Fitosanitar nəzarəti haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 182,56 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix06.03.2017
ölçüsü182,56 Kb.
#10374
1   2   3

 

Maddə 2 3. Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi  



 

23.1.  Azərbaycan  Respublikasının  ərazisinə  idxal  olunan  karantin  nəzarətində  olan 

materiallarda  karantin  tətbiq  edilən  zərərli  orqanizmlər  aşkar  olunduqda  onlar  fitosanitar 

nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində qanunvericilikdə nəzərdə tutulmuş 

qaydada zərərsizləşdirilir. 

23.2.  Bitki  və  bitkiçilik  məhsullarının  daşınması  üçün  istifadə  edilən  nəqliyyat 

vasitələri məcburi təmizlənir və zərurət yarandığı hallarda fitosanitar tələblərə uyğun olaraq 

zərərsizləşdirilir. 

23.3.  Karantin  nəzarətində  olan  materialların  zərərsizləşdirilməsi  hüquqi  və  fiziki 

şəxslərlə  bağlanan  müqavilə  əsasında  dövlət  fitosanitar  nəzarəti  xidməti  tərəfindən  həyata 

keçirilir. 

 

Maddə 2 4. Pestisidlərin ehtiyatının yaradılması və saxlanması 



 

 24.1.  Pestisidlərin  ehtiyatı,  fövqəladə  hallarda  karantin  tətbiq  edilən  və  xüsusi 

təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq məqsədilə müvafiq icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, dövlət büdcəsi vəsaiti hesabına yaradılır. 

24.2.  Pestisidlərin  növlər  üzrə  ehtiyat  normaları  və  istifadə  qaydaları  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 



24.3.  Pestisidlərin  ehtiyatı  müntəzəm  olaraq  təzələnir  və  istifadəsi  müvafiq  icra 

hakimiyyəti orqanının nəzarəti altında həyata keçirilir. 

 

V I f ə s i l 



 

FİTOSANİTAR XİDMƏTİ 

 

Maddə 2 5. Fitosanitar xidmətinin təşkili  



 

25.1.  Azərbaycan  Respublikasında  fitosanitar  xidməti  dövlət  və  qeyri-dövlət 

fitosanitar xidmətləri vasitəsilə həyata keçirilir. 

25.2. Bu Qanunla müəyyən edilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi 

dövlət fitosanitar xidmətinin fəaliyyəti ilə təmin edilir. 

25.3.  Dövlət  fitosanitar  xidmətinin  vəzifələri  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir. 

25.4.  Dövlət  fitosanitar  xidməti  qeyri-dövlət  fitosanitar  xidmətinin  funksiyalarını 

yerinə yetirə bilər. 

 

Maddə 2 6. Qeyri-dövlət fitosanitar xidmətinin subyektləri  



 

26.1.  Qeyri-dövlət  fitosanitar  xidmətinin  subyektləri  qanunvericiliklə  müəyyən 

olunmuş  qaydada  kənd  təsərrüfatına  aqrokimyəvi  xidmət  və  pestisidlərin,  bioloji 

preparatların  və  aqrokimyəvi  maddələrin  istehsalı,  idxalı,  ixracı,  daşınması,  saxlanması, 

satışı və tətbiqi sahəsində sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərdir. 

26.2.  Qeyri-dövlət  fitosanitar  xidmətinin  subyektləri  dövlət  fitosanitar  nəzarəti 

funksiyalarını yerinə yetirə bilməzlər. 

26.3.  Qeyri-dövlət  fitosanitar  xidmətinin  subyektləri  qanunvericiliklə  müəyyən 

olunmuş  qaydada  dövlət  fitosanitar  nəzarəti  xidmətində  uçota  durduqdan  sonra  fəaliyyət 

göstərirlər. 

 

Maddə 2 7. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin hüquq və vəzifələri 



 

27.1. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin aşağıdakı hüquqları vardır: 

27.1.1.  istehsal  etdikləri  və  xaricdən  gətirdikləri  preparatların  qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  sənədləşdirilməsi  üçün  müvafiq  icra  hakimiyyəti  orqanlarına 

müraciət etmək; 

27.1.2.  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilmiş  fitosanitar 

tədbirlərinin nümunəvi uçot və hesabat sənədlərindən və blanklarından istifadə etmək; 

27.1.3. dövlət, regional və yerli proqramlar əsasında kənd təsərrüfatına aqrokimyəvi 

xidmət,  bitki  mühafizəsi  və  bitkilərin  məhsuldarlığının  artırılması  tədbirlərinin  həyata 

keçirilməsi məsələlərində tətbiq edilən maliyyə güzəştlərindən istifadə etmək; 

27.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

27.2. Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin vəzifələri aşağıdakılardır: 

27.2.1.  fitosanitar  nəzarəti  qanunvericiliyinə  əməl  etmək  və  müəyyən  olunmuş 

qaydada dövlət fitosanitar nəzarəti xidmətində uçota durmaq; 

27.2.2.  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  və  bağçılıq  təsərrüfatlarına 

aqrokimyəvi xidmətlər göstərmək; 



27.2.3. bitki mühafizə vasitələrinin tətbiqinə dair dövlət standartlarının, fitosanitar və 

texnoloji  normaların,  reqlamentlərin  və  digər  normativ  sənədlərin  tələblərini  yerinə 

yetirmək; 

27.2.4.  istehsal  etdikləri  və  xaricdən  gətirdikləri  bitki  və  bitkiçilik  məhsullarının, 

pestisidlərin,  bioloji  preparatların  və  digər  bitki  mühafizə  vasitələrinin  keyfiyyət 

göstəricilərinə və təhlükəsizliyinə zəmanət vermək və məsuliyyət daşımaq; 

27.2.5.  istifadəyə  yararsız  pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi 

maddələrin  zərərsizləşdirilməsini  və  ya  məhv  edilməsini  qanunvericiliklə  müəyyən 

olunmuş qaydada təmin etmək; 

27.2.6.  dövlət  fitosanitar  müfəttişlərinin  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

qəbul etdikləri qərarlara və göstərişlərə əməl etmək; 

27.2.7.  xidmət  etdikləri  obyektlərdə  zərərli  orqanizmlər  aşkar  edildikdə  dövlət 

fitosanitar nəzarəti xidmətinə məlumat vermək və onların yayılmasının qarşısını alan ilkin 

tədbirlər görmək; 

27.2.8.  fitosanitar  tədbirlərin  həyata  keçirilməsində  dövlət  fitosanitar  nəzarəti 

xidmətinə lazımi kömək göstərmək və fitosanitar xidməti sahəsində həyata keçirdikləri işlər 

barədə  müvafiq  icra  hakimiyyəti  orqanlarına  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada 

məlumat vermək; 

27.2.9.  xidmət  etdikləri  obyektlərdə  istehsal  edilən  bitki  və  bitkiçilik  məhsullarının 

fitosanitar  normalara  uyğunluğunun  və  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  müvafiq 

tədbirlər görmək; 

27.2.10.  bitki  mühafizəsi  sahəsində  mütəxəssislərin  hazırlanması,  elmi  tədqiqat 

işlərinin  aparılması,  habelə  bitki  mühafizəsi  üzrə  dövlət  proqramlarının  həyata 

keçirilməsində iştirak etmək; 

27.2.11. qanunvericiliklə müəyyən olunmuş qaydada və formada pestisidlərin, bioloji 

preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatını aparmaq; 

27.2.12. qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək. 

 

V I I f ə s i l 



 

ZƏHƏRLİ KİMYƏVİ MADDƏLƏRİN İSTEHSALI, TƏTBİQİ VƏ DÖVRİYYƏSİNƏ TƏLƏBLƏR 

 

Maddə 2 8. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin  



           dövriyyəsi sahəsində dövlətin vəzifələri  

 

28.1.  Pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  dövriyyəsi 



sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

(Çıxarılıb)

ii[2]

 

 28.1.1.  bitki  mühafizə  vasitələrinin  istehsalına,  daşınmasına  və  saxlanmasına  dair 



standartları və müvafiq normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və təsdiq etmək; 

28.1.2.  pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  dövlət 

sınağının  aparılması,  qeydiyyata  alınması  və  istifadəsinə  icazə  verilmiş  preparatların 

siyahısına daxil edilməsi qaydalarını müəyyən etmək; 

28.1.3.  yüksək  toksiki-ekoloji  təhlükəli  pestisidlərin,  bioloji  preparatların  və 

aqrokimyəvi  maddələrin  siyahısını  təsdiq  etmək  və  müstəsna  hallarda  onların  tətbiqinə 

razılıq vermək; 


28.1.4.  fövqəladə  ekoloji  şərait  zonalarında  zəhərli  kimyəvi  maddələrin  tətbiqini 

məhdudlaşdırmaq; 

28.1.5.  pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  dövriyyəsinin 

bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətini təşkil etmək; 

28.1.6.  təbiəti  mühafizə,  sağlamlaşdırma,  istirahət  və  turizm  zonalarında,  su  fondu 

torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli 

kimyəvi maddələrin tətbiqini qadağan etmək; 

28.1.7. yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz pəhriz və uşaq qida məhsullarının 

istehsalı  üçün  əlverişli  fitosanitar  və  texnoloji  şərait  yaratmaq  məqsədilə  xüsusi  xammal 

istehsalı bölgələri təşkil etmək, onların hüdudları, hüquqi və texnoloji rejimlərini müəyyən 

etmək; 

28.1.8.  əkin  sahəsində  və  digər  kənd  təsərrüfatına  yararlı  torpaqlarda  aqrokimyəvi 



tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların 

hazırlanması qaydalarını müəyyən etmək; 

28.1.9.  bitki  və  bitkiçilik  məhsullarını  karantin  tətbiq  edilən  və  xüsusi  təhlükəli 

zərərli  orqanizmlərdən  qorumaq  üçün  lazım  olan  bitki  mühafizə  vasitələrinin  tədarükünə 

dövlət sifarişi vermək; 

28.1.10.  pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  dövriyyəsinə 

dair vahid statistik hesabat formasını və təqdim edilməsi qaydasını müəyyən etmək; 

28.1.11.  pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  istehsalı, 

idxalı, ixracı və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək. 

28.2. Qanunvericiliyə uyğun olaraq istehsal mənşəyinə görə adlar verilən və yüksək 

keyfiyyətli  (markalı)  bitkiçilik  məhsullarının  istehsalı  məqsədilə  becərilən  bitkilərə 

pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilmir. 

28.3.  Pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  tətbiqinin 

vacibliyi əsaslandırıldıqda, dövlət sanitariya və ekoloji ekspertizasının müsbət rəyi əsasında 

bu Qanunun 28.1.7-ci maddəsində göstərilən ərazilərdə müvafiq icra hakimiyyəti orqanının 

ciddi  nəzarəti  altında  onların  məhdud  çeşidlərinin  tətbiqinə  qanunvericiliklə  müəyyən 

olunmuş qaydada icazə verilir. 

28.4.  Pestisidlərin,  bioloji  preparatların  və  aqrokimyəvi  maddələrin  istehsalı, 

daşınması,  saxlanması,  tətbiqi,  zərərsizləşdirilməsi  və  məhv  edilməsi  ilə  bağlı  işləri 

bilavasitə  yerinə  yetirən  və  bu  sahədə  nəzarət  müayinəsi  aparan  işçilərə  Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq güzəştlər tətbiq edilir. 

 

Maddə 2 9. Zəhərli kimyəvi maddələrin istehsalı, satışı və tətbiqi 



 

 29.1.  Azərbaycan  Respublikasında  pestisidlərin  və  bioloji  preparatların  istehsalı 

insanların  sağlamlığının  və  ətraf  mühitin  təhlükəsizliyinin  təmin  edilməsi  şərtilə 

qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  mülkiyyət  və  təşkilati-hüquqi  formasından 

asılı olmayaraq hüquqi şəxslər tərəfindən həyata keçirilir. 

29.2.  Pestisidlər  və  bioloji  preparatlar  istehsal  edən  müəssisə  istehsal  etdiyi 

preparatların  keyfiyyətinə  zəmanət  vermək  üçün  nəzarət  xidməti  təşkil  edir,  satışa 

buraxdığı hər bir partiya (seriya) preparata dair müvafiq sertifikat alır və onun keyfiyyəti və 

tətbiqi üçün məsuliyyət daşıyır. 

29.3. İstehsal olunan hər hansı preparat qanunvericiliklə müəyyən olunmuş qaydada 

dövlət  sınağından  keçirilir  və  qeydiyyata  alınır,  onun  texniki  şərtləri  və  standartlaşdırma 

üzrə normativ sənədləri hazırlanır. 



29.4. 

Pestisidlərin 

və 

bioloji 


preparatların 

standartlaşdırılmasını 

və 

sertifikatlaşdırılmasını  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müvafiq  icra 



hakimiyyəti orqanları həyata keçirirlər. 

29.5.  Azərbaycan  Respublikasının  dövlət  standartlarının  tələblərinə  və  ya 

Azərbaycan  Respublikasının  ərazisində  rəsmi  tanınan  beynəlxalq  standartlara  uyğun 

olmayan, habelə dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış və istifadəsi qadağan 

olunmuş zəhərli kimyəvi maddələrin istehsalına, satışına və tətbiqinə yol verilmir. 

29.6.  Yüksək  toksiki-ekoloji  təhlükəli  preparatların  siyahısının  təsdiq  edilməsi  və 

tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

29.7.  Fövqəladə ekoloji  şərait  zonasında  pestisidlərin  və  bioloji  preparatların  tətbiqi 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırılır. 

 

Maddə 3 0. Zəhərli kimyəvi maddələrin idxalı və ixracı  



 

30.1.  Azərbaycan  Respublikasında  dövlət  qeydiyyatına  alınmış,  istifadəsinə  icazə 

verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan 

və  müvafiq  qaydada  qablaşdırılmış  və  etiketləşdirilmiş  pestisidlər  və  bioloji  preparatlar 

idxal və ixrac oluna bilər. 

30.2.  Mənşəyi  və  keyfiyyəti  barədə  sertifikatları  olmayan  pestisidlərin  və  bioloji 

preparatların idxalı, satışı, tətbiqi və reklam edilməsi qadağan edilir. 

30.3.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  başqa 

şərtlər  nəzərdə  tutulmamışdırsa,  pestisidlərin  və  bioloji  preparatların  idxal  və  ixrac 

edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir. 

30.4.  Dövlət  qeydiyyatına  alınmamış  pestisidlərin  və  bioloji  preparatların  idxal  və 

ixracına aşağıdakı hallarda yol verilə bilər: 

30.4.1. elmi tədqiqat işlərində istifadə olunduqda və satış hüququ olmadan sərgilərdə 

nümayiş etdirildikdə; 

30.4.2.  bitki  mühafizə  vasitələri  ilə  işlənmiş  toxum  və  əkin  materialları  ilə  birlikdə 

idxal və ixrac edildikdə; 



 

                                                 



 

 

Yüklə 182,56 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin