Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə16/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   12   13   14   15   16   17   18   19   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

45
Məhsuldarlıq
Son on il ərzində, texnoloji tərəqqidə və innovativ investisiya-
larda baş verən sürətli artıma baxmayaraq, dünya üzrə məhsuldar-
lıq səviyyəsində (həm əmək məhsuldarlığı, həm də Məcmu Faktor 
Məhsuldarlığı - MFM) durğunluq müşahidə edilir.
17 
Məhsuldarlıq 
paradoksunun ən son təcəssümü – texnoloji innovasiyanın məh-
suldarlığı artıra bilməməsi ilə bağlı təsəvvür – hazırki dövrün ən 
böyük iqtisadi sirlərindən biridir. Böyük Resesiyadan öncə ortaya 
çıxan bu faktla bağlı hələ də yetərli bir açıqlama yoxdur. 
Əmək məhsuldarlığının 1947 və 1983-cü illər aralığında orta 
hesabla 2,8%, 2000 və 2007-ci illər aralığında 2,6% artdığı bir 
ölkə olan ABŞ-a nəzər salaq. Bu ölkədə əmək məhsuldarlığı 2007 
və 2014-cü illər arasında yalnız 1,3% artmışdır.
18
Bu yavaşlamanın 
əsas hissəsi texnologiya və innovasiyadan irəli gələn məhsuldarlığın 
ən çox istifadə edilən meyarı- Məcmu Faktor Məhsuldarlığındakı 
(MFM) azalma ilə bağlıdır. ABŞ Əmək Statistikası Bürosu 2007-
2014-cü illər arasında MFM artımının yalnız 0,5% olduğunu qeyd 
edir. Bu göstərici 1995-2007 illərdə qeydə alınan illik 1,4% artımla 
müqayisədə çox aşağı göstəricidir.
19
Real faiz dərəcələrinin sıfır ət-
rafında olduğu son 5 il ərzində ən böyük 50 Amerika şirkətinin 1 
trilyon dollardan çox nağd aktivləri əllərində cəmləşdirdiyi nəzərə 
alınsa, o zaman məhsuldarlıq səviyyəsindəki bu azalma xüsusi nara-
hatlıq doğurmalıdır.
20
Məhsuldarlıq, uzunmüddətli artımın və həyat standartlarındakı 
yüksəlmənin ən əhəmiyyətli determinantıdır. Buna görə əgər yetər-
siz məhsuldarlıq səviyyəsi dördüncü sənaye inqilabı boyunca davam 
edərsə, o zaman iqtisadi artım da, həyat standartlarındakı yaxşılaşma 
da zəif olacaqdır. Yenə də, məhsuldarlığın azaldığını göstərən verilən-
lərlə texnologiya və innovasiyalardakı üstün inkişafın səbəb olduğu 
yüksək məhsuldarlıq gözləntilərini necə əlaqələndirə bilərik?
Əsas arqumentlərdən biri istehsal faktorları və istehsal olunmuş 
məhsulların ölçülməsindəki, başqa sözlə məhsuldarlığın ayırd edil-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
46
məsindəki çətinliklər üzərində dayanır. Dördüncü sənaye inqilabı 
dövründə istehsal olunan innovativ məhsul və xidmətlər əhəmiy-
yətli dərəcədə daha yüksək funksionallığa və keyfiyyətə malikdir, 
ancaq ənənəvi olaraq bildiyimiz bazarlardan tamamilə fərqli şə-
kildə işləyən bazarlarda təqdim olunurlar. Bir çox yeni məhsul və 
xidmət hazırda “rəqibsiz”dir, sıfır marjinal xərcə malikdir və/və ya 
daha aşağı qiymətlərə səbəb olan rəqəmsal platformalar vasitəsilə 
yüksək rəqabətli bazarlardan istifadə edirlər. Bu şərtlər daxilində, 
hələ ki istehlakçının qazandığı əlavə fayda ümumi satış və ya mən-
fəətə tam əks olmadığı üçün bizim ənənəvi statistikamız real dəyər 
artımlarını göstərməkdə uğursuz ola bilər.
“Google”ın baş iqtisadçısı Hal Varian tələb iqtisadiyyatının 
gücü hesabına mobil tətbiqlə taksi sifariş etmək və ya avtomobil ki-
rayə götürmənin yüksək səmərəliliyi kimi nümunələr üzərində da-
yanır. İstifadə edildikdə səmərəliliyi və məhsuldarlığı artıran digər 
oxşar xidmətlər də mövcuddur. Lakin bunların bir çoxu əsasən pul-
suz olduğu üçün evdə və işdə nəzərə alınmayan dəyər yaradırlar. Bu, 
milli statistikalarda ölçülən iqtisadi artım ilə müəyyən bir xidmət 
vasitəsilə yaradılan dəyər arasında uyğunsuzluq əmələ gətirir. Eyni 
zamanda bu, reallıqda iqtisadi göstəricilərimizin ifadə etdiyindən 
daha səmərəli istehsal və istehlak etdiyimizi bildirir.
21
Digər bir arqument isə, üçüncü sənaye inqilabının məhsuldarlıq 
qazanclarının azalmasına baxmayaraq, dördüncü sənaye inqilabı-
nın yeni texnologiyalar dalğasının məhsuldarlıqda yaradacağı bö-
yük artımların hələ reallaşmadığıdır.
Əslində, praqmatik bir optimist kimi mən, dördüncü sənaye 
inqilabının dünya üzərində yaradacağı müsbət təsiri hələ yeni hiss 
etməyə başladığımızı əminliklə düşünürəm. Mənim optimist ya-
naşmamın 3 əsas mənbəyi var:
Birincisi, dördüncü sənaye inqilabı 2 milyard insanın hələ də 
ödənməmiş ehtiyaclarının qlobal iqtisadiyyata inteqrasiya im-
kanını təklif edir, bütün dünyadan fərdləri və qrupları bir-birilə 


 T
Ə
S
İ
RL
Ə
R
47
əlaqələndirib gücləndirərək mövcud məhsul və xidmətlər üçün 
əlavə tələb formalaşdırır.
İkincisi, dördüncü sənaye inqilabı mənfi kənar təsirləri nəzərə 
alma və nəticədə potensial iqtisadi artımı yüksəltmə bacarığımızı 
artıracaqdır. Misal olaraq, başlıca mənfi kənar təsirlərdən biri olan 
karbon istehsalına nəzər yetirək. Yaxın vaxtlara qədər, yaşıl inves-
tisiyalar yalnız dövlət tərəfindən subsidiyalarla dəstəkləndiyi üçün 
cəlbedici idi. Hazırda, bu getdikcə aradan qalxır. Bərpa olunan 
enerji, yanacağın səmərəliliyi və enerjinin saxlanılması sahələrində 
tətbiq edilən sürətli texnoloji irəliləyişlər yalnız bu sahələrə edilən 
investisiyaların rentabelliyini yüksəltmək və ÜDM artımını sürət-
ləndirməklə kifayətlənmir, eyni zamanda, dövrümüzün ən ciddi 
qlobal təhdidlərindən biri sayılan iqlim dəyişikliyi probleminin 
yumşaldılmasına da kömək edir.
Üçüncüsü, növbəti hissədə də təqdim etdiyim kimi, ünsiyyətdə 
olduğum biznes, hökumət və vətəndaş cəmiyyəti liderlərinin hamı-
sı mənə təşkilatlarını rəqəmsal bacarıqların yaradacağı səmərələri-
tam şəkildə reallaşdırmağa imkan verəcək tərzdə transformasiya 
etməyə çalışdıqlarını bildirirlər. Hələ dördüncü sənaye inqilabının 
əvvəlindəyik və onun tam dəyərini anlamaq üçün bütövlükdə yeni 
iqtisadi və təşkilati strukturlara ehtiyacımız var.
Əslində, mənim yanaşmam bundan ibarətdir ki, dördüncü sə-
naye inqilabı dövründə iqtisadiyyatın rəqabət qaydaları digər dövr-
lərdən tamamilə fərqli olacaqdır. Rəqabət güclərini qorumaq üçün 
ölkələr və şirkətlər bütün formalarda innovasiyanın ön mövqelə-
rində dayanmağa məcburdurlar. Bu isə ilk növbədə xərcləri aşağı 
salmağa üstünlük verən strategiyaların eff ektivliyinin məhsul və 
xidmətləri daha innovativ tərzdə təqdim etməyə üstünlük verən 
strategiyalarla müqayisədə aşağı olacağı deməkdir. Hazırda müşa-
hidə etdiyimiz kimi, mövcud şirkətlər başqa ölkələrdə və sektor-
larda ortaya çıxan ənənəviliyi pozanların və yenilikçilərin yüksək 
təzyiqi altındadırlar. Eyni fikirləri innovasiya ekosistemlərini tələb 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
48
olunan tərzdə formalaşdırmağa diqqət yetirmək ehtiyacını hələ də 
dərk etməyən ölkələr üçün də söyləmək mümkündür.
Beləliklə, struktur amillərin (ifrat borclanma və qocalan cəmiy-
yətlər) və sistemli amillərin (platforma və tələb iqtisadiyyatının 
dövriyyəyə daxil olması, azalan marjinal xərclərin artan əhəmiyyəti 
və.s) kombinasiyasının bizi iqtisadiyyat kitablarımızı yenidən yaz-
mağa məcbur edəcəyinə inanıram. Dördüncü sənaye inqilabı, həm 
iqtisadi artımı sürətləndirmə, həm də hamımızın üzləşdiyi başlıca 
qlobal təhdidlərin bəzilərini yüngülləşdirmə potensialına sahibdir. 
Eyni zamanda, biz onun yarada biləcəyi mənfi təsirlərin, xüsusilə 
də bərabərsizlik, məşğulluq və əmək bazarı ilə bağlı məsələlərin 
fərqində olmalı və bunları idarə edə bilməliyik. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin