım
Dördüncü sənaye inqilabının iqtisadi artım üzərindəki müm-
kün təsirləri məsələsi iqtisadçılar arasında fikir ayrılığı olaraq qal-
maqda davam edir. Bir tərəfdə, texno-pessimistlər iddia edirlər ki, 
rəqəmsal inqilabın kritik töhfələri çoxdan reallaşmışdır və onun 
məhsuldarlıq üzərindəki təsiri artıq başa çatmışdır. Digər tərəf-
də isə texno-optimistlər texnologiya və innovasiyanın hazırda bir 
dönüş nöqtəsində olduğunu və onun qısa zaman ərzində məhsul-
darlıq və yüksək iqtisadi artım üzərində yeni bir yüksəliş dalğasını 
başladacağını iddia edirlər. 
Mən hər iki tərəfin də fikirlərini diqqətə almaqla yanaşı, praq-
matik və xoş niyyətli qalmaqda davam edirəm. Texnologiyanın 
potensial defl yasiya xarakterli təsirinin (bu “yaxşı defl yasiya” kimi 
ifadə edilsə də) tamamilə fərqindəyəm və onun bəzi paylaşdırıcı tə-
sirlərinin əməklə müqayisədə kapitala üstünlük verdiyi və eyni za-
manda, xərcləri, başqa sözlə, istehlakı azalda bildiyi haqqında məlu-
matlıyam. Ancaq eyni zamanda, mən dördüncü sənaye inqilabının 
xeyli insana daha aşağı qiymətlərlə istehlak imkanı yaratdığının və 
istehlakı daha dayanıqlı, bu səbəbdən də daha məsuliyyətli hala gə-
tirdiyinin fərqindəyəm. 
Dördüncü sənaye inqilabının artım üzərindəki potensial təsir-
lərinin son dövrdəki iqtisadi trendlərlə və artıma töhfə verən di-
gər faktorlarla eyni kontekstdə müzakirə edilməsi əhəmiyyətlidir. 
2008-ci ildə başlayan iqtisadi və maliyyə böhranından cəmi bir 
neçə il əvvəl qlobal iqtisadiyyat ildə 5% artırdı. Əgər bu sürət da-
vam etsəydi, qlobal ÜDM hər 14-15 ildə ikiqat artardı və bu da 
milyardlarla insanın yoxsulluqdan çıxması ilə nəticələnərdi. 


 T
Ə
S
İ
RL
Ə
R
43
Böyük Resessiyadan dərhal sonra qlobal iqtisadiyyatın əvvəlki 
yüksək iqtisadi artım yoluna geri dönə biləcəyi ilə bağlı gözləntilər 
geniş yayılmışdı, lakin belə bir hadisə baş vermədi. Qlobal iqtisadiy-
yatın müharibədən sonrakı dövrün orta artım sürətindən də aşağı 
bir sürət həddində – illik təxmini 3-3,5% - ilişib qaldığı görünür. 
Bəzi iqtisadçılar “yüz ilin çöküşü” ehtimalını irəli sürdülər və 
“daimi durğunluq”dan danışmağa başladılar. Böyük Depressiya 
dövründə Alvin Hansen tərəfindən irəli sürülən bir termin olan 
“daimi durğunluq”, son zamanlarda Lari Sammerz [Larry Sum-
mers] və Pol Kruqman [Paul Krugman] kimi iqtisadçılar tərəfin-
dən də gündəmə gətirilmişdir. “Daimi durğunluq”, tələbdə fasiləsiz 
azalmaların davam etdiyini, sıfıra yaxın faiz dərəcələri ilə belə aşıl-
ması mümkün olmayan bir vəziyyəti ifadə edir. Bu fikir elm adam-
ları arasında mübahisə predmeti olsa da, onun artıq əhəmiyyətli 
nəticələri var. Əgər doğrudursa, bu qlobal ÜDM artım səviyyəsi-
nin hətta bundan sonra da enməyə davam edəcəyini ifadə edir. Biz 
illik ÜDM artımının 2%-ə endiyi ekstremal nöqtədəki bir ssenari-
ni təsəvvür edə bilərik. Bu vəziyyətdə qlobal ÜDM-in ikiqat arta 
bilməsi üçün 36 ilə ehtiyac olacaqdır. 
Hazırda qlobal artımın niyə azaldığının, kapitalın yanlış böl-
güsündən borclanmaya və demoqrafik dəyişikliklərə qədər bir çox 
fərqli izahları vardır. Mən burada onların yalnız ikisi üzərində daya-
nacam: qocalma və məhsuldarlıq. Çünki ikisi də, xüsusi ilə texnolo-
ji inkişafl a sıx, qarşılıqlı əlaqədədirlər.
Qocalma
Hazırda 7,2 milyard olan dünya əhalisinin sayının 2030-cu ildə 
8 milyarda, 2050-ci ildə isə 9 milyarda yüksələcəyi gözlənilir. Bu, 
məcmu tələbdə bir artıma səbəb olacaqdır. Lakin əlavə olaraq, güc-
lü bir demoqrafik trend də var: qocalma. Ümumilikdə belə bir or-
taq fikir var ki, qocalma daha çox zəngin Qərb ölkələrinə təsir edir. 
Amma əslində isə vəziyyət belə deyil. Dünyanın müxtəlif bölgələ-
rində əhalinin doğum səviyyəsi yenilənmə səviyyəsindən aşağıdır. 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
44
Yalnız azalmanın başladığı Avropada deyil, eyni zamanda, Cənubi 
Amerikanın böyük bir hissəsində və Qərib Hövzəsində, Çin və Cə-
nubi Hindistan da daxil olmaqla Asiyanın əksər hissələrində, hətta 
Livan, Mərakeş və İran kimi bəzi Orta Şərq və Şimali Afrika ölkələ-
rində də vəziyyət eynidir.
Qocalma iqtisadi təhdid yaradır. Çünki pensiya yaşları cəmiy-
yətin yaşlı üzvlərinin də iş qüvvəsinə qoşulmasına imkan verəcək 
(bir çox iqtisadi faydası olan iqtisadi məcburiyyət) şəkildə əhəmiy-
yətli dərəcdə artırılmadığı təqdirdə, bir tərəfdən asılı yaşlıların sayı 
artacaq, digər tərəfdən isə əmək qabiliyyətli yaşda olan əhalinin 
sayı azalacaqdır. Əhali yaşlandıqca və yetkinlik yaşında olan gənc 
insanların sayı azaldıqca, ev, mebel, avtomobil və cihaz kimi ba-
halı məhsulların satış səviyyələri də aşağı düşəcəkdir. Əlavə olaraq, 
sahib karlıq risklərini üzərinə götürməyə çalışan insanların sayı da 
azalacaqdır. Çünki yaşlanan işçilər yeni bir iş qurmaq əvəzinə, ək-
sinə əlindəki aktivləri gələcəkdə daha yaxşı bir pensiyaçı ömrü ke-
çirmək üçün qorumağa meyillidir. Pensiyaya çıxan insanların top-
lanmış yığımlarını geri çəkmələri bu vəziyyəti tarazlaşdırsa da, yenə 
də nəticədə yığım və investisiya səviyyələri aşağı düşəcəkdir. 
Qocalan cəmiyyətlər özlərini yeni vəziyyətə uyğunlaşdırdıqca bu 
vərdişlər və modellər dəyişə bilərlər. Lakin ümumi trend, yaşlanan 
dünyanın texnoloji inqilab məhsuldarlıqda (sadə şəkildə deyilsə, çox 
çalışmaqdansa, daha ağıllı çalışmaq bacarığını ifadə edir) böyük sıçra-
yışları təşviq edənə qədər daha zəif iqtisadi artıma məhkum olmasıdır. 
Dördüncü sənaye inqilabı bizə daha uzun, daha sağlam yaşamaq 
və daha aktiv həyat tərzi keçirmək bacarıqları təqdim edir. Hazırda, 
inkişaf etmiş iqtisadiyyatlarda doğulan uşaqların dörddə birindən 
çoxunun 100 yaşına qədər yaşayacağı gözlənilir. Bu şərtlər daxilin-
də əmək qabiliyyətli yaşda olan əhali, pensiya və fərdi həyat plan-
laması
16 
kimi məsələlər haqqında yenidən düşünməliyik. Bir çox 
ölkənin bu məsələləri müzakirəyə çıxarmağa cəhd etməkdə belə çə-
tinliklərlə üzləşməsi dəyişmə güclərini adekvat və proaktiv şəkildə 
qarşılamağa hazır olmadığımızın başqa bir göstəricisidir.


 T
Ə
S
İ
RL
Ə
R

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin