Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir


Mövzu 13.   Gömrük işində qeyri-tarif tənzimlənməsi üsulları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

Mövzu 13.  
Gömrük işində qeyri-tarif tənzimlənməsi üsulları  
 
13.1. Qeyri-tarif məhdudiyyətlərinin təsnifatı  
Dünya təcrübəsində qeyri-tarif məhdudiyyətlərinə münasibət kifayət qədər ziddiyyətlidir. Ümümdünya 
Ticarət Təşkilatı  rəsmi olaraq belə  tədbirlərin ləğv edilməsi və müstəsna olaraq tarif üsullarından istifadə 
edilməsi məsələsini qoyur. Həmin təşkilata üzvlük ərəfəsində olan Azərbaycan Respublikası üçün bu tələblərə 
münasibət mühüm əhəmiyyət kəsb etməkdədir.  
Bununla bərabər tələblərin birmənalı şəkildə qəbulu digər məsələlərdə arzuolunmaz nəticələrə də gətirib 
çıxara bilər. Belə ki, Ümümdünya Ticarət Təşkilatının, Tarif və Ticarət üzrə Baş Sazişin (QATT) üzvü olan 
ölkələr xarici ticarətdə qeyri-tarif tənzimləmə metodlarından həm  əvvəl, həm də indi istifadə etməkdədirlər. 
Bəzi qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması sadəcə olaraq qeyri-mümkündür. Belə ki, qeyri-tarif 
məhdudiyyətləri daxili iqtisadi siyasətin digər ölkələrlə iqtisadi əlaqələrinə təsirinin təcəssümü kimi çıxış edir. 
Bununla belə, beynəlxalq ticarət sistemi tərəfindən qanuniləşdirilmiş qeyri-tarif tənzimləmə  tədbirləri, daha 
doğrusu xarici malların idxalının kəskin artımı ilə milli iqtisadiyyata vurulan zərərin qarşısının alınması məqsədi 
güdən müdafiə  tədbirləri, həmçinin xarici ixracatçılar tərəfindən qeyri-sağlam rəqabətin qarşısının alınmasına 
yönəlmiş digər tədbirlər mövcuddur.  
İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlər (QTM) - xarici malların daxili bazara nüfuz etməsinin 
qarşısını alan məhdudlaşdırma - qadağan xarakterli tədbirlər kompleksidir. Bu tədbirlərin məqsədi yalnız idxal 
edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi deyil, həm də milli sənayenin müdafiəsi, əhalinin həyat və 
sağlamlığının,  ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunmasıdır. Bundan başqa QTM ixrac 
əməliyyatlarında da istifadə edilir.  
Birbaşa və dolayısı yolla xarici ticarəti tənzimləyən tədbirlər, adətən, səkkiz qrupa bölünür: tarif, 
paratarif, qiymətlərə nəzarət, maliyyə, lisenziyalaşdırma, kəmiyyət nəzarəti, inhisarçı tədbirlər, texniki tədbirlər. 
ÜTT/QATT tövsiyələrinin yerinə yetirilməsi ilə  əlaqədar olaraq hal-hazırda Azərbaycanda bu tədbirlərin 
əksəriyyəti tətbiq edilmir. Lakin güman edilir ki, milli istehsalın inkişafı naminə  və ölkənin iqtisadi 
təhlükəsizliyinin təminatı ilə  əlaqədar olaraq onların istifadə dairəsi genişləndiriləcəkdir. Qeyri-tarif 
tənzimlənməsi sisteminin öyrənilməsi bu baxımdan məqsədə uyğundur.  
Qeyri-tarif tədbirlərinin rəngarəng olmasına baxmayaraq onları iki böyük qrupa bölmək olar: iqtisadi və 
inzibati tədbirlər.  
İqtisadi QTM-ə aşağıdakılar aiddir:  
- xüsusi növ rüsumlar;  
- müxtəlif vergi və yığımlar;  
- idxal depozitləri;  
- valyuta tənzimlənməsi tədbirləri.  
 
İnzibati QTM daha çoxcəhətlidir:  
- embarqo (qadağa);  
- lisenziyalaşdırma və kvotalaşdırma;  
- ixracın məhdudlaşdırılması;  
- (inhisarçı) tədbirlər;  
- proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi;  
- əlavə gömrük sənədləri və əməliyyatları.  
İqtisadi məhdudiyyətlər bazar mexanizmi vasitəsi ilə  təsir göstərərək idxal və ixrac mallarını 
bahalaşdırır, inzibati məhdudiyyətlər isə bazar münasibətlərindən başqa idxal mallarının daxil olmasını və ixrac 
mallarının xaricə çıxarılmasını məhdudlaşdırır.  
İqtisadi QTM tətbiq edildikdə istehlakçı öz seçimini özü müəyyən edir və daha bahalı idxal, yaxud ucuz 
milli mal alacağına qərar verir.  
İnzibati QTM tətbiq edildikdə dövlət faktik olaraq daxili bazarın əmtəə strukturunu müəyyən edir, yəni 
daxili bazarı həm idxalın təsirindən qoruyur, həm də çətin tapılan milli məhsulun çatışmazlığının qarşısını alır. 
Bu halda istehlakçı sərbəst əmtəə seçimindən məhrum olur. QTM əsas qruplarına bir az geniş nəzər salaq.  
A. Paratarif tədbirləri  
Paratarif tədbirləri gömrük sərhədindən keçirilən mallara tətbiq edilən elə ödəniş və yığımlara deyilir ki, 
gətirilən malın dəyərini gömrük rüsumundan əlavə olaraq artırır (ya müəyyən faiz, ya da mal vahidinə əmsal).  
Gömrük rüsumlarının və onunla bağlı olaraq fiskal gömrük gəlirlərinin aşağı düşməsi ilə dövlətin büdcə 
gəlirlərinin artırılmasında paratarif tədbirlərə meyl etməsi təbii olur. Ümumiyyətlə idxal olunan mallara sərhəd 
vergiqoymaları müxtəlif vergi və  yığımlar onların ödənilməsinin sadələşdirilməsi və idxalçı ölkənin maliyyə 

124 
 
qurumlarının maraqlarının təmin edilməsi məqsədilə bilavasitə gömrük orqanları tərəfindən tutulur. Bu vergi və 
yığımları, adətən, idxalçı ödəyir, lakin alqı-satqı müqaviləsi tərtib edilərkən tərəfdaşlar tərəfindən nəzərə alınır.  
Paratarif tədbirlərə aşağıdakılar daxildir:  
1) gömrük əlavələri - ticarət-siyasi məqsədlərlə, büdcənin doldurulması, yaxud milli istehsalın 
müdafiəsi üçün tətbiq edilən əlavə vergi və rüsumlar;  
2)  əlavə  yığımlar - daxili analoqu olmayan, idxal mallarından gömrük rüsum və vergilərindən 
artıq (əlavə) tutulan ödənişlər. Onlar xarici ticarətlə bağlı  fəaliyyətin müəyyən növlərinin 
maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bunlara, adətən, xarici valyutanın köçürülməsinə qoyulan 
vergi, idxal lisenziyası üçün yığım, liman yığımları, statistik vergi, nəqliyyat vasitələrinə vergi aid edilir;  
3) daxili (bərabərləşdirici) vergi və  yığımlar - milli mallardan idxal ölkəsində tutulan dolayı 
verigələrə ekvivalent olan vergi və yığımlar. Onlara ƏDV, aksiz, emissiya yığımları, məhsula görə vergi, 
sair inzibati yığımlar aid edilir. Bərabərləşdirici vergilərin və yığımların məqsədi xarici və milli eyni (və 
ya analoji) mallara bərabər vergi rejimi yaratmaqdır;  
4) diskretləşdirilmiş gömrük qiymətləndirilməsi - gömrük rüsum və  yığımlarının hesablanması 
üçün gömrük dəyərinin inzibati yolla müəyyən edilməsi praktikası.  
B. Qiymətlər üzərində nəzarət tədbirləri  
Qiymətlər üzərində  nəzarət tədbirləri daxili qiymətlərin stabilləşdirilməsi və ya səviyyəsinin 
saxlanılması  məqsədi ilə, həmçinin xarici rəqiblərin  əliəyri ticarət təcrübəsinin vura biləcəyi zərərin qarşısını 
almaq üçün tətbiq edilir.  
Belə tədbirlərə aşağıdakılar aiddir:  
1) qiymətlərin inzibati qaydada müəyyən edilməsi - idxalçı ölkənin hakimiyyət dairələri istehsalçı 
və istehlakçının daxili qiymətlərini nəzərə alaraq, qiymətlərin aşağı və yuxarı hüdudlarını müəyyən edir, 
yaxud bu qiymətləri dünya bazar qiymətləri ilə bağlayırlar. Rəsmi qiymətlərin müəyyən edilməsi, 
minimal idxal qiymətləri və ya idxalın baza qiymətləri üsulundan istifadə olunur.  
2) ixrac qiymətlərinin “könüllü” məhdudlaşdırılması - ixracatçının öz mallarının qiymətlərini 
müəyyən səviyyədən aşağı endirməməyi dəstəkləməyə razı olduğu məhdudlaşdırıcı bağlaşmalar;  
3) sürüşkən yığımlar - idxal edilən kənd təsərrüfatı və ərzaq mallarının idxal qiymətlərinin daxili 
qiymətlərlə eyni səviyyəyə gətirilməsi üçün nəzərdə tutulmuş əlavə ödənişlər.  
4) antidempinq tədbirlər - ixracatçıdan milli istehsalçılara vurulan zərərə görə kompensasiyanın 
tutulmasından ibarət olub, dempinq faktı  və ondan irəli gələn ziyan aşkar edildikdə idxalatçı ölkənin 
müvafiq orqanı  tərəfindən ixracatçının ticarət təcrübəsinin təhqiqatının yekunlarına görə  tətbiq edilir. 
Antidempinq rüsumlar özünü doğrultmayan aşağı qiymətlərlə mal göndərişinin başlanğıcı anından 
tutulur. Antidempinq ittihamlarının təşəbbüsçüləri kimi konkret məhsulun milli istehsalçıları çıxış edir.  
5) Kompensasiya tədbirləri - əgər idxal olunan mallar subsidiyalaşdırılırsa və belə 
subsidiyalaşdırılma milli istehsala zərər vurduğunu təhqiqat təsdiq edirsə, əlavə maliyyə ödənişləri tətbiq 
edilir. Kompensasiya tədbirləri kompensasiya idxal rüsumları  şəklində  də ola bilər.  Bundan başqa, çox 
zaman onlar qadağanedici hədlərə də çata bilir və hətta ixrac qiymətlərini artırmaqla da aşmaq olmur. 
 
 
C. Maliyyə tədbirləri  
Maliyyə tədbirlərinə - idxalçıların xarici valyutaya onlar üçün valyutanın qiymətlərinə, həmçinin ödəniş 
şərtlərinə müdaxiləsini tənzimləyən tədbirlər aid edilir. Bu tədbirlər idxalın dəyərini yüksəldə bilərlər. Bu 
kateqoriya QTM-ə aşağıdakılar aid edilir:  
1) idxalın dəyərinin, eləcə də idxal vergisinin qabaqcadan ödənilməsi. 
Buraya idxal depozitivlərinin,  əvəzi ödənilən depozitlərin açılması, nağd ödəniş  və gömrük 
rüsumlarının qabaqcadan ödənilməsi də daxildir;  
2) valyuta məzənnələri çoxluğu. 
Bu müxtəlif kateqoriyalı mallar üçün müxtəlif məzənnələrin müəyyən edildiyi dövlət 
tənzimlənməsi mexanizmidir. Rəsmi məzənnə, adətən, daha zəruri mallar üçün saxlanılır, digər mallar 
kommersiya məzənnəsi və ya xarici valyutanın hərraclar vasitəsi ilə alınması hesabına ödənilir.  
3) xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər.  
Ölkə daxilində valyuta əməliyyatları aparılmasına müxtəlif icazə, viza və s. (onların qadağan 
edilməsi də daxil olmaqla) alınmasını nəzərdə tutur.  
4) ödənişə müddətin müəyyən edilməsi, və ödənişinin növbəliliyi.  
Bu tədbirlərlə dövlət malların göndərildiyi tarixdən idxal hesablamalarının bitməsinə qədər yol verilən 
minimal müddətləri müəyyən edir. Bu müddətlər adətən istehlak malları və sənaye xammalı üçün 90, 180 və ya 
360 gün, investisiya malları üçün 2-5 il müəyyən edilir.  
Ç. Kəmiyyət nəzarəti tədbirləri  

125 
 
Kəmiyyət nəzarəti tədbirləri ilk növbədə idxal-ixrac əməliyyatlarının kvotalaşdırılması  və 
lisenziyalaşdırılması deməkdir. Kvotalaşdırma (fiziki həcm və  dəyər üzrə) və lisenziyalaşdırma (müəyyən 
malların göndərilməsi və ya gətirilməsinə, bəzən də müəyyən ölkələrə, yaxud onlardan ticarətinə xüsusi 
icazənin alınması) idxal və ixracın ənənvi qeyri-tarif tənzimlənməsi üsullarıdır. Onların məqsədi hər hansı malın 
idxal və ya ixracını ümumilikdə, yaxud hər hansı ölkəyə  məhdudlaşdırmaqdan ibarətdir. Bu tədbirlər, adətən, 
bir-biri ilə bağlıdır, çünki, lisenziyalaşdırma kvotanın fərdi idxalatçılara və ixracatçılara müəyyən həcm bitənə 
qədər lisenziya vermək yolu ilə bölüşdürülməsi mexanizmi kimi çıxış edir.  
Kəmiyyət nəzarəti tədbirləri vasitəsi ilə dövlət səviyyəsində iqtisadi, xarici ticarət və  hətta siyasi 
xarakterli məsələlər həll edilir: ölkə daxilində analoji rəqabət edən malların istehsalçı  və istehlakçısının 
müdafiəsi, daxili bazarın stabilliyinin dəstəklənməsi, valyuta ehtiyatlarına qənaət, digər ölkələrdən qarşılıqlı 
güzəştlərin əldə edilməsi və s.  
Bu qəbildən olan QTM daha geniş araşdırmağa çalışaq.  
1) Lisenziyalaşdırma - idxal və ixraca müvafiq hakimiyyət orqanlarının öz mülahizəsinə, yaxud 
hər hansı konkret meyarlara əsasən verdiyi xüsusi icazələrin (lisenziyaların) tətbiqidir. Beynəlxalq 
ticarətdə lisenziyalaşdırma rəngarəngliyi ilə seçilir. Lisenziyada idxal və ya ixracın həyata keçirilməsi 
qaydası da müəyyən edilə bilər. Lisenziyalaşdırma dünya təcrübəsində ticarətin arzuolunmaz həcmlərini 
müəyyən müddət ərzində məhdudlşdırıldığı zaman həyata keçirilən müvəqqəti tədbir kimi təfsir edilir.  
Xarici valyutadan səmərəli istifadə olunması zərurəti lisenziyalaşdırma üçün obyektiv əsas ola bilər. Bu 
yolla xarici ticarət və tədiyyə balanslarının tarazlanmasına nail olunur.  
Gömrük rüsumlarından istifadə edilmədikdə  və ya onların təsiri səmərəsiz olduqda lisenziyalaşdırma 
zərurəti meydana çıxır. Bu iş  həm qarşılıqlı güzəşt  əldə edilməsi, həm də diskriminasiya məqsədi ilə görülə 
bilər. Onu da qeyd etmək lazımdır ki, lisenziyalaşdırma müvəqqəti tədbir hesab edildiyindən  əvvəllər 
bağlanılmış dövlətlərarası ticarət sazişlərinə yenidən baxılmasını nəzərdə tutmur.  
2) Kvotalaşdırma - (“kvota” latınca “guot” sözündən götürülüb, mənası “nə qədər” deməkdir) fərdi, 
tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsi ilə idxalına icazə verilmiş malların fiziki həcm və 
ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir.  
Fərdi kvotalar - idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə 
paylaşdırılmasını nəzərdə tutur. Tərtibat formasına görə belə kvotaları iki növə ayırırlar:  
Mütənasib kvotalar bütün kvotalar çərçivəsində keçən dövr (baza) ərzində idxalda hər ölkənin payına 
görə  təyin olunur, ikitərəfli kvotalar bir tərəfin  əks tərəfə ticarət-siyasi öhdəliklərinin qarşılığı olaraq verilir 
(bəzən ikitərəfli saziş bağlanır), seçmə kvotalar hər hansı bir ölkə və ya ölkələr qrupundan alınan malların digər 
regionlardan alınanlara nisbətən məhdudlaşdırılması məqsədi ilə verilir.  
Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmdə idxala icazə verir. Bu 
həcmdən artıq idxal üçün daha az əlverişli rejim (idxalın faktiki qadağanına qədər) tətbiq edilir.  
Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə (ən çox 
kənd təsərrüfatı  məhsulları üçün) tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan 
məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır.  
Qlobal kvotalar hər hansı malın müəyyən müddət  ərzində  və malgöndərən ölkələr arasında 
bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək 
azadlığı verir. 
Faiz kvotaları bəzi hallarda idxal kvotaları ixracın həcmindən faiz nisbətindən müəyyən edilir. Kvotalar, 
həmçinin, milli istehsalı stimullaşdırmaq məqsədi ilə bir malın daxili bazarda tədarük həcmindən faizlə  də 
hesablana bilər.  
İdxalı səhiyyə, təhlükəsizlik, ətraf mühitin qorunması mülahizələrinə görə idxalı nəzarətdə olan mallara 
da belə kvotalar müəyyən edilə bilər.  
3) müəyyən bir malın idxalınının qadağa edilməsi tamamilə  və istisna olmadan da tətbiq edilə 
bilər. Müvəqqəti və mövsümi qadağanlar qoyulması da mümkündür.  
Lisenziya verilməsinə imtina edilməsi (adətən, tədiyyə balansı mülahizələrinə görə) idxala faktiki 
qadağan kimi qiymətləndirilə  bilər. Bəzi hallarda ölkənin ticarət balansında böyük kəsiri olduğu dövlətlərdən 
idxala qadağa tətbiq edilə bilər.  
Müəyyən bir ölkədən idxal və ixraca (ümumilikdə xarici ticarətə) qadağa qoyula bilər ki, buna da 
embarqo deyilir. Bu hal məcburi tədbir olub beynəlxalq təcrübədə  qəbul edilmişdir, prinsipial xüsusiyyətlərə 
malik olub açıq və gizli (örtülü) formalarda edilə bilər. Belə qadağanın açıq forması adətən BMT-nin qərarlarına 
əsaslanır və xarici ticarətin tamamilə  kəsilməsini nəzərdə tutur. Məsələn, BMT tərəfindən  İraqa qoyulan 
embarqo. 
Örtülü qadağanlara xarici gəmilərin daxili sulara buraxılmaması və ya ayrı-ayrı idxal mallarının ölkənin 
pərakəndə satış şəbəkəsinə buraxılmasını aid etmək olar.  

126 
 
4)  İxracın məhdudlaşdırılması barədə sazişlər qarşılıqlı razılığın (kompromis) nəticəsi olub, 
ixracatçının ixrac həcmini “könüllü olaraq” idxalatçının məcburi tədbirlərini gözləmədən məhdudlaşdırmaq 
barədə razılığıdır.  
Belə sazişlər həm dövlətlər səviyyəsində, həm də ayrı-ayrı istehsal sahələri səviyyəsində bağlana bilər. 
Bu tipli sazişlər həm ikitərəfli, həm də çoxtərəfli sazişlər ola bilər.  
D. Monopolist (inhisarçı) tədbirlər  
Monopolist tədbirlər dedikdə  təsərrüfat subyektlərinin müəyyən qrupuna müstəsna hüquqlar verən 
tədbirlər nəzərdə tutulur. Monopoliya, adətən, idxalın ixraca münasibətini nəzarətdə saxlamaq hesabına tədiyyə 
balansının tarazlığa gətirilməsi problemini həll edir. Belə tədbirlərin başlıca növləri aşağıdakılardır:  
1) müəyyən malların idxalına dövlət inhisarı;  
2) milli müəssisələrin xidmətindən məcburi istifadə.  
Dövlət inhisarının bariz nümunələrinə  İkinci Dünya müharibəsindən  əvvəlki Almaniyanı  və keçmiş 
Sovetlər İttifaqını göstərmək olar.  
E) Texniki tədbirlər 
Malın keyfiyyətinin, təhlükəsizliyinin, yaxud inzibati şərait, terminologiya, simvollar, sınaq və  sınaq 
üsulları, qablaşdırmaya olan tələblər, markalanma da daxil olmaqla xüsusiyyətlərinin nəzarətinə əsaslanan QTM 
tədbirlərinə texniki tədbirlər deyilir.  
Texniki tədbirlərin aşağıdakı növləri var:  
1. Texniki tənzimləmə, yəni məhsula bilavasitə  və ya dolayı yolla texniki tələblər müəyyən 
edilməsi. Belə tədbirlər aşağıdakılardır: məqsədi insan və heyvanların həyat və sağlamlığının qorunması 
olan sanitariya tənzimlənməsi; bitkilərin qorunmasına yönəlmiş fitosanitar tənzimlənməsi; ətraf mühitin 
və təbiətin qorunması; insanların təhlükəsizliyi; milli təhlükəsizlik tədbirləri.  
Bu tədbirlər müvafiq təlimatlar hazırlanmaqla həyata keçirilir. Təlimatlar gömrük orqanlarının nəzarət 
fəaliyyətini reqlamentləşdirir.  
Hazırkı şəraitdə texniki tənzimlənmənin bir neçə növü var:  
a)  ətraf mühiti çirkləndirən xammal və materialların idxalının qadağan edilməsi, yaxud 
məhdudlaşdırılması;  
b) hazır məhsullara - istismarı atmosferin və havanın çirklənməsinə  gətirib çıxaran sənaye 
avadanlıqlarına, nəqliyyat vasitələrinə  və s. münasibətdə proteksionist tədbirlərdən istifadə edilməsi. 
Məsələn, 1992-ci il ildən Qərbi Avropada təyyarə və yük nəqliyyatı üçün səs-küyün yol verilən səviyyəsi 
və yanmış mühərrik qazlarının tərkibi üzrə  sərt normalar müəyyən edilmişdir. Bundan başqa neftin 
sızmasının  qarşısının alınması  məqsədilə neftdaşıyan  tankerlərin ikiqat dib (döşəmə) və yükləmə 
boşaltma qurğuları ilə təchiz edilməsi tələbi də bu qəbildəndir.  
v) istehlakçının maraqlarını malın nöqsanından və istifadə zamanı mümkün olan ziyandan 
qorumaqla malın keyfiyyətinə olan tələblər. Bunlar ilk növbədə  məişət elektrotexnikası, tibb 
preparatları, yeyinti məhsulları, uşaq malları və sairələrinə aiddir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

127 
 
Mövzu 14.  
Gömrük statistikası və Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası (XİF MN) 
 
Statistika əhatə dairəsinə görə ümumi nəzəri, riyazi və xüsusi statistika kimi sahələri birləşdirir. Gömrük 
işlərində əsasən sonuncudan istifadə olunur.  
Ali dövlət hakimiyyət orqanlarını xarici iqtisadi fəaliyyət barədə  məlumatlarla təmin etmək, valyuta 
nəzarəti, gömrük ödənişlərinin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi, Azərbaycanın xarici ticarətinin 
vəziyyəti və inkişafının təhlili məqsədi ilə gömrük orqanları malların gömrük sərhədindən keçirilməsi barədə 
məlumatları toplayır, sistemləşdirir və gömrük statistikası aparır.  
Göründüyü kimi, xarici iqtisadi fəaliyyətin statistikası deyiləndə mal və xidmətləri hesabatı (idxal və 
ixrac üzrə), habelə onlarla bağlı əməliyyatlar nəzərdə tutulur.  
Xarici ticarətin gömrük statistikası ölkənin xarici ticarət dövriyyəsini öyrənir, daha doğrusu, idxal və 
ixrac olunan malların sayını, dəyərini, habelə onların coğrafi istiqamətinin (“ölkə-mal”, “mal-ölkə” kəsimində) 
hesabatını aparır.  
Xarici ticarətin gömrük statistikasında ixrac (eksport) dedikdə ölkədən çıxarılan bütün növ xammal, 
yarımfabrikat və hazır məhsullar, idxal (import) dedikdə isə ölkəyə gətirilən bütün mallar başa düşülür.  
Bunlardan başqa, xarici ticarətin gömrük statistikasında ödəniş vasitəsi kimi buraxılmayan qızıl, gümüş 
və digər qiymətli metalların ixracı (idxalı), dövriyyədə olmayan qiymətli kağız, banknot və sikkələrin ixracı 
(idxalı), BMT və digər təşkilatların birdəfəlik yardımların, xarici gəmi, təyyarə  və avtomobillərinə satılmış 
yanacaq,  ərzaq və materialların, habelə bir il və daha uzun müddətə icarəyə verilmiş malların idxal (ixrac) 
zamanı tam dəyərinin hesablanmasının hesabatını da aparır.  
Azərbaycan Respublikasında idxal və ixrac əməliyyatlarının statistikası Yük Gömrük Bəyannaməsi 
(YGB) əsasında aparılır.  
Xüsusi gömrük statistikası aşağıdakı sahələr üzrə aparılır:  
1) Bəyannamə statistikası-gömrük rejimi növləri üzrə malların idxal və ixracının hesabatı;  
2) Gömrük ödənişlərinin statistikası-gömrük rəsmiləşdirilməsi yığımları, idxal gömrük rüsumları, 
əlavə dəyər vergisi, aksizlər, gömrük yığımları;  
3) Valyuta nəzarətinin statistikası-ixrac olunan malların miqdarı və dəyəri, valyuta qazanclarının 
miqdarı və vaxtında daxil olması;  
4) Ölkə mülkiyyətinə yönəldilmiş malların statistikası-qaçaqmalçılıq və xarici ticarət dövriyyəsi 
qaydalarının pozulması nəticəsində müsadirə olunan malların dəyəri, qoyulmuş cərimələrin miqdarı;  
5) Beynəlxalq poçt göndərişlərinin statistikası-Azərbaycan Respublikasına gətirilən və 
Azərbaycan Respublikasından aparılan poçt göndərişləri;  
6) Beynəlxalq daşımaların statistikası-Azərbaycan Respublikasından gedən və Azərbaycan 
Respublikasına gələn nəqliyyat vasitələrinin hesabatı;  
7) Sərnişin dövriyyəsinin statistikası-Azərbaycan Respublikasının sərhədini keçən fiziki şəxslərin 
hesabatı. 
Xarici iqtisadi fəaliyyət xidmətləri öz xüsusiyyətlərinə görə gömrük nəzarətindən keçməyən və gömrük 
yük bəyannaməsində öz əksini tapa bilməyən, lakin xarici ticarət əməliyyatı sayılan xidmətlərdir.  
Xidmət ticarəti material və qeyri-material kimi iki qrupa bölünür.  
İdxal (ixrac) material xidmətləri özündə aşağıdakıları birləşdirir:  
- nəqliyyat xidməti (gəmi qoşqusu, yük və  sərnişin daşınması üçün ödənən xarici valyutanın 
miqdarı);  
- layihə-axtarış işləri;  
- tikinti və quraşdırma işləri;  
- saxlanc təsərrüfatı xidmətləri;  
- rabitə xidmətləri;  
- xarici nəqliyyat vasitələrinin, avadanlıqlarının, cihaz və s. təmiri (həm ölkə daxilində, həm də 
xarici ölkələrdə)  
- poliqrafiya işləri və s.  
İdxal (ixrac) qeyri-material xidmətləri isə özündə:  
- kommersiya xidmətlərini (maliyyə vasitəçiliyi, sığorta, maşın, avadanlıq, nəqliyyat və binaların 
icarəsi, elmi-tədqiqat, reklam, hüquqi xidmət və s.);  
- təhsil sahəsindəki;  
- səhiyyə sahəsindəki;  
- tullantıların kənarlaşdırılması və sanitariya xidmətlərini;  
- istirahət, turizm, mədəniyyət və idman tədbirlərinin təşkili üzrə xidmətləri birləşdirir.  
Gömrük statistikasının formalaşması üçün statistik informasiyanın əsas mənbələri aşağıdakılardır:  

128 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin