Dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin


«Kommersiya fəaliyyətinin əsaslan» dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin



Yüklə 2,87 Mb.
səhifə2/25
tarix14.12.2019
ölçüsü2,87 Mb.
#29917
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   25
Y-K

«Kommersiya fəaliyyətinin əsaslan» dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin


rəhbərliyi və redaktəsi ilə «Ticarət» kafedrasının müəllimləri tərəfindən yerinə yetirilmişdir.

i.e.d., prof. K.P.Paşayev - Giriş, I, III, IV, XV

  1. fəsillər, lüğət

  2. i.e.n., b/m. P.T.Xudiyeva - II fəsil

  3. i.e.n., dos. G.Ə.Əzizova - V fəsil

  4. i.e.n., dos. l.H.Vəliyeva - VI fəsil

  5. i.e.n., dos. H.H.Abbasov - VII fəsil

  6. i.e.n., dos. V.T.Səfərova - VIII fəsil

  7. i.e.n.,b/m. Ş.Ə.Əsgərov - IX fəsil

  8. i.e.n., dos. M.T.Səmədova - X fəsil

  9. b/m. Z.H.Abdullayeva - XI fəsil

  10. b/m. N.R.Əfəndiyeva - XII fəsil

  11. b/m. S.Y.Hüseynova - XIII fəsil

  12. i.e.n., dos. M.Q.Əkbərov - XIV fəsil

  13. i.e.n. A.Ş.Hüseynov - XVI fəsil

Kommersiya fəaliyyətinin əsasları. Dərslik. Bakı: «İqtisad Universiteti» Nəşriyyatı, 2010. - 472 səh.

© Müəllif kollektivi - 2010 ©

İqtisad Universiteti - 2010

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI

MÜNDƏRİCAT

Giriş ................................................................................... 7


  1. fəsil. Kommersiyamn nəzəri-metodoloji əsaslan ........... 11

§1.1. Kommersiya anlayışı və mahiyyəti ........................... 11

§1.2. Kommersiya fəaliyyətinin məzmunu, məqsədi və

vəzifələri ................................................................... 20

§1.3. Kommersiyamn funksiyaları və onun təsnifatı ......... 29

§1.4. İstehsal vasitələri dairəsində bazarın infrastrukturu... 39

§1.5. Kommersiya fəahyyətinin informasiya təminatı ....... 43

§1.6. Kommersiya sirri və onun qorunması ....................... 47

§1.7. Kommersiya fəahyyətini həyata keçirən hüquqi

şəxslərin təşkilati-hüquqi formaları ........................... 49


  1. fəsil. Kommersiya əlaqələrinin inkişafı ....................... 58 §2.1. Kommersiya əlaqələrinin mahiyyəti və onların

formalaşması prinsipləri ........................................... 58

§2.2. Kommersiya xidmətlərinin konsepsiyası, təsnifat

əlamətləri .................................................................. 67

§2.3. Topdansatış ticarətin təşkili üzrə kommersiya

fəaliyyəti ................................................................... 75

§2.4. Pərakəndə ticarətin təşkili üzrə kommersiya

fəaliyyəti ................................................................... 81 §2.5. Elektron kommersiya ................................................ 85


  1. fəsil. Kommersiya fəaliyyətinin etika və

psixologiyası ............................................................. 97 §3.1. Kommersiya etikası ................................................... 97

§3.2. Kommersantm psixoloji portreti ............................... 99

§3.3. Kommersiya firmasımn mədəniyyəti ........................ 104

§3.4. İşgüzar təmasların mədəniyyət və etikası .................. 112



  1. fəsil. İşgüzar daraşıqların təşkili .......................................... 119

§4.1. İşgüzar görüşlərin planlaşdırılması ...................................... 119

4

§4.2. Kommersiya danışıqlarına hazırlıq........................................... 121

§4.3. Danışıqların aparılma qaydası və taktikası ........................... 124


  1. fəsil. Mal çeşidinin formalaşdınlmasmın

kommersiya strategiyası ....................................................... 129 §5.1. Malın yaradılması ..................................................................... 129

§ 5.2. Tələbat və tələb ................................................................... 137

§5.3. Mallar və xidmətlər bazarı.................................................... 141

§5.4. Mal tələbinin və təklifinin tədqiq olunması ......................... 149

§5.5. Qiymət və mənfəət ................................................................... 154

§5.6. Kommersiyanın strategiyası ..................................................... 157



  1. fəsil. Kommersiya fəaliyyəti sferası ...................................... 163

§6.1. Malların alışının həyata keçirilməsi ......................................... 163

§6.2. Alış-müqavilə fəaliyyətinin təşkil olunması ............................. 166

§6.3. Sifariş olunan partiyanın optimal ölçüsü .................................. 169

§6.4. Malın keyfiyyəti ....................................................................... 170

§6.5. Vasitəçilərdən istifadə edilməsinin məqsədəuyğunluğu.... 174


  1. fəsil. Kommersiya riski ............................................................ 178

§7.1. Kommersiya riski və onun xüsusiyyətləri ............................ 178

§7.2. Kommersiya riskinin yaranma səbəbləri, növləri, onlann

xüsusiyyətləri .......................................................................... 183 §7.3. İnvestisiya riski ......................................................................... 192


  1. fəsil. Kommersiya fəaliyyətində reklam ................................. 204 §8.1. Kommersiya fəaliyyətində reklam, onun hüquqi

tənzimlənməsi və dövlət nəzarəti ............................................ 204 §8.2. Reklam vasitələri və formaları ................................................. 207

§8.3. Reklam müraciəti ..................................................................... 210

§8.4. Reklam psixologiyası ............................................................... 212

§8.5. Alıcıların davramşmın istehlakçı motivləşdirilməsinin

psixologiyası ........................................................................... 217

§8.6. Reklam fəaliyyətinin effektivliyinin müəyyən olunması... 226


IX fəsil. Cəmiyyətlə əlaqələr (pablik rileyşnz) və onun kommersiya fəaliyyətində rolu .................... 228

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI


§9.1. Pablik rileyşnz-bazar və ictimai kommunikasiya əlaqələri

haqqında elm kimi .................................................................... 228 §9.2. Pablik rileyşnzin məqsəd və məzmunu .................................... 233

§9.3. Pablik rileyşnz siseminin kommersiya fəaliyyəti

konsepsiyası ............................................................................. 234 §9.4. Pablik rileyşnzin əsas obyektləri .............................................. 239

§9.5. Pablik rileyşnzin vasitələri ....................................................... 240

§9.6. Pablik rileyşnzdə istifadə olunan bir sıra metodlar .................. 242

§9.7. Firmanın pablikitisi və imicinin formalaşdırılması .................. 244

X fəsil. Beynəlxalq kommersiya ..................................................... 247 §10.1. Beynəlxalq kommersiya fəaliyyətinin zəruriliyi və

imkanları ................................................................................ 247

§10.2. Beynəlxalq kommersiya üçün fəaliyyət sahəsinin

seçilməsi ................................................................................ 248

§10.3. Beynəlxalq kommersiya fəaliyyətinin formaları .................... 250 §10.4. Beynəlxalq bazarda fəaliyyət göstərən kommersiya

strukturlarının növləri ............................................................ 256

§10.5.Beynəlxalq kommersiya vasitəçi-ticarət əməliyyatları,

təsnifat əlamətləri ..................................................................... 264

§10.6.İxracat-idxalat və kontrakt qiymətlərinin formalaşmasının

mexanizmi ................................................................................ 276 §10.7. Gömrük əməliyyatları............................................................. 290

XI fəsil. Birja, yarmarka-sərgi, hərrac (auksion) və onların spesifik xüsusiyyətləri ........................................ 294 §11.1. Birjamn növləri....................................................................... 294

§11.2. Birja işinin strukturu və onun təşkili ...................................... 297

§11.3. Birja əməliyyatlarının növ və texnikaları ............................... 298

§11.4. Real əmtəə ilə müqavilələr ..................................................... 300

§11.5. Müddəth əməliyyatlar və ya fyuçers müqavilələri ............. 300

§11.6. Əmtəələrin sığortalanması (hecləşmə) ................................... 303

§ 11.7. Yarmarka ticarəti ................................................................... 306

§11.8. Satış sərgilər ........................................................................... 309

§11.9. Hərrac (auksion) ticarəti ......................................................... 310



  1. fəsil. Lizinq - kommersiyamn forması kimi .............................. 313 § 12.1. Lizinq anlayışı və əsas formaları ............................................ 313 §12.2. Lizinq müqaviləsi .................................................................... 329 §12.3. Lizinq ödənişinin hesablanması mexanizmi.......................

332

  1. fəsil. Kommersiya müqavilə öhdəlikləri ................................. 337

§13.1. İcarə ......................................................................................... 337

§13.2. Kommersiya konsessiyası (françayzinq) ................................ 333 §13.3. Komissiya ............................................................................... 34Q

§13.4. Faktorinq ................................................................................. 242


  1. fəsil. Kommersiya müəssisələrimn fəaliyyətinin

planlaşdırılması və dövlət tənzimlənməsi ................................ ^43 §14.1 .Planlaşdırmanın tərkibi, formaları və prinsipləri ................ 343 §14.2. Operativ plan-kommersiya fəaliyyətinin firmadaxili

planlaşdırıhnasmm əsas alətidir .................................................. 355 §14.3. Biznes-plan .............................................................................. 357

§14.4. Biznes-əməliyyatları və bazar risklərinin nəzərə

alınması ilə onun resurslarla təminatı .................................... 364 § 14.5. Bazar təsərrüfatının dövlət tənzimlənməsi sistemi ............ 374 § 14.6. Kommersiya fəaliyyətinin maliyyələşdirilməsi ..................... 381

§14.7. Kommersiya fəaliyyətinin kreditləşdirilməsi .......................... 334


  1. fəsil. Kommersiya fəaliyyətinin idarə edilməsi konsepsiyası.... 389

§15.1. Kommersiya fəaliyyəti idarəetmə obyekti kimi ...................... 389

§15.2. Kommersiya fəaliyyətinin idarə edilməsi konsepsiyası... 392

§15.3. İdarəetmənin xüsusiyyətləri .................................................... 394 §15.4. Kommersiya fəaliyyətinin idarə edilməsinin tərkibi

və strukturu ............................................................................ 394

§15.5. Ticarət müəssisələrinin idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə dəyişikliklərin idarə edilməsi ....... 412

§15.6. Kommersiyanın idarə edilməsinin effektivliyinin

artırılması yolları ................................................................... 415


  1. fəsil. Marketinq fəaliyyətinin strateji idarə edilməsi

konsepsiyası ............................................................................. 422

§16.1. Marketinq kommersiya fəaliyyətinin metodoloji

əsasları kimi ........................................................................... 422

§16.2. Marketinq tədqiqatları strategiyasının əsas

istiqamətləri ........................................................................... 426 §16.3. Marketinq tədqiqatlarının metodoloji əsasları ........................ 441 §16.4. Marketinq tədqiqatlarımn qayda və prosedurları ................ 445 §16.5. Əmtəə bazarının kompleks öyrənilməsi və təhlili ................... 448 istifadə olunmuş ədəbiyyat siyahısı ................................................... 455

Kommersiya üzrə lüğət və terminlər .................................................. 460


GİRİŞ


Müasir şəraitdə kommersiya fəaliyyəti iqtisadi fəaliyyətin sadəcə növ müxtəlifliyi olaraq qahmr, o, həmçinin, bazar subyektləri

nin mövcud olmasının və əmtəə-pul münasibətlərinin təkraristehsal prosesinin ayrılmaz tərkib hissəsinə çevrilir.

Bazar münasibətlərinin genişlənməsi ilə kommersiya fəaliyyəti də genişlənir və bu fəaliyyət sferasına cəmiyyətin getdikcə daha çox üzvü daxil olur. Kommersiya fəaliyyətinin müvəffəqiyyətliliyi kom- mersantm istehsalçıdan tədarük etdiyi əmtəələr üçün istehlakçıların tapılması bacarığından, onun fəaliyyətinin uğuru isə - həm onlarla, həm də başqaları ilə daimi və etibarlı əlaqələrin qaydaya salınması qabiliyyətindən də asılıdır.

Genişlənən kütləvi istehsal və bazar iqtisadiyyatının hakimiyyəti şəraitində, hər şeydən əvvəl, ticarətlə təmsil olunan iqtisadi bölüşdürmə subsistemi özünə getdikcə daha çox təşəbbüskar insanları cəlb edərək, böyük əhəmiyyət kəsb etməyə başlayır. Həqiqətdə isə, ticarət elə əvvəllər də kapitalın ən sürətli tədavülünü və ən yüksək mənfəət normasını təmin edirdi, kütləvi istehsal şəraitində isə bu üstünlük bir neçə dəfə artmışdır. Buradan aydındır ki, kommersiya fəaliyyəti, əsas etibarilə ticarət sferasının müstəsna hüququdur.

Ancaq qloballaşma şəraitində kommersiya fəaliyyəti beynəlxalq mübadilənin rolunun artması, o cümlədən, elmi-texniki tədqiqatların nəticələri ilə əlaqədar yeni inkişaf pilləsinə yüksəlir. Həqiqətən də, həm bazar subyektlərinin, həm də, sadəcə olaraq insan fərdlərinin iqtisadi bazisinin və ünsiyyət vasitələrinin təkmilləşdirilməsi onların beynəlxalq qarşıhqh münasibətlərinin güclənməsinə təsir göstərir. Buna görə də, qloballaşma müxtəlif ölkələrin iqtisadiyyatının qarşılqh asıhhq səviyyəsinin misilsiz artınhnasını, bütün planet miqyasında əmtəələrin, xidmətlərin, kapitalların və informasiyaların mübadiləsinin keyfiyyətcə sürətlənməsini, xarici iqtisadi əlaqələrin ticarət və kommersiya formalarının hərtərəfli genişlənməsini nəzərdə tutur. Bir sözlə, kommersiya fəaliyyəti təkcə ticarət sferasını deyil, həm də digər bazar subyektlərini də əhatə edən beynəlxalq fəaliyyətə çevrilir.

Bir çox mənbələrdə kommersiya sözünün hərfi mənasına görə (latın sözündən kommersium ticarət deməkdir) ticarətin elementlərindən biri kimi, ticarət təşkilatı üçün hər hansı bir alqı-satqı qaydası kimi nəzərdən keçirihr.

Bu cür izahat bizə o qədər də düzgün görünmür. Artıq indi məlumdur ki, ayrı-ayrı terminlərin hərfi mənasına əsasən biznes təkcə «iş», menecment «idarəetmə», marketinq isə «bazar»da fəaliyyət kimi başa düşülə bihnəz. Həqiqətdə isə biznes, menecment və marketinq - bizim tərəfimizdən «bazar mexanizmi» kimi adlandırılan möhtəşəm və həddin

dən artıq mürəkkəb bir konstruksiyanın müxtəlif tərəfləridir. Bu tərəflərdən hər biri iqtisadi bazar proseslərini müəyyən nöqteyi-nəzərdən keçirməyə, onların çox da sadə olmayan məzmununu müxtəlif tərəflərdən aydınlaşdırmağa imkan verir.

Biznes, sahibkarlıq - əhalinin mallara və xidmətlərə olan tələba- tımn ödənilməsinə və bu zaman mənfəətin əldə olunmasına yönəldilmiş müəssisənin təsərrüfat fəaliyyətini nəzərdə tutur; menecment bu məqsədyönlü fəahyyətin təşkil olunması, onun nizamlanması və təkmilləşdirilməsi ilə məşğuldur; marketinq istehlak tələbini idarə edir.

Bazar mexanizminin bir sıra digər əhəmiyyətli və maraqlı, daha dərindən öyrənilmə tələb edən tərəfləri də mövcuddur. Onların arasında daha vacibi kommersiyadır.

Əgər «biznes», «menecment», «marketinq» sözlərini biz bu yaxınlarda işlətməyə başlamışıqsa, özünün əcnəbi mənşəyinə baxmayaraq «kommersiya» sözü çoxdan istifadə olunur. Çox əvvəllər kom- mersant, kommersiya bankları, kommersiya direktoru, kommersiya məktəbləri mövcud olmuşdur.

Kommersiya çox uzaq vaxtdan başlamışdır. Onun mənbələrini ölkə iqtisadiyyatımn tarixində axtarmaq lazımdır.

Rus hüquqşünası, alim və müəllimi S.Desnatski iqtisadiyyatı «böyük qarşılıqlı kommersiya» adlandımuşdır. Rusiya kommersiya kollegiyasının katibi M.Çulkov «Rus kommersiyasının tarixi təsviri» adlı çoxcildli (7 cild) əsərində qeyd etmişdir ki, kommersiya deyəndə təkcə ticarətin deyil, «sənayenin, ticarətin, nəqliyyat və rabitənin, maliyyə və bank işinin bütün fəaliyyəti və inkişafı» başa düşülməlidir.

Hazırkı şəraitdə bazar iqtisadiyyatı tamamilə yenidən, özü də Qərb nümunəsi üzrə yaradılarkən və onun biznes, menecment, marketinq kimi atributlarım əsas tutarkən, təəssüflər olsun ki, özünün yüksək potensialına malik olan kommersiyaya lazımi əhəmiyyət verilmir.

İndi bəzən kommersiyanı marketinq ilə eyniləşdirirlər. Doğrudan da, kommersiya da marketinq kimi mənfəətin əldə olunmasına yönəldilib. Lakin mənfəətin əldə olunması bütöv sahibkarlıq fəaliyyətinin, biznesin son məqsədidir. Bu məqsədə çatmaqda həm kommersiyaya, həm də marketinqə bir-birindən fərqli olan rollar verilmişdir.

Marketinq, bu elmin dahilərindən olan Filip Kotlerin dəqiq ifadəsilə

«tələbin idarə olunması» deməkdir. Kommersiya isə, sahibkarlığın (onun istənilən formalarında) digər vacib vasitələrinin idarə olunması deməkdir. Deməli burada məsələ təkcə alqı-satqı prosesinin təşkilinə və texnologiyasına yönəldilmir. Bununla ticarət məşğul olur. Kommersiyanın fəaliyyət dairəsi daha genişdir. Burada ön plana - biznesin hesablaşma, təsərrüfat-maliyyə tərəfi, onun hüquqi əsası.

qiymət siyasəti, kommersiya xarakterli müqavilə öhdəlikləri (icarə, lizinq, konsessiya, komissiya, faktorinq), daxili və beynəlxalq kontraktlarla iş, kommersiya risklərinin qiymətləndirilməsi və reallaşdırılması kimi məsələlər çıxır.

Qısaca desək: hardakı, sahibkarlıqda qanuni yüksək mənfəəti təmin edən pul və yaxud digər hesablaşmalar lazım olan yerlər var, kommersiyanın da yeri oradır. Əgər marketinq lakonik, yığcam olaraq «tələbin idarə olunması» kimi adlandırıhbsa, kommersiyanı çəkinmədən mənfəətin idarə olunması kimi adlandırmaq olar.

Təqdim olunan kitab - kommersiya fəaliyyəti üzrə dərslik yuxarıda qeyd olunan prinsiplər əsasında qurulmuşdur.

Dərslik iqtisad ali məktəblər üçün kommersiya fəaliyyəti üzrə standart ali məktəb proqramına tamamilə uyğun gəlir, bir sıra mövqelərə görə isə bu proqram çərçivəsindən kənara çıxır.

Bazar iqtisadiyyatına keçid, çoxlu sayda müxtəlif təşkilati-hüquqi formaya malik olan müəssisələrin meydana çıxması, əhalinin əhəmiyyətli hissəsinin ticarət fəaliyyətinə cəlb olunması, müasir avadanlıqların və mütərəqqi texnologiyaların geniş tətbiqinin zəmriliyi - kommersiya fəaliyyətinin və ticarət müəssisələrində texnoloji proseslərin təşkilinə yeni yanaşmaları, şəxsi təşəbbüskarlığı və sahibkarlığın geniş inkişafına olan tələbatı şərtləndirir. Bütün bunlar, peşəkarlıq fəaliyyəti əmtəə tədavülü ilə bağlı olan mütəxəssislərin hazırlanmasına yeni yanaşmaların olmasını tələb edir.

Bununla əlaqədar olaraq, ali təhsil sahəsində yeni ixtisaslar meydana çıxmışdir ki, bunlar üzrə iqtisadiyyatın müxtəlif sahələri üçün kadr hazırlığı həyata keçirilir.

Kommersiya fəaliyyətinin yeni bazar şəraitləri kommersantm yeni universal tipinin: təşəbbüskar, müstəqil, geniş profilli, yeni iqtisadi şəraitdə öz fəaliyyətini uğurla həyata keçirə bilmək bacarığına malik olan işçinin hazırlanmasını tələb edir.

Hazırkı şəraitdə kommersiya ilə məşğul olan işçilər tərəf-müqabillərlə işgüzar danışıqları aparmaq qabiliyyətinə malik olmalı, mallar və xidmətlər, alıcılar ilə satıcılar arasında təsərrüfat əlaqələrinin nizamlanması metodlarını və üsullarını, reklam işinin əsaslarını, marketinqi, menecmenti və bir çox digər xüsusi fənləri yaxşı bilməlidirlər.

Əvvəllər kommersiya dərindən öyrənilmə və tədqiqat obyekti kimi qəbul olunmurdu; indiki zamanda ticarət biznesinin bu cür şərhi primitiv və mənasız bir şey sayılır.

Kommersiya fəaliyyətində olan biliklərin dairəsi o qədər də dar deyildir; bəzi hallarda digər ixtisaslarda olduğundan da genişdir: kommersiya üzrə biliklər, demək olar ki, tükənməzdir.

Kommersiya işçisinin müasir dövrdə fəaliyyət diapazonu çox genişdir - bu, müxtəlif mülkiyyət formasına malik olan müəssisələrin, pərakəndə və topdansatış müəssisələrin, firmaların, səhmdar cəmiyyətlərinin, birgə ticarət müəssisələrinin, idxalat-ixracat təşkilatlarının, istehlak kooperasiyasının müəssisə və təşkilatlarının və digərlərin kommersiya, satış və marketinq bölmələrində və xidmətlərində həyata keçirilən işdən ibarətdir.

Bazar iqtisadiyyatında kommersiya işçisi ticarət biznesinin mərkəzi simasına çevrilir: bu işçinin gördüyü işin nəticələrindən müəssisə və yaxud firmanın bütövlükdə işinin səmərəliliyi çox asılı olur.

Bununla bağlı olaraq kommersiya nəzəriyyəsi üzrə dərin biliklərə yiyələnmiş, həmçinin bu fəaliyyətin həyata keçirilməsində praktiki bacarıq və vərdişlərə malik olan kommersiya işçisinin - mütəxəssisinin peşəkarlıqla hazırlanmasının əhəmiyyəti kəskin olaraq artmışdır.

Hazırkı dərslik ticarət biznesində uğurlu fəaliyyəti həyata keçirmək üçün kommersiya sahəsində işləyən hər bir mütəxəssisi minimal biliklə silahlandırmaq, daha sonra isə kommersiyanın əsaslarını açıqlamaq məqsədini daşayır.

Dərslik «Kommersiya» ixtisası üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş standarta və tədris planına uyğun hazırlanmışdır.


I FƏSIL. KOMMERSİYANIN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI

§ 1.1. Kommersiya anlayışı və mahiyyəti


Bazar iqtisadiyyatına obyektiv surətdə mənsub olan və onun funksiyalaşmasının elementləri kimi biznes, sahibkarlıq anlayışları insanların inkişafının bütün mərhələlərində mövcud ohnuş və müxtəlif sosial-iqtisadi sistemin funksiyalarına daxil olmuşdur.

İnsan cəmiyyətinin tarixi göstərir ki, təzadlı da olsa, o, həmişə bizneslə məşğul olmuşdur. Sovet cəmiyyəti dövründə biznesə və biznesmenə həmişə mənfi münasibət bəslənmişdir. Buna səbəb marksist klassiklərin əsərlərindən tutmuş, bəzi yazıçıların əsərində biznes və biznesmen anlayışının mənfi məfhum kimi əks etdirilməsidir. Bəzən biznesə pul yığmaq, varlanmaq, gəlir əldə etmək kimi baxılmışdır. Biznesə ən sadə anlayışı biznes termininin etimologiyasından istifadə edərək vermək olar. Bu baxımdan, biznesi iş adlandırmaq olar. İnsanlar bir-birinə müraciət edərkən soruşurlar ki, işin necədir? Bu söz işgüzarlıq mənşəyinə malikdir. Ancaq biznes sadəcə iş kimi deyil, işin iştirakçıları, insanlar arasında işgüzar əlaqə, münasibət kimi qəbul edilməlidir. İşin iştirakçıları kimi insanlar işgüzar insan və ya biznesmen olur.

İqtisadiyyatda iş bu və ya digər formada məhsul istehsalı və onun istehlak sferasına hərəkəti ilə bağhdır. Ona görə də təsərrüfat fəaliyyətinin hər bir sahəsi işgüzar əlaqələrlə bağlıdır. Biznes özünəməxsus strategiya və taktikaya malikdir. Biznesin strateji məqsədi müxtəhf sövdələşmələrdə yüksək gəlirə və mənfəətə malik olmasıdır. Taktiki məqsəd isə strateji məqsədin həyata keçirilməsi üçün konkret tərəfin seçilməsi və ona uyğun konkret tədbirlərin müəyyən şəraitdə həyata keçirilməsidir. Keçmişdə belə hesab edilirdi ki, bizim iqtisadiyyatda xarici əlaqələri çıxdıqdan sonra biznes ola bilməz və biznesmenlər bir xüsusi sosial qrup kimi, iqtisadi əlaqələrin subyekti kimi fəahyyət göstərə bilməz. Biznesmen cinayətkar element kimi qəbul edilirdi. Bütün bunlarla yanaşı biznes plan-bölgü iqtisadiyyatında geniş yayıhmş bir hal idi. Onunla defısit malların axtarışını həyata keçirən şəxslər məşğul olurdular.

Biznes ilə həmçinin müəssisələrin və onlann iqtisadiyyat şöbələrinin rəhbərləri də məşğul olurdular.

Onlar üçün bu hal özünü tərəf-müqabillərin «yuxarılar» ilə

yazışmasında, cədvəllərin tutulmasında, rəislər üçün arayışların tərti



KOMMERSIYA FƏALIYYƏTININ

bində, planlarda düzəlişlər etmək üçün rəislərlə «ticarətdə», fondların «bişirilməsi»ndə, nəqliyyat vasitələrinin əldə edilməsində, defısit avadanlıqların dəyişilməsində, rüşvətlərin verilməsində və alınmasında, «ikili hesabın» apanhnasmda və s. göstərirdi. Bilirik ki, sovet iqtisadiyyatında normal əmtəə-pul münasibətləri əvəzinə, «planh əmtəə münasibətləri» mövcud idi. Bu cür münasibətlərin zəminində də, işgüzar əlaqələr bu subyektlərin öz şəxsi təşəbbüsləri hesabına deyil, rəhbərlərin və planlaşdırıcı-bölüşdürücü «sövdələşmə obyektləri»nin iradəsinə uyğun qurulurdu. Amerika alimləri Rozenblat, Bonninq- ton, Nidilson «Biznes konsepsiyası» dərsliyində biznes nədir? sualına verilən cavablarda biznes işin aparılması sistemidir; biznes-əhahyə lazım olan məhsulun yaradılmasıdır, biznes-işdir. Biznes sosial-iqtisadi sistemin əsas magistral yoludur və s. kimi şərh etmişlər.

Biznes öz arzularımızı həyata keçirmək üçün yaratdığumz anlayışdır. Biznes biz necə yaşayırıq deməkdir və s. Əlbəttə, bu anlayışlardan hansı seçilsə səhv deyildir. Lakin ümumiləşdirilmiş anlayış kimi biznes cəmiyyətin arzusu, diləyi nəzərə alınmaqla tələbatın ödənilməsi üçün yaradılan istehsal sistemidir. Müasir bazar iqtisadiyyatı şəraitində biznes işgüzar münasibət-vahid sistem kimi bütün biznesmenləri özündə birləşdirir. Biznesin subyekti kimi, sahibkarlar, sahibkarlar kollektivi, istehlakçılar kollektivi, dövlət strukturu və s. fəaliyyət göstərə bilər. Bununla yanaşı, göstərmək lazımdır ki, dövlət strukturu bilavasitə iştirakçı olmaqla yanaşı həm də dolayı yolla iş- ğüzar münasibət iştirakçılarına təsir göstərə bilər, çünki o, qanuni biznesin təminatçısı kimi çıxış edir. Lakin daha aydınlıq gətirmək üçün sahibkarlıq biznesinin üç əsas konponentini misal gətirmək olar. Buna aşağıdakılar daxildir:


  1. Məhsulun istehsalı;

  2. Kommersiya (ticarət); 3. Kommersiya vasitəçiləri.

Çox vaxt biznes ticarət və vasitəçiliyi əksər hallarda alverçilikləyəni, malları gəlir əldə etmək məqsədilə sonradan satmaq üçün almaqla eyniləşdirirlər. Lakin gəlir (mənfəət) bu, hər bir kommersiya fəaliyyətinin məqsədidir və sahibkarın hərəkətlərinin əsas stimullaşdırıcı amilidir. Burada ən vacib məsələ, sahibkarın gəlir əldə etmək faktının olmasından çox, onun işgüzar əlaqələr qurduğu şəxslərlə gördüyü işlərin müqabilində faydasının nə dərəcədə olmasıdır. Tanınmış ingilis bankiri Qilbartın fikrincə, kommersiya və alverçilik bir-birilə o qədər sıx bağlıdır ki, harada kommersiyanın qurtardığını və alverçiliyin başladığını söyləmək çox çətindir.

Müasir bazar iqtisadiyyatında kommersiya və kommersiya vasitəçiliyi iqtisadiyyatın ayrılmaz bir ünsürü kimi çıxış edir. Alverçilik isə, kommersiya fəaliyyətinin bir növüdür, amma burada istehlakçı seçim hüququndan məhrumdur və yüksək qiymətlərlə təkhf olunan malları (və ya xidmətləri) almaq məcburiyyətində qahr. Elə bu cür hallar bazar iqtisadiyyatı ölkələrində qeyri-qanuni sayılır. Lakin göstərmək lazımdır ki, biznesə təkcə ticarət və vasitəçilik kimi baxmaq düzgün olmazdı. O, ilk növbədə hər bir ölkənin iqtisadi həyatının əsasını təşkil edən istehsaldan ibarətdir. Biznesin əsas subyektlərindən biri də istehlakçılardır. İstehlakçılar passiv tərəf olmayıb sahibkarlarla bağlanılan sazişlər və işgüzar əlaqələrin eyni hüquqlu iştirakçılarıdır. İstehlakçıların işgüzar marağı bilavasitə istehlakçılarla kommersiya vasitəsilə yaradılan əlaqələridir. Əgər sahibkarlıq çox gəlir əldə etməyin əsas məqsədidirsə, istehlakçımn məqsədi daha ucuz və keyfiyyətli mal əldə etməkdir.

Kommersiyaya dair mənbələrin çoxunda bu anlayışa (latın sözü olan «kommersium»-ticarət) ticarətin bir elementi kimi, ticarətdə alqı-satqı qaydası kimi baxılır. Əlbəttə, kommersiya anlayışına bu cür yanaşma düzgün olmayıb, həm də çox dar məna kəsb edir. Bu gün məlumdur ki, biznesin təkcə «iş» kimi, menecment (marketinq) kimi, marketinqin təkcə «bazarla» bağlı kimi hesab edilməsi də düzgün olmazdı. Həqiqətdə biznes, menecment, marketinq, bazar mexanizminin böyük, fövqəladə mürəkkəb bir konstruksiyanın müxtəlif tərəfləridir. Bu tərəflərdən hər birisi iqtisadi bazar prosesinə müxtəlif bucaq altında baxmağa və hər tərəfin çox asan olmayan məzmununu işıqlandırmağa imkan verir.

Biznes, sahibkarlıq müəssisənin təsərrüfat fəaliyyətini təcəssüm etdirməklə yanaşı, insanların mala, xidmətə olan tələblərini ödəməyə və gəlir əldə etməyə yönəldilir. Menecment məqsədyönlü fəaliyyətlə bağlı mexanizmin yaradılmasına yönəldilməklə yanaşı, onu nizamlayır və təkmilləşdirir. Marketinq istehlak tələbini idarə edir.

Bazar mexanizminin çox maraqlı və əhəmiyyətli tərəfləri mövcuddur və onların öyrənilməsi günün mühüm məsələlərindəndir. Bunların içərisində ən mühümlərindən biri də kommersiyadır. Həqiqətən kommersiya nədir? Müasir iqtisadi həyatda onun yeri və rolu nədən ibarətdir. Əgər «biznes», «menecment», «marketinq» sözlərini təzəliklə eşidib və işlədiriksə, «kommersiya» anlayışımn kökü xarici olsa da, dilimizdə çoxdan işlədilməyə başlanılmışdır. Çox uzun illərdən bəri kommersant, kommersiya bankı, kommersiya direktoru, kommersiya məktəbi, kommersiya konsepsiyası, kommersiya hesabı, kommersiya və qeyri-kommersiya müəssisəsi və digər anlayışlar eşidir


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin