Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir


Qısa bəyannamədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

 Qısa bəyannamədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:  
- mal göndərən şəxs, mal göndərən ölkə;  
- malı alan şəxs, təyinat ölkəsi;  
- daşıyıcı;  
- nəqliyyat vasitəsi barədə məlumat;  
- nəqliyyat sənədlərinin nömrələri;  
- malın adı;  
- yerlərin sayı;  
- brutto çəkisi;  
- plomblar və digər eyniləşdirmə vasitələri;  
- digər məlumatlar.  
Əgər gömrük daşıyıcısı  tərəfindən qısa bəyannamə vermək üçün səlahiyyətli  şəxs müəyyən 
edilməmişsə, yaxud gəlməmişsə, gömrük məqsədləri üçün belə şəxs gəmi kapitanı, sürücü ola bilər.  
Gömrük Məcəlləsi gömrük orqanlarının icazəsi ilə  qısa bəyannamə kimi, nəqliyyat, kommersiya və 
digər sənədlərin istifadə edilməsinə yol verir, bu şərtlə ki, bu sənədlər qısa bəyannamədə  tələb olunan 
məlumatları özündə əks etdirmiş olsun.  
Gömrük rəsmiləşdirilməsi zamanı qısa bəyannamə kimi əmtəə və nəqliyyat sənədləri istifadə olunur. Bu 
sənədlər, bir qayda olaraq göndərilmə məntəqəsindən təyinat məntəqəsinədək yükü müşayiət edir və ona görə də 
mal müşayiət sənədləri adlanır.  
Əmtəə  sənədləri malın dəyər, keyfiyyət və miqdar xassələri barədə  məlumatı  əks etdirir. İlk növbədə 
müvəqqəti saxlanc anbarı  və gömrük rejimlərinin bir növü olan gömrük anbarı  məfhumlarını bir-birindən 
ayırmaq lazımdır. Gömrük anbarı rejimində gətirilən mallar gömrük nəzarəti altında gömrük rüsum və vergiləri 
tutulmadan və iqtisadi siyasət tədbirləri tətbiq edilmədən 3 il müddətində saxlanıla bilər. 
Mallar müvəqqəti saxlanc anbarına isə  bəyannamə verilməsi və gömrük rejimi seçilməsinə hazırlıq 
ərəfəsində yerləşdirilir. Müvəqqəti saxlanc anbarı elə bir yerdir ki, mallar gömrük orqanına təqdim edildiyi 
andan, müəyyən gömrük rejiminin seçilib, onların buraxılmasına qədər gömrük nəzarəti altında yerləşdirilir. 
Beləliklə elə hal ola bilər ki, mal müvəqqəti saxlanc anbarından gömrük anbarına göndərilsin və gömrük 
anbarlaşdırılması rejimində saxlanılması davam etsin. 
“Mal və  əşyaların gömrük nəzarəti altında müvəqqəti saxlanma rejimində yerləşdirilməsinin 
texnoloji sxemi” DGK tərəfindən 14 aprel 1995-ci il tarixli əmrlə təsdiq edilmiş 22.01. 98-ci il tarixli 035 saylı 
əmrlə dəqiqləşdirilmişdir. 
 
8.1.4. Müvəqqəti saxlanc anbarı  
 
Müvəqqəti saxlanc anbarında malların və  nəqliyyat vasitələrinin saxlanmasının ümumi müddəti iki 
aydan, Gömrük Məcəlləsində nəzərdə tutulan digər müddətlər üçün isə həmin müddətlərdən artıq olmamalıdır. 
Dövlət Gömrük Komitəsi malların ayrı-ayrı kateqoriyaları üçün daha qısa saxlanc müddətinin son həddini 
müəyyən edə bilər. Tez xarab olan malların, canlı heyvanların, bitkilərin və  həmçinin Azərbaycan 

76 
 
Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan edilən malların saxlancı üçün Dövlət Gömrük 
Komitəsi tərəfindən minimum vaxt təyin edilir (məsələn, üç günə qədər). 
Müvəqqəti saxlanc gömrük rəsmiləşdirilməsi prosedurası üçün məcburi mərhələ sayılmır.  Əgər xarici 
ticarət yükü gömrük orqanına təqdim edildiyi gün, gömrük rəsmiləşdirilməsi bitirilirsə müvəqqəti saxlanc 
əməliyyatına ehtiyac qalmır. 
Bütün digər hallarda yük avtomatik olaraq müvəqqəti saxlanca verilmiş mal statusu alır və bir sutka 
ərzində gömrük orqanının icazəsi ilə anbara yerləşdirilir. Bu zaman mühüm məsələlərdən biri də odur ki, 
malların müvəqqəti saxlanca verilməsi, qabaqcadan baytarlıq, fitosanitar, ekoloji və digər dövlət nəzarət 
tədbirlərinin həyata keçirilməsindən asılı olmur. 
Müvəqqəti saxlanc daxil olan yüklərin uçotunun aparılmasını  nəzərdə tutur. Bu məqsədlə  dşıyıcı 
malların gəldiyi barədə gömrük orqanlarına xəbər verdikdən iki gündən gec olmayaraq nəqliyyat, mal-müşayiət 
və digər kommersiya sənədlərini təqdim etməlidir ki, mal və nəqliyyat vasitələrini identifikasiya etmək mümkün 
olsun. Əgər bu müddət ərzində sənədlər təqdim edilə bilmirsə, qısa bəyannamə verilir. 
Müvəqqəti saxlanca yüklərin yalnız məxsusi müvəqqəti saxlanc üçün məqbul olan tikililərə (yerlərə) 
yerləşdirilməsi şərti ilə yol verilir. Qanunvericiliyə riayət olunmasını təmin etmək üçün müvafiq maddi-texniki 
baza yaradılmalıdır. Bu məqsədlə, xarici ticarət yüklərinin daşındığı hava və  dəniz limanlarında, yük 
həyətlərində, stansiya meydanlarında, həmçinin beynəlxalq avtomobil yollarının keçdiyi sərhəd buraxılış 
məntəqələrində müvəqqəti saxlanc anbarlarının açılmasının məcburi qaydaları müəyyən edilir. 
 
8.1.5. Gömrük brokeri  
 
Bazar iqtisadiyyatına keçid dövrünün müasir mərhələsində peşəkar vasitəçilik fəaliyyəti ilə məşğul olan 
fiziki və hüquqi şəxslərin maraq göstərdiyi sahələrdən biri də gömrük işi sahəsində özünəməxsus yer tutan 
gömrük brokeri peşəsidir. Mövcud qanunvericiliyə uyğun olaraq yaradılmış  və DGK-dan icazə almış hüquqi 
şəxslər gömrük brokeri ola bilərlər.  
Gömrük brokeri ilə onun təmsil etdiyi şəxs arasındakı qarşılıqlı münasibətlər, notarius tərəfindən 
təsdiq edilmiş müqavilə ilə tənzimlənir. Belə müqavilələr ikitərəfli olub, konsensual müqavilə növünə aid 
edilir və ödənc xarakterlidir.  
Broker  xidməti üzrə müqaviləyə görə gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığı və onun hesabına öz 
adından gömrük rəsmiləşdirilməsi üzrə istənilən əməliyyatı  və digər vasitəçilik əməliyyatları apara bilər.  
Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi əməliyyatları zamanı, o malların əsil sahibi qədər onun 
vəzifələrini yerinə yetirir və məsuliyyət daşıyır.  
Nəzərə alaq ki, gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığını yerinə yetirərkən təmsilçinin deyil, öz 
adından çıxış edir, bu halda broker xidməti göstərilməsi barədə müqavilədən doğan üç növ hüquqi 
münasibətlərin şahidi olmuş oluruq: 
1) gömrük brokeri ilə təmsil etdiyi şəxs arasında; 
2) gömrük brokeri ilə üçüncü şəxslər arasında; 
3) təmsil olunan şəxslə üçüncü şəxslər arasında (məsələn, broker icazəsinin fəaliyyəti dayandırıldıqda). 
Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin 02.09.2002-ci il tarixli 782 saylı  Fərmanının 
icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 07.XI.2002-ci il tarixli 173 saylı 
qərarı ilə “Gömrük brokeri haqqında  əsasnamənin və Azərbaycan Respublikasında gömrük brokeri 
fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
1998-ci il 1 may tarixli 101 saylı  qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasında gömrük 
brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” sözləri çıxarılmışdır.  
Gömrük orqanları, brokerin vəzifəsindən sui-istifadə etdiyini güman etməyə kifayət qədər əsas olduqda, 
icazənin fəaliyyətini üç ay müddətinə dayandıra bilər. 
Dövlət Gömrük Komitəsi gömrük brokerinin reyestrini aparır və bu reyestrin nəşrini təmin edir. 
 
8.1.6. Gömrük daşıyıcısı  
 
Gömrük daşıyıcısı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq yaradılan, Dövlət 
Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti altındakı yüklərin daşınması üçün icazə verilmiş hüqüqi 
şəxsdir. Qeyd etmək lazımdır ki, o malları gömrük müşayiəti olmadan və gömrük ödənişləri ödənmədən daşıyır. 
Gömrük daşıyıcısından istifadə həm könüllü, həm də məcburi ola bilər. Gömrük daşıyıcısından könüllü 
istifadə o zaman olur ki, marağı olan şəxs gömrük daşıyıcısının xidmətindən gömrük orqanını xəbərdar etməklə 
şəxsi təşəbbüsü əsasında istifadə etsin. 
Gömrük orqanının vəzifəli  şəxsi daşınan malların xarakteri və statusu barədə  məlumata  əsaslanaraq, 
gömrük qanunvericiliyinin pozulmasının mümkünlüyünü güman etdikdə, daşınmanın spesifikasını nəzərə alaraq 

77 
 
gömrük rəsmiləşdirilməsi mərhələsində  həmin malların gömrük daşıyıcısı  tərəfindən daşınması barədə  qərar 
qəbul edə bilər. Belə daşınma məcburi xarakter daşıyır, çünki mal üzərində sərancam vermək hüququ olan şəxs 
gömrük orqanının qəbul etdiyi qərara etinasız qala bilməz. 
Gömrük orqanının gömrük daşıyıcısından istifadə edilməsi barədə  qərarı  həm daşıyıcı, həm 
malgöndərən və malalan, həm də gömrük daşıyıcısının özü üçün məcburidir.Belə  qərar adi daşıyıcının, mal 
göndərən və malalanın tərəfindən gömrük daşıyıcısının istifadəsi ilə meydana çıxmış xərclərin ödənməsi üçün 
əsas ola bilər. 
Aşağıdakı mallar barədə gömrük orqanı, hətta gömrük ödənişləri ödənməsinin təminatı olduqda 
belə,gömrük daşıyıcısından istifadə edilməsi üçün qərar verə bilər: 
a) Azərbaycan Respublikasının  ərazisinə  gətirilməsi və ölkədən çıxarılması qadağan olunmuş 
mallar”  
b)  İcazə alınmalı, sertifikatlaşdırılmalı  və digər orqanların nəzarətinə  cəlb edilməli (əgər belə 
nəzarət həyata keçirilməmişsə) mallar.  
BYD kitabçaları tətbiq edilməklə və gömrük müşayəti ilə yük daşınması zamanı gömrük daşıyıcısından 
istifadə edilməsi məcburiyyəti tətbiq edilmir. 
Gömrük daşıyıcısına tələbləri, texniki və maliyyə tələbləri olmaqla iki qrupa bölmək olar: 
1) Gömrük daşıyıcısı ödəmə qabiliyyətli olmalıdır. onun maliyyə imkanları  tələb olunan bütün 
gömrük ödənişlərinin təxirəsalınmadan ödəniləcəyinə zəmanət verməlidir;  
 2) Gömrük daşıyıcısı öz fəaliyyətini sığortalamaq üçün müvafiq müqavilə bağlamalıdır. 
Texniki tələblərə  gəlincə, gömrük daşıyıcısının nəqliyyat vasitələri gömrük orqanları  tərəfindən 
müəyyən edilmiş “Gömrük möhür və plombları altında malların daşınması üçün nəqliyyat vasitələrinin təchiz 
edilməsi və onların yük daşınmasına buraxılması qaydalarına” uyğun olmalıdır. 
Malgöndərən və gömrük daşıyıcısı arasındakı münasibətlər müqavilə  əsasında qurulur. Bağlanmış 
müqavilədə digər müddəalarla bərabər, gömrük nəzarəti altında malların daşınması ilə bağlı gömrük 
daşıyıcısının xərclərinin ödənilməsi də  tənzimlənir. Müqavilə ilə  təsbit edilmiş hüquq və  vəzifələrdən başqa 
gömrük daşıyıcısı aşağıdakı öhdəlikləri də yerinə yetirməlidir: 
1) malları təyinat gömrükxanasına onların tarası və ya mövcud halı dəyişilmədən çatdırmalı; 
2) gömrük orqanları tərəfindən müəyyən edilmiş çatdırılma müddətlərinə və hərəkət marşrutuna 
riayət etməli; 
3) malları və sənədləri təyinat gömrükxanasına yetirməli, lazım gəldikdə təqdim etməli; 
4) gömrük nəzarəti altında olan mallarla birgə digər malları daşımamalı; 
5) gömrük nəzarəti altındakı daşımaların uçotunu aparmalı, gömrük orqanlarına müvafiq 
hesabat verməli; 
6) mal göndərəndən alınmış kommersiya, bank, qanunla qorunan digər sirləri açıqlamamalı; 
7) malları təyinat gömrükxanasına çatdırdıqdan sonra, onları nəzarətsiz qoymamalı, dayanacaq 
yerini dəyişdirməməli, malları boşaltmamalı  və başqa nəqliyyat növünə yükləməməli, qablaşdırılmanı 
pozmamalı, gömrük eyniləşdirmə vasitələrini qoparmamalı, yaxud məhv etməməlidir.  
Bu öhdəliklərin pozulmasına görə o zaman məsuliyyət müəyyən olunmur ki, gömrük daşıyıcısı 
nəqliyyat vasitəsi ekipajının həyatı və sağlamlığı üçün,həmçinin mal və nəqliyyat vasitəsinin məhv edilməsinə 
görə real təhlükə yarandığını sübut etmiş olsun. 
 
8.1.7. Bəyanetmə  
 
Gömrük qanunvericiliyində  bəyanetmə dedikdə, gömrük rəsmiləşdirilməsi icraatı  və gömrük 
nəzarətinin həyata keçirilməsi məqsədləri ilə mal və  nəqliyyat vasitələri barədə  səhih məlumatların 
müəyyən edilmiş (şifahi, yazılı, digər) formada gömrük orqanlarına elan edilməsi başa düşülür.  
Bir qayda olaraq bəyanetmə aşağıdakı əsas hallarda tələb olunur:  
1) mal və nəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə;  
2) malların yerləşdirildiyi gömrük rejimi bu və ya digər səbəbdən Gömrük Məcəlləsinə müvafiq 
olaraq dəyişdirildikdə;  
3) Azərbaycan Respublikası Qanunvericiliyi ilə  nəzərdə tutulmuş digər hallarda (məsələn, 
rüsumsuz ticarət mağazası, yaxud sərbəst anbar rejimi altında yerləşdirilmiş mallar, verilmiş icazə geri 
alındıqda, yaxud ləğv edildikdə yenidən bəyan edilməlidir. 
Mal və nəqliyyat vasitələrinin bəyan edilməsinin nəticələri gömrük orqanının vəzifəli şəxsləri tərəfindən 
aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:  
- hüquq-mühafizə (qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə);  
- vergi; 
- xarici iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi (kvotalaşdırma, lisenziyalaşdırma);  

78 
 
- gömrük sərhəddində digər dövlət nəzarəti növlərinin təşkili (baytarlıq, fitosanitar, ekoloji və s.);  
- xarici ticarət statistikasının aparılması və s.  
Bəyanetmə gömrük-tarif tənzimləməsi mexanizmi üçün birinci dərəcəli  əhəmiyyət kəsb edir. İlkin 
gömrük - tarif münasibətlərində (mal və  nəqliyyat vasitələri bilavasitə gömrük sərhəddindən keçirilərkən) 
vergilərin və gömrük rüsumlarının ödənilməsi ilə bağlı öhdəliklər gömrük orqanının vəzifəli  şəxsi tərəfindən 
gömrük bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır. 
Gömrük bəyanetməsi prinsipini açıqlarkən qeyd etmək lazımdır ki, gömrük qanunvericiliyi gömrük 
rüsum və vergilərinin ödənilməsi öhdəliyini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətindən keçirilən mal və 
nəqliyyat vasitələri barədə məlumatı özündə cəmləşdirən hər hansı sənədin deyil, yalnız xarici ticarət göndərişi 
barədə son məlumatları özündə  əks etdirən gömrük bəyannaməsinin təqdim edilməsidir. Çünki deklarant 
bəyannamədə göstərilən məlumatların dəqiqliyinə görə mövcud qanunvericiliklə məsuliyyət daşıyır.  
Gömrük bəyanetmə prinsipi o deməkdir ki, ödənilməsi lazım olan gömrük ödənişlərinin hesablanması 
üçün lazım olan məlumatları  və malları gömrük sərhədindən keçirən  şəxsin özü və ya gömrük brokeri 
verməlidir.  
Bəyanetmədən istifadə gömrük orqanlarına mal və  nəqliyyat vasitələrinə seçmə  nəzarət tətbiq etməyə 
imkan verir və çox mürəkkəb rəsmiləşdirilmə  və  nəzarət prosesini sadələşdirir.  Əks halda mallar 
gömrükxanalarda yığılıb qalmış olar və iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən xarici ticarət 
mübadiləsinə ləngedici, neqativ təsir göstərilmiş olardı. 
Gömrük bəyanetmə prinsipinə alternativ kimi gömrük rüsumları miqdarının, mal və  nəqliyyat 
vasitələrinin keyfiyyət və  kəmiyyət xarakteristikalarının müəyyən edilməsinin inzibati üsulundan da istifadə 
edilə bilər. Lakin bu zaman gömrük orqanları deklarantın bəyan etdiyi məlumatları gömrük nəzarətinin 
nəticələri ilə müqayisə etmək imkanından məhrum olar, bu da gömrük nəzarətinin səmərəliliyinin azalmasına 
gətirib çıxarardı. Bundan başqa gömrük bəyannaməsindən istifadə edilməməsi meydana çıxan mübahisəli 
məsələlərin həllini çətinləşdirər, məhkəmə  və inzibati araşdırma hallarının çoxalmasına səbəb olardı. 
Məhkəmədə  əsas sübut rolunu oynayan yazılı  bəyannamə olmadan belə mübahisələrin həlli çox çətin, hətta 
qeyri-mümkün olardı. 
 
8.1.8. Bəyanetmə formaları  
 
Bəyanetmənin forma və qaydaları Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir. Əsas bəyanetmə 
formaları yazılı və şifahi formalar olaraq qəbul edilir. Qanunvericilik digər bəyanetmə formalarına da yol verir - 
bunlar məlumatların elektron ötürülməsi və konklydent hərəkətlər (konklydent hərəkət - şəxsin nə etmək 
istədiyini bildirən səssiz hərəkətlərə deyilir) hesab olunur. Müasir gömrük təcrübəsi konklydent hərəkətlər 
vasitəsi ilə bəyanetmədən beyənxalq hava limanlarında “yaşıl” və “qırmızı” dəhlizlər metodu tətbiq edilməklə 
istifadə olunmasını məqbul sayır.  
Sərnişin yazılı  bəyannamə  təqdim etmədən, “yaşıl dəhliz” seçmə faktının özü ilə  gətirilməsi, yaxud 
aparılması qadağan edilmiş, həmçinin, vergitutma obyekti olan mallara bu anda sahib olmadığını elan etmiş 
olur.  
Bir qayda olaraq sərnişinin  əl yükü və  şəxsi baqajının gömrük rəsmiləşdirilməsi zamanı  bəyannamə 
tətbiq edilir.  
 
8.1.9. Yük gömrük bəyannamələrinin doldurulması qaydaları 
  
Bu qaydalar malların ixrac və  sərbəst dövriyyə üçün buraxılış gömrük rejimləri üzrə yük gömrük 
bəyannaməsinin doldurulma qaydalarını müəyyən edir. Qaydalar Dövlət Gömrük Komitəsi sədrinin 
17.06.1998-ci il tarixli 027 saylı əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 
23.06.1998-ci ildə qeydə alınmışdır (Qeydiyyat N 110).  
YGB dəsti dörd dəstləşdirilmiş  əsas vərəqədən, bu qaydalarda nəzərdə tutulan hallarda isə  əlavə 
vərəqələrdən ibarətdir. Barter əməliyyatlarının rəsmiləşdirilməsi zamanı YGB dəsti beş nüsxədən ibarət 
olmalıdır.  
Qrafaların adlarının rus dilində yazıldığı, həmçinin informasiya şəbəkəsi xaricində  əlavə qeydlərin 
olduğu blanklardan da istifadə olunmasına yol verilir.  
YGB-nin əsas vərəqi eyni bir gömrük rejimi tətbiq olunan eyniadlı mallar (XİF MN üzrə mal mövqeyi 
9-cu işarə səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları göstərmək üçün istifadə olunur.  
Bir neçə adda olan malların bəyan olunması zamanı  əsas YGB-nin ayrılmaz hissəsi olan əlavə 
vərəqələrdən istifadə edilir. Əlavə vərəqələrin hər biri üç adda malı bəyan etməyə imkan verir.  
Bir YGB-də 100-ə  qədər adda olan mallar barəsində (eyni zamanda əsas vərəqə 33-dən artıq vərəqə 
əlavə oluna bəlməz) məlumat bəyan oluna bilər.  Əlavə  vərəqələrin doldurma qaydaları,  əlavə  vərəqdə 

79 
 
bəyannaməçi tərəfindən doldurulmayan A qrafası istisna olmaqla, YGB-nin əsas vərəqələrinin uyğun 
qrafalarının doldurulması qaydaları kimidir.  
YGB-də pozub-düzəltmə  və qaralama olmamalıdır. Düzəlişlər yanlış  məlumatların üzərindən xətt 
çəkilməklə, düzgün məlumatları yazı makinası və ya əl ilə yazmaqla edilir.  
YGB (Gömrük İttifaqının üzvü olan ölkələr üçün) kompüterdə  və ya yazı makinasında Azərbaycan 
dilində (bəzi hallarda rus dilində) doldurulur. Ayrı-ayrı hallarda əgər dəyər göstəriciləri (faktura və gömrük 
dəyəri) 9 işarədən çox ədədlə ifadə edilərsə, onları əl ilə doldurmaq olar.  
Keyfiyyətsiz  şəkildə doldurulmuş YGB-lərə gömrük orqanları  tərəfindən gömrük bəyannaməsi kimi 
baxılmır.  
YGB-nin hər hansı bir qrafasındakı  mətn məlumatı,  əvvəl doldurulmuş qrafanın mətn məlumatının 
təkrarı olarsa, bu halda həmin qrafada əvvəl doldurulmuş qrafaya – “bax, qrafa N” şəkildə istinad edilir.  
Kodlara münasibətdə belə istinadlar edilə bilməz. YGB-nin hər hansı qrafasında lazımi məlumatların 
bəyan edilməsi üçün (müəssisənin adı, vaqonun, konteynerin nömrəsi və s.) yer olmadıqda, bu məlumatların 
bəyannamənin arxa tərəfindən yazılmasına icazə verilir. Bu yazı bəyannaməçinin imzası və möhürü ilə təsdiq 
olunur.  
Kodlara münasibətdə belə istisnalar tətbiq olunmur.  
YGB-nin əsas vərəqinin arxa tərəfində digər nəzarət orqanlarının ştamplar vurması və qeydlər aparması 
üçün icazə verilir.  
Bəyannaməçilərə bu qaydalarda nəzərdə tutulmayan məlumatların YGB blanklarında istifadəsinə icazə 
verilmir. 
Gömrük orqanı bu qaydaların 3.4 bəndində göstərilən sxem üzrə YGB-nin əsas vərəqəsinin 7-ci 
qrafasında və  hər bir A qrafasının aşağı hissəsinə qeydiyyat nömrəsi, YGB-nin qəbul tarixini yazmaqla, 
bəyannamə və əlavə vərəqləri qeydiyyatdan keçirir.  
YGB-nin vərəqləri aşağıdakı qaydada bölüşdürülür:  
- birinci vərəq - gömrük orqanında və xüsusi arxivdə saxlanılır;  
- ikinci vərəq (statistik) - gömrük statistikası şöbəsində (bölməsində) qalır;  
- üçüncü vərəq - bəyannaməçiyə qaytarılır;  
- dördüncü vərəq isə: 
a) malların ixracı zamanı bəyannaməçiyə - yük göndərənə qaytarılaraq, mal müşayiət sənədlərinə əlavə 
olunur və mallarla birlikdə  sərhəd gömrük buraxılış  məntəqəsinin fəaliyyət bölgəsində yerləşən gömrük 
orqanına göndərilir;  
b) malların idxalı zamanı - gömrük rəsmiləşdirilməsini həyata keçirən bəyannaməçidə - malı alanda 
qalır.  
Burada istifadə olunan əsas anlayışlar aşağıdakıları bildirir:  
- “nəqliyyat sənədi” - gömrük sərhədinə  qədər (malların ixracı zamanı), gömrük sərhədindən təyinat 
yerinə (malların idxalı zamanı), daşımalar üzrə müşayiət sənədləri də daxil olmaqla malların beynəlxalq 
daşımalarını həyata keçirmək üçün uyğun sənəddir;  
-  “malı göndərən” - gömrük bəyannaməsinə  təqdim olunmuş malları  nəqliyyat sənədində göstərilən, 
alana çatdırılması üçün daşıma müqaviləsinə uyğun olaraq daşıyıcıya verən və ya vermək istəyən, habelə, 
daşıyıcının xidmətlərindən istifadə etməyərək, alıcıya çatdıran hüquqi və ya fiziki şəxsdir;  
- “malı alan” – nəqliyyat sənədinə müvafiq daşıyıcı  tərəfindən və ya göndərənin göstərişi  əsasında 
gömrük sərhədindən keçdikdən sonra, malların sərəncamına verildiyi nəqliyyat sənədində göstərilən hüquqi və 
ya fiziki şəxsdir;  
- “maliyyə  tənzimlənməsi üzrə  məsul  şəxs” - ödənişli  əsasda xarici-ticarət  əməliyyatları üzrə 
müqavilələr (alqı-satqı, konsiqnasiya müqavilələri, lizinq sazişləri və s.) bağlayan və onlar üzrə hesabatlara 
məsul olan vətəndaşlardır;  
“faktura dəyəri” - ödənişli əsasda xarici ticarət əməliyyatı şərtlərinə müvafiq olaraq malların faktiki 
ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan qiymətdir;  
“gömrük dəyəri” - idxal olunan mallar üçün malların mövcud qanunvericiliyə uyğun olaraq müəyyən 
olunan dəyəridir;  - ixrac olunan mallar üçün - ödənişli  əsasda sövdələşmələr üçün - gömrük ərazisindən 
malların ixrac yerinə çatdırılması (daşınma, yükləmə, boşaltma, sığorta) üçün xərclər, habelə digər lazımi 
dəqiqləşdirmələr də nəzəra alınmaqla, ixrac olunan malların ödənilməsi və ya ödənilməli olan qiyməti əsasında 
təyin olunan dəyərdir;- ödənişsiz  əsasda digər sövdələşmələr üçün - gömrük ərazisindən ixrac yerinə 
çatdırılması  xərcləri nəzərə alınmaqla qiymətləndirilən və ya eyniləşdirilmiş olan bircinsli malların dəyəri 
haqqında məlumat - kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedici sənədlə təyin olunan qiymətlər 
əsasında müəyyən olunan dəyərdir;  
- “ticarət edən ölkə” - digər bir ölkənin vətəndaşı ilə milli mənsubiyyətindən asılı olmayaraq müqavilə 
bağlayan şəxsin qeydiyyata düşdüyü (yaşadığı) ərazinin olduğu ölkədir.  

80 
 
Gömrük qanunvericiliyində bəyanetmə yeri mal və nəqliyyat vasitələri üçün ayrılıqda müəyyən olunur. 
Malların bəyanolunma yeri gömrük rəsmiləşdirilməsinin aparıldığı yer üzrə müəyyən olunur.  
Nəqliyyat vasitələrinin bəyanolunma yerinin təyin edilmə qaydası  nəqliyyat vasitəsinin növündən və 
daşınmanın xarakterindən (nəqliyyat, yaxud yük) asılıdır.  
Malları daşıyan nəqliyyat vasitələri (çay, dəniz, hava gəmilərindən başqa) mallarla bir vaxtda bəyan 
edilir. Dəniz, çay və hava gəmiləri limanda Azərbaycan Respublikası  ərazisinə  gələrkən, yaxud onu tərk 
edərkən bəyan edilir.  
Sərnişin daşıyan digər nəqliyyat vasitələri, həmçinin boş nəqliyyat vasitələri gömrük sərhədini keçərkən 
bəyan edilir.  
DGK nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin bəyan edilməsinin xüsusi qaydalarını müəyyən edə 
bilər.  
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin