Dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin


KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI



Yüklə 2,87 Mb.
səhifə21/25
tarix14.12.2019
ölçüsü2,87 Mb.
#29917
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25
Y-K

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI


təyinatlı əmtəə və vasitələrə irəli sürülən məcmu tələb arasında optimal nisbətin yaradılmasına istiqamətlənməli olan fıskal siyasəti incə şəkildə və iqtisadiyyatın vəziyyətini nəzərə alaraq tənzimləmək lazım - dır. Vergilərin formalaşdırılması, iqtisadiyyatın sosial, sənaye, müdafiə və başqa sektorları üzrə məqsədli dotasiyaların ayrılması, milli in- vestisiyalann yerləşdirilməsinin ardıcıl əsaslandırılması iqtisadiyyatın inkişafına yol açır.

Dövlətin tənzimlənməsi metodları ölkənin investisiyaların yenidən bölüşdürülməsi, sərfəli kreditlərin əldə edilməsi, cəlbedici ixrac balansına nail olunması və ümumiyyətlə, pul kapitalları, investisiya və borcların axıb gəlməsi və getməsi üzrə xarici-iqtisadi fəaliyyətin başlıca məsələlərinin həllinə də istiqamətlənmişdir. Məlumdur ki, balans, yəni gəlir və xərclərin arzu edilən nisbəti ölkənin pül balansının gəlir və xərc hissəsi vasitəsilə izlənir.

Ödəniş balansmm gəlir hissəsi ixracdan, sərfəli kreditlərdən əsas daxilolmalardan, xaricdə investisiyaların yerləşdirilməsindən əldə edilən mənfəətdən və bir çox başqa istiqamətlərdən formalaşır.

Xərc hissəsi ehtiyaclar üzrə əməkhaqqım, idxalın təşkilini, kreditlərin geri qaytaniması və xarici-iqtisadi fəahyyətin bir çox başqa istiqamətlərini fıksə edir.


§ 14.6. Kommersiya fəaliyyətinin maliyyələşdirilməsi


Maliyyə müəssisəsinin istehsal və sosial inkişafının təmin edilməsi üçün yuxarıda göstərilən zəruridir. Pul vəsaitləri daha çox pulun qazanılması üçün müəssisəyə imkanlar yaradır, yəni mənfəəti (gəliri) təmin edir. Məhz mənfəətin əldə olunması müəyyən edir ki, bu və ya digər təşkilat, müəssisə, zavod, fabrik cəmiyyət üçün nə dərəcədə faydalı iş görür və ya istehsahn, ticarətin effektiv və qənaəth olmasını təmin edir.

Əgər müəssisə tərəfindən buraxılan məhsul lazımlı və gə- rəklidirsə mənfəət olacaqdır, gərəksizdirsə mənfəət əldə olunmaya bilər. Mənfəəti təmin etmək məqsədilə kommersiya müəssisə, təşkilat yuxarıdan göstəriş gözləmədən özü əmtəə və xidmətlərin keyfiyyətini yüksəltməyə, onların maya dəyərinin aşağı sahnmasma, əmək məhsuldarlığının artırılmasına, texnologiyanın və iş üslubunun təkmilləş- dirihnəsinə çalışacaqdır.

Müəssisənin müasir dövrdə özünümaliyyələşdirmə adlandır- dığmuz maliyyə müstəqilliyi həm rəhbərin yeni hüquqlanm, həmçinin də mülkiyyətçilər və əmək kollektivi qarşısında onun yüksək mahyyə məsuliyyətini nəzərdə tutur. Bununla birlikdə malgöndərən, podratçı

VƏ digər təşkilatlarla pul hesablaşmaları vaxtlı-vaxtında aparılmalıdır. Dövlətlə pul hesablaşmalarına gəldikdə isə, onlar dövlət büdcəsinə, yuxarı təşkilatlara və banklara edilən ödənişləri əhatə edir. Bu pul vəsaitləri irihəcmli iqtisadi və sosial dövlət tədbirlərinin həyata keçirilməsinə, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ekoloji problemlərin həll edilməsinə və ölkənin digər mühüm ehtiyaclarının ödənilməsinə xərclənir.

Həmçinin maliyyə müstəqilliyi müəssisə tərəfindən dövlətə və digər təşkilatlara dəyən zərərin ödənilməsinin müəssisənin öz şəxsi hesabına aparılması deməkdir.

Maliyyə, pul münasibətlərini qurmaq üçün müəssisə ilk növbədə pul vəsaitlərinə malik olmalıdır. Pul vəsaitlərinin mənbəyi kimi mal və xidmətlərin satışından əldə olunan müəssisənin gəhri çıxış edir. Lakin müəssisənin fəaliyyətinin ilk dövrlərində bu gəlir hesabına istehsalı inkişaf etdirmək, elmi-texniki tərəqqini sürətləndirmək, işçilər üçün yaşayış yeri tikmək ola bilsin mümkün olmaya bilər. Bu halda borc götürmək - kredit almaq qaçılmazdır.

Müəssisədə maliyyənin idarə olunması dedikdə pul vəsaitlərinin manipulyasiya edilməsi üzrə menecerin hərəkəti başa düşülür. Bunun əsas məqsədi son nəticədə maksimal yüksək gəlirin əldə olunmasına gətirib çıxarır.

Maliyyənin idarə olunması aşağıdakıları nəzərdə tutur:



  • maliyyə fəaliyyətinin təşkili və koordinasiyası;

  • maliyyə mənbələrinin seçilməsi və istifadə olunması;

  • əsaslı qoyuluşlara gözlənilən mənfəətin müə}^ən edilməsi və onun əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin tənzimlənməsi;

  • mənfəətin əldə olunması ilə əlaqədar olan mahyyə riskinin qiymətləndirilməsi;

  • təsərrüfat-mahyyə fəaliyyətinin proqnozlaşdırılması və

planlaşdırılması;

  • təsərrüfat-mahyyə fəahyyətinin nəticələrinin təhlili.

Maliyyələşdirmənin bir çox məsələləri bu kitaba daxil olunmayıb. Burada yalnız menecerə məxsus olan maliyyənin idarə olunmasının bəzi məsələlərinə baxıhmşdır.

Maliyyələşdirmənin mürəkkəbhyi əsas etibarilə kreditorun öz üzərinə götürdüyü riskdən və borc öhdəliyinin müddətindən asıhdır.

Müəssisənin üzərinə götürdüyü borc öhdəhyinin müddətinin başlanmasından asılı olaraq, maliyyələşdirmə mənbələrinin 3 əsas növü fərqləndirilir:


  • qısamüddəth 1 ilə qədər müddətə;



  • ortamüddətli 1 ildən 10 ilə qədər müddətə; - uzunmüddətü 10 ildən artıq müddətə.

Maliyyələşdirmə mənbələrinin hər bir qrupunu qısaca araşdıraq.

1. Qısamüddətli maliyyələşdirmə. Maliyyələşdirmənin bu növü adətən tezsatılan malların (məsələn, mövsümi) alışı üçün, həmçinin kreditin 1 ilə qədər müddətə qaytarhması zamanı istifadə olunur.

Maliyyələşdirmənin bu növünün mənbələri kimi:


  • ticarət krediti;

  • dövlət və kommersiya banklan; - trast şirkətlər çıxış edir.

Ticarət krediti satıcı-firma tərəfindən alıcı-firmaya axırıncının nağd pula hesablaşmadığı hallarda təqdim olunur. Kreditin bu növü üzrə müddət adətən 30 gündən 60 günə qədər müəyyən edihr. Bir qayda olaraq, pullar 10 gün müddətində qaytarılarsa, kreditə endirim edilmiş olar. Alıcı krediti müəyyən edihniş vaxtda qaytara bilmədikdə, kredit müqaviləsində nəzərdə tutulan cərimə ödənilməlidir.

Dövlət və kommersiya bankları adətən krediti o zaman həyata keçirirlər ki, ahcı- müəssisə nağd pula əlaqəli müvəqqəti çətinliklərlə üzləşir və kredit ahnaqda çətinlik çəkir.

Bu kreditin ən rahat forması kimi bank tərəfindən müəssisəyə kredit xəttinin açılması çıxış edir. Kredit xətti - bank və müəssisə arasında bağlanan müqaviləyə deyilir, burada müəyyən edilmiş məbləğdə təqdim olunmuş borc pulların geri qaytarılması məhz müqavilədə göstərilmiş müddət ərzində həyata keçirilməsi vurğulanır. Bank adətən kredit xəttinin qüvvədə olduğu müddət bitmədikdə də borcun ona geri qaytarılması haqqını qoruyub saxlayır.

Müəssisələrin maliyyə vəsaitlərini idarə edən firmalar trast-şir- kətlər adlanır. Burada adətən kredit dərəcələri kommersiya bankları ilə müqayisədə daha yüksək olur, belə ki, trast-şirkətlər pulların sahibləri olan müəssisələr qarşısında öhdəliklər daşıyır.

2. Ortamüddətli maliyyələşdirmə. Kreditin bu növü müəssisənin inkişafı (binaların tikintisi və təmiri, yeni avadanlığın alınması), həmçinin dövriyyə kapitalının artırılması məqsədilə irihəcmli təsərrüfat- maliyyə əməliyyatlarının aparılmasında istifadə olunur.

Maliyyələşdirmənin bu növünün mənbələri aşağıdakılardır:



  • dövlət və kommersiya bankları;

  • daşınmaz əmlakla bağlı əməliyyatlar aparan şirkətlər; - özəl mənbələr.

Kredit üzrə faiz dərəcələri qısamüddətli maliyyələşdirmədə olduğundan daha yüksəkdir. Kredit götürən şirkətdən əmlak girovu tələb olunur. Faizlərin ödənilməsi kreditin bu növü üzrə adətən müqavilə üə müəyyən edilmiş qaydada bir yox, bir neçə dəfə həyata keçirilir.

Avadanlığın ahşı zamanı onun dəyərinin bir hissəsi malgöndə- rən tərəfindən müəyyən edilmiş şərtlər əsasında kreditə verilə bilər.

3. Uzunmüddətli maliyyələşdirmə. Kreditin bu növü müəssisənin aktivlərinin əsas fondlann və xüsusi vəsaitlərin artınhnası üçün istifadə olunur. Mahyyələşdirmənin bu növü aşağıdakı yollarla həyata keçirilir:


  • kapitalın verilməsilə;

  • uzunmüddəth kreditlərin verilməsilə; - əsas fondların icarəsilə.

Kapitahn verilməsi müəssisə tərəfindən buraxılan ilkin və sonrakı buraxıhş adi və imtiyazlı səhmlərin satışı vasitəsilə, həmçinin müəssisənin bölüşdürülməyən mənfəəti hesabına həyata keçirilir. Müəssisənin aktivlərinə yatırılan nağd vəsaitlər geri qaytarıhmr.

hmlərin əsas ahcılan müxtəhf hüquqi və fiziki şəxslərdir.

Uzunmüddətli kreditlərin verilməsi müəssisə tərəfindən buraxılan istiqrazların satışı vasitəsilə həyata keçirihr.

İcarə müəssisə tərəfindən zəruri olan əsas fondlann və digər aktivlərin müəyyən dövrə əldə olunmasma deyihr. Buna görə müəssisə (icarədar) icarəverən şəxsə icarə müqavüəsində təsdiq olunmuş haqqı ödəyir.

Uzunmüddətli faiz dərəcələri adətən qısa və ortamüddəth faiz dərəcələrindən daha yüksəkdir, çünki səhmlərin qiymətinə məzənnə fərqləri də daxil edilir.

Bütün maliyyələşdirmə haqqında qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, o, biznesin digər vacib mexanizmi olan kreditlə sıx bağlıdır.


§ 14.7. Kommersiya fəaliyyətinin kreditləşdirihnəsi


Kredit məşhur latın sözü «credo» sözündən əmələ gəlib, «inanıram» deməkdir. Kredit (borc) - müəyyən şərtlər əsasında və müəyyən olunmuş müddət ərzində faizləri ödəməklə pulların verilməsi deməkdir.

Kredit münasibətləri hər iki tərəfin razı salınmasını nəzərdə tutur ki, bir tərəfdən - debitor - biznes üçün zəruri olan vəsaitləri əldə edir, digəri kreditor - bu vəsaitlərin verilməsindən əldə olunan müəyyən mükafatı (borc faizini) alır.

Mahiyyət etibarilə borc faizi pullardan gələcəkdə daha böyük miqdarda istifadə etmək naminə onlardan hazırda istifadə olunmasından imtinanın haqqıdır.

Borc faizi (və ya faiz norması) borc kapitalından gələn gəlirin bu kapitalın kəmiyyətinə olan nisbəti kimi hesablanır. Borc faizinin ölçüsü ilk növbədə kreditlərə yaranan tələb və təklifin vəziyyətindən asılıdır. Həmçinin Mərkəzi Bankın apardığı siyasət, valyuta məzənnələri, inflyasiya, işgüzar aktivlik və s. təsir edir.

Kreditin başlıca keyfiyyətləri onun təminath olması, məqsədli xarakter daşıması, müəyyən müddətə verilməsi, geri qaytarılması və pullu olmasıdır.

Təminatlı olması kreditin verilməsində girovun - əmlakın mövcud olması deməkdir. Məqsədli xarakteri - kreditin hansı məqsədlə alınması kreditverən üçün başlıca əhəmiyyət kəsb edir. Müddətli olması borcun hansı müddətə verilməsini nəzərdə tutur. Geri qaytarılması kreditin qaytarılması, ödənilməsini nəzərdə tutur. Nəhayət, pullu olması kreditin pula (haqqa) verilməsini müəyyən edir.

Sahibkarlara verilən kreditlərin pul mənbələri aşağıdakılardır:


  • banklar tərəfindən yığılan əhali əmanətləri;

  • mərkəzi və kommersiya banklarının kapitah;

  • müəssisələrin sərbəst kapitah;

  • müəssisələrin amortizasiya fondları;

  • müəssisədən müəssisəyə ötürülən mal krediti; - faizdən gələn gəhrlə yaşayan şəxslərin kapitah; - dövlət və yerli büdcələrin ayırmaları. Kredit vəsaitlərinin istehlakçıları kimi: - sahibkarlar;

  • dövlət və yerli hakimiyyət orqanları; - ahcılar çıxış edirlər.

Kreditin aşağıdakı növlərini fərqləndirirlər:

  • dövlət krediti;

  • ipoteka krediti;

  • kommersiya krediti; - bank krediti; - istehlakçı krediti.

Dövlət krediti dövlət bankları tərəfindən həyata keçirilən kreditdir. İpoteka krediti - daşınmaz əmlak girovu ilə (istehsal və yaşayış binaları, qurğular, torpaq) verilən uzunmüddəth borclardır. Kommersiya krediti bir biznes adamları tərəfindən digərinə göndərilən malların (işin, xidmətin) dəyərinin ödənilməsinin gecik dirilməsi şəklində verilən borca deyilir (ticarət krediti). Bank krediti bankların və digər maliyyə-kredit idarələri tərəfindən verilən kreditlərdir. İstehlakçı krediti - kommersiya və bank kreditlərinin özəl növüdür. Bu kredit istehlakçıya uzun müddət istifadə olunan malların (avto-

KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI


mobil, mebel, mürəkkəb məişət əşyalarının) alınması və ya yaşayış yerlərinin, bağların və s. tikintisi və əldə olunması üçün verilən borc şəklində çıxış edir.

Kreditin təminatlılığı müəyyən hüquqi normalarına riayət olunmasını tələb edir. Onlar aşağıdakılardır:



  • borcgötürənin ödəməqabiliyyətli olmasının yoxlanılması; - kreditin şərtlərinin dəqiqləşdirilməsi.

Borcgötürənin ödəməqabiliyyətinin yoxlanılması müştərinin öyrənilməsi, onun statusunun və fəaliyyətinin xarakterinin müəyyən edilməsini nəzərdə tutur. Kreditverənin tələbilə borcgötürən bütün zəruri təsərrüfat-maliyyə sənədlərini və kredit-maliyyə təhlili üçün vacib olan göstəriciləri təqdim etməlidir.

Təminathhq nöqteyi-nəzərindən, kreditin aşağıdakı növlərini fərqləndirirlər:



  • girov təminatlı kredit;

  • cavabdehliklə təminatlı kredit;

  • yazılı öhdəlik əsasında verilən kredit; - şəxsi inam təminatı ilə kredit.

Girov təminatlı kreditdə borcgötürən borcverənə kredit müddətinə müəyyən mülkiyyəti girov qoyur, bu şərtlə ki, kreditin verilən müddətə qaytarılmadığı halda bu mülkiyyət kreditverən tərəfindən satılır. Buradan başa düşülür ki, adətən borcgötürənin iflasa uğradığı və əmlakının satılması zamanı digər borcgötürənlərin razı salınması məqsədilə girov bu əmlaka daxil edihnir. Girovun satışından əldə olunan məbləğdən borcgötürən ona düşən payı (kredit üzrə faizi daxil etməklə) götürür, yerdə qahmş hissəsi isə digər borcgötürənlərə sərf edilir.

Girov qoyulan mülkiyyətin xarakterindən asılı olaraq girov aşağıdakı növlərə bölünür:



  • əmlak və ya əşya girovu;

  • daşınmaz əmlak girovu; - mal girovu; - qiymətli kağızlar girovu.

Daşınmaz əmlak girovu (ilk növbədə torpaq) ipoteka adlanır, girovun digər növləri lombard adlar.

İpoteka girovu lombard girovundan onunla fərqlənir ki, burada girov qoyulan mülkiyyət (torpaq, bina) kredit müddətinə borcgötürənin ixtiyarında qalır.

Əmlak girovu ilə kreditləri verərkən ipotek bankları özləri digər banklardan kreditlər götürürlər, onlar isə öz növbəsində ipoteka bankının götürdüyü girov əsasında kreditin geri qaytarılmasını nəzərdə

KOMMERSIYA FƏALIYYƏTININ

tutan uzunmüddətli öhdəliklər təqdim edirlər. Bunlar girov vərəqələri adlanır. Girov vərəqi qiymətli kağızların bir növü olmaqla, daşınmaz əmlakla təmin olunub və bazarda hərəkət edir.

Cavabdehliklə təmin edilmiş kredit cavabdehin kreditverən qarşısında zərurət yaranarsa kreditgötürənin borcunu ödəyəcəyini bildirən öhdəliyin götürülməsini və müqavilənin bağlanmasını nəzərdə tutur. Kreditin bu növü kimi topdan ticarətçinin pərakəndə ticarətçinin qarşısında, mal istehsalçısının ticarətçi qarşısında, sahibkarların öz aralarında və s. cavabdehlikləri başa düşülür.

Şəxsi inam əsasında verilən kredit borcgötürənin şifahi vədi üzərində kreditin müəyyən olunmuş müddət ərzində ödənilməsini nəzərdə tutur. Kreditin bu növü yalnız o zaman tətbiq olunur ki, kreditverən borcgötürənə xüsusi inam bəsləyir və ya ona təsir etmək imkanı verən güclü mexanizmlərə malikdir.

Kreditverən tərəfindən kreditin idarə olunmasında məqsəd gəlir götürməkdir. Kreditin verilməsi riskli əməliyyatdır: həmişə borcu və ya kredit üzrə faizi qaytarmamaq ehtimalı var. Bu baxımdan kreditin idarə olunmasında borcgötürənlərin etibarlılıq dərəcəsinin aydınlaşdırılması başlıca məsələdir. Buna borcgötürənlərin fəaliyyətinin kre- ditqabiliyyətinin kredit-mahyyə təhlili vasitəsilə nail olmaq olar.

Kredit-maliyyə təhlili borc götürən firmamn ödəməqabihyyəti- nin 4 əsas xarakterik cəhətini: borcgötürənin xarakterini, onun ödəməqabiliyyətini, əlavə təminatını, işgüzar konyunkturu nəzərdə tutur.

Borcgötürənin xarakteri onun əvvəlki borclarım necə ödədiyi haqqında informasiyanın dəqiq təhhli əsasında müəyyənləşdirihr. Borcgötürənin istehsal və marketinq fəahyyəti, onun mahyyə vəziyyəti, müəssisənin təsərrüfat-maliyyə göstəriciləri həmçinin təhlil edihr.

Borcgötürənin ödəməqabiliyyəti həm ötən illərin, həm də planlaşdırılan dövr üçün təsərrüfat-maliyyə göstəricilərinin təhlili əsasında qiymətləndirilir. Burada əsas yeri keçmiş və gələcək dövr üçün kapital qoyuluşlarının dinamikası tutur.

Kreditin əlavə təminatı bu fəsildə baxılan girovun bütün növləri vasitəsilə həyata keçirilir.

Borcun işgüzar konyunkturu (xarici amillər) mövcud və ya perspektiv qanunvericiliklə, iqtisadi mühitlə, texnoloji dəyişikliklərlə, cəmiyyətdə baş verən sosial meyillərlə müəyyən edilir. Belə ki, qanunvericilik borcgötürən firmanın fəaliyyətinə güclü təsir göstərməklə onun krediti vaxtında geri qaytarmasına təsir edə bilər. İqtisadi şərtlərin dəyişməsi (ilk növbədə iqtisadi konyunkturun) mövsümi və mü- təmadi satış yarmarkalarının keçirilməsində, mənfəətin əldə olunması imkanının və onun həcminin dəyişilməsində, istehsalın və ticarətin



KOMMERSIYA FƏALIYYƏTININ

İnkişaf meyilbrində təzahür edir. Texnoloji dəyişikliklər müəssisədə əmək məhsuldarlığının yüksəlməsinə, mal təklifinin artmasına və s. səbəb olan müxtəlif yeniliklərin tətbiqində təzahür edir. Sosial meylilər istehlakçıların gəlirlərinin və bununla əlaqədar ödəməqabiliy- yətinin dəyişməsi və malların (xidmətlərin və işlərin) qiymətlərinin dəyişməsində təzahür edir.

Kredit təhlili sahənin digər müəssisələri və rəqiblərin təsərrüfatmaliyyə fəaliyyətinin müqayisəsi vasitəsilə aparıla bilər. Yalnız bu yolla müəssisənin keçmişdə olan və gələcəkdə ola biləcək imkanları haqqında obyektiv təəssürat yarada bilər.

Müəssisədə kreditin idarə olunmasına misal olaraq ASC «Parakəndə Ticarət Evi» tərəfindən 41 min ş.p.v. həcmində bankdan kredit götürmək imkanını araşdıraq.

Əgər bank ASC faizli kredit verirsə, firmanın banka borcu 41 min

ş.p.v. təşkil edəcəkdir. Bu kreditə görə firma hər il 4 min ş.p.v. (bankın dərəcəsi illik 10% olduqda) banka pul ödəməlidir.

Firmanın uzunmüddətli borcları 10 min ş.p.v. bərabər olduğu halda indi bankla hesablaşmaq üçün xalis gəlir (mənfəət) vergi ödənilmədən 10 + 4=14 min ş.p.v. az olmamalıdır. Mənfəət vergisi (norma 20% olduqda) 14 min ş.p.v. 2,8 min ş.p.v. qədər təşkil edəcəkdir.

Beləliklə, vergi ödənildikdən sonra xalis gəlir 14 - 2,8 = 11,2 min ş.p.v. bərabər olacaqdır. Bu planlaşdırılan mənfəətdən bir qədər çoxdur (10 min ş.p.v.). Belə bir vəziyyətdə bank həm kredit verməkdən imtina edə bilər, həm də krediti verə bilər. Buradan gözlənilə bilər ki, bank girov tələb edə bilər və ya əlavə təminat istəyər.

Kredit girovu qismində firma hesablar üzrə ödəmələri 54 min ş.p.v.

göstərə bilər. Lakin bu cür girov bank tərəfindən qəbul edilməyə də bilər, çünki hesablar üzrə ödənişlər gecikdirib bilər. Mal ehtiyatları, həmçinin girov kimi qəbul edilə bilməz, ona görə ki, onların tezhklə satılacağı məlum deyil.

Əlavə təminat kimi firma öz əsas fondlarım təkhf edə bilər. Ancaq bu çox zəif bir təminat olacaqdır, çünki 10 min ş.p.v. məbləğində uzunmüddəth borclara malik olan firma ilk növbədə çıxış yolunu əsas fondlarda axtaracaqdır.

Bu məsələnin həlli məqsədilə ASC «Pərakəndə Ticarət Evi» firmasına kredit almaqda aşağıdakı tövsiyələri irəh sürə bilərik:



  • bankdan hesablar üzrə ödəmələr əsasında borc götürmək;

  • ehtiyatların bankın müəyyən etdiyi qismini girov qoymaqla kredit almaq;

  • firmanın uğurlu satış fəahyyətində maraqh olan malgöndərən təşkilatlardan kredit götürmək.

KOMMERSIYA FƏALIYYƏTININ

XV FƏSIL, KOMMERSIYA FƏALIYYƏTININ İDARƏ EDİLMƏSİ KONSEPSİYASI

§ 15.1. Kommersiya fəaliyyəti idarəetmə obyekti kimi


Müasir iqtisadi şəraitdə müəssisə və təşkilatların effektiv fəaliyyəti, onların işinin stabil inkişaf templəri və rəqabət qabiliyyətliliyi idarəetmənin səviyyəsilə müəyyən olunur. Bu dövrdə firmaya uzunmüddətli rəqabət mübarizəsində davam gətirməyə imkan verən strateji davranışın əhəmiyyəti kəskin artmışdır. Bütün kompaniyalar diqqətlərini kompaniyanın işlərinin daxili vəziyyəti üzərində cəmləşdirməli, həm də onlara işgüzar mühitdə baş verən dəyişikhkləri izləmək imkanı verə biləcək uzunmüddətli davamh strategiyasını işləyib hazırlamalıdırlar.

İdarəetmə - özəyi, yuxarı rəhbərliyin təşkilata sərt rəqabət şəraitinin dinamik dəyişən mühitində davam ohnağa kömək edən qərarların axtarılmasına istiqamətlənmiş yaradıcı fəaliyyətindən ibarət olan menecmentin tərkib hissəsidir. İdarəetmənin xüsusiyyəti ondan ibarətdir ki, onun tərkibində ətalətli prosedurlar çox az, yaradıcıhq isə həddən artıq çoxdur, yəni cəsarətin (məharətin) rolu çox böyükdür. Buna görə də idarəetmə nəzəriyyəsi firmanın idarə edilməsi məsələlərinin uğurla həll edilməsi təcrübəsinin ümumiləşdirilməsi və nəyin köməyilə uğurlu nəticəyə nail oluna bilinməsini müəyyən edən ayrı-ayrı idarəetmə sxemləri və təsisatlarının fərqləndirilməsi əsasında formalaşdırılır.

Beləliklə, rəqabətli bazar şəraitində yuxarı rəhbərliyin təşkilatın idarə edilməsi üzrə fəaliyyəti kimi nəzərdən keçirilən idarəetmə təşkilatın müasir həyatının mühüm tərkib hissəsidir. Müasir həyatın spesifikliyi iqtisadi qarşılıqlı münasibətlərin subyektlərindən, mövcud resurslardan səmərəli istifadə edilməsi və istehlakçı tələblərinin keyfiyyətli təmin edilməsi üçün bazarda baş verən proseslərin dərin təhlilini tələb edir.

Buraxılan və istehsalı nəzərdə tutulan məhsul bazarlarının ciddi şəkildə tədqiq edilməsi və müəssisələrdə planlaşdırılan dəyişikliklərin texniki-iqtisadi əsaslandırılması tələb olunur ki, bu da marketinq strategiyası olmadan mümkün deyildir. Bu dövrdə əhəmiyyət kəsb edən problemlərdən biri də kommersiya fəaliyyətinin təşkilati formalaşması, onun strategiyasının işlənib hazırlanmasıdır.

Müəssisələrin kommersiya fəaliyyəti aşağıdakı məsələləri əhatə edir:

KOMMERSIYA FƏALIYYƏTININ


  • əhalinin tələbinin və əmtəələrin satışı bazarının öyrənilməsi;

  • əmtəələrin daxilolma mənbələrinin və malgöndərənlərin aşkar edilməsi və öyrənilməsi, malgöndərənlərlə səmərəh əlaqələrin təşkili, o cümlədən əmtəələr üzrə müqavilələrin işlənib hazırlanması və onlara təqdim edihnəsi, əmtəələrin göndərilməsi üzrə müqavilələrin bağlanılması, malgöndərənlər tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üzərində nəzarətin təşkih;

  • əmtəələrin topdansatışının təşkih, optimal çeşidin formalaşdırılması, əmtəə ehtiyatlarımn idarə edihnəsi;

  • reklam-informasiya fəaliyyətinin təşkih;

  • ticarət təşkilatımn mənfəətinin artmasına istiqamətlənmiş satışın təşkili;

  • maliyyə fəahyyətinin təşkili; - ticarət xidmətlərinin təşkili.

Ticarət müəssisələrinin kommersiya fəahyyətinin idarə edihnəsi bu fəaliyyətin hər bir mərhələsində özünə aşağıdakıları daxil edir:

  • cari dövrdə işlərin vəziyyətinin qiymətləndirilməsi (vəziyyəth təhlil);

  • biznesin inkişaf istiqamətlərinin müəyyən edihnəsi (vəzifələrin qoyulması);

  • qarşıya qoyulmuş məqsədlərə nail olunması planının tərtib edilməsi (idarəetmə, planlaşdırma);

  • planın yerinə yetirilməsi üzrə tədbirlərin təşkil edilməsi (təşkil- etmə mərhələsi);

  • əldə edilmiş nəticələrin yoxlanılması, onlar əldə edilmədikdə isə səbəblərin aydınlaşdırılması (nəzarət).

Təşkilatın idarə edihnəsi lazımi nətieələrə nail olunmasına istiqamətlənmişdir. Müəssisənin işinin kommersiya-funksional meyarları aşağıdakılardır: onun artnm, ödəniş qabihyyəthliyi, rentabelliyi, maliyyə vəziyyəti, heyətin işinin effektivhyi. Kommersiya fəaliyyətinin dəstəklənməsi meyarları aşağıdakılardır: sosial məsuliyyət, təsir qüvvəsi, işçilərin öz əməklərinin nəticələri haqqında məlumatlılığı, təşkilati iqlim, firma haqqında təsəvvür «imic».

Ticarət, iqtisadi fəaliyyətin üçüncü dərəcəh sahəsinə aiddir, çünki o, bu və ya digər məhsulun son istehlak mərhələsinə qədər, onun əldə edilməsi və sənaye işlənməsindən sonra üçüncü mərhələdə gəlir.

Ticarət, başqa fəaliyyət nəticəsində istehsal olunmuş hazır əmtəələri alır və onları sonradan, ya son istehlakçıya (pərakəndə tiearət), ya da növbəti sahibkarlara (topdan ticarət) satır. Belə biznes «bölüşdürmə sənayesi» adlandırılır. Ticarət, həmçinin xidmətlər də təqdim edir, misal üçün, əmtəələrin satışı zamanı göstərilən xidmətlər:

KOMMERSIYA FƏALIYYƏTININ

alıcılara çatdırılma, quraşdırma, satışdan sonrakı xidmət (məsələn, məişət-elektrik əmtəələrinin satışı zamanı). Başqa xidmət növləri əmtəələrin reallaşdırılmasma şərait yaradır, reklam alıcıya məhsul haqqında zəruri informasiyam əldə etməyə imkan verir, kreditlə satış əmtəənin dəyərinin ödənilməsini asanlaşdırır.

Ticarətdə əsaslı dəyişikhklər keçən əsrin 70-ci illərində, istehlakçı tələbinin əsasən xidmət göstərilməsinin keyfiyyəti üzərində cəmləşdiyi dövrdə, inkişaf etmiş kapitahst ölkələrində baş vermişdir. Təşəbbüskar rəhbərlər zamanın bu tələbinə cəld reaksiya verərək istehlakçı bazarına xüsusi diqqət ayırmağa başladılar. Əvvəllər olduğu kimi, əsas diqqət istehsalçı-malgöndərənə yox, istehlakçıya istiqamətlənmə ticarət xidmətinin təşkil edilməsinə yeni yanaşmanın fərqləndirici xüsusiyyətidir. Əgər əvvəllər ticarət firmaları məhsul çeşidi cəhətdən məhdud idilərsə və istehsalçıdan tam asılı şəkildə yalmz müəyyən əmtəə qrupunu idarə edirdilərsə, hazırda istehlakçı bazarının öyrənilməsi, bu məqsədlə marketinq tədqiqatlarının həyata keçirilməsi son dərəcə vacibdir və bu da bazarda məhsul istehsalı anlayışının yaranmasına gətirib çıxarrmşdır.

Marketinq bazarın kompleks öyrənilməsinə əsaslanan istehsal- satış fəaliyyətinin idarə edilməsi sistemidir. Dar mənada - firma tərəfindən istehsal edilən məhsulun təkcə verilmiş anda yox, həm də əhalinin tələbatına perspektivdə strateji istiqamətlənmə şərtilə, maksimal satış məqsədilə firma fəaliyyətinin təşkili və idarə edilməsi sistemidir. O, bazarın öyrənilməsini, planlaşdırmanı, onun reallaşdırılmasının məqsəd və vəzifələrinin qoyulmasını, qiymətqoymanı, əmtəə və xidmətlərin satışının təşkilini əhatə edir. Marketinqin spesifikliyi ondan ibarətdir ki, o, əmtəənin satışından çox əvvəl başlayır və alıcıların tələblərinin özünəməxsusluğunu və xüsusiyyətlərini maksimal dərəcədə nəzərə alır: etibarlılıq, əmtəələrin yüksək keyfiyyəti, satışdan sonrakı xidmətin təmin edilməsi.

Bazar münasibətlərinin açdığı yeni imkanlardan istifadə edilməsi sürətlə müəssisənin mənfəətinin artmasına, əmtəələrin saxlanılması və reallaşdırılması üzrə xərclərin ixtisarına təsir göstərəcək və çox tələb edilən əmtəələrin qıtlığının azalmasına gətirib çıxaracaqdır.

Ticarət, öz fəaliyyəti ilə təklif edilən əmtəə və xidmətlərin dəyərini artırır. Tədarükat, saxlanma, əmtəələrin istehlakçıya satışı əlavə dəyər yaradır. Ticarət, əmtəəyə qoyulan kapital üzrə maliyyə riskini öz üzərinə götürərək, əmtəələrin saxlanılması və satışını həyata keçirərək, alıcıların kreditləşdirilməsini təmin edərək öz əməliyyat məsrəflərini ödəməli və investisiya kapitalı üzrə mənfəət əldə etməlidir. Ticarət əlavələri bu məqsədə xidmət edir. Ticarət müəssisəsi



KOMMERSIYA FƏALIYYƏTININ

tərəfindən əldə edilən əlavə dəyər qoyulmuş kapital üzrə səmərəli mənfəəti çox keçməməlidir, çünki əks təqdirdə, bu, təklif edilən əmtəələr üzrə qiymətlərin həddən artıq yüksəlməsinə gətirib çıxaRa- caqdır. Onlar bazar qiymətləri ilə müqayisə olunmaz şəklə düşəcəklər ki, bu isə xidmət göstərilən istehlakçıların sayının azalmasına səbəb olacaqdır. Digər tərəfdən, yadda saxlamaq lazımdır ki, binaların, istehsal vasitələrinin, avadanlıqların, maşınların istismarı və başqa xərclər əhəmiyyətli həcmdə pul vəsaitləri tələb edir. Əmtəələrin satış qiymətinin əsassız şəkildə azaldılması, labüd olaraq, mənfəət payının azalmasına gətirib çıxaracaq, istehsalı genişləndirməyə və kapital qoyuluşunu tamamlamağa imkan verməyəcəkdir.

Ticarət, bir tərəfdən, məhsulların istehlakmm yeni və alternativ mənbələrini genişləndirir və tədqiq edir. Ticarət müəssisələri malgöndərənlərlə əlaqələri dərinləşdirərək istehsalın həcminin artmasına və istehsal edilən əmtəələrin çeşidinin genişlənməsinə şərait yaradır və onları yeni satış bazarları ilə təmin edir. Digər tərəfdən, ticarət müəssisələri yeni satış bazarlarını öyrənərək, köhnə bazarları genişləndirərək regional bazarların vəziyyəti üzrə ekspert kimi çıxış edir, öz mal- göndərənlərini real istehlakçı tələbi haqqında informasiya ilə təmin edir və bu zaman istehlakçıların maraqlarım təmsil edir.

Belə ikitərəfli istehlakçıhq müasir şəraitdə ticarət müəssisələrinin fəaliyyətinin fərqləndirici xüsusiyyətidir.

Uğurlu fəaliyyət üçün ticarət müəssisəsi bazar dəyişikliklərinə sürətlə reaksiya verməli, bu dəyişiklikləri əvvəlcədən müəyyən etməli və öz işini onlara uyğun şəkildə yenidən təşkil etməlidir.


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin