Fitosanitar nəzarəti haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 182,56 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix06.03.2017
ölçüsü182,56 Kb.
#10374
1   2   3

öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək; 

10.0.14.  fitosanitar  xidmətinə  dair  təlimat,  göstəriş,  tövsiyə  və  qaydaların,  uçot, 

hesabat,  akt  və  protokol  formalarının,  idxal  icazəsi  sənədlərinin,  sertifikatların  və  digər 

normativ  sənədlərin  qanunvericilikdə  nəzərdə  tutulan  qaydada  və  müvafiq  beynəlxalq 

təşkilatların tələblərinə uyğun hazırlanmasını və nəşr edilməsini təmin etmək; 

10.0.15. ölkə ərazisinin fitosanitar vəziyyəti barədə qanunvericiliklə müəyyən edilmiş 

qaydada müvafiq icra hakimiyyəti orqanına hesabat vermək; 

10.0.16. fitosanitar tədbirlərinə ayrılan məqsədli dövlət vəsaitinə sərəncam vermək; 

10.0.17.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulan  digər 

hüquqları həyata keçirmək. 


 

Maddə 1 1. Dövlət fitosanitar müfəttişlərinin səlahiyyətləri  

 

11.1. Dövlət fitosanitar müfəttişlərinin aşağıdakı səlahiyyətləri vardır: 



11.1.1. qanunvericiliklə müəyyən olunmuş qaydada bitki və bitkiçilik məhsullarının 

istehsalı,  emalı,  tədarükü,  saxlanması  və  satışı  ilə  məşğul  olan  hüquqi  və  fiziki  şəxslərin 

obyektlərinə,  habelə  dəniz  və  hava  limanlarına,  dəmir  yolu  stansiyalarına,  poçtamtlara, 

elevatorlara,  anbarlara,  gəmilərə,  mülki  təyyarələrə,  qatarlara  və  digər  nəqliyyat 

vasitələrinə,  bazarlara,  elmi  tədqiqat  və  sort-sınaq  sahələrinə  daxil  olmaq  və  fitosanitar 

müayinələrin  keçirilməsi  üçün  aidiyyəti  dövlət  orqanlarına,  hüquqi  və  fiziki  şəxslərə 

müraciət etmək; 

11.1.2.  Azərbaycan  Respublikasına  gətirilən  və  respublikadan  aparılan  karantin 

nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin 

əl  yüklərində  gətirilən  bitki  və  bitkiçilik  məhsullarına  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq; 

11.1.3.  karantin  nəzarətində  olan  materialları  qanunvericiliklə  müəyyən  edilmiş 

hallarda  və  qaydada  saxlamaq,  onların  dövriyyədən  çıxarılması,  zərərsizləşdirilməsi  və  ya 

məhv edilməsi üçün tədbir görmək. 

11.2.  Dövlət  fitosanitar  müfəttişləri  fitosanitar  nəzarətində  olan  karantin 

obyektlərində fitosanitar nəzarəti keçirərkən öz səlahiyyətləri daxilində aşağıdakı məsələlər 

barədə qərarlar qəbul edirlər: 

11.2.1.  fitosanitar  nəzarəti  qanunvericiliyinin  tələblərinin  pozulmasının  aradan 

qaldırılması; 

11.2.2. fitosanitar nəzarətində olan karantin obyektlərində qanunvericiliklə müəyyən 

edilmiş qaydada fitosanitar ekspertizası və diaqnostikası aparılması; 

11.2.3. aqroekosistemlərdə karantin tətbiq edilən zərərli orqanizmlərin daşıyıcısı olan 

obyektlərin zərərsizləşdirilməsi; 

11.2.4.  fitosanitar  ekspertizasının  nəticələri  və  ya  laboratoriya  müayinələri  ilə 

təhlükəliliyi  sübut  edilmiş  bitki  və  bitkiçilik  məhsullarının  qanunvericiliklə  müəyyən 

edilmiş  qaydada  saxlanması,  zərərsizləşdirilməsi,  təkrar  emalı,  götürülməsi  və  ya  məhv 

edilməsi; 

11.2.5.  müvafiq  qaydada  qeydiyyatdan  keçməyən,  standartlara  və  texniki  şərtlərin 

tələblərinə  cavab  verməyən,  mənşəyi  məlum  olmayan,  saxta  və  keyfiyyətsiz  pestisidlərin, 

bioloji  preparatların,  digər  bitki  mühafizə  vasitələrinin  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada götürülməsi və ya məhv edilməsi; 

11.2.6.  bitki  və  bitkiçilik  məhsullarının  istehsalı  ilə  məşğul  olan  hüquqi  və  fiziki 

şəxslərə  bitki  mühafizəsi  məsələlərinə,  pestisidlərin,  bioloji  preparatların  və  digər  bitki 

mühafizə vasitələrinin istifadəsi, saxlanması və daşınması texnologiyasına və reqlamentinə 

dair tövsiyələr verilməsi; 

11.2.7. bitki mühafizəsi tədbirlərinin mövcud təlimat və tövsiyələrin, texnologiya və 

reqlamentlərin  pozulması  ilə  aparıldığı  hallarda  bu  tədbirlərin  həmin  nöqsanlar  aradan 

qaldırılana qədər dayandırılması; 

11.2.8.  bitkilərin  zərərli  orqanizmlərlə  sirayətlənmək  təhlükəsi  müəyyən  edildikdə, 

bu  təhlükəni  yaradan  subyektlər  barədə  tədbirlər  görülməsi  üçün  aidiyyəti  dövlət 

orqanlarına müraciət edilməsi; 

11.2.9.  sanitariya-gigiyena  tələblərinə  və  təhlükəsizlik  texnikasına  uyğun  olmayan 

anbar və digər istehsal binalarının pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə 


vasitələrinin,  dərmanlanmış  toxum  və  əkin  materiallarının  saxlanması  üçün  istifadə 

olunmasına yol verilməməsi; 

11.2.10.  fitosanitar  nəzarəti  qanunvericiliyinin  pozulmasında  təqsirkar  olan  hüquqi 

və  fiziki  şəxslərin  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  məsuliyyətə  cəlb  edilməsi 

üçün müvafiq tədbirlərin görülməsi. 

11.3. Dövlət fitosanitar müfəttişlərinin qərarlarının və göstərişlərinin hüquqi və fiziki 

şəxslər tərəfindən icra edilməsi məcburidir. 

11.4.  Dövlət  fitosanitar  müfəttişlərinin  icrası  məcburi  olan  qərarlarının  və 

göstərişlərinin  forması,  onların  tərtib  edilməsi  və  verilməsi  qaydası  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

11.5.  Dövlət  fitosanitar  müfəttişləri  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

uyğun olaraq fəaliyyət göstərirlər. 

 

Maddə 1 2. Hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və  



           öhdəlikləri 

 12.1.  Hüquqi  və  fiziki  şəxslərin  fitosanitar  nəzarəti  sahəsində  vəzifə  və  öhdəlikləri 

aşağıdakılardır: 

12.1.1.  zərurət  olduğu  hallarda  öz  ərazilərində  və  obyektlərində  müvafiq  icra 

hakimiyyəti  orqanının  müraciətinə  əsasən  fitosanitar  nəzarəti  və  baxışının  keçirilməsi  və 

fitosanitar nəzarətində olan karantin obyektlərinin və ya bitki mühafizə vasitələrinin təqdim 

edilməsi üçün lazımi şərait yaratmaq; 

12.1.2.  bitki  mühafizə  vasitələrinin  saxlanmasında,  daşınmasında,  istifadə 

edilməsində  və  zərərsizləşdirilməsində  qanunvericiliklə  müəyyən  edilmiş  qaydalara  riayət 

etmək, ətraf mühitin zəhərli kimyəvi maddələrlə çirklənməsinə yol verməmək; 

12.1.3.  karantin  tətbiq  edilən  zərərli  orqanizmlərin  yayılmasının  qarşısını  almaq  və 

ya məhdudlaşdırmaq üçün fitosanitar tədbirlərin qanunvericiliyə uyğun yerinə yetirilməsini 

təmin etmək; 

12.1.4.  fitosanitar  tədbirlərin  yerinə  yetirilməsi  üçün  dövlət  fitosanitar  müfəttişləri 

tərəfindən verilmiş qərarlara və göstərişlərə əməl etmək; 

12.1.5.  fəaliyyət  göstərdikləri  ərazilərdə  və  digər  yerlərdə  karantin  tətbiq  edilən 

zərərli  orqanizmlərin  mövcudluğu  barədə  dövlət  fitosanitar  nəzarəti  xidmətinə  vaxtında 

məlumat vermək; 

12.1.6.  karantin  nəzarətində  olan  materialların  xüsusi  təyin  edilmiş  yerlərdən 

kənarda zərərsizləşdirilməsinə yol verməmək; 

12.1.7.  fitosanitar  nəzarətində  olan  karantin  obyektlərinin  zərərsizləşdirilməsi  və 

təmizlənməsi  zərurəti  yarandığı  hallarda  bu  tədbirlərin  görülməsi  üçün  köməkçi  işçilər 

ayırmaq; 

12.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə fitosanitar nəzarəti sahəsində 

nəzərdə tutulan digər vəzifə və öhdəlikləri yerinə yetirmək. 

12.2.  Hüquqi  və  fiziki  şəxslər  fitosanitar  tədbirlərin  həyata  keçirilməsinə  kömək 

göstərilməsi üçün öz vəsaitləri hesabına məqsədli fondlar yarada bilərlər. 

 

I I I f ə s i l 



 

FİTOSANİTAR TƏDBİRLƏR 

 

Maddə 1 3. İdxal olunmuş məhsullara tətbiq edilən fitosanitar tədbirlər  



 

13.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin 

daxil  olmasının  və  yayılmasının  qarşısını  almaq  məqsədilə  qanunvericilikdə  nəzərdə 

tutulmuş  qaydada  fitosanitar  nəzarəti  məntəqələri  təşkil  edilir.  Fitosanitar  nəzarəti 

məntəqələrinin  yerləşdirilməsi  və  fəaliyyəti  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən  edilmiş  qaydada  həyata  keçirilir.  Bu  məntəqələr  öz  fəaliyyətini  qanunvericiliklə 

müəyyən edilmiş qaydada aidiyyəti orqanlarla əlaqələndirir. 

13.2. Zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının 

alınması məqsədilə bitki və bitkiçilik məhsullarının idxalı ilə bağlı dövlət fitosanitar nəzarəti 

xidməti tərəfindən aşağıdakı fitosanitar tədbirləri həyata keçirilir: 

13.2.1.  analiz  (test),  müayinə,  məhsulun  saxlanması  və  məhv  edilməsi  məqsədilə 

bitki  və  bitkiçilik  məhsullarını,  digər  karantin  nəzarətində  olan  materialları  və  yükləri 

fitosanitar  nəzarəti  məntəqələrində  saxlamaq,  geri  qaytarmaq  və  onların  idxalına 

məhdudiyyətlər qoymaq; 

13.2.2.  zərərli  orqanizmlərin  əraziyə  daxil  olması  təhlükəsi  yarandığı  hallarda  bitki 

və  bitkiçilik  məhsullarının  respublikaya  gətirilməsini  qadağan  etmək  və  ya 

məhdudlaşdırmaq. 

13.3.  Azərbaycan  Respublikasının  ərazisindən  tranzit  kimi  istifadə  edildikdə  bu 

Qanunun 11.1.1-ci maddəsində göstərilən tədbirlər o halda tətbiq edilə bilər ki, onlar texniki 

cəhətdən  əsaslandırılsın  və  zərərli  orqanizmlərin  əraziyə  daxil  olmasının  və  yayılmasının 

qarşısının alınması zərurəti yaranmış olsun. 

13.4. Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq 

edilən  zərərli  orqanizmlər  aşkar  edildikdə  müvafiq  təxirəsalınmaz  tədbirlər  görülür  və  bu 

barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir. 

13.5.  İdxal  olunan  yükün  müvafiq  sənədlərlə  müşayiət  olunmadığı  və  zərərli 

orqanizmlərlə  sirayətlənməsi  riskinin  mövcud  olduğu  müəyyən  edildiyi  halda  dövlət 

fitosanitar nəzarəti xidməti tərəfindən idxal edənə aşağıdakılar barədə yazılı bildiriş verilir: 

13.5.1. yüklərin fitosanitar nəzarəti məntəqəsinə aparılaraq karantin rejiminin tətbiq 

olunması; 

13.5.2. yüklərdən ekspertiza və analiz aparmaq məqsədilə nümunələr götürülməsi və 

nəticələr əldə olunanadək yükün saxlanılması; 

13.5.3.  zərərsizləşdirmə  zərurəti  yarandığı  hallarda  yükün  götürülməsi  və 

zərərsizləşdirmə prosesindən sonra sahibinə qaytarılması; 

13.5.4. zərərsizləşdirmə məqsədilə yükün boşaldılıb yenidən yüklənməsi; 

13.5.5. yükün məhv edilməsinin zəruriliyi. 

13.6. 


Karantin 

tətbiq 


edilən 

zərərli 


orqanizmlərlə 

sirayətlənmiş 

yük 

zərərsizləşdirildikdən  sonra  müəyyən  olunmuş  vaxt  ərzində  sahibi  tərəfindən  geri 



götürülmədikdə  dövlət  fitosanitar  nəzarəti  xidməti  yükün  məhv  edilməsi  barədə 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul edə bilər. 

13.7.  Fitosanitar  nəzarəti  zamanı  həyata  keçirilən  fitosanitar  tədbirlərin  xərci  və 

məhv edilən yükün dəyərinin məsuliyyəti idxal edənin üzərinə düşür. 

13.8.  Poçtamtlar  vasitəsilə  gətirilən  bitki  və  bitkiçilik  məhsulları,  bitki  mühafizə 

vasitələri  və  digər  yüklər  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 

məntəqələrdən  qəbul  edilir.  Bu  məntəqələrin  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanları 

tərəfindən  razılaşdırılaraq  təsdiq  edilir  və  bitki  mühafizəsi  və  karantini  üzrə  beynəlxalq 

təşkilatlara və yük göndərən ölkələrə sorğu əsasında məlumat verilir. 

 


Maddə 1 4. İxrac edilən məhsulların sertifikatlaşdırılması  

 

14.1.  Azərbaycan  Respublikasından  ixrac  edilən  bitki  və  bitkiçilik  məhsullarının 



beynəlxalq  standartların  tələblərinə  uyğunluğunu  təmin  etmək  məqsədilə  fitosanitar 

sertifikatlaşdırılması aparılır. 

14.2.  Fitosanitar  sertifikatlar  və  ya  onların  elektron  əvəzediciləri  beynəlxalq 

standartların tələbləri nəzərə alınmaqla tərtib edilməli və verilməlidir. 

Fitosanitar  sertifikatlarda  təsdiq  edilməmiş  dəyişiklik  və  düzəlişlərin  aparılmasına 

yol verilmir. 

14.3.  İxrac  edilən  bitki  və  bitkiçilik  məhsullarına  fitosanitar  sertifikatları  dövlət 

fitosanitar nəzarəti xidməti tərəfindən aşağıdakı hallarda verilir: 

14.3.1. sertifikatın verilməsi üçün müraciət edildikdə və xidmət haqqı ödənildikdə; 

14.3.2.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  tələb  olunan  müvafiq  sənədlər 

təqdim olunduqda; 

14.3.3.  sertifikat  verilməsi  nəzərdə  tutulan  yüklər,  baxış  keçirilməsi  və  digər 

tədbirlərin aparılması üçün təqdim edildikdə; 

14.3.4. göndərilən yüklər beynəlxalq standartların tələblərinə cavab verdikdə. 

 

Maddə 1 5. Tranzit daşınan məhsullara tətbiq edilən fitosanitar tədbirlər  



 

15.1.  Karantin  nəzarətində  olan  materialların  Azərbaycan  Respublikasının 

ərazisindən  açılmadan,  bölünmədən,  digər  yüklərlə  qarışdırılmadan  və  yenidən 

qablaşdırılmadan başqa ölkələrə daşınması zamanı həmin yüklər üzərində qanunvericilikdə 

nəzərdə tutulmuş qaydada fitosanitar nəzarəti həyata keçirilir. 

15.2.  Dövlət  fitosanitar  nəzarəti  xidməti  tranzit  daşınan  bitki  və  bitkiçilik 

məhsullarına  fitosanitar  sertifikatı  tələb  edir  və  zəruri  hallarda  karantin  nəzarətində  olan 

materiallara və yüklərə fitosanitar tədbirləri tətbiq edilir. 

15.3.  Azərbaycan  Respublikasının  ərazisindən  tranzit  daşınan  karantin  nəzarətində 

olan materiallara aşağıdakı hallarda fitosanitar tədbirləri tətbiq olunmur: 

15.3.1.  bitki  və  bitkiçilik  məhsulları  zərərli  orqanizmlərin  yayılmaması  üçün 

plomblanmış  nəqliyyat  vasitələri  ilə  və  ya  konteynerlərlə  daşındıqda  və  beynəlxalq 

standartların tələblərinə uyğun qablaşdırıldıqda; 

15.3.2. məhsul ixrac edən ölkə tərəfindən fitosanitar sertifikatı ilə təmin edildikdə. 

 

I V f ə s i l 



 

ZƏRƏRLİ ORQANİZMLƏRLƏ MÜBARİZƏ 

 

Maddə 1 6. Ərazidə karantin elan olunması  



 

16.1. Ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq 

edildikdə  onlarla  mübarizə  aparmaq  məqsədilə  dövlət  fitosanitar  nəzarəti  xidməti  həmin 

ərazidə karantin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanlarına təklif verir. 

16.2.  Karantin  rejiminin  tətbiq  olunduğu  ərazinin  hüdudları  zərərli  orqanizmlərin 

yayılma  dərəcəsindən  asılı  olaraq  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən  müəyyən 

edilir. 


16.3.  Ərazidə  karantin  rejiminin  tətbiq  edildiyi  barədə  məlumat  dərhal  rəsmi  elan 

olunur və həmin ərazidə olan hüquqi şəxslərə və əhaliyə xəbərdarlıq edilir. 

16.4.  Ərazidə  karantin  elan  olunması  barədə  müvafiq  icra  hakimiyyəti  orqanının 

qərarında aşağıdakı məlumatlar əks olunur: 

16.4.1. karantin elan olunmasının səbəbləri; 

16.4.2. karantin elan olunan ərazinin yeri və hüdudları; 

16.4.3. karantin məhdudiyyətləri və fitosanitar tədbirlərinin siyahısı. 

 

Maddə 1 7. Karantin elan olunan ərazilərdə tətbiq edilən məhdudiyyətlər və  



                        fitosanitar tədbirlər  

 

17.1.  Karantin  elan  olunan  ərazilərdə  aşağıdakı  məhdudiyyətlər  və  fitosanitar 



tədbirləri tətbiq edilir: 

17.1.1.  zərərli  orqanizmlərə  qarşı  dövlət  fitosanitar  nəzarəti  xidmətinin  müəyyən 

etdiyi bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi; 

17.1.2.  karantin  elan  olunan  ərazidən  və  ya  həmin  əraziyə,  habelə  ərazi  daxilində 

bitki və bitkiçilik məhsullarının daşınmasına məhdudiyyətlərin qoyulması; 

17.1.3.  karantin  tətbiq  edilən  zərərli  orqanizmlərə  həssas  bitkilərin  həmin  ərazidə 

yenidən əkilməsinə qadağa qoyulması. 

17.2. Dövlət fitosanitar nəzarəti xidməti məqsədəuyğun hesab etdiyi halda karantin 

elan  olunan  əraziyə  bitişik  ərazidə  olan  torpaq  sahəsinin  mülkiyyətçisinə  (istifadəçisinə), 

müəyyən vaxt ərzində, öz ərazisində fitosanitar tədbirlərin həyata keçirilməsi barədə rəsmi 

bildiriş verir və onun qarşısında qanunvericilikdə nəzərdə tutulmuş tələblər qoyur. 

17.3.  Torpaq  sahəsinin  mülkiyyətçisi  (istifadəçisi)  bu  tələblərə  əməl  etmədiyi  halda 

dövlət  fitosanitar  nəzarəti  xidməti  bildirişdə  tələb  olunan  fitosanitar  tədbirləri  həyata 

keçirmək  məqsədilə  bu  ərazidə  olan  bitkilərin,  bitkiçilik  məhsullarının  və  zərərli 

orqanizmlərin məhv edilməsi barədə qərar qəbul edir. 

17.4.  Karantin  elan  olunan  ərazilərdə  məhdudiyyətlərin  qoyulması  və  fitosanitar 

tədbirlərin  aparılması  xərcləri  qanunvericiliklə  müəyyən  olunmuş  hallarda  dövlət 

büdcəsinin  vəsaiti,  digər  hallarda  isə  torpaq  sahəsinin  mülkiyyətçisinin  (istifadəçisinin) 

vəsaiti hesabına həyata keçirilir. 

 

Maddə  1  8.  Zərərli  orqanizmlərin  məhdud  dairədə  yayıldığı  ərazilərin  elan 



olunması  

 

18.1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  zərərli  orqanizmlərin  məhdud 



dairədə yayıldığı ərazilər aşağıdakı hallarda elan olunur: 

18.1.1. ərazidə zərərli orqanizmlərin məhdud dairədə yayıldığı müəyyən edildikdə; 

18.1.2.  zərərli  orqanizmlərin  yayılmasının  məhdud  dairədə  qalması  üçün  müvafiq 

fitosanitar tədbirləri həyata keçirildikdə və lazımi nəzarət sistemi tətbiq edildikdə. 

18.2.  Zərərli  orqanizmlərin  məhdud  dairədə  yayıldığı  ərazilərdən  bitki  və  bitkiçilik 

məhsullarının kənara daşınmasına yol verilmir. 

 

 

 



 

Maddə 1 9. Ərazinin zərərli orqanizmlərdən azad elan olunması  



 

19.1.  Dövlət  fitosanitar  nəzarəti  xidməti  karantin  elan  olunan  ərazini  müntəzəm 

olaraq  tədqiq  edir  və  karantin  tətbiq  edilən  zərərli  orqanizmlərin  ərazidə  mövcudluğunu 

daim nəzarətdə saxlayır. 

19.2. Fitosanitar tədbirlərin aparılmasından sonra dövlət fitosanitar nəzarəti xidməti 

zərərli  orqanizmlərlə  sirayətlənmiş  ərazidə  və  ya  onun  bir  hissəsində  karantin  rejiminin 

götürülməsi barədə müvafiq icra hakimiyyəti orqanına təklif verir. 

19.3.  Müvafiq  icra  hakimiyyəti  orqanı  karantin  elan  olunmuş  ərazini,  o  cümlədən 

məhsulun istehsal yerini və sahələrini zərərli orqanizmlərdən aşağıdakı hallarda azad elan 

edir: 


19.3.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcud olmamasına əmin 

olduqda; 

19.3.2.  ərazinin  zərərli  orqanizmlərdən  azad  olunması  məqsədilə  nəzərdə  tutulmuş 

fitosanitar tədbirlər tam həyata keçirildikdə; 

19.3.3. zərərli orqanizmlərdən azad ərazinin statusunun saxlanılmasına əmin olmaq 

məqsədilə müşahidələr keçirildikdə. 

19.4. Bitki və bitkiçilik məhsullarının karantin elan olunmuş ərazilərdən daşınmasına 

yalnız zərərli orqanizmlərdən azad elan olunduqdan sonra yol verilir. 

 

V f ə s i l 



 

BİTKİ MÜHAFİZƏSİ İLƏ BAĞLI FİTOSANİTAR TƏLƏBLƏR 

 

Maddə 2 0. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət  



            sınağının və qeydiyyatının aparılması  

 

20.1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı və 



qeydiyyatı  onların  bioloji,  gigiyena-toksikoloji  və  ekoloji  cəhətdən  qiymətləndirilməsi  və 

istifadə reqlamentlərinin işlənib hazırlanması məqsədilə aparılır. 

20.2.  Pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  dövlət  sınağı 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydaya  uyğun  olaraq  elmi 

tədqiqat müəssisələrində aparılır. 

20.3.  İstehsalatda  sınaqdan  keçirmək,  qeydiyyata  almaq  və  elmi  tədqiqat  işlərində 

istifadə  etmək  məqsədilə  xarici  ölkələrdən  gətirilən  pestisidlərin,  bioloji  preparatların  və 

aqrokimyəvi  maddələrin  miqdarı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 

20.4.  Dövlət  sınağından  keçmiş  insan,  heyvan  və  bitki  orqanizmləri,  habelə  ətraf 

mühit  üçün  təhlükəsizliyi  təsdiq  edilmiş  pestisidlər,  bioloji  preparatlar  və  aqrokimyəvi 

maddələr  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  qeydiyyata  alınır  və  Azərbaycan 

Respublikasında istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilir. 

20.5.  Pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  dövlət 

qeydiyyatının məcburi şərti onların mənşəyi və keyfiyyəti barədə sertifikatların, təhlükəsiz 

tətbiqi, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit obyektlərində həmin 

preparatların qalıq miqdarının müəyyən edilməsi metodikası üzrə təlimatların olmasıdır. 

20.6.  Pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  qeydiyyat 

müddəti  5  ildir  və  bu  müddət  başa  çatdıqdan  sonra  onlar  müəyyən  edilmiş  qaydada 

yenidən  qeydiyyatdan  keçirilir.  Preparatların  təhlükəsizliyi  barədə  yeni  məlumatlar  daxil 



olduğu  hallarda  müvafiq  icra  hakimiyyəti  orqanı  onların  tətbiqini  tamamilə  və  ya 

müvəqqəti dövr üçün qadağan edə bilər. 

 

Maddə 2 1. Zəhərli kimyəvi maddələrin qalıq miqdarına dövlət nəzarəti  



 

21.1.  Bütün  növ  bitki  və  bitkiçilik  məhsullarında  və  torpaqda  pestisidlərin,  bioloji 

preparatların  və  onların  birləşmələrinin  qalıq  miqdarına  dövlət  nəzarəti  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

21.2. Bitki və bitkiçilik məhsullarının tərkibində pestisidlərin, bioloji preparatların və 

onların birləşmələrinin qalıq miqdarının yol verilən normadan artıq olmamasını təsdiq edən 

müvafiq sertifikat olduqda onların satışına icazə verilir. 

21.3.  Məhsulun  tərkibində  pestisidlərin,  bioloji  preparatların  və  onların 

birləşmələrinin  qalıq  miqdarı  yol  verilən  normadan  artıq  olduqda,  onun  satışına  icazə 

verilmir və bu məhsul qanunvericiliklə müəyyən olunmuş qaydada dövriyyədən çıxarılır. 

 

Maddə 2 2. İstifadəyə yararsız zəhərli kimyəvi maddələrin məhv edilməsi  



 

22.1.  İstifadəyə  yararsız  və  istifadəsi  qadağan  olunmuş  pestisidlər,  bioloji 

preparatlar,  onların  birləşmələri  və  qabları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən  edilmiş  qaydada  onların  sahibindən  geri  alınaraq  qanunvericilikdə  nəzərdə 

tutulmuş qaydada zərərsizləşdirilir və ya məhv edilir. 

22.2. Pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin zərərsizləşdirilməsi 

və  ya  məhv  edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  xüsusi 

anbarlarda (qəbiristanlıqlarda) aparılır. 

22.3.  Xüsusi  anbarların  (qəbiristanlıqların)  sayını  və  onların  yerləşdirilməsini 

müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 


Yüklə 182,56 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin