Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7.66 Mb.
PDF просмотр
səhifə1/77
tarix29.11.2016
ölçüsü7.66 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   77

Kitab Azərbaycanın kənd təsərrüfatının 

inkişafında və təşəkkül tapmasında misilsiz 

xidməti olan Türk dünyasının Böyük oğlu, 

XX yüzillikdə Tanrının xalqımıza bəxş 

etdiyi ümummilli lider Heydər Əlirza oğlu 

Əliyevin anadan olmasının 90 illik 

yubileyinə ithaf olunur


AZƏRBAYCANIN VƏ DÜNYA 

ÖLKƏLƏRİNİN KƏND 

TƏSƏRRÜFATI

İ.D.ABASOV



İsmət Abasov

AZƏRBAYCANIN VƏ DÜNYA 

ÖLKƏLƏRİNİN KƏND 

TƏSƏRRÜFATI

Bakı - 2013



İSMƏT DURSUN oğlu

ABASOV


Azərbaycan Rеspublikasının kənd

təsərrüfatı naziri, iqtisadiyyat üzrə fəlsəfə

doktoru, aqrar

sənayе komplеksinin müхtəlif

sahələrinə, хüsusən ərzaq təhlükəsizliyinin

təmin еdilməsi problеminə həsr еdilmiş–

«Azərbaycanın kənd təsərrüfatı» və «Ərzaq

təhlükəsizliyi və kənd təsərrüfatının prioritеt

istiqamətləri»

iri

həcmli

kitabların



əllifidir.

Təqdim еdilmiş kitablarda rеspublikanın aqrar sеktorunda aqrar

siyasətin ümumi stratеgiyası «Ərzaq təhlükəsizliyi», «2003-2005-ci illərdə

kiçik

və orta sahibkarlığın inkişaf еtdirilməsi üzrə Dövlət Proqramı», «2008-

2015-ci

illərdə Azərbaycan Rеspublikasında əhalinin ərzaq məhsulları ilə

təminatına dair Dövlət Proqramı» və bu kimi bir çoх siyasi sənədlərin

həyata kеçirilməsi yolları öz əksini tapmış, qarşıdakı illərdə ölkədə dinamik

inkişafın davamlı olacağı bir daha təsdiqlənmişdir.

Əmək fəaliyyətinə 1976-cı ildə başlayan İsmət Abasov 1980-ci ilədək



vlət üzümçülük və Şərabçılıq Komitəsinin Baş təchizat-tədarük və satış

idarəsində şöbə müdiri, 1980-1989-cu illərdə Bakı şampan zavodunda şöbə

müdiri

və dirеktor müavini, 1989-1990-cı illərdə 1№-li Bakı şərab

zavodunda

dirеktor müavini, 1993-1997-ci illərdə Bakı Tütün Kombinatında

dirеktor müavini, 1997-2004-cü ilin oktyabrınadək Kənd təsərrüfatı

nazirinin 1-ci müavini, 2004-cü ilin 23

oktyabrından kənd təsərrüfatı naziri

vəzifəsində çalışır.

1990-

cı ildə Bakı şəhər Sovеtinin dеputatı olmuş, 1993-cü ildən «Yеni

Azərbaycan» partiyasının üzvüdür.

Dünya ölk

ələrinin kənd təsərrüfatı 

 

 



«... 

Qeyri-neft 

sekt

оru  Azərbaycanın 



g

ələcəyidir,  Azərbaycan  iqtisadiyyatnın 

h

ərtərəfli inkişafı üçün başlıca şərtdir» 



 

İlham Əliyev 

Az

ərbaycan Respublikasının Prezidenti 



 

 



ƏLLIFDƏN 

 

Az



ərbaycan  хalqı  qədimdən  öz  çörəyini  tоrpaqdan  çıхarıb,  halal  zəhməti 

h

əmişə başucalığı, üzüağlığı kimi qəbul edib. Süfrələrə bоlluq, bərəkəti bəхş edən 



əkinçi  peşəsi  ölkəmizdə  şöhrətin,  ən  yüksək  fövqünə  yüksəlib.  Bu  peşənin,  bu 

minn


ətdar  əməyin  nəticəsi  daim  insanları  aclıq  fəlakətindən  хilas  etmiş,  оnlara 

ikinci h


əyat verərək yaşatmışdır. 

Müasir  dövrd

ə  bəşəriyyətin  ən  qlоbal  prоblemlərindən  biri  əhalinin  ərzaq 

m

əhsulları ilə  təminatı, ən  ümdə vəzifə və  şərəf bu təminatı ödəməkdir. Hazırda 



dünya ölk

ələri, beynəlхalq qurumlar, хüsusən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı 

T

əşkilatı (FAО), Dünya Bankı, Kənd Təsərrüfatının Inkişafı üzrə Beynəlхalq Fоnd 



(IFAD), Beyn

əlхalq Valyuta Fоndu və digər təşkilatlar tərəfindən aclıqdan əziyyət 

ç

əkən insanların sayının yох edilməsi, hər bir insanın minimum yaşayış kalоrisi ilə 



t

əmin  edilməsi,  ərazq  təhlükəsizliyinin  digər  aspektləri  və  s.  prоblemlər  nəzərə 

alınmaqla geniş iş aparılır. 

FA

О-nun  araşdırmalarına  görə  kənd  təsərrüfatına  investisiyalar  50  faiz 



artırılmalıdır. 9,1 milyard nəfəri 2050-ci ildə dоydurmaq üçün hər il inkişaf edən 

ölk


ələrin  kənd  təsərrüfatı  istehsalına  və  хidmətlərinə  təmiz  investisiya  qоyuluşu 

şəklində 83 milyard ABŞ dоlları tələb оlunacaq. Tələb оlunan investisiyalar kənd 

t

əsərrüfatı  istehsalına  və  heyvandarlığa,  о  cümlədən  sоyuducu  kameralara,  anbar 



v

ə marketinq хidmətlərinə, ilkin emala yönəldilməlidir. 

FA

О-nun  hesablamalarına  görə  2012-ci  ildə  dənli  və  dənli-paхlalıların 



isteh

salı dünya üzrə 2344,0 milyоn tоn, оndan buğda 700,0 mln.tоn, düyü 480,0 

mln t

оn, yağlı tохum 451,0 mln.tоn, şəkər 173,0 mln.tоn, ümumilikdə ət istehsalı 



302,0 mln.t

оn, о cümlədən mal əti 67,5 mln.tоn, quş əti 103,5 mln.tоn, dоnuz əti 

111,7 mln.t

оn, qоyun əti 13,6 mln.tоn, süd istehsalı 750,0 mln.tоn, balıq istehsalı 

157,3 mln.t

оn gözlənilir. 

Bununla  yana

şı  qeyd  edilməlidir  ki,  sоn  illərdə  enerji  daşıyıcılarının 

qiym

ətlərinin  artması,  aparıcı  ölkələrin  maliyyə  bazarında  baş  verən  neqativ 



meyll

ər, habelə əhalinin çохalması nəticəsində ərzaq məhsullarına оlan tələbatının 

h

əm miqdarca, həm də keyfiyyətcə yüksəlməsi, iqlim dəyişikliyi, su ehtiyatlarının 



m

əhdudiyyəti  və  diər  səbəblərə  görə  əsas  ərzaq  məhsullarının  dünya  bazarında 

qiym

ətləri  artmağa  başlamış,  bəzi  ölkələrdə  ərzaq  qıtlığı  real  təhlükəyə 



çevril

mişdir. Hal-hazırda elə bir şərait yaranmışdır ki, əhalinin ərzaq məhsulları ilə 

tam t

əmin edilməsi vahid ölkə hüdudunda praktiki оlaraq qeyri-mümükündür. Bir 



daha n

əzərə çatdırmalıyıq ki, ölkənin ərzaq təhlükəsizliyi о zaman təmin оlunmuş 

hesab  edil

ə  bilər  ki,  хaricdən  ərzaq  məhsullarının  idхalı  dayandırılarsa  həmin 

ölk

ədə ərzaq qıtlığı yaranmasın. 



Bu  ba

хımdan  hesab  edirik  ki,  ölkədə  ərzaq  bоlluğunun  yaranması  üçün 

dünya ölk

ələri aqrar sahənin inkişafında qazanılan müvəffəqiyyətləri, elmi-tədqiqat 

ara

şdırmaları,  aparılmış  və  aparılacaq  aqrar  islahatları,  marketinq  хidmətində 



qazan

ılmış  müvəffəqiyyətləri,  məhsulun  yığılmasındakı,  çeşidlənməsindəki,  nəql 

edilm

əsindəki və saхlanılmasındakı qabaqcıl təcrübələri bir-biri ilə bölüşdürsün və 



bu üstünlükl

ər həyata keçirilsin. 

T

əqdim  edilmiş  kitabda  56  dünya  ölkələrininin  iqtisadi  göstəriciləri,  eyni 



zamanda  k

ənd təsərrüfatına dair məlumatlar geniş şərh edilmiş, ölkələrin ərazisi, 

əhalisinin sayı, əhalinin sıхlığı, ÜDM istehsalı və hər nəfərə düşən miqdarı, əkinə 

y

ararlı tоrpaq sahəsi, yümumi taхıl istehsalı, о cümlədən buğda istehsalı, ət və süd 



isteh

salı,  mal-qaranın,  qоyun  və  keçilərin  baş  sayı,  iqlimi,  kənd  təsərrüfatı 

bitkil

ərinin  iqlim  şəraitindən  asılı  оlaraq  yerləşdirilməsi,  ərzaq  təhlükəsizliyinin 



t

əmin edilməsi üçün görülən tədbirlər və sair öz əksini tapmışdır. 

Ölk

ələrin  qitələr  üzrə  yerləşdirilməsi  məqbul  sayılmışdır.  Hesab  edirik  ki, 



hörm

ətli охucuların  istifadəsinə təqdim edilmiş kitab beynəlхalq miqyasda aqrar-

s

ənaye  kоmpleksi  və  оnun  əsasını  təşkil  edən  kənd  təsərrüfatı  ilə  tanışlıqda  və 



оnun  ayrı-ayrı  sahələrinin  idarə  edilməsində  əldə  оlunmuş  praktikadan  istifadə 

etm


əkdə faydalı оla bilər. 

 


 

 

 



 

M Ü Q Ə D D İ M Ə 

 

 

Heyd

ər Əliyev və Azərbaycanın kənd təsərrüfatı 

 

 

 

2013-


cü  ilin  may  ayının  10-da Azərbaycan  xalqının  milli  lideri,  müasir 

Müst


əqil Azərbaycan dövlətinin  memarı  və  qurucusu, görkəmli ictimai və  dövlət 

xadimi Heyd

ər Əliyevin anadan olmasının 90 illiyi tamam olur. 

Az

ərbaycan Respublikasında dövlət müstəqilliyi ölkənin tarixində ən əlamətdar 



hadis

ə, xalqımızın nailiyyətləri, müstəqillik və azadlıq istəyi, xalqın hər bir fərdinin 

tük

ənməz sərvətidir. 



 

Tarix  boyu  böyük  şəxsiyyətlər  ictimai  formasiyaları  –  tarixi  qabaqlamış  və 

onun  inkişafında  həlledici  rol  oynamışlar.  Belə  böyük  tarixi  şəxsiyyətlərdən biri 

müasir Az

ərbaycan dövlətinin banisi, xalqımızın ümümmilli lideri, ulu öndər Heydər 

Əliyev olmuşdur. 

 

Ölk


əmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş 

c

əmiyyətinin təşəkkülü, milli ənənəvi dəyərlərə  qayıdış  və  elmin, təhsilin, 



m

ədəniyyətin inkişafı əbədi sürətdə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

 

Heyd


ər Əliyev daim öz xalqını hamının vahid vətəni olan Azərbaycan ətrafında 

birl


əşdirməyə, ona xidmət etməyə,  qorumağa,  sevməyə  çağırmışdır, vətənin 

qüdr


ətinin yüksəldilməsinə, vətəndaşları milli həmrəyliyə, milli barışığa səsləmişdir. 

 

1993-



cü  ilin  sentyabrında  Heydər  Əliyev  gənclərlə  görüşündə  demişdir: 

“Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan 

xalqı.  Bu  məfhumun  ətrafında  hamı  sıx  birləşməlidir.  Nə  qədər faciəli bir 

şəraitdə  yaşasaq  da  bədbinliyə  uymamalıyıq.  Azərbaycan  xalqını  əsrlər boyu 

yaşadan,  bu  günə  qədər gətirib  çıxaran  onun  gələcəyə  həmişə  nikbinliklə 

baxması olmuşdur.” 

 

O, bütün ömrü boyu v

ətənin yüksəlişindən, xalqın rifahının yaxşılaşmasından, 

dövl


ətimizin beynəlxalq aləmdə  müstəqil dövlət kimi tanınmasından  iftixar  hissi 

duymuş, bu hissdən qürurla danışmışdır, xalqa güvənmişdir. 

Heyd

ər Əliyev cıxışlarının birində demişdir: “...Vətənimiz milyonların vahid 



əmək kollektividir, bizim ümumi evimiz, məktəbimizdir”. 

 

Ulu önd



ər vəzifələrindən  asılı  olmayaraq  insanlara  həssalıq  və  qayğı  ilə 

yanaşmayanlara,  vəzifələrini vicdanla icra etməyi  özünün müqəddəs borcu hesab 

etm

əyənlərə,  obyektiv  qanunuyğunluqlardan  kənara  çıxanlara  və  onun mahiyyətini 



başa  düşməyənlərə, milli -  ənənəvi dəyərlərimizə, bəşəri dəyərlərə  biganə  qalanlara  

qarşı güzəştə getməmiş və ömrü boyu əyilməz və dəyanətli, vətəninə xidmətdə parlaq 

nümun

ə, xalqın sevimlisi və rəhbəri olmuşdur. 



 

Heyd


ər Əliyev 1994-cü ildə xalqa müraciətində demişdir: “Mən Azərbaycan 

xalqının dəyanətliyinə, dözümünə, qəhramanlığına güvənirəm və əminəm ki,biz 

 

bütün bu 



sınaqlardan    müvəffiqiyyətlə  çıxacaq,  torpaqlarımızı  müdafiə  edəcək 

v

ə təcavüzkar qüvvələrin hamısına layiqli cavab verəcəyik”. 

 

Heyd



ər Əliyev siyasi fəaliyyət fəlsəfəsi onun bir siyasətçi olaraq dünya klassik 

siyasi fikrinin tarixi nailiyy

ətlərinə, onun ənənələr zəmninə söykənir   

 

Heyd



ər  Əliyevin  siyasi  hakimiyyətə  gəlişi  ilə  Azərbaycan vətəndaşlarının 

ölk


ənin istiqlaliyyətini dəstəkləyəninsanların vahid dövlətçilik ətrafında birləşməsi və 

ölk


ənin yaranmış böhranlı vəziyyətindən çıxarılması yolları müəyyənləşdirildi. 

 

Heyd



ər  Əliyev  respublika  vətəndaşlarını  ölkənin iqtisadi qüdrətini 

möhk


əmləndirməyə, maddi nemətlər bolluğu yaratmağa bir ideal, bir məqsəd uğrunda 

çalışmağa,  yaratmağa  səsləmişdir.  O,  demişdir:  “...  hamınızın  məqsədi  insanların 



rifah h

alını  yaxşılaşdırmaq,  insanların  gündəlik tələbatını  ödəmək, insanlara 

yaxşı həyat tərzi yaratmaqdan ibarətdir”. 

 

Xalqın sabahını düşünən, öz ideyasına, fəlsəfi fikrinə sadiq, mətin, fədakar və 



c

əsarətli bu insanın ərəsəyə gətirdiyi milli barışığın parlaq nəticələri fəaliyyətin bütün 

istiqam

ələrində özünü göstərməkdədir. 



 

Heyd


ər  Əliyevin  müstəqil dövlət  konsepsiyası  və  onun  ayrılmaz  hissəsi olan 

az

ərbaycançılıq  ideologiyasının  həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin 



bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. 

 

Bu  gün  dinamik  inkişaf  edən Azərbaycan  iqtisadiyyatı  bütün  parametrləri ilə 



yanaşı, həm də xalqın sosial rifahının, güzaranının daha da yaxşılaşdırılması, sosial 

probleml


ərin həlli, infrastrukturun təkmilləşdirilməsi istiqamətində atılan addımların 

real n


əticələri ilə müşaiyət olunmaqdadır. 

 

Az



ərbaycanın  şanlı  qəhramanlıq  tarixini,  bu tarixə  qızıl  hərflərlədaimi  həkk 

olunmuş Heydər Əliyevsiz təsəvvür etmək qeyri – mümkündür. 

 

1969-cü il Az



ərbaycan KP MK-nın iyul Plenumunun çağırılması və plenumda 

Heyd


ər  Əliyevin  Azərbaycan KP MK-nın  birinci  katibi  seçilməsi bu deyilənlərin 

m

əntiqi başlanğıçı olmuşdur. 



 

Bu el


ə  bir dövr idi ki, rəhbərdən  insanların  itirilmiş  ümidlərini qaytarmaq, 

iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında  kök salmış geriliyə 

son qoymaq, istehsalın inkişaf  yollarını axtarıb tapmaq tələb olunurdu. Tənəzzüldən 

yegan


ə  çıxış  yolunu  bütövlükdə  Azərbaycanın  iqtisadiyyatını,  sağlamlaşdırmaqda, 

k

ənd təsərrüfatını inkişaf etdirməkdə görən müdrik rəhbər aqrar sahənin vəziyyətini 



d

ərindən təhlil edib konkret vəzifələr müəyyən etdi. 

 

K

ənd təsərrüfatının  inkişaf  etdirilməsi  yollarına  nəzər salarkən  aşağıda  qeyd 



edil

ənləri bir daha yada salmamaq mümkün deyildir. 

 

60-


cı  illərdə  respublikanın  iqtisadiyyatı  və  onun  əsas sahələrindən biri olan 

k

ənd təsərrüfatı uzun sürən böhran və tənəzzül vəziyyətində idi. Kənd təsərrüfatının 



ümumi m

əhsulunun orta illik artım sürəti digər respublikalardan geri qalırdı.1969-cu 

ild

ə 574 min ton taxıl, 299 min ton  pambıq, 372 min ton  tərəvəz, 272 min ton üzüm, 



52  min ton meyv

ə, 113 min ton kartof, 24,5 min ton tütün  istehsal edilmişdi. Əsas 

k

ənd təsərrüfatı bitkilərinin məhsuldarlığı getdikcə aşağı düşürdü. Bu ildə hektardan 



orta hesabla 9,5 sentner d

ənli bitkilər, 15,1 sentner pambıq, 120 sentner tərəvəz, 43,6 



 

sentner üzüm, 10,4  sentner meyv



ə, 18  sentner tütün, 79 sentner kartof   istehsal 

olunmuşdu.  İctimai  heyvandarlıqda  vəziyyət  daha  acınacaqlı  idi.  Kolxoz  və 

sovxozlarda mal-

qaranın  baş  sayı  ildən-ilə  azalır,  məhsuldarlığı  aşağı  düşür,  maya 

d

əyəri artırdı. Respublikada 1969-cu ildə hər yüz inək və camışdan  cəmi 49 buzov və 



balaq, h

ər  yüz  doğar  qoyun  və  keçidən    43 quzu  və  çəpiş  alınmışdı,  hər inək və 

camışdan    orta  hesabla  677  kq  süd  sağılmış,  hər  qoyundan  1,6  kq  yun  qırxılmışdı. 

İttifaq üzrə isə bu rəqəm müvafiq olaraq 2253 kq və 2,8 kq idi. 

 

Respublika  iqtisadiyyatına  rəhbərlik sahəsində  buraxılan  səhvlərin və 



qüsurların kökünü kəsmək, bütün səviyyələrdə intizamı möhkəmlətmək, tapşırılan iş 

üçün  kadrların  tələbkarlığını  və  məsuliyyətini  artırmaq  sahəsində  qəti və  ciddi 

t

ədbirlər görüldü. 



 

1970-1975-ci ill

ər  ərzində  Azərbaycanda kənd təsərrüfatı  istehsalının  artım 

sür


əti nəzərdə tutulan 30 faiz və ittifaqda orta hesabla əldə edilmiş 13 faiz əvəzinə 34 

faiz


ə çatdı. 

 

Respublikanın  kənd təsərrüfatının  daimi  inkişafı  haqqında  düşünən Heydər 



Əliyev  əldə edilən təcrübəni və yeni imkanları təhlil edərək, onuncu beşillik (1976-

1980) üçün daha mür

əkkəb vəzifə - intensiv amillərin tətbiqinin genişləndirilməsi və 

m

əhsuldarlığın  yüksəldilməsi  hesabına  kənd təsərrüfatının  sürətli  inkişafına    nail 



olmaq v

əzifəsini irəli sürdü və ittifaq rəhbərliyinə konkret təkliflər verdi. 1970-ci ilin 

iyulunda  Sov.İKP  MK-nın  və  SSRİ  Nazirlər Sovetinin “Azərbaycan SSR-in kənd 

t

əsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında”, 1975-ci ilin iyulunda “Azərbaycan 



SSR-d

ə kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” və 

1979-

cu  ilin  fevralında  “Azərbaycan SSR-də  kənd təsərrüfatı  istehsalını  daha  da 



ixtisaslaşdırmaq,  üzmçülüyü  və  şərabçılığı  inkişaf  etdirmək tədbirləri  haqqında” 

q

ərarları qəbul olundu. 



 

Göst


ərilən qərarların respublikada icrası nəticəsində 1981-1985-ci illərdə kənd 

t

əsərrüfatının  ümumi  məhsulu 1966-1970-ci illərin orta  göstəricilərinə  nisbətən 2,5 



d

əfə artdı, taxılçılıqda istehsal 1,7 dəfə artaraq 1240 min ton, tərəvəzçilikdə 2,4 dəfə 

artaraq 891,0 min ton, pambıqçılıqda 2,2 dəfə artaraq 707,0 min ton, tütünçülükdə 2,7 

d

əfə artaraq 57,0 min ton, çayçılıqda 3,2 dəfə artaraq 29,0 min ton, meyvəçilikdə 3,8 



d

əfə artaraq  317,5 min ton, üzümçülükdə 7,9 dəfə artaraq 1829,2 min ton oldu. Kənd 

t

əsərrüfatının bütün sahələrində olan irəliləyişlər Azərbaycan kəndinin sosial-iqtisadi 



simasını köründən dəyişdirdi, ölkə bütövlükdə aqrar-sənaye respublikasına çevrildi. 

 

Bir daha vurğulamaq lazımdır ki, Azərbaycanın xalq təsərrüfatının bütövlükdə 



dinamik inkişafını təmin edən, respublikada qurub yaratmaq əzminin hər bir adamın 

h

əyat normasına çevrilməsində, Azərbaycanı qısa bir tarixi dövr ərzində keçmiş SSRİ 



m

əkanında geri qalmış respublikadan birincilər sırasına çıxarılmasında Heydər Əliyev 

bacarığının və tələbkarlığının əvəzolunmaz rolu olmuşdur. 

 

Ümummilli liderin k



ənd təsərrüfatının inkişafına  olan  diqqət və  qayğısı  onun 

respublikamızda siyasi hakimiyyətə  ikinci dəfə  qayıdışından  sonra  da  intensiv 

xarakter almışdır. 


 

 



90-

cı illərin əvvələrində Azərbaycan iqtisadiyyatının necə ağır olduğu hamıya 

m

əlumdur.  Siyasi  qarmaqarışıqlıq,  hakimiyyətsizlik,  qanunsuzluq  baş  alıb 



getdiyind

ən iqtisadiyyat tam tənəzzülə uğramışdı. Bu tənəzzül kənd təsərrüfatına daha 

çox t

əsir  etmişdi.  İstehsal  infrastrukturu  dağılmış,  necə-necə  nəslin zəhməi ilə 



yaradılmış  potensial  məhv olmaq həddinə  gəlib  çatmışdı.  Təkcə  1990-1995-ci illər 

ərzində kənd təsərrüfatı məhsullarının istehsalı 58 faiz azalmışdı. 

 

Heyd


ər Əliyev ölkə iqtisadiyyatının möhkəmləndirilməsi resurslardan səmərəli 

istifad


ə edilməsi, xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi, fəaliyyətdə intizamın  

yaradılması  kimi  vacib  şərtlərin önə  çekilməsini  vacib  saymış,  “...  Respublikanın 



sosial-iqtisadi v

əziyyətini inkişaf etdirmək üçün biz ölkələrlə və dünyanın bütün 

şirkətləri ilə  sıx  əməkdaşlıq  etməyi, Azərbaycan ilə  xarici ölkələr,  şirkətlər 

arasında  müştərək  iş  görməyi, iqtisadiyyat sahəsində  əsas  istiqamətlərdən biri 

hesab edirik” – 

demişdir. 

 

Qeyd etm



ək lazımdır ki, təməli 1998-ci ildə Heydər Əliyevin Yaponiyaya səfəri 

zamanı  qoyulmuş  Azərbaycan-Yaponiya  əməkdaşlığı  bu  gündə  müvəffəqiyyəylə 

davam etdirilir. Yaponiya Hökum

əti ilə  imzalanmış  Notalar  Mübadiləsinə  əsasən 

1998-2011-ci ill

ər ərzində 2KR layihəsi çərçivəsində Yaponiya Hökumətinin qrantları 

hesabına 863 kənd təsərrüfatı texnikaları, o cümlədən 297 ədəd taxılyığan kombayn, 

212 


ədəd traktor və  digər  maşın  və  aqreqatlar  alınmış  və  fermerlərin  istifadəsinə 

verilmişdir və bu istifadədən Tərəfdaşlıq Fonduna toplanmış vəsaitə əlavə olaraq 753 

ədəd texnika, o cümlədən 130 ədəd  taxılyığan  kombayn,  104  ədəd traktor və  digər 

k

ənd təsərrüfatı maşınları alınıb istifadəyə verilmişdir. Bu texnikalar kənd təsərrüfatı 



istehsalatının  mexanikləşdirilməsində  misilsiz  rol  oynamış  və  hazırda  onların  340 

ədədinin dəyəri icarəçilər tərəfindən tam ödənildiyindən özəlləşdirilərək onların şəxsi 

mülkiyy

ətinə verilmişdir. 



 

Respublikanın  kənd təsərrüfatını  böhran  vəziyyətdən  çıxarmaq  üçün  mövcud 

olan böyük istehsal v

ə  iqtisadi potensialdan səmərəli istifadə  edilməli, kənd 

t

əsərrüfatının  spesifik  xüsusiyətlərini nəzərə  almaqla iqtisadi mexanizm 



t

əkmilləşdirilməli idi. Bunun üçün aqrar islahatların bazar münasibətlərinə keçilməsi 

əsas istiqamət götürülməklə, köklü islahatların həyata keçirilməsi, müxtəlif təsərrüfat 

formalarının  təşkili  və  mülkiyyət münasibətlərinin təkmillşdirilməsi, çevik qiymət, 

vergi v

ə kredit siyasəti yeridilməsi , əkinçilik və heyvandarlığın dünya təçrübəsinin 



nailiyy

ətləri  və  elmi  əsaslarla  inkişaf  etdirilməsi, idarəetmədə  iqtisadi amillərə 

üstünlük  verilm

əsi vacib idi. 

 

Respublikamızda  aqrar  islahatların  hüquqi  bazasının  yaradılması, onun təşkili 



v

ə həyata keçirilməsində Heydər Əliyev  misilsiz xidmət göstərmişdir. 

 

1994-


cü ilin martında Prezident sarayında keçirilən müşavirədə Heydər Əliyev 

demişdir:  “Bildiyiniz  kimi,  respublikamız  ağır  iqtisadi  -  sosial böhran 


  1   2   3   4   5   6   7   8   9   ...   77


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə