Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26.66 Mb.
Pdf просмотр
səhifə7/55
tarix29.12.2016
ölçüsü26.66 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   55

68

Əliyev Cəlal  Əlirza oğlu

(1928)


Dünya  şöhrətli  görkəmli  alim,  Respub­

likanın  Əməkdar Elm Xadimi,  Azərbaycan  Milli 

Elmlər Akademiyasının  akademiki,  Rusiya Kənd 

Təsərrüfatı  Elmlər  Akadcmiyasınm  həqiqi  üzvü.

Azərbaycan 

Milli 


Elmlər 

Akademiyasının 

Botanika 

İnstitutu 

və 

Kənd 


Təsərrüfatı 

Nazirliyinin  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutu 

şöbələrinin  rəhbəri,  biologiya  elmləri  doktoru 

Cəlal  Əlirza  oğlu  Əliyevin  milli  və  dünya 

biologiya 

elminin 


inkişafında, 

tərəqqisində 

misilsiz  xidmətləri  olmuşdur.  O,  «Mikroelementlərin  buğdanın  inkişafına  və 

məhsuldarlığına  təsiri» 

mövzusunda  namizədlik, 

«Bitkilərin 

fotosintez 

fəaliyyəti,  mineral  elementlərlə  qidalanması  və  məhsuldarlığı»  mövzusunda  isə 

doktorluq  dissertasiyası  müdafiə  etmişdir,  500-dən  artıq  elmi  əsərin,  20 

monoqrafiya və  kitabın  müəllifi  olmaqla,  onun rəhbərliyi  və köməkliyi  ilə  250- 

yə  qədər  alim,  o  cümlədən  70-dən  artıq  elmlər namizədi  və  10-dan  çox  elmlər 

doktoru  hazırlanmışdır.  Həyatın  yaranması,  üzvi  aləmin  əmələ  gəlməsi,  təbiətin 

əvəzolunmaz  inkişafı  prosesi  fotosintez  hadisəsi  ilə  bağlıdır.  Fotosintez 

prosesinin  öyrənilməsi  uzun  müddət  dünya  alimlərinin  diqqət  mərkəzində 

olmuşdur.  Təsadüfi  deyil  ki,  bəşəri  əhəmiyyətli  bu problemin tədqiqi  sahəsində 

kəşflərə  görə  indiyə  kimi  5  Nobel  mükafatı  laureatı  olmuşdur.  Azərbaycan  elmi 

tarixində  mühüm  yer tutan  böyük  alim,  ictimai  xadim,  C.  Əliyev təbiət elminin 

bu  sahəsinə  maraq  göstərmiş  və  bu  sahə  onun  elmi  yaradıcılığının  fundamental 

tədqiqat  obyektinə  çevrilmişdir.  Aparılan  fundamental  tədqiqatların  nəticəsində 

7-8  t/h  məhsuldarlığa  və  yüksək  dən  keyfiyyətinə  malik,  Azərbaycanın  taxıl 

əkıııı  sahələrinin  böyük  hissəsini  təşkil  edən,  Türkmənistan,  Özbəkistan  və 

Gürcüstanda  yaxşı  nəticələr  verən  «Qaraqılçıq-2»,  «Mırbəşır-50»,  eləcə  də 

«Vüqar»,  «Şıraslan-23»,  «Bərəkətli-95»,  «Qobustan»,  «Əlincə-84»,  «Əzəmətli- 

95»,  «Qiymətli-2/17»,  «Əkinçi-84»,  «Nurlu-99»,  «Ruzi-84»,  «Tale-38», 

«Tərtər» və s.  kimi  bir sıra bərk və yumşaq buğda sortlannm yaradılması alimin 

ən  böyük  elmi  nailiyyətidir.  Hal-hazırda  Alimin  rəhbərlik  etdiyi  kollektiv 

dünyanın  ən  öncül  laboratoriyaları  səviyyəsində  elmi-tədqiqat  işlərini  davam 

etdirir.  Onun  elmı-təşkilatçılıq  fəaliyyəti  sayəsində  XX  əsrdə  biologiyanın  ayrı- 

ayrı  sahələrinin  yüksək  səviyyədə  inkişafı  XXI  əsrdə  Azərbaycan  biologiya 

elminin  dünya  elminə  inteqrasiyası  üçün  zəmin  yaratmışdır.  Nəticə  etibarilə 

hazırda  ölkəmizin  alimləri  dünyanın  öncül  elmi  laboratoriyaları  ilə  əməkdaşlıq 

şəraitində öz tədqiqatlarını davam etdirir və yeni elmi nailiyyətlər əldə edirlər.  C. 

Əliyevin görkəmli  bioloq  kimi elmi  irsinin ən yeni və mühüm sahələrindən birini 

də bioetika, elm və texnologiyaların etikası  problemləri təşkil edir.  Onun ümumi 

biologiya,  biotexnologiya, biokimya, bitki  seleksiyası və s.  sahələr üzrə apardığı 

çoxsaylı  və  sanballı  elmi  tədqiqat  işləri  dünya  mətbuatında  geniş  əksini

69


tapmışdır.  Təsadüfi  deyildir  ki,  ilk  dəfə  olaraq  YUNESKO-nun  xətti  ilə 

Azərbaycanda  "Bioetika,  elmi  biliklərin  və  texnologiyaların  etikası"  üzrə  Milli 

Komitə yaradılarkən onun ilk sədri C.  Əliyev seçilmiş və bu günə qədər də o, bu 

vəzifədə  öz  işlərini  böyük uğurla davam  etdirir.  Alimin  əldə  etdiyi  yeni  sortlar, 

yazdığı  qiymətli  əsərlər,  yaratdığı  seleksiya  məktəbi,  zəngin  buğda  genefondu 

Azərbaycan 

xalqının  milli  sərvətidir  və  artıq  ölkəmizdə  çörəyə  ehtiyacın 

ödənilməsi  istiqamətində  C.Əliyev  məktəbi  vardır.  Alimin  buğdanın  seleksiyası 

sahəsində  əldə  etdiyi  nailiyyətlər  onun  elmi  fəaliyyətinin  ancaq  bir  hissəsidir 

Onun bitki  fiziologiyası, fotosintez nəzəriyyəsi,  biokimya,  biofizika, molekulyar 

biologiya,  gen  mühəndisliyi,  hüceyrə  seleksiyası  və  biologiya  elminin  digər 

sahələrində  də  əldə  etdiyi  nailiyyətlər  gələcək  nəsillərə  irs  qalacaq.  Bu  ırsı 

yaşatmaq,  qoruyub  gələcək  seleksiyaçılar  nəslinə  çatdırmaq  seleksiya 

məktəbinin  hər bir üzvünün,  Azərbaycam gələcəkdə  qüdrətli  bır dövlət  görmək 

istəyən hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır.

Ələkbərov Urxan  Kazım oğlu

(1943)

Müasir  biologiya,  xüsusilə  genetika  elmi  və 



Davamlı  İnsan  İnkişafı  sahəsində  həm  ölkəmizdə, 

həm  də  xaricdə  məşhur  bioloq  kimi  tanınan, 

biologiya  elmləri  doktoru,  akademik.  Urxan  Kazım 

oğlu  Ələkbərov  hazırda  ölkəmizi  dünyada  məş­

hurlaşdıran,  tanıtdıran  görkəmli  alimlərimizdən 

biridir.  O,  300-dən  çox  elmi  əsərin,  o  cümlədən  15 

monoqrafiyanın,  kitab,  dərslik  və  dərs  vəsaitinin,

28  müəllif şəhadətnaməsinin,  7 patentin müəllifidir.

Onun  əsərləri  Türkiyə,  Rusiya,  ABŞ,  Almaniya,

Fransa,  İngiltərə,  İtaliya,  Yunanıstan,  Kanada  və  b.  ölkələrdə  nəşr  olunmaqla 

böyük  elmi  marağa  səbəb  olmuşdur.  Həmin  əsərlər  arasında  biologiya  və 

genetikaya  aid  olan  dərsliklər  və  dünyada  ilk  dəfə  olaraq  «Davamlı  İnsan 

İnkişafına»  həsr  olunmuş  orta  və  alı  məktəblər  üçün 

tədris  proqramı  və 

dərslikləri  xüsusi  qeyd  etmək  lazımdır.  Alimin  2005-ci  ildə  nəşr  olunan 

«Davamlı İnsan İnkişafının təmini  üçün ətraf mühitin  idarə olunması» qısa kursu 

ABŞ  universitetlərində  dərs  vəsaiti  kimi  istifadə  olunur.  Bu  əsər  ingilis  dilinə 

tərcümə  edilərək  BMT  və  təşkilata  üzv  olan  bütün  ölkələrin  internet  saytında 

yerləşdirilmişdir.  BMT  bunların  haqqında  2004-2005-ci  illərdə  informativ 

məlumatlar  yaymış  və  bu  fəaliyyəti  «innovativ  ideya  və  təsir»  kimi 

qiymətləndirmişdir.  U.Ələkbərov  dünyada  ilk  İnsan  İnkişafı  Mərkəzinin 

yaranmasının  təşəbbüskarı  və  2002-cı  ildən  onun  rəhbəri,  BMT-nin  «İnsan 

İnkişafı»  Proqramının  və  hesabatların  hazırlanması  üzrə  ekspertidir.  Onun  elmi 

yaradıcılığının  əsas  prioritetini  genofondun  mühafizəsinin  nəzəıi-praktiki 

əsaslarının  antimutagenez  fenomeni  əsasında  ətraf  mühitin  çirklənməsi

70


nəticəsində  cari  və  uzunmüddətli  neqativ genetik  fəsadların  qarşısının  alınması, 

təbii  populyasiyalann  davamlılığında gen  mühafizə  sistemlərinin  rolunun,  ətraf 

mühitin  çirklənməsi  və  qocalma  ilə  bağlı  genetik  aparatın  tənzimləmə 

funksiyasının  pozulma  proseslərinin  əhəmiyyətim  müəyyən  edib  və  onlann 

tənzim edilməsinin öyrənilməsi  kimi  elmin  yem  istiqamətinin  formalaşdırılması 

təşkil  edir.  Alimin  antimutagcncz  fenomeni  haqqındakı  ilk  məlumatı  1952-ci 

ildə  dərc  edilmişdir.  U.Ələkbərovun  elmi  maraq  dairəsinin  əsas  istiqaməti  anti- 

mutagenez,  irsi  dəyişkənlik  prosesinin  tənzimlənmə  mexanizmi,  mutagenez, 

kanserogenez,  qocalmanın  idarəolunmasının  öyrənilməsi  istiqamətinə  yönəl­

dilmişdir.  Alimin  rəhbərliyi  ilə  25  elmlər  namizədi  və  4  elmlər  doktoru  hazır­

lanıb.  O,  hazırda elmi-pedaqoji  fəaliyyətinin  ən  məhsuldar  dövrünü  yaşamaqla, 

genetika elminin və  biologiyanın  digər sahələrinin əsas prioritetinin  öyrənilməsi 

istiqamətində  qlobal elmi  axtarışlarını uğurla davam etdınr və  Dövlət  İdarəetmə 

Akademiyasınm rektorudur.

M əmmədova Siddiqə Rza qızı 

(1925)


Bitki  mühafizəsi  elmi  sahəsində  fundamental 

elmi-tədqiqatların apanlmasında entemologiya üzrə ilk 

azərbaycanlı qadın akademik, biologiya elmləri doktoru 

Siddiqə  Rza  qızı  Məmmədovanın  böyük  xidmətlən 

olmuşdur 

O.  ADAU-nun  Aqronomluq  fakültəsini 

fərqlənmə diplomu  ilə bitirdikdən sonra,  entomologiya 

kafedrasında baş laborant vəzifəsində çalışmış və  1952- 

ci  ildə  kənd  təsərrüfatı  elmləri  namizədi  alimlik  dərə­

cəsi almışdır.

Alim  1956-cı  ildən  1963-cü  ilə  qədər ADAU-da assistent,  dosent vəzifələrində, 

1963-cü  ildən  indiyədək  isə  Azərbaycan  ET Bitki  Mühafizəsi institutunun  direktoru 

vəzifəsində  işləyir.  S.Məmmədova  1971-ci  ildən  biologiya elmləri doktorudur,  1973- 

cü  ildə  professor,  1983-cü  ildə  Azərbaycan  MEA-nrn  müxbir üzvü,  2001-ci  ildə  isə 

həqiqi  üzvü  seçilmişdir.  0 ,  hazırda  AMEA-nın  biologiya  bölməsi  üzrə  yaradılan 

Koordinasiya Şurasının  bitkiçilik,  bitki  mühafizəsi  üzrə  sədridir.  Alim  2008-cı ildən 

ADAU-da  doktorluq  və  namizədlik  dissertasiyalarının  müdafiəsi  üzrə  ixtisaslaşmış 

Müdafiə  Şurasının  sədridir.  O,  205-dən  artıq  elmi  əsərin,  o  cümlədən,  5  tədris 

vəsaitinin, 2 soraq kitabının, 3 monoqrafiyanın, 7 ixtiranın, 2 pestisidlonn katoloqunun 

müəllifidir.  S.Məmmədova  «Şərəf  Nişanı»,  «Qırmızı  Əmək  Bayrağı»,  «Şöhrət» 

ordenləri, «Əməkdə İgidliyə görə», «Əmək Veteranı» medalları ilə təltif olunmuşdur. 

O,  1985-ci  ildə II çağırış Azərbaycan Respublikası Ali  Sovetinin deputatı seçilmişdir.



Məşhur  və  tanınmış  Azərbaycan  alimi,  mıkrobioloq,  tibb  elmləri  doktoru, 

Azərbaycan  Tibb  Universitetinin  «Tibbi  mikrobiologiya  və  immunologiya» 

kafedrasının  müdiri,  professor  Qarayev  Zakir  Ömər  oğlunun  milli  mikrobiolo­

giya  elmimizin  inkişafında  çox  böyük  xidmətləri  olmuşdur.  O,  1968-ci  ildə 

«Polien  antibiotiklərinin  immunogenezə  təsiri»  mövzusunda  namizədlik,  1974- 

cü  ildə  isə  «Antibiotiklərin orqanizmin immunoreaktivliyinə  təsir mexanizminin 

öyrənilməsi»  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  edərək  tibb  elmləri 

doktoru  alimlik  dərəcəsinə  layiq  görülmüşdür.  Alimin  yaradıcılığının  əsas 

pnontet  istiqamətini  mikrobiologiya,  mikologiya,  immunologiya,  dərin 

mıkozlar,  assosiativ  (müxtəlif  infeksion  agentlər  tərəfindən  törədilən  qanşıq) 

ınfeksıyalar,  patogen mikroorqanizmlərin genetikası,  dəyişkənliyi,  antibiotiklərə 

həssaslığı,  davamlılığı,  nozokomial  infeksiyalann  öyrənilməsi  sahəsində 

aparılan  fundamental-tətbiqi  xarakterli  elmi  tədqiqat işləri  təşkil  edir.  Elmi  araş­

dırmalar nəticəsində alim qeyd olunan  infeksion  agentlərin bioloji,  epidemiolojı. 

patogenetik,  genetik  xüsusiyyətlərini,  patogenlik  və  vinılentlik  dərəcəsim, 

yayılma  arealını  və  s.  ətraflı  öyrənmiş,  mikrobiologiya,  immunologiya  və 

mikroorqanizmlərin  genetikası  sahəsində  elmi-praktiki  cəhətdən  çox  böyük 

əhəmiyyət  kəsb  edən  elmi  yeniliklər  aşkar  etmişdir.  O,  1968-1969-cu  illərdə 

ATU-nun Mərkəzi  Elmi  Tədqiqat laboratoriyasının müdiri,  1974-1975-cı  illərdə 

Sankt-Peterburq  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  Elmi-Tədqiqat 

Laboratoriyasının  baş  elmi  işçisi,  1975-1982-ci  illərdə  direktoru,  1982-1993-cü 

illərdə  sabiq  SSRİ  Səhiyyə  Nazirliyinin  və  ÜST-ün  Mikologiya  və  Dənn 

Mikozlar  Elmi  Mərkəzinin  direktoru,  1993-1994-cü  illərdə  Azərbaycan  Elmi- 

Tədqiqat  Mikrobiologiya  və  İmmunologiya  institutunun  direktoru  vəzifəsində 

işləmişdir.  Alim  1998-2001-ci  illərdə  İstambul  Universitetinin  Tibb  fakültəsində 

«Mikrobiologiya  və  immunologiya»  kafcdrasımn  professoru  olmuş,  2004-cü 

ildən  etibarən  isə  ATU-nin  «Tibbi  mikrobiologiya  və  immunologiya» 

kafedrasına  rəhbərlik  edir.  O.  2009-cu  ildə  Bakıda  keçirilən  «3-cü  Avrasiya 

Klinik  Mikrobiologiya.  İmmunologiya  və  İnfeksion  xəstəliklər»  Beynəlxalq 

Konqresinin  Prezidenti  olmuşdur.  Z.Qarayevin  rəhbərliyi  ilə  41  nəfər  elmlər 

namizədi  və  29  nəfər elmlər  doktoru  hazırlanmış,  hazırda  isə  xeyli  dissertasiya 

işlərinə  rəhbərlik  edir.  O,  300-dən  artıq  elmi  məqalə  və  əsərin,  tədris-metodiki 

və  dərs  vəsaitlərinin,  o  cümlədən  «Tibbi  mikrobiologiya  və  immunologiya» 

(2010),  «Tibbi  mikrobiologiya,  immunologiya və klinik mikrobiologiya»  (2011) 

adlı  fundamental  ali  məktəb  dərsliklərinin  müəllifidir.  Z.Qarayev  hazırda 

yaradıcılığının  ən çiçəklənən,  məhsuldar mərhələsini  yaşayaraq,  mikrobiologiya 

elminin  qlobal  əhəmiyyətli  prioritetləri  üzrə  elmi-tədqiqat  işlərini  davam  etdirir 

və daha geniş diapozonlu axtarışlar apanr.

72


Milli  biologiya  və  təbabətşünaslıq  elmimizin  inkişafında,  tədrisi  və 

təbliğində  biologiya  elmləri  doktoru,  Azərbaycan  Tibb  Universitetinin  «Tibbi 

biologiya  vo  genetika»  kafedrasının  müdiri  professor  Nəcəfov  Canbaxış  Əli 

oğlunun  çox  böyük  xidmətləri  olmuşdur.  C.Nəcəfov  1980-ci  ildə  Moskva 

şəhərində  «Yemləmə  rejiminin  və  selen  mikroelementinin  balbas  qoyunlarının 

embrionunuıı  və  skelet  əzələlərinin  inkişafına  təsiri»  mövzusunda  dissertasiya 

işini  müdafiə  edərək  biologiya  elmləri  namizədi.  1996-cı  ildə  isə  «Onurğalı 

heyvanlarda  somatik  əzələlərin  müqayisəli  embrional  histogenezı»  adlı 

doktorluq  dissertasiyasını  müdafiə  edərək  biologiya  elmləri  doktoru  elmi 

dərəcəsim  almışdır.  Alimin  elmi-pedaqoji  yaradıcılığı  çox  sahəli  və  rəngarəng 

olmaqla,  biologiya  elminin  ən  prioritet  sahələrini  (biologiya,  zoologiya, 

botanika,  genetika,  tibbi  biologiya,  cmbriologıya.  histologiya,  anatomiya,  uşaq 

anatomiyası  və  fiziologiyası,  fiziologiya,  ekologiya,  ətraf mühitin  mühafizəsi, 

ekoloji  genetika  və  s.)  əhatə  edir.  O,  150-yə  qədər  elmi  məqalələrin,  tədris 

proqramı,  dərs  vəsaitləri,  dərsliklər  və  kitabların  müəllifidir.  Onun  hazırladığı 

tədns-metodiki  vəsaitlər («Orta məktəblərdə  botanikanın tədnsı  metodikası»,  2000- 

2011;  «Reproduktiv  sağalmanın  əsaslan».  2002;  «Orta  məktəblərdə  insanın 

anatomiyası,  fiziologiyası  və  gigiyenasının  tədrisi  metodikası»,  2003,  «Orta 

məktəblərdə  ümumi  biologiyanın tədrisi metodikası»,  2004;  «Uşaq  anatomiyası  vo 

fiziologiyası»,  2004;  «Yenidənhazırlanma və  ixtisasartırma təhsili  üçün tədns  plan 

vo proqramlan», 2004;  «Tibbi biologiya və genetikanın praktik məşğələ albomu»,  1 

və  2-ci  hissələr,  2004,  2007;  «İnkişafın  biologiyası  və  genetikası»  (azərbaycan  və 

rus  dillərində),  2009;  «Tibbi  biologiya terminləmnn  izahlı  lüğəti»  (azərbaycan  və 

rus  dillərində).  2010  və  s.)  ölkəmizin  alı  və  orta  məktəblərində  istifadə  olunan 

qiymətli  vəsaitlər  və  kitablardır.  O,  həm  də  1  monoqrafiyanın  (rus  dilində,  2007), 

eləcə  də  «Tibbi  biologiya  və  genetika»  (laboratoriya  məşğələləri,  2008).  «Tibbi 

biologiya və genetikanın əsaslan», I və II-cildlər (2010) adlı fundamental ali məktəb 

dərsliklərinin  müəllifidir.  C.Nəcəfovun  rəhbərliyi  ilə  5  namizədlik  və  1  doktorluq 

dissertasiyası  hazırlanıb.  Alim  hazırda  yaradıcılığının  ən  məhsuldar  dövrünü 

yaşamaqla  biologiyanın  və  təbabətin  prioritet  elmi  istiqamətləri  üzrə  fündamental- 

tətbiqı  xarakterli, qlobal miqyaslı elmi  tədqiqatlar və axtanşlar apanr.  C.Nəcəfovun 

kafedrada düzəltdityi heyvanat aləmi muzeyi çox zəngin və nadir eksponatlara malik 

bir  muzeydir.  Onun  Hindistandan  çox  çətinliklə  gətirdiyi  fil  və  2  turan  pələngi 

skeletləri  həmin  muzeyi  olduqca  məşhurlaşdırır  və  dəyərləndirir.  Çünki,  həmin 

skeletlər dünyanın çox nadir muzeylərində mövcuddur.

Ağayeva Em ma M üzəffər qızı 

(1951)

Azərbaycan  baytarlıq  təbabəti  mikrobiolo­



giyası  və  immunologiyası  üzrə  ilk  qadın  elmlər 

doktoru,  Azərbaycan  Tibb  Universitetinin  «Tibbi 

mikrobiologiya  və  immunologiya»  kafedrasının


professoru  Ağayeva  Emma  Müzəffər  qızının  ölkəmizdə  mikrobiologiya,  immu- 

nologiya,  immunogenetika,  molekulyar  biologiya,  gen  mühəndisliyi  və 

biotexnologiya  elmlərinin  öyrənilməsində,  tədrisində  və  inkişafında  xüsusi  və 

təqdirəlayiq  xidmətləri  vardır.  0 ,  1974-cü  ildə  Azərbaycan  Dövlət  Aqrar 

Universitetinin  baytarlıq  təbabəti  fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirdikdən 

sonra  1975-ci  ildə  İnstitutun Elmi  Şurasınm qərarı  ilə Moskva şəhərindəki  sabiq 

Ümumittifaq  Eksperimental  Baytarlıq  İnstitutunun  mikrobiologiya,  virusologiya 

və  immunologiya ixtisasları üzrə  əyani  aspiranturaya daxil  olmuş və  1981-ci ildə 

namizədlik  dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə  edərək  baytarlıq  təbabəti 

elmləri  namizədi  alimlik  dərəcəsi  almışdır.  0 ,  «Mikroorqanizmlərin tipizasiyası 

və  tipospesifık  serumun  (zərdab)  alınmasına  aid  hazırlanan  sabiq  Ümumittifaq 

miqyaslı  tövsivyənin»  müəllifi  olmuşdur.  E.Ağayeva  1982-cı  ildə  ADAU-nun 

«Epizootologiya.  mikrobiologiya və  virusologiya»  kafedrasının  assistenti.  1987- 

ci  ildə  isə  dosenti  vəzifəsində  işləmiş,  2000-cı  ildə  Bakı  şəhərində 

mikrobiologiya,  virusologiya,  immunologıya  və  mikologiya  ixtisasları  üzrə 

doktorluq  dissertasiyası  müdafiə  edərək  baytarlıq  elmləri  doktoru  elmi  dərəcəsi 

adma  layiq  görülmüşdür.  Alim  əvvəlcə  (2003) Azərbaycan  Tibb  Universitetinin 

«Tibbi  biologiya  və  genetika»  kafedrasında  dosent,  sonra  isə  (2004)  «Tibbi 

mikrobiologiya  və  immunologiya»  kafedrasının  professoru  vəzifəsinə  seçilmiş 

və  hazırda  həmin  kafedrada  öz  elmi-pedaqoji  fəaliyyətini  uğurla  davam  etdirir. 

Onun  elmi-tədqiqat  işlərinin  əsas  qayəsi  müasir  biologiya  elminin  ən  prioritet, 

mürəkkəb,  lakin  planetar  və  bəşəri  əhəmiyyətli,  hazırda  dinamik  inkişaf edən, 

mütərəqqi  elm  sahələri-molekulyar  biologiya,  immunologiya,  immunogenetika. 

gen  mühəndisliyi,  biotexnologiya  və  s  təşkil  edir.  O,  həm  də  ATU-da  qeyd 

edilən  müasir  və  çətin  elm  sahələrinin  tədrisi  ilə  məşğuldur  Alımın  ali 

məktəblər  üçün  hazırladığı  fundamental  dərsliklər  «Biotexnologiya  və  gen  mü­

həndisliyi»,  2010  (azərbaycan  və  rus  dillərində),  «Molekulyar  biologiya  üzrə 

(mikrobiologiya,  immunologiya,  gen  mühəndisliyi)  terminlər  lüğəti»  (2010)  və 

s.  onun  yaradıcılığının  şah  əsərləri  sayılır.  O,  həm  də  ölkəmizdə  elmı-pedaqojı 

alim kadrların hazırlanmasında çox böyük xidmətlər göstərərək,  hazırda bır neçə 

dissertasiya  işlərinə  elmi  rəhbərlik  edir,  eləcə  də  bir  monoqrafiya,  200-ə  qədər 

elmi  əsər, tədris  vəsaitləri  və  metodik  tövsiyələrin  müəllifidir.  E.Ağayeva ATU- 

nun mikrobiologiya, allergologiva, ep i dem i o log ıya və gigiyena üzrə Dissertasiya 

Şurasının  üzvü  kimi  də  universitetin  ictimai  həyatında  çox  fəal  iştirak  edir. 

Hazırda alimin  çox geniş  dipozonlu  elmi-pedaqoji  yaradıcılıq planlan vardır.  O, 

hazırda  biologiya  elminin  qeyd  edilən  müasir  sahələri  üzrə  öz  elmi-pedaqoji 

yaradıcılq işlərini çox uğurla davam etdirir.

M ustafayev Q ara Teyfur Oğlu 

(1931)

Ölkəmizdə və xarici  ölkələrdə nüfuzlu alim kimi 



tanınan  məşhur  bioloq,  professor,  Beynəlxalq  Peda­

74


qoji Elmlər Akademiyasının akademiki, Həsən Əliyev adma Ekologiya Mükafatı 

Laureatı,  «Şərəf  Nişanı»  ordenli,  BDU-nun  «Onurğalılar  zoologiyası» 

kafedrasının  müdiri  Qara  Teyfiır  oğlu  Mustafayev  çoxşaxəli  və  olduqca  geniş 

diapazonlu  elmi  yaradıcılıq  yolu  keçmiş,  milli  elimizə  və  beynəlxalq  biologiya 

elminə  mühüm  töhfələr  vermişdir.  O, 

«Omitofaunanın  keyfiyyət  və 

kəmiyyətinin  kompleks  landşaft-ekoloji  təhlili»,  «Ekoloji  rayonlaşdırmanın 

prinsipləri»,  «Faunanın  keyfiyyəti  və  kəmiyyəti  ilə  yaşama  yerinin  antropogen 

təkamülü arasında paralelizm»,  «Quru  sahə  heyvanlarına ətraf mühit amillərinin 

təsir  mexanizmi»,  «Nadir  və  nəsli  kəsilmək  qorxusu  yaranan  heyvanların 

qoruqdan  kənarda  saxlanmasının  kompleks  tədbirlər  sistemi»  və  s.  yeni  elmi 

konsepsiyalarının,  «Quru  sahə  heyvanlarının  obyektiv  yem  xarakteri  şkalası», 

«Heyvanların  sinantroplaşması  şkalası»,  «Heyvanlarm  yem  əlaqəsi  spektri» 

şkalalarınının  müəllifidir.  Q.Mustafayev  həm  də  «Biotik  əlaqələrin  üçbucaqlı- 

qoşaxətli forması» qanununun,  «Ekologiya sxemlərdə», «Ekoloji hüquq» (1999), 

«İnsanın  ekologiyası»  (1999),  «Ekologiya»  (2001),  «Onurğalı  heyvanlarm 

ekologiyası»  (2001)  kitabları  və  çoxlu  sayda  dərsliklərin  müəllifidir.  Alimin 

apardığı  bütün  elmi  tədqiqat  işlərinin  əsas  qayəsini  ətraf mühit amillərinin çirk­

lənməsinin  fauna  və  omitofaunaya  neqativ  təsiri  nəticəsində  onların  genetik 

modifıkasiyaya  uğraması,  bəzi  genetik  əlamətlərdə  dəyişkənliklərinin  baş 

verməsi  və  qarşısının  alınması  üçün  yeni  üsulların  tətbiq  olunması  təşkil  edir. 

Alim  müasir  ekologiya  və  biologiyanın  ən  qlobal  və  aktual  problemlərinə  həsr 

olunmuş  yeni  elmi  axtarışlar  sahəsində  elmi-tədqiqat  işlərini  uğurla  davam 

etdirir.  Onun  elmi  rəhbərliyi  ilə  çoxlu  sayda  elmlər  namizədi  və  doktorları 

hazırlanmışdır.  Q.  Mustafayev  ümumi  biologiya,  zoologiya,  omitologiya, 

teriologiya,  ümumi, tətbiqi,  regional,  insan və heyvanların ekologiyası sahəsində 

ölkəmizdə,  eləcə  də  onun hüdudlarından kənarda tanınan,  məşhurlaşan,  600-dən 

çox  elmi  əsəri  olan,  olduqca  zəhmətkeş,  38  nəfər  alim  yetişdirmiş  bir  elm 

fədaisidir.  «İndiki  dövrdə  Q.Mustafayev kimi çox alimləri olan xalq xoşbəxtdir» 

(«Qaranın  zirvə  yolları»  əsərinin,  2009,  müəllifi jurnalist Tofiq Abdullayev).  O, 

1959-cu  ildə  «Azərbaycanda  quşlann  bəzi  kütləvi  növlərinin  ekologiyası» 

mövzusunda  namizədlik,  1985-ci  ildə  isə  Moskva  Dövlət  Universitetində 

«Azərbaycan yerüstü ekosisteminin quşlan» (rus dilində) mövzusunda doktorluq 

dissertasiyasını müdafiə etmişdir.  Alimi şöhrətləndirən həm də onun bir sıra yeni 

elmi  konsepsiyaları  («Omitofannanın  keyfiyyət  və  kəmiyyətinin  kompleks 

landşaft-ekoloji  təhlili»,  «Faunanın  keyfiyyəti  və  kəmiyyəti  ilə  yaşama yerinin 

antropogen təkamülü arasında paralelizm»,  «Quru sahə heyvanlarına ətraf mühit 

amillərinin  təsir  mexanizmi»,  «Nadir  və  nəsli  kəsilmək  qorxusu  yaranan 

heyvanlarm  qoruqdan  kənarda  saxlanmasının  kompleks  tədbirlər  sxemi»  və  s.) 

olmuşdur.



75

Quliyev R auf Ələkbər oğlu 

(1938)


Milli  biologiya  elmimizin  inkişafında  xüsusi 

xidmətləri  olan  tanınmış  alim,  biologiya  elmləri 

doktoru,  professor,  akademik  N.İ.Vavilov  adma 

mükafatın  laureatı,  Bakı  Dövlət  Universitetinin 

«Genetika  və  darvinizm»  kafedrasının  müdiri  Raııf 

Ələkbər  oğlu  Quliyev  ölkəmizdə  genetika  və 

seleksiya  elminin 

inkişafı 

üçün 

elmi-praktiki 



cəhətdən  səmərəli  və  fundamental-tətbiqi  xarakterli 

tədqiqatların  müəllifidir.  0 ,  1988-ci  ildə  «Pambıq 

hibridlərində  və  təkrarən  təsir  edilmiş  mutantlarda  mutasiya  dəyişkənliyi» 

mövzusunda doktorluq dissertasiyasını  müdafiə  etmişdir.  R.Quliyev  «Genetika» 

(2002),  «Təkamül  təlimi»  (2009)  ali  məktəblər üçün  dərsliklərin,  «Genetikanın 

əsasları  ilə  bitkilərin  seleksiyası»,  «Təkamül  təlimi»  (2010,  rus  dilində)  dərs 

vəsaitlərinin,  «Pambığın  mutasion  seleksiyasında  genotipın  rolu»  (1994)  adlı 

monoqrafiyanın,  ümumilikdə  isə  110  elmi  məqalə  və əsərlərin müəllifidir.  Onun 

rəhbərliyi  ilə  5  elmlər  namizədi,  1  elmlər  doktoru  hazırlanıb,  4  nəfərin 

namizədlik  dissertasiyası  (onlardan  2  nəfəri  İran  İR-nın  vətəndaşıdır)  isə 

müdafiə  olunmaq  ərəfəsindədir.  Alim  genetikada  mutagenez  proseslərinin 

mexanizminin  öyrənilməsi  sahəsində elmi axtarışlarını  davam etdınr, genetikaya 

dair yeni  dərsliklər,  dərs  vəsaitləri  və  tədris  -   metodiki  vəsaitlərin  hazırlanması 

sahəsində yaradıcılıq işlərini  uğurla davam etdirir.

Bəşirov Eyyub Balaməmməd oğlu 

(1926)


Ölkəmizdə  heyvandarlıq  və  zootcxniya  elminin 

inkişafı  sahəsində tanınmış  alim  Eyyub  Balaməmməd 

oğlu  Bəşirovun  təqdirəlayiq  xidmətləri  vardır.  O,

1951-ci ildə Moskvada Timiryazev adma Kənd Təsər­

rüfatı  Ümumittifaq  Heyvandarlıq  İnstitutunun  aspi­

ranturasını  bitirib,  1954-cü  ildə,  elmlər  namizədi 

alimiik  dərəcəsi  almışdır.  Alim 

1954-cü  ildən 

Azərbaycan  Elmi  Tədqiqat  Heyvandarlıq  İnstitutunda 

şöbə  müdiri,  direktor  müavini  vəzifələrində  işləmiş,

1961-ci  ildən  heyvandarlığın  elmi  əsaslarla  inkişaf  etdirilməsi  və  süni 

mayalanmanın  tətbiqinə  kömək  məqsədiylə,  SSRİ  hökumətinin  qərarı  ilə 

Hindistanda,  Əlcəzairdə,  Çilidə,  Əfqanıstanda  olmuş,  Sovet  mütəxəssisləri

76


qrupuna rəhbərlik etmişdir.  O,  1967-ci ildən yeni yaradılrmış Azərbaycan dövlət 

Damazlıq və  Süni Mayalanma Mərkəzi stansiyasında direktor işləmişdir, 2000-cı 

ildən  ictimai  əsaslarla  Respublika  Heyvandarlar  Cəmiyyətinin  sədri  kimi 

fəaliyyətini  davam etdirir.  Aqrar  sahənin  inkişafındakı  xidmətlərinə görə  «Şərəf 

nişanı» ordeninə, Respublika Ali Sovetinin Fəxn  fərmanına və bir sıra medallara 

layiq  görülmüş,  damazlıq  işinin  təşkilinə  və  bu  sahədəki  elmi  nailiyyətlərinə 

görə  İtaliyada  beşinci  Dünya  bioloq  alimlərin  və  Moskvada  Qarşılıqlı  İqtisadı 

Yardım  Şurası  ölkələrinin  beynəlxalq  elmi  simpoziumlarının  yubiley  medalları 

və  mükafatları  ilə  təltif  edilmiş,  1997-ci  ildə  Beynəlxalq  Encrji-informasıya 

Elmlər  Akademiyasının,  2004-cü  ildə  «Vektor»  Beynəlxalq  Elmi  mərkəzinin 

«XXI  əsrin  tanınmış  alimi»  diplomuna  layıq  görülmüş,  Rusiya  Keyfiyyət 

Problemləri  Akademiyasının  həqiqi  üzvü  seçilmişdir,  rus,  fransız,  ərəb,  fars, 

ingilis və ispan dillərini bilir. E.Bəşirov  125 nəşr edilmiş elmi əsərin, 2 dərslik,  3 

monoqrafiya  və  3  təlimatın  müəllifidir.  Onun  elmi  əsərləri  dünyanın  bır  sıra 

dillərinə  tərcümə  edilmiş  və  elmi  kəşflərindən  istifadə  olunur.  O,  6  elmlər 

namizədi  dissertasiyasına rəhbərlik etmişdir.



(

J)

Babayev M əcnun Şıxbaba oğlu 



(1940)

Azərbacynanın müasir milli  biologiya və genetika 

elminin  ən  layiqli  nümayəndəsi,  ölkəmizdə  və  onun 

hüdudlarından  kənarda -   beynəlxalq  arenada  tanınan, 

məşhur  alim,  biologiya  elmləri  doktoru,  Bakı  Dövlət 

Universitetinin  ‘Təkamülün  genetikası”  kafedrasının 

professoru,  Rusiya  Ekologiya Akademiyasının  həqiqi 

üzvü  Babayev  Məcnun  Şıxbaba  oğlu  1974-cü  ildə 

"Buğdada  bir  sıra  yeni  N-nitroza-N-alkil  sidik 

cövhərlərinin genetik aktivliyinin tədqiqi" mövzusunda namizədlik,  1991-cı  ildə 

isə  “Spontan  və  radiasion  -   induksion  mutagenez  zamanı  antıoksıdantlann 

müdafiə  effekti”  mövzusunda  doktorluq  dissertasiyasını  müdafiə  etmişdir.  O, 

müasir  genetika  elminin  nəzəri  və  praktiki  cəhətdən  çox  böyük  əhəmiyyətə 

malik  olan  ən  aktual  və  ciddi  problemlərinə  həsr  edilmiş  220-dən  çox  elmi 

əsərin,  o  cümlədən  36  dərslik, dərs  vəsaiti, tədris proqramı,  metodiki göstəriş  və 

elmi-kütləvi  kitabların  müəllifidir.  “Ekoloji  genetika”  (2004),  “Genetikadan 

praktikum”  (2006).  “Biologiyanın  tədrisi  metodikası”  (2008)  kimi  fundamental 

dərslikləri.  "Genetikadan  məsələlər”  (izahlı  lüğət  ilə,  2006)  və  s.  dərs  vəsaitləri 

müəllifin gərgin əməyinin nəticəsi kımı  dəyərləndirilməlidir

Genetika  elminin  müasir  roblemlərinə  həsr  olunmuş  elmi  ixtiralarına görə 

alimə  üç  müəlliflik  şəhadətnaməsi  verilmişdir.  M.Babayev  9  ıl  Respublika 

Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının  Ekspert  Şurasının  biologiya 

şöbəsinin  üzvü  olmuşdur.  O,  2008-ci  ildən  etibarən  BDU-nun  qiyabi  və  əlavə 

təhsil  üzrə  prorektoru  vəzifəsində  işləmişdir.  M.Babayev  hazırda  genetika

77


elminin  ən  aktual  problemlərinə  həsr  olunmuş  fundamental  tətbiqi  xarakterli  və 

mühüm  nəzəri  əhəmiyyət  kəsb  edən  müasir  problemlərə  aid  elmi  axtarışlarını 

uğurla  davam  etdirir.  Onun  rəhbərliyi  ilə  çoxlu  sayda  genetika  elminin  qlobal 

problemlərinə  həsr  olunmuş  dissertasiya  işləri  hazırlanmış  və  bəziləri  isə 

hazırlanmaq üzrədir.

Abdullayev Q ənbər Q ara oğlu

(1954)

Qənbər  Abdullayev 



1976-cı 

ildə  ADAU-nin 

zootexnik fakültəni fərqlənmə diplomu  ilə bitirib, təyinatla 

Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutuna elmi 

işə  göndərilmişdir.  O,  1980-ci  ildə  Moskva  şəhərində 

Ümumıttifaq  Heyvandarlıq  İnstitutunun  "Qoyunçuluq" 

laboratonyasının əyani  aspiranturasına daxil olmuş,  1983- 

cü  ildə  aspiranturanı  bitirib.  Lenin  adma  Ümumıttifaq 

Kənd  Təsərrüfatı  Akademiyasının  göndərişi  ilə  Azər­

baycan  Kənd  Təsərrüfatı  İnstitutuna  pedoqojı  işə 

göndərilmişdir.  1983-cü  ildən  1985-ci  ilədək  ADAU-nun  "Kənd  təsərrüfatı  heyvan­

larının yemləndirilməsi və südçülük ışı" kafedrasında assıstent vəzifəsində  işləmişdir.

1984-cü ildə namizədlik dissertasiyası  müdafiə  edərək elmlər namizədi elmi dərəcəsi 

almış,  1985-ci  ildə  "Kənd  təsərrüfatı  heyvanlarının  yetişdirilməsi"  kafedrasının 

assistenti,  1991-ci ildən isə həmin kafedranın dosenti vəzifəsində işləmiş,  1993-cü ildə 

Ümumrusiya Heyvandarlıq İnstitutunun ıxtısaslaşdınlmış müdafiə şurasında doktorluq 

dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə  etinış  və  həmin  il  elmlər  doktoru  elmi 

dərəcəsi  almışdır,  1994-cü  ildə  Zoomühəndıslık  fakültəsinin  dekanı  vəzifəsinə 

seçilmiş,  1997-ci  ildə  professor  elmi  adı  almışdır.  Alım  1998-ci  ildə  Ümumrusiya 

Aqrar  Təhsil  Akademiyasının  akademiki,  1999-cu  ildə  isə  təkrar  Zoomühəndislik 

fakültəsinə  dekan  vəzifəsinə  seçilmişdir.  Q  Abdullayev  140-dək  elmi  əsərin,  o 

cümlədən  2  dərslik,  3  dərs  vəsaiti,  1  müəlliflik  şəhadətnaməsinin müəllifidir.  Onun 

rəhbərliyi altında 4 nəfər elmlər namizədi elmi dərəcəsi almış,  1 nəfər işini müdafiəyə 

təqdim  etmiş,  2  nəfər  doktorluq  dissertasiya  ışı  isə  müdafiəyə  təqdim  edilmişdir. 

Alimin rəhbərliyi ilə  3 nəfər dissertant işlərim davam etdirir,  5  nəfər magistr dərəcəsi 

almışdır.  O,  ADAU-da  fəaliyyət  göstərən  02131-№-lı  Namizədlik  Dissertasiya 

Müdafiəsi  Şurasının  həmsədridir.  Alım  2004-cü  ildə  Təhsil  Naziriiyiynin və  Kənd 

Təsərrüfatı  Nazirliyinin  Fəxri  fərmanlan,  2005-ci  ildə  isə  "Təhsil  Nazirliyi 

Kollegiyasının" qəran ilə  "Qabaqcıl Təhsil  İşçisi" döş nişanı ilə təltif olunmuşdur.  O, 

hazırda  ADAU-nun  "Heyvandarlıq  və  heyvandarlıq  məhsullarının  istehsalı  texno­

logiyası"  kafedrasının  müdiri  vəzifəsində  işləyir,  2008-cı  ildə  Azərbaycan 

Respublikası  «Avropa  Nəşr  Mətbu  Evi»  təşkilatının  ılın  ən  yaxşı  Vətənpərvər 

Tədqiqatçı  alimi  Qızıl  Mükafatı  ilə  təltif  olunmuşdur. 

Q  Abdullayev  hazırda 

ölkəmizdə  daha  yüksək  məhsuldar  endemik  qoyun  cinslərinin  genetik  və  təsərrüfat 

xüsusiyyətlərinin öyrənilməsi, seleksiyası və yetişdirilməsi sahəsində elmi axtanşlannı

78


uğurla  davam  etdirir  O,  2011-cı  ildə  Azərbaycan 

Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  «Damazlıq 

Şurası»nın sədri seçilmişdir.

Novruzov  Vaqif Seyfəddin  oğlu

(1943)

Vaqif 


Novruzov 

1966-cı 


ildə 

BDU-nun 


biologiya  və  kənd  təsərrüfatı  istehsalının  əsaslan 

fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmiş,  1970-ci 

ildə  namizədlik,  1985-ci  ildə  isə  doktorluq  disser­

tasiyası  müdafiə  etmiş,  1978-ci  ildə  baş  elmi  işçi.

1986-cı  ildə  dosent,  1989-cu  ildə  professor  elmi  adları  almışdır.  Alim  1982- 

2002-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində dosent, professor,  elmi 

işlər  üzrə  prorektor,  rektor  əvəzi  vəzifələrində  işləmişdir.  O,  2003-2006-cı 

illərdə  Gəncə  Dövlət  Universitetinin  "Botanika”  kafedrasının  professoru 

vəzifəsində  işləmiş,  2006-cı  ildən  isə  həmin  kafedraya  rəhbərlik  edir.  Onun 

botanikanın,  genetikanın  və  immugenetikanın  nəzəri,  praktiki  və  metodik 

problemlərinə  dair  200-dən  çox  əsəri  çap  olunub.  O,  2004-cü  ildə  Tempus 

proqramı  çərçivəsində  Avropa  Universitetlərinin  iş  təcrübəsini  öyrənmək  üçün 

Almaniyanın  Hohenheym  Universitetinin  dəvəti  ilə  Almaniya,  Fransa  və 

Avstriyada Azərbaycan Dövlət Aqrar Universitetini təmsil etmişdir.  V.Novruzov 

1996-2008-ci  illərdə  Azərbaycan  Respublikası  Prezidenti  Yanında  Alı 

Attestasiya  Komissiyası  "Biologiya  və  kənd  təsərrüfatı  elmləri  üzrə”  Ekspert 

şurasının  üzvü  olmuşdur,  hazırda  Azərbaycanın  "Qırmızı  kitabının”  yem 

nəşrinin  redaksiya heyətinin  üzvüdür.  Uzun müddətli  və  səmərəli  elmı-pedaqojı 

fəaliyyətinə  görə  V.Novruzova  Azərbaycan  Respublikası  Prezidentinin  22 

sentyabr 2008-ci  il tarixli  Sərəncamı  ilə  “Azərbaycan  Respublikasının  Əməkdar 

Elm  Xadimi”  fəxri  adı  verilmişdir.  V.Novruzovun  ölkəmizdə  gənc  alimlərin 

yetişdirilməsi  sahəsində  xüsusi  xidmətləri  vardır.  O,  hazırda  biologiya  və 

genetika  elminin  qlobal  və  aktual  problemləri  sahəsində  öz  elmi  axtanşlarinı 

uğurla davam etdirir.

Seyidəliyev Nizami  Yaqub oğlu

(1955)


Azərbaycanın  müasir  genetik  və  seleksiyaçılan 

arasında  elmi-pedaqoıi  fəaliyyətinə  görə  seçilən, 

həmişə  elmi  axtarışda  olan  alimlərimizdən  biri  də 

Nizamı  Seyidəliyevdir.  O,  1977-ci  ildə  ADAU-nun 

aqronomluq  fakültəsinə  daxil  olub,  1982-ci  ildə  həmin 

fakültəni  fərqlənmə  diplomu  ilə  bitirərərk  sabiq  SSRİ 

Kənd  Təsərrüfatı  Nazirliyinin  təyinatı  ilə  “Texniki 

bitkilər,  genetika  və 

seleksiya”  kafedrasında  müəllim 

saxlanılmışdır. 

N.Seyidəliyev  1983-cü  ildə  aspiranturaya  daxil  olmuş  və  1988-ci  ildə 

Özbəkistanda  yerləşən  Ümumittifaq  Elmi  Tədqiqat  Pambıqçılıq  İnstitutunda

79


namizədlik  dissertasiyasını  müdafiə  etmişdir.  Alim  pambıq  bitkisinin  struktur 

göstəricilərinə təsir edən faktorların tədqiqatına böyük  maraq göstərmiş.  1984-cü 

ildən genetika və  seleksiya işləri  istiqaməti  ilə  dissertasiya mövzusunun planına 

uyğun  olaraq  elmi  axtarışlara  başlamış  və  həmin  vaxtdan  Rusiyanın.  Ukray­

nanın,  Özbəkistanın  və  s.  SNQ  respublikalarının  qabaqcıl  ali  təhsil  mütəxəs­

sisləri  ilə  sıx əlaqə  saxlamış,  tez-tez həmin ölkələrdə elmi  ezamiyyətlərdə  olmuş 

və  məşhur  alimlərlə  elmi  əməkdaşlıq  etmişdir.  O,  1983-2008-cı  illərdə  ADAU- 

da  aqronomluq  fakültəsinin  dekan  müavini,  kafedra müdiri,  dekan,  məsul  katib 

vəzifəsində çalışmış,  1978-1985-ci illərdə  Respublikamızdan xaricə gedən tələbə 

inşaat dəstələrinə  (  Krasnodar,  Stavropol.  Volqoqrad,  Həştərxan.  Arxangelsk və 

Kirov  vilayətləri)  rəhbərlik  etmişdir.  N.  Seyidəliyev  170-ə  yaxın  elmi  əsənn, 

dərsliklərin,  dərs  vəsaitlərinin, genetikaya aid  proqram  və  metodik göstərişlərin 

müəllifidir.  Onlardan  18-i  xarici  ölkələrdə  nəşr  edilmişdir.  Onun  yazdığı 

“Genetika-100  sual  və  100  cavab”  (dərs  vəsaiti,  1992),  “Genetika,  seleksiya və 

toxumçuluq”  (dərslik,  2010)  geniş  oxucu  kütləsi  tərəfindən  maraqla  qəbul 

edilmişdir.  O,  2010-cu  ildə  Azərbaycan  Respublikasının  Mil  və  Qarabağ 

bölgələrində  “Pambığın  məhsuldarlığım  artıran  gübrə  normalarının,  bitki 

sıxlığının  və  suvarmaların  müəyyənləşdirilməsi”  mövzusunda  doktorluq 

dissertasiyası  işləmiş,  ilkin  müdafiə  edərək  AAK-na  təqdim  etmişdir.  Alım 

apardığı  tədqiqatda  bütün  kompleks  aqrotexniki  tədbirlərlə  yanaşı  adi 

maqnitləşdirilmiş  su  ilə  suvarmanı  müqayisəli  öyrənmiş,  nəticədə  qrunt  suyu 

nisbətən  yuxanda  yerləşən  və  şoran  torpaqlarda  maqnitləşdirilmiş  su  ilə 

suvarmanın  daha  səmərəli  olduğunu  elmi  əsaslarla  sübut  etmişdir.  Belə  yüksək 

nəticənin əldə olunması bir çox xarici ölkələrin aqrar yönümlü jumallannda elmi 

əsər  kimi  nəşr  olunmuşdur.  N. Seyidəliyev  hazırda  Azərbaycan  Dövlət  Aqrar 

Universitetində  “Elm  və  texnika”  üzrə  prorektordur.  O, 

2000-cı  ildən 

Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  “Özəl  bölmənin 

inkişafına  yardım  Agentliyinin”  xətti  ilə  “Kənd  Təsərrüfatının  inkişafı  və 

kreditləşməsi”  layihəsində  “İnformasiya  və  məsləhət  xidməti”  komponenti 

çərçivəsində  işləmiş.  2008-ci  ildən  isə  Dünya  Bankının  eksperti  təyin 

olunmuşdur.

Yusifov Nazim M əhəmməd oğlu 

(1940)


Respublikamızda  kənd  təsərrüfatı  mütəxəssislərinin 

hazırlanmasında  böyük  və  önəmli  xidmətləri  olan 

alimlərimizdən  biri  də  kənd  təsərrüfatı  elmlən  doktoru, 

professor  Nazim  Yusifovdur.  O.  1959-1964-cü  illərdə 

Gəncə  Dövlət Universitetinin Kimya-biologiya fakültəsini 

bitirmişdir,  təhsil  aldığı  dövrdə  Moskva  şəhərində 

keçirilən Tələbələrin Ümumıttifaq Konfransında 1 dərəcəli 

diplomuna  layiq  görülmüş  və  mükafatlandırılmışdır.  Alim  1964-cü  ildə  ADAU-nun

80


"Üzvi  və  bioloji  kimya"  kafedrasında  laborant,  1967-ci  ildən  isə  həmin  kafedrada 

assistent,  az  sonra isə  dosent vəzifəsində çalışmışdır.  Onun apardığı fundamental elmi- 

tədqiqat işlərinin nəticələri  "Azərbaycan  yem  ehtiyatlarının biokimyəvi  xüsusiyyətləri" 

adlı monoqrafiyada (1988)geniş və ətraflı şəm olunmuşdur. O,  1991-ci  ildə  Ukraynanın 

Xarkov  səhərində  yerləşən  Ukrayna  Elmi  Tədqiqat  Bitkiçilik  İnstitutunun  Elmi 

şurasında doktorluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi 

adma  layiq  görülmüşdür.  1998-  ci  ildən  Kimya  kafedrasında  professor  vəzifəsində 

çalışır.  Universitetdə  işlədiyi  45  il  ərzində  alim  laborant,  assistent,  dosent,  vəzifəsində 

çalışmış,  professor,  kafedra  müdiri  vəzifələrinədək  yüksəlmişdir.  N.Yusifov  iki 

dərsliyin,  130-dan çox elmi əsərin,  1  monoqrafiya, 6 dərs vəsaiti, 4 metodik göstəriş,  7 

proqram,  4  tövsiyə  və  3  kitabçanın  müəllifidir.  Hazırda  ADAU-nun  "Kimya" 

kafedrasına rəhbərlik edir və universitetdə ‘Tədrisə nəzarət” şöbəsinin müdiridir.  O, bir 

neçə namizədlik dissertasiyasının elmi rəhbəridir.

Allahverdiyev Rübail Nəcəf oğlu 

(1940)

Respublikamızda  aqrar  kadrlann  hazırlanmasında 



böyük  xidmətləri  olan  tanınmış  şair-alim,  patoloq. 

patofızıoloq, 

ckopatoloq 

və 


biokimyaçı 

Rübail 


Allahverdiyev  1964-cü  ildə ADAU-nun baytarlıq təbabəti 

fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmişdir  O.  1966-cı 

ildə  “Bioloji  kimya”üzrə əyani  aspiranturaya daxil  olaraq 

professor  Qəhrəman  Xəlilovun  rəhəbərlıyı  ilə  "Ontoge- 

nezdə 

camış 


qanında 

amınturşulannm 

dəyişmə 

dinamikasf’nı  öyrənmiş,  1970-cı  ildə  həmin  mövzuda  namizədlik  dissertasiyası 

müdafiə  edib,  biologiya  elmləri  namizədi  elmi  dərəcəsi  almışdır,  1975-cı  ildən 

ADAU-nun  dosenti,  2009-cu  ildən  isə  professoru  vəzifəsində  işləyir,  universitetin 

ictimaii  işlərində  fəal  iştirakı  ilə  fərqlənib  Alim  1964-1966-cı  illərdə  ADAU-nun 

komsomol  komitə  katibi  (raykom  səlahiyyətli),  1971-1975-ci  illərdə  partiya 

komitəsinin  katibi,  sonra  "Kadr  uğrunda”  qəzetinin  baş  redaktoru  olmuşdur, 

Azərbaycan  yazıçılar birliyinin üzvüdür,  10  şeir kitabının müəllifidir,  2009-cu  ildə 

‘Tələsdikcə  gecikirəm”  şeirlər  toplusuna  görə  “Rəsul  Rza”  mükafatı  almışdır.  O,

1985-1993-cü illərdə müxtəlif fənlən birləşdirən fiziologiya, patofiziologiya, farma­

kologiya,  histologiya,  anatomiya  və  patoloji  anatomiya  kafedralarında  müdir 

işləmişdir.  Onun  elmi  istiqaməti  “Ultrasəsin  baytarlıqda  bioloji  stimuləedici  kimi 

istifadə  edilmə”sidir.  Bu  sahədə  ultrasəs  almış  dovşanın  qanzərdabı  bioloji 

stimuləedici  kimi  tövşüyə  edilmişdir  Bioloji  stimuləedici  heyvanların  müxtəlif 

xəstəliklərində  (anemiyalar, dıstrofiyalar,  immunopatiyalar) uğurla tədbiq edilir.  Bu 

sahədə  60-dan çox məqalə  yazılıb,  dərc  edilmişdir.  RAllahverdiyev  1974-cü  ildən 

baytarlıq 

təbabəti 

fakültəsində 

"Kənd  təsərrüfatı 

heyvanlarının 

patoloji 

fiziologiyası”,  baytarlıq  təbabəti  əczaçılığı  ixtisasında  isə  “Patologiya”  fənnindən 

mühazirələr oxuyur. Bu fənnlər üzrə 6 dərs vəsaiti və 3  dərsliyin müəllifidir, bir sıra





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   55


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə