Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə17/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   13   14   15   16   17   18   19   20   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

3.1.2. Məşğulluq
Texnologiyanın iqtisadi artım üzərindəki mümkün müsbət təsi-
rinə baxmayaraq, onun ən azından qısa dövrdə əmək bazarı üzərin-
dəki mənfi təsirini də diqqətdə saxlamaq lazımdır. Texnologiyanın 
iş yerləri üzərindəki mümkün təsirləri ilə bağlı narahatlıqlar yeni 
deyil. 1931-ci ildə Con Meynard Keynez [ John Meynard Keynes] 
həmin dövrdə texnoloji işsizlik ilə bağlı məşhur xəbərdarlığını et-
mişdi: “Əməkdən istifadədə qənaətin mümkün yollarını kəşf etmə 
sürətimiz onun üçün yeni istifadə yolları tapma sürətimizi ötür.”
22 
Həmin dövrdə bu iddia doğru çıxmamışdı. Bəs bu dəfə doğru 
çıxarsa nə olacaq? Son bir neçə il ərzində kompüterlərin xeyli sayda 
yerlərini, xüsusilə, mühasibləri, kassirləri və telefon operatorlarını 
əvəzləməsi ilə bağlı sübutların ortaya çıxması bu müzakirələri yeni-
dən alovlandırmışdır.
Yeni texnoloji inqilabın əvvəlki sənaye inqilabları ilə müqayisə-
də daha çox köklü dəyişiklikləri təhrik edəcəyinin səbəbləri giriş 
hissəsində təqdim etdiyimiz mövzularla bağlıdır: sürət (hər şey hər 
zamankından daha sürətlə inkişaf edir), genişlik və dərinlik (eyni 
anda çoxlu sayda radikal dəyişiklik reallaşır və bütün sistemlər baş-
dan sona qədər transformasiyaya məruz qalır).


 T
Ə
S
İ
RL
Ə
R
49
Bu hərəkətverici amillərin fonunda bir məqam tam dəqiqdir: 
yeni texnologiyalar bütün sektorlarda və peşələrdə işləməyin tə-
biətini əhəmiyyətli dərəcədə dəyişdirəcəklər. Ən fundamental qey-
ri-müəyyənlik avtomatlaşmanın əməyi hansı dərəcədə əvəzləyəcəyi, 
bunun nə qədər vaxt alacağı və nə qədər irəliyə gedəcəyi ilə bağlıdır.
Bunu müzakirə edə bilmək üçün texnologiyanın məşğulluq 
üzərindəki iki əks təsirini anlamağımıza ehtiyac var. Birincisi, tex-
nologiyanın təşviq etdiyi köklü dəyişmə və avtomatlaşma əməyi 
kapital ilə əvəzləyib, işçiləri işsiz qalmağa və ya bacarıqlarını başqa 
yerdə sınamağa məcbur etdikcə, dağıdıcı bir təsir ortaya çıxır. İkin-
cisi, bu dağıdıcı təsir, yeni mal və xidmətlərə olan tələbi artırarq, 
yeni peşələrin, biznesin, hətta sektorların yaranmasına yol açan ka-
pitallaşma təsiri ilə müşayiət olunur.
İnsan olaraq, biz, heyrətverici dərəcədə adaptasiya və yaradıcılıq 
bacarıqlarına sahibik. Lakin buradakı başlıca sual, kapitallaşma tə-
sirinin dağıdıcı təsiri üstələməsinin vaxtı, miqyası və əvəzləmənin 
nə qədər sürətlə reallaşacağı sualıdır.
Yeni ortaya çıxmağa başlayan texnologiyaların əmək bazarı üzə-
rindəki təsiri ilə bağlı bir-birinə əks olan iki düşərgə var: xoşbəxt 
sonluğa inananlar texnologiyanın təsiri ilə işsiz qalan kütlənin yeni 
iş yerləri tapacağını və texnologiyanın yeni rifah dövrünə start verə-
cəyini iddia edirlər. Qarşı tərəfdə isə onun kütləvi şəkildə texno-
loji işsizlik yaradaraq sürətlə sosial və siyasi Armaqedona (
yahudi 
və xristian inancında dünyanın sonu yaxınlaşdığı vaxt baş verəcəyi 
iddia edilən böyük qiyamət müharibəsi – tərc.
) aparacağına inanır-
lar. Tarix nəticənin hardasa ortada bir yerdə olacağını göstərir. Sual 
budur: Daha müsbət nəticələri dəstəkləmək və köklü dəyişikliyə 
məruz qalanlara kömək etmək üçün nə etməliyik?
Texnoloji innovasiyanın bəzi iş yerlərini tamamilə aradan qal-
dırması, daha sonra isə onların əvəzinə fərqli fəaliyyət üzrə və bö-
yük ehtimalla fərqli bir yerdə yeni iş yerlərini yaratması hər zaman 
müzakirə mövzusu olmuşdur. Nümunə üçün kənd təsərrüfatını 
götürək. ABŞ-da kənd təsərrüfatında işləyənlər XIX əsrin əvvəllə-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
50
rində bütün işçi qüvvəsinin 90%-ni təşkil edirdi, lakin hazırda, bu 
göstərici 2%-dən də aşağıdır. Bu dramatik azalma elə də ciddi sosial 
parçalanmalara və ya işsizliyə yol açmadan nisbətən yumuşaq şəkil-
də həyata keçmişdir.
Hazırda, tətbiqi proqram iqtisadiyyatı (
ing. app economy
) yeni 
iş ekosisteminin bir nümunəsini təqdim edir. “Apple”ın qurucusu 
Stiv Cobz [Steve Jobs] kənar mütəxəssislərdən “iPhone” üçün tət-
biqlər yaratmalarını istədiyi zaman hələ 2008-ci ilin əvvəlləri idi. 
2015-ci ilin ortalarında qlobal tətbiqi proqram iqtisadiyyatının 
100 ildən çoxdur ki, mövcud olan film sənayesini ötüb keçərək 100 
milyard dollardan çox gəlir əldə etməsi gözlənilirdi. 
Texno-optimistlər bu sualı verirlər: Əgər keçmişə baxaraq nə-
ticə çıxarmalı olsaq, bu dəfə nə üçün fərqli olsun? Texnologiyanın 
dağıdıcı ola biləcəyini qəbul edirlər, lakin onun hər zaman məh-
suldarlığın və zənginliyin yüksəlməsinə gətirib çıxaracağını iddia 
edirlər. Əlavə olaraq da qeyd edirlər ki, bu proses mal və xidmətlərə 
olan tələbi artıracaq və bu tələbi qarşılamaq üçün yeni növ iş yerləri 
yaradacaqdır. Arqument belə formalaşır: insanın ehtiyac və arzuları 
sonsuzdur, bu səbəbdən onları təminetmə prosesi də sonsuz olma-
lıdır. Normal resessiya və nadir depressiya dövrlərini bir kənaraq 
qoysaq, hər zaman hər kəs üçün iş yerləri olacaqdır. 
Bunu dəstəkləyən sübutlar varmı və bunlar bizə qarşımızda nələ-
rin dayandığı haqqında məlumat verə bilirmi? İlkin məlmatlar, qarşı-
dakı illərdə çoxlu sektorlarda və iş kateqoriyalarında əməyin əvəzlən-
məsinə gətirib çıxaracaq bir innovasiya dalğasının olacağını göstərir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin