Dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin



Yüklə 2,87 Mb.
səhifə17/25
tarix14.12.2019
ölçüsü2,87 Mb.
#29917
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
Y-K

ÖHDƏLİKLƏRİ


Kommersiya mənfəətinin vacib mənbələrindən biri müqavilə öhdəliklərinin: icarə, lizinq, kommersiya konsessiyası, komissiya və faktorunqin qəbul edilməsi və yerinə yetirilməsidir.

§ 13.1. icarə İcarə əmlak kirayəsidir.

İcarə müqaviləsinə əsasən kirayəçi-icarəyəverən kirayəçiyə-icarəçiyə müəyyən haqla müəyyən bir əmlakı müvəqqəti sahibolma, istifadə üçün və yaxud ancaq istifadəyə verir.

İcarədən əldə olunan məhsul və mənfəət icarəçinin mülkiyyətinə keçir.



İcarə obyektləri kimi müəssisələr və digər əmlak kompleksləri, binalar və qurğular, avadanlıqlar, nəqliyyat, həmçinin torpaq və onun təki ola bilər.

Özünün əmlakının icarəyə vermə hüququ mülkiyyətçiyə və yaxud onun səlahiyyətli şəxslərinə verilir.



İcarə müqaviləsi yazılı formada bağlanılır (bir ildən az dövrə fiziki şəxslə bağlanılan müqavilə şifahi də bağlanıla bilər).

Müqavilədə, bir qayda olaraq, icarənin müddəti göstərilir. Əgər müddət göstərilmirsə, müqavilənin ləğvinə yalnız altı aylıq xəbərdarlıq müddətini gözləmək şərtilə ilin sonunda yol verilir.

İcarə müqaviləsinə əsasən icarəyəverən borcludur:


  • əmlakı icarəçiyə onun təyinatına və müqavilənin şərtlərinə cavab verən vəziyyətdə verməli; eyni zamanda bütün lazımi sənədlər də (texniki pasport, keyfiyyət sertifakı və s.) verilir;

  • öz hesabına icarəyə verilən əmlakın əsaslı təmirini həyata keçirməli.

İcarəçi borcludur:

  • vaxtında birdəfəlik və yaxud dövri ödəniş şəklində icarə haqqını, mənfəətin, yaxud məhsulun müəyyən payını və ya icarəyə götürülmüş

əmlakın yaxşılaşdırılmasına çəkilən xərcləri ödəməli;

  • əmlakdan müqavilə ilə müəyyən edilmiş qaydada istifadə etməli;

  • əmlakı saz vəziyyətdə saxlamalı, öz hesabına cari təmir işlərini yerinə yetirməli;

KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI


- müqaviləyə xitam verilən zaman əmlakı istifadəyə aldığı vəziyyətdə icarəyəverənə qaytarmalı.

Müqavilənin müddəti qutardıqdan sonra öz öhdəliklərini lazımi qaydada yerinə yetirən icarəçi, yeni müddətə icarə müqaviləsini bağlamaqda üstünlüyə malik olur.

İcarə müqaviləsində nəzərə alma bilər ki, icarənin müddəti qurtardıqdan sonra və yaxud müqavilə ilə nəzərdə tutulan alış qiymətinin icarəçi tərəfindən tam ödənildiyi hallarda, icarə olunan əmlak icarəçinin mülkiyyətinə keçir.

§ 13.2. Kommersiya konsessiyası (françayzinq)


Kommersiya konsessiyası (françayzinq) müqaviləsi ondan ibarətdir ki, bir sahibkar (hüquqa malik olan) özünün firma vasitələrindən: firma adından və kommersiya işarələrindən, əmtəə nişanından, xidmət nişanından, müəyyən mükafatla digər sahibkara (istifadəçiyə) sahibkarlıq fəaliyyətində istifadə etmək hüququnu, qorunan kommersiya informasiyasını (nou-hau) verir, həmçinin məsləhət verməyi və biznesin təşkilində yardım edilməsini öhdəsinə götürür.

Kommersiya konsessiyasının mənası - hüquqa malik olanın işgüzar adından və kommersiya təcrübəsindən istifadə etməklə istifadəçimüəssisənin mənfəətini artırmaq üçün ona əlverişli şərait yaradılmasından ibarətdir.

Kommersiya konsessiyası müqaviləsinin iştirakçıları kimi kommersiya təşkilatları (hüquqi şəxslər), həmçinin hüquqi şəxs olmayan fiziki şəxslər çıxış edə bilərlər.

Kommersiya konsessiyası müqaviləsi aşağıdakı əsas növlərdə ola bilər:


  • istehsalat - malların istehsalının inkişaf etdirilməsi və onların yeni bazarlara yeridilməsi üçün;

  • satış - istehsalçının nəzarətində olan geniş şaxələnmiş satış şəbəkəsinin yaradılması üçün;

-ticarət - hüquqi cəhətdən müstəqil olan firma mağazalarının açılması üçün;

  • xidmət sahəsində - hüquqi cəhətdən müstəqil olan mehmanxana, restoran, emalatxana şəbəkələrinin açılması üçün.

Kommersiya konsessiyası müqaviləsi yazılı formada bağlanılır və müqavilə üzrə tərəflərin öhdəlikləri aşağıdakı qaydada bölüşdürülür:

a) hüquqa malik olan:



KOMMERSIYA FƏALIYYƏTININ

  • istifadəçiyə kommersiya və texniki sənədləri verir, lazımi informasiya ilə onu təchiz edir və konsessiya müqaviləsi ilə nəzərdə tutulan məsələlər üzrə məsləhətlər verir;

  • istifadəçiyə müvafiq lisenziyalar verir;

  • daimi olaraq istifadəçiyə yardım göstərir, o cümlədən, heyətin öyrədilməsi məsələlərində;

  • digər şəxslərə oxşar konsessiyaları vermək hüququna malik olmur;

  • istifadəçi tərəfindən istehsal olunan məhsulun və xidmətin keyfiyyətinə nəzarət edir.

b) istifadəçi:

  • hüquqa malik olanın firma adından, kommersiya işarələrindən, əmtəə və xidmət nişanından istifadə edir, bunun barəsində alıcılara məlumat verir;

  • konsessiya müqaviləsi ilə nəzərdə tutulan məsələlər üzrə hüquqa malik olanın təlimatlarına və göstərişlərinə əməl edir;

  • buraxılan məhsulun və göstərilən xidmətlərin müqavilə ilə nəzərdə tutulan keyfiyyətini təmin edir;

  • hüquqa malik olanla ticarət sahələrinin xarici və daxili tərtibatını və onların yerini razılaşdırır;

  • hüquqa malik olanla rəqabət aparmamağı və onun rəqiblərindən konsessiya müqaviləsindəki hüquqlara oxşar olan hüquqları almamağı öz öhdəsinə götürür;

  • hüquqa malik olandan aldığı məxfi informasiyanı açıqlamamağa söz verir.

İstifadəçi malın və xidmətin satış qiymətini müstəqil olaraq müəyyən etmək hüququna malikdir; o, hər hansı bir yolla alıcıların dairəsini məhdudlaşdırmaq hüququna malik deyildir.

Kommersiya konsessiyası hüquqa malik olan və istifadəçi qarşısında geniş perspektiv imkanlar açır.



Hüquqa malik olan-müəssisə kommersiya fəaliyyətinin genişləndirilməsinə vəsait əldə edir, bütün dünya üzrə çoxsaylı bölmələr yaratmaq, onları qeydiyyatdan keçirmək, satış üçün yer almaq, işçi heyətini yığmaq zəruriyyəti azad olur. Eyni zamanda hüquqa malik olan istifadəçi-müəssisələr üzərində lazımi nəzarəti əldə edir. Bazar qısa müddət ərzində keyfiyyətli mal və xidmət alır.

İstifadəçi-müəssisə, hüquqi şəxs olaraq qalmaqla, tanınmış firmanın hazır nüfuzunu (imicini), onun alıcılarını və müştərilərini, rəqabət mübarizəsində güclü silah əldə edir. Bütün bunlar dövriyyəsinin tezləşməsinə, investisiyaların özünü doğrultmasına, sahibkarlıq riskinin aşağı salınma

ININ

sına gətirib çıxarır. Françayzinqin xırda sahibkarlıqda xüsusi olaraq yayılması bununla izah olunur.

Kommersiya konsessiyası neqativ nəticələrə də gətirib çıxarır. Onlardan ən əsası - konsessiya istifadəçisi tərəfindən istehsal olunmuş, firma nişanına görə prototipdən fərqlənməyən, lakin bir qayda olaraq, aşağı keyfiyyətdə olan malların bazarda peyda olmasıdır. Bu isə hüquqa malik müəssisəyə olan inamı azaldır, onun bazarını dağıdır, rəqiblərə əlavə üstünlüklər verir.



§ 13.3. Komissiya Komissiya kommersiya fəaliyyətinin vacib formalarından biridir.

Komissiyanın mahiyyəti ondan ibarətdir ki, ticarət müəssisəsi (komisyonçu) adlanan bir tərəf, komitent adlanan digər tərəfin tapşırığına əsasən öz adından və komitentin hesabına sövdələşmələri həyata keçirməyi müqavilə ilə öz öhdəsinə götürür.

Bu zaman komissiya müqaviləsi ilə əldə olunan hüquq və öhdəlikləri komisyonçu, hətta komitent üçüncü şəxslə birbaşa münasibətə girdiyi zaman özündə saxlayır.

Komissiya müqaviləsi, bir qayda olaraq, müəyyən müddətə bağlanılır və komisiyonçuya tapşırılan sövdələşmələrin həyata keçirilməsi hüququnun digərlərə verilməməsi haqqında komitentin öhdəliyini özündə əks etdirir.

Komisyonçu komissiya üzrə öz xidmətlərinə görə komitentdən komisyon muzdu alır, bundan başqa sövdələşmənin üçüncü şəxs tərəfindən düzgün və vaxtında yerinə yetirilməsinə görə (məsələn, malın ona borca verilməsi zamanı) öz üzərinə zəmanət götürməklə əlavə haqq (delkrede) ala bilər.

Əgər haqqın ölçüsü və onun şərtləri komissiya müqaviləsi ilə nəzərdə tutulmayıbsa, müqavilənin yerinə yetirilməsi oxşar xidmətlərə görə, adətən alınan haqq səviyyəsində ödənilir.

Əgər komissiyon müqaviləsi komitentin günahı ucbatından yerinə yetirilməyibsə, komisyonçu komisiyon muzdunun alınması, həmçinin məruz qaldığı xərclərin haqqının ödənişi hüququnu saxlayır.

Komisyonçu komissiya müqaviləsini komitentin göstərişinə əsasən və onun üçün ən əlverişli şərtlərlə yerinə yetirməyə borcludur. Əgər komisyonçu müqavilədə nəzərdə tutulan şərtlərdən daha əlverişli şərtlər əldə etməyə nail olursa, o, əlavə haqq ala bilər.

Sövdələşmənin üçüncü iştirakçısı tərəfindən onun şərtlərinin yerinə yetirilməməsinə görə komisyonçu komitent qarşısında cavabdeh deyildir

KOMMERSIYA FƏALIYYƏTININ

(komisyonçu bu iştirakçıya zamin durduğu və yaxud onun seçimi zamanı lazımi ehtiyatlı hərəkət etmədiyi hallar istisna olmaqla). Üçüncü iştirakçı tərəfindən şərtlərə əməl olunmadıqda komisiyonçu bunu komitentə bildirməlidir.

Komisyonçu müqavilənin şərtlərindən iki halda geri çəkilə hilər.


  • əgər o, sahibkardırsa və komitent ona öz göstərişlərindən geri çəkilmək hüququnu vermişdirsə;

  • əgər bu, işin gedişatı zamanı komitentin maraqları üçün lazımdırsa.

Hər iki halda komisyonçu ağlabatan müddətlərdə komitenti xəbərdar etməlidir.

Komitent ilə razılaşdırılmış qiymətlərdən aşağı qiymətə əmlakı satan komisyonçu, komitentə fərqi ödəməli və yaxud sübut etməlidir ki, əmlakı yüksək qiymətə satmağa onun imkanı yox idi və əmlakın aşağı qiymətə satılması daha böyük xərclərin qarşısını almışdır.



Əmlakı razılaşdırılmış qiymətlərdən yuxarı alan komisyonçu, komitenti xəbərdar edir və o, səmərəli vaxt ərzində komisyonçuya bu sövdələşmədən imtina etməsi göstərişini verə bilər.

Komitentdən daxil olmuş əşyalar, yaxud onun hesabına komisyonçu tərəfindən alınanlar, komitentin mülkiyyətində olur. Lakin komisyonçu bu malları özünün komissiya müqaviləsi üzrə qanuni tələblərinin yerinə yetirilməsinə təminat kimi özündə saxlaya bilər. O, həm də ona komissiya müqaviləsi üzrə çatacaq məbləği komitentin hesabına daxil olan puldan çixa da bilər.

Komisyonçu komitent qarşısında komitentin onda olan əmlakının zədələnməsi, itirilməsi və ya çatışmamasma görə cavabdehlik daşıyır.

Komissiya müqaviləsi yerinə yetirildikdən sonra:

-komisyonçu komitentə hesabat təqdim edir və komissiya üzrə alınmış bütün əmlakı ona qaytarır;


  • komitent komisyonçudan əmlakı qəbul edir, onu nəzərdən keçirir və dərhal aşkar edilmiş çatışmazlıqlar barəsində komisyonçuya məlumat verir;

  • komitent hesabat üzrə bütün etirazları haqqında komisiyonçuya onun alındığı gündən sonra otuz gün ərzində məlumat verir; digər halda hesabat qəbul edilmiş hesab olunur.



§ 13.4. Faktorinq Faktorinq - komissiyanın müxtəlif növlərindən biridir.

Faktorinqin mahiyyəti ondan ibarətdir ki, bank və yaxud ixtisaslaşdırılmış təşkilat (faktorinq-firma və yaxud faktor) satıcı-müəssisələrdən alıcı-müəssisələrin borclarını alır (ilk növbədə, alıcıların göndərilmiş malların, görülmüş işlərin və ya xidmətlərin ödənişi üzrə öhdəlikləri) və onları satıcıya faktiki göndəriş və yaxud yerinə yetirilməyə əsasən ödəyir. Sonradan faktor bu borcları birbaşa borclu müəssisələrdən alır.

Öz xidmətlərinə görə faktor satıcıdan (müştəridən) komisyon muzdunu alır ki, buraya kredit resurslarından istifadəyə görə faiz dərəcəsi daxil edilir. Bundan başqa, faktor onunla qazanır ki, onun əldə etdiyi borc öhdəlikləri bu borcların alış qiymətindən yüksək olur.

Faktorinqin icrası üçün bir neçə il müddətinə müqavilə bağlanılır.

Faktorinq müqaviləsində müştərinin faktora müəyyən borcları güzəştə gedir. Faktor öz üzərinə gələcək borcluların ödəniş qabiliyyətinin yoxlanılmasını götürür, bundan sonra isə onlara müəyyən limit daxilində kredit verilməsinə razılıq verir. Bu limit daxilində faktor öz üzərinə ödəməməyin riskini götürür.

Kredit öhdəliyinin keçməsi borcluya çatdırılır, bundan sonra o, özünün maliyyə problemlərini satıcı ilə deyil, faktorinq-fırma ilə həll edir.

Müştəri tərəfindən mal göndərişi üzrə öhdəliklərin pozulması zamanı (məsələn, alıcı tərəfindən mal qəbul edilən zaman onun müqavilə ilə nəzərdə tutulan keyfiyyətə uyğun gəlməməsi aşkar ediləndə) borcların alınması üzrə bütün risklər müştəriyə qaytarılır.

Faktorinqin müştərilər üçün, şübhəsiz üstünlüyü vəsaitlərin dövriliyinin tezləşdirilməsindən (borcların qaytarılmasını çox gözləmək lazım gəlmir), borcların alınması ilə bağlı olan xərclərin azaldılmasından, informasiya və təşkilatı-maliyyə yardımından, maliyyə risklərinin azaldılmasından ibarətdir.



XIV FƏSIL. KOMMERSİYA

MÜƏSSİSƏLƏRİNİN FƏALİYYƏTİNİN PLANLAŞDIRILMASI VƏ DÖVLƏT TƏNZİMLƏNMƏSİ

§ 14.1. Planlaşdırmanın tərkibi, formaları və prinsipləri


Nizamlanmış strateji və cari planlaşdırma daxili və xarici amillərin nəzərə alınması ilə topdan-kommersiya sisteminin effektiv fəaliyyətini, onun yüksək kommersiya uğurunu və hər bir firma və kompaniyamn bazar dayamqlığmı təmin edir.

Müasir firmadaxili planlaşdırma kommersiya fəaliyyətinin inkişafı və səmərəliliyini təmin edən əsasdır. Təcrübədə bu amilin layiqincə qiymətləndirilməməsi, bir qayda olaraq, kommersiya firmasının imicinin itirilməsinə, onun bazarda istiqamətlənməsinə və real sektora xidmət göstərilməsi keyfiyyətinin pisləşməsinə gətirib çıxarır.

Əhəmiyyətli dərəcədə mənfəət vəd edən irimiqyaslı kommersiyavasitəçilik fəaliyyətləri zamanı planın əvvəlcədən işlənib hazırlanması, yəni ideyanın əsaslandırılması və əldə edilən nəticələrin etibarlılığının təmin olunması şərtilə biznesin inkişaf strategiyasının formalaşdırılması firmanın kommersiya uğuruna nail olunması zamanı əsas kimi çıxış edir.

Uzunmüddətli planlaşdırma sistemini xarici firma və

korporasiyaların əksəriyyəti, məsələn, Yaponiyada firmaların 70-80%-i tətbiq edir. İri ticarət-vasitəçi firmalarında da son illər perspektiv firmadaxili planlaşdırma təcrübəsi əhəmiyyətli dərəcədə genişlənmişdir.

Strateji planlaşdırma prosesi özünə keçmiş praktiki təcrübənin öyrənilməsini, onun nəzəri əsaslandırılmasını və gələcəkdə strateji qərarların qəbulu üçün hesablamalar sisteminin formalaşdırılmasını daxil edir.



Strateji planlaşdırma - bazarda yüksək imicin və stabil vəziyyətin yaradılması məqsədilə firmanın inkişaf konsepsiyasının işlənib hazırlanmasının və onun üçün kommersiya fəaliyyətinin uzunmüddətli istiqamətlənməsini müəyyən edən missiyanın formalaşdırıl- masının çoxdəfəli (sürəkli) prosesidir. Bir qayda olaraq, perspektiv planlar firmanın idarə edilməsi iyerarxiyasının yalnız yuxarı səviyyəsində işlənib hazırlanır və beş və ya daha çox il üçün strateji inkişafın əsas sənədi, yəni orta və uzunmüddətli planlaşdırmanın tərkibini ifadə edən sənəd kimi çıxış edir.

Topdan-vasitəçi firmanın fəaliyyətinin planlaşdırılması prosesi özünə üç səviyyəni daxil edir:



  1. Strateji planlaşdırma, yəni firmanın strategiyasının işlənib hazırlanması.

  2. Taktiki planlaşdırma.

  3. Operativ planlaşdırma.

Şəkil 14.1. -də firmadaxili planlaşdırmanın əsas mərhələləri göstərilmişdir.



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin