Dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin


Şəkil 2.1. Xarici bazarda kommersiya logistikasmın iriləşdirilmiş və inteqrasiya olunmuş modeli



Yüklə 2,87 Mb.
səhifə7/25
tarix14.12.2019
ölçüsü2,87 Mb.
#29917
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   25
Y-K

Şəkil 2.1. Xarici bazarda kommersiya logistikasmın iriləşdirilmiş və inteqrasiya olunmuş modeli


Bazarın bütün subyektlərinin ahəngdar işi üçün həm sahələrarası, həm də sahədaxili kommersiya əlaqələri mühüm rol oynayır. Lakin onların bu prinsip əsasında bölünməsi kommersiya əlaqələrinin təşkili və idarəedilməsi praktikasında böyük əhəmiyyət kəsb edir. Əgər sahədaxili əlaqələrin təşkili eyni bir sahəyə daxil olan müəssisələrin, firmaların və onların birliklərinin səlahiyyətinə aid olunursa, sahələrarası kommersiya əlaqələrinin təşkili, çoxsaylı kombinatlar, sənaye-maliyyə holdinq qrupları və sahələrarası xarakter daşıyan vasitəçi-ticarət strukturları tərəfindən həyata keçirilir.

Bazar strukturu əlamətinə görə kommersiya əlaqələri: dövlətdaxili və dövlətlərarası əlaqələrə bölünür. Birinci tipə bir ölkə və yaxud region daxilində yerləşən müəssisə, firma və təşkilatlar arasında yaradılan əlaqələr; ikinciyə isə - bazar dövriyyəsinin yerli subyekti ilə onların əcnəbi partnyorları arasında yaradılan əlaqələr aid edilir.

Kommersiya əlaqələrinin bölgüsünün üçüncü əlaməti - bu əlaqələrdə kommersiya təşkilatlarının iştirak dərəcəsinə görə əlaməti çox vacibdir. Bu əlamətə görə istehsalat-texniki təyinatlı məhsulların göndərilməsi üzrə əlaqələr: birbaşa fırmalararası və vasitəçi-topdansatış təşkilatları tərəfindən vasitəçilik yolu ilə həyata keçirilən əlaqələrə bölünür.



Birbaşa əlaqələrə, məhsulun göndərilməsi üzrə bütün qarşılıqlı iqtisadi, hüquqi və təşkilati əlaqələr, fırma-istehsalçılarla məhsul alan firmalar arasında birbaşa əlaqələr aid edilir.

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI

Müasir şəraitdə istehsalat müəssisələri, birlikləri və firmaları arasında birbaşa kommersiya əlaqələrinin təşkilinin əsasını birbaşa müqavilələr (kontraktlar) təşkil edir. Birbaşa əlaqələr kimi, istehlakçılara təkcə xammalın, material və avadanlığın göndərilməsi deyil, həmçinin müxtəlif yarımfabrikatlarm və komplektləşdirici məmulatların istehsalat kooperasiyası qaydasında göndərilməsi də həyata keçirilir.



Vasitəçilik əlaqələrinə, adından məlum olduğu kimi, elə kommersiya əlaqələri aid edilir ki, bu zaman satıcı ilə alıcı arasındakı qarşılıqlı əlaqələrdə vasitəçi kimi müxtəlif vasitəçi-ticarət firmaları və şirkətləri çıxış edir. Onlar istehsalla istehlak arasında kommersiya əlaqələrini yaratmaqla yanaşı, bu cür əlaqələrdə, tərəflərin qarşılıqlı iqtisadi və hüquqi münasibətlərində iştirakçı kimi çıxış edir: istehsalçılarla istehlakçılar arasında göndərilən məhsulun miqdarını və çeşidini, onun texniki xarakteristikasını, göndərilmə müddətini razılaşdırır, təsərrüfat müqavilələrini imzalayır, məhsulun göndərişini təşkil edir, malgöndərənlər və istehlakçılarla hesablaşmalarda iştirak edir, müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Başqa sözlə, vasitəçi kommersiya əlaqələrində vasitəçi-ticarət halqası təkcə təşkilatçı kimi deyil, həm də məhsulun bazar dövriyyəsinin bir iştirakçısı kimi çıxış edir.

Kommersiya əlaqələrinin bu əlamətindən onun dördüncü əlaməti məhsulun göndərilməsinin təşkil olunması formalarına görə bölgü əlaməti yaranır.

Bu əlamətə əsasən kommersiya əlaqələrini: malgöndərişinin tranzit forması, yəni məhsulun birbaşa istehsalçıdan istehlakçıya doğru hərəkəti ilə təşkil olunan əlaqələr və topdansatış şəbəkəsi vasitəsilə, anbar vasitəsilə göndərilmə formasında təşkil olunan əlaqələr kimi fərqləndirmək lazımdır.

Kommersiya əlaqələrinin təşkili zamanı göndərişlərin optimal formalarının seçimi həm sənaye bölməsinin, həm də topdansatış-kommersiya halqasının öz sisteminin işində böyük iqtisadi əhəmiyyətə malikdir. Məhz bu seçimdən məhsulun əmtəə mübadiləsi mühitində hərəkət sürəti, bu proseslə bağlı olan əmək məsrəfləri, məcmu ehtiyatların səviyyəsi və onlara qoyulmuş dövriyyə vəsaitlərinin dövriyyə sürəti asılıdır.

Digər tərəfdən, göndərişin seçim forması kommersiya əlaqələrinin və bunlardan irəli gələn tərəflərin qarşılıqlı iqtisadi, hüquqi və təşkilati əlaqələrinin formalaşmasına əhəmiyyətli təsir göstərir.

Anbar göndərişləri vasitəçi-ticarət strukturlarının iştirakı ilə, tranzit göndərişləri isə - həm birbaşa kommersiya əlaqələri zamanı, həm də vasitəçilərin iştirakı ilə həyata keçirilir.



KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI

Fəaliyyətin davamiyyətinə görə kommersiya əlaqələri: uzunmüddətli və qısamüddətli əlaqələrə bölünür.

Kommersiya əlaqələrinin uzunmüddətli xarakteri, onların sabitliyi istehsalat birliklərinin, müəssisələrinin və firmalarının iqtisadiyyatında mühüm rol oynayır. Uzunmüddətli əlaqələr malgöndərənlərə və istehlakçıllara bir-birlərini daha yaxşı öyrənməyə, məhsulun istehsalı, göndərilməsi və istehlakı müddətlərini əlaqələndirməyə, onların miqdarını və çeşidini dəqiq razılaşdırmağa imkan verir.

Uzunmüddətli kommersiya əlaqələrinin yaradılmasının əsas şərti kimi məhsulun istehsalının və istehlakmm sabitliyi çıxış edir.

Həm birbaşa, həm də kommersiya firmalarının vasitəçiliyi ilə həyata keçirilən işgüzar əlaqələr, uzunmüddətli və qısamüddətli xarakter daşıyır.

Təcrübə göstərir ki, uzunmüddətli əlaqələrə onlan aid etmək olar ki, bu əlaqələr, bir qayda olaraq, iki ildən çox müddət və yaxud bu dövrün çərçivəsindən kənara çıxan dövr üçün yaradılıb heç bir dəyişiklik edilmədən fəaliyyət göstərir. Qarşılıqlı bazar əlaqələri şəraitində birilədək müddətə yaradılan və il daxilində rüblər və yaxud yarımilliklər üzrə dəyişdirilən əlaqələri - qısamüddətli əlaqələr hesab etmək lazımdır.

Kommersiya əlaqələrinin nəzərdən keçirilən müxtəlif növləri və onlar arasındakı qarşılıqlı əlaqələr ümumi formada şəkil 2.2-də göstərildiyi kimidir.



Kommersiya əlaqələrinin, onların forma və növlərindən asılı olmayaraq, fərqləndirici cəhətləri ondan ibarətdir ki, bazar iqtisadiyyatı şəraitində bu cür əlaqələr kommersiya əsasında və burada iştirak edən tərəflərin qarşılıqlı fayda əldə etməsi prinsipi əsasında formalaşır.

  1. Kommersiya əlaqələri onların iştirakçıları tərəfindən iqtisadi cəhətdən hərtərəfli əsaslandırılmalı və əvvəllər mövcud olan avtoritar təsərrüfatçılıq şəraitində olduğu kimi, yuxarıdan qoyulan planlar əsasında malgöndərənlərin və istehlakçıların bir-birlərinə təhkim olunması prinsipinə əsaslanmamalıdır.

  2. Əlaqələr, iqtisadi maraqlardan asılı olaraq, bazar dövriyyəsinin təsərrüfat və kommersiya halqaları tərəfindən yaradılmalı və həyata keçirilməlidir.

  3. Dövlət bu əlaqələrdə iştirakçi kimi ancaq o zaman iştirak edə bilər ki, bu əlaqələr dövlət sifarişinin yerinə yetirilməsi, sifarişçi kimi dövlətin çıxış elədiyi məqsədli kompleks planların həlli, dövlət qalıqlarının və ehtiyatlarının yaradılması, digər ümumdövlət ehtiyaclarının təmin olunması ilə bağlı olan məsələlərin həyata keçirilməsi və s. ilə bağlıdır.

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI


  1. Eyni zamanda, dövlətin bazar dövriyyəsinin bütün iştirakçılarının fəaliyyətini nizamlama və nəzarət sahəsində rolu artırılmalı, etibarlı iqtisadi və hüquqi müdafiə sistemi yaradılmalıdır.

  2. Vasitəçi kommersiya əlaqələrinin formalaşmasında vasitəçi-ticarət halqasına xüsusi yer ayrılır ki, bu halqa əmtəə, maliyyə və sərmayə (investisiya) siyasətinin vacib hissələrindən biridir.

  3. Kommersiya əlaqələrinin bütün sistemində bank sistemi fəal rol oynamalıdır ki, bu da hesablaşma, ödəniş, valyuta-maliyyə mexanizminin həyata keçirilməsi və təkmilləşdirilməsi yolu ilə reallaşdırılır.

  4. Kommersiya əlaqələrinin birbaşa iştirakçısı kimi sığorta sistemi iştirak etməlidir ki, bu da kommersiya fəaliyyətinin həyata keçirilməsində yüksək risklərin olması labüdlüyü və bunların etibarlı qaydada sığortalanması zəruriyyəti ilə bağlıdır.

  5. Kommersiya əlaqələrinin effektiv fəaliyyət göstərməsi, onların etibarlı qaydada nəqliyyat, informasiya və ekspedisiya təminatından, həmçinin bazar infrastrukturunun digər halqalarından çox asılıdır.

Beləliklə, kommersiya əlaqələri sisteminin əsas mahiyyəti - bu əlaqələrdə iştirak edən bazar dövriyyəsinin bütün subyektlərinin mütləq olaraq qarşılıqlı fayda əldəetmə prinsipidir. Birbaşa iştirakçılardan kommersiya fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən başqa heç bir kəs, bu əlaqələri yarada və özü üçün xeyir qazanma məqsədilə onlara təsir edə bilməz.

Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin