Dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin


VƏ HƏRRAC (AUKSİON) TİCARƏTİNİN SPESİFİK XÜSUSİYYƏTLƏRİ



Yüklə 2,87 Mb.
səhifə14/25
tarix14.12.2019
ölçüsü2,87 Mb.
#29917
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
Y-K

VƏ HƏRRAC (AUKSİON) TİCARƏTİNİN SPESİFİK XÜSUSİYYƏTLƏRİ

§ 11.1. Birjanın növləri


Əmtəə istehsalının inkişafı tədavül sferasına xeyli həcmdə əmtəələr cəlb etmişdir ki, bu da eynitipli əmtəə bazarlarının təbii yolla formalaşmasına gətirib çıxarmışdır. Ticarət prosesinin təkmilləşdirilməsi bu bazarları daimi olaraq fəaliyyət göstərən birjalara çevirmişdir. İlkin iri birjalar XVII əsrin əvvəllərində Avropada yaranmışdır. Yüz il sonra əmtəə birjaları Amerikada da yaranmağa başladı.

Birjalar mahiyyət etibarilə, müştərilərin tapşırıqları və onlann hesabına işləyən iri vasitəçi təşkilatlardır. Birjalar ticarətdə mineral və kənd təsərrüfatının xammal əmtəələri, habelə ilkin emal mərhələsində olan məhsullar və yarımfabrikatlar üzrə ixtisaslaşırlar. Birjalar vasitəsilə 67 növdə real əmtəənin 20-30%-i alınır və satıhr; onun yerdə qalan hissəsi birjadan kənar dövriyyədə mübadilə olunur. Eyni zamanda birjalarda dəyər dövriyyəsinin 92-98%-ni təşkil edən (bu isə real əmtəələrlə bütün dünya ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə üstələyir) böyük həcmdə möhtəkirlik əməliyyatlarını da həyata keçirilir. Möhtəkirlik əməliyyatları real əmtəənin əldə edilməsi və ya satılması üçün həyata keçirilmir, onlar bu əmtəələrin kağız və ya elektron simvolları ilə həyata keçirilir və bu zaman məqsəd qiymətlər arasındakı fərqdən faydalanmaq və ya real əmtəənin qiymətinin düşməsindən sığortalanmaqdan ibarət olur. Birjalar vasitəsilə dünya ticarətinin nisbətən məhdud hissəsinin həyata keçirilməsinə baxmayaraq, bu dövriyyə müəyyən əmtəələr üzrə tələb və təklifin nisbətini müəyyən etmək və birja qiymətlərini (birja katirovkaları) dünya qiymətlərinin indeksi hesab etmək üçün kifayətdir.

Tarixən inkişaf elə getmişdir ki, birjaların əksəriyyəti London, Paris, Hamburq, Amsterdam, Antverpen, Nyu-York, Çikaqo, Vini- peq, Tokio, İokohama, Sinqapur, Sidney və s. kimi iri ticarət mərkəzlərində cəmlənmişdir.

Birjaların əmtəə mübadiləsinin mərkəzləri kimi çıxış etdiyi regionların sərhədlərindən asılı olaraq, onlar milli və beynəlxalq xarakter daşıya bilər. Onların arasında bir və ya bir neçə eynitipli əmtəələrlə əməliyyatlar aparılan ixtisaslaşdırılmış və həm eyni tipli əmtəələrin geniş dairəsi, həm də kənd təsərrüfatı xarakterli, mineral tərkibli və

sənaye istehsalı olan müxtəlif tipli əmtəələrlə əməliyyatlar aparmağa imkan verən universal birjalar da var.

Azərbaycanda və digər MDB ölkələrində 90-cı illərin əvvəllərində daxili və xarici ticarətin liberallaşdırılması ilə əlaqədar özlərini birja adlandıran mindən çox vasitəçi təşkilat ortaya çıxdı. Onlar praktiki olaraq, özündə təyin olunmamış ticarət qaydalarına malik olan və daha çox açıq tipli hərrac torqlarma bənzəyən çoxəmtəəli vasitəçi mərkəzlərini əks etdirirdilər. Vaxt ötdükcə belə birjaların sayı əhəmiyyətli dərəcədə ixtisar olundu, onlarda ticarət daha nizamlanmış xarakter daşımağa başladı, lakin onların hazırkı fəaliyyəti sivilizasiyalı birja ticarətindən hələ ki, uzaqdır.

Birjalar təşkilalti-hüquqi nöqteyi-nəzərdən açıq və xüsusi növlərə ayrılırlar. Açıq birjalara dövlət və bələdiyyə təşkilatları tərəfindən başçılıq edilir. Onların fəaliyyəti qanunlar və başqa normativ aktlarla tənzimlənir və açıq xarakter daşıyır. Açıq birjalar kontinental Avropa ölkələrində yayılmışdır və öz fəaliyyətlərinin miqyasına görə əsasən regional xarakter daşıyırlar. Belə birjaların üzvləri adətən iri kompaniyaların rəhbərləridirlər. Onlarda sazişləri həm birjanın üzvləri, həm də başqa sahibkarlar bağlaya bilərlər. Həm üzvlər, həm də kənar sahibkarlar birjaya adətən əməliyyatlarda iştiraka görə sabit məbləğ, habelə həyata keçirilmiş sazişlərin dəyərinin müəyyən faizini ödəyirlər. Bu vəsaitlər birjaların işinin maliyyələşdirilməsinə sərf olunur.

Xüsusi birjalar adətən məhdud sayda üzvləri olan qapah tiph səhmdar cəmiyyətlər formasında yaradıhr. Birjalar onun funksiyalarını, onun strukturunu, idarəetmə qaydasım, fəahyyətdə olan üzvlərin tərkibini, onların kənarlaşdırılması və yeni üzvlərin qəbul olunması qaydasım müəyyən edən öz nizamnamələri əsasında işləyirlər. Birjanın üzvləri öz broker kontorlarına malikdirlər, buraya bilavasitə sazişlər bağlayan brokerlər, onlann köməkçiləri və başqa köməkçi heyət daxil olur.

Birja əmtəələrin alqı-satqısı üzrə birbaşa saziş bağlamır; bu əməliyyatları onun üzvləri öz brokerləri vasitəsilə həyata keçirirlər. Birjanın üzvləri dividendlər əldə etmirlər, amma birjada həyata keçirilmiş əməliyyatların məbləğindən müəyyən faiz ayıraraq onun xidmətlərindən istifadə edirlər. Birjamn üzvləri öz müştərilərindən onların real əmtəələrlə əməhyyatlarm və ya möhtəkirlik əməliyyatlarının həyata keçirilməsinə görə mükafat ahrlar. Birjanın üzvləri həmçinin öz hesablarına möhtəkirlik əməliyyatları həyata keçirə bilərlər və əgər bunu uğurla həyata keçirsələr, əlavə mənfəət əldə edirlər.

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI


Konyunktur və marketinq tədqiqatlarının aparılması ilə müşayiət olunan topdansatış ticarətin daimi olaraq yeni forma və metodlarının axtanlması vasitəçi-kommersiya firmalarına kəskin rəqabət mübarizəsində möhkəm yer tutmağa imkan verir. Məhz topdansatış ticarətin səmərəli formalarında - birjaların, yarmarkaların, sərgilərin, hərracların işlərində iştiraketmə, ticarət strukturlarına kommersiya fəaliyyətinin bütün sahələrində və istiqamətlərində aparıcı mövqe tutmağa imkan verir.

Topdansatış ticarətin müxtəlif formaları arasında birja ticarəti xüsusi yer tutur.



Birja ticarəti qiymətli kağızlar, valyuta ilə və yaxud standartlar və nümunələr üzrə topdansatış ticarətin həyata keçirildiyi təşkilati cəhətdən rəsmiləşdirilmiş nizamlı bazar vasitəsilə özünü göstərir. Məhz birja ticarəti bazar qiymətlərinin formalaşmasının mənbəyi və bazarın vəziyyəti barədə kommersiya informasiyasının alınmasının əsas mənbəyidir; buna görə də o, topdansatış bazarın qiymətyaranma prosesində əhəmiyyətli rol oynayır. Bununla yanaşı, birja ticarəti çoxcəhətli alqı-satqı prosesinin reallaşdırılmasında təşkiledici rol oynayır və bu da topdansatış ticarətin planlaşdırılmasmda nizamlanma elementlərinin eyni zamanda tətbiqi ilə müşayiət olunur. Sahibkarların iqtisadi savadının artırılmasında birjanın böyük əhəmiyyətini də danmaq olmaz.

Birja ticarətinin ənənəvi topdansatış ticarətdən fərqli cəhətləri aşağıdakılardan ibarətdir:

♦ birja sövdələşmələrinin daimi olaraq öz işini bərpa etməsi, onların yüksək təşkilatçılığa malik olması, birja ticarətinin sövdələşmələrin qoyulmuş qaydalara əsasən və ciddi olaraq eyni bir vaxtda və müəyyən olunmuş yerdə aparılması;

♦ mallara standartların və onların standarta uyğun mallarla əvəz edilməsinin müəyyən olunması üzrə; nümunəvi kontraktların işlənilməsi üzrə; qiymətlərin müəyyən edilməsi (kotirovka) üzrə; reklam-informasiya fəaliyyəti və birja ticarətinin digər istiqamətləri üzrə böyük ilkin işlərin aparılması;

♦ fərqli cəhətlərdən biri də ondan ibarətdir ki, birja ticarəti keyfiyyətcə müqayisə olunan və əvəz edilə bilən həmcins mallarla kütləvi qaydada həyata keçirilir. Ticarət prosesində satılan malların minimal partiyası müəyyən olunur. Məsələn, London əlvan metallar birjasinda mis, sink, qurğuşun partiyası üçün standart partiyalar - 25 t, qalay üçün - 5 t müəyyən edilmişdir. Çikaqo əmtəə birjasinda alışa və satışa təklif olunan taxılın standartlaşdırılmış miqdarı 5000 buşeldir və 1 buşel 27,2 kq olduğu halda, bir kontrakt üzrə taxıl göndərişi 136 tona bərabərdir.

KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI


Birja ticarəti üçün minimal partiyanın müəyyən edilməsinin üstünlüyü aşkardır, çünki bu, ticarəti qısaldır, sadələşdirir və nizamlayır.

Birjada ticarət real mallarla ticarəti, füçers ticarətini və bağlanılmış birja sövdələşmələrinin sığortalanmasını (hedcIəşdirmə) özündə əks etdirir. Respublikada birja ticarəti «Əmtəə birjaları və birja ticarəti haqqında» Qanunla nizamlanır.

Hazırda birja ticarətinin həcmlərində xammal, materiallar və malların xüsusi çəkisinin azalması hesabına pul resurslarının və qiymətli kağızların payının artması nəzərə çarpır.

§ 11.2. Birja işinin strukturu və onun təşkili


Birja işinin strukturu və onun təşkili onun üzvlərinin bütün zəruri xidmətlərlə təmin olunmasına istiqamətlənmişdir. Bu məqsədlə, birjada əməliyyatların uçotu və rəsmiləşdirilməsini aparan, birja qiymətlərini fiksə edən və təyin olunmuş vaxtda yuxarı, orta və aşağı qiymətlərin, tələb və təklif qiymətlərinin birja kotirovkalarını və s. nəşr etdirən xüsusi komitələr yaradılır. Xüsusi komitələr torq prosedurlarının təkmilləşdirilməsi ilə məşğul olur, nümunəvi müqavilələr işləyib hazırlayır və əmtəə bazarlarının vəziyyəti haqqında informasiya ilə təmin edirlər. Birjanın ən başlıca strukturlarından biri, birja üzvləri ilə torqlarm nəticələrinə görə hesablaşmanı həyata keçirən hesablaşma palatasıdır. İri birjalar öz tərkiblərində birja əməliyyatları ilə bağlı mübahisələrə baxılması üçün daimi fəaliyyətdə olan arbitrajlara malik olurlar. Birja komitələrinə adətən birja şurasına (birjanın idarə edilməsinin ali orqanı) daxil olan direktorlar rəhbərlik edirlər. Birjanın başında adətən onun üzvləri tərəfindən seçilən prezident durur.

Əmtəə birjaları bir neçə min əməkdaşı olan iri təşkilatlardır.





Şəkil 11.1. Birjanın strukturu: 1 - brokerlər; 2 - brokerlərin köməkçiləri; 3 - broker kontorları; 4 - birja komitələri; 5 - broker agentləri;

6 - birjamn müştəriləri.

Birja üzvlərinin broker kontorları birjadan kənarda birja əməliyyatlarının həyata keçirilməsi üzrə sifariş daxilolmalarını təmin edən geniş şaxəli agentlər şəbəkəsinə malikdirlər. Bu, ofisləri birjadan minlərlə kilometr uzaqlıqda yerləşən birja oyunçularına əqdlərin bağlanması üzrə tapşırıqlar verməyə imkan yaradır.


§ 11.3. Birja əməliyyatlanmn növ və texnikaları


Birja əqdlərinin (sazişlərinin) bilavasitə həyata keçirildiyi əsas yer hasarlanmış sahəyə malik olan, «dairə» və ya «rinq» adlandırılan əməliyyat zalıdır, buraya yalnız torqun birbaşa iştirakçıları olan brokerlər daxil ola bilərlər.

Bilavasitə rinqin arxasında brokerlərə sazişlərin həyata keçirilməsi üzrə tapşırıqlar verən, müştərilərlə son hədd qiymətlərin və əqdlərin başqa şərtləri üzrə birbaşa əlaqəni həyata keçirən, brokerlər tərəfindən bağlanan şifahi sazişlərin razılaşdırılmasını qeyd edən, torqun

(sessiyanın) sonunda bağlanmış müqavilələri yazılı formada rəsmiləşdirən broker köməkçiləri yerləşirlər. Brokerlərin rinqdəki işi qarşılıqlı etibar əsasında qurulmuşdur, ən yüksək ixtisas və sinir enerjisi üzrə böyük xərclər tələb edir.

Birjalarda əmtəələrin özləri ilə yox, əmtəələr üzrə müqavilələrlə ticarət aparırlar ki, bu da aşağıdakı fikri ifadə edir. Birja əmtəəsi ciddi şəkildə standartlaşdırılmışdır və bu da onunla əvvəlcədən baxış olmadan ticarət aparmağa imkan verir. Əmtəələr üzrə standartlar təyin olunmuş xarakteristikalardan bəzi kənarlaşmalara yol verirlər və bu da real əmtəə üzrə satıcı və alıcıları ilə hesablaşma zamanı nəzərə alınır.

Hər bir müqavilədəki əmtəələrin sayı əmtəənin növündən asılı olaraq müəyyən edilmişdir. Məsələn, təbii kauçukun alqı-satqısı üzrə bir müqaviləyə 5 ton standart əmtəə daxildir, şəkərin alqı-satqısı üzrə bir müqaviləyə isə 50 ton əmtəə daxildir. Buna görə də əgər müştəri brokerə 500 ton şəkər almaq tapşırığı versə, onda sonuncu 10 müqavilə bağlayacaqdır.

Əgər müqavilə əmtəənin dərhal çatdırılması üzrə bağlambsa, bu o deməkdir ki, satıcı satılmış əmtəəni birjanın anbarına 2 həftə ərzində çatdırmalıdır, alıcı isə aldığı əmtəəni 2 həftədən gec olmayaraq götürməlidir.

Əgər real əmtəə möhləth malgöndərmə şərtilə satılır və ya alınırsa, onda belə möhlət hər bir əmtəə üçün təyin olunmuş müddətə tam bölünən ohnahdır və «mövqe» adlandırılır. Məsələn, şəkər üzrə mövqe 3 ay, kauçuk üzrə mövqe isə 1 aydır. Deməli, əgər broker müştəridən 3 aydan sonra çatdırılmaq şərtilə 10 ton kauçuk əldə etmişdirsə, onda broker hər birinin 3 mövqeyi olan 2 müqavilə bağlamalıdır.

Real əmtəənin satıcısı və ya alıcısı kimi çıxış edən müştəri, yaxud birja oyunçusu telefon, elektron poçtu və ya İnternet şəbəkəsi vasitəsilə birjanın broker kontorlarından biri ilə əlaqə saxlayır və müqavilələrin sayını, mövqelərin miqdarını, minimal və maksimal qiyməti göstərməklə əmtəəni satmaq və ya almaq tapşırığı verir, yaxud müqaviləni onun üçün ən əlverişli qiymətə, müəyyən müddət ərzində həyata keçirməyi tapşırır. Müştərinin tapşırığı dərhal rəsmiləşdirilir, həmçinin broker kontoruna tanış olmayan müştərilər adətən əmtəələrə görə ödənişlərin və yaxında bağlanılacaq müqavilənin dəyərinin 10-15% istehsal həcmində mükafatın ödənilməsinə zəmanət verir. Broker agenti müasir rabitənin təcili vasitələrilə tapşırığı birjanın əməliyyat zahndakı broker köməkçisinə verir, o, öz növbəsində rinqdəki brokerə ötürür. Torqun sona çatmasından və müqavilənin rəsmiləşdirihnəsindən sonra broker köməkçiləri müştəriyə bağlanmış müqavilənin nəticələrini ötürür, lakin yalnız əldə edilmiş real əmtəənin dəyəri ödənildikdən və müştəri tərəfindən razılaşdırılmış mükafatın ödənilməsindən sonra müqaviləni müştəriyə verir və ya onun hesablama palatası ilə əməliyyatlar aparılması üzrə tapşırığını yerinə yetirir.


§ 11.4. Real əmtəə ilə müqavilələr


Dərhal çatdırılma ilə real əmtəə üzrə müqavilələr. Dərhal çatdırılma ilə real əmtəə üzrə müqavilələr (spot) onların bağlanması anm- dakı qiymət üzrə həyata keçirilir. Spot müqaviləsini bağlamış satıcı 2 həftə ərzində əmtəəni birjanın anbarına çatdırır və anbar şəhadətnaməsi əldə edir (varrant), bu sənədi o, birjanın hesablaşma palatasına təqdim edir və əmtəənin standart xarakteristikalarından kənarlaşmaya görə təshih edilmiş, anbar şəhadətnaməsində göstərilmiş satılmış əmtəənin dəyərini əldə edir.

Real əmtəənin alıcısı birjanın hesablaşma palatasına müraciət edir, buraya müqaviləni və ya müqavilələri təqdim edir və anbardakı əmtəənin standartlardan kənarlaşmasının nəzərə alınması ilə təshih edilmiş əmtəənin dəyərini ödəyir. Alıcı ödəniş haqqında şəhadətnamə əldə etdikdən sonra əmtəəni anbardan götürə bilər.



Möhlətli göndərilmə üzrə real əmtəə ilə müqavilələr. Möhləth göndərilmə üzrə real əmtəə ilə müqavilələr (forvard) onların bağlanması anmdakı qiymətlər üzrə, lakin birja tərəfindən möhlət müddəti ərzində qiymətlərin dəyişmə dinamikasının nəzərə alınması ilə həyata keçirilir. Əgər qiymətlərin artması gözlənilirsə, onda onlar proqnozlaşdırılan «mükafat» qədər artırılır, əgər azahna ehtimal olunursa, onda qiymətlər proqnozlaşdırılan «güzəşt» qədər azaldıhr. Əmtəənin anbara çatdırılması və ödənişin əldə edilməsi eynilə dərhal çatdırılma ilə real əmtəə üzrə müqavilələr kimi həyata keçirilir, lakin əmtəənin bazardan əldə edihnəsi təyin olunmuş möhlətlə baş verir.

§ 11.5. Müddətli əməliyyatlar və ya fyuçers müqavilələri


Uzun müqavilələr. Əgər müştəri qiymətlərin artmasına ümid edirsə, o, brokerə əmtəəni ahnağı tapşıracaqdır (məsələn, 1000 ton alüminiumu 3 aydan sonra 1 ton göndərməyə görə 1500 doll. birja qiyməti ilə). Əgər o, birja kotirovkalanm izləyərək görsə ki, alüminium bu dövr ərzində 1600 dollara yüksəlir, onda o, brokerə əmtəəni satmağı tapşıracaqdır. O, hesablaşma palatasına alış və satış üzrə müqaviləni irəli sürərək cibinə, brokerə faizlə hesablanan kiçik bir komisyonhaq-

qım çıxmaqla 100 min dollar mənfəət qoyacaqdır. Əgər eyni dövr ərzində alüminiumun qiyməti 1400 dollara düşsə, onda müştəri yenə də brokerə əmtəəni satmaq tapşırığı verməlidir və bu zaman o, 100 min dollar və brokerə veriləcək kiçik komisyonhaqqmı itirəcəkdir. O, 1000 ton alüminiumun satışı üzrə cavab (ofset) əməliyyatını həyata keçirməyə bilməz, çünki 3 ay sona çatdıqdan sonra o, alış müqaviləsi üzrə birjanın hesablaşma palatasına 1500 dollar pul ödəməli və anbardan ona lazım olmayan 1000 ton alüminium götürməlidir, çünki o, bu möhtəkirhk əməliyyatını qazanc üçün həyata keçirmişdir, amma qiymətlərin dəyişmə tendensiyasnı düz müəyyən etməmişdir. Anbardan növbəti satış üçün 1000 ton alüminium götürmək də təhlükəlidir, çünki qiymətlər düşməyə davam edə bilər, həmçinin o, nəqliyyat və malın anbarda saxlanılması üçün xərc də çəkməli olacaqdır.

Qiymətlərin artacağına ümid bəsləyərək möhtəkirhk məqsədilə əmtəənin ahşı ilə başlayan belə müqavilələr uzun (long) müqavilələr adlanır, uzun müqavilələr üzrə ixtisaslaşmış birja möhtəkirləri isə «buğalar» adlanırlar.

Uzun müqavilənin sxematik təsviri şəkil 11.2.-də göstərilmişdir.

1000 tonu 1600 doll, satmaq

Qiymətin artımı



1000 tonu 1500 doll, almaq

Şəkil 11.2. Long fyuçers müqaviləsimn sxemi

Qısa müqavilələr. Əgər möhtəkir əmtəənin qiymətinin azalmasına ümid bəsləyirsə, onda o, mövqelər üzrə təyin edilmiş müddətdən sonra əmtəənin qiymətinin ucuzlaşacağını düşünərək brokerə əmtəəni satmağı tapşırır və o, brokerə ofset əməliyyatını həyata keçirməyi.

KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI

yəni əmtəəni almağı tapşıraraq cibinə mənfəət qoyacaqdır. Bizim misalda o, 1000 ton alüminiumu 1500 dollar qiymətinə satacaqdır və sonra eyni 1000 tonu 1400 dollara satın alacaqdır. Hər iki müqaviləni hesablaşma palatasına təqdim edərək birja möhtəkiri fərq hesabı ilə 100 min dollar pul əldə edəcəkdir.

Birja möhtəkirlərinin qiymətlərin azalmasına oynadıqları belə müqavilələr qısa (short) müqavilələr adlanır, möhtəkirlər isə «ayılar» adlandırılır.



1000 tonu 1500 doll, satmaq




Şəkil 11.3. Short fyuçers müqaviləsinin sxemi


Əgər short müqaviləsi zamanı «ayı» qiymət tendensiyasını düzgün təyin etməsə və qiymət 1600 dollara yüksəlsə, o, mövqe müddəti bitdikdə haradansa, yüksəlmiş qiymətlə də olsa, birja anbarına çatdırmaq üçün 1000 ton alüminium almalı və ya birjada eyni miqdarda alüminium alaraq və bu işdə 100 min dollar, üstəgəl broker firmasının komisyonhaqqım itirərək ofset əməhyyatım həyata keçirməlidir. Əlbəttə ki, möhtəkir ikinci variantı tərcih edəcəkdir.

Qeyd etmək lazımdır ki, istənilən şəraitdə birja uduzmur, çünki brokerlər tərəfindən alqı-satqı müqavilələri imzalanır və qiymətlərin eyni dəyişmə tendensiyasında long müqavilələri həyata keçirmiş alıcıların sayı short müqavilələri həyata keçirmişlərin sayma bərabər olur.

Həm buğalar, həm də ayılar birja qiymətlərinin dinamikasının onların əleyhinə inkişafını gördükdə, fyuçers müqavilələrinin başa

çatması müddətini gözləməyə bilərlər və öz itkilərini ixtisar etmək məqsədilə brokerlərə təcili ofset əməliyyatları aparmaq tapşırığı verə bilərlər, lakin bu zaman əmin olmaq lazımdır ki, qiymətlərin dəyişmə dinamikası əksinə dəyişməyəcəkdir.


§ 11.6. Əmtəələrin sığortalanması (hecləşmə)


Əmtəələri satış üçün hazırlayan istehsalçılar və ya sonradan satmaq üçün əmtəələri almış sahibkarlar onlar üzrə bazar qiymətlərinin düşməsindən yarana bilən maliyyə itkilərindən ehtiyatlana bilərlər.

Fyuçers əməliyyatlarının tətbiq edilməsi itkilərdən sığortalanmağa imkan yaradır. Bunun üçün sahibkar brokerə onun anbarm- dakı kəmiyyətdə olan və əmtəələrin reallaşdırılmasmm nəzərdə tutulan müddətinə bərabər müddətdən sonra göndərilməli olan əmtəənin satılması üzrə tapşırıq verir. Bizim nümunədə sahibkar brokerə 6 aydan sonra göndərilmə şərtilə 1500 dollar qiymətinə 1000 ton alüminium almağı tapşırır. Tutaq ki, bu dövr ərzində bazarda alüminiumun qiyməti həqiqətən 1400 dollara düşdü və sahibkar 100 min dollar itirdi. Onda o, brokerə 1000 ton alüminiumu 1400 dollara almaq göstərişi verəcəkdir, hər iki müqaviləni birjanın hesablaşma palatasına təqdim edəcək və öz itkilərinin kompensasiyası üçün 100 min dollar əldə edəcəkdir. Onun itirəcəyi yeganə şey brokerə əmtəənin dəyərindən faizlə hesablanan ikiqat mükafat vermək olacaqdır.

Hecləşdirilmiş əmtəənin qiymətinin düşmədiyi, əksinə 1600 dollara qədər yüksəldiyi variant 2-ni nəzərdən keçirək. Onda sahibkar əmtəənin bazarda reallaşdırılmasmdan 100 min dollar artıq qazanc əldə edəcəkdir. Lakin o, müqavilə üzrə əmtəənin göndərilməsi müddətinin sonuna qədər ofset əməliyyatını həyata keçirməyə, yəni həmin 1000 ton alüminiumu yüksəlmiş qiymətə almağa və deməli, alışda eynilə 100 min dollar itirməyə bilməz. Beləliklə, qazanc ofset əməliyyatı üzrə məcburi itki ilə kompensasiya olunur.

Son nəticədə sahibkar heç nə udmur və heç nə uduzmur, lakin iki bir-birinə əks əməliyyatların həyata keçirilməsinə görə brokerə müəyyən faiz ödəməli olur.

I variant

1000 tonu 1500 doU.



satmaq

II variant 1000 tonu 1500 doll, satmaq




Şəkil 11.4. Əmtəə ehtiyatimn qiymətlərin düşməsindən sığortalanması (hecləşdirmə) sxemi


Hecləşdirmədən birjada real əmtəənin bir neçə aydan sonra göndərmə zamanı mövcud olan birja qiymətlərilə alışı zamanı müqavilələrin sığortalanması üçün istifadə olunur. Belə müqavilələr onkol müqavilələr adlanır və bu zaman göndərmənin müqavilə müddəti üçün əmtəələr üzrə birja qiymətlərinin düşəcəyinə istinad edilir. Sahibkarın ümidləri doğrulmasa və əmtəə üzrə qiymətlər qalxsa, hecləşdirmə əməliyyatını aparmaq olar. Bunun üçün brokerə real əmtəənin əldə edilməsi ilə eyni zamanda eyni həcmdə əmtəə alınması üzrə fyuçers əməliyyatı keçirmək tapşırığı vermək lazımdır (lakin əmtəənin əldə edilməsi günündəki qiymətlərlə yox). Əgər sahibkarın ehtiyatlanması

Özünü doğruldursa və real əmtəənin göndərilməsi günündə onun qiyməti artırsa, onda əmtəənin satışı üzrə fyuçers müqaviləsi üzrə ofset əməliyyatı sahibkarın itkilərini qiymətlərin yüksəlməsindən kompensasiya edir. Əgər qiymətlər düşsə, onda real əmtəənin əldə edilməsindən fayda əmtəələrin ucuzlaşmış qiymətlərlə satışı üzrə qarşılıqlı ofset müqaviləsi tərəfindən yeyiləcəkdir.

Onkol əməliyyatların hecləşdirilməsi təsərrüfat praktikasında tez- tez rast gəlinən başqa hallarda da effektiv ola bilər. Məsələn, vasitəçi əvvəlcədən cari bazar qiymətləri ilə unüyütmə, konserv istehsalı və başqa fəaliyyətlərlə məşğul olan müəssisələrə gələcəkdə yetişəcək və yalnız 3 aydan sonra yığılacaq məhsulun hamısını satır. Vasitəçi bu məhsulu birjadan indi, amma onun məhsul yığırm anmdakı qiymətlərlə əldə etmək və ödəmək şərtilə almaq qərarına gəlmişdir. Vasitəçi ümid edir ki, bu vaxta qədər bu məhsullar üzrə birja qiymətləri aşağı düşəcəklər və o, əhəmiyyətli həcmdə mənfəət əldə edəcəkdir. Ancaq dayanıqsız hava üzündən, məhsul pis ola bilər və belə olan təqdirdə birja qiymətləri kəskin şəkildə artacaqdır, bu isə vasitəçini müflisləşməyə gətirib çıxara bilər.

Buna görə də vasitəçi brokerə onkol müqaviləsinin bağlanılması ilə eyni zamanda eyni həcmdə əmtəələri cari birja qiymətləri ilə alaraq fyuçers əməliyyatım həyata keçirməyi tapşırır. Əgər məhsul (bar) pis olsa və məhsul üzrə birja qiymətləri yüksəlsə, o, fyuçers əmtəəsini artmış qiymətlərlə sataraq və onkol müqaviləsinin bağlanması anında birja qiymətlərinin artması üzündən yarana biləcək itkilərini kompensasiya edərək ofset əməliyyatını həyata keçirəcəkdir. Əgər birja qiymətləri düşsə, o, fyuçers müqaviləsini yenə də əmtəələrin satışı ilə bağlayacaqdır və belə satış nəticəsində ortaya çıxmış itkilər onun onkol əməliyyatından götürə biləcəyi faydasını sıfra endirəcəkdir.

Hecləşdirmə əməliyyatları ilə xarici ticarət birlikləri xarici ticarətin liberallaşdırılmasma qədər xammal əmtəələrinin ixracı və idxalı zamanı fəal şəkildə məşğul olurdular. O zamandan nə ölkə daxilində, nə də xaricində kütləvi hecləşdirmə əməliyyatları həyata keçirilmir və bu da onun effektivliyini aşağı salmışdır. Meşə materialları, əlvan metallar və s. kimi ixracat məhsullarının sığortalanması imkanı əldən buraxılnuşdır.

§ 11.7. Yarmarka ticarəti


Yarmarka ticarəti - qısamüddətli və vaxtaşırı təkrarlanan mal satışı olmaqla, istehsalat-texniki təyinatlı və geniş istehlak mallarının müayinədən keçirilməsi və nümunələrin seçilməsindən sonra alqı-satqı aktlarının həyata keçirilməsi ilə başa vurulur.

Yarmarka ticarətinin prinsipləri satış-sərgilərin, sərgi-salonların təşkilati quruluşunun və funksional fəaliyyətinin əsasını təşkil etdikləri üçün yarmarka və sərgi ticarəti bir-biri ilə qarşılıqlı bağlantıda nəzərdən keçirilir. Yarmarka ticarətinin xarakterik cəhətlərinə aşağıdakılar aiddirlər:

♦ təqdim olunmuş nümunələr üzrə malların topdansatış ticarəti;

♦ sövdələşmələrin dövrililiyi;

♦ müddətin və satış yerinin qabaqcadan müəyyən edilməsi;

♦ satıcıların və alıcıların eyni vaxtda və kütləvi olaraq iştirakı.

Bir qayda olaraq, yarmarkaların (sərgilərin) açılışı və keçirilməsi təsisçilərin yerli hakimiyyət orqanları ilə birgə qərarına əsasən həyata keçirilir. Nəticədə əmr verilir və burada keçirilmə müddəti, qaydaları və iştirak etmə şərtləri göstərilir, bu tədbirlərin həyata keçirilməsinə məsul olan şəxslər təyin olunurlar.

Birja və sərgi ticarətinin təşkili zamanı üç əsas mərhələni: ilkin, təşkilati və yekunların vurulması mərhələlərini ayırmaq lazımdır.



İlkin mərhələyə qərarın qəbul edilməsi və yarmarkanın keçirilməsi barədə əmrin hazırlanması daxildir. Bu mərhələdə yarmarka komitəsi yaradılır və işçi qrup formalaşdırılır ki, bunlar da yarmarkanın keçirilməsi haqqında əsasnamə hazırlayır, iştirakçılara yarmarkada iştirakın şərtləri barədə tam informasiya olan məktublar göndərir. İşçi qrup digər reklam materiallarını: dəvətnamələri (biletləri), reklam bukletlərini, qonaq kartoçkalarmı və digərlərini də hazırlayır.

Keçirilmə şərtləri haqqında reklam kitabçası (broşüra) nəşr olunur, burada iştirak şərtləri haqqında dolğun informasiya verilir, yəni eksponatlarsız iştirak haqqı, pavilyonun icarə haqqı, reklam materiallarından istifadə etməklə qiyabi olaraq iştirakın haqqı və s. göstərilir.

İstənilən iştirak formalarından asılı olamayaraq, yarmarkanın açılışına 15 gün qalmış qeydiyyat haqqını köçürmək və yarmarkanın müştərisi haqqında tam informasiya olan, onun rekvizitləri, ekspozisiyanın yerləşdirilməsinə qoyulan tələblər və s. göstərilən iştirak haqqında ərizəni rəsmiləşdirmək lazımdır.

Yarmarka ticarətinin keçirilməsindən olan gəlirin əsas mənbəyi: iştiraka görə ödəniş haqqından, ekspozisiyanın tutduğu sahələrin icarəsi haqqından, nəqliyyat, anbar sahələrinin icarəsi, biletlərin bron edilməsi və alınması, yükləmə-boşaltma və nəqliyyat-ekspedisiya işləri, texniki və informasiya-kommersiya məsləhətlərinin verilməsi kimi əməliyyatlardan əldə olunan gəlirlərdən ibarətdir.

Sənaye-ticarət yarmarkasının ticarət yarmarkasından fərqli cəhəti təklifin miqyası və sərgilərə xas olduğu kimi, oraya gələnlərin qeyriməhdud olmaması ilə bağlıdır. Qeyd eləmək lazımdır ki, bir çox ticarət yarmarkalarmda/sərgilərində qoyulan ənənə, yəni qeyri-kommersiya insan kütləsinin konkret gündə və yaxud saatda buraxılması, onların xarakterlərinin dəyişməsinə şəhadət vermir.

Cədvəl 11.1.-də ticarət yarmarkaları ilə sənaye-ticarət yarmarkaları arasında uyğunluqlar və fərqli cəhətlər göstərilmişdir.



Taşkilati mərhələdə həyata keçirilən əsas iş, yarmarkaya ərizə vermiş bütün iştirakçıları özündə cəmləşdirən reklam kataloqunun hazırlanmasıdır. Kataloqun iştirakçısı olmaq - öz firması haqqında və təklif olunan mallar və xidmətlər barədə bildirmək deməkdir. İştirakçılardan başqa bu kataloqlarda ölkə və dünya firmaları haqqında elmi və elmi-texniki ən yeni reklam informasiyası çap olunur. Təşkilati mərhələyə həm də qonaqların yerləşdirilməsi, onların asudə vaxtının təşkili, gündəlik nümunəvi yarmarka sövdələşmələrinin keçirilməsi və s. daxildir.

Yekun mərhələsi məsuliyyətli mərhələ olmaqla, yarmarkanın işindəki həm müsbət, həm də mənfi tərəflərin göstərilməsi ilə yekunun vurulmasından ibarətdir. Məhz bu yekun mərhələ yarmarka ticarətinin gələcək perspektivi üzrə strateji qərarların qəbul olunması üçün əsas sayılır.

Yarmarkanın təşkilati quruluşu yarmarka komitəsinin onun icra orqanı olan işçi qrupu ilə birgə fəaliyyətdə olmasından ibarətdir. Təşkilat komitəsinin hər bir üzvü həlledici səsə malikdir. Təşkilat komitəsinə sədr rəhbərlik edir. Yarmarka ticarətinin idarə edilməsi üzrə bir sıra təşkilati strukturlarda baş direktor və icraedici müdiriyyət nəzərdə tutulur. Baş direktor yarmarkanın (sərginin) işinə operativ rəhbərlik məsələlərini həll edir, onun iş qaydalarını müəyyən edir və nümunələrin daşınmasına, onların anbarda yerləşdirilməsinə, saxlanılmasına tabeçilikdə olan məsul xidmətlərin işinə nəzarət edir.



Cədvəl 11.1.

Ticarət yarmarkalarının və sənaye-ticarət

yarmarkalarının xarakterik əlamətləri


Əlamət

Ticarət yarmarkası

Sənaye-ticarət yarmarkası

1. Fiziki və hüquqi şəxslər tərəfindən təşkil olunur və təşkil olunan bazara ünvanlann





2. Məhdnd davama malikdir





3. Vaxlaşın olaraq konkret yerlərdə fəaliyyət göstərir





4. Girişə aneaq bileti təqdim etməklə ieazə veriln





5. Çox sayda eksponenüər üçün nəzərdə tntnlnb





6. Təklif obyektivliyi ilə fərqlənir



Yox

7. Təklif bir və yaxud bir neçə sahələr üçün təqdim olnnur

Yox



8. Nümunələr üzrə birbaşa tiearət sövdələşmələrinin bağlanılması vəzifəsim qarşıya qoynrlar



Yox

9. Nümunələr üzrə satışm həvəsləndiribnəsi kimi son məqsəd qarşıya qoyninr

Yox



10. Bir qayda olaraq kənar şəxslərin gbişinə icazə verilmir



Yox

11. Kənar şəxslərin gbişinə ayn-ayn hallarda icazə veriln

Yox



12. Son istehlakçılara satışm həyata keçirilməsi adi praktika halını alıb



Yox

13. Aralıq halqalara saüşm həyata keçirilməsi



Yox

14. Son istehlakçılara satış ayrı-ayn hallarda həyata keçirilir

Yox



Daha yaxşı nümunələrin seçilməsi məqsədilə yarmarkanın işi zamanı konkurs komissiyası təşkil olunur, buraya üzv kimi aparıcı alimlər, sənaye adamları, iri sahibkarlar, dövlət hakimiyyət orqanlarının nümayəndələri dəvət olunurlar. Yarmarkaların (sərgilərin) bu cür quruluşu nümunəvi sayılır, çünki yarmarka və yaxud sərgi sövdələşmələrinin keçirildiyi hər bir konkret halda bu və digər xüsusiyyətlər nəzərə alınır ki, bu da peşəkarlıq istiqamətindən, xidmətlərin həcmindən və kompleksindən, həmçinin qarşıya qoyulmuş məqsədlərdən asılı olur.

Yarmarka sövdələşmələrinin əsas məqsədi - malların topdansatış ticarəti, satıcılarla alıcılar arasında birbaşa müqavilələrin və yaxud kontraktların bağlanılmasıdır.

Yarmarkanın fəaliyyətinin predmeti - iştirakçılara: ticarət sövdələşmələrinin bağlanılması, işgüzar əlaqələrin yaradılması, topdansatış ticarət prosesinin qaydaya salınması, konyunktura informasiyasının təhlili və hazırlanması, reklamın təşkil olunması üzrə xidmətlər kompleksinin göstərilməsindən ibarətdir.

Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin