Dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin


KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI



Yüklə 2,87 Mb.
səhifə20/25
tarix14.12.2019
ölçüsü2,87 Mb.
#29917
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25
Y-K

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI


  • Əməliyyat kontragentləri ilə damşıqlarm aparılması hazırlığın mühüm mərhələsidir. Danışıq tərəflərinin qarşılıqlı razılaşması, bir qayda olaraq, sazişin müvafiq müqavilə və ya kontraktla rəsmiləşdirilməsi ilə yekunlaşır. Ancaq tez-tez müqavilənin son variantını dərhal bağlamaq məqsədəuyğun olmur, ola bilsin ki, əvvəlcə tərəflərin niyyətləri haqqında heç bir tərəfin üzərinə öhdəlik qoymayan, lakin hüquqi tərəflərin bir-birilə əməkdaşlıq etmək istəyindən xəbər verən protokol tərtib etmək daha doğru olsun. Tərəflərin niyyətləri haqqındakı bu protokol əsasında sazişin ayrı-ayrı detalları dəqiqləşdirilir və yekun müqavilə rəsmiləşdirilir.

  • Biznes-əməliyyatın praktiki olaraq həyata keçirilməsi zəruri resurs və dövriyyə vəsaitlərinin əldə edilməsi üzrə nəzərdə tutulmuş planın yerinə yetirilməsi ilə başlanır. Resursların bir hissəsi kənardan cəlb olunur, digər hissəsi isə sərəncamda olan şəxsi nağd vəsait hesabına ödənilir. Resursların, xüsusilə pul vəsaitlərinin tamamlanması zəruriliyi, adətən bütün biznes-əməliyyat ərzində ortaya çıxır.

  • Məhsulun əldə edilməsi və onun reallaşdırılması biznes-əməliyyatın son mərhələsidir. Yüklərin sahibkara çatdırılması, onların saxlanılması, satışa hazırlanması və satışın servis şərtlərinin yaradılması çox mühüm işlərdir.

  • Əməliyyatın keçirilməsinin son mərhələsi məhsulun reallaşdırılmasıdır. Bank, təkcə onun keçirilməsi üzrə məcmu xərcləri ödəməməli, həm də nəzərdə tutulmuş mənfəəti əldə etməyi təmin etməlidir. Bu mərhələ bazarda satıcıdan asılı olmayan, istənilən mümkün dəyişikliklərin, fövqəladə halların ortaya çıxması və onların qarşısının alınması ilə əlaqədardır. Bütün əldə edilmiş əmtəələrin hamısı satılmışdırsa və ya xidmətlər kompleksi tamamilə yerinə yetirilmişdirsə, biznes-əməhyyat sona çatdırılmış hesab olunur. Biznes-əməhyyatm yekun mərhələsində əsas iş məcmu məsrəfləri ödəmək və planlaşdırılmış mənfəəti əldə etməkdən ibarətdir.

Vasitəçi əmtəəni istehsalçıdan, bir qayda olaraq, demək olar ki, həmişə bazar qiymətindən daha aşağı olan sənayenin topdan qiyməti ilə tədarük edir. Məsələn, vasitəçi malgöndərəndən 40 doll. qiymətində sökülmüş şəkildə 500 ədəd ərzaq konteyneri tədarük etmiş və onları pərakəndə mağaza vasitəsilə artıq dəstləşdirilmiş (yığıhmş) şəkildə və parlaq alüminium örtüklə bir ədədini 80 doll.-dan reallaşdırmışdır. Həyata keçirilmiş biznes-əməliyyat nəticəsində vasitəçinin qazancı 40 000 doll. təşkil etmişdir. Keçirilmiş əməliyyatdan əldə olunan xalis gəhri müəyyən etmək üçün bu əldə edilmiş qazancdan onun şəxsi əməyinin və icraçılarının muzdlu əməyinin ödənilməsi üzrə məsrəfləri, konteynlərin nəql edilməsi, yüklənməsi, boşaldılması və saxla

nılması, habelə avadanlıqlann, ofisin və anbarın saxlanılması (icarəsi) ilə bağlı tədavül xərclərini çıxmaq lazımdır. Ən böyük xərclər konteynerlərin quraşdırılması (yığılması) və onlann qalvanik yolla alüminiumla örtülməsi, həmçinin dövlət büdcəsinə vergilər, gömrük rüsumları və s. şəklində məcburi ödənişlər zamanı sərf olunmuşdur. Bütün məcmu xərcləri çıxdıqdan sonra vasitəçi təxminən 8 000 doll. gəlir əldə etmişdir. Bu zaman nəzərdən keçirilən biznes-əməhyyatda o, satış bazarının marketinq tədqiqinə təxminən 1000 doll. pul sərf etməli olmuşdur.

Hər bir ticarət-vasitəçi təşkilat biznesə başlayarkən özündə daxili resurslar, habelə gəhrlər və dayamqh passivlər hesabına şəxsi dövriyyə vəsaitlərini toplayıb yığır. Lakin bazar mexanizmi şəraitində bank kreditləri və faizlə əldə edilən digər borc dövriyyə vəsaitlərinin formalaşdınhnasmm mühüm mənbəyi kimi çıxış edir. Sözsüz ki, dövriyyə vəsaitlərinin müəyyən payı kreditor borcundan, digər passivlərdən, habelə sosial fondlann vəsaitlərindən ibarətdir. Belə dövriyyə vəsaitləri cəlb edilmiş vəsaitlər adlandırır.

Beləliklə, dövriyyə vəsaitlərinin formalaşması mənbəyinə, əmtəə ehtiyatlarının formalaşdırılması və maliyyə-kommersiya əməliyyatlarının və hesabatların həyata keçirilməsi məqsədilə vasitəçi təşkilatın dövriyyəsini təmin edən vəsaitləri aid etmək lazımdır.

Dövriyyə vəsaitləri maddi (əşyavi) tərkibinə görə maddi - əmtəələr və əmtəə-material qiymətlilərinin başqa növləri və qeyri-maddi - pul vəsaitləri, yüklənmiş əmtəələrdəki vəsaitlər və debitor borcları - kimi iki yerə ayrılır.

Aktivlərdəki dövriyyə vəsaitləri aşağıdakılara bölünür:



  • normalaşdırılmış - əmtəə və başqa maddi qiymətlilərin ehtiyatı, təsərrüfat ehtiyacları üçün materiallar, azqiymətli və tez aşınan əşyalar, gələcək hesabat dövrlərinin xərcləri, hesablaşmalardakı vəsaitlər və s.;

  • normalaşdırılmayan - pul vəsaitləri, yüklənmiş əmtəələr, debitor borcları.

Vasitəçilik fəaliyyətinin planlaşdırılması zamanı istənilən biznes-əməliyyatın yerinə yetirilməsi üçün dövriyyə vəsaitlərinə qarşı planlı tələbatı xarakterizə edən şəxsi dövriyyə vəsaitləri norması kimi nisbi göstəricidən istifadə olunur. Bu kəmiyyət günlər, faizlərlə ifadə olunur və dövriyyə vəsaitlərinin hər bir elementi üzrə müəyyənləşir. Şəxsi dövriyyə vəsaitləri normasının dəyər ifadəsi özündə şəxsi dövriyyə vəsaitləri normativini əks etdirir. Bu göstərici ümumi, yəni dövriyyə vəsaitlərinin bütün plan qiymətini əks etdirə və ayrı-ayrılıqda hər bir planlaşdırılan dövriyyə vəsaiti üçün fərdi ola bilər.

Dövriyyə vəsaitləri normativinin optimal səviyyəsinin müəyyən olunması topdan-vasitəçi firmanın mühüm iqtisadi vəzifəsidir, çünki onun artması əmtəə artıqlığına və əmtəə-material qiyməthlərinin artıq ehtiyatlanmn yaranmasına, qıt mövqelərin meydana çıxmasına səbəb olur ki, bu da labüd olaraq müştərilərə xidmət göstərilməsi keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.

Dövriyyə vəsaitlərindən istifadənin effekthyinin qiymətləndirilməsi üçün bir dövrün uzunluq göstəricisindən (B) və dövriyyə vəsaitlərinin dövretmə əmsalından istifadə olunur:

B = qal T,al -360 =

T1360 T qal

burada, T topdan reallaşdırma həcmi, man; Tqat - orta illik əmtəə qahqları, man.

Bir dövrün uzunluğu günlə ölçülür, dövretmə sürətini ifadə edir və vasitəçilik fəahyyətin effektivhyinə birbaşa təsir göstərir. Dövretmə əmsalı isə dövriyyə vəsaitlərinin vaxt vahidi (il, rüb, ay) ərzində neçə dəfə dövr etdiyini göstərir. Bir dövrün uzunluğu nə qədər kiçik- dirsə, dövretmə əmsah bir o qədər böyük, ticarət-vasitəçi təşkilatın maliyyə-təsərrüfat fəaliyyəti isə bir o qədər effektivdir.

Şəxsi dövriyyə vəsaitlərinin sərf olunmasının hesablanması və bu sərfiyyat üzərində nəzarət yalnız biznes-əməliyyatın reallaşdırılma prosesində canlı və maddiləşmiş əmək üzrə məcmu məsrəflərin, daha doğrusu, əmtəələrin nəqletmə, yükləmə və boşaltma, saxlama, reallaşdırılma və s. proseslərində dövretməsi ilə bağlı məcmu məsrəflərindən ibarət olan tədavül xərclərinin yaxşı təşkil olunmuş şəkildə uçotu şərtilə mümkündür.

Vasitəçilərin bazar dəyişikliklərini nəzərə almaq, məcmu tədavül xərclərinin düzgün və müəyyən olunmuş normativlərə uyğun şəkildə uçotunu aparmaq bacarığı onlara nəinki sağ qalmağa, həm də əmtəə və xidmətlər üzrə konyunkturun sürətlə dəyişdiyi şəraitdə rəqabət qabiliyyətliliyinin dayanıqlığını dəstəkləməyə imkan verir.

Tədavül xərclərinin planlaşdırılması, uçotu və hesabatı məqsədilə topdan-vasitəçi təşkilatlara tədavül xərcləri maddələrinin aşağıdakı nomenklaturlarmı tətbiq etmək tövsiyə olunur:



  1. Nəqliyyat xərcləri.

  2. Əməyin ödənilməsi üzrə xərclər.

  3. Sosial ehtiyaclar üzrə ayırmalar.

  4. Binaların, avadanlıqların və inventarların icarəsi və saxlanılması üzrə xərclər.

  5. Əsas vəsaitlərin amortizasiyası.

  6. Əsas vəsaitlərin təmiri üzrə xərclər.

  7. Sanitar və xüsusi geyimin, mətbəx camaşırlarmm, qab- qacağm, alətlərin və digər azqiymətli və tezaşman əşyaların aşınması.

  8. Yanacaq, qaz və elektrik enerjisi üzrə xərclər.

  9. Saxlama, işlənmə, sortlaşdırma və qablaşdırma üzrə xərclər.

  10. Reklam xərcləri.

  11. Borclardan istifadə olunması üzrə faizlərin ödənilməsi üzrə xərclər.

  12. Əmtəələr üzrə itkilər və texnoloji tullantılar.

  13. Tara üzrə xərclər.

  14. Başqa xərclər.

Tədavül xərclərinin strukturu özünə aşağıdakıları daxil edir:

  • nəqliyyat xərcləri (əmtəələrin daşınması və göndərilməsi üzrə xərclər);

  • binaların, qurğuların saxlamiması, qaldırıcı-nəqliyyat avadanlıqlarının, anbar və kontor avadanlıqlarının istismarı ilə əlaqədar xərclər;

  • idarəetmə və anbar heyətinin əməyinin ödənilməsi üzrə xərclər;

  • digər xərclər;

  • qısamüddətli kreditlər üzrə faizlər.

Topdansatış, komisyon və başqa kommersiya təşkilatların vasitəçilik fəaliyyəti təcrübəsində əlavə və xalis tədavül xərcləri fərqləndirilir.

Əlavə tədavül xərcləri özündə istehsal prosesinin tədavül sferasında davamı ilə əlaqədar xərcləri əks etdirir və təbii ki, əmtəənin yekun dəyəri və onun satış qiymətini artırır. Bu, hər şeydən əvvəl, tələb olunan müddətlərdə, razılaşdınhmş çeşidlərdə və müəyyən yerdə ah- cıların tələblərinin təmin edilməsinə istiqamətlənmiş yüklərin nəql edilməsi, saxlanması, yüklənməsi, boşaldılması və s. üzrə xərclərdir. Xərclərin bu qismi, bir qayda olaraq, ümumi tədavül xərclərinin həcmində ən böyük xüsusi çəkiyə malikdir.

Digər, kiçik hissəni xalis tədavül xərcləri tutur. O, qeyri-istehsal xarakter daşıyır, alqı-satqı prosesində əmtəə üzrə yeni dəyər yaratrmr və onun dəyərinin formasının dəyişməsi ilə əlaqədardır. Bu qisim xərclər vasitəçi firma aparatının saxlanmasına, satış sənədlərinin əldə edilməsi və rəsmiləşdirihnəsinə, alınan bank kreditləri üzrə faizlərin ödənilməsinə, maliyyə planlaşdırmasmm və uçotun aparılmasına və s. istiqamətlənir. Xahs xərclər əmtəənin dəyərini artırmasalar da onun satış qiymətinin yüksəlməsinə təsir göstərir.

Firma biznes-əməliyyatları həyata keçirərkən sərəncamında, hər şeydən əvvəl, aşağıdakı resurslara malik olmalıdır:


  • işçilərin əməyinin ödənilməsi və maddi məsrəflər üzrə xərclər;

  • kənar təşkilatların əməyinin ödənilməsi və hər şeydən əvvəl, vergi və yığımlar üzrə ayırmalar, bank faizləri, malgöndərənlərin qiymət əlavələri və s. ilə bağlı başqa xərclər.

Çoxsaylı ilkin danışıqların aparılması, qonaqların qarşılanması, müştərək fəaliyyət haqqında əvvəlcədən protokolların tərtib edilməsi və sərfəli müqavilənin bağlanılması üçün bir çox başqa təşkilati tədbirlər üzrə xərclər əhəmiyyətli paya malikdir. Biznes-əməliyyatın yerinə yetirilməsi öncəsi hazırlıq işlərinə istiqamətlənmiş bu bazar xərcləri transaksiya xərcləri adını almışdır. İngilis iqtisadçısı R. Krouz transaksiya xərclərinin iqtisadi tərkibi və mahiyyətini belə müəyyən edir: «Bazar transaksiyalarmm həyata keçirilməsi üçün aşağıdakılar vacibdir: kiminlə saziş bağlamağın daha arzuedilən olduğunu aydınlaşdırmaq; kimin sazişə girmək istədiyi və bu sazişin şərtləri haqqında informasiya yaymaq; sazişin bağlanılmasına gətirib çıxaran damşıq- larm aparılması; müqavilənin şərtlərinə riayət olunduğuna əmin olmaq üçün tədqiqat aparılması və s. Bu əməliyyatlar bəzən həddən artıq böyük xərclər tələb edir və istənilən halda onlar o qədər bahah olurlar ki, bir çox transaksiyalarm həyata keçirilməsinə yol vermirlər, halbuki bu transaksiyalar qiymət sisteminin xərclər ohnadan işlədiyi dünyada reaUaşdırıhmş olardı. Partnyorların seçilməsi, kontraktın tipi, təkliflərin, məhsul və xidmətlərin seçilməsi hər şey bu zaman dəyişə bilər»®. İngilis aliminin həqiqətə uyğun sözləri, «istənilən biznes-əməliyyatın, hər şeydən əvvəl, bazar transaksiyaları üzrə xərclərin uçotu ilə reallaşdırma üzrə məcmu xərclərin qiymətləndirilməsinə ehtiyac duyur» kimi fikri şübhəsiz təsdiqləyir.

Planlaşdırılan biznes-əməhyyatm resurs təmintanm kifayətliliyi və etibarlılığına əmin olmaq üçün vasitəçi tələb olunan resursların növü və həcmlərini, habelə onların əldə edilməsi və ödənilməsi mənbələrini dəqiq müəyyənləşdirməhdir. Pul vəsaitlərinin əldə edilməsi kanalları da mütləq yoxlanıhnahdır. Ticarət vasitəçisi, bir tərəfdən resursları hansı həcmdə, nə vaxt, kimdən, haradan və hansı yolla əldə edəcəyini aydınlaşdırmalı, digər tərəfdən isə sifarişlər portfelini formalaşdırmalı, yəni öz əmtəə və xidmətlərini kimə, hansı həcmdə, hansı çeşiddə, hansı qiymətdə və hansı müddətlərdə reallaşdırmalı olduğunu müəyyən etməlidir.

Кроуз P. Фирма, рьшок и право: Пер. с англ. - М.: Дело, 1993. - С.9.

Biznes-əməliyyatın həyata keçirilməsi üçün zəruri resurslar haqqında ümumi təsəvvür şəkil 14.9-da yaradılmışdır.




Şəkil 14.9. Biznes-əməliyyatların resurs təminatı


Təqdim edilmiş sxemdə biznes-əməliyyatın iki baş iştirakçısı fərqləndirilmişdir: satıcı, ticarət vasitəçisi və satıcının öz T məhsullarını Dj pulu müqabilində satdığı alıcılar. Bu iş uğurlu təşkil olunduqda, alıcılardan əldə edilmiş pullar vasitəçiyə əməliyyatın maya dəyərini ödəməyə və nəzərdə tutulmuş mənfəəti əldə etməyə kifayət edəcəkdir. Bu pullar vasitəçiyə əməliyyatın yekun mərhələsində çatır, əmtəə və resursları isə, onları yenidən satmaq üçün ilkin mərhələlərdə əldə etmək lazımdır.

Vasitəçilik fəaliyyəti təcrübəsi göstərir ki, sahibkarlar çox vaxt kontraktın bağlanması zamanı əmtəələrin göndərilməsi üzrə alıcılardan pulları əvvəlcədən ödəniş (avans) qaydasında əldə etməyə çalışırlar. Bununla belə, resursların qazancın daxil olmasına qədər əldə edilməsi üçün vasitəçi ilkin pul kapitalını tapmalı olur. Dövriyyədə çatışmayan pul vəsaitlərinin əvəzini ödəmək üçün o, bir qayda olaraq, kreditə müraciət etməyə, yəni borc götürməyə məcbur olur. Müəyyən müddətdən sonra bu pulları, kreditin alınması üçün ödənilmiş faizlər qədər qaytarmaq lazım gəlir.



§ 14.5. Bazar təsərrüfatıran dövlət tənzimlənməsi sistemi Milli iqtisadiyyatın inkişaf etdirilməsinin bir sıra ən mühüm problemlərini yalnız tənzimlənmənin bazar və dövlət metodlarının optimal əlaqələndirilməsi və iqtisadiyyatın makro və mikr o səviyyələrində istehsal güclərinin idarə edilməsi səviyyəsinin artırılması şərtilə həll etmək mümkündür.

Dövlətdən başqa heç kimin öz üzərinə götürə bilmədiyi ilkin və əsas problem elmin və texnikanın strateji proqnozlaşdırılması, elmi- texniki tərəqqinin mümkün sosial-iqtisadi nəticələrinin ümummilli və uzunmüddətli planlaşdırma mövqeyindən qiymətləndirilməsi və xalq təsərrüfatının uzunmüddətli planlaşdırılmasıdır.



İkinci problem - bazarın istehsal və sosial infrastrukturunun yaradılmasıdır.

Üçüncü, az vaciblik kəsb etməyən problem - xüsusilə ictimai- faydalı fəaliyyətlə məşğul ola bilməyən əhali qrupu üçün müxtəlif sosial zəmanətlərin təmin edilməsidir.

Bazarın tarazlığının təmin edilməsi və maliyyə münasibətlərinin nizamlanması məqsədilə maliyyə-pul sisteminin normal nisbətdə saxlanmasından ibarət olan dördüncü problem də böyük əhəmiyyət kəsb edir.

Müxtəlif dövrlərdə dövlətin bazar münasibətlərinə müdaxiləsinə müxtəlif cür yanaşılmışdır. Elə dövrlər ohnuşdur ki, dövlət güclə sezilir və bazar təsərrüfatı «təmiz» rəqabət prinsipləri üzrə inkişaf edirdi. Amma XV-XX yüzilliklərin müxtəlif dövrlərində bir çox dünya ölkələrində dövlət az və ya çox dərəcədə əmtəə-pul münasibətlərinin inkişaf etdirilməsində əsas rol oynamışdır.

Bazar təsərrüfatının dövlət tənzimnməsi sistemi dövlət orqanları tərəfindən milli iqtisadiyyatın stabilləşdirilməsi və daima dəyişən bazar şəraitinə uyğunlaşdırılması məqsədilə həyata keçirilən qanunverici, icraedici və nəzarət xarakterli nümunəvi tədbirlər kompleksinin reallaşdırılması vasitəsilə təzahür edir.

Dövlətin əmtəə-pul münasibətlərinin inkişaf etdirilməsində iştirak dərəcəsi bazarın iki əsas modelinin formalaşdırılmasma şərait yaradır.


  1. Birinci model xalis bazar münasibətlərinə və xüsusi mülkiyyətin yalnız bir formasının qəbul olunmasına əsaslanır. Bu xalis rəqabət modeli dövlətin hər cür müdaxiləsini rədd edir. Bu klassik modelin banisi A.Smitdir. Klassik azad bazar modelinin tərəfdaşlarının müasirləri arasında amerikan iqtisadçısı, 1976-cı ildə Nobel mükafatı laureatı M.Fridmenin adını çəkmək olar.

  2. İkinci model mükəmməl olmayan bazar münasibətləri mexanizmindən istifadə olunmasını nəzərdə tutan qarışıq iqtisadiyyat tipini ifadə edir. Model qiymətqoyma, vergi sistemi və kredit dərəcələrinin iqtisadi rıçaqları hesabına tələb və təklif proseslərinin dövlət tənzimlənməsini nəzərdə tutur.

Məhz ikinci model dünya təsərrüfat sistemində geniş inkişaf tapmışdır, amma bu zaman dövlət hakimiyyəti orqanlarının bazar münasibətlərinə müdaxiləsinin müxtəlif dərəcələri müşahidə olunur. Dünyanın aparıcı ölkələrinin - AB iştirakçılarının təcrübəsi bazar iqtisadiyyatına maksimal və minimal qiymətlər, ixrac üzrə dotasiyaların həcmi və güzəştli kreditlər üzrə məhdudiyyət həddinin müəyyən olunması sahəsində təkcə dövlət yox, həm də dövlətlərarası koordi- nasiyaedici müdaxiləni də nəzərdə tutur.

Milli təsərrüfatın dövlət tənzimlənməsi həm mikro, həm də ümumən makr o səviyyədə həyata keçirilir.



BAZAR StSTEMtNtN

TƏŞKİL A Tl-TƏSƏRR ÜFA T MEXA NİZMİ

Tənzimləmə və İdarəetmənin Tənzimləmənin

stimullaşdırmanm dövlət və təsərrüfat qamın və hüquqi iqtisadi metodları strukturları normaları

İDARƏETMƏ VƏ TƏNZİMLƏMƏNİN OBYEKTLƏRİ



MAKROSƏVİYYƏ

İqtisadi artım Regionlararası və dövlətlərarası əlaqəbr

İnvestisiyalar

Elm və təhsilin inkişafı

Əhalinin sosial müdafiəsi

Xarici-iqtisadi əbqəbr

Müdafiə qabüiyyəthüyi və

təhlükəsizlik Pul tədavülü

Dövlətin gəhr və xərcləri

MİKROSƏVIYYƏ

Təsərrüfat sistemlərinin və təsərrüfatlararası əbqəbrin təşkih

Perspektiv və cari pbnbşdırma Artımın stimuUaşdırıhnası və istehsahn effektivhyinin yüksəldUməsi

Əməyin təşkih və onun ödənilməsi

Mahyyə fəahyyəti

Marketinq fəahyyəti və s.

Şəkil 14.10. Milli təsərrüfatın dövlət tənzimlənməsi sistemi


Bazar mexanizminin qurulmasında dövlətin iştirak etməsi problemi cəmiyyətin mərkəzi problemidir.

Dövlət müdaxiləsinin zəruriliyini əsaslandıran başlıca səbəblər kimi aşağıdakıları fərqləndirmək olar:



  • bazar mexanizminin bazarın özünəməxsus olan inhisara can- atma xüsusiyyətindən antiinhisar qanunvericiliyi üzrə kompleks tədbirlər hesabına müdafiə olunması;

  • hər şeydən əvvəl, ordunun saxlanılması, kommunal təsərrüfat, nizam-intizam, sanitar-epidemioloji nəzarət üzrə əmtəə və xidmətlərin istehsalının təmin edilməsi; dövlət bu zaman müstəqil təsərrüfat subyekti kimi istehsalçı rolunda çıxış edir;

  • uzunmüddətli özünüödəmə dövrü ilə əlaqədar aşkar risk payına malik olan dövlət dotasiyalarının ayrılması hesabına fundamental ETİ və TKİ-nin həyata keçirilməsi məqsədilə vahid elmi-texniki siyasətin həyata keçirilməsi;

  • kiçik və orta biznes sahibkarlarımn bazar mexanizmində iştirakının dəstəklənməsi, fermer təsərrüfatının, habelə tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin müəllif hüquqlarının müdafiəsi;

  • əhalinin həyat səviyyəsinin keyfiyyətinin artırılmasına istiqamətlənmiş federal sosial-iqtisadi proqramların reallaşdırılması zəruriliyi, cəmiyyətdə təhsil senzinin layiqli səviyyəsinin və mədəniyyətin dəstəklənməsi.

Dövlətin bazar təsərrüfatın tənzimlənməsində iştirakının əsas məqsədləri aşağıdakılardır:

  • sivilizasiyalı bazar fəaliyyətini reqlamentləşdirən, təmin edən və stimullaşdıran hüquqi-qanunvericilik məkanının, əmtəə və xidmətlərinin istehsalının və ətraf mühitin mühafizəsinin təhlükəsiz şəraitinin formalaşdırılması;

  • milli dövlət gəhrinin iqtisadiyyatın ən mühüm sektorlarının normal fəaliyyət şəraitinin dəstəklənməsi və təmin edilməsi hesabına yenidən bölüşdürülməsi;

  • dövlət kreditləşdirihnəsi prosesinin, mahyyə bazarımn fəaliyyət şərtlərinin optimaUaşdırılması və maksimal mümkün əlavə resursların əldə edilməsi məqsədilə dövlət iştirakçıhğı və maliyyə-kredit sisteminin fəaliyyəti üzərində nəzarət.

Bazar islahatlarının birinci mərhələsində dövlətin rolunun lazımınca qiymətləndirilməməsi iqtisadiyyat və sosial sferadakı mənfi tendensiyaların əsas səbəbi kimi çıxış etmişdir. Buraya, ilk növbədə, ÜDM-nin azalması, cəmiyyətin kəskin olaraq varlı və kasıb təbəqələrə bölünməsi, büdcə kəsirinin artması, xarici dövlət borcunun çoxalması, dövlət büdcəsi sektoru müəssisələrinin vəziyyətinin pisləş

məsi, onların maliyyə cəhətdən qeyri-stabiUiyi və əməkhaqqı üzrə irihəcmli borcları aiddir.

Bazar münasibətlərinin qurulmasının müasir mərhələsində dövlət aşağıdakı məsələləri həll etməlidir:


  • əmtəələrin ən mühüm növləri üzrə, daha doğrusu, əmtəə istehsalı həcmi ilə məhsul üzrə tələb arasındakı bazar proporsiyalarının müəyyən edilməsi və dəstəklənməsi;

  • bazar sferasımn inkişafında prioritetlərin fərqləndirilməsi və bank sisteminin, ticarətin, nəqliyyatın və kommunikasiya əlaqələrinin effektiv fəaliyyət formalarının yaradılması hesabına zəruri proporsi- yalarm dəstəklənməsi;

  • ixrac potensiahnın artırılması, kəsirli ticarət balansının minimumlaşdırılması və rusiyahların milli maraqlannm müdafiəsi məqsədilə dünya təsərrüfat mexanizminə fəal şəkildə daxilolma bazasında xarici-iqtisadi fəaliyyətin yeni modelinin formalaşdırılması.

İqtisadiyyatın ümumi böhramndan çıxış yalnız dövlət və xalq təsərrüfatının idarə ediməsinin əsas halqalarının sıx qarşıhqh fəaliyyəti şərtilə təmin oluna bilər. Bu məqsədlə dövlət iqtisadi və inzibati tədbirlər kompleksindən istifadə edir.

İqtisadi tədbirlər özünə maliyyə-kredit və büdcə siyasətinin tənzimlənməsi mexanizmini, o cümlədən aşağıdakıları daxil edir:



  • bank uçot dərəcələrinin səviyyəsi, pul-kredit münasibətlərinin, qiymətli kağızların və maliyyə bazarında investisiyaların vəziyyəti üzərində nəzarət;

  • maliyyə institutlarından məcburi ayırmalar şəklində mərkəzi bank sistemində akkumulyasiya olunan pul ehtiyatlarının optimal ölçülərinin yaradılması.

İnzibati tədbirlər qadağanedici və məcburedici mexanizmləri olan, ətraf mühitin, sosial ədalətin, etik normaların və biznes qaydalarının istənilən pozuntusu haqqında xəbərdarlıq edən və bunun qarşısını alan öz hakimiyyətindən istifadə olunmasını nəzərdə tutur.

Dövlət tənzimlənməsi sistemi özündə birbaşa və dolayı dövlət tənzimlənməsinin forma və metodlarının kompleks məcmusunu əks etdirir. Dövlət tənzimlənməsi metodları şəkil 14.11-də göstərilmişdir.

Bu sxem iqtisadiyyatın birbaşa dövlət tənzimlənməsinin başlıca istiqamətlərinin aşağıdakılardan ibarət olduğunu əyani olaraq təsvir edir:

1. Birbaşa büdcə maliyyələşməsi, özünə ölkə müəssisələri və əraziləri üzrə büdcə subvensiyalarınm, dotasiyalarının və subsidiyaların ayrılmasını əks etdirir.



Məlumdur ki, subvensiya anlayışı latınca «köməyə gəlmək» mənasını verən «subvenisa» sözündən götürülmüşdür. Subvensiya özündə dövlət tərəfindən ölkə müəssisələri və ərazilərinin sağlamlaşdı- rılması məqsədilə dövlət tərəfindən təqdim edilən məqsədli pul yardımı növünü əks etdirir.



Şəkil 14.11. Bazar iqtisadiyyatımn dövlət tənzimlənməsi metodları Dotasiya latın dilindən tərcümədə dotatio vergi, qurbanvermə mənasını daşıyır. Beləlilkə, dövlət tərəfindən federal və yerü büdcələrdən dotasiyaların ayrılması müəssisə və firmalara məhsulların istehsal və tədavül xərclərini ödəməyən qiymətlərlə reallaşdırılması za-

mam itkilərin ödənilməsini nəzərdə tutur. Bir qayda olaraq, əhali üçün böyük əhəmiyyətə malik əmtəələr dotasiyalaşdırıhr və buraya, hər şeydən əwəl, çörək, süd, ət, elektrik enerjisi, nəqliyyat, mərasim xidmətləri və başqaları aiddir.

Dövlət, fövqəladə hallar baş verdikdə və ya cəmiyyətdə sosial oriyentasiyanın dəstəklənməsinin zəruri olduğunu hesab etdiyi təqdirdə, ölkənin ayrı-ayrı sahələrinə və ərazilərinə tez-tez geri qaytarılmayan subsidiyalar (latınca subsidium - dəstək) formasında qarşılıqsız mahyyə yardımı göstərir. Bu dövlət maliyyələşdirməsinin əsas əhəmiyyəti ondan ibarətdir ki, dövlət bir qayda olaraq, vəsaitləri qarşılıq gözləmədən (təmmənnasız) ayırır.

Dövlətin əmtəə-pul münasibətlərinin tənzimlənməsi siyasətində əsas yeri dövlət sifarişi, kvotalaşdırma və hsenziyalaşdırma tutur.



  1. Dövlət sifarişi - müəssisə fəaliyyətinin mahyyələşdirihnəsinin özünəməxsus formasıdır və bu zaman dövlət bu və ya başqa mühüm məhsulun istehsalını sifariş edir və alıcı rolunda çıxış edir. Bir qayda olaraq, belə sifarişlər hərbi-sənaye kompleksi sahələrinə və ya istehlakçılara hələ ki, məlum olmayan, yeni əmtəələr istehsal edən və sosial əhəmiyyətli innovasiya texnologiyalanm işləyib hazırlayan müəssisələrə verilir.

Dövlət kvotalarının reallaşdırılması hesabına müəyyən zaman dövrü üçün ciddi nəzarət və kəmiyyət məhdudlaşdırılması hesabına daxili ticarət dövriyyəsinin sərfəli balansına nail olunması üçün idxal və ixrac əməliyyatlarının tənzimlənməsini həyata keçirir.

İdxal və ixracın lisenziyalaşdırılması - müəyyən əmtəə axınlarının ciddi uçotunun və lazım gəldikdə, onlar üzrə məhdudiyyətlərin müəyyən olunması vasitəsilə idxal və ixrac sazişlərinin həyata keçirilməsi üzərində dövlət nəzarəti sistemidir.

  1. Birbaşa tənzimlənmənin proqram-məqsədli metodları özündə federal və regional səviyyələrdə qəbul olunan kompleks məqsədli proqramların reallaşdırılmasma istiqamətlənmiş tədbirlər və mexa- nizmlər məcmusunu əks etdirir. Bu proqramların məqsədi bazar mexanizmini inkişaf etdirməkdən, təbii nemətlərdən rasional istifadə etmək və onları saxlamaqdan, istehsalı sərfəli olmayan, lakin cəmiyyət üçün zəruri olan əmtəə və xidmətlərin istehsalını stimullaşdırmaqdan və iqtisadiyyatı stabilləşdirməkdən ibarətdir.

  2. Dövlət sahibkarlığı dövlətin tələbatlarını təmin edən bazar subyektlərinin ritmik və keyfiyyətli işinin təmin edilməsi üçün kommersiya fəaliyyətinin təşkil olunması vasitəsilə təzahür edir. Dövlət energetika və nəqliyyatın bir sıra aparıcı sahələrində səhm nəzarət paketinə sahib olduğu üçün ən iri bazar iştirakçısı kimi çıxış edir.

Dolayı dövlət tənzimlənməsi metodlarının məqsədi bazar mexanizminin bütün iştirakçılarına münasibətdə məcmu tədbirlərin işlənib hazırlanması və reallaşdırılmasmdan ibarətdir. Onlardan ən başlıca- ları aşağıdakılardır:

  1. Pul-kredit siyasəti dövlətin əmtəə-pul münasibətlərinin və ümumilikdə cəmiyyətin yüksələn inkişafındakı bütün mümkün qırılmalara incə təsir alətidir. Bu siyasət özündə, pul kütləsinin, qızıl ehtiyatının, valyuta ehtiyatımn tənzimlənməsi, kredit razılaşmalarımn yenidən bölüşdürülməsi və faiz dərəcələrinin çevik variasiya etdirilməsi hesabına ölkədə dayanıqlı pul balansının dəstəklənməsinə, habelə dayamqh investisiya portfelinin yaradılmasına istiqamətlənmiş dövlət rıçaqları və mexanizmləri sistemini əks etdirir. Dövlətin pul- kredit siyasəti sosial oriyentasiyamn, yeni texnologiyaların və elmtu- tumlu məhsulların istehsahm nəzərə almaqla milli təsərrüfatın yenidən qurulması məsələlərinin həllinə yol açır.

  2. Gömrük siyasəti ölkənin xarici-iqtisadi fəaliyyətinin əmtəələrin, şəxsi baqajın, müxtəlif yüklərin və material-əmtəə qiymətlilərinin idxah və ixracı üzrə kompleks tədbirlər vasitəsilə tənzimlənməsinin əsas rıçaqlarmdan biridir. Gömrük xidmətləri ölkənin maraqlarım inzibati qayda və hsenziyalar, gömrük rüsumlarının götürülməsi, sanitar normaları və karantin qaydalarına riayət edilməsi, habelə əşyaların ölkə ərazisinin sərhədlərindən kənara daşınması və oradan ölkəyə gətirilməsi üzrə təyin olunmuş standartlara, keyfiyyət sertifikatlarına və başqa tələblərə uyğunluq üzərində dəqiq və ciddi şəkildə nəzarət vasitəsilə müdafiə edirlər.

  3. Vergi siyasəti özündə dövlətin qanunvericiliklə təsdiq olunan vergilər sistemi əsasında büdcənin gəlir hissəsinin tamamlanması məqsədilə pul yığımlarının həyata keçirilməsi hesabına müəssisələr və vətəndaşlarla qarşılıqlı münasibətləri tənzimləyən iqtisadi rıçaqlar kompleksini əks etdirir. Keçid dövrünün vergi siyasətinin spesifikliyi xüsusi vacib və zəruri sosial-oriyentasiyah məhsullar və hərbi-sənaye kompleksi məhsulları istehsal edən kommersiya və sənaye strukturlarının fəaliyyətini stimullaşdıran çevik vergi güzəştləri sisteminin müəyyən olunmasından ibarətdir.

Qiymətlərin vergilər vasitəsilə tənzimlənməsi də bazar mexanizminin inkişafına təsir göstərir. Vergilər - bilavasitə pul gəlirlərindən ödənilən vergilərə daxil olan pul yığımı sistemidir. Verigilər birbaşa və bilavasitə reallaşdırılan əmtəələrin qiymətinə daxil edilən və əmtəələrin alışı zamanı ödənilən dolayı vergilərə bölünür. Dolayı vergilərin yükü istehsalçı və istehlakçılar arasında bölüşdürülür. Buna görə də pul gəlirləri ilə müəssisə, təşkilat və əhali tərəfindən sənaye

Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin