Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26,66 Mb.
Pdf görüntüsü
səhifə11/55
tarix29.12.2016
ölçüsü26,66 Mb.
#3874
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

109

Şəkil 6.  Xromosomların formaları:

A-metasentrik; B-submetasenlrik; C-akrosentrik; D-telosentrik

1-mikro şəkillər; Il-sxematik görünüşü (R. Əliyev,  C. Nəcəfov və b.,  2008)

Erkək  və  dişi  fərdlərdə  xromosom  yığımları  yalnız  bir  cüt xromosoma  -  



 

(iks)  və 



Y

 (iqrek)  -  görə  bir birindən fərqlənir  Cinsiyyətə  görə  fərqlənən  həmin 

xromosomlar  cinsi  xromosom.  yaxud 

qonosom,

  müxtəlif  cinsiyyətli  fərdlənn 

hüceyrələrində  olan  eyni  xromosomlar  isə 

autosomlar

  adalımr.  Müxtəlif 

növlərin  xromosom  yığımının  təhlili  zamanı  müəyyən  olunmuşdur  ki, 

xromosomlar  sayma və  quruluşuna görə  bir-birindən  fərqli  olur.  Növün  diploid 

xromosom  yığımının  miqdar  və  quruluş  xüsusiyyətlərinin  məcmusu 

kariotip 

adlanır.  S.Q.Navaşinə  görə  kariotip  -   növün  özünə  məxsus  səciyyəvi 

formulasıdır.  Kariotipdə  hər  bir  fərdin  genetik  informasiyalarının  dəyişməsi 

nəticəsində  orqanizmlərin  və  onlann  nəslinin  əlamət  və  funksiyalarının 

dəyişilməsi prosesi əks olunur.

Sinir hüceyrəsi  və onun xüsusiyyətləri.

Orqanizmin hüceyrələrinin  ümumi  identiklıyə  malik  olmasına baxmayaraq, 

onlann bəziləri  formasına,  quruluşuna  və  funksıyalanna  görə  bır-bınndən  xeyli 

fərqlənir.  Bəzi  hüceyrələr  öz  fəaliyyəti  zamanı  sekretlər  ifraz  edir,  digərləri- 

yığı lmanı-təqəllüsü  təmin  edir,  başqa  bır  qrup  ısə-sınır  ımpulslanm  keçirir 

Lakm 

buna  baxmayaraq 



onlann 

hamısının 

quruuşunda 

ümumi 


bir 

qanunauyğunluq  mövcuddur.  Belə  ki,  bütün  hüceyrələrin  hamısı  xancı  mem- 

brana,  sıtoplazmaya, nüvəcik  və  xromosomlara malik olan nüvəyə,  rıbosomlara, 

mıtoxondrilərə,  lızosomlara  və  s.  malikdir.  Hiss  üzvlərinin  reseptor  hüceyrələri 

membranmın  səthində  xüsusi  törəmənin  olması,  sinir  və  böyrək  hüceyrələri  isə 

özünün  spesifik  funksional  quruluşa  malik  olmasaı  ilə  digər  hüceyrələrdən

110


fərqlənir. 

Sinir hüceyrələri (neyronlar)-

 uzun və qısa çıxıntılan-şaxələri  ilə bir­

likdə sinir sisteminin başlıca prioritet morfoloji və funksional bioloji vahidi sayı­

lır.  Sinir toxuması  mərkəzi  sinir sisteminin  əsas  materialı  kimi  neyronlardan  və 

neyroqliyadan təşkil  olunur.  Heyvanların  orqanizmində  orta hesabla  50  milyarda 

qədər  neyron  vardır.  Neyronlar  sinir  sisteminin  hüceyrə  elementlərinin  1-15%-ni 

təşkil  edir.  Onlar formasına görə  piramidəbənzər,  dairəvi,  ulduzvari,  oval  formada 

olur, ölçüləri isə 5-150 mkm-ə bərabərdir.  Hər bir neyron cisim (soma, perikarion), 

dendritlərdən (latmca-«dendrom>-ağac) və aksondan (latınca-«axon» -  ox) ibarətdir, 

(şəkil 7).  Çıxıntılarının  sayma görə neyronlar: 



unipolyar

 (tək  çıxıntılı), 



bipolyar 

(iki  çıxıntılı) 



və  multipolyar

  (çox  çıxıntılı)  qruplara  bölünür.  Onurğalılarda 

əsasən  bipolyar  və  multipolyar  neyronlara  təsadüf  olunur. 

Dendritlər

  adətən 

çoxlu sayda, 

akson

 isə tək olur. 



Neyronlar nüvəsinin iri, mitoxondrilərin çox və 

neyrofibrillərin  olması,  torlu  aparatın  güclü  inkişaf  etməsi,  beyinin  bəzi 

şöbələrində  isə  sekretor  fəaliyyət  göstərməsi  ilə  somatik  və  cinsiyyət 

hüceyrələrindən  fərqlənir.

  Sekretor  neyronlar  mukoproteid  və  qlikoproteid 

təbiətli  sekıet  ifinz  edir.  Neyronlann  əsas  funksiyası  reseptorlardan  və  başqa 

sinir hüceyrələrindən  siqnalları  qəbul  etməkdən,  informasiyaları  hazırlamaqdan 

və  impulslan  sinir,  əzələ  və  sekretor  hüceyrələrə  ötürməkdən  ibarətdir. 

Neyronlar 3 əsas qrupa bölünür:

1. 

H issi (sensor,  afferent,  affektor,)

  neyronlar -   daxili  və  xarici  mühitdən

siqnalları qəbul edir.

2. 


Assosiativ

  (aralıq,  vasitəçi)  neyronlar-müxtəlif  sinir  hüceyrələrini 

əlaqələndirir.

3. 

Hərəki

  (efferent,  effektor,  motor)  neyronlar  -   siqnalları  mərkəzi  sinir 

sisteminin  yuxan  şöbələrindən  aşağı  şöbələrə,  yaxud  irsi  orqanlara ötürür.  Ney­

ronlar  bir-biri  ilə  müxtəlif  tipli 



sinapslarla

  əlaqələnir  və  onlar  astronomik 

rəqəmlərlə  ifadə  olunur  (1015-1016).  Sinapslann  əsas  hissəsi  neyronun 

dendritlərində,  nisbətən  az  hissəsi-somada,  ən  az  hissəsi  isə-aksonda  yerləşir. 

Yerləşməsindən  asılı  olaraq  sinapslar  3  qrupa  - 

aksodendritik  (dendritlərdə 

yerləşən), 

aksosomatik 

(somada-cisimdə 

yerləşən) 

və 

akso-aksonal 

(aksonlarda  yerləşən)-bölünür.

  Heyranlarda  oyanma  yalnız  bir  istiqamətdə- 

dendritlərdən  somaya və  aksona  doğru  nəql  olunur.  Başqa toxumalardan  fərqli 

olaraq  sinir  toxumasında  neyronlardan  başqa  digər  hüceyrələr  də  mövcuddur. 



Neyroqliya

-sinir  toxumasının  əsas  kütləsini  təşkil 



edən  qlial  elementlərdən 

(hüceyrələrdən)  ibarət  olub,  neyronlar  arasındakı  bütün  boşluğu  doldurur  və 

köməkçi  funksiyaları  yerinə  yetirir.  Anatomik  cəhətdən  onlar  2  qrupa- 

oliqodendritlər

 və 


astrositlər

 (beyində neyronun cismi  ilə kapilyarlann arasında 

yerləşir)  və 

Şvannov  hüceyrələri

  (periferik  sinir  sistemində  yerləşir,  millin 

əmələ  gətirən  qlial  hüceyrələrdən  əmələ  gəlir)-bölünür.  Bunların  hər  ikisi 

birlikdə aksonlann ətrafında möhkəm millin qişasını əmələ gətirir. Neyronlardan 

fərqli olaraq astorositlər və  digər qlial  hüceyrələr bölünmə  xassələrinə malikdir. 

Qliya

 -mərkəzi  sinir sistemində  dayaq  və  müdafiə  funksiyalarını  yerinə  yetirir. 

Neyron  və  neyroqliya  arasında  15-20  nm  uzunluğunda yarıqlar  vardır ki,  onlar 

da maye  ilə  dolu  olan  interstisial  boşluq  əmələ  gətirir.  Neyronlararası  mərkəzi



111

sinapslarda təsir potensialı  postsinaptik  neyronda  yaranır,  həm  oyadıcı,  həm  də 

tormozlayıcı  xüsusiyyətə,  həmçinin  kimyəvi,  elektrik  və  qarışıq  keçiricilik 

mexanizminə  malikdir.  Müəyyən  funksiyanı  yerinə  yetirən  və  onu tənzimləyən 

neyronlar qrupu sinir mərkəzi

 

adlanır və oyanmanın ləng nəql edilməsi, ritminin 



və gücünün transformasiya olunması,  sıx qıcığa seyrək və əksinə cavab verməsi, 

daimi  tonusa  malik  olması,  irradiasiya  (impulsların  neyronlara  paylanması), 

oyanmanın  yalnız  bir  istiqamətdə-afiferent  neyrondan  aralıq  ncyron  vasitəsilə 

efferent ncyrona nəql olunması və s.-xassələri ilə səciyyələnir.

Sinir sistemi orqanizmin fəaliyyətini onun genetik homeostazı və xarici mü­

hitlə  əlaqəsi  formasında  idarə  edir,  daimi  nəzarətdə  saxlayır  və  tənzimləyir. 

Onun  əsas  aparıcı  elementi  sayılan  ncyronlann  fizioloji  funksiyaları  və  beyinin 

keçirici  sistemlərinin sxemi əvvəlcədən genetik olaraq proqramlaşdınrlır.

 

Həm 


hüceyrədaxili proseslər,  həm də  neyronlar arasındakı  əlaqə  hüceyrələrin  genetik 

ixtisaslaşması ilə müəyyənləşdirilir. Məsələn, görmə aparatının ncyronları  yalnız 

özünün ikinci neyronları  ilə  əlaqəyə girir.  Onlar eşitmə və  s.  sistemin  ncyronları 

ilə  heç  bir  əlaqəyə  girmir.  Bu  hal  beyinin  bütün  şöbələrinin  və  orqanların 

neyronlan  üçün  spesifik  xarakter  daşıyır  və  çox  böyük  əhəmiyyətə  malikdir. 

Genlərin  dəsti  (yığımı)  inkişafda  olan  sinir  hüceyrələrinin  hansı  tipə  və  sinir 

kələfinə  aid  olacağını  əvvəlcədən  müəyyənləşdirir.  Neyronların  hansı  quruluşa, 

formaya,  xassələrə  malik  olması  də  genetik  determinasiyaya  uyğun  olaraq  for­

malaşır.  Sinir  kələflərinin  3  genetik  determinasiya  olunmuş  tipi-ierarxik,  lokal 

və divergent 

-

 ayırd edilir.



lerarxik  sinir  kələfləri  (toru)-

 

neyronlararası  əlaqə  yaradan  sensor  və 



lokomator  liflərdə  mövcuddur.  Bu  zaman  sinir  sisteminin  yuxan  şöbələrinə 

daxil  olan  impulslar  orada  sintez  və  analiz  olunduqdan  sonra  əvvəlcə  birinci, 

sonra isə ikinci, üçüncü və s. neyronlara, oradan isə onurğa 

beyinin  spesifik  motor-hərəki  neyronlan  ilə  işçi  orqana-əzələyə  ötürülür. 

Beləliklə,  informasiyalann  işçi  orqana  ötürülməsi  ierarxik  səviyyədə-yuxan 

hökmran  sisteminin  (baş  beyinin)  neyronlanndan  aşağı-ona  tabe  olan  liflərə 

ötürülməsi  üçün  konkret komanda-əmr verilir və  onlar əzələlərin  müəyyən  qrup 

hüceyrələrinə  ötürülür.  Bu  sistem  informasiyalann  çox  dəqiq  və  çevik 

ötürülməsini  təmin  edən  ən  fəal  determinasiya  olunmuş  neyron  qrupu  sayılır. 

Həmin  prosesdə  konvergensiya

 

(bir  səviyyənin  bir  neçə  neyronu  digər 



səviyyənin  həmin  sayda  neyronları  ilə  əlaqəyə  girir),  yaxud  divergensiya

 

(bir 



səviyyənin  neyronunun  digərinin  çoxlu  sayda  ncyronları  ilə  əlaqəyə  girməsi) 

nəticəsində  informasiyalar  filtrasiya  olunur  (süzülür)  və  siqnallar  çox  güclənir. 

Neyronlann  yaralanmalar,  xəstəliklər,  insult,  şişlər  zamanı  informasiyaları 

keçirmə  qabiliyyəti  itdikdə,  yaxud  çox  zəiflədikdə  konvergensiya  və 

divergensiya  onların  «köməyinə  çataraq»  bəzi  şanslar  verir.  Belə  ki,  bir 

səviyyənin  neyronlan nisbətən  məhv  edildikdə,  zədələnmiş  hüceyrələr fəallaşır 

və  onlann  da  funksiyalanm  öz  üzərlərinə  götürürlər.  İerarxik  sistemi  təkcə 

sensor  və  motor  liflər  üçün  deyil,  həm  də  başqa  sistemlər  üçün  də  müvafiq 

köməklik göstərir və onlarla ittifaqa (alyansa) girir.

112


Lokal k əh fltor)-

 

neyronlann  aksonlannın  qısa  olması  nəticəsində  elektrik 



ionlan  istənilən  səviyyədə  paylana  bilmir  və  neyronlann  təsir  sferasının  zəif 

olması,  işçi  orqanlara  gedən  neyronlara  ləngidici,  yaxud  oyanma  təsiri 

göstərməsi ilə səciyyələnir.

Divergent sinir toru 

-

 bir neyronun çoxlu sayda neyronlara vahid çıxış yolu 

ilə  əlaqə  yaratması  və  divergensiyanm  kulminasiya  həddinə  çatması  ilə 

xarakterlənir.  Bu  qrupa  mənsub  olan  neyronlar  və  sinir  toru  orta  beyində  və 

beyin kötüyündə  yerləşir.  Bunların ən üstün cəhəti çoxlu neyronlara dərhal təsir 

etmək  və  onlann  əksəriyyəti  ilə  əlaqə  yaratmaqdan,  «təşkilatçı»  «rejissor» 

rolunu  icra  etməkdən  ibarətdir.  Həmin  keyfiyyətlərinə  baxmayaraq  divergent 

genetik determinasiyalı  sinir torları orqanizmdə mövcud olan sinir torlarının çox 

cüzi hissəsini təşkil edir.

Nefronlar 

-

 böyrəklərin funksional vahidi  olub,  qabıq maddəsində yerləşir, 

olduqca  mürəkkəb,  lakin  həyati  vacib  ifrazat  (sidik  ifrazı)  prosesini  yerinə 

yetirir.  Hər bir neffonda içərisində malpigi  yumaqcığı olan Şumlyanski-Boymen 

kapsulası,  toplayıcı  və  çıxancı  kanalcıqlar  sistemi  vardır.  Şumlyanski-Boymen 

kapsulası  visseral  (damar  torunun  üstünü  örtən)  və  parietal  (kubşəkilli) 

vərəqlərdən  ibarətdir.  Neffon  çox  mürəkkəb  quruluşa  malik  olmaqla,  onun 

aşağıdakı hissələri vardır:

-Birinci  cərgə  (dərəcəli)  -   proksimal-qıvnm  kanalcıqlar  (böyrəyin  qabıq

qatında yerləşir);

-Henli ilgəyinin qalxan və enən dizləri;

-İkinci cərgə (dərəcəli)- distal qıvnm kanalcıqlar;

-Yukstaqlomerulyar  (hüceyrələr)  kompleks  (qabıq  və  beyin  maddəsinin 

sərhəddində  yerləşir,  renin  və  prostoqlandin  hormonu  ifraz  edir).  Bu  kompleks 

malpigi  yumaqcığını  əmələ  gətirən  gətirici  və  aparıcı  damarlar  zonasında 

yerləşən  mioepitelial  mənşəli  hüceyrələrdən  ibarətdir.  İnsanın  böyrəyində  1,25, 

qaramalda-4,  donuzda-1,5,  qoyunda  isə  -  1  milyon  nefron  vardır.  Üzvi 

maddələrin  və  duzlann  mübadiləsi  nəticəsində  əmələ  gələn  son  məhsullar, 

yabançı  maddələr  və  suyun  artıq  hissəsi  məhz  nefronlar  vasitəsilə  ifraz 

(ekskresiya)

 

olunan  sidiklə  orqanizmdən  ixrac  olunur.  6-10  litr qandan  1  litr ilk 



(provizor)  sidik,  90  litr ilk  sidikdən isə  1  litr son  sidik  əmələ  gəlir.  Plazmadan 

fərqli  olaraq  ilk  sidikdə  zülallar  və  qanın  şəkilli  elementləri  olmur.  İnəkdə  1 

sutkada  540-1800  litr  ilk  sidik  filtrasiya  olunur,  15  litr  son  sidik  üçün 

böyrəklərdən  18.000 litr qan keçməlidir.

2.3.  Çoxalmanın  sitoloji və genetik aspektləri

Hazırda  planetimizdə  mövcud  olan  bütün  heyvanat  aləminin,  o  cümlədən 

məməlilərin  irsiyyətinin,  nəslinin,  genetik  fondu  və  populyasiyalannın  dayanıqlı 

davam etməsinin dialektik əsasım çoxalma prosesi təmin edir və tənzimləyir.



Çoxalma-reproduktiv  funksiya

 

-   olduqca  mürəkkəb  bioloji  proses  olub, 



heyvanların  nəsil  verməsi  və  növünün,  onun  xarakterik  əlamət  və  kefiyyətlərini 

saxlayan şərtsiz leflektor reaksiyaların məcmuundan ibarətdir, heyvanlann çoxalma



113

qabiliyyəti  onların təsərrüfat  əhəmiyyətini  xarakterizə  edən  ən  başlıca göstəricidir. 

Ali  heyvanlar cinsi  yolla çoxalır.  Bu  zaman  erkək  və  dişi  cinsiyyət hüceyrələrinin 

birləşməsindən  (qameüərdən)  ziqota

 

əmələ  gəlir.  Ziqotadan  isə  embrional  inkişaf 



nəticəsində  yeni  oıqasüzm-embrion

 

inkişaf  edir.  Cinsiyyət  hüceyrələrinin  əmələ 



gəlməsi və  sonrakı proseslərin hamısının dinamikası çoxalma- reproduktiv

 

üzvləri 



vasitəsilə  həyata  keçirilir  və  dişi  fərdlərdə  cinsiyyət  tsikli,  mayalanma,  boğazlıq, 

doğuş və  doğumdan  sonrakı  dövrlə

 

müşayət  olunur.  Çoxalma prosesi  bütünlükdə 



bilavasitə genlərin iştirakı, daimi nəzarəti ilə həyata keçirilir və neyrohumoral  yolla 

tənzimlənir.  Bu proseslərin hər biri genetik xarakter daşıdığı üçün ayn-ayn  heyvan 

növlərində  kəmiyyət  və  keyfiyyət  əlamətlərinə  görə  bir-birindən  fərqli  olur. 

Laktasiya  prosesi-südün  əmələ  gəlməsi  (laktopoez)  və  ixrac  olması  reproduktiv 

çoxalma  ilə  bilavasitə  qarşılıqlı  əlaqədə  olan  proses  sayılır.  Çoxalmada  ən  vacib 

amillər sayılan  erkək  və  dişi  qametlərin  heyvanların  postnatal  inkişafının  nisbətən 

əvvəlki  cinsiyyət  yetişkənliyi  dövründə  əmələ  gəlir.  Spermatogenez  və  ovogenez 

ümumi  bioloji  xüsusiyyətlərə  malik  olsalar  da,  öz  fərqli  xüsusiyyətləri  ilə 

səciyyələnir.  Yaxşı  yemləmə  və  bəsləmə  şəraitində  heyvanlarda  ilk  cinsiyyət 

reaksiyaları  başlayır ki, bu dövr cinsiyyət yetişkənliyi

 

adlanır. Bu zaman erkəklərdə 



cinsiyyət orqanlan tam  inkişaf edir,  yumurtalıq və toxumluqlarda cinsiyyət hücey­

rələri əmələ gəlir, heyvanda cinsiyyət əlamətləri (oyanma, cinsiyyət refleksləıi və s.) 

yaranır,  hormonlar  ifraz  olunur,  dişilərdə  isə  cinsiyyət  yollarında  dəyişikliklər 

başlayır.



Cinsiyyət yetişkənliyi

 

zamanı  cinsiyyət  aparatının  morfoloji  və  funksional



cəhətdən  formalaşması,  erkəklərdə  dişiləri  mayalandırma,  dişilərdə  isə  ziqotanı 

yaratma  və  boğazlıq  qabiliyyətinin  olmasından  ibarət  prosesdir,  təsadüfi  və 

qəflətən  xarakter  daşımır,  orqanizmin  fərdi  inkişafi  nəticəsində  yaranır  və  tam 

irsi  və  növdaxili  xarakter daşıyır.  Bu proses  zamanı  cinsiyyət orqanlan tədricən 

inkişaf  edir,  böyüyür,  formalaşır  və  ikinci  cinsiyyət  əlamətləri  yaranır.  Cinsi 

yetişkənlik  müddəti  heyvanın  növündən,  genetik  statusundan,  cinsindən, 

yemlənmə,  saxlanma şəraitindən və iqlim amillərindən asılı olaraq müxtəlif olur. 

Dişi heyvanlarda cinsiyyət yetişkənliyinin müddəti (aylarla) aşağıdakı kimidir: 

dəvədə  (mayada)-9-12 

düyədə-6-9 

dayçada-16-18 

qoyn və keçidə-5-8 

donuzda-5-8 

itdə-6-8


pişikdə və dovşanda-4-5 

eşşəkdə-12-15

Erkəklərdə  də  cinsiyyət  yetişkənliyi  təxminən  həmin  yaşlarında  başlayır. 

Cinsi  yetişkənlikdə  hipofizin-follikulastimullaşdıncı  (FCH)  və  lyuteinləşdirici 

(LH)  hormon 

əsas  rol  oynayır.  Bu  prosesdə  mərkəzi  sinir  sistemi 

(hipotalamusun  preoptik  nahiyəsi,  badamvari  nüvəsi  və  beyinin  limbik  sistemi) 

də  iştirak  edir.  Cinsiyyət yetişkənliyi orqanizmin fizioloji cəhətdən  tam  inkişaf 



etməsindən  əvvəl başlayır,  vaxtından  əvvəl cütləşmə  nəticəsində  həm  ananın,

114

həm  də  embrionun  normal  inkişafı  ləngiyir,  balasalma  müşahidə  edilir,  zəif 

bala  doğulur.

  Bu  baxımdan  heyvanların 



fizioloji  yetişkənlik

  dövründə 

cütləşməsi  reproduktiv  çoxalmada  ən  vacib  şərt  sayılır  və  xüsusi  təsərrüfat 

əhəmiyyəti kəsb edir.



Fizioloji  yetişkənlik  -

  cavan  erkək  və  dişi  heyvanlarda  həmin  növ  cinsə 

mənsub  olan  yaşlı  fərdin  diri  kütləsinin  70-75%-ni  təşkil  etdiyi  və  ona məxsus 

əlamətlərin  formalaşdığı  dövr  hesab  olunur.  Yetişkənliyin  bu  növü  heyvanların 

yaşma,  diri  kütləsinə  və  cinsiyyət  orqanlarının  inkişaf  dərəcəsinə  görə  təyin 

edilir və heyvanlarda onun müddəti aşağıdakı kimidir (aylarla): 

dəvədə 

-   40 


dayçada -  36 

düyədə -   16-18 

qoyun və keçidə -   12-18 

donuzda 9-12 

it və pişikdə  10-12 

dovşanda -  4-8 

eşşəkdə  30-32

Cinsiyyət tsikli-  cinsi yetişkən dişi heyvanlarda çoxalma ilə əlaqədar olaraq 

əmələ  gələn  mürəkkəb  neyrohumoral  reflektor və  periodik  olaraq təkrar olunan 

kompleks  morfoloji,  fizioloji  və  biokimyəvi  dəyişikliklər  kompleksindən  ibarət 

olub,  çərəaxıtma,  ümumi  cinsi  oyanma,  hövrəgəlmə  və  ovulyasiya  ilə 

xarakterlənir  və  2  qrupa  bölünür:  1.  Politsiklik-(çox  dövrlü)  cinsiyyət  tsikli 

(boğazlıq  əmələ  gəlmədikdə  bütün  il  boyu  vaxtaşırı  fasiləsiz  olaraq  davam 

etməklə  madyan,  inək,  camış,  qoyun,  keçi,  donuzda  müşahidə  edilir);  2. 

Monotsiklik (tək dövrlü) cinsiyyət tsikli ildə

 

1, bəzən isə 2 dəfə olur (it, pişik və 



vəhşi  heyvanlarda  baş  verir).  Bu  dövr  dişilərin  cinsiyyət  orqanlarında, 

ümumilikdə  isə  bütün  orqanizmdə  bir  oyanma  dövründən  digərinə  qədər  olan 

dəyişikliklərlə  xarakterlənir və  3  mərhələ  -oyanma,tormozlanma  və müvazinət 

ilə müşayət olunur.  Oyanma dövrünün özü isə 4 fenomen- çərəaxıtma,  cinsiyyət 



oyanması  (ümumi  reaksiya),  hövrəgəlmə,  follikulalann  yetişməsi

 

və 



ovulyasiya

 

ilə  növbələşir.  Oyanma



 

mərhələsində  bütün  reflekslərin  hamısı 

cinsiyyət  refleksinə  tabe  olur.  Çərəaxıtma-

 

cinsiyyət  yollarının  epiteli 



hüceyrələrinin və balalığın borulu-alveolyar vəzilərinin fəaliyyətinin güclənməsi 

nəticəsində cinsiyyət orqanlarında selikli mayenin axmasından ibarətdir.



Cinsi  oyanma

 

cinsiyyət  hormonlarının  sinir  sisteminə  təsiri  nəticəsində 



narahatlığın,  iştahasızlığın,  məhsuldarlığın  azalmasının,  südün  duzlu  olmasının, 

çürüməsinin  və  ağız  südünü  xatırlamasının  baş  verməsidir.  Hövrəgəlmə

 

-   dişi 



heyvanın  erkək  heyvana  qarşı  müsbət  cinsiyyət  reaksiyasının  yaranması,  onun 

erkək fərdə yaxınlaşması, cinsiyyət aktı vəziyyəti alması ilə səciyyələnir.



Erkək  heyvanlarda  cinsiyyət  orqanlarına

 

toxumluqlar  (didimis,  erkək 



cinsiyyət  vəziləri),  toxumluq  (xaya)  artımları  (epididimis),  toxumaparan 

kanallar,  toxum  kisəcikləri,  əlavə  cinsiyyət  vəziləri  (qovuğabənzər,  soğanaq, 

kuper-prostat vəziləri) və  erkək cinsiyyət üzvü  (penis)  aiddir.  Xayalar cüt orqan 

olub  öz  artımı  ilə  birlikdə  xaya  torbasında  yerləşərək  spermatozoidlərin  və



115

hormonun  hazırlanmasına  xidmət  edir, 

müdafiə 


və  termorequlyasiya 

funksiyalarını  yerinə  yetirir,  çoxlu  sayda  qıvrım  kanalcıqlara  malikdir.  Yaşlı 

qabanın  bir  xayasında  həmin  kanalcıqların  uzunluğu  3000  m-dir.  Cinsi 

yetişkənlik dövründə mütəmadi olaraq xayalarda spermiyalar hazırlanır.  Onlar 6- 

8  gün  xaya  artımında  yerləşərək  burada  yetişir  və  toxumaparan  kanalın 

divarındakı 

əzələlərin 

yığılması 

nəticəsində 

həmin 


kanala 

keçir. 


Spermatogenezin davam etmə müddəti aşağıdakı kimidir (günlərlə): 

buğada -  54 

qoçda -  49

donuzda (qabanda)- 34 

ayqırda -  42 

dəvədə -  56 

dovşanda -  41 

xoruzda -  25

Spermanın-erkəklərdə  cinsiyyət aktı  zamanı  ifraz  olunan  mayenin hidrogen 

ionlarının koesentrasiyası -  pH=6,5-6,9 olur.

Kənd  təsərrüfatı  heyvanlarının  dişi  cinsiyyət  üzvlərinə

 

yumurtalıqlar, 



yumurtalıq  boruları,  balalıq,  balalıq  buynuzları 

və  dəhlizi  (vagina),  xarici 

cinsiyyət  orqanları  (cinsiyyət  dodaqları,  klitor)  aiddir.  Mayalanma  yumurta 

borularında,  dölün  inkişafı  isə-balalıq  buynuzlarında  gedir.  Yumurtalıqlar 

mürəkkəb  orqan  olmaqla  follikulalardan  və  sarılıq  cisimlərindən  ibarət  olan 

qabıq  (follikulyar)  və  beyin  (damarlı)  maddələrə  ayrılır.  Ovogenez  prosesi 

follikulalarda 

baş 


verir, 

yumurtalığın 

qabıq 

maddəsində 



ooqoniya 

hüceyrələrindən oositlər, onlardan isə yumurta hücyerələri formalaşır.



Cinsiyyət  aktı  (koitus)-

 

şərti  və  şərtsiz  reflekslərin  mürəkkəb  kompleksi 



olub,  spermanın 

əlavə  cinsiyyət  vəziləri  sekretlərinin  erkəklərin  cinsiyyət 

aparatından 

ixrac 


edilməsi 

və 


onlann 

dişilərin 

cinsiyyət 

aparatına 

yeridilməsindən  ibarətdir və  4  əsas  refleksdən -  ereksiya,  qucaqlama

,  


birləşmə 

və  eyakulyasiya

 

təşkil  olunur.  Bu  reflekslərin  hamısı  qeyri-şərti  reflekslərə 



aiddir.  Bütün şərtsiz reflekslərin məcmuu hər bir normal orqanizmin tabe olduğu 

və  təkamül  nəticəsində  qazandığı  bioloji  qanundan  ibarət  olmaqla,  cinsiyyət 

yetişkənliyi  ilə  eyni  dövrdə  yaranan  cinsiyyət  instinktindən

 

ibarətdir.  Dişi 



fərdlərdə  cinsiyyət  instiktinti  follikulalann  yetişməsindən  əvvəl,  erkəklərdə  isə 

spermogenezin  başlaması  dövründə  yaranır.  Orqanizmin cinsiyyət hormonlarına 

qarşı  reaksiyası  cütləşmə

 

formasında  təzahür  edir.  Cütləşmə  yalnız  təbii 



mayalanmaya aid olmaqla,  süni mayalanma ilə heç bir əlaqəsi yoxdur,  çünki  bu 

proses  iki  müxtəlif  cinsiyyətə  malik  olan  fərdlərin  qarşılıqlı  münasibətindən 

ibarət olan bir prosesdir.  Bu zaman görmə, eşitmə, hiss etmə və taktil oyanmaları 

cinsiyyət aktı  reflekslərinin yaranmasına başlıca zəmin yaradır.



Ereksiya  refleksi 

-

  müvazinət halına nisbətən  qan  damarları  ilə  penisə  bir 

neçə  dəfə  artıq  qanın  gəlməsi  və  onun  mağaralı  cisminin  və  venoz  kavemalı 

sahəsinin  qanla  çox  güclü  təchiz  olunması  və  möhkəmlənməsinin  tədricən  baş 

verməsi  ilə səciyyələnir.


Yüklə 26,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin