Fitosanitar nəzarəti haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 182,56 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix06.03.2017
ölçüsü182,56 Kb.
#10374
  1   2   3

Fitosanitar nəzarəti haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 

Bu  Qanun  Azərbaycan  Respublikasının  ərazisində  fitosanitar  nəzarətinin  təşkilinin 

və  həyata  keçirilməsinin  hüquqi  əsaslarını  müəyyən  edir,  bitki  mühafizəsi  və  karantini 

sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətləri tənzimləyir. 

 

I f ə s i l 



 

ÜMUMİ MÜDDƏALAR 

 

Maddə 1. Əsas anlayışlar  



 

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.0.1.  fitosanitar  nəzarəti  -  bitki  mühafizəsi  və  karantini,  pestisidlərin,  bioloji 

preparatların  və  digər  bitki  mühafizə  vasitələrinin  istifadəsi  sahəsində  dövlət  nəzarətinin 

həyata keçirilməsi; 

1.0.2. bitki karantini - bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən zərərli 

orqanizmlərin  ölkə  ərazisinə  daxil  olmasının  və  yayılmasının  qarşısının  alınmasına 

yönəldilmiş tədbirləri nəzərdə tutan hüquqi rejim; 

1.0.3.  bitki  mühafizəsi  -  bitki  və  bitkiçilik  məhsullarının  zərərli  orqanizmlərdən 

mühafizəsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi; 

1.0.4.  bitki  -  toxum  və  genetik  material  da  daxil  olmaqla,  canlı  bitkilər  və  onların 

hissələri; 

1.0.5.  bitkiçilik  məhsulları  -  dən  də  daxil  olmaqla,  emal  olunmamış  bitki  mənşəli 

materiallar,  habelə  öz  təbiətinə  və  ya  emal  üsuluna  görə  zərərli  orqanizmlərin 

məskunlaşması  və  yayılması  riskini  yarada  bilən  ilkin  emal  olunmuş  bitki  mənşəli 

məhsullar; 

1.0.6.  zərərli  orqanizm  -  bitki  və  bitkiçilik  məhsullarına  zərər  vuran  heyvanların, 

bitkilərin  və  ya  xəstəlik  törədən  mikroorqanizmlərin  hər  hansı  növü,  növün  dəyişmiş 

forması, yaxud bioloji tipi (bitki xəstəlikləri, zərərvericiləri və alaq otları); 

1.0.7.  karantin  tətbiq  edilən  zərərli  orqanizm  -  ərazidə  hələlik  mövcud  olmayan  və 

yaxud  mövcud  olaraq  məhdud  dairədə  yayılmış  və  rəsmi  mübarizə  obyektinə  çevrilmiş, 

ətraf  mühitə,  ərazinin  iqtisadiyyatına  və  əhalinin  sağlamlığına  potensial  təhlükə  yaradan 

zərərli orqanizm; 

1.0.8.  karantin  nəzarətində  olan  material  -  zərərli  orqanizmlərin  məskunlaşmasına 

(gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən 

(xüsusilə beynəlxalq  yükdaşımalar  zamanı)  bitki  və  bitkiçilik  məhsulları,  onların  saxlanma 

yeri, qablaşdırma materialı, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt, 

yük; 


1.0.9.  bitki  mühafizə  vasitələri  -  bitki  və  bitkiçilik  məhsullarının  zərərli 

orqanizmlərdən  qorunması  məqsədilə  istifadə  olunan  pestisidlər,  bioloji  preparatlar,  canlı 

faydalı orqanizmlər və texniki vasitələr; 

1.0.10.  pestisidlər  -  zərərli  orqanizmlərə  qarşı  mübarizə  məqsədilə  istifadə  edilən 

zəhərli kimyəvi maddələr; 


1.0.11.  aqrokimyəvi  maddələr  -  torpaqların  münbitliyinin  artırılması,  bitkilərin 

məhsuldarlığının  yüksəldilməsi  və  məhsulun  keyfiyyətinin  yaxşılaşdırılması  üçün  tətbiq 

edilən  üzvi,  mineral  və  bakterial  gübrələr,  kimyəvi  meliorantlar,  bitkilərin  boy  artımı 

stimulyatorları və digər maddələr; 

1.0.12.  fitosanitar  sertifikatı  -  Beynəlxalq  Bitki  Karantini  və  Mühafizəsi 

Konvensiyasına  uyğun  olaraq  nümunəvi  forma  əsasında  hazırlanmış  və  təsdiq  olunmuş 

bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə rəsmi sənəd. 

 

Maddə 



2. 

Fitosanitar 

nəzarəti 

haqqında 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyi  

 

2.1.  Fitosanitar  nəzarəti  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 



Azərbaycan 

Respublikasının 

Konstitusiyasından, 

bu 


Qanundan, 

Azərbaycan 

Respublikasının  digər  qanunlarından  və  onlara  uyğun  olaraq  qəbul  edilmiş  normativ 

hüquqi  aktlardan,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdən ibarətdir. 

2.2.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə 

fitosanitar  nəzarəti  sahəsində  müəyyən  edilmiş  qaydalar  bu  Qanunda  nəzərdə  tutulmuş 

qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. 

 

Maddə 3. Fitosanitar nəzarətinin əhatə dairəsi  



 

3.0. Fitosanitar nəzarəti aşağıdakıları əhatə edir: 

3.0.1.  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  fitosanitar  nəzarəti  qanunvericiliyinin 

tələblərinə əməl olunmasını; 

3.0.2.  Azərbaycan  Respublikasının  ərazisinə  başqa  dövlətlərdən  karantin  tətbiq 

edilən  zərərli  orqanizmlərin  daxil  olmasının  və  yayılmasının  qarşısını  almaq  üçün 

fitosanitar tədbirlərin təşkilini və həyata keçirilməsini; 

3.0.3.  bitki  və  bitkiçilik  məhsullarının  istehsalı,  tədarükü,  satışı,  saxlanması  və 

daşınması zamanı fitosanitar qaydalarına və normativlərinə əməl edilməsini; 

3.0.4.  fitosanitar  nəzarətində  olan  karantin  obyektlərinin  təhlükəsizliyinə  nəzarət 

edilməsini,  zərərli  orqanizmlərlə  sirayətlənmənin  başvermə  və  yayılma  səbəbləri  və  şəraiti 

üzrə  müşahidənin  aparılmasını,  onların  qarşısının  alınması  və  ləğvi  üçün  icrası  məcburi 

olan fitosanitar tədbirlərin müəyyən edilməsini və həyata keçirilməsini; 

3.0.5.  dövlət  büdcəsinin  vəsaiti  hesabına  alınmış  pestisidlərin,  o  cümlədən  onların 

ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini; 

3.0.6.  pestisidlərin,  bioloji  preparatların  və  digər  bitki  mühafizə  vasitələrinin 

istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin 

fəaliyyətini; 

3.0.7. qanunvericilikdə nəzərdə tutulan digər məsələləri. 

 

Maddə 4. Fitosanitar nəzarətində olan karantin obyektləri 



 

 4.0. Fitosanitar nəzarətində olan karantin obyektləri aşağıdakılardır: 

4.0.1. siyahısı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən olunmuş bütün növ bitkilər və bitkiçilik məhsulları; 



4.0.2.  canlı  göbələklərin,  bakteriyaların,  virusların,  nematodların,  gənələrin, 

həşəratların  və  bitki  xəstəlikləri  törədicilərinin  kolleksiyaları,  onların  zərər  vurduğu  bitki 

nümunələri, habelə bitki herbariləri və kolleksiyaları; 

4.0.3.  zərərli  orqanizmlərin  daşıyıcısı  olan  kənd  təsərrüfatı  maşınları  və  alətləri, 

nəqliyyat  vasitələri,  bütün  növ  qab  və  qablaşdırma  materialları,  bitki  və  bitkiçilik 

məhsullarından hazırlanmış sənaye-məişət malları və məmulatları, torf, kompost, digər üzvi 

gübrələr, torpaq və torpaq monolitləri və nümunələri; 

4.0.4.  bitki  və  bitkiçilik  məhsullarının  istehsalı,  emalı,  tədarükü,  saxlanması,  satışı 

yerləri, kənd təsərrüfatı və meşə sahələri, həyətyanı və bağ sahələri, qeyri-kənd təsərrüfatı 

torpaqları. 

 

Maddə 5. Fitosanitar nəzarətinin əsas prinsipləri  



 

5.1.  Azərbaycan  Respublikasında  fitosanitar  nəzarəti  bitki  mühafizəsi  və  karantini 

sahəsində beynəlxalq standartların, qaydaların və tövsiyələrin tələblərinə uyğun qurulur və 

aşağıdakı prinsiplərə əsaslanır: 

5.1.1. əlaqələndirmə; 

Bitki  və  bitkiçilik  məhsullarının  karantin  tətbiq  edilən  zərərli  orqanizmlərdən 

mühafizəsinə  yönəldilmiş  fitosanitar  tədbirlər  beynəlxalq  əməkdaşlıq  çərçivəsində  vahid 

metodika üzrə hazırlanmalı və tətbiq edilməlidir. 

5.1.2. ekvivalentlik; 

Bitki  və  bitkiçilik  məhsullarının  beynəlxalq  ticarəti  zamanı  ölkədə  mövcud  olan 

fitosanitar vəziyyət və həyata keçirilən fitosanitar tədbirlər barədə xarici dövlətlərə obyektiv 

məlumat verilməli, həmin ölkələrdə tətbiq olunan fitosanitar tədbirlərin hüquqi qüvvəsinin 

bərabərliyi qəbul edilməlidir. 

5.1.3. şəffaflıq; 

Fitosanitar  nəzarəti  sahəsində Azərbaycan  Respublikasında qəbul edilmiş  normativ 

hüquqi  aktlar,  habelə  onlara  edilmiş  dəyişikliklər  və  əlavələr  barədə  müvafiq  beynəlxalq 

təşkilatlar  məlumatlandırılmalı  və  həyata  keçirilən  fitosanitar  tədbirlər  üzrə  informasiya 

mübadiləsi aparılmalıdır. 

5.1.4. Riskin qiymətləndirilməsi; 

Azərbaycan  Respublikasında  həyata  keçirilən  fitosanitar  tədbirlər  elmi  dəlillərə 

əsaslanmalı,  müvafiq  beynəlxalq  təşkilatlar  tərəfindən  işlənib  hazırlanmış  riskin 

qiymətləndirilməsi  texnikasını,  istehsal,  emal,  nəzarət,  ekspertiza  və  sınaq  metodlarını 

nəzərə  almalı,  karantin  tətbiq  edilən  zərərli  orqanizmlərin  ölkə  ərazisinə  daxil  olması, 

məskunlaşması,  yayılması  və  dövlət  sərhədindən  kənara  çıxması  riskini  minimuma 

endirməli,  insanların,  ətraf  mühitin  və  ərazinin  iqtisadiyyatının  təhlükəsizliyini  təmin 

etməlidir. 

5.1.5. Fitosanitar mühafizənin səviyyəsinin müəyyənləşdirilməsi; 

Bitki  və  bitkiçilik  məhsullarının  zərərli  orqanizmlərdən  qorunmasını  təmin  etmək 

məqsədilə fitosanitar mühafizənin səviyyəsinin konsepsiyası müəyyən olunmalı, tətbiqində 

daimilik,  sabitlik  və  ardıcıllıq  təmin  edilməli,  tətbiqi  qaydaları  beynəlxalq  standartlara 

uyğunlaşdırılmalı,  əsassız  və  ya  özünü  doğrultmayan  məhdudiyyətlərə  və  fərqliliyə  yol 

verilməməlidir. 

5.1.6. Regional şəraitə uyğunlaşma; 

Regionun  fitosanitar  vəziyyəti  və  xüsusiyyətləri  qiymətləndirilərkən  bitki  və 

bitkiçilik  məhsulları  idxal  və  ixrac  edən  ölkələrin  coğrafi  mövqeyi,  ekosistemləri, 


epidemioloji  nəzarət  faktorları,  habelə  fitosanitar  tədbirlərin  səmərəliliyi,  əraziyə  xas  olan 

bitki  xəstəliklərinin  və  zərərvericilərinin  mövcudluğu,  yayılma  səviyyəsi,  məhvetmə  və 

nəzarət  proqramları  nəzərə  alınmalı,  fitosanitar  mühafizənin  səviyyəsini  müəyyənləşdirən 

konsepsiyaları tanınmalıdır. 

5.2. Fitosanitar nəzarətinin digər prinsipləri bitki mühafizəsi və karantini sahəsində 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  və  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrin 

şərtləri ilə müəyyən olunur. 

 

I I f ə s i l 



 

FİTOSANİTAR NƏZARƏTİNİN TƏŞKİLİ 

 

Maddə 6. Fitosanitar nəzarətinin təşkilinin istiqamətləri  



6.1.  Azərbaycan  Respublikasının  ərazisində  fitosanitar  nəzarətində  olan  karantin 

obyektlərinin  mühafizəsinə  yönəldilmiş  fitosanitar  nəzarəti  aşağıdakı  istiqamətlər  üzrə 

təşkil edilir: 

6.1.1. ölkə ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq və onların 

mənbələrini  vaxtında  aşkar  etmək  məqsədilə  karantin  nəzarətində  olan  materiallarda 

müntəzəm  olaraq  müşahidələr  aparılması,  fitosanitar  ekspertizaları  keçirilməsi  və 

profilaktik tədbirlər görülməsi; 

6.1.2.  bitki  və  bitkiçilik  məhsullarında  zərərli  orqanizmlərin  kütləvi  yayılmasının 

qarşısının  alınmasına,  xəstəliklərin  aradan  qaldırılmasına,  məhsul  itkisinə  yol 

verilməməsinə,  ətraf  mühitin  və  əhalinin  sağlamlığının,  habelə  flora  və  faunanın 

pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş 

bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi; 

6.1.3.  fitosanitar  nəzarətində  olan  karantin  obyektlərində  karantin  tətbiq  edilən 

zərərli  orqanizmlər  aşkar  olunduqda  müvafiq  ərazidə  karantin  rejiminin  tətbiq  edilməsi, 

hüquqi  şəxslərə  və  əhaliyə  bu  barədə  məlumat  verilməsi,  habelə  zərərli  orqanizmlərlə 

mübarizə  aparılması  məqsədilə  karantin  məhdudiyyətlərinin  müəyyən  edilməsi  və 

fitosanitar tədbirlərin həyata keçirilməsi. 

6.2.  Azərbaycan  Respublikasının  ərazisində  fitosanitar  nəzarətində  olan  karantin 

obyektlərinin  mühafizəsinə  yönəldilmiş  profilaktik  tədbirlərin  görülməsi,  bitki  mühafizəsi 

tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydaları müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

 

Maddə 7. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri 



 

 7.0. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

7.0.1.  fitosanitar  nəzarəti  sahəsində  dövlət  siyasətinin  əsas  istiqamətlərini  müəyyən 

etmək və normativ hüquqi aktlar qəbul etmək; 

7.0.2. bitki mühafizəsi üzrə respublika və regional əhəmiyyətli texnoloji reqlamentlər 

və proqramlar hazırlamaq və təsdiq etmək; 

7.0.3.  dövlət  fitosanitar  nəzarəti  xidmətini  təşkil  etmək,  onun  əsasnaməsini  və 

strukturunu təsdiq etmək; 

7.0.4. fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək; 


7.0.5.  dövlət  fitosanitar  nəzarəti  xidmətinin  maliyyələşdirilməsi,  inzibati  və  maddi-

texniki  təchizatının  yaxşılaşdırılması  və  bu  sahəyə  investisiya  qoyuluşu  məsələlərini  həll 

etmək; 

7.0.6.  Azərbaycan  Respublikasında  aşkar  edilməyən,  məhdud  dairədə  yayılmış  və 



ölkə  üçün  potensial  təhlükə  törədə  bilən  karantin  tətbiq  edilən  zərərli  orqanizmlərin 

siyahısını təsdiq etmək; 

7.0.7.  dövlət  fitosanitar  nəzarəti  xidmətinin  beynəlxalq  təşkilatların  tələbləri  və 

tövsiyələri  əsasında  formalaşdırılması,  bu  sahədə  istifadə  olunan  normativ  sənədlərin 

beynəlxalq normalara uyğunlaşdırılması üçün lazımi tədbirlər görmək; 

7.0.8.  dövlət  fitosanitar  nəzarəti  xidmətinin  işini  digər  dövlət  orqanları  ilə 

əlaqələndirmək; 

7.0.9.  qeyri-dövlət  fitosanitar  xidmətinin  fəaliyyətinə  dövlət  nəzarətini  həyata 

keçirmək. 

 

Maddə 8. Dövlət fitosanitar nəzarəti xidməti  



 

8.1.  Dövlət  fitosanitar  nəzarəti  xidməti  bitki  mühafizəsi  və  karantini,  pestisidlərin, 

bioloji preparatların, digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətini 

həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. 

8.2.  Dövlət  fitosanitar  nəzarəti  xidmətini  Azərbaycan  Respublikasının  və  Naxçıvan 

Muxtar  Respublikasının  fitosanitar  nəzarəti  sahəsində  fəaliyyət  göstərən  müvafiq  icra 

hakimiyyəti orqanları və tabeliyində olan təşkilatlar təşkil edir. 

8.3.  Dövlət  fitosanitar  nəzarəti  xidmətinin  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilmiş səlahiyyətli vəzifəli şəxsləri baş dövlət fitosanitar müfəttişləri, 

baş  dövlət  fitosanitar  müfəttişlərinin  müavinləri  və  dövlət  fitosanitar  müfəttişləri  hesab 

edilirlər. 

8.4. Dövlət fitosanitar nəzarəti xidmətinin işçiləri müvafiq icra hakimiyyəti orqanının 

müəyyən  etdiyi  qaydada  fərqləndirici  nişanı  olan  geyim  forması  və  xüsusi  vəsiqələr  ilə 

təmin edilirlər. 

 

Maddə 9. Dövlət fitosanitar nəzarəti xidmətinin vəzifələri  



 

9.0.  Dövlət  fitosanitar  nəzarəti  xidmətini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti 

orqanının vəzifələri aşağıdakılardan ibarətdir: 

9.0.1.  bitki  və  bitkiçilik  məhsulları  saxlanılan  anbarlarda,  bazarlarda,  həyətyanı 

sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan 

təbiət  ərazilərində  və  obyektlərində  fitosanitar  vəziyyəti  araşdırmaq,  müayinələr, 

müşahidələr aparmaq, profilaktik və bitki mühafizəsi tədbirləri həyata keçirmək; 

9.0.2. pestisidlərin və bioloji preparatların istehsalına dair proqramlar hazırlamaq və 

onların  bitkiçilikdə  tətbiqi  və  dövriyyəsi  qaydalarını,  bitki  mühafizəsi,  o  cümlədən 

fitosanitar nəzarəti üzrə proqramların və normativ sənədlərin layihələrini hazırlayıb təsdiq 

olunmaq üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək;

i[1]


 

9.0.3.  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müvafiq  fəaliyyət  sahələrində 

ekspertiza,  tədqiqat  və  qiymətləndirmə  işlərinin  aparılmasını,  fitosanitar  nəzarətində  olan 

karantin  obyektlərinə  baxış  keçirilməsini,  həmçinin  nümunələr  götürülüb  yoxlanılmasını 

həyata keçirmək; 


9.0.4.  fitosanitar  nəzarətində  olan  karantin  obyektlərində  zərərli  orqanizmləri 

vaxtında aşkar etmək, onların təcrid edilməsi və ləğvi üçün müvafiq tədbirlər görmək; 

9.0.5.  Azərbaycan  Respublikasının  ərazisində  karantin  tətbiq  edilən  zərərli 

orqanizmlərin  yayılmasının  qarşısını  almaq,  onların  mənbələrini  ləğv  etmək  üçün 

qanunvericiliklə  müəyyən  edilmiş  karantin  və  digər  məhdudiyyətlərin  qoyulması  barədə 

müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 

9.0.6. karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını hazırlamaq və müəyyən 

edilmiş  ərazidə  karantin  rejiminin  tətbiq  edilməsi  və  götürülməsi  barədə  müvafiq  icra 

hakimiyyəti orqanlarına təkliflər vermək; 

9.0.7.  Azərbaycan  Respublikasının  ərazisində  bitkilərin  zərərli  orqanizmlərlə 

sirayətlənmə  dərəcəsini,  onların  əmələgəlmə  səbəblərini  müəyyənləşdirmək,  kütləvi 

çoxalması  və  yayılması  barədə  məlumatlar  əldə  etmək,  müşahidələr  aparmaq, 

aqroekosistemlərdə fitosanitar vəziyyəti sabitləşdirmək və nəzarətdə saxlamaq üçün dövlət 

proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 

9.0.8.  karantin  nəzarətində  olan  materialların  zərərli  orqanizmlərdən  mühafizəsi, 

pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  toksikoloji  təsirinin  və  ətraf 

mühitin çirklənməsinin qarşısının alınması, habelə keyfiyyətini itirmiş və istifadəsi qadağan 

olunmuş zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi üçün müvafiq dövlət orqanları ilə 

birgə tədbirlər görmək; 

9.0.9. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının 

və  qeydiyyatının  aparılmasında  və  istifadəsinə  icazə  verilmiş  preparatların  siyahısının 

hazırlanmasında iştirak etmək; 

9.0.10.  fitosanitar  nəzarəti  üçün  dövlət  büdcəsində  müvafiq  vəsaitlərin  nəzərdə 

tutulmasına  dair  təkliflər  vermək,  ayrılmış  vəsaitin  səmərəli  istifadəsini  təmin  etmək 

məqsədilə  müvafiq  proqramlar  və  xərclər  smetalarını  tərtib  edib  müvafiq  icra  hakimiyyəti 

orqanına təqdim etmək; 

9.0.11.  Azərbaycan  Respublikasının  ərazisində  bitki  mühafizəsi  və  karantini 

tədbirlərinin elmi-praktik əsaslarla həyata keçirilməsini təmin etmək və bu sahədə kadrların 

hazırlanması və ixtisaslarının artırılması ilə bağlı zəruri tədbirlər görmək; 

9.0.12.  fitosanitar  nəzarəti  sahəsində  Azərbaycan  Respublikasının  qoşulduğu 

beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulan  öhdəlikləri  yerinə  yetirmək  və  səlahiyyətləri 

daxilində xarici ölkələrin müvafiq qurumları ilə və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr 

qurmaq; 

9.0.13. qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək. 

 

Maddə 1 0. Dövlət fitosanitar nəzarəti xidmətinin hüquqları  



 

10.0.  Dövlət  fitosanitar  nəzarəti  xidmətini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti 

orqanının aşağıdakı hüquqları vardır: 

10.0.1. fitosanitar nəzarəti sahəsində dövlət nəzarətini həyata keçirmək və bu sahədə 

qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək; 

10.0.2.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  hüquqi  və  fiziki  şəxslərin 

obyektlərinə  daxil  olmaq  üçün  onlara  müraciət  etmək,  obyektin  fitosanitar  vəziyyəti  və 

karantin nəzarətində olan materiallar barədə lazımi məlumat almaq və həmin materialların 

sənədləri ilə tanış olmaq; 


10.0.3.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydalara  uyğun  olaraq  bitki  və  bitkiçilik 

məhsullarının  idxalı  və  ixracına,  Azərbaycan  Respublikasının  ərazisində  tranzit 

daşınmasına və dövriyyəsinə idxal karantin icazəsi və fitosanitar sertifikatları vermək; 

10.0.4. fitosanitar nəzarətində  olan  karantin  obyektlərinə  öz  səlahiyyətləri  daxilində 

rəy vermək; 

10.0.5.  sanitariya-gigiyena  qaydalarına  və  təhlükəsizlik  texnikasının  tələblərinə 

uyğun olmayan anbarlarda və satış yerlərində bitki mühafizə vasitələrinin saxlanılmasını və 

satışını qadağan etmək; 

10.0.6.  pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  idxalı,  ixracı, 

istehsalı,  saxlanması,  satışı  və  tətbiqi  ilə  məşğul  olan  hüquqi  və  fiziki  şəxsləri  uçota 

götürmək; 

10.0.7.  pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  satışı  və 

istifadəsi  ilə  məşğul  olan  hüquqi  və  fiziki  şəxslərdən  təhlükəsizlik  qaydalarına  riayət 

edilməsini, ətraf mühitin çirklənməsinə yol verilməməsini və çirklənmənin ləğv edilməsini 

tələb etmək,  istifadəyə  yararsız  və  yüksək  toksiki  xassəyə  malik  preparatların istifadəsinin 

qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  qadağan  edilməsi  və  dövriyyədən  çıxarılıb 

məhv edilməsi haqqında qərar qəbul etmək; 

10.0.8.  fitosanitar  nəzarəti  sahəsində  qanunvericiliyin  pozulmasının  qarşısını  almaq 

məqsədilə  hüquqi  və  fiziki  şəxslərə  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

məhdudiyyət qoymaq, xəbərdarlıq etmək və profilaktik tədbirlər görmək; 

10.0.9.  qanunvericiliyə  uyğun  olaraq  dövlət  sınağından  keçməmiş,  qeydiyyata 

alınmamış,  habelə  istifadəsi  qadağan  olunmuş  pestisidlərin,  bioloji  preparatların  və 

aqrokimyəvi  maddələrin  istehsalının,  satışının,  idxalının  və  ixracının  qarşısının  alınması 

üçün müvafiq tədbirlər görmək; 

10.0.10.  bitki  və  bitkiçilik  məhsullarında,  torpaqda,  suda  və  ətraf  mühit 

obyektlərində  pestisidlərin,  digər  zəhərli  kimyəvi  maddələrin  və  onların  birləşmələrinin 

qalıq  miqdarına  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  dövlət  nəzarətini  həyata 

keçirmək; 

10.0.11.  torpaq  istifadəçiləri  tərəfindən  aqrotexniki,  kimyəvi,  bioloji  və  digər 

tədbirlərin  aparılmasına,  bitki  mühafizə  vasitələrinin  istifadəsi  reqlamentinə  riayət 

olunmasına nəzarəti həyata keçirmək; 

10.0.12. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə daxilində bir ərazidən digər 

əraziyə  yayılmasının  qarşısını  almaq,  həmin  ərazidə  fitosanitar  tədbirləri  həyata  keçirmək 

üçün  karantin  postlarının  qoyulması,  onların  sayı  və  yerləşməsi  barədə  müvafiq  icra 

hakimiyyəti orqanlarına təkliflər vermək; 

10.0.13. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasına görə hüquqi və 

fiziki şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada 


Yüklə 182,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin