8.1.10. Deklarant
Gömrük qanunvericiliyində deklarant anlayışı özünəməxsus yer tutur. Mal və nəqliyyat vasitələrini
gömrük sərhədindən keçirən şəxslər və gömrük brokerləri deklarant ola bilər.
Deklarantın hüquqi statusu müəyyən edilərkən, onun malları gömrük sərhədindən keçirən şəxs, yaxud
gömrük brokeri olub-olmamasından asılı olmayaraq, mövcud qanunvericiliklə müəyyən edilmiş vəzifələri
yerinə yetirməli olduğu və məsuliyyət daşıdığı müəyyən edilir.
Bəyanetmə institutunun bütün əsas xüsusiyyətləri gömrük tənzimlənməsinin “sərhəd” xarakteri ilə
bağlıdr.
Gömrük-tarif mexanizmində deklarant yalnız gömrük orqanına bəyannamə vermək hüququ olan şəxs
deyil (bəzi hallarda gömrük orqanı bu bəyannamədə göstərilən məlumatlarla razılaşmaya da bilər), o ilk
növbədə gömrük rüsum və vegilərinin ödənilməsi öhdəliyini üzərinə götürən şəxsdir.
Deklarant və bəyanetməni həyata keçirən şəxs anlayışlarını bir-birindən ayırmaq lazımdır. Əgər
deklarant hüquqi şəxsdirsə, bu anlayışlar üst-üstə düşmür. Bəyanetməni deklarant - təşkilat adından bu iş üçün
xüsusi səlahiyyət verilmiş fiziki şəxs (şəxslər) - aparır (vəkalət və ya ona bərabər sənəd əsasında). Bilavasitə
bəyanetməni həyata keçirən şəxs gömrük ödənişlərinə görə üzərinə mülkiyyət öhdəliyi götürdüyündən, ona
verilən vəkalətnamə müəyyən edilmiş tələblərə cavab verməlidir.
8.2. Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən,
kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsi
Gömrük Məcəlləsinin 18-ci maddəsinə görə, bütün şəxslər bərabər əsaslarla malları və nəqliyyat
vasitələrini Azərbaycan Respublikasına gətirmək və aparmaq (o cümlədən xarici iqtisadi fəaliyyətlə
məşğul olan zaman) hüququna malikdirlər. Məcəllənin bu maddəsi Azərbaycan Respublikası
Konstitusiyasının 28-ci maddəsinin müddəalarından irəli gəlir. Bu maddənin 3 və 4-cü bəndlərinə görə, qanuni
surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs ölkədən kənara getmək və hər zaman öz ölkəsinə
maneəsiz qayıtmaq hüququna malikdir. Eyni zamanda, hər kəsin daşınar və daşınmaz əmlaka sahiblik,
əmlakdan başqaları ilə birlikdə istifadə etmək və onun barəsində sərəncam vermək hüququ vardır (Azərbaycan
Respublikası Konstitusiyası, maddə 29 b.3). Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından,
qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq
fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər (ARK, maddə 59).
Malların normal şəraitdə bir ölkədən başqa ölkəyə aparılıb gətirilməsi, beynəlxalq hüququn hamı tərəfindən
qəbul edilmiş bir sıra normaları ilə sıx bağlıdır: Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin 13 və 17-ci
maddələri; Mülki və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 12-ci maddəsi və s. Bu hüququn təmin
edilməsi beynəlxalq humanitar əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Məhz buna görə də, 1 avqust 1975-ci il tarixində Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə iclasın
Yekun aktını imzalamış dövlətlər “texniki məsələlərə” (o cümlədən gömrük prosedurasının sadələşdirilməsi)
daha çox diqqət vermişlər.
Şərh olunan 18-ci maddənin ikinci bəndinə görə, Azarbaycan Respublikasının qanunvericilik aktlarında
nəzərdə tutulmuş hallar istisna olmaqla, heç kəs malları və nəqliyyat vasitələrini ölkəyə gətirmək və ölkədən
aparmaq hüququndan məhrum edilə və ya bu hüquqları məhdudlaşdıra bilməz.
Gömrük Məcəlləsinin 19-cu maddəsi mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına
gətirilməsinin və buradan aparılmasının qadağan edilməsinin hüquqi əsaslarını müəyyən edir. Bu əsaslar
aşağıdakılardır:
1. dövlətin təhlükəsizliyinin təmin olunması;
2. ictimai asayişin qorunması;
81
3. əhalinin mənəviyyatının qorunması;
4. insanların həyat və sağlamlığının qorunması;
5. ətraf mühitin mühafizəsi;
6. heyvan və bitkilərin mühafizəsi;
7. Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətlərinin
qorunması;
8. mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin qorunması;
9. gətirilən mallardan yerli istehlakçıların maraqlarının qorunması.
Azərbaycan Respublikasının mövcud qanunvericiliyi və onun beynəlxalq öhdəlikləri ilə əlaqədar olaraq
bu siyahı digər müddüəalarla tamamlana bilər. Belə ki, Azərbaycan Respublikası prezidenti H.Ə.Əliyevin 24
iyun 1997-ci il tarixli 609 saylı “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması
haqqında” Fərmanı ilə mal və nəqliyyat vasitələrinin aparılıb-gətirilməsi qaydaları aşağıdakı kimi
müəyyənləşdirilmişdir:
1. İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan
mallar:
- silah və hərbi texnika, onların istehsalı üçün zəruri olan ehtiyat hissələri;
- barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri;
- nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv
tullantılar da daxil olmaqla, radioaktiv şüalanma mənbələri;
- narkotik və psixotrop maddələr, kimyəvi zəhərləyicilər;
- silah və hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki məlumatların və
texnologiyaların, material və texnologiyaların ayrı-ayrı növləri.
2. İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik mallar (xidmətlər
və əqli mülkiyyət):
- çöl heyvanları, yabanı bitkilər və qazıntılar zamanı tapılmış heyvan sümükləri:
- vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün alınan xammal; ilan, böyə və əqrəb
zəhərləri;
- Azərbaycan Respublikası ərazisində, quruda və dəniz iqtisadi zonası hüdudlarında yerləşən istilik
enerjisi və mineral xammal yataqları haqqında məlumatlar;
- ixtiralar, “Nou how” və elmi-tədqiqat işlərinin nəticələri;
- incəsənət əsərləri, kolleksiya əşyaları və əntiq mallar;
- bitkilərin mühafizəsi üçün istifadə olunan kimyəvi vasitələr;
- baytarlıqda tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları;
- dərman preparatları və tibbi ləvazimatlar;
Azərbaycan Respublikası ərazisində aşağıdakı xidmətlərin göstərilməsi:
a) inşaat fəaliyyəti (mühəndis-axtarış, layihə, tikinti-quraşdırma və buraxılış sazlama işləri);
b) yük və sərnişin daşınması, nəqliyyat ekspeditor işləri;
c) rabitə xidmətləri (beynəlxalq, şəhərlərarası, şəhər, kənd sellülar, reysinq, radiotrank, kabel
televiziyasının qurulması və istismarı, sürətli poçt xidmətlərinin göstərilməsi);
ç) vəkillik və digər hüquqi xidmətlər.
3. Müvafiq dövlət orqanları tərəfindən verilən icazə əsasında idxal-ixrac olunan mallar:
- etil spirti (yeyinti):
- alkohollu içkilər (pivə istisna olmaqla):
- tütün məmulatı.
Gömrük Məcəlləsinə ilə mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və
buradan aparılmasının məhdudlaşdırılması halları müəyyən-ləşdirilmişdir. Onları şərti olaraq 3 qrupda
birləşdirmək olar:
1. ticarətdə bəzi mallara qoyulan mal məhdudiyyətləri;
2. xarici dövlətlər və ya onların ittifaqlarına qoyulan coğrafi məhdudiyyətlər;
3. müəyyən müddət üçün qoyulan vaxt məhdudiyyətləri.
Barəsində qüvvəyə minməsinin başqa qaydası nəzərdə tutulan qanunvericilik aktları istisna edilməklə,
göstərilən məhdudiyyətləri müəyyən edən Azərbaycan Respublikasının qanunvericilik aktları qüvvəyə
minməzdən on gün əvvəl rəsmi dərc olunmalıdır.
Milli təhlükəsizliyin təmin olunması məqsədilə beynəlxalq hüquqla tanınmış iqtisadi sanksiyaları, hərbi-
texniki sahədə əməkdaşlığın tənzimlənməsini və daxili bazarın müdafiəsini nəzərdə tutan qaydada və
məhdudiyyətlər nəzərdə tutula bilər.
Gömrük Məcəlləsinin 21-ci maddəsinin müddəalarına görə ölkə ərazisinə gətirilən və ölkə ərazisindən
aparılan mallar gömrük rəsmiləşdirilməsindən və gömrük nəzarətindən keçirilməlidir.
82
Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq, fiziki şəxslər tərəfindən istehsal və
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi qaydalarını.
Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Hazırda AR Nazirlər Kabinetinin 31 may 2001-ci
il tarixində 105 saylı (07.11.2002-ci ildə 176 saylı,10.05.2007-ci il tarixli 73 saylı, 11.02.2008-ci il tarixli 37
saylı qərarları ilə əlavə və dəyişiliklər edilmişdir) Qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi Qaydaları” qüvvədədir.
Fiziki şəxsin səfərinin bütün formaları nəzərə alınmaqla, fiziki şəxs və ya onun ailə üzvləri tərəfindən
gömrük sərhədindən keçirilən malların şəxsi istifadə və istehsal məqsədləri üçün keçirildiyini yəqinləşdirmək,
onların xarakterini və miqdarını, habelə sərhəddən keçirilməsi tezliyini gömrük orqanları müəyyənləşdirir.
Azərbaycan Respublikasının bütün sərhəd keçid məntəqələrində gömrük xidməti fəaliyyət göstərir
(aeroportlar, dəniz limanları, avtomobil və dəmiryolu keçid məntəqələri).
Gömrük xidməti əməkdaşlarının xüsusi geyim forması və tanınma nişanları vardır.
Azərbaycan Respublikasının Gürcüstan, Rusiya, Türkiyə və İranla sərhədlərində keçid məntəqələri
fəaliyyət göstərir. Həmçinin, Qazaxstan, Türkmənistan, Rusiya və İran ilə dəniz sərhədləri vardır, Türkmənistan
və Qazaxstanla parom vasitəsi ilə gediş-gəliş mövcuddur.
Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən:
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar, o
cümlədən dövlət orqanlarının nəzarət siyahılarına aid edilməyən mallar sadələşdirilmiş qaydada bəyan edilir.
Sadələşdirilmiş qaydada bəyanetmə yaşıl kanaldan istifadə etməklə konklyudent formada yazılı
bəyannamə təqdim edilməməsini nəzərdə tutur.
Konklyudent bəyanetmə forması fiziki şəxslər tərəfindən müşayiət olunan baqacda və əl yükündə
keçirilən mallara şamil edilir, o şərtlə ki:
- Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların miqdarı və dəyəri (müşayiət
olunmayan baqaclar istisna olmaqla) həmin malların gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən
miqdar və dəyərindən artıq olmasın;
-həmin mallara qadağalar və ya məhdudiyyətlər qoyulmasın. Gömrük ödənişlərinə cəlb olunan mallar
olduqda isə həmin mallar yazılı formada bəyan edilməli və «Qırmızı kanal»dan istifadə edilməlidir.
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən əşyalar sərhəd
məntəqələrində gömrük orqanlarına bəyan edilir. Bəyannamə Azərbaycan, inqilis və ya başqa dillərdə doldurula
bilər. Bəyannamə 16 yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur. 16 yaşına çatmamış fiziki şəxslərin malları
haqqında məlumat onları müşayiət edən şəxslərin bəyannaməsində göstərilir. Bəyannamədə mallar haqqında
məlumatlar öz əksini tapmalıdır.
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan aşağıdaki
malları gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər:
a) ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan;
b) beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20
kiloqramdan artıq olmayan;
v) xarici vətəndaşlar daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına köçüb qələrkən və ya
Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasından köçüb gedərkən 20.000 ABŞ dollarına
ekvivalent həcmində ailə üçün zəruri olan məişət əşyalarını;
q) yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrini;
d)Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 125 qrama qədər balıq kürüsünü;
e) fərdi istehlak üçün 3 litr alkoqollu içkini;
ə)3 blok siqareti;
z) avtomobilin bakında texniki pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacağı;
j) bədii, tarixi, elmi və diqər mədəni əşyaları məhdudiyyətsiz miqdarda gətirə bilərlər.
Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və
Azərbaycan Respublikasından çıxarılması Qaydaları:
- Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar tərəfindən Azərbaycan Respublikası
ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 ABŞ dolları ekvivalentinədək olduqda «Gömrük
bəyannaməsi» ilə, 10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Gömrük bəyannaməsi»,
həm də « Gömrük vəsiqəsi» ilə rəsmiləşdirilir.
- Azərbaycan Respublikasının vətəndaşları tərəfindən adambaşına 10.000 (on min) ABŞ dolları
ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük
orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.
- Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar Azərbaycan Respublikasına əvvələr
nəqd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 ABŞ dolları ekvivalentinədək məbləği müvafiq təsdiqedici
83
sənədlər əsasında heç bir rüsum ödənilmədən gömrük orqanlarında bəyan etməklə respublikadan kənara nəqd
şəkildə çıxara bilərlər.
Müvafiq dövlət orqanlarının razılığı ilə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilən mallar haqqında:
a) mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin ixracın mümkünlüyü barədə verdiyi şəhadətnamə gömrük orqanlarına təqdim edildiyi və
komission dəyərinin 100%-i məbləğində gömrük rüsumu ödənildikdən sonra, mühafizə dərəcəsi verilməmiş
mədəniyyət sərvətləri isə Azərbaycan Respublikasından aparıla bilər;
b) xidməti və mülki silah, onların döyüş sursatları Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyinin xüsusi icazəsi təqdim edilməklə keçirilə bilər;
v) heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloci preparatlar və baytarlıq ləvazimatları,
bitkilər, heyvan və bitki mənşəli xammal dövlət Baytarlıq və dövlət fitosanitar nəzarəti xidmətlərinin müvafiq
sənədi olduqda keçirilə bilər.
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan
olunan mallar:
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki
silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
- radioaktiv maddələr;
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
- əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
- narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid
materiallar;
- aparılması və beynəlxalq poçt vasitəsilə göndərilməsi qadağan olunmuş mallar;
- aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji, kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı
obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;
- qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı);
- xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və
Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri;
- dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;
- Azərbaycan Respublikasının “Qırmızı Kitabına” düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;
- müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin
keçirəlməsi halları istisna olmaqla Azərbaycan Respublikasının Milli mədəniyyət əmlakı Dövlət Siyahısına
daxil olan Milli mədəniyyət əmlakı olan obyektlər.
Silah və onun döyüş sursatlarının fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir. Odlu silah və
onun döyüş sursatının poçt vasitəsi ilə göndərilməsi qadağandır.
Fiziki şəxslər tərəfindən ov silahları, onların sursatları ölkənin gömrük sərhədindən Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin icazəsi təqdim edildikdə keçirilə bilər.
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, XİF-in Mal
Nomenklaturasının yalnız 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri aşağıdakı hallarda
güzəştli və ya sadələşdirilmiş qaydada ölkənin gömrük sərhədindən keçirilə bilər:
1) iki təqvim ilindən yuxarı xarici ölkələrdə yaşamış fiziki şəxslər daimi yaşayış məqsədilə Azərbaycana
köçüb gəldikdə, habelə xarici dövlətlərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa
rəsmi dövlət, hökümətlərarası beynəlxalq təşkilatlarda 1 ildən az olmamaq şərti ilə işləmiş Azərbaycan
vətəndaşları xidmət müddəti başa çatdıqdan sonra ölkəyə qayıtdıqda, istehsal - buraxılış tarixindən, yürüş
kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq ailə üçün bir avtonəqliyyat vasitəsini
ölkənin gömrük ərazisinə qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödəmədən gətirə bilərlər:
2) ölkəmizdən daimi yaşayış məqsədilə xarici ölkələrə köçüb gedən fiziki şəxslərə onların sahibliyində
olan avtonəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən ölkənin gömrük
ərazisindən aparmağa icazə verilir;
3) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini
keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüş
kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcminin hər kub
santimetrinə görə 0,4 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları və qanunvericiliklə müəyyən
edilmiş miqdarda digər gömrük ödənişləri alınır;
4) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə bu ölkənin gömrük sərhədini
keçənədək istehsal-buraxılış tarixindən 1 ildən çox ötmüş avtonəqliyyat vasitələri gətirilərkən yürüş
84
kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcminin hər kub
santimetrinə görə 0,7 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları və qanunvericiliklə müəyyən
edilmiş miqdarda digər gömrük ödənişləri alınır.
Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş qaydada
keçirilən mallardan və mal qismində nəqliyyat vasitələrindən gömrük ödənişləri gömrük müdaxil orderi tətbiq
olunmaqla alınır.
Xarici dövlətlərdə daimi qeydiyyatda olan bütün növ avtonəqliyyat vasitələrinin rezident, xarici iqtisadi
fəaliyyətin əmtəə nomenklaturasının 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri istisna olunmaqla
digər avtonəqliyyat vasitələrinin isə qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük
ərazisinə müvəqqəti olaraq gətirilməsinə sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük
ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində depozitə qoyulmaqla icazə verilir.
Xarici dövlətlərdə daimi qeydiyyatda olan, xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının yalnız
8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələrinin qeyri-rezident fiziki şəxslərin bilavasitə özləri
tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə gömrük qaydalarına
əməl edilməklə 30 günədək müddətə, bu müddətin azaldılmasına görə isə sərbəst dövriyyə üçün buraxılış
rejiminə uyğun həcmdə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində
depozitə qoyulmaqla icazə verilir.
Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan (və ya qeydiyyatdan çıxarılmış) avtonəqliyyat
vasitələrinin rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə
müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.
Əlillər üçün xüsusi olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük
ərazisinə daxil olmasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici
sənədi olduğu təqdirdə gömrük ödənişləri alınmadan icazə verilir.
Gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Milli Bankı
tərəfindən müəyyən edilən məzənnəyə görə manatla alınır.
Fiziki şəxslər tərəfindən bu Qaydalarla müəyyən edilmiş dəyər və miqdar məhdudiyyətlərindən yuxarı
sayda və məbləğdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və mal qismində
nəqliyyat vasitələri xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq ümumi
qaydalarla gömrük rəsmiləşdirilməsindən keçirilir.
Azərbaycan Respublikası xarici dövlətlərlə azad ticarət haqqında sazişlərində malların idxalına gömrük
idxal rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdursa, onda mənşə ölkəsi həmin ölkələr
olan mallara və mal qismində nəqliyyat vasitələrinə gömrük idxal rüsumları tətbiq edilmir.
8.3. Alqı-satqı müqavilələrində mal göndərişinin bazis şərtləri və Beynəlxalq Konvensiyalar
Beynəlxalq təcrübədə alqı-satqı əməliyyatları müxtəlif kommersiya şərtlərində həyata keçirilir. Alıcı və
satıcı arasında mal göndərişləri zamanı götürülən öhdəliklərin əsasını “Ticarət terminləri izahının beynəlxalq
qaydaları” (“İnkoterms”) təşkil edir. İlk dəfə “İnkoterms” 1936-cı ildə işlənib hazırlanmşdır. Hazırda istifadə
olunan sonuncu redaksiya isə 2000-ci ilin təkmilləşdirilmiş nəşridir.
“İnkoterms” terminlərinə yenidən baxılma işi ilə əlaqədar olaraq Beynəlxalq Ticarət Palatasının işçi
qrupu tərəfindən ticarət terminlərinin asan oxunması və başa düşülməsi məqsədilə başqa ardıcıllığın təqdim
edilməsi təklifi irəli sürülmüşdür. Bu terminlər dörd müxtəlif bazis kateqoriyalarına görə qruplaşdırılmışdır:
“E” qrupu EXW şərtlərini özündə cəmləşdirir, bu şərtə görə alıcı göndərilməyə hazır olan malı anbarda
qəbul edir (satıcının müəssisəsində);
“F” qrupunun şərtlərinə satıcının mütləq qaydada malları alıcının göstərdiyi nəqliyyat vasitəsinə qədər
çatdırılması daxildir ( FSA, FAS, FOB şərtləri);
“C” qrupu şərti daxilində nəzərdə tutulur ki, satıcı daşınma müqaviləsini bağlamalıdır, ancaq o malın
yüklənib yola salınmasından sonra və daşınma müddətində baş verəcək hadisələrlə bağlı, malların itməsi,
zədələnməsi və əlavə xərclərə görə risk (mümkün olan xətər) daşımır ( CFR, CİF, CRT, CİP);
Dostları ilə paylaş: |