Dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin


KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI



Yüklə 2,87 Mb.
səhifə16/25
tarix14.12.2019
ölçüsü2,87 Mb.
#29917
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
Y-K

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI


olaraq əmlak, ya lizinqverənə qaytarılır, ya da lizinqalanm mülkiyyətinə keçir.

Əgər satıcı və lizinqverən və ya satıcı və lizinqalan eyni şəxslərdirsə, onda lizinq müqaviləsi iştirakçılarının sayı ikiyə enə bilər. Li- zinq müqaviləsi iştirakçılarının sayı yeni maliyyə mənbələrinin (investisiya fondları, banklar, sığorta kompaniyaları) cəlb olunması zamanı bir qədər arta da bilər.

Lizinq üzrə qarşılıqlı fəaliyyətin reallaşdırılmasmm birinci mərhələsində avadanlıqların istehsalçısı və lizinqverən alqı-satqı müqaviləsi bağlayaraq satıcı və alıcı kimi çıxış etmiş olurlar. Bu zaman avadanlığın konkret növlərinin razılaşdırılması, onun keyfiyyəti, texnoloji xarakteristikası ilə bağlı bütün məsələlər avadanlıq istehsalçısı ilə lizinqalan arasında həll olunur, baxmayaraq ki, sonuncu verilmiş müqavilənin hüquqi tərəfi deyildir. Lizinqverən, əsas etibarilə müqavilənin maliyyə təminatını yerinə yetirir.

İkinci mərhələdə lizinqverən artıq avadanlığın sahibi kimi onu müvəqqəti istifadə üçün lizinqalana verir. Bu zaman əmlakın satıcısı alqı-satqı müqaviləsinin şərtlərini yerinə yetirsə də avadanlığın keyfiyyətinə görə məsuliyyət daşıyır.

Lizinq münasibətlərinin əsas tərkibi əmlakın müvəqqəti istifadə üçün lizinq şərtləri üzrə icarəyə verilməsi üzrə əməliyyatlardır. Alqı-satqı üzrə münasibətlər ikinci dərəcəli rol oynayırlar.

Lizinq kredit münasibətləri ilə bir çox oxşar cəhətlərə malikdir və bu da üç əsas prinsipə əsaslanır:


  • təcililik (kredit müəyyən müddət üçün verilir);

  • qaytarılmaq (təyin olunmuş vaxtda mütləq geri qaytarılmalıdır); - ödənişlilik (müəyyən ssuda faizi ödənilir).

Lizinq zamanı əmlakın sahibi onu müəyyən müddətə müvəqqəti istifadə üçün verərək təyin olunmuş vaxtda əmlakı geri alır, xidmət göstərilməsinə görə isə lizinq istifadəçisindən icarəyə verilən avadanlığın dəyərindən razılaşdırılmış faiz ölçüsündə ödəniş alır. Bütün bunlar kredit münasibətlərinin elementləridir, lakin bu zaman lizinq müqaviləsi iştirakçıları pul vəsaitləri yox, əmlakla əməliyyat aparırlar.

Lizinq üzrə qarşılıqlı fəaliyyətin spesifikliyi aşağıdakılarda təzahür edir:



  • Əmlakın satıcısı, bir qayda olaraq, bilir ki, əmlak icarəyə verilmək üçün əldə edilir.

  • Əmlakın lizinq şərtləri üzrə icarəyə verilməsi zamanı həmin əmlakın sahibi kimi lizinqverən çıxış edir.

KOMMERSİYA FƏALIYYƏTININ ƏSASLARI


  • Əmlakın sahibi onu müvəqqəti istifadə üçün verməsinə görə hər zaman mükafat ahr.

  • Əmlakın istifadəçisi qüsurlann aşkar edilməsi zamanı öz iradlarını ya sahibə, ya da heç bir müqavilə münasibətləri ilə bağlı olmadığı bilavasitə avadanhğm satıcısına istaqamətləndirir.

  • Əmlakın istifadəçisi mahyyə lizinqi zamam müqavilə müddəti bitdikdən və ya bitmədən öncə avadanlığı şəxsi mülkiyyətinə keçirmək hüququna malikdir ki, bu da alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.

Lizinq münasibətlərinin subyektləri aşağıdakılardır:

  • əmlakın sahibi (lizinqverən) - hzinq fəaliyyətini, yəni avadanhğm xüsusi olaraq icarə məqsədilə əldə edihnəsi, onun icarəyə verilməsini həyata keçirən hüquqi və ya fiziki şəxs;

  • əmlakdan istifadə edən (lizinqalan) - əmlakı müvəqqəti istifadə üçün əldə edən şəxs;

  • əmlakın satıcısı (malgöndərən) - əmlakı lizinqverənə satan şəxs.

Lizinqin obyekti kimi, bazarda azad tədavül edihnəsi qadağan olunmuş əmlakdan başqa, qüvvədə olan təsnifata uyğun olaraq əsas vəsaitlərə aid edilən daşmar və daşınmaz əmlak çıxış edir.

1996-cı ildə qüvvəyə minmiş təsnifata görə daşınan əmlaka aşağıdakılar aiddir:



  • güc maşın və avadanlıqları (texnoloji, turbin avadanlıqları, elektromühərriklər və s.);

  • sənayenin müxtəlif sahələri üçün işçi maşın və avadanlıqlar

(poliqrafiya avadanlıqları, tikinti texnikası, dəzgahlar və s.);

  • hesablama və orqtexnika vasitələri;

  • nəqliyyat vasitələri (dəmiryol hərəkət qatarları, dəniz və çay gəmiləri, avtomobillər, təyyarələr və s.); - digər maşın və avadanlıqlar.

Daşınmaz əmlaka istehsal bina və qurğuları (neft və qaz buruq- ları, hidrotexniki və nəqliyyat qurğuları və s.) aiddir.

KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI



Şəkil 12.3. Lizinqin növləri Lizinqin növləri aşağıdakı əsas əlamətlərin nəzərə alınması ilə formalaşır:

  • istifadə müddəti və onunla əlaqədar əmlakın amortizasiyası;

  • avadanlığa xidmət göstərilməsi sahəsində öhdəliklərin həcmi;

  • müqavilə iştirakçılarının sayı;

  • əmlakın tipi;

  • lizinq ödənişlərinin və hesablaşma formalarının xarakteri; - icarə edilən avadanlığın özünü ödəməsi səviyyəsi.

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI




Şəkil 12.4. Lizinq əməliyyatının əsas mərhələləri:

  1. - lizinqverənin ərizəsi (tələbnaməsi);

  2. lizinqalanın ödəniş qabiliyyətliliyi haqqında qərar;

  3. sifariş-naryad;

  4. - bank ssudası;

  5. - lizinq predmeti üzrə alqı-satqı müqaviləsi;

  6. - avadanlıqların istismar üçün qəbul olunması aktı;

  7. - malgöndərmənin dəyərinin ödənilməsi;

  8. - lizinq sazişi (razılaşması);

  9. - lizinq predmetinin sığortalanması üzrə müqavilə;

  10. - lizinq ödənişləri;

  11. - lizinq predmetinin qaytarılması;

  12. - ssudanm qaytarılması və faizlərin ödənilməsi.

Beynəlxalq təcrübədə icarənin üç əsas növü fərqləndirilir.

  1. Uzunmüddətli (maliyyə) avadanlığın üç-beş və daha artıq (bəzi növlər üzrə 15-20 il) müddətlər üçün icarəyə verilməsi «lizinq» adını almışdır.

  2. Ortamüddətli - avadanlıqların bir ildən üç ilə qədər icarəyə verilməsidir və «hayrinq» adını almışdır.

  3. Qısamüddətli - icarə müddəti bir neçə saat, gün, aydan bir ilə qədər olur və əksər ölkələrdə «rentinq» adını almışdır.

Ortamüddətli və qısamüddətli icarə formaları operativ lizinq kimi tanınır.

KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI

Operativ lizinq, natamam satınalma üzrə icarə forması kimi, onunla xarakterizə olunur ki, icarəyə verilən əmlakla bağlı icarəyə verənin xərcləri icarənin birinci müddəti ərzində tam ödənilməyəcəkdir. Operativ lizinqdən, adətən o halda istifadə olunur ki, icarədar əmlaka sahib olmaq riskini öz üzərinə götürməkdənsə, daha yüksək icarə haqları ödəyir. Lizinqin bu növü, adətən icarəyə verilən əmlakın nəzərdə tutulan istifadə müddəti onun fiziki aşınması müddətindən aşağı olduqda (məsələn, mövsümi işlər və ya birdəfəlik məqsədli istifadə), habelə xüsusi texniki xidmət tələb edən avadanlıqlardan istifadə edilərkən tətbiq olunur. Operativ lizinq zamanı icarədar uzunmüddətli dövr ərzində icarə ayırmalarını ödəyə biləcəyinə əmin olmur, belə ki, təsərrüfat fəaliyyətindən nəzərdə tutulan gəlirlər o qədər yüksək deyildir ki, icarəyə götürülmüş avadanlığın ilkin dəyərini ödəməyə kifayət etsin.

Operativ lizinq icarəyə alınan texnikanın dəyərinin tam ödənilməsini nəzərdə tutmur və maşın, avadanlıq və cihazlara xidmət göstərilməsi, onların təmiri və sığortalanması ilə bağlı bütün məsuliyyəti icarədarm üzərinə qoyur.

Operativ lizinq, hər şeydən əvvəl, yüksək templi mənəvi köhnəlməyə malik avadanlıqlar (misal üçün, elektron-hesablama texnikası, elmi tədqiqatlar üçün cihaz və aparatlar, surətçıxarma maşınları, yüngül avtomobillər və başqa nəqliyyat vasitələri) üzrə tətbiq olunur.

Uzun müddət ərzində operativ lizinq şəraitində texniki vasitələrin kirayəsi məntəqələri mövcud olmuşdur. Bu gün maddi-texniki təminat sistemində cizah və ya mürəkkəb texnikaların, ticarət və yol maşınlarının, avadanlıqların və tikinti alətlərinin kirayəsi üzrə zəngin təcrübə toplanmışdır. Tələb və təklif konyunkturunu öyrənərək elmi müəssisələr, tikinti təşkilatları və texnikanın başqa istifadəçiləri ilə kommersiya əlaqələri qurmuş çoxlu sayda məntəqələr yaradılmışdır.

Bu gün kirayə-reytiq istehlakçıların icarə şərtləri ilə maddi-texniki resurslarla təmin edilməsinin mühüm metodu və istehlakçıların maddi-texniki resurslara qarşı tələbinin effektiv təmin edilməsi metodu kimi çıxış edir.

Beynəlxalq ticarətdə maliyyə lizinqi, uzunmüddətli icarə forması kimi, geniş intişar tapmışdır.

Maliyyə lizinqi, bir qayda olaraq, özündə lizinq kompaniyası tərəfindən əmlakın dəyərinin tam ödənilməsini nəzərdə tutan üçtərəfli qarşılıqlı fəaliyyəti əks etdirir və onunla səciyyələnir ki, əmlakın müvəqqəti istifadə üçün verildiyi müddət uzunluğuna görə amortizasiya müddətinə və əmlakın bütün və ya böyük hissəsinin amortizasiyasına

yaxınlaşır. Müqavilə müddəti ərzində lizinqverən lizinq ödənişləri hesabına əmlakın bütün dəyərini özünə qaytarır və lizinqdən nəzərdə tutduğu mənfəəti alır. Başqa sözlə, maliyyə lizinqi özündə icarədarm satınalma hüququ ilə uzunmüddətli icarə formasını əks etdirir.

Maliyyə lizinqi zamanı texniki xidmət və sığortalama üzrə öhdəliklər lizinqalanm üzərinə düşür.

Əgər avadanlığın istehsalçısı onu, lizinq kompaniyası ilə vasitəçilik etmədən müstəqil olaraq icarəyə verirsə, onda maliyyə lizinqinin bu növü birbaşa lizinq adını alır. Ancaq ikitərəfli lizinq, bir qayda olaraq, geniş yayılmanuşdır, belə ki, istehsalçı lizinq əməliyyatlarını artırdıqda, yenə də öz lizinq kompaniyasını yaratmalı olacaqdır.

Buna görə də əksər hallarda lizinq birbaşa yox, bir qayda olaraq, ixtisaslaşmış lizinq kompaniyası qismində çıxış edən vasitəçinin köməyilə həyata keçirilir. Bu zaman müqavilədə nəzərdə tutulur ki, vasitəçi müvəqqəti olaraq ödəniş qabiliyyətliliyini itirsə və ya iflasa uğrasa, lizinq ödənişləri əsas lizinqverənə ödənilməlidir. Lizinq üzrə belə müqavilə formaları «sublizinq» adını daşıyır. Bu formadan, xüsusilə müqavilənin əsas iştirakçılarımn ərazicə bir-birilərindən uzaq olduqları, avadanlıqdan düzgün istifadə olunması, icarə haqlarının vaxth-vaxtmda ödənilməsi və lizinq müqaviləsi üzərində operativ rəhbərliklə bağlı bir çox məsələlərin həlh üzərində müşahidə həyata keçirən vasitəçidən istifadə olunması məqsədəuyğun hesab edildiyi zaman istifadə olunur.

Qaytarma lizinqi, ikitərəfli müqavilənin növmüxtəhflərindən biri olmaqla kifayət qədər geniş yayılımşdır. Müəssisə (gələcək lizinq- alan) avadanlığa malikdir, lakin onun istehsal fəaliyyəti üçün vəsaitləri yoxdur. Onda o, lizinq bir kompaniyanı tapır və ona öz avadanlığını satır, sonuncu isə, öz növbəsində, həmin avadanhğı kompaniyanın özünə lizinqə verir. Beləliklə, müəssisənin sərancammda onun istədiyi istiqamətə, misal üçün, dövriyyə vəsaitlərini tamamlamağa sərf edə biləcəyi pul vəsaiti yaranır. Qaytarma lizinqi üzrə müqavilə elə tərtib oluna bilər ki, onun fəaliyyət müddəti bitdikdən sonra müəssisənin avadanlığı geri almaq və bununla da özünün əvvəlki mülkiyyət münasibətlərini bərpa etmək hüququ olsun.

Qaytarma lizinq formasından istifadə edilməsi zamanı bütünlükdə müəssisələr də icarəyə verilə bilər, bu zaman malgöndərən və lizinqalan eyni hüquqi şəxs olacaqdır. Lizinqin bu formasını maliyyə çətinliyi ilə üzləşən firmalar da istifadə edir. İdxal avadanlıqlarının qaytarma lizinqi forması müəssisə üçün xarici valyutada investisiya resurslarının səfərbər edilməsinin (mobilləşdirihnəsi) cəlbedici üsulu kimi çıxış edə bilər, lakin ondan geniş istifadə edilməsi idxal edilən



KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI

avadanlıqlar üzrə mülkiyyət hüquqlarının xaricə ötürülməsinə gətirib çıxara bilər.

Lizinq münasibətlərinin xüsusi forması kimi leverij-lizinq çıxış edir. Bu maliyyə lizinqi formasından istifadə edilməsi zamanı icarəyə verilən avadanlığın dəyərinin böyük hissəsi üçüncü tərəfdən (investor) borc olaraq götürülür və icarənin birinci yarısında icarəyə götürülmüş avadanlıq üçün amortizasiya ayırmaları və avadanhğm əldə edilməsi üçün alımmş ssuda üzrə ödənişlər həyata keçirilir. Belə müqavilə investorun vergiyə cəlb olunan gəlirini azaldır və vergi üzrə möhlət effekti yaradır. İnvestor bu effekti hzinq kompaniyasına təqdim edir ki, o da, öz növbəsində, müştərinin xeyrinə azaldıhmş ica- rəhaqqı müəyyən edir və dayamqh mənfəət əldə edir. Belə lizinqə tipik nümunə təyyarələrin lizinqidir.

Kompensasiya lizinqi forması da praktiki maraq kəsb edir. Bu forma üçün xarakterik cəhət odur ki, icarədar hzinq ödənişləri (ayırmaları) əvəzinə icarəverənə icarəyə ahnrmş avadanhqdan istifadə olunması əsasında razılaşdırıirmş həcmdə istehsal olunmuş məhsuUarı təqdim edir. Kompensasiya lizinqi son dövrlər beynəlxalq lizinq əməliyyatları təcrübəsində getdikcə daha geniş yer alır, belə ki, o, icarənin ödənilməsi üçün azad valyutamn axtarılması problemini həll edir.

Maliyyə lizinqinin növləri xalis lizinq və xidmətli lizinqdir.



Xalis lizinq - elə icarə münasibətidir ki, bu zaman əmlaka göstərilən bütün xidmətləri lizinqalan öz üzərinə götürür, lizinqverən tərəfindən əldə edilən icarə ödənişləri isə «xalisdir». Buna görə də bu halda avadanlıqlara xidmət göstərilməsi üzrə xərclər lizinq ödənişlərinə daxil edilmir. Bu, ən geniş yayılmış formadır.

Xidmətli lizinq avadanhğa mütləq texniki xidmət göstərilməsinin, onun təmirinin, sığortalanması və başqa əməliyyatların hzinqve- rən tərəfindən həyata keçirilməsini nəzərdə tutur və bu işlər üzrə xərclər icarə haqqına daxil edilir. Bir qayda olaraq, lizinqin bu növündən mürəkkəb və bahalı avadanlığın icarəsi üçün istifadə olunur. Bu xidmətlərdən başqa, hzinqalanm arzusu ilə hzinqverən öz üzərinə heyətin hazırlanması, hazır məhsulun marketinqi, reklarm və s. üzrə öhdəlikləri də götürə bilər. Bu əlavə xidmət növləri üzrə xərclər də icarə haqqına daxil ediləcəkdir.

ABŞ-da lizinqin bu forması zamam icarəverən investisiya güzəşti və amortizasiyanın sürətləndirilməsi kimi əhəmiyyətli güzəştlər əldə etmək hüququna malikdir, icarədar isə icarə haqlanm vergilərin ödənilməsi üçün elan olunmuş gəlirdən çıxa bilər. Müddətin sonunda icarədar avadanhğı onun həqiqi bazar qiymətindən aşağı qiymətə ala bilməz. İcarə müddəti bitdikdən sonra avadanhğm 20%-dən az ol

mayaraq faydalı xidmət müddəti qalır. Lizinqin bu növü, həmçinin tam xidmət dəsth hzinq kimi də adlandırılır.

Lizinq münasibətlərinin rəsmiləşdirilməsi zamanı baş lizinq anlayışından istifadə olunur. Baş lizinq özündə icarəverənlə icarədar arasında icarədarm yeni müqavilələr bağlamadan icarəyə alınmış avadanhqlarm siyahısım tamamlamaq hüququnu nəzərdə tutan lizinq haqqında ümumi müqaviləni əks etdirir.



Ayrı lizinq və ya əlavə vəsaitlərin cəlb edilməsini nəzərdə tutan lizinq, yaxud qismən lizinqverən tərəfindən maliyyələşdirilən lizinq. lizinqin ən mürəkkəb növmüxtəlifliklərindən biridir, çünki bu, çox- kanaUı maliyyələşdirmə ilə sıx əlaqədardır və bir qayda olaraq, bahalı layihələrin ödənilməsi üçün istifadə olunur.

Bu formadan istifadə zamanı lizinqverən əmlakın tam dəyərindən hesablanan bütün vergi güzəştlərindən istifadə edərək bir və ya bir neçə kreditordan ssuda götürür. Borclu-hzinqverən ssudanm qaytarılmasına görə kreditor qarşısında məsuhyyət daşırmr, ssuda lizinq ödənişləri vasitəsilə ödənilir. Buna görə də, hzinqverən kreditorların xeyrinə borcun ödənilməsinə qədər əmlak üzrə girovu rəsmiləşdirir və ssudanm ödənilməsi hesabına onlara lizinq haqlarını götürmək hüququ verir. Beləhkələ, müqavilə üzrə əsas riski kreditorlar daşıyır, ssu- danın qaytarılmasının təminatçısı kimi yalnız lizinq haqları və hzinqə verilən əmlak çıxış edir.



Revolver lizinqi və ya əmlakın sonradan dəyişdirilməsini nəzərdə tutan lizinqdən lizinqalana texnologiya üzrə müxtəlif növ avadanhq- lar lazım olduqda istifadə olunur. Lizinqin bu formasından istifadə edilməsi zamanı icarədar müəyyən müddətin bitməsindən soma icrayə alınmış avadanlığı onun başqa növünə dəyişmək hüququnu əldə edir.

Lizinq üzrə qarşıhqh fəaliyyətin ən effektiv formalarından biri, icarəverənin ölkəsinin sərhədlərini keçən əmtəələrin icarəyə verimə- sini əks etdirən beynəlxalq lizinq əməliyyatlarıdır.

Beynəlxalq lizinq əməhyyatmm həyata keçirilməsi zamanı icarəverən icarə predmetlərini öz ölkəsi daxilində milli firmadan alır və onları xarici icarədara təqdim edir. Bu tip əməliyyat ixrac icarə müqaviləsi hesab olunur.

İcarəverənin icarə predmetlərini xarici firmadan aldığı və onları milli icarədara təqdim etdiyi icarə əməhyyatı isə idxal icarə müqaviləsi adlanır.

Beynəlxalq icarə əməhyyatlarma, həmçinin yerləşdikləri ölkə ərazisindəki yerli firmalarla müqavilələr bağlayan transmilh korporasiyaların və transmilli bankların xarici qız müəssisələrinin icarə əməliyyatları da aid edilir.

Hər bir ölkənin lizinq qanunvericiliyinin özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, Avstriyada vergi hüququna uyğun olaraq icarə müddəti avadanlığın ümumi istismar müddətinin 90%-ni, yəni icarə predmetinin icarəverənin mühasibat hesabatından silinməsi müddətini keçməməlidir. Lizinq müqaviləsinin fəaliyyət müddətinin aşağı həddi icarə predmetinin xidmət müddətinin 40%-idir.

ABŞ-m təcrübəsi göstərir ki, icarədar avadanlığı öz mülkiyyətinə o zaman keçirə bilər ki, həmin predmetin xidmət müddəti 2 ildən az və bazar qiymətlilə qiymətləndirilən qalıq dəyəri predmetin ilkin qiymətinin 15%-indən az olmasın. Bu zaman icarəverənin xüsusi yazılı icazəsi olmadan avadanlığı subicarəyə vermək, rəqiblərə və digər maraqlı şəxslərə lizinqə götürdüyü avadanlığın konstruktiv və istismar xüsusiyyətləri ilə tanış olmağa icazə vermək icarədara qadağandır. Bir qayda olaraq, icarənin fəaliyyət müddəti ərzində icarədar lizinqə aldığı avadanlığın iflas və ya başqa qanun pozuntuları zamanı həbsə alınması və ya onun girov götürülməsinin qarşısını almaq üçün ona mülkiyyətçi firmanın adını göstərən xüsusi yarlıq vurur.

1988-ci il mayın 28-də Ottavada (Kanada) beynəlxalq lizinq müqaviləsinin bütün iştirakçılarının hüquqi münasibətlərini tənzimləyən vahid normaların təyin edilməsinə və oların reallaşdırılması üçün mövcud hüquqi maneələri aradan qaldırmağa imkan yaradan beynəlxalq mahyyə lizinqi haqqında Konvensiya qəbul olundu.

Konvensiyada iki müqavilənin (alqı-satqı və lizinq) qırıhnaz bağlılığı göstərihrdi. Azərbaycan qanunvericihyinə görə lizinq müqaviləsinin hüquqi rəsmiləşdirilməsi beynəlxalq maliyyə hzinqi haqqında Konvensiyanın tələbləri ilə tam üst-üstə düşür.

Beynəlxalq lizinq müqavilələrinin rəsmiləşdirilməsi təcrübəsində iki və daha çox ölkədə vergi faydalanndan istifadə edən «dabi dip» tipli sublizinq müqavilələri məşhurdur. Məsələn, 1980-cş illərdə belə lizinq müqaviləsi üzrə ABŞ üçün Böyük Britaniyadan təyyarələr ahn- rmşdı. Bu müqavilənin effektivhyi onunla şərtləşirdi ki, Böyük Britaniyada - əgər lizinqverən mülkiyyət hüququna, ABŞ-da əgər lizinq- verən sahiblik hüququna mahkdirsə, vergi güzəştlərindən əldə edilən faydalar daha böyükdür. Bu xüsusiyyətləri nəzərə alaraq, hzinq kompaniyası təyyarələri Böyük Britaniyadan ahmş (mülkiyyət hüququ), onları amerikan hzinq kompaniyasına lizinqə vermiş (sahiblik hüququ), o da, öz növbəsində təyyarələri subhzinq müqavilələri formasında yerli aviokompaniyalara təqdim etmişdi.

Tez-tez lizinq kompaniyaları vergi məqsədilə öz filiallarım güzəştli vergilər olan yerlərdə, xüsusilə ofşor zonalarda açır.

Beynəlxalq lizinq icarəsindən bazarda avtonəqliyyat sahəsində istifadə olunur. Nümunə kimi, VOLVO, DAF, İVEKO və s. konsernlərin lizinq üzrə əməliyyatları çıxış edə bilər.

Belə ki, DAF kompaniyası yalnız namizəd tərəfindən təyin olunmuş nümunədə ərizənin verilməsindən, partiyamn diqqətlə seçilməsindən və lizinq əməliyyatının Hollandiyanın kreditlərin sığortalanması üzrə kompaniyası ilə razılaşdırılmasmdan sonra avtonəqliyyat üzrə lizinq həyata keçirir. Əgər avtomobil konsernin özü tərəfindən həyata keçirilən avtonəqliyyat lizinqi üzrə əməliyyatlar əlavə maliyyə təminatı tələb etmirsə, onda bu lizinq müqaviləsi kifayət qədər sürətlə reallaşdırılır. Avtonəqliyyat lizinqi, bir qayda olaraq, icarəyə götürülən texnikanın dəyərinin 30%-inə qədər avans ödənişi kombinasiyası ilə həyata keçirilir. Lakin lizinq üzrə qarşıhqh fəaliyyət təcrübəsində maliyyə təminatı məsələsi tez-tez çox kəskin şəkildə ortaya çıxır.

Pul vəsaitlərinin kəskin qıtlığı situasiyasında, əgər Azərbaycanın borclu müəssisəsi Azərbaycan bankının hər hansı müxbir bankla təsdiqlənmiş zəmanətini verməyə qadirdirsə, bu məsələ həll oluna bilər. Bu məsələnin həlli zamanı Azərbaycan bankları tez-tez zəmanətin təmin edilməsi şəklində borcalan müəssisə üçün zaminlik edən öz qız müəssisələrinin xidmətlərinə müraciət edirlər. İstənilən halda ortaya beynəlxalq lizinq mübadiləsinin reallaşdırılmasmm məqsədəuyğun- luğu və hər şeydən əvvəl, əməliyyatın iqtisadi effektivhyinin qiymətləndirilməsi haqqında təbii məsələ çıxır. Beynəlxalq lizinq əməliyyatlarının strukturu şəkil 12.5.-də təqdim edilmişdir.



İcarə üzrə qarşılıqlı fəaliyyət təcrübəsi, bir qayda olaraq, daxili lizinq əməliyyatları ilə müqayisədə beynəlxalq lizinq üzrə əməliyyatların daha yüksək effektiv olmasını təsdiq edir. Əgər avans ödənişindən istifadə edilirsə və əgər zəmanət məbləğinin hesablanması zamanı ikiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında razılıq nəzərə alınırsa, beynəlxalq əməliyyatların effektivliyi, adətən əhəmiyyətli dərəcədə yüksək olur. Vergi orqanları sübut etməlidirlər ki, xarici lizinq kompaniyasımn vergiyə cəlb olunan gəlirinə avadanlıqların dəyərinin ödənilməsi məbləğini daxil etmək olmaz. Ancaq hər bir konkret halda vergi orqanlarının mütəxəssisləri ilə məsləhətləşmək lazımdır.

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI





Şəkil 12. 5. Beynəlxalq lizinq əməliyyatlanmn strukturu

Lizinqdən istifadə olunmasının əsas üstünlükləri aşağıdakılardır:

  • Əmlak formasında investisiyalaşdırma pul kreditindən fərqli olaraq pulların geri qaytarılmaması riskini azaldır, belə ki, əksər hallarda lizinqverən icarəyə verdiyi əmlak üzərində mülkiyyət hüququnu öz əlində saxlayır.

  • Lizinq 100%-lik kreditləşdirməni nəzərdə tutur və ödənişlərin dərhal başlanmasını tələb etmir ki, bu da icarədara böyük maliyyə xərcləri olmadan istehsal fondlarım yeniləməyə və bahalı avadanlıqlar əldə etməyə imkan verir. Adi kreditdən istifadə zamanı müəssisə alış dəyərinin bir hissəsini şəxsi vəsaitləri ilə ödəməlidir.

  • Lizinq müqaviləsi ssudanm əldə edilməsinə nisbətən daha dərin formaya malikdir, çünki hər iki tərəfə ödənişlərin qarşılıqlı faydalı formasından istifadə etməyə imkan yaradır - ödəniş dərəcləri fıksə olunmuş və üzən ola bilər.

  • Lizinqalan üçün avadanlığın mənəvi və fiziki köhnəlməsi riski azalır, çünki o, əmlakı şəxsi mülkiyyətə keçirilmək üçün deyil, müvəqqəti istifadə üçün əldə edir.

  • Lizinq əmlakı lizinqalanın balansında göstərilmir ki, bu da onun aktivlərini artırmır və əmlak üzrə vergidən azad edir;

  • Lizinq ödənişləri lizinqalanın istehsal xərclərinə aid edilir və müvafiq olaraq da vergiyə cəlb olunan mənfəəti azaldır.

  • Avadanlıq istehsalçısı məhsulun satışının təşkili və bazarın yeni seqmentlərinin mənimsənilməsi üzrə əlavə imkanlar əldə edir.
§ 12.2. Lizinq müqaviləsi

İstənilən lizinq əməliyyatı, bir qayda olaraq, lizinq haqqında müqavilə ilə rəsmiləşdirilir. Lizinqin formasından asılı olaraq, müqavilələr müxtəlif variantlarda rəsmiləşdirilir: «Satmahna hüququ ilə avadanlığın lizinqi üzrə müqavilə» və ya «Lizinqə satılan əmlakın alqı-satqısı üzrə müqavilə» kimi. Bir qayda olaraq, müqavilənin əsas bölmələri kimi aşağıdakılardan istifadə olunur: 1. lizinqin şərtləri; 2. icarə haqqının məbləği; 3. avadanlığın göndərilməsi; 4. lizinqverən və lizinqalanın hüquq və öhdəlikləri; 5. müqavilənin fəaliyyətinə son qoyulması; 6. müqavilənin dayandırılmasından sonrakı fəaliyyət;

7. avadanlığın geri qaytarılması ilə bağlı öhdəliklər; 8. tərəflərin hüquqi ünvanları və bank rekvizitləri.

Lizinq fəaliyyətinin dünya təcrübəsi hzinq əməliyyatlarım birbirindən prinsipial şəkildə fərqlənən iki növə ayırır: özünü natamam ödəyən lizinq (NÖL) və özünü tam ödəyən lizinq (TÖL) və ya maliyyə lizinqi.

Birinci növə icarədarın icarəyə verilən əmlakla bağlı bütün xərcləri bir icarə müddəti ərzində özünü tam ödəmir. Bu zaman mühüm cəhət ondan

ibarətdir ki, icarəverən bütün xərcləri bir icarədardan daxil olan vəsaitlər hesabına amortizasiyalaşdırmağı düşünmür. Lizinq müqaviləsinin bu operativ formasından istifadə olunması zamanı icarə müddətləri əmlakın köhnəlmə müddətini əhatə etmir, əmlakın korlanması və ya itirilməsi riski isə əsas etibarilə icarəverənin üzərinə düşür və bir qayda olaraq, icarə müddəti bitdikdən sonra əmlak icarəverənə qaytarıhr, o isə əmlakı təkrarən icarəyə verə və ya sata bilər.

Operativ lizinqin bu formasından istifadə edilməsi zamanı icarəverən icarəyə götürəni əvvəlcədən xəbərdar etmək şərtilə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Özünü natamam ödəyən lizinq zamanı icarə ödənişlərinin dərəcələri, adətən özünü tam ödəyən hzinqə nisbətən yüksək olur. Özünü natamam ödəyən lizinq üzrə müqavilənin rəsmiləşdirilməsi zamanı əlavə şərtlərdə icarədar üçün əmlaka qulluq göstərilməsi, onun təmiri və tex

niki xidmət göstərilməsi də nəzərdə tutula bilər, bu xidmətlərin dəyə- ri, adətən icarə haqqının məbləğinə daxil edihr və onun dərəcəsini artırır.

Bir qayda olaraq, NÖL zamam icarə haqqının daha yüksək də- rəcəsi lizinqalan üçün, adətən uyğun olur, çünki o, özünü əmlaka sa- hib ohna ilə bağh, yəni onun sınması, xarab ohnası, mənəvi aşınması və başqa səbəblərlə əlaqədar istənilən risk növündən kənarlaşdıra bilir.

Azərbaycan bazarında bu növ hzinq müqaviləsinin lizinq xid- mətləri əksər hallarda texniki vasitələrin və ya geniş istehlak malları- nın kirayəsi məntəqələrində həyata keçirilir.

Son illər özünü tam ödəyən lizinq müqavilələrinin rəsmiləşdi- rilməsi getdikcə genişlənməyə başlamışdır. Onların xüsusiyyəti ondan ibarətdir ki, nə icarədar, nə də icarəverən lizinq müqaviləsinin icra edilməsi zamanı, bu və ya digər tərəfin müqavilə şərtlərini kobud şə- kildə pozması halları istisna olmaqla, müqavilənin fəahyyətini vax- tından əvvəl ləğv etmək hüququna malik deyildir.

Lizinq müqaviləsinin sxemi şəkil 12.6.-da göstərilmişdir.

Xüsusi olaraq, nəzərdən keçirilmişdir ki, kirayə müqaviləsi üzrə icarəyə verilmiş əmlakın əsaslı və cari təmiri icarəverənin öhdəhyinə düşür.



İstehlakçı -



Müəssisə -

icarədar



istehsalçı

icarə Lizinq üzrə Alqı-satqı Texnikanın haqqı müqavilə müqaviləsi dəyəri




Şəkil 12.6. Lizinq müqaviləsinin nümunəvi sxemi

Kirayə müqaviləsi üzrə əldə edilmiş əmlakın başqa şəxsə subica- rəyə verilməsinə, bu əmlakın təmənnasız istifadəyə verilməsinə, icarə

KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI


hüquqlannm girov qoyulmasına və onlann mülki əmanət olaraq təsərrüfat yoldaşhğma daxil edilməsinə və ya başqa hüquqi şəxslərə verilməsinə yol verilmir.

Heyəti ilə birlikdə nəqliyyat vasitələrinin icarəsi üzrə müqavilə əsasında icarəverən icarədara heyəti ilə birlikdə nəqliyyat vasitələrini müəyyən haqq müqabilində müvəqqəti istifadə üçün təqdim edir və öz vəsaiti ilə ona əmlakın idarə edilməsi və onun texniki istismarı üzrə xidmətlər göstərir. Bu zaman daşınmaz əmlaka hava və dəniz gəmiləri, daxili üzmə üçün nəzərdə tutulan gəmilər, habelə icarəyə verməzdən öncə dövlət qeydiyyatından keçməli və reyestrə daxil edilməli olan kosmik obyektlər aiddir.

Bir çox aviakompaniyaları müqavilə və ya kontraktlar əsasında heyəti ilə birhkdə xarici ölkələrə hava gəmilərini icarəyə verir və tez- tez təyyarə və vertolyotları Rusiyanın hava gəmiləri reyestrindən çıxararaq onlan xarici ölkələrin reyestrlərinə daxil edirlər. İcarəyə götürülmüş təyyarə və vertolyotlann müqavilə müddəti bitdikdən soma qalıq dəyərini ödəyərək satın alınması kifayət qədər tez-tez müşahidə olunur.

Maliyyə icarəsi və ya lizinq müqaviləsinə görə icarəverən icarə- dar tərəfindən göstərilən əmlakı onun müəyyən etdiyi satıcıdan öz mülkiyyətinə keçirərək satın almalı və həmin əmlakı müvəqqəti sahiblik və sahibkarlıq məqsədləri üzrə istifadə üçün müəyyən haqq müqabilində icarədara təqdim etməhdir. Maliyyə icarəsi üzrə, həmçinin o da nəzərdə tutulur ki, satıcının tapılması və əldə olunacaq avadanlığın seçilməsi icarəverən tərəfindən də həyata keçirilə bilər.

Maliyyə icarəsi zamanı lizinq müqaviləsi predmeti kimi, torpaq sahələri və başqa təbii obyektlərdən başqa, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan istənilən əşyalar çıxış edə bilər.

İcarəverən icarədar üçün lizinq müqaviləsinin predmeti kimi çıxış edən əmlakı əldə edərkən nəzərdə tuta bilər ki, o, satıcı tərəfindən icarədara, sonuncunun tapılması əvəzinə verilir.

Bu və ya digər səbəbə görə əmlak müqavilədə göstərilmiş müddətə icarədara verilmədikdə, icarədar müqaviləni ləğv etmək və itkilərin əvəzini almaq hüququna malikdir.

İstənilən lizinq müqaviləsi, adətən lizinqverənin gələcək lizinqalandan ona avadanlığın və ya başqa əmlakın lizinq şərtilə icarəyə verilməsi üzrə ərizəsi ilə başlanır. Ərizə özünə mütləq qaydada əmlakın adını, onun arzu olunan parametrlərini, texniki və iqtisadi xarakteristikalarını, habelə potensial malgöndərənin yerləşdiyi yeri və mümkün olduqda onun rekvizitlərini daxil etməlidir. Lizinq müqaviləsinin həyata keçirilməsi üzrə təşəbbüs çox vaxt lizinqalan tərəfindən

qaldırılır. Lizinq kompaniyası, öz növbəsində, sifarişlər portfelinin formalaşdınhnası məqsədilə marketinq səylərini öz fəaliyyətinin reklam kampaniyasına və lizinq xidmət formasının aşkar üstünlüklərinə, avadanlıqların, nəqüyyatm perspektiv növləri, onun qiymətləri, malgöndərənləri haqqında informasiyaların toplanmasına, eləcə də həm ölkə daxilində, həm də onun sərhədlərindən kənarda lizinq xidmətləri bazarımn konyunkturunun təhlilinə istiqamətləndirir.

Ərizələrlə eyni vaxtda lizinqalan hzinqverənə ərizə ilə birlikdə, özünə təsisat sənədlərinin notarial qaydada təsdiqlənmiş surətlərini, son il və ya rüb üçün mühasibat balansım, hzinq müqaviləsinin iqtisadi

əsaslandırılması və effektivliyinin təhlilini (əməliyyatların biznes- plam) və müqavilə üzrə zəmanəti daxil edən standart sənədlər dəstini təqdim edir. Lazım olduqda, lizinqverən əlavə informasiya vermək və tələb etmək hüququna da malikdir.

İlkin sənədləri təqdim etdikdən sonra lizinqverən lizinq layihəsinin hərtərəfli yoxlanılması və ekspertizasını həyata keçirir. Bəzən bu məsuliyyətli iş müstəqil ekspertlərə həvalə olunur. Bu zaman lizinq müqaviləsinin müddətləri, lizinq ödənişlərinin ödənilməsinin mümkün variantlan, onların dövriliyi, avansın ölçüsü və əmlakın qalıq dəyəri yekun olaraq müəyyən edilir.


§ 12.3. Lizinq ödənişinin hesablanması mexanizmi

Lizinq müqaviləsinin həyata keçirilməsi zamam lizinq ödənişlə- rinin ölçülərini icarənin, onun operativ formasından tutmuş, maliyyə lizinqi müqaviləsinə qədər müxtəlif formalarının reallaşdırılmasmı nəzərə almaqla kifayət qədər dəqiq müəyyən etmək vacibdir.

İcarə haqqı (P) lizinqdən istifadə zamanı ümumi şəkildə lizinq obyektinin alış qiymətinin, komisyon haqlarını nəzərə almaqla faizlə- rin, vergilərin və lizinq xidmətləri ilə bağlı sığorta ödənişlərinin cəmi- nin icarə müddəti ərzində ödənişlərin sayına nisbəti kimi aşağıdakı düsturla müəyyən olunur:


Q+R+N+S P =


n

burada, Q lizinq obyektinin alış qiyməti, man.;



  1. - lizinq xidmətləri üzrə komisyon haqlarının uçotu ilə faizlər; N vergilər, man.;

  2. - sığorta ödənişi, man.; n - icarə müddəti ərzində ödənişlərin sayı, ədəd.

Lizinq firma və kompaniyalarının fəaliyyətinin çoxillik təcrü- bəsi lizinq ödənişlərinin müəyyən olunmasına müxtəlif yanaşma və variantları formalaşdırnuşdır.

Lizinq ödənişlərinin hesablanması özünə aşağıdakı mərhələləri daxil edir:



  1. Lizinq ödənişlərinin ölçüləri lizinq müqaviləsi ilə əhatə olu- nan illər üzrə hesablanır.

  2. Ödənişlərin illər üzrə məbləği kimi, müqavilənin bütün müd- dəti ərzində lizinq ödənişlərinin ümumi ölçüsü hesablar.

  3. Lizinq haqlarımn ölçüləri tərəflərin haqlan ödəmə dövri- liyinə, eləcə də onlar tərəfindən hesablama metodları və ödəmə üsul- larına (operativ lizinq zamam müqavilə müddəti bir ildən az olduqda, lizinq ödənişlərinin ölçüsü aylar üzrə müəyyən edihr) uyğun olaraq hesablanması.

Lizinq ödənişlərinin (LP) ümumi məbləğinin hesablanması aşağıdakı düstur vasitəsilə həyata keçirihr:

LP=AO+PK + KV + DU + ƏDV,

burada, AO cari ildə hzinqverənə hesablanan amortizasiya

ayırmalarının kəmiyyəti;

PK - lizinqverənin əmlakın müqavilə obyektinin əldə edilmə- sinə sərf olunan kredit resurslarından istifadə edilməsinə görə ödəniş;

KV - lizinq müqaviləsi üzrə əmlakın təqdim edilməsinə görə li- zinqverənə verilən komisyon mükafatları;

DU - lizinqalana lizinq müqaviləsi ilə nəzərdə tutulan əlavə xidmətlərin təqdim edilməsinə görə hzinqverənə ödənilən ödənişlər;

ƏDV - lizinqalan tərəfindən hzinqverənin xidmətlərinə görə ödənilən əlavə dəyər vergisi (əgər lizinqalan kiçik müəssisədirsə, Ə D V ödənilmir).

Amortizasiya ayırmaları aşağıdakı düsturla hesablanır:

.z. BS-N^ 100

burada, BS - əmlakın balans dəyəri, man; Na - amortizasiya ayırmaları norması, %.

İstifadə olunan kredit resurslarına (KR) görə ödənişin hesab- lanması aşağıdakı düsturla həyata keçirilir:


PK


STK
^ 100

burada, KR - kredit resursları; ST;,- kredit faizi, illik %-lə.

Bu zaman nəzərdə tutulur ki, istifadə olunan kredit resurslarına görə ödəniş hər bir hesabat ilində bu ildəki ödənilməmiş kreditin orta ilhk məbləğinə və ya əmlakın - müqavilə predmetinin orta illik qalıq dəyərinə bölünür:


Q-{OS^ + OS^ ) KR,=

burada, KR^ - əmlakın əldə edilməsi üzrə istifadə olunan kredit

resursları, bu resurslar üzrə ödəniş t hesabat ilində ödənilir, man; və OSıc - müvafiq olaraq, ilin əvvəlinə və sonuna əmlakın

hesablanmış qalıq dəyəri, man;

Q - əldə edilən əmlakın ümumi dəyərində borc vəsaitlərinin payını nəzərə alan əmsal.

Əgər əmlakın əldə edilməsi üçün yalnız borc vəsaitlərindən isti- fadə olunursa, Q əmsalı l-ə bərabər olur.



Lizinqverənə təqdim edilən komisyon mükafatları (RV) tərəflərin razılığı ilə aşağıdakılardan faiz ifadəsində müəyyən oluna bilər: - əmlakın - müqavilə predmetinin balans dəyərindən; - əmlakın orta illik qalıq dəyərindən.

Buna müvafiq olaraq, komisyon mükafatlar aşağıdakı düstur vasitəsilə hesablanır:


KVj, = pBS

burada, p - komisyon mükafatı dərəcəsi, .05-dən illik %-lə; və ya aşağıdakı düstur vasitəsilə hesablanır:

OS^+OS, ST,
2 100

burada, STy - əmlakın müqavilə predmetinin orta illik qahq

dəyərindən faizlə hesablanan komisyon mükafatı dərəcəsi, %.

Lizinq müqaviləsi ilə nəzərdə tutulmuş lizinqverənin əlavə xid- mətlərinə görə ödəniş (DUı) hesabat ilində aşağıdakı düsturla he- sablanır:

P + P + + P

DU,= ^ ”

T

burada, P, Pj, ...,P„ - lizinqverənin müqavilə üzrə nəzərdə tutulmuş

hər bir xidmət üçün çəkdiyi xərclər, man.; T - müqavilə müddəti, il.

Lizinqverən tərəfindən lizinq müqaviləsi xidmətləri üzrə ödənilən slavə dəyər vergisinin ölçüsünün hesablanması aşağıdakı düsturla həyata keçirilir:



KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI B, . ST_

N

ƏDV = 100

burada, ƏDV^ - hesabat ilində ödənilməli olan verginin kəmiyyəti,

man.;

Vf - qazanc məbləği, man.;

STjf- əlavə dəyər vergisinin dərəcəsi,%.

Qazancın məbləği özünə amortizasiya ayırmalarını, kredit resurslarından istifadəyə görə ödəniş, lizinqverənin müqavilə ilə nəzərdə tutulmuş əlavə xidmətlərindən istifadə edilməsinə görə mükafatın məbləğini və s. daxil edir, yəni:



= AO , + PK , + KB , + DU ,

İllik lizinq ödənişlərinin (LVQ) hesablanması, onların bərabər paylarla ödənilməsi zamanı aşağıdakı düsturla aparılır:



LVQ = LP

burada, LP lizinq ödənişlərinin ümumi məbləği, man.; T lizinq müqaviləsinin müddəti, il.

Rüblük lizinq ödənişlərinin (LVK) hesablanması, əgər bu müqavilə ilə nəzərdə tutulmuşdursa, aşağıdakı düsturla aparılır:

LVf.=LP\TA
Operativ lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin hesablanması nümunəsi

Müqavilənin şərtləri.

Əmlakın müqavilə predmetinin dəyəri 72 mln. man.

Müqavilə müddəti - 2 il.

Tam bərpa üçün amortizasiya ayırmalarının norması - illik 10%.

Lizinqverən tərəfindən əmlakın əldə edilməsi üzrə istifadə olunan kredit üzrə faiz dərəcəsi - illik 50%. İstifadə olunan kredit resurslarının kəmiyyəti 72 mln. man. Lizinqverənə təqdim edilən komisyon mükafatının kəmiyyəti illik 12%.

Lizinq verənin göstərdiyi lizinq müqaviləsi ilə nəzərdə tutulmuş xidmətlər - 4 mln, man., o cümlədən:

Əmlakdan istifadə edilməsi üzrə konsaltinq xidmətlərinin

göstərilməsi - 1,5 mln, man.;

Məzuniyyət xərcləri 0,5 mln, man.; Heyətin öyrədilməsi 2,0 mln, man.;

Əlavə dəyər vergisinin dərəcəsi 20%.

Lizinq ödənişləri hər rübün birinci ayının birinci günü bərabər paylarla rüblük olaraq həyata keçirilir.

Əmlakın orta illik dəyərinin hesablanması, mln. man.

Müddətlə

r



tlin əvvəlinə əmlakın dəyəri

Amortizasiya ayırmalarının dəyəri

İlin sonnna əmlakın dəyəri

Əmlakın orta illik dəyəri

l-ci il

72,0

7,2

64,8

68,4

2-ci il

64,8

7,2

57,6

61,2

İllər üzrə lizinq ödənişlərinin ümumi məbləğinin hesablanması 1- ci il

AO- 72,0 • 10 : 100 = 7,2mln. man.

PK - 68,4 • 50 : 100 = 34,2 mln. man.

KV = 68,4 • 12 : 100 = 8,2 mln, man.

DU = (1,5 + 0,5 + 2,0); 2 = 2,0 mln. man. F = 7,2 + 34,2 + 8,2 + 2,0 = 51,6 mln. man. ƏDV = 51,6 • 20 : 100 = 10,3mln. man.

LP = 7,2 + 34,2 + 8,2 + 2,0 + 10,3 = 61,9 mln. man. 2- ci il



AO = 72,0 • 10 : 100 = 7,2mln. man.

PK = 61,2 • 50 : 100 = 30,6 mln. man.

KV= 61,2 • 12 : 100 = 7,3 mln. man.

DU = (1,5 + 0,5 + 2,0): 2 = 2,0 mln, man. V = 7,2 + 30,6 + 7,3 + 2,0 = 47,1 mln. man.

ƏDV=41,\ ■ 20 : 100 = 9,4 mln. man.

LP = 7,2 + 30,6 + 7,3 + 2,0 + 9,4 = 56,6 mln. man.

Bütün lizinq müqaviləsi müddəti üçün lizinq ödənişlərinin ümumi məbləği aşağıdakına bərabərdir:

LP + LP = 61,9 + 56,6 = 118,5 mln, man.; Lödəniş = 118,5 : 4 : 2 = 14,8 mln. man.

Praktiki fəaliyyətdə AOZT «Baltika lizinqi» lizinq kompaniyası tərəfindən təklif olunmuş lizinq üzrə faiz dərəcəsinin hesablanması da maraq kəsb edir.

Bu hesablama dövlət qətnamələrinə, təlimatlarına və göstərişlərinə müvafiq olaraq lizinq kompaniyasının gəlirinin vergiyə cəlb olunmasını nəzərə almaqla həyata keçirilir



KOMMERSIYA FƏALIYYƏTININ

XIII FƏSIL, KOMMERSIYA MÜQAVILƏ

Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin