“D” qrupu şərtinə görə, satıcı malın təyinat məntəqəsinə çatdırılmasına qədər bütün mümkün ola bilən
risk və xərcləri daşıyır (DAF, DES, DEQ, DDU və DDP).
85
«Е»гурупу
ЕХW
Франко-завод
«Ф» групу
ФЪА
ФАС
ФОБ
Дашыйыъынын йанына сярбяст
Эями борту бойунъа сярбяст
Эями бортунда сярбяст
«Ъ» групу
ЪФР
ЪИФ
ЪПТ
ЪИП
Дяйяр вя фрахт
Дяйяр, сыьорта вя фрахт
Дашынма ....гядяр юдянилмишдир
Дашынма щаггы вя сыьорта ... гядяр
юдянилмишдир
«Д» групу
ДАФ
ДЕС
ДЕГ
ДДУ
ДДП
Сярщядя гядяр дашынмышдыр
(чатдырылмышдыр)
Эямидян дашынмышдыр
Эяминин йан алдыьы кюрпцйядяк
дашынмышдыр (рцсумун юдянилмяси дахил
олмагла)
Рцсум юдянилмядян дашынмышдыр
(чатдырылмышдыр)
Рцсум юдянилмякля дашынмышдыр
(чатдырылмышдыр)
Рцсум юдянилмякля дашынмышдыр
(чатдырылмышдыр)
Uyğun şərtlər 10 bəndə bölünmüş öhdəçilikdə izah edilmişdir ki, burada da eyni suallar üzrə satıcının
hər hansı öhdəçiliyinə uyğun olaraq alıcının da öhdəçiliyi öz əksini tapmışdır. Məsələn, satıcının öhdəçiliyi izah
edilən A-3 bəndinə uyğun olaraq satıcı daşınmanı təşkil etməli və ödənilməsini yerinə yetirməlidirsə, alıcının
öhədçiliyini təyin edən B.3 bəndində alıcının “ öhdəçiliyi yoxdur” sözləri qeyd olunmuşdur.
Bütün bunlar o demək deyildir ki, alıcı malın daşınmasına görə öhdəçilik götürə bilməz, ancaq şərtə
görə onun qarşısında belə bir “öhdəçiliyi” yoxdur.
“İnkoterms” tərəflər arasında verginin, rüsumun, digər rəsmi yığımların, habelə gömrük
rəsmiləşdirilməsinə çəkilən xərclərin bölüşdürülməsi bölməsində tərəflər arasında çəkilən xərclərin hansı ölçüdə
bölünməsini izah edir, hərçənd ki, satıcı malın satışından sonra onu alıcı tərəfindən neçə istifadə olunmasında
maraqlı olmaya bilər. Və əksinə, bəzi şərtlərə görə, məsələn , “D” tipinə görə, təyin edilmiş məntəqəyədək malın
daşınmasına görə satıcı tərəfindən çəkilən alıcını maraqlandırmır.
Yaxşı olardı ki, malların gömrük təmizlənməsi öz ölkələrində müqavilə iştirakçıları tərəfindən və ya bu
işlərə vəkil edilmiş şəxslər tərəfindən təşkil edilsin. Ancaq, bir sıra ticarət şərtlərinə uyğun olaraq, alıcı
məcburdur ki, gömrük təmizlənməsini satıcının ölkəsində həyata keçirsin (EXW, FAS və i.a.) və əksinə, satıcı -
gömrük təmizlənməsini alıcının ölkəsində yerinə yetirsin (DEQ və DDP). Aydındır ki, belə hallarda alıcı və
satıcı müəyyən malların aparılması və gətirilməsi üçün qadağalarla əlaqədar mümkün hər hansı riski öz
üzərlərinə götürürlər.
Onlar həmçinin, uyğun ölkə tərəfindən həmin ölkənin vətəndaşı olmayan şəxsin gömrük təmizlənməsi
əməliyyatı aparmasına icazə verilməsini müəyyən etməlidirlər (məsələn, Rusiyanın gömrük qanunvericiliyi
buna yol vermir).
Ola bilər ki, alıcı EXW şərtinə uyğun olaraq malı anbar meydançasından qəbul edilməsini arzu etsin və
ya “FAS” şərtinə görə yükü gəmi bortu boyunca qəbul etsin və eyni zamanda istəyər ki, malın ixracına görə
gömrük təmizlənməsi satıcı tərəfindən yerinə yetirilsin.
Belə olan halda “ixraca görə gömrük təmizlənməsi daxil olmaqla” ifadəsi müəyyən ticarət terminindən
sonra əlavə edilir. Əksinə elə hallar da olur ki, satıcı “DEQ” və ya “DDP” şərtlərinə uyğun olaraq malın
çatdırılmasına hazırdır, lakin idxal üçün nəzərdə tutulan rüsum və rəsmi yığımların ödənilməsi üçün öz üzərinə
tam və ya qismən öhdəçilik götürmür. Bu hal üçün onda DEQ şərtinə “rüsum ödənilmişdir” ifadəsi əlavə
edilməlidir və ya satıcı tərəfindən konkret hansı vergi və yığımların ödənilməsini istəmədiyi göstərilməlidir.
Məsələn, DEQ və ya DDP VAT unald (əlavə edilmiş dəyərin vergisi ödənilməmişdir).
Nəzərə alınmalıdır ki, xarici şirkətlər üçün bir çox ölkələrdə nəinki idxal lisenziyalarının alınması, hətta
əlavə olunmuş dəyərə görə rüsum və vergilərin ödənilməsi müəyyən çətinliklərlə qarşılanır. Belə halda ən çox
qəbul edilən şərt “DDU”dür (rüsumu ödənilmədən daşınma).
86
Ancaq bir neçə halda elə olur ki, idxal olunacaq malın idxalatçının ölkəsindəki anbarlarına qədər
çatdırılmasını (göndərişini) öz öhdəsinə götürmüş satıcı istəyər ki, gömrük rəsmiləşdirilməsini rüsumu
ödəmədən həyata keçirsin. Onda “DDU” şərtindən sonra “gömrük təmizlənməsi daxil olmaqla” ifadəsi əlavə
edilməlidir. Həmçinin D tipli terminlərinə də digər uyğun əlavələr edilə bilər. Məsələn, DDP, əlavə olunan
dəyərin vergisi istisna olmaqla, DEQ, rüsum ödənilmədən və i.a.
Bir çox hallarda tərəflər arzu edirlər ki, malın təyinat yerinə qədər təhlükəsiz daşınması üçün hansı
qablaşdırmadan istifadə olunması müəyyən edilsin.
Ancaq daşınmanın müddətindən və növündən asılı olaraq satıcı tərəfindən götürülən öhdəçilik də
müxtəlif olur ki, buna görə də satış kontraktının bağlanmasına qədər satıcı qablaşdırmanın şərtlərindən xəbərdar
olmalı və yerinə yetirməlidir. Bu müddəa malların beynəlxalq ticarətinə dair kontraktlar haqqında BMT-nin
1980-ci il Konvensiyasının 35.1 və 35.2.6 maddələrində öz əksini tapmışdır.
Bir çox hallarda alıcı tərəfindən malların keyfiyyətinin yoxlanılmasının təşkili malın satıcıdan alınana
qədər və ya daşınmaya qəbul edilənədək həyata keçirilməsi məqsədyönlü hesab edilir (yüklənməyə qədər
yoxlanılma - PSI pre-shirment insrektion). Əgər kontraktda başqa hal nəzərdə tutulmursa, alıcı marağına
uyğun təşkil etdiyi belə yoxlamanın dəyərini özü ödəyir. Amma yoxlama yalnız lisenziya alınması məqsədilə
satıcının ölkəsində aparılarsa, onda malın yoxlanılması üçün çəkilən xərci özü ödəyir.
Daşıyıcının yanında sərbəst (FSA)
Qeyd olunduğu kimi, FSA termini o vaxt işlədilir ki, satıcı daşınma üzrə öz öhdəçiliyinə əməl etsin və
malı alıcının təyin etdiyi daşıyıcıya təhvil versin. Bunun dəniz nəqliyyatında da istifadə olunması bu şərtlə
gözlənilir ki, yük ənənəvi üsulla gəmiyə yüklənə bilməsin. Ənənəvi FOB şərtinin burada istifadəsi münasib
deyil, çünki satıcı gəminin gəlməsinə qədər malı yük terminalına təhvil vermək məcburiyyətindədir və əgər belə
olmasa, o malın nəzarəti və saxlanması üçün müəyyən riskə və əlavə xərclərə yol verməlidir.
Qeyd etmək lazımdır ki, “F” tipli şərtə görə satıcı mütləq alıcının təlimatı üzrə malları daşımaq üçün
təhvil verir, çünki yalnız alıcı malların daşınmasına dair, daşıyıcını göstərməklə, müqavilə bağlayır.
CFR, CİF CRT və CİP tipli şərtlər
“C” şərtinə müvafiq olaraq, satıcı öz hesabına adi şərtlər daxilində nəqliyyat vasitələri ilə müqavilə
bağlamalıdır. Buna görə də daşınmanın dəyəri hansı məntəqəyə qədər ödənilirsə bu məntəqənin adı uyğun “C”
terminindən sonra mütləq yazılmalıdır.
“CİF” və “CİP” şərtlərinə müvafiq olaraq satıcı, həmçinin, malı sığorta etməli və sığorta üçün xərc
çəkməlidir.
Satıcı və alıcı arasında xərclərin ayrılma məntəqəsi, adətən, təyinat ölkəsinə aid edilir və bəzən “C”
şərtini səhvən “D” tipli şərtə aid edirlər, ancaq bu şərtlər arasında əsaslı fərq vardır:
“C” tipli şərtə görə satıcı daşınma prosesində hər cür riskdən azaddır, “D” tipli şərtə görə isə satıcı malın
razılaşdırılmış təyinat məntəqəsinə qədər mümkün olan hər cür risk və xərclərə görə məsuliyyət daşıyır.
Bununla əlaqədar, qeyd etmək lazımdır ki, “C” tipli şərt “F” tipli şərtə yaxındır, belə ki, satıcı ölkədə yükləmə
və yolasalma üçün konkret öhdəçiliyi yerinə yetirir.
Beləliklə, “C” və “F” tipli şərtlərlə bağlanmış satış kontraktları yükləmə kateqoriyalı kontraktlara aiddir.
Bu kontraktlardakı qaydalara görə satıcının payına malın razılaşdırılmış təyinat yerinə qədər daşınması üçün adi
nəqliyyat xərcləri, alıcının payına isə malın daşınması üçün təhvil verildiyi andan etibarən onun məhv edilməsi,
xarab olma riski və əlavə xərclər düşür. Məsələn, “C” tipli şərt bütün şərtlərdən fərqli olaraq iki kritik nöqtəyə
malikdir: birincisi, xərclərin bölünməsi sahəsində, digəri isə risklərin bölüşdürülməsi sahəsində. Bu səbəbdən
“C” tipli şərt daxilində satıcıya əlavə öhdəçiliklər verən zaman həddən artıq diqqətli olmaq lazımdır. Başlıcası
odur ki, bütün bunlar vaxt etibarı ilə riskin alıcıdan satıcıya keçmə anına qədər həyata keçirilsin. “C” tipli şərtin
əsas mahiyyəti, satıcı kontrakta əsasən daşınma üçün müqavilə bağladıqdan və malı “ CİF” və “CİP” şərtlərinə
uyğun sığortaya təqdim etdikdən sonra onun gələcəkdə bütün mümkün riskdən və xərclərdən azad
olunmasından ibarətdir. Satıcıya imkan yaradılmalıdır ki, yük sənədlərini banka təqdim etmək yolu ilə
ödəmələri alıcı ilə razılaşdırsın.
Aydındır ki, satıcı adətən, daşınma üçün çəkilən bütün xərcləri ödəməlidir; fərqi yoxdur, ödəniş fraxtın
Fraxt - ingiliscə - freight dəniz və ya hava yolu ilə yükün daşınması xərcləridir. Daşıma müqaviləsi
iştirakçılarının razılığı və ya tariflərlə fraxtı müəyyən edirlər) qabaqcadan mal yükləndikdən dərhal sonra (rre-
raid uron shirment) və yaxud hesablaşma təyinat yerində olsun (freight collect).
Adətən, əgər məntəqələrarası yüklərin boşaldılıb yüklənməsi və həmçinin yükün bir nəqliyyat
vasitəsindən digərinə keçirilməsi də daxil olmaqla daşınma bir neçə daşınma kontraktı ilə həyata keçirilirsə,
onda bu əməliyyatlar üçün bütün xərclər satıcı tərəfindən ödənilir. Yox, əgər daşıyıcı öz hüquqlarını həyata
87
keçirərkən malı bir nəqliyyat vasitəsindən digərinə yükləyirsə və bu hərəkətləri ilə baş verə biləcək hadisələrdən
uzaq olmaq üçün (yolun buz bağlaması, gəmilərin hərəkətsizliyi, əmək mübahisələri, dövlət sərəncamları,
müharibə və müharibə əməliyyatları) digər tədbirlər görərsə, onda hər hansı əlavə xərclər alıcının hesabına
ödənilir.
Satıcı və alıcı arasında riskin bölünməsi hissəsində “CFR” və “CİF” ifadələrinin adi mənəsını o zaman
saxlamaq mümkündür ki, hadisə (malın satılmasının) satış müqaviləsi yenicə qüvvəyə minməsindən sonra baş
versin və alıcı bu hidisədən sonra riski öz üzərinə götürməyə razılıq versin. Digər mümkün variant - riskə keçid
momenti ilə satış müqaviləsinin bağlanmasının üst-üstə düşməsindən ibarətdir. Birinci variantın imkanı olduqca
realdır, necə ki, daşınma zamanı malın vəziyyətini təyin etmək qeyri-mümkündür.
Buna görə, BMT-nin 1980-cı il tarixli malların Beynəlxalq ticarətinə aid Konvensiyasının 68-ci
maddəsində nəzərə alınmışdır ki, əgər vəziyyət belə tələb edərsə, daşınma müqaviləsində göstərilən və
daşınmanı əks etdirən sənədlər daşıyıcı tərəfindən yazıldıqdan və mal daşıyıcıya verildiyi andan sonra gələcəkdə
mümkün olan riski alıcı öz üzərinə götürür.
“D” şərti (“DAF”, “DES”,”DEQ”, DDU və DDP)
“C” şərtindən fərqlənir, belə ki, “D” şərtinə görə malın “D” tipli şərt öz mahiyyəti etibarı ilə malın
razılaşdırılmış təyinat yerinə daxil olanadək məsuliyyəti satıcı daşıyır. Satıcı mal təyinat yerinə çatanadək
daşınmaya görə bütün riski və xərcləri satıcı daşıyır. “C” şərtində olduğu kimi “D” tipli şərtdə də malın gəlməsi
ilə malın göndərilməsi təsdiq olunur. “D” şərti iki kateqoriyaya bölünür: “DAF”, “DES” və “DDU” şərtlərinə
görə satıcı malın idxalına görə əməliyyat aparmır, ancaq DEQ və DDP şərtlərinə uyğun olaraq o bu əməliyyatı
həyata keçirir.
Dəmiryolu daşınmalarında tez-tez DAF şərtindən istifadə olunur ki, burada keçid sənədlərinin dəmir
yolundan alınması adət halını almışdır. Bu keçid sənədləri malın təyinat yerinə çatmasına qədər, sığorta da daxil
olmaqla, daşınmanı əhatə edir.
Bununla əlaqədar “DAF” şərti A.8 bəndində xüsusi məna kəsb edir. Bunun nəticəsi olaraq qeyd
edilməlidir ki, həmin keçid sənədlərinin alıcıya təqdim olunanadək mümkün risk və xərclər satıcının payına
düşür və o bu barədə öhdəçilik götürür. Buna uyğun olaraq sığorta və vaxta görə, həmçinin, satıcının malı
sərhədə qədər gətirilməsi üçün çəkilən hər hansı xərc alıcının hesabına olmalıdır.
“DDU” şərti 1990-cı il “İnkoterms”in mətninə daxil edilmişdir. Satıcı malı təyinat ölkəsinə
çatdırılmasına hazır olduqda bu şərt əsas rol oynayır.
“İnkoterms” və daşınma müqaviləsi
Qeyd edilməlidir ki, “İnkoterms” yalnız satış kontraktlarında istifadə olunan ticarət şərtlərini izah edir,
beləliklə o, bu və ya buna bənzər məzmunlu müqavilələrdə istifadə olunan ifadələrlə, xüsusilə müxtəlif Çarter-
Partiya terminlərinə aid deyildir.
Çarterin şərti malların yüklənmə, boşaltma əməliyyatları üçün çəkilən xərclərə və bu əməliyyatların
yerinə yetirilməsi üçün ayrılan vaxta (“demerc” adlanan) görə daha spesifik xarakterə malikdir.
Satış müqaviləsinin tərəflərinə təklif olunur ki, müqavilə bağlanarkən bu hissəyə aid xüsusi şərtlər
tamamilə aydın olmalıdır, yəni satıcıya malın gəmiyə və ya digər nəqliyyat vasitəsinə yüklənməsinə nə qədər
vaxtın ayrılması və həmçinin, alıcıya malın daşıyıcıdan təyinat məntəqəsinə çatdırılması üçün ayrılan müddət
bəlli olmalıdır. Sonra, satıcıya “F” tipli şərtə görə yükləmə, “C” tipli şərtə görə isə boşaltma əməliyyatları
zamanı mümkün risk və xərcin həcmi məlum olmalıdır.
Bu da faktdır ki, satıcı Çarter-Partiya “Fri aut” şərtinə əsasən daşınma müqaviləsini elə bağlayır ki, bu
şərtə görə daşıyıcı daşınma zamanı boşaldılma əməliyyatından azaddır, ancaq bu demək deyildir ki, bağlanmış
müqaviləyə görə bu əməliyyat zamanı bütün risk və xərclər alıcının üzərinə düşür, necə ki, limanın ənənəsinə
görə hesab edilir ki, satıcı ilə bağlanmış daşınma müqaviləsinə yükün boşaldılması əməliyyatı da daxildir.
BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük
daşımaları barədə gömrük konvensiyasının Azərbaycan Respublikası ərazisində tətbiqinə Azərbaycan
Respublikası Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı sərəncamı ilə başlanılmışdır.
“BYD kitabçası tətbiq edilməklə yük daşımaları barədə gömrük konvensiyasının Azərbaycan
Respublikası ərazisində tətbiqi qaydaları haqqında” Əsasnamə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin 25 may 1998-ci il tarixli 024 saylı əmri ilə təsdiq edilmiş, 26 may 1998-ci il tarixdə Azərbaycan
Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə razılaşdırılaraq, 30 may 1998-ci il tarixdə
Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir (qeydiyyat nömrəsi - 104).
BYD konvensiyasına qoşulmuş Azərbaycan Respublikasında malların aralıq boşaltma-yükləmələri
həyata keçirilmədən yol-nəqliyyat vasitələrində, nəqliyyat vasitələrindən ibarət qatarlarda və konteynerlərdə
müqavilə tərəflərindən birinin göndərilmə gömrükxanasından bir və ya bir neçə sərhəddən keçməklə digər
88
müqavilə iştirakçısı tərəfindən təyinat gömrükxanasına daşınmasına aiddir, bir şərtlə ki, BYD əməliyyatının
başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir.
Azərbaycan Respublikasında BYD prosedurasına əməl olunmaqla daşınan mallar aralıq
gömrükxanalarında (idxal zamanı giriş, tranzit zamanı giriş və çıxış) idxal və ya ixrac rüsum və vergilərinin
ödənilməsindən və depozitə qoyulmasından azad edilir. Həmin gömrükxanalarda BYD kitabçalarının
rəsmiləşdirilməsi üçün yığımlar tutulmur.
BYD Konvensiyasının müddəaları Azərbaycan Respublikasında ictimai mənəviyyat, ictimai asayiş,
səhiyyə və ya gigiyena, eləcə də baytarlıq və ya fitosanitar nəzarət mülahizələrindən irəli gələn
məhdudiyyətlərin tətbiq olunması üçün maneçilik törədilməsinə xidmət etməlidir.
8.4. Azərbaycan Respublikasının ərazisinə gətirilərkən gömrük rəsmiləşdirilməsi qaydası
Giriş gömrükxanasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
- göndərilmə ölkələrinin və tranzit ölkələrin gömrük orqanları tərəfindən doldurulmuş və
rəsmiləşdirilmiş BYD kitabçası;
- icazəyə dair şəhadətnamə;
- yük və əmtəə nəqliyyat sənədləri.
Giriş gömrük xidmətlərinin vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş
qaydalara uyğunluğunu yoxlayır.
BYD kitabçası rəsmiləşdirilərkən aşağıdakılara xüsusi diqqət yetirilir:
- yük manifestinin doldurulmasına (yük manifestinə daxil edilmiş məlumatlar yük və malı müşayiət
edən sənədlər göstərilən məlumatlara uyğun olmalıdır);
- BYD kitabçalarının kötüyündə göndərilmə gömrükxanasının və aralıq gömrükxanaların gömrük
ştamplarının olmasına;
Gömrükxananın vəzifəli şəxsləri BYD kitabçasının oğurlanmış kimi nəzarətdə olmadığına və malların
daşınmasının BYD kitabçasının kəsilməyən (qoparılmayan) vərəqinin 4-cü və üz qabığının 3-cü qrafasının
düzgün doldurulduğuna əmin olmalıdırlar.
Giriş gömrükxanaları: nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinin texniki vəziyyətini,
konteynerlərdə icazə (buraxılma) şəhadətnamələrinin və buraxılma (icazə) lövhəciklərinin olmasını, nəqliyyat
vasitələrinin və ya konteynerlərin yük bölmələrində gömrük möhür və plomblarının vəziyyətini yoxlayırlar,
müstəsna hallarda yük bölmələrinə və ya konteynerlərə baxış keçirirlər.
BYD prosedurasında hər hansı qayda pozuntusu aşkar edildikdə, giriş gömrükxanası malları və
nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tranzit gömrük rejimi və ya
çatdırılma prosedurası altına sala bilər.
Əgər sənədli və faktiki nəzarət nəticəsində BYD prosedurasının hər hansı bir pozuntusu aşkar
edilməmişsə, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi ilə bu proseduraya uyğun
olaraq hərəkətinin mümkünlüyü barədə qərar qəbul edilir.
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi üzrə BYD prosedurasına uyğun
olaraq hərəkət edə bilməsinin mümkünlüyü barədə qərar qəbul edildikdən sonra zəruri olduqda, əlavə gömrük
təminatları qoyulur və bu barədə hər iki kəsilən vərəqdə “Xidməti istifadə üçün” qrafasında qeydiyyat aparılır,
həmçinin malların gömrük dəyəri müəyyən edilir.
Malların gömrük dəyərinin müəyyən edilməsi üçün hesab-qaimələrdən, nəqliyyat və sığorta
sənədlərindən, göndərilmə ölkələrinin gömrük bəyannamələrindən, qablaşdırma vərəqlərindən, malı müşayiət
edən digər sənədlərdən istifadə olunur.
Nəqliyyat vasitəsinin gömrük nəzarəti zonasından çıxmasına nömrəli kəsilən vərəqin 23-cü qrafasında
və 1 nömrəli kötüyün 6-cı qrafasında sənədli nəzarət üçün məsul vəzifəli şəxsin şəxsi nömrəli ştampı vurulması,
imzası və tarix qoyulması yolu ilə icazə verilir.
Komplektin 1 nömrəli vərəqi giriş gömrükxanasında nəzarətə götürülür və ayrıca qovluqda saxlanılır.
Nəqliyyat vasitəsi və konteyner gəlib çıxdıqdan sonra təyinat gömrükxanasına aşağıdakı sənədlər
təqdim olunmalıdır: giriş gömrükxanasının qeydləri olan BYD kitabçası; malların rəsmiləşdirilməsi üçün zəruri
olan yük və müşayiət edən sənədlər.
Gömrük xidmətlərinin vəzifəli şəxsləri BYD kitabçalarının doldurulmasının müəyyən olunmuş
qaydalara uyğunluğunu və BYD kitabçalarında giriş gömrükxanasının ştamplarının olmasını yoxlayırlar.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının 11.11.2008-ci il tarixli 12 saylı
“ Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında” Fərmanı ilə 2009-cu il yanvarın
1-dən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi tətbiq edilir.
89
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur. Beynəlxalq avtomobil daşımalarını yerinə
yetirən nəqliyyat vasitələrinə sərhəddə «İcazə» blanklarının verilməsi və buna görə «Dövlət rüsumu haqqında»
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğlərdə dövlət rüsumunun tutulması da DGK-ya
tapşırılmışdır.
8.5. Azərbaycan Respublikasının ərazisindən malların aparılması zamanı gömrük
rəsmiləşdirilməsi qaydası
BYD prosedurasına əməl edilməklə malların daşınmasının rəsmiləşdirilməsi üçün doldurulmuş BYD
kitabçası, nəqliyyat vasitəsinin gömrük möhür və plombları altında malların daşınmasına, buraxılmasına dair
şəhadətnamə göndərilmə gömrükxanasına təqdim olunur.
Gömrük orqanları BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu
yoxlayırlar. Bu zaman BYD kitabçasının üz qabığının birinci səhifəsində möhür və imzaların olmasına, BYD
kitabçası sahibinin üz qabığının birinci səhifəsində, kəsilməyən vərəqdə, kəsilən vərəqlərin hamısında
imzalarının uyğunluğuna, BYD kitabçasının etibarlılıq müddətinə xüsusi diqqət yetirilir. Göndərilmə
gömrükxanasının vəzifəli şəxsləri BYD kitabçasının oğurlanmış kimi nəzarətdə olmadığına və malların
daşınması üçün BYD kitabçasının kəsilməyən vərəqinin 4-cü və üz qabığının 3-cü qrafasında göstərilən şəxs
tərəfindən həyata keçirildiyinə əmin olmalıdırlar.
Göndərilmə gömrükxanaları nəqliyyat vasitələrinin yük bölmələrinin və konteynerlərin texniki
vəziyyətini, konteynerlərdə buraxılma (icazə) şəhadətnamələrinin və buraxılma (icazə) lövhəciklərinin olmasını
yoxlayır, malların nəqliyyat vasitəsinə və konteynerə yüklənməsinə nəzarət edirlər. Nəqliyyat vasitələrinin yük
bölmələrinə və konteynerlərə gömrük möhürləri və plombları vurulur.
Rəsmiləşdirmə zamanı hər hansı bir qayda pozuntusu aşkar edildiyi halda, göndərilmə gömrükxanası
həmin pozuntular aradan qaldırılanalək malların BYD prosedurasına uyğun olaraq daşınmasına icazə verməyə
bilər.
Əgər sənədli və faktiki nəzarət nəticəsində BYD prosedurası tətbiqinin bütün şərtlərinə əməl olunduğu
müəyyən edilmişsə, aşağıdakılar doldurulur:
BYD kitabçasının kəsilən vərəqlərinin hamısında 16-cı qrafa;
- 1 nömrəli kəsilən vərəqin “Xidməti istifadə üçün” qrafasında və 1 nömrəli kötüyün 5-ci qrafasında
digər məlumatlar içərisində malların Azərbaycan Respublikasından aparılmasının müvafiq gömrük rejiminin
kodu və malların faktiki aparılamasına nəzarət həyata keçirilirsə “Nəzarət” sözü də göstərilir;
- komplektin kəsilən vərəqinin 1 nömrəli kötüyü;
- komplektin hər iki kəsilən vərəqinin 18-23 qrafaları;
- 1 nömrəli kəsilən vərəqin 23-cü qrafasında və 1 nömrəli kötüyün 6-cı qrafasında gömrük orqanının
vəzifəli şəxsinin nömrəli möhürü vurulur, imzası və tarix qoyulur.
Komplektin 1 nömrəli vərəqi BYD kitabçasından ayrılır və lazım gəldikdə nəzarətə götürülür.
Rəsmiləşdirilmiş BYD kitabçası xüsusi jurnalda qeydiyyata alınır. Rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya
qaytarılır.
Mallar təkrar ixrac gömrük rejimi altına qoyulduqda, həmçinin aşağıda göstərilən gömrük rejimləri
altında yerləşdirildikdə, onların Azərbaycan Respublikası ərazisində faktiki aparılmasına nəzarət göndərilmə
gömrükxanası tərəfindən həyata keçirilir.
- müvəqqəti gətirilmə (idxal) (kod 31);
- gömrük anbarı (kod 74);
- gömrük nəzarəti altında emal (kod 52);
- malların azad iqtisadi zonalara idxalı (gətirilməsi) (kod 74);
- rüsumsuz ticarət mağazası (kod 72).
Bu halda göndərilmə gömrükxanası tərəfindən komplektin 1 nömrəli vərəqlərinin 20-ci qrafasında
malların çatdırılma müddəti göstərilir. Göstərilən vərəqlərdə “Xidməti istifadə üçün” qrafasında daşınan
malların gömrük dəyəri, 10-cu qrafada isə onların XİFƏN kodları göstərilməklə müfəssəl təsviri verilir. Əgər
bütün məlumatların daxil edilməsi üçün 10 qrafa yetmirsə, iki nüsxədən ibarət qoşma vərəqlərdən istifadə
olunmasına yol verilir. Qoşma vərəqlərdə, həmçinin, BYD kitabçasının nömrəsi, sahibinin adı və ünvanı da
göstərilir. Qoşma vərəqlər gömrük orqanının vəzifəli şəxslərinin şəxsi nömrəli möhürü ilə təsdiqlənir. Bu cür
vərəqlərin olması barədə komplektin hər iki kəsilən vərəqinin 8-ci qrafasında qeydiyyat aparılır. Komplektin 1
nömrəli vərəqi nəzarətə alınır və ayrıca qovluqda saxlanılır.
BYD kitabçası və göndərilmə gömrükxanasının qeydləri olan yük və malı müşayiət edən sənədlər çıxış
gömrükxanasına təqdim edilir.
90
Gömrük xidmətlərinin vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara
uyğunluğunu, komplektin 1 nömrəli kötüyündə göndərilmə gömrükxanasının ştamplarının olmasını, eləcə də
həmin kötükdə göstərilmiş gömrük kodunu, nəqliyyat vasitələrinin yük bölmələrinin və ya konteynerlərin
texniki vəziyyətini, nəqliyyat vasitələrinin yük bölmələrində və ya konteynerlərdə gömrük möhür və plombların
vəziyyətini yoxlayır, müstəsna hallarda nəqliyyat vasitələrinin yük bölmələrinə və ya konteynerlərə baxış
keçirirlər.
BYD kitabçasına əməl edilməklə malların daşınması zamanı Azərbaycan Respublikası
Qanunvericiliyinin hər hansı bir pozulması halı aşkar edildikdə, çıxış gömrükxanası BYD kitabçasını nəzərdə
tutulmuş qaydada qeyd-şərtlərlə rəsmiləşdirir.
Malların Azərbaycan Respublikası ərazisindən tranzit zamanı gömrük rəsmiləşdirilməsi giriş və çıxış
gömrükxanalarında analoji qaydada aparılır.
|