Cri(2016)17 Version azerbaïdjanaise



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix28.03.2017
ölçüsü0,72 Mb.
#12718
  1   2   3   4   5   6   7

 

 

 



 

 

 

 

 

CRI(2016)17 

Version azerbaïdjanaise 

Azerbaijani version 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

     

 

ECRI-

ın AZƏRBAYCAN ÜZRƏ 

HESABATI   

 

(beşinci monitorinq dövrü)

 

 

 

 

 

 



17 mart 2016-

cı ildə qəbul edilmişdir

 

 

7 iyun 2016-



cı ildə dərc edilmişdir

 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ECRI Secretariat 



Directorate General II - Democracy 

Council of Europe  

F-67075 STRASBOURG Cedex  

Tel.: + 33 (0) 3 90 21 46 62  

E-mail: ecri@coe.int  

 

www.coe.int/ecri



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

ECRI-

ın AZƏRBAYCAN ÜZRƏ 

HESABATI   

(beşinci monitorinq dövrü)

 

 

 

 

17 mart 2016-



cı ildə qəbul edilmişdir

 

 



7 iyun 2016-

cı ildə dərc edilmişdir

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Lütfən nəzərə alın ki, hazırkı sənəd tərcümədir. Hər hansı şübhə olduğu təqdirdə ingilis və 



fransız dillərində olan orijinal versiyalara istinad edilməlidir

 

 



  

 

M



ÜNDƏRICAT

 

ÖN SÖZ ........................................................................................................................ 7 



XÜLASƏ ....................................................................................................................... 9 

NƏTİCƏLƏR VƏ TÖVSİYƏLƏR ................................................................................. 11 

I. 

ÜMUMI MÖVZULAR ............................................................................... 11 

1.

 



İ

RQÇILIK VƏ IRQI AYRI

-

SEÇKILIYƏ QARSI QANU



NVERICILIK

 ............................. 11

 

-

 



A

VROPA 


İ

NSAN 


H

ÜQUQLARI 

K

ONVENSIYASININ 



12

 SAYLI 


P

ROTOKOLU 

 

(AİHK)


 ..................................................................................................... 11

 

-



 

C

INAYƏT HÜQUQU



 ..................................................................................... 11

 

-



 

M

ÜLKI VƏ INZIBATI HÜQ



UQ

 .......................................................................... 12

 

-

 



İ

XTISASLASMIS DÖVLƏT 

ORQANLARI

 ............................................................ 14

 

2.

 



N

IFRƏT NITQI

 ............................................................................................ 16

 

-



 

F

ENOMENIN MIQYASI



 ................................................................................. 16

 

-



 

N

IFRƏT NITQINƏ VERILƏ



N CAVABLAR

 ........................................................... 18

 

3.

 



İ

RQÇI VƏ HOMO

/

TRANSFOBIYA SIDDƏTI



 ....................................................... 21

 

4.



 

İ

NTEQRASIYA SIYASƏTLƏ



RI

 ......................................................................... 23

 

-

 



Q

AÇQINLAR VƏ DIGƏR MI

QRANTLAR

 ............................................................ 23

 

-

 



T

ARIXI ETNIK

,

 

DINI VƏ DIL AZLIQLAR



............................................................. 26

 

II. 



AZƏRBAYCANA XAS OLAN MÖVZULAR ............................................ 27 

1.

 



D

ÖRDÜNCÜ DÖVRÜN MÜVƏQQƏTI MONITORINQ TÖVSIYƏLƏRI

 ....................... 27

 

2.



 

D

INI AYRI



-

SEÇKILIK


 .................................................................................... 29

 

3.



 

LGBT-


LƏRƏ QARSI OLAN AYRI

-

SEÇKILIKLƏ VƏ DÖZÜMSÜZLÜKLƏ MÜBARIZƏ 



SIYASƏTLƏRI

 ............................................................................................. 31

 

-

 



M

ƏLUMAT


 ................................................................................................. 31

 

-



 

A

PARILAN SIYASƏTLƏR



 .............................................................................. 31

 

-



 

Q

ANUNVERICILIK



 ....................................................................................... 32

 

MÜVƏQQƏTİ MONİTORİNQ TÖVSİYƏLƏRİ ............................................................. 33 



TÖVSİYƏLƏRİN SİYAHISI ......................................................................................... 35 

ƏDƏBIYYAT SIYAHISI ............................................................................................... 37 

ƏLAVƏ: HÖKUMƏTİN NÖQTEYİ-NƏZƏRİ ................................................................ 45 

 



Ö



N SÖZ

 

Avropa  Şurası  tərəfindən  yaradılmış  İrqçiliyə  və  Dözümsüzlüyə  qarşı  Avropa 

Komissiyası (ECRI) irqçilik və dözümsüzlüklə bağlı məsələlər sahəsində ixtisaslaşmış 

insan  hüquqları  üzrə  müstəqil  nəzarət  orqanıdır.    Bu  komissiya  öz  etik  nüfuzları 

əsasında  təyin  edilmiş  və  irqçilik,  ksenofobiya,  antisemitizm  və  dözümsüzlük 

sahələrindəki ekspertizaları ilə tanınan müstəqil və qərəzsiz üzvlərdən ibarətdir.  

 

Qanuni  fəaliyyətləri  çərçivəsində  ECRI  üzv  dövlətlərin  hər  birində  irqçilik  və 



dözümsüzlüklə bağlı vəziyyəti təhlil edən monitorinq işini həyata keçirir və aşkar edilmiş 

problemlərin həll edilməsi istiqamətində təklif və məsləhətləri işləyib hazırlayır. 

 

ECRI-


ın  ölkələrdə  apardığı  monitorinq  Avropa  Şurasının  bütün  üzv  dövlətlərinə  eyni 

səviyyədə  şamil  edilir.    Bu  iş  9

-10 

ölkəni  5  illik  müddət  olmaqla  əhatə  edir.    Birinci 



mərhələnin  hesabatları  1998

-

ci  ilin  sonunda,  ikinci  mərhələnki  2002



-ci  ilin  sonunda, 

üçüncü mərhələnki isə 2007

-

ci ilin sonunda başa çatdırılmışdır. Dördüncü mərhələnin 



hesabatları  2008

-

ci  ilin  əvvəlində  bitirilmişdir.    Beşinci  mərhələnin  hesabatları 



üzərindəki iş 2012

-

ci ilin noyabrında başlamışdır. 



 

Hesabatlarının  hazırlanmasının  iş  metodları  sənəd  təhlillərindən,  aidiyyəti  ölkəyə 

səfərdən və sonra dövlət orqanları ilə məxfi dialoqun aparılmasından ibarətdir. 

 

ECRI-



ın  hesabatları  sorğuların  və  ya  şahid  sübutlarının  nəticəsi  deyil.  Onlar  müxtəlif 

mənbələrdən  toplanmış  çoxsaylı  məlumatlara  əsaslanan  təhlillərdir.  Sənədli 

araşdırmalar geniş sayda milli və beynəlxalq yazılı mənbələrə əsaslanır.  Yerlərə edilən 

səfər ətraflı məlumatların toplanması üçün birbaşa aidiyyəti olan tərəflərlə (hökumət və 

qeyri-

hökumət)  görüşmək  imkanı  verir.    Dövlət  orqanları  ilə  məxfi  dialoq  sonunculara 



lazım bildikləri təqdirdə faktlarla bağlı hesabatda mövcud ola biləcək istənilən mümkün 

səhvlərin  düzəldilməsi  məqsədilə  hesabat  layihəsində  şərhləri  etmələrinə  imkan  verir.  

Dialoqun sonunda dövlət orqanları arzu etdikləri təqdirdə nöqteyi

-

nəzərlərinin ECRI



-

ın 


son hesabatında yer almasını xahiş edə bilərlər. 

 

Hər ölkə üzrə hazırlanan hesabatların beşinci mərhələsi bütün üzv dövlətlərə aid olan 



dörd  məsələdən  bəhs  edir:  (1)  Qanunvericiliklə  bağlı  məsələlər,  (2)  Nifrət  nitqi, 

(3) 


Şiddət, (4) İnteqrasiya siyasətləri və onların hər biri ilə bağlı olan çoxsaylı mövzular. 

Dördüncü monitorinq dövründə tətbiq edilməmiş və ya qismən tətbiq edilmiş dördüncü 

dövrün müvəqqəti tövsiyələri bu məqsədlə monitorinq ediləcək. 

 

Beşinci  dövr  çərçivəsində  hesabtda  edilmiş  tövsiyələr  arasından  seçilmiş  iki  xüs



usi 

tövsiyənin  prioritet  olaraq  tətbiq  edilməsi  bir  daha  xahiş  edilib.    Bu  iki  tövsiyənin 

müvəqqəti  monitorinq  prosesi  hazırkı  hesabatın  nəşrindən  sonra  ən  geci  iki  il 

müddətində ECRI tərəfindən aparılacaq. 

 

Aşağıdakı hesabat ECRI

-

n tam məsuliyyəti altında

 

hazırlanmışdır.  O, 11 dekabr 

2015-

cu  ilədək  olan  vəziyyəti  əhatə  edir  və  bu  tarixdən  sonra  baş  vermiş 

hadisələr nə aşağıdakı təhlildə öz əksini tapmış nə də gəlinən nəticələrdə və irəli 

sürülən təkliflərədə nəzərə alınmışdır.  

 

 


 



XÜLASƏ



 

ECRI-

ın Azərbaycanla bağlı üçüncü hesabatının 23 mart 2011

-

ci ildə qəbulundan 

sonra bir sıra sahələrdə irəliləyiş əldə edilmişdir.   

 

Azərbaycandakı  insanlar  ölkədə  tarixən  mövcud  olan  azlıqların  bir  çoxuna  qarşı 

ümumən  səmimi  münasibət  bəsləyir.    Ayrı

-

seçkiliyi  qadağan  edən  çoxsaylı  mülki  və 



inzibati hüquq müddəaları mövcuddur. Bundan əlavə Ali Məhkəmə bəzilərinin irqçiliyə 

qarşı  mühafizəni  təmin  etdiyi  beynəlxalq  konvensiyaları  tətbiq  etməyin  vacibliyini 

vurğulayıb.  

 

Tarixən  ölkədə  yaşayan  azlıqlarla  bağlı  nifrət  nitqinə  əsaslanan  insidentlərin  olması 



barədə  məlumat  yoxdur.    Azərbaycan  mədəniyyətlərarası  dialoqa  həsr  edilmiş 

beynəlxalq  forumlara  dəfələrlə  ev  sahibliyi  edib.  2014

-

cü  ildə  Bakı  Beynəlxalq 



Multikulturalizm 

Mərkəzi  yaradılıb.  Ombudsman  dözümlülüyü  təşviq  etmək  üçün 

həssaslığın  artırılması  kampaniyaları  təşkil  edib.    Son  beş  il  ərzində  Azərbaycanda 

etnik mənsubiyyətlə bağlı heç bir şiddətli nifrət cinayətinə rast gəlinməyib. 

 

Azərbaycan ECRI



-

ın Miqrasiya Məcəlləsini qəbul etməklə bağlı tövsiyəsinə riayət edib. 

Onun  əcnəbilərin  "adaptasiyası"  ilə  bağlı  77

-

ci  maddəsi  miqrantlar  üçün  inteqrasiya 



siyasətlərinin  əsasını  təşkil  edə  bilər.  Buna  dil  və  inteqrasiya  dərsləri  də  daxil  edilə 

bilər.    Dövlət  orqanları  da  tarixi  azlıqların  ictimai  xidmətlərdən  və  əmək  bazarından 

istifadə  edə  bilməsini  yaxşılaşdırmaq  məqsədilə  bölgələrdə  fəaliyyətlər  göstərərək  və 

ucqar kəndlərdə məktəblər və yollar kimi infrastrukturlarınn yaradılması ilə işlər həyata 

keçirib.  

Lezbiyan,  Gey, 

Biseksual  və  Transgender  (LGBT)  şəxslərin  hüquqlarını  təşviq  edən 

bəzi  vətəndaş  cəmiyyətləri  qurulub  və  2012

-

ci  ildə  Bakıda  keçirilmiş  "Eurovision" 



müsiqi yarışmasında polis LGBT

-

ləri qoruyub.  



 

ECRI  Azərbaycanda  baş  verən  bu  müsbət  hadisələri  alqışlayır.

   

Lakin  əldə 

olunmuş  irəliləyişlərə  baxmayaraq  bəzi  məsələlər  hələ  də  narahatlıq 

doğurmaqdadır. 

 

Ölkədə ECRI



-

ın işi üçün maraq kəsb edən bir çox sahələrdə vəziyyəti dəyərləndirmək 

üçün etibarlı statistik məlumatlar mövcud deyil.    Bundan əlavə vətəndaş  cəmiyyəti və 

müstəqil mətbuat genişmiqyaslı repressiyaya ciddi şəkildə məruz qalıb və ATƏT

-

ə yerli 


ofisini bağlamaq əmr edilib. 

 

Rəng,  dil,  milliyyət  və  etnik  mənşə  səbəbləri  cinayət  hüququnun  irqçiliklə  bağlı  bəzi 



müddəalarında  aydın  şəkildə  qeyd  edilməyib.  Şiddətə  çağırış  və  irqçiliyi  təşviq  edən 

qruplara dəstək cəzalandırılmır. Nə mülki nə də inzibatı hüquqda birbaşa və dolayı irqi 

ayrı

-

seçkiliyin  tərifini  mövcuddur  və  Azərbaycan  hələ  də  bu  sahələrdə  müfəssəl 



qanunvericilik  hazırlamayıb.  Bundan  əlavə,  ombudsmanın  mandatı  ictimai  sektorla 

məhduddur  və  özəl  sektorda  baş  verən  irqçilik  və  ayrı

-

seçkiliklə  mübarizədən  məsul 



olan heç bir qurum hələ də mövcud deyil.

 

Siyasi  liderlər,  təhsil  müəssisələri  və  media  ermənilərə  qarşı  nifrət  nitqini  istifadə 



etməyə davam edib. Bütöv bir azərbaycanlı nəsli bu nifrət oyadan ritorikanı dinləyərək 

böyüyüb.  Digərləri  ilə  yanaşı  Ermənistanla  barış  üçün  fəaliyyət  göstərən  insan 

hüquqları müdafiəçiləri də mübahisəli ittihamlarla ağır həbs cəzalarına məhkum edilib 

və  talış  milli  azlığına  qarşı  nifrət  nitqindən  istifadə  edilməsi  ilə  bağlı  narahatlıqlar 

mövcuddur.  LGBT şəxslər də nifrət nitqi ilə üzləşirlər. 

 

Hazırki nifrət dalğası irqçilik və homo/transfobiyaya əsaslanan şiddətlə nəticələnə bilər. 



Üstəlik,  irqçi  cinayətləri  törədənlər  üçün  cəzasızlıq  hissinin  artma  riskini  nəzərə 

almadan  2012-

ci  ildə  dövlət  orqanları  erməni  zabitini  qətlə  yetirdiyi  üçün  Budapeştdə 

ömürlük  həbs  cəzasına  məhkum  edilmiş  Ramil  Səfərovu  əfv  edib  buraxıb  və  onun 

rütbəsini artırıb. LGBT şəxslərə qarşı böyük sayda şiddətli hücumlar olub. Onların çoxu 

zərərçəkənlərin  ailə  üzvləri  tərəfindən  həyata  keçirilib.    Dini  düşmənçilik  və 

dözümsüzlük də nifrət cinayəti üçün səbəb olub. 

 


 

10

 



Dövlət  orqanları  miqrantlar  və  tarixi  azlıqlar  üçün  müfəssəl  inteqrasiya  siyasətlərin

hazırlamayıb.    Miqrasiya  Məcəlləsində  miqrantların  hüquqları  ilə  bağlı  ciddi 



məhdudiyyətlər  mövcuddur.  Bir  çox  tarixi  azlıqlar  əksəriyyətə  nisbətən  çox  yüksək 

səviyyəli yoxsulluqdan və aşağı səviyyəli səhiyyə və təhsil xidmətlərindən əziyyət çəkir. 

 

Dini 


etiqad azadlığı haqqında qanunun bir çox müddəasi beynəlxalq normalara müvafiq 

deyil.    Müsəlmanlar  azlıqlar  və  "qeyri

-

ənənəvi"  dini  icmalar  polis  basqınları,  polis 



tərəfindən  saxlanılma  və  məhkəməyə  qədər  həbsdə  saxlama,  ibadət  yerlərinin 

bağlanması, məscidlərdən bayırda namaz qılmanın qadağan edilməsi, dini ədəbiyyatın 

senzurası və ağır cərimələr da daxil olmaqla çoxsaylı məhdudiyyətlər və ayrı

-

seçkiliklə 



üzləşib.    Azərbaycan  alternativ  xidmətlə  bağlı  qanun  qəbul  etməyib.    Ombudsmanın 

insan  hüquqlarının  və  azadlıqlarının  bir  çox  mühüm  sahədə  qorunması  istiqamətində 

gördüyü işlər kifayət qədər artırıla bilər.

 

Əhalinin böyük əksəriyyəti LGBT şəxslərə qarşı qərəzli fikrə sahibdir.  Bunun nəticəsi 



olaraq  LGBT  şəxslər  cinsi  orientasiyalarını  və  gender  kimliklərini  gizlətmək 

məcburiyyətində  qalır,  hər  gün  həyatın  bir  çox  sahələrində  gündəlik  ayrı

-

seçkiliklə 



üzləşirlər.  Buna baxmayaraq dövlət orqanları bu sahədə az iş görüb və LGBT şəxsləri 

şiddət və ayrı

-

seçkilikdən aydın şəkildə qoruyan hüquqi sənəd mövcud deyi



l.   

Hazırkı  hesabatda,  ECRI  bir  sıra  sahələrdə  tədbirlər  görməsini  dövlət 

orqanlarından xahiş edir. Bu kontekstdə o, aşağıdakılar da daxil olmaqla bir sıra 

tövsiyələr irəli sürür. 

  

Dövlət orqanları Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 12 saylı P



rotokolunu 

ratifikasiya  etməli  və  cinayət  hüququnu  ECRI

-

ın  irqçiliklə  mübarizə  ilə  bağlı  milli 



qanunvericilik  üzrə  7  saylı  Ümumi  Siyasət  Tövsiyəsinə  uyğunlaşdırmalıdır.    Eyni 

zamanda  onlar  qeyri  ayrı

-

seçkiliklə  bağlı  müfəssəl  qanunvericilik  hazırlamalı  və 



eyni 

zamanda  irqçiliklə  və  ayrı

-

seçkililə  mübarizə  aparmaq  üçün  ixtisaslaşmış  qurum 



yaratmalıdır.  

 

Dövlət orqanları ictimai qurumların bütün səviyyələrdə ermənilərə qarşı nifrət nitqindən 



qaçmasını  təmin  etməli,  fərqli  və  müstəqil  vətəndaş  cəmiyyətinin  inkişafı  üçün  uyğun 

şərtləri  yaratmalıdır.



*

 

Polis  və  prokurorluq  orqanları  nifrət  nitqi  və  nifrət  cinayəti  riski 



altında  olan  qruplarla  dialoq  və  səmimi  əməkdaşlıq  qurmalı,  nifrətə  əsaslandığı 

düşünülən bütün işləri dərindən araşdırmalıdır.  Eyni zamanda, nifrət nitqi müddəalarını 

tətbiq  etdikləri  zaman  söz,  din  və  birləşmək  azadlıqlarına  da  xüsusi  diqqət 

ayırmalıdırlar. 

 

Dövlət  orqanları  miqrantlar  və  tarixi  azlıqlar  üçün  müfəssəl  inteqrasiya  strategiyaları 



hazırlamalıdır.    Onlar  eyni  zamanda  bir  sıra  göstəricilər  müəyyən  etməli  və  bu 

strategiyaların  təsirini  ölçmək  üçün  statistik  məlumatları  toplamalıdırlar.    Əməkçi 

miqrantların  qeydiyyatına  olan  maneələr  aradan  qaldırılmalı,  tarixi  azlıqlar  üçün 

müfəssəl  inteqrasiya  siyasətlərini  aparmaq  və  koordinasiya  etmək  məqsədilə  yeganə 

qurum müəyyən edilməlidir.  

 

Dövlət orqanları dini icmaların qeydiyyata alınma prosesini tez şəkildə həyata keçirməli 



və onların üzvlərinin din azadlığının heç bir şəkildə pozulmamasını təmin etməlidirlər.  

Bundan əlavə dövlət orqanları

 

Venesiya Komissiyası və ATƏT



-

in Demokratik Təsisatlar 

və İnsan Hüquqları Bürosunun dini etiqad azadlığı haqqında qanununa etdiyi tövsiyələri 

tətbiq etməli, hazırki qanunvericiliyin AİHK

-

ın 9 və 14



-

cü maddələri ilə tam uyğunluğuna 

riayət etməlidir.  Azərbaycan həmçinin Avropa Şurasına qəbul olduğu zaman alternativ 

xidmət  haqqında  qanunvericiliyin  hazırlanması  ilə  bağlı  üzərinə  götürdüyü  öhdəliyi 

yerinə yetirməlidir. Sonda dövlət orqanları LGBT şəxslərlə bağlı fəaliyyət planını qəbul 

etməli və həyata keçirmə

lidir.   

                                                



*

 

Bu tövsiyənin müvəqqəti monitorinq prosesi hazırkı hesabatın nəşrindən sonra ən geci iki il müddətində 



ECRI tərəfindən aparılacaq. 

 


 

11 


NƏTİCƏLƏR

 



 

TÖVSİYƏLƏR

 

 

I. 

Ümumi mövzular 

1. 

İrqçilik və irqi ayrı

-

seçkiliyə qarşı qanunvericilik



 



Avropa İnsan Hüquqları Konvensiyasının 12 saylı Protokolu (AİHK)



 

1. 


Azərbaycan

2

 

hələ  də  AİHK



-

ın  (4  noyabr  2000

-

ci  ildə  qəbul  edilmiş)  12  noyabr 



2003-

cü ildə imzaladığı 12 saylı Protokolunu ratifikasiya etməyib. Dövlət orqanları 

ratifikasiyanın  parlament  tərəfindən  nəzərdən  keçirildiyini  keçən  monitorinq 

dövründə  olduğu  kimi  bir  daha  bəyan  ediblər.  Ombudsman  aparatı  ratifikasiya 

prosesinin sürətləndirilməsini tövsiyə edir. ECRI ayrı

-

seçkiliyin ümumən qadağan 



edilməsini  təmin  edən  bu  alətin  ratifikasiyasının  irqçiliklə  və  irqi  ayrı

-

seçkiliklə 



mübarizədə böyük əhəmiyyət kəsb etdiyini hes

ab edir.   

2. 

ECRI  Azərbaycana  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  12  saylı 



Protokolunu mümkün qədər tez ratifikasiya etmək tövsiyəsini bir daha təkrar edir. 

 



Cinayət hüququ

 

3. 


ECRI  Azərbaycan  qanunvericiliyinin  irqçiliyə  və  irqi  ayrı

-

seçkiliyə  qarşı  milli 



qa

nunvericiliklə  bağlı  7  saylı  Ümumi  Siyasət  Tövsiyəyəsinə  (ÜST)  nə  qədər 

uyğun  olduğunu  üç  dəfə  nəzərdən  keçirib.    Bu  səbəbdən  dördüncü  hesabatda 

sadəcə aradan qaldırılmamış çatışmamazlıqlardan bəhs edəcək.  

 

4. 


Azərbaycan  Respublikasının  Cinayət  Məsəlləsinin 

283-


cü  maddəsi  milli,  irqi, 

sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin  salınmasına,  milli  ləyaqətin 

alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı  olaraq 

vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən 

edi

lməsinə  yönələn  hərəkətlərin,  aşkar  surətdə,  o  cümlədən  kütləvi  informasiya 



vasitələrindən  istifadə  olunmaqla  törədilməsini  cəzalandırır.

Cəza  bu  hərəkətin 



zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmə  hədəsi  ilə  törədilməsi  zamanı  artır.  

saylı  ÜST



-ün  18a  b

əndinə  uyğun  olaraq  bu  müddəa  nifrətin  və  ayrı

-seçkiliyin 

salınmasını əhatə edir. Lakin şiddətə çağırış və rəng, dil, milliyyət və etnik mənşə 

aydın şəkildə bildirilməyib. Bu məsələlərlə bağlı presedent hüququ mövcud deyil.  

Üstəlik,  əcnəbilərə  qarşı  deyil

 

sadəcə  vətəndaşlara  qarşı  ayrı



-

seçkiliyə  çağırış 

qanunla cəzalandırılır. 

 

5. 



Təhqir, böhtan, ciddi bədən xəsarəti və ya qətl hədələri Cinayət Məcəlləsinin 147, 

148-


ci  maddələri  ilə 

4

 



və  böhtan,  təhqir  və  hədələr  isə  134

-

cü  maddə  ilə 



cəzalandırılır.  Bu  cinayətlərin  milli,  irqi  və  ya  dini  düşmənçilik,  dini  fanatizm 

zəminində  törədilməsi  Cinayət  Məcəlləsinin  61.1.6  saylı  ümumi  müddəasi  ilə 

cəzanı ağırlaşdırıcı hal hesab edilir.  Bu, 7 saylı ÜST

-

ün 18b və c bəndlərinə tam 



uyğun deyil. Çünki irqçiliyə əsaslanan ictimai təhqirlər, böhtan və hədələrlə bağlı 

xüsusi  müddəa  mövcud  deyil.    Azərbaycan  Respublikasının  cinayət  qanununda 

irqçi  məqsədlə  bir  qrup  şəxsin  üstünlüyünü  iddia  edən  və  ya  bir

 

qrup  şəxsi 



alçaldan  və  ya  onlara  böhtan  atan  ideologiyanın  ictimai  şəkildə  ifadəsini 

cəzalandıran  xüsusi  müddəa  mövcud  deyil  (7  saylı  ÜST

-

ün  18d  bəndi).  Bu  cür 



                                                

1

 ECRI-


ın 7 saylı Ümumi Siyasət Tövsiyəsinə (ÜST) uyğun olaraq "irqçilik" irq, rəng, dil, din, milliyət, milli 

və 


ya 

etnik 


mənşəyə 

görə 


bir 

və 


ya 

bir 


qrup 

şəxsə 


nifrətə 

və 


ya 

 

bir və ya bir qrup şəxsin üstünlüyü məhfumuna haqq qazandıran inamdır. "İrqi ayrı



-

seçkilik"  "irq", rəng, dil, 

din, milliyət, milli və ya etnik mənşəyə görə fərqli rəftarları bildirir və bunun da heç bir

 

obyektiv və məntiqi 



izahı mövcud deyil.

 

2

 

Dağlıq Qarabağ və işğal edilmiş ətraf yeddi ərazi bu müqavilənin ünvanlandığı Azərbaycan dövlətinin tam 



nəzarəti altında deyil.  Buna görə də ECRI bəhs edilən zonadakı vəziyyəti nəzərdən keçirməyəcək.

 

3

 BMT-

nin İrqi ayrı



-

seçkiliyin ləğv edilməsi ilə bağlı Komitəsindən tərcümə 2015: § 45.

 

4

 

Bu  kontekstdə  Avropa  Şurasında  edilmiş  tövsiyələrə,  Qanun  vasitəsilə  Demokratiya  üzrə  Avropa 



Komissiyasının (Venesiya Komissiyası) 2013 və Avropa Şurasının İnsan hüquqları üzrə komissarı 2014

-

ə 



baxın: 2. 

 


 

12

 



əməllər  sadəcə  Cinayət  Məcəlləsinin  aparteid  və  irqi  ayrı

-

seçkiliklə  bağlı  111



-ci 

maddəsi ilə cəzalandırıla bilər.

 

6. 


Soyqırım cinayətlərinin, insanlığa qarşı cinayərtlərin və ya müharibə cinayətlərinin 

irqçi məqsədlə ictimai etirazı, əhəmiyyətsizləşdirilməsi, ona bəraət qazandırılması 

və  ya  onlara  göz  yumulması  (7  saylı  ÜST

-

nin  18e  bəndi)  cəzalandırılmır.    İrqçı 



məzmunlu materialların yayılması və ya paylanması (7 saylı ÜST

-

nin 18f bəndi) 



sadəcə  düşmənçiliyə  səbəb  olduqları  zaman  Cinayət  Məcəlləsinin  283

-cü 


maddəsi ilə cəzalandırıla bilər. Bu nəticəyə səbəb olmayan yayma və paylama və 

7 saylı ÜST

-ün 18

f bəndində təsvir edilən hazırlıq işləri cəzalandırılmır.  



 

7. 


Mütəşəkkil qrup tərəfindən düşmənçiliyin salınması Cinayət Məcəlləsinin 283.2.3

-

cü  maddəsi  ilə  cəzalandırılır  və  ağır  cinayətlər  törətmək  məqsədilə  cinayətkar 



təşkilatlar  yaratma,  onlara  rəhbərlik

 

etmə  və  onlarda  iştirak  etmə  bu  Məcəllənin 



218-

ci  maddəsi  ilə  cəzalandırılır.  Bu,  istənilən  irqçi  təşkilatın  yaradılmasının  və 

onda iştirakın cəzalandırılmalı olduğunu bildirən 7 saylı ÜST

-

nin 18g bəndinə tam 



uyğun deyil.  

 

8. 



7 saylı  ÜST

-

ün  ictimai  işin və  ya  vəzifənin həyata  keçirilməsində ayrı



-

seçkiliklər 

bağlı 18h bəndi Cinayət Məcəlləsinin irqindən, vətəndaşlığından, dinindən və ya 

etiqadından,  dilindən,  mənşəyindən  və ECRI

-

ın  səlahiyyətinə aid olmayan digər 



səbəblərə görə şəxsin bərabərlik hüququnu pozma haqqındakı 154

-

cü maddəsi, 



111.0.3-

cü  maddəsi  (bax.  yuxarıda)  və  irqi,  milli,  etnik,  mədəni  və  ya  dini 

əsaslara,  habelə  "cinsi  mənsubiyyət"  və  ya  beynəlxalq  hüquq  normaları  ilə 

qadağan edilmiş digər səbəbə görə hər hansı bir qrupu və ya təşkilatı təqib etmə 

haqqındakı  109

-

cu  maddə  ilə  əhatə  olunur.  Təəssüflər  olsun  ki,  rəng  zəmini  bu 



müddəalarda aydın şəkildə bildirilməyib. 

 

9. 



ECRI dövlət orqanlarına öz cinayət hüququnu əvvəlki paraqraflarda qeyd edilmiş 

7  saylı  Ümumi  Siyasət  Tövsiyəsinə  ümumən  uyğunlaşdırmağı  tövsiyə  edir. 

Xüsusən də onlar (i) rəng, dil, milliyyət və etnik mənşə səbəblərini irqçilik və ayrı

-

seçkiliklə mübarizə məqsədi güdən cinayət hüququnun bütün müddəalarına daxil 



etməli,  (ii)  şiddətə  çağırışı  və  əcnəbilərə  qarşı  ayrı

-

seçkiliyin  salınmasını 



cəzalandırmalı  və (iii) irqçiliyi təşviq edən dəstənin yaradılması  və ona rəhbərlik 

edilməsini,  bu  cür  dəstəyə  yardım  edilməsini  və  onun  işlərində  iştirakı 

cəzalandırmalıdır. 

 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin