Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26.66 Mb.
Pdf просмотр
səhifə8/55
tarix29.12.2016
ölçüsü26.66 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

1

1

 



шКШ

4

81

Beynəlxalq  seminar,  simpozium,  konfrans  və  qurultaylarda  iştirak  etmişdir.  O, 

1969-cu il  Daşkənd  Biokimyaçılann  2-ci qurultayı,  1971-ci  il  Moskva Yaş  fiziolo­

giyasına aid X konfrans,  1982-ci il Moskva Patofizioloqlann 3-cü qurultayı,  1989-cu 

il  Bakı  Qərb  regionunun  problemləri  konfransı,  1989-cu  il  Bakı  Morfoloqlann  V 

Zaqafqaziya  konfransı,  1989-cu  il  Bakı  Xəstəliklərlə  mübarizəyə  həsr  edilmiş 

konfrans,  1990-cı  il  Bakı I  Respublika biokimya konfransı,  1993-cü il  Bakı  II Res­

publika biokimya konfransı,  1994-cü il  Bakı  fizioloqlann  1-ci  qurultayı,  1997-ci  il 

Bakı  III 

Respublika  biokimya  qurultayı,  2003-cü  il  Gəncə-Kars  Baytarlıq 

simpoziumu,  2004-cü  il  Kars  XVIII  Ulusal  Kimya  konqresi,  2005-ci  il  Bakı 

Fizioloqlar cəmiyyətinin 3-cü qurultayının iştirakçısı olmuşdur.

R. Allahverdiyev Kənd təsərrüfatı heyvanlannın patoloji fiziologiyasına aid bir 

sıra dərs vəsaitlərinin, proqramların və metodik vəsaitlərin (“Patoloji  fiziologiyadan 

təcrübə  məşğələləri”,  1976,  “Kənd təsərrüfatı  heyvanlannın  patoloji  fiziologiyası”, 

1984,  “Kənd təsərrüfatı heyvanlannın patoloji fiziologiyası,  1985, “Kənd təsərrüfatı 

heyvanlannın  patoloji  fiziologiyası”-   toxuma  patologiyası”,  1987,  “Patoloji 

fiziologiyadan  metodik  göstəriş”,  1989,  “Ümumi  patologiyanın  əsaslan”,  1990, 

“Kənd təsərrüfatı heyvanlannın xüsusi  histologiyası”,  1991,  magistratura proqramı, 

1997)  müəllifidir.  Alim  Kətd  təsərrüfatı  heyvanlarının  patoloji  fiziologiyası” 

dərsliyinin (Bakı, 2010) və  ekoloji patologiyaya aid elmi məqalələrin ilk müəllifdir. 

O,  2000-ci  ildə  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  “Fəxri 

fərmanı”  ilə  təltif olunmuşdur,  Respublikanın  əməkdar  müəllimidir.  Yüksək  elmi 

elitaya,  eridusiyaya  və  intellektə  malik  olması  Rübail  müəllimə  xas  olan  ən 

səciyyəvi  parametrlərdir.  Onun  “Altı  məzar,üstü  bazar,  “Dünya  dəlilərin 

şənlikevidir” və  s.  kitablan  dəyərli və  cox təsirli  şerləri  oxucular tərəfindən  sevilə- 

sevilə oxunur.

Hər kəsin müqəddəs ocaq sandığı,

Məktəb dediyimiz bir türbəsi var.

Şahın da, hökmün də arxalandığı,

Müəllim adlanan bir qibləsi var.

Müdrik müəllimin hər imtahanı 

Aqil kürəyində qayğı əlidir,

Müəllim önündə diz çöküb hamı,

Böyük ehtiramla baş əyməlidir.

ANAMIN AĞ KƏLAĞAYI

Açılanda səhər idi,

Ömrümüzə nəmər idi,

Günəş üzə qəmər idi 

Anamın ağ kəlağayı.

Buludlarla yarışardı,

Baxanda göz qamaşardı.

Anama çox yaraşardı



82

Anamın ağ kəlayı.

Qonaqlara hörmət idi.

Yad baxışa nifrət idi,

Namus ıdi.qeyrət  idi.

Anamın ağ kəlağayı

Atam öldü uçdu qaya,

Hamı gəldi  bu haraya,

Döndü qara kolağaya,

Anamın ağ kəlağayı.

Yetimliyim yaddaş olub,

İpəkliyə yad, daş olub,

Məzar üstə ağ daş olub,

Anamın ağ kəlağayı

(Rübail)


Tağıyev Sabir M əhərrəm  oğlu 

(1928)


Ölkəmizdə  aqrar  sahə  mütəxəssislərinin  (baytarlıq 

təbabəti  həkimləri  və  əczaçılan,  zoomühəndislər və  s.) 

hazırlanmasında  mühüm  rol  oynayan  alimlərimizdən 

biri  də  baytarlıq  təbabəti  famıokologiyası,  əczaçılığı, 

mamalığı  və  ginekologiyası  sahəsində  tanınmış  alim, 

ADAU-nun  professoru  Sabir  Tağıyevdir.  O,  1951-ci 

ildə  ADAU-nun  Baytarlıq təbabəti  fakültəsini  bitirmiş, 

1954-cü  ildə  "Mamalıq"  kafedrasında ordinator vəzifə­

sində  işləmiş,  1961-ci ildə  baytarlıq təbabəti  elmləri  namizədi alimlik dərəcəsini 

almışdır.  Alim  1962-cı  ildə  Baytarlıq  təbabəti  fakültəsinin  nəzdində  fəaliyyət 

göstərən  "Naftalan  nefti  üzrə  problem  laboratoriyasına baş  elmi  işçi  vəzifəsinə 

seçilmiş,  1970-ci  ildə  doktorluq  dissertasiyasını  tamamlamışdır.  O.  1975-ci  ildə 

"Anatomiya,  farmakologiya  və  patoloji  anatomiya"  kafedrasında  dosent 

vəzifəsində  işləmiş,  fakültə  və  universitetin  Elmi  Şurasının  üzvü  olmuşdur.

S.Tağıyev  1990-1997-ci  illərdə  "Anatomiya,  farmakologiya,  terapiya  və 

mamalıq"  kafedrasının  müdiri.  1997-ci  ildən 2004-cü  ilə  qədər  Zoobaytarlıq  və 

əmtəəşünaslıq  fakültəsinin  dekanı  vəzifələrində  çalışmış,  2004-cü  ildə  yenidən 

"Anatomiya, 

farmakologiya,  terapiya  və  mamalıq" 

kafedrasına  müdir 

seçilmişdir,  2009-cu  ildən  "Əczaçılıq  və  morfologiya"  kafedrasının  professoru 

vəzifəsində  çalışır.  S.Tağıyev  15O-yə  qədər elmi  əsərin,  o  cümlədən,  20  dərslik, 

dərs  vəsaiti,  monoqrafiya,  kitabça  və  metodik  göstərişin  müəllifidir.  Onun 

"İnəklərin  qısırlığına  səbəb  olan  ginekoloji  xəstəliklər7’,  "Kənd  təsərrüfatı 

heyvanlarının  qısırlığı  və  mübarizə  tədbirləri”,  "Baytarlıq  mamalığı".  "Naftalan 

nefti  və  onun  quşçuluqda  tətbiqi",  "Qaramalda  rüşeymin  transplantasiyası"  və

83


Təhsil  Nazirliyinin  qrifləri  ilə  "Yeyinti  məhsullarının kriminalistik ekspertizası" 

və  "Baytarlıq  toksikologiyası"  adlı  kitabları  tədris  prosesində  geniş  istifadə 

edilir.

Ram azanov Adil M irzə oğlu 



(1936)

Ölkəmizdə  baytarlıq  təbabəti  həkimləri  və 

zootexnik 

kadrlarının 

hazırlanmasında 

böyük 


xidmətləri  olan  alimlərimizdən  biri  də  professor 

kənd təsərrüfatı heyvanları və quşlannm anatomiyası 

və 

morfologiyasının 



öyrənilməsi 

sahəsində 

ölkəmizdə  və  onun  hüdudlannda  tanınmış  alım, 

anatom,  morfoloq  Adil  Ramazanovdur. 

Kənd 

təsərrüfatı  heyvanları  və  quşlannm  anatomiyasının 



öyrənilməsində  morfoloq  Adil  Ramazanovun  apardığı  fundamental  tətbiqi 

xarakterli  elmi  tədqiqatlar  olduqca  böyük  nəzəri  və  elmi-praktiki  əhəmiyyətə 

malikdir.  O,  1957-ci  ildə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  baytarlıq 

təbabəti  fakültəsinə,  1967-ci  ildə  "Anatomiya"  kafedrasının  əyanı  aspiran­

turasına  qəbul  edilmiş,  1972-ci  ildə  "Qaramal  və  camışlarda  çanaq-bud 

oynaqlarının  qan  damarları  və  əzələləri"  mövzusunda  dissertasiya  müdafiə 

edərək  baytarlıq  təbabəti  elmlər namizədi  elmi  dərəcəsi  almışdır  Alim ADAU- 

da  ordinator,  klinika  müdiri,  sex  həmkarlar  təşkilatının  sədri,  xalq  nəzarəti 

qrupunun  sədri,  partiya  təşkilatının  katibi,  dekan  müavini  və  idarəetmə  üzrə 

prorektor vəzifələrində  işləmişdir.  A.Ramazanov  kənd təsərrüfatı  heyvanları  və 

quşlannm  anatomiyası  üzrə  4  ali  məktəb  dərsliyinin,  2  fənn  proqramının  və 

çoxlu  sayda  tədris  metodiki  və  dərs  vəsaiti,  13  şeir  kitabının  müəllifidir. 

Respublika  Ağsaqqallar  Şurasımn  üzvü,  Əmək  Veteranı  və  güləş  üzrə  SSRİ 

idman ustasıdır.  Azərbaycan Dövlət  Aqrar Universitetinin Elmi  Şurasımn qəran 

ilə  2010-cu  ildə  A.Ramazanova ADAU-nun  professoru  elmi  adı  verilmişdir.  O, 

beynəlxalq  konfrans,  konqres  və  simpoziumlarda kənd təsərrüfatı  heyvanları  və 

quşlannm  anatomiyası  və  morfologiyası  kimi  mürəkkəb  və  olduqca  çətin  sahə 

üzrə  maraqlı  və  elmi  məlumatlarla  zəngin  olan  elmi  məqalələri  və  çıxışlan  ilə 

milli  elmimizi  mütəmadi  olaraq  təmsil  edir,  onu  tanıtdınr,  şərəfləndirir  və 

məşhurlaşdınr.  Onun  ən  böyük  xidmətlərindən  biri  də  ölkəmizdə  ilk  dəfə 

yaradılan  anatomiya  muzeyinin  təşkil  olunmasıdır.  Kənd təsərrüfatı  heyvanları 

və  quşlannm  sklctləri  və  eksponatlarla  çox  zəngin  olan  həmin  muzeyin  demək 

olar  ki,  analoqu  mövcud  deyil.  Alim  həm  do  oxuculann  çox  sevdiyi  bir  neçə 

şeirlər kitabının müəllifidir



Yaşıl meşələrin seyrəlib yaman

,

Yox olub sərvətin olubdur (alan.



Niyə tapılmayır halına yanan?

Təbiət kükrəyib bir gün duracaq

84


Bütün qisasını bizdən alasaq.

Əliyev Elxan Allah verdi oğlu 

(1938)

Elxan  Əliyev  (1938)  -   1962-cı  ildə  ADAU-nun 



baytarlıq  təbabəti  fakültəsini  fərqlənmə  diplomu  ilə 

bitirdikdən  sonra  1964-cü  ilə  qədər  Şamaxı  rayonunun 

Əlibayramov  adına  ətçılık-sudçülük  sovxozunda  baş 

baytar  həkimi,  1966-cı  ildə  Respublika  Baytarlıq 

Laboratoriyasında  baş  epızootik  baytar  həkimi  və 

direktor  əvəzi  vəzifələrində  işləmişdir.  O,  1966-cı  ildə 

Az  ETBL-da  baytarlıq  mikrobiologiyası  üzrə  əyani  aspiranturaya  daxıl  olub 

1969-cu  ildə  “Zebulann  brusellyozu”  mövzusunda  dissertasiya  ışını  müdafiə 

edərək  baytarlıq  elmləri  namizədi  elmi  dərəcəsi  almışdır  1968-1976-cı  illərdə 

Az  ETBL-nun  "Brusellyoz  və  qaramalın  yoluxucu  xəstəliklərim  öyrənən 

şöbə”də  baş  elmi  işçi,  1976-1982-ci  illərdə 

"Brusellyoz”  laboratoriyasının 

müdiri,  1982-1987-ci  illərdə  isə  həmin  institutun  direktor müavini  və  brusellyoz 

laboratoriyasının  müdiri  vəzifələrində  çalışmışdır  1980-cı  ildə  Azərbaycan  KP 

MK yanında Marksizm-Leninizm Universitetinin  partiya quruculuğu  fakültəsini,

1986-  cı  ildə  isə  Москл ada Aqrar-sənaye  Kompleksini  İdarəetmə  Ali  Məktəbini 

bitirmişdir.  1987-ci  ilin  mayında  Mockvada  Ümumıttifaq  Eksperimental 

Baytarlıq 

İnstitutunda 

“Camışlann, 

zebu 

və 


qovunların 

brusellyozu” 

mövzusunda  baytarlıq  elmləri  doktoru 

alimlik  dərəcəsi  üzrə  dissertasiya 

müdafiə 

etmişdir. 

E.Əlıyev 

sabiq 


SSRİ  məkanında  kənd  təsərrüfatı 

heyvanlarının  brusellyoz  xəstəliyinin  öyrənilməsi  sahəsində  fundamental  tətbiqi 

xarakterli,  çox  böyük  elmi  praktiki  və  nəzəri  əhəmiyyətli  tədqiqatlar  aparan 

məşhur  alimlərdən  biri  olmaqla,  həııı  də  dünyada  ilk  dəfə  olaraq  bisteriozun 

seroloji  diaqnostikası  üçün  rəngli  antıgenın  ilk müəllifidir.  Bu diaqnostika üsulu 

tibbi təcrübədə də geniş  istifadə olunur.  O,  3  elmi  ixtiranın,  2  monoqrafiyanın,  3 

kitabın,  bir elmi-populyar filmin  və  60  elıııı  əsərin  və  tövsiyyələrin  müəllifidir, 

1979-cu  ildə  XXI  Beynəlxalq  Baytarlıq  Konqresinin  iştirakçısı  olmuş  və 

diploma  layiq  görülmüşdür.  Alimin  Azərbaycan  zebusu  və  onun  yüksək 

məhsuldar  qaramal  cinsləri  ilə  mələzlənnm,  ölkəmizdə  yetişdirilən  müxtəlif 

qoyun  cinslərinin  və  mələzlərinin  eksperimental  və  təbii  yoluxma  şəraitində 

brusellyoza  davamlılıq  istiqamətində  apardığı  unikal  tədqiqatlar  təhlükəli 

yoluxucu  xəstəliklərə  davamlı  yeni  cins  və  mələzlərin  yaradılmasında  istifadə 

oluna  bilər.  Onun  alimlik  təcrübəsi  və  təşkilatçılıq  qabiliyyəti  nəzərə  alınaraq

1987-  ci  ilin  namunda  Azərbaycan  Respublikasının  Dövlət  Aqrar-Sənaye 

Komitəsində  Baş  Elm  və Təbliğat İdarəsində və  sonra Elm və kadrlar idarəsində 

rəis müavini  vəzifələrinə təyin olunmuşdur.  O,  1989-1991-cı  illərdə  Azərbaycan 

KP  MK-da  aqrar  məsələlər  üzrə  məsləhətçi  və  MK-nın  birinci  katibinin  aqrar 

siyasət  üzrə  köməkçisi  vəzifələrində  çalışmışdır.  O.  1991-cı  ilin  sentyabrında 

Respublika  Prezidentinin  Fərmanı  ilə  Şəmkir rayon  İcra  Hakimiyyətinin  başçısı 

təyin  edilmiş  və  1992-ci  ilin  iyun  ayında  başqa  işə  keçməsi  ilə  əlaqədar olaraq

85


həmin  vəzifədən  azad  olunmuşdur.  1993-cü  ilin  mayından  Respublika 

Prezidentinin  Sərəncamı  ilə  o,  Nazirlər  Kabineti  yanında  Dövlət  Baytarlıq 

Komitəsi  sədrinin  birinci  müavini  təyin  edilmiş,  1995-ci  ildən  isə,  Kənd 

Təsərrüfatı  Nazirliyinin  Beynəlxalq  əməkdaşlıq  şöbəsinin  müdiri  vəzifəsində 

çalışmışdır.  “Əmək  igidliyinə görə” və “Tərəqqi” medalları ilə təltif edilmişdir.

Əzimov  İlham  Muqbil oğlu 

(1934)

Baytarlıq  elmləri  doktoru,  professor  İlham  Əzimov 



1959-cu  ildə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin 

baytarlıq  təbabəti  fakültəsini  bitirib.  O,  Azərbaycanda 

baytarlıq  təbabəti  mikologiyası  sahəsində  fundamental- 

tətbiqi  xarakterli  elmi  tədqiqat  işləri  aparan  ilk  alimdir 

Alim  1959-1962-ci  illərdə  Respublika  EA  Neft-Kimya 

Prosesləri  İnstitutun  bıoloj i-fəal  maddələrin  öyrənilməsi 

kaboratoriyasında kiçik elmi işçi vəzifəsində işləyib.  Bu müddətdə  100-dən çox neft 

mənşəli preparatları heyvanlann müxtəlif xəstəliklərində sınaqdan keçirib. İ.Əzimov

1962-cı ildə “Şərəf Nişanı” ordenli Azərbaycan Elmi-Tədqiqat Baytarlıq  İnstitutuna 

aspiranturaya  daxil  olub,  1964-cü  ildə  namizədlik,  1996-cı  ildə  isə  doktorluq 

dissertasiyalarını  müdafiə  etmişdir.  O.  1964-cü  ildə  İnctitutda baş  elmi  işçi,  1971- 

1994-cü illərdə kaboratonya müdın,  1994-cü ildən institutun elmi işlər  üzrə direktor 

müavini. 2001-ci ildən isə Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət 

İnstitutunda  direktor  vəzifəsində  çalışır.  Onun  apardığı  tədqiqatlar  nəticəsində 

respublikamızda bır çox göbələk  xəstəlikləri,  o  cümlədən  ın  buynuzlu heyvanlann 

aktinomikozu, quşlann aspergıllyozu, qoyunların aktınobasıllyozu, yenilərdə toksiki 

göbələklərin yayılması  və  onlann  verdiyi  zəhərlənmələr öyrənilmiş  və  onlara qarşı 

mübarizə  tədbirləri  hazırlanmışdır.  İ.Əzimovun  rəhbərliyi  və  iştirakı  ilə  quşlann 

aspergillyoz, 

pulloroz, 

kolıbakterioz 

xəstəliklərin 

törədicilərinə 

qarşı 


dezinfeksiyaedici preparat (hıpoxlorit natri) təklif olunub. Heyvanlann trixofitiya və 

mikrosponya  xəstəliklərinin  öyrənilməsində  İ.Əzimovun  xüsusilə  böyük  hörməti 

olmuşdur.  O,  bütün  növ  (iri  buynuzlu  heyvan,  camış,  zebu,  qoyun,  qunduz,  it  və 

pişiklərdə)  heyvanlarda  bu  xəstəlikləri  öyrənməklə,  xəstəliyininsanlar  arasında 

yayılmasında heyvanlann rolunu müəyyənləşdirmiş, həmçinin bu  xəctəliklərə  qarşı 

müalicə və profilaktika tədbirlərini hazırlamışdır. Alim dünyada ilk dəfə olaraq zebu 

və  camışlarda dəmırov  xəstəliyini  ətraflı  öyrənmişdir.  İ.Əzimov  110  elmi  əsərin,  o 

cümlədən  2  kitab  və  1  monoqrafiya,  4  müəlliflik  şəhadətnaməsinin  müəllifidir. 

Onun  əsərləri  respublikamızda,  həmçinin  Moskva,  Sankt-Peterburq,  Kazan,  Tbiisi, 

Mahaçkala,  Səmərqənd,  Budapeşt  və  digər  şəhərlərdə  dərc  olunmuşdur.  Onun 

rəhçərliyi  ilə  5  nəfər  elmlər  namizədi,  bir  nəfər  elmlər  doktoru  hazırlanmışdır, 

hazırda  3  aspiranta  rəhbərlik  edir,  Az.  MEA-nın  mikrobiologiya  İnstitutunun 

müdafiə 

şurasının 

sədr 

müavinidir. 



Onu 

bəzi 


Müstə-

86


qil Dövlətlər Birliyində də istedadlı mıkoloq kimi tanıyırlar.

Bayramov Səhman  Yusif oğlu 

(1967)

Səhman 


Bayramov 

(1967) 


-  

1991-ci 


ildə

Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  baytarlıq 

təbabəti  fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirdikdən 

sonra  1992-ci  ilin  fevral  ayına  qədər  Xocalı  rayonunun 

baytarlıq  idarəsində  baytar  həkimi,  həmin  ilin  aprel 

ayından  isə  Azərbaycan 

Elmi-Tədqiqat  Baytarlıq 

İnstitutunun  parazitologıya  laboratoriyasında  kiçik  elmi 

işçi  vəzifəsində  işləmişdir.  O.  1993-cü ildə Azərbaycan  Elmi-Tədqiqat  Baytarlıq 

İnstitutunda  parazitologıya  ixtisası  üzrə  qiy abi  aspiraturaya  daxıl  olub,  1997-cı 

ildə  “Toyuqların  askaridiozuna  qarşı  baldırğanın  və  onun  antihelmint  prepa­

ratlarla qarışıqlarının  işlədilməsi” mövzusunda dissertasiya işini  müdafiə  edərək 

baytarlıq  elmləri  namizədi  elmi  dərəcəsi  almışdır.  Alim  27  mart  1998-ci  ildən 

2007-ci  ilə  kimi  parazitologiya  laboratoriyasında  böyük  və  aparıcı  clmı  işçi 

vəzifəsində  çalışmış,  23  fevral  2007-ci  ildən  isə  Kənd  Təsərrüfatı  Naziri 

tərəfindən  Azərbaycan  Elmi-Tədqiqat  Baytarlıq  İnstitutunun  direktoru  təyin 

edilmişdir.  S.Y.Bayramov  2004-cü  ildən  “Azərbaycanda  quşların  qarışıq 

iııvaziyalarının  yayılması,  inkişafi,  müalicə  və  profilaktika  tədbirləri”  adlı 

doktorluq  dissertasiyası  üzərində  işləyir.  O,  1  elmi  ixtiranın,  3  kitabın,  2 

tövsiyənin,  xaricdə  və  respublikamızda  çap  olunmuş  70-dən  çox  elmi  əsərin 

müəllifidir.  Alımın  parazitologiya sahəsində apardığı elmi  tədqiqat  işləri  hazırda 

respublikamızda  fəaliyyət  göstərən  quşçuluq  təsərrüfatlarında  geniş  tətbiq 

olunmaqdadır.  S.Bayramovun  hazırda  rəhbərlik  etdiyi  Azərbaycan  Elmi- 

Tədqiqat 

Baytarlıq 

İnstitutunun 

alımlən 

heyvandarlıq 

və 

quşçuluq 



təsərrüfatlarında bütün  yoluxucu  (infeksıon  və  ınvazıon)  və  s  xəstəliklərə  qarşı 

elmi-tədqiqat işlərini uğurla davam etdirirlər

Tağıyev A rif Əlirza oğlu 

(1951)


Rusiya  Federasiyasının  Kənd  Təsərrüfatı  elmləri 

doktoru,  professor  Arif Tağıyev  1975-ci  ildə  ADAU- 

nun  baytarlıq  təbabəti  fakültəsini  fərqlənmə  diplomu


ilə  bitirdikdən  sonra 3  ıl  ərzində Neftçala  rayonunun  Baytarlıq  stansiyasında  və 

“Qaraqaşlı"  broyler  fabrikində  baytar  həkimi  vəzifəsində  işləmişdir  1978-ci 

ildən  etibarən  20  ilə  yaxın  müddət  ərzində  təhsil  aldığı  ADAU-nun  “Baytarlıq 

təbabəti”  fakültəsinin  "Zoologiya,  zoogıgıyena  və  baytar-sanitar  ekspertizası” 

kafedrasında  ordınator,  assistent.  baş  müəllim  və 

dosent  vəzifələrində  işləyib,  1984-cü  ildə  Azərbaycan 

Elmi-Tədqiqat  Baytarlıq  İnstitutunun  aspiranturasını 

bitirib  və  1986-cı  ildə  K.İ.Skryabin  adma  Moskva 

Baytarlıq  Akademiyasında namizədlik  dissertasiyasını 

uğurla  müdafiə  etmişdir. 

1999-cu  ildə  Moskva 

baytarlıq  təbabəti  və  biotexnologiya  akademiyasında 

“İsti  iqlim  şəraitində  broyler əti  istehsalının texnologi­

yasının  təkmilləşdirilməsi"  mövzusunda  doktorluq 

dissertasiyasını  müdafiə  etmişdir.  2000-ci  ildən  2011- 

ci  ilə  kimi  Rusiya  Dövlət  Aqrar  Universitetinin 

“Anatomiya,  fiziologiya  və  zoogigiyena”  kafedrasında  professor  vəzifəsində 

çalışmış,  Moskva  baytarlıq  təbabəti  və  biotexnologiya  Akademiyasında  və 

Rusiya  Dövlət  Aqrar  Universitetində  fəaliyyət  göstərən 

ixtisaslaşdırılmış 

doktorluq  dissertasiya  şuralarının  üzvü  olmuşdur.  Onun  elmi  fəaliyyəti  quşlann 

məhsuldarlığının  və  xəstəliklərə  davamlılığının  artırılması  üçün  vasitə,  üsul  və 

yolların  işlənib  hazırlanması  və  elmi  əsaslandırılması  ilə  bağlıdır,  ıstı  iqlim 

şəraitində  broyler  əti  istehsalının  texnologiyasının  təkmilləşdirilməsi  üzrə 

apardığı  tədqiqatlarının  nəticələri  və  təkliflər  köhnə  quş  fabrıklənnm  rekon­

struksiyası  və  yenilərinin  layihələşdirilməsi  və  tikilməsi  zamanı  geniş  tətbiq 

olunur.  Alimin  çoxillik  tədqiqatlarının  nəticəsi  olaraq  yerli  resurs  mənbələrinin 

mineralları  və  bioloji  fəal  maddələrin  əsasında  yeni  stressəleyhinə  preparat 

hazırlanıb  istehsalata tətbiq edilmişdir.

A.  Tağıyev baytarlıq  və zoomühəndislik ixtisası üzrə bir çox mötəbər beynəlxalq 

konfrans  və  simpoziumlardakı  çıxışları  ilə  Azərbaycan  və  Rusiya  elmini 

layiqincə təmsil etmiş,  110  elmi əsərin, tədris və tədris -  metodiki  işlərin,  “Kənd 

təsərrüfatı  heyvanlarının  xüsusi  gigiyenası”  dərs  vəsaitinin  müəllifidir,  elmi 

tədqiqatlarının  nəticələrinə  əsasən 3  müəlliflik  şəhadətnaməsi  və  səmərələşdirici 

təklif almışdır.  1986-cı  ildən  Ümumdünya  quşçuluq  Assosiasiy asının,  2003-cü 

ildən  isə  Dictologiya  və  Nutrisiologiy a  Baytarlıq  Assosiasiyasının  üzvüdür, 

2011-ci  ildə  Rusiya  federasiyasının  ali  və  elm  Nazirliyinin  tədrisdə  etdiyi  yeni 

nailiyyətə  görə 

fəxn  fərmanı 

ilə  təltif  edilmişdir,  apardığı  elmi-tədqiqat 

işlərinin  nəticələri  Rusiya  Xalq  nailiyyətləri  sərgisində  nümayiş  etdirilmişdir. 

Alim  2012-cı  ildən Azərbaycan Dövlət Aqrar Universitetinin  "Heyvandarlıq  və 

balıq məhsulları istehsalının texnologiyası” kafedrasında çalışır.

Nəsibov Famil  Nəsir oğlu.

88


1977-ci  ildə  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitunun  baytarlıq  təbabəti 

fakültəsini  fərqlənmə  ilə  bitirdikdən  sonra  1983-1988-ci  illərdə Rusiya Fedarasi- 

yasının  Krasnodar  diyarının  və  Valadimir  vilayətinin  kolxoz  və  sovxozlarında 

baş  baytar  həkimi  işləmişdir.  1985-1988-cu  illərdə  akademik  K.Y.  Skryabin 

adma Moskva baytarlıq  akademiyasında aspiranturaya  daxil  olmuş,  1990-cı  ildə 

“inəklərdə 

qaraciyərin 

funksiya 

pozğunluqlarının 

diaqnostika 

və 

elektrorefleksoterapiyası”  m övzusunda  namizədlik  dissertasiyasını  müdafiə 



etmişdir.  1991-2011-cı  illərdə  ADAU-da  assistent,  dosent  vəzifələrində 

işləmişdir.  2009-cu  ildə  Ural  Dövlət  Baytarlıq  Təbabəti  Akademiyasında 

doktorluq  dissertasiyasını  müdafiə  etmiş  və  2011-cı  ildə  AR Prezidenti  yanında 

Alı  Attestasiya  Komissiyasında təkrar attestasiy adan  keçmişdir.  F.N.Nəsıbovun 

elmi-pedaqoji  fəaliyyəti  çoxcəhətlidir.  Kənd təsərrüfatı  heyvanlarından  inək  və 

düyələrdə  qaraciyərin  funksiy a pozğunluqları  zamanı  elektrorefleksoterapiyanm 

tədbiqi,  embrional  itkilərin  baş  verməsinin  əsas  amilləri,  reproduktiv  funksiya 

pozğunluqlarında, 

həmçinin 

embrionlann  transplantasiyasında  hormonal 

pereparatlann  və  fıziotcrapeftik  aparatların  tədbiqinin  öyrənilməsi  F.Nəsıbovun 

elmi  axtarışlarının  əsas  istiqamətini  təşkil  edir.  O,  bytarlıq  və  heyvandarlığın 

praktiki,  metodiki  və  nəzəri  problemlemlənnə  həsr  olunmuş  115-dən  çox  elmi 

əsərin,  o  cümlədən,  1  monoqrafiya,  3  dərslik  və  1  dərs  vəsaitinin  müəllifidir. 

Xırda  heyvanların  xəstəlikləri“,  -   Bakı,  2008,  Dərslik;  “Südlük  inəklərin 

reproduktiv  fəallıqlarının  intensivləşməsinin  biotexnikası”,  Voloqda  2008,  dərs 

vəsaiti  (rus  dilində);  Köıpə  kənd  təsərrüfatı  heyvanlarının  daxılı  xəstəlikləri. 

Bakı,  2009,  Dərslik;  Heyvanların  daxili  xəstəliklərinin  klınıkı  diaqnostikası”  -  

Bakı, 2011.  Dərslik.

Alimin  elmi  əsərləri  xarici  ölkələrin  apancı  jurnallarında  nəşr  edilmişdir. 

Çoxsaylı  beynəlxalq  konfranslarda,  o  cümlədən  Podolsk  şəhərinin  Dubrovis 

qəsəbəsində  "Rusiyada  heyvandarlığın  inkişafinm  müasir  texnoloji  və  seleksiya 

aspektləri"  üzrə  III  Beynəlxalq  Elmi-Praktiki  konfransda  iştirak  etmişdir,  hazırda 

Azərbaycan  Dövlət  Aqrar  universitetinin  ‘Yoluxmayan  xəstəliklər”  kafedrasının 

müdiri  vəzifəsində  işləyir,  təhsildə  xidmətlərinə  görə  2010-cu  ildə  AR  Təhsil 

Nazirliyinin,  2011-ci  ildə  isə  AR Kənd Təsərrüfatı  Nazirliyinin Fəxri  Fərmanlarına 

layiq görülmüşdür.  F.N.Nəsibov hazırda baytarlıq təbabətinin ən prioritet sahələrinə

həsr olunan elmi axtanşlar apanr.

Ələsgərov Z ahir Ə m ir oğlu

(1960)


Ələsgərov Zahir Əmir oğlu  1984-cü ildə ADAU- 

nun Baytarlıq təbbabəti fakültəsini fərqlənmə diplomu 

ilə  bitimıiş,  elə  həmin  ildə  məzunu  olduğu  institutun 

«Epizootologiya,  Mikrobiologiya  və  Virusologiya» 

kafedrasının  nəzdində  əyani  təhsil  üzrə  məqsədli 

aspiranturaya qəbul olmuşdur

1988-ci  ildə  «Çiçəyə  qarşı  peyvənd  olunmuş 

quşlann  orqanizminin  immunobioloji  reaktivliyinə

89


stress  faktorların təsın»  mövzusunda dissertasiya işini müdafiə  edərək, baytarlıq 

elmləri  namizədi  alimlik  dərəcəsini  almışdır,  1988-ci  ildə  “Epizootologiya, 

mikrobiologiya və Parazıtologıya" kafedrasında assistent,  1993-cü ildə isə həmin 

kafedranın  dosenti  seçilib.  1996-1999-cu  illərdə Zoobaytarlıq  və  Əmtəəşünaslıq 

fakültəsinin  dekan  müavini  vəzifəsində  çalışmışdır.  2002-2008-ci  illərdə 

«Qoyunların  ınfeksıon  xəstəlıkləri»ni  öyrənən  elmi-tədqiqat  laboratoriyasının  elmi 

rəhbəri kimi  fəaliyyət göstərmiş və bu problemlə əlaqədar olaraq məqsədyönlü elmi- 

tədqiqatlar aparmaqda  davam  edir.  O,  60-dan  çox  elmi  əsərin,  3  dərslik,  2  dərs 

vəsaiti və 2 monoqrafiyanın müəllifidir.

Z.  Ələsgərovun  elmi  əsərlərinin  bir  qismi  Türkiyə,  Rusiya,  Gürcüstan, 

Belarus  və  Ukraynanın  nüfuzlu  elmi  jurnal  və  külliyatlannda  dərs  edilmişdir, 

heyvanların  və  quşların  bəzi  ınfeksion  xəstəliklərinin  profilaktikasına  və  onlara 

qarşı mübarizə tədbirlərinə həsr olunmuş bir sıra elmi tövsiyələrin müəllifidir.  O, 

bir  sıra  xarici  ölkələrdə  (Türkiyə,  Rusiya,  Fransa,  Gürcüstan,  Ukrayna  və 

Norveçdə)  Bavtarlıq elminin və praktikasının aktual  problemlərinə həsr olunmuş 

beynəlxalq elmi  konqres,  simpozium, konfrans və seminarlarda elmi  məruzələrlə 

çıxış  etmiş  və  müvafiq  sertifikatlar  almışdır,  Respublikanın  «Qabaqcıl  təhsil 

işçisi» döş nişanı  ilə təltif edilmişdir.

Z.  Ələsgərov  "Azərbaycanda  qoyun  və  quzulann  Salmonellyozunun 

öyrənilməsi  və  ona  qarşı  səmərəli  mübarizə  tədbirlərinin  həyata  keçirilməsi» 

mövzusunda doktorluq dissertasiyası işini yekunlaşdırmışdır.

O,  2011-cı  ildən  icrasına start verilmiş  «Norveç Təbiət Elmləri  Universiteti 

ilə  ADAU-nun  birgə  həyata  keçirdiyi  akademik  layihə»nin  bir  istiqaməti  olan 

«K/t  heyvanlarında  brusselyozunun  öyrənilməsi»  layihəsinə  rəhbərlik  edir, 

2000-ci  ildən  ADAU-nun  “Epizootologiya.  Mikrobiologiya  və  Parazıtologiya” 

kafedrasının müdiri vəzifəsində çalışır

Məmmədli Ə şrəf Teym ur oğlu 

(1939)


Məmmədli  Əşrəf  Teymur  oğlu  1956-ci  ildə 

orta məktəbi  “Gümüş”  medalla bitirmiş  və  Gəncə 

şəhərində  H.Zərdabi 

adına  pedaqoji  institutun 

fizika-riaziyyat fakültəsinə daxil olmuş, bu institutda 

bir il oxuduqdan sonra ADAU-nin baytarlıq təbabəti 

fakültəsinə 

kecəcək  əvvəlcə  ən  yüksək  dövlət- 

Stalin,  sonra isə  Lenin  təqaüdlərinə  layiq  görülmüşdür,  hələ  IV  kursda  oxuyarkən 

“İmmunitetinin  əmələ  gəlməsində  antibiotiklərin  rolu”  adlı  elmi  maqəlasi  açıq 

mətbuatda  dərc  olunmuşdur.  Alim  1962-d  ildə  ADAU-nun  baytarlıq  təbabəti 

fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmiş,  1962-1964-cü  illərdə  müxtəlif  kənd

90


təsərrüfatı  sahələrində  işlədikdən  sonra  1964-cü  ildə  Azərbaycan  Elmi-Tədqiqat 

Baytarlıq İnstitutunda helmintologiya üzrə aspiranturaya daxil olmuş və  1968-ci ildə 

Gürcüstan  respublikasının  Zoobaytarlıq  Elmi-Tədqiqat  və  Tədris  İnstitutunda 

müvəffəqiyyətlə  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  1968-1972-ci  illərdə 

Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi  sistemində  müxtəlif 

vəzifələrdə-Baş  Baytarlıq  və  Otlaqlar  idarələrində  böyük  və  baş  baytar  həkimi  və 

Respublikanın  Baytarlıq  laboratoriyasının  direktoru  vəzifələrində  çalışmışdır.  O, 

1972-ci  ildə  Kənd  Təsərrüfatı  Nazirinin  əmri  ilə  Azərbaycan  Elmi-Tədqiqat 

Baytarlıq İnstitutuna  baş elmi işçi  vəzifəsinə təyin edilmişdir.  1978-ci ildə  keçmiş 

SSRİ-nin Ali Attestasiya Komissiyasının qərarı ilə “Baytarlıq Sanitariyası” üzrə baş 

elmi  işçi  rütbəsi  diplomuna  layiq  görülmüşdür.  Ə.T.Məmmədli  1980-ci  ildən 

AzETBI-nin  “Ekologiya,  sanitariya,  ekspertiza  və  yoluxmayan  xəstəliklər” 

laboratoriyasının  müdiridir.  Onun  rəhbərliyi  ilə  göstərilən  sahələr  üzrə 

laboratoriyada  çox  dəyərli,  iqtisadi  cəhətdən  səmərəli  və  praktiki  əhəmiyyətli 

tədqiqatlar aparılmış və sanballı təkliflər verilmişdir.  Laboratoriyanın apardığı geniş 

miqyaslı  elmi  təfqiat  işləri  nəticəsində  çox  qiymətli  tətqiqat  işləri  təsərrüfatlarda 

həyata keçirilmişdi: “Yüksək keyfiyyətli südün alınma texnologiyası”, “İri buynuzlu 

heyvanlann  saxlanmasında  optimal  mikroiqlim  parametrləri”,  “Sağım  avadan- 

lıqlannın  və  süd  qablarının  hipoxlorit  natrium  məhlulu  ilə  yuyulub-dezinfeksiya 

edilməsi”,  “Camış  saxlanan  heyvandarlıq  binalarında  optimal  mikroiqlim 

parametrlərinin təmin olunması”, “Müasir heyvandarlıqda mastit xəstəliklərinə qarşı 

kompleks  tədbirlər  konsepsiyası”,  “İnəklərin  mastit  xəstəliklərinin  diaqnozu, 

müalicə  və  profilaktikasına  dair  təlimat”,  “Qaramalın  yelin  xəstəlikərinə  qarşı 

kompleks  tədbirlər  sistemi”  və  s.  Respublika  heyvandarları  və  zoobaytar 

mütəxəssisləri onu  zəhmətkeş, yüksək intellektual səviyyəli və eridusiyalı, qayğıkeş 

insan  kimi  tanıyırlarlar.  Ə.T.Məmmədli  5  kitabın,  18  kitabçanın  və  broşuranın,  7 

tövsiyənin,  3  metodiki  göstərişin,  2  metodiki  vəsaitin,  1  təlimatın,  150  -dən  artıq 

elmi  məqalənin,  çox  saylı  elmi-populyar  məqalələrin, 

vərəqələrin,  buklet  və 

plakatların,  1 ixtiranın, 4  diaqnostik testin və  1 yerli sənaye məhsulundan hazırlanan 

dezinfeksiyaedici  preparatın  müəllifidir.  Hazırda  ekologiya,  sanitariya  və 

yoluxmayan  xəstəliklər  sahəsində  laboratoriyada  fundamental  tədqiqat  işlərinin 

aparılmasına  və  həyata  keçirilməsinə  rəhbərlik  edir  və  elmi  axtarışlarım  davam 

etdirir.


1.4. Baytarlıq təbabəti genetikasının praktiki əhəmiyyəti

Müasir  qloballaşma  dövründə  bəşəriyyətin  davamlı  inkişafına  maneçilik 

törədən və olduqca neqativ təsir göstərən ən başlıca amillərindən biri də dünyada 

baş  verən  ərzaq  çatışmazlığı  problemidir.  Hazırda dünyanın  bütün  inkişaf etmiş 

ölkələrində,  xüsusilə  Çin, Hindistan,  Pakistan,  İndoneziya,  Afrika ölkələrində və 

s.  taxıl,  bitkiçilik  və  heyvandarlıq  məhsulları  çatışmazlığı  mövcuddur.  Bu 

problemin  yaranmasının  əsas  səbəbi  isə  planetimizin  bütün  regionlarında 

fasiləsiz olaraq tüğyan edən,  arealı gündən-günə genişlənən ekoloji böhranlar və 

təbii  fəlakətlərin  (leysan  yağışlar,  sel,  daşqınlar,  sunnami,  tomada,  qasırğa  və 

torpaq  sürüşmələri,  zəlzələ,  vulkan  püskürmələri  və  s.)  fəsadlarının  kənd





Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə